Xalq şairi Nəriman HƏSƏNZADƏ.”MƏNİ BİR QIZ GÖZLƏYİR”

Bəstəkar Rüstəm Rüstəmzadə

Mən görüşə gedirəm,
Məni bir qız gözləyir.
Gün əyilir, yel əsir,
Yarpaq yarpağa dəyir.
Məni bir qız gözləyir.
Tələsirəm… bilmirəm,
Heç niyə tələsirəm…
O qızın gülüşünü
görməyə tələsirəm…
Çənəsindən, üzündən
öpməyə tələsirəm.
Dəyişmərəm mən onu
dünyada heç bir qıza.
Gözü moruğa bənzər,
ətri təzə yarpıza.
Elə ki, axşam olur,
yarpaq yarpağa dəyir;
bir bağçada hər axşam
o qız məni gözləyir.
Mən görüşə gedirəm;
Balam məni gözləyir,
Qızım məni gözləyir.

Comments

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir