Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının İran İslam Respublikası üzrə yeganə təmsilçisi
İstanbul
Sənə heyran baxıram min gözünən istanbul
Gəlmişəm qolluğuna son hızınan istanbul.
Qişin oğlan çağıdir düşdü səninlə dıdar,
Xüş keçindi neçə gün qiş bizinən istanbul.
Qışda olsa məni alqışladı güllər burda,
Bəzənibdir nə gözəl nərgizinən istanbul.
Tofiqi , akıfı , nazimidə yad edəlim,
Fatehə qatqılı qutsal sözünən istanbul.
Fatehın at nalınin ızlərı hala görünür,
Fəxr edir millətimiz mərd ızınən istanbul.
Məni heyran edici abidələr var burda,
Hünərin zövqünü buldum sizinən istanbul.
Yer üzündə bilirəm çoxlu şəhərlər vardır,
Könlümə həkk olunub təbrizinən istanbul.
Ənədəlib səndə olan hər şeyi parlaq gördü,
Gecəniz fərq eləmir gündüzünən istanbul.
Qar Yağışı
Nə yaxşı çirpinir göy mələkləri,
Yağır yer üzünə ağ lələk yağır.
Bəlkə yerlə göyün toyudur bu gün,
Göydən yer özünə kəpənək yağır.
Yağır göydən yerə çiçək sovqatı,
Sevgidən sevgiyə ürək sovqatı,
Bəy dən gəlin qıza çörək sovqatı,
Yağır ruzu yağır, duz, çörək yağır.
Yağır kəndimizin kefi saz olsun,
Bulaqlar oxusun xoş avaz olsun,
Yağır kəndimizin yazı- yaz olsun,
Bu yağış min ümid, min dilək yağır.
Təpənin öz dərdi, təpə həsrəti,
Dərənin sel dərdi, ləpə həsrəti,
Haçandı bu dağlar şəpə həsrəti,
Kəsməsin bu yağış nə göyçək yağır.
“Ənədəlib” ağaran bu ağ lələklər
Səbah yer üzündə güllüyəcəklər,
Yağsın qanadını yağsın məlklər,
Bu yağış dünyaya gəlcək yağır.