Gündəlik Analitik İnformasiya Agentliyinin
Mətbuat xidmətinin rəhbəri,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Silinsin Türkmənçay müqaviləsi
“Silinsin Türkmənçay müqaviləsi,
O tayda, bu tayda kədərlə birgə”.
Müəllif.
On fevral* həminki Türkmən kəndində,
Sənəd imzalanır xalq əleyhinə.
Ortada ikiyə bölünən vətən,-
Yenə də bölünür rusun xeyrinə.
Ruslar qarşılayır bunu fərəhlə,
Onun nə vecinə torpaq kimindi.
Şimalı cənubdan ayıran zaman,
Torpaq bizimdisə, günah kimindi?!
Ovuca sığmayan bu Ana torpaq,
Rusun nəzərində bu gün kiçilir.
Tökülən millətin bax o al qanı,
Qədəhə süzülüb, burda içilir.
Əsgərlər durubdu eyni sırada,
Onların içndə biri seçilir.
Əynində boz şinel, başında papaq,
Elə bil kim isə dinmək istəyir.
Danlaya-danlaya fikri içində,
Əhdindən indicə dönmək istəyir.
Bax, budur, həminki bizim qəhrəman,
Yenə də içində fəryad qoparır.
Fikirlər, duyğular aləmi onu,
Özündən uzağa-Haqqa aparır.
Səhərdən ətrafa boylanan günəş,
Ömrü gül-çiçəklə yenə bəzəyir.
Axı o neyləsin onun da ömrü,
Aldanmış sahibsiz itə bənzəyir.
*10 fevral 1828-il il nəzərdə tutulur.
Sənəd imzalandı Türkmən kəndində
“Pozulsun Türkmənçay müqaviləsi,
Nə hücum, nə qırğın, nə bir dərd olsun”.
Nəriman Həsənzadə
Sənəd imzalandı Türkmən kəndində,
İkiyə bölündü bu ana torpaq.
Düzü, gözləməzdim rus öz əliylə,
Xalqın tarixinə kədər yazacaq.
Şimalla cənubu ayrı saldılar,
O tayda, bu tayda axdı göz yaşı.
Araz da çağladı tarixlə birgə,
Yasa qarışanda millətin başı.
Təbriz qardaşından ayrı düşəndən.
Bakının gözləri yenə yol çəkir,
İnana bilməsən həmin sənədə,
Gəl, gör ki, millətin başı nə çəkir.
Ağlamaq istəsən irəliyə gəl
Torpağa tökülən həmin göz yaşı,
Bir də bu torpaqda cücərən deyil.
Tarlada səpilən qara buğdanı,
Kəndli bu torpaqda becərən deyil.
O tayı bu taydan ayırmaq üçün,
Bir can iki yerə bölündü nahaq..
Ağlamaq istəsən irəliyə gəl,
Sərhədin yanından birlikdə baxaq.
Bəxtiyar* bu yanda dərdli-məlalı
Ustad Şəhriyarın ruhuna “rəhmət!”,-
Hələ də söyləyir bizim babalar.
Bir xalqın dərdini bölüşmək üçün,
Tökülüb o yandan gəlir obalar.
Bəxtiyar bu yanda dərdli-məlalı,
Elə bil nə isə demək istəyir.
Nahaqdan bir xalqın qanını tökən,
O quzğun rusları görmək istəyir.
*Xalq şairi Bəxtiyar Vahabzadəyə işarədir.
Cənubdan şimala bir qatar gəlir
“Sənədi pozmağa bu gün hünərlə,
Şimalda sərhəddə dayanır qatar”.
Müəllif
Cənubdan şimala bir qatar gəlir,
O taydan bu tayı salamlamaqçün.
Çiynində portfeldə bir xabar gəlir,
Qardaş tonqalını qalamaq üçün.
Tökülüb gözlərdən qardaş həsrəti,
Kim bilir bu görüş baş tutacaqmı?!
O tayın bu tayla görüş xəbəri,
Ustad Şəhriyara heç çatacaqmı?!
Sənəd imzalanır xalqdan xəbərsiz
Sənəd imzalanır xalqdan xəbərsiz,
Arazın sağında-solunda, qardaş!
Təbriz ayrılandan yazıq millətin,
Nələr görünmədi yolunda, qardaş?!
Millət qalxacaqmı yuxudan görən,
Çağlayan Arazın qolunda, qardaş?!
Sərhədi keçəndə Təbriz küləyi
Sərhədi keçəndə Təbriz küləyi,
Büründü çadraya elin qızları.
Birgə döyünəndə qardaş ürəyi,
Dağıldı gözlərədn həsrət buzları.
Səbətdə göz yaşın tökən xonçalar,
Büründü yenidən qızıl qumaşa.
Qaradş qardaşına həyan olanda,
Çevrilib bu torpaq oldu tamaşa.