Lətifə Mirzəyevanın “Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri” kitabı işıq üzü görüb

YENİ NƏŞRLƏR

Lətifə Mirzəyeva. Məhəmmədhüseyn Şəhriyarın Şimali Azərbaycan nəşrləri. Bakı, “Optimis” MMC, 2026,124 səh.
Elmi redaktoru: Filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlı
Rəyçilər: Filologiya üzrə fəlsəfə doktoru,dosent Xuraman Hummatova, Filologiya elmləri doktoru, dosent Zakirə Əliyeva
2015-ci ildə çapa hazır olan, 2019-cu ildə əsas hissəsi elektron nəşr edilən, 2018-2019-cu illərdə “Vahid Azərbaycan” qəzetində, 2019-cu ildə isə “Xudafərin” jurnalında dərc olunan və hazırda oxuculara bütövlükdə təqdim edilən bu kitaba hər bir əsəri almaz kimi o taylı-bu taylı Azərbaycan ədəbiyyatının tacında parlayan görkəmli şairimiz Məhəmmədhüseyn Şəhriyarın 1958-ci ildən 2015-ci ilədək Şimali Azərbaycanda kitablarda və dövri mətbuatda çap edilən çoxsaylı əsərləri haqqında məlumatlar daxil edilmişdir. Zəngin yaradıcılığa malik olan şairin Şimali Azərbaycanda çap edilən kitablarına daxil edilməyən, yalnız dövri mətbuatda dərc edilən əsərləri kitabda ayrıca bölmədə verilmiş, bəzi əsərlərinə dair görkəmli şəxsiyyətlərin dəyərli fikirləri öz əksini tapmışdır.
Geniş və gərgin araşdırmaların nəticəsi olan, şairin yaxından tanıdılması məramına söykənən bu kitab tədqiqatçılar və geniş oxucu kütləsi üçün faydalı olacaqdır.
©“Optimis”MMC- 2026

Mənbə: AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstututu Cənubi Azərbaycan Ədəbiyyatı Şöbəsi