
Havalar isinir,dağların qarı
qopur damla-damla, ya parça-parça,
eyniylə bu cürdür ömrün qatarı
gedir ləngər ilə, ya
qaça-qaça.
Hərdən bir cür olur səhərin nazı-
üfüq ya boz olur, yada qırmızı,
sakitcə ötüşür vaxt qapımızı
bağlaya-bağlaya, ya
aça-aça,
Gözəldir yağmurlar həzin yağanda,
by vaxtlar olasan çay qırağında,
düşər budaqlar da Eşqlər bağında
ya çarpaz dolaşıq, ya
haça-haça,
Dünya gerçəkdən də sirli pəncərə;
kaş ki, tapılaydı hər dərdə çarə,
köçər bu Dünyadan hər kəs bir cürə;
sürünə-sürünə, ya uça-uça.