1409287493_10304351_268609333324646_7910328543693681828_n-218x300

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

Bilməzdim bu eşqin köç anı başlar……
…Qayalar pirləşir – pir qaya olur.
Bəsdir, canım-gözüm, Allahsız olma,
İki can birləşsə, bir qaya olur.

Atan pul hərisi, anan divanə,
Kimin qucağına bassınlar səni?
Dön bax, dar ağacın qurulu qalıb,
Kəndir tapmayıblar, assınlar səni.

O sərt yoxuşlara gün düşmür, getmə,
Dözməz baxışına oyuqlar, udar.
Orda sevdaların əyni üşüyür…
Məni səndən gələn soyuqlar udar.

Çoxdur yan-yörəndə saxta sifətlər,
Bir xoş söz demişəm, məni satırlar.
Sən də inanırsan hər deyilənə,
Qurtar bu saflığı, səni satırlar.

Gedirsən, başını yuxarı qaldır,
Köksünə yazdığım sözlərə dəymə.
Barmaq da səninki, üzük də, götür,
Bircə oxladığın gözlərə dəymə.