Arıxov Hüseyn Camal oğlu və ya özünə götürdüyü soyadı ilə Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif15 iyun 1924YenigünQazax qəzası – 14 sentyabr 1992Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989).

Həyatı[redaktə | əsas redaktə]

Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.

Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.

Ədəbi fəaliyyəti

Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.

1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.

Mükafatları[redaktə | əsas redaktə]

Hüseyn Arifin xatirə lövhəsi

Əsərləri[redaktə | əsas redaktə]

  1. Yeni həyat yollarında (şerlər). Bakı: Azərnəşr, 1950, 45 səh.
  2. Mən sülhə səs verirəm. Bakı: Azərnəşr, 1951, 31 səh.
  3. Rus dili müəlliməsi (şerlər). Bakı: Uşaqgəncnəşr, 1954, 52 səh.
  4. Məhəbbət nəğmələri. Bakı: Azərnəşr, 1956, 22 səh.
  5. Dostluq telləri (şerlər). Bakı: Uşaqgəncnəşr, 1960, 80 səh.
  6. Yolda (poema). Bakı: Azərnəşr, 1962, 111 səh.
  7. Ömür çeşməsi. Bakı: Azərnəşr, 1963, 112 səh.
  8. Sibir töhfələri (şerlər). Bakı: Azərnəşr, 1964, 56 səh.
  9. Torpaq eşqi. Bakı: Azərnəşr, 1964, 84 səh.
  10. Yollar və xatirələr. Bakı: Azərnəşr, 1966, 334 səh.
  11. Duru göl əfsanəsi. Bakı: Gənclik, 1969, 74 səh.
  12. Seçilmiş əsərləri (şerlər və poemalar). Bakı: Azərnəşr, 1969, 230 səh.
  13. Bahar gələndə. Bakı: Azərnəşr, 1969, 120 səh.
  14. Sən mənimlə get. Bakı: Gənclik, 1970, 248 səh.
  15. Söylə, yadındamı? Bakı: Gənclik, 1972, 205 səh.
  16. Qocalan deyiləm. Bakı: Gənclik, 1978, 351 səh.
  17. Seçilmiş əsərləri (iki cilddə). I c. Bakı: Azərnəşr, 1975, 300 səh.
  18. Seçilmiş əsərləri (iki cilddə). II c. Bakı: Azərnəşr, 1975, 283 səh.
  19. Ömür gözəlsə. Bakı: Gənclik, 1978, 351 səh.
  20. Şamxor su-elektrik stansiyası (şerlər). Bakı: İşıq, 1979, 24 səh.
  21. Ömür deyir (şerlər). Bakı: Gənclik, 1981, 138 səh.
  22. Ayrı düşəli (şerlər). Bakı: Gənclik, 1983, 280 səh.
  23. Dilqəm (şerlər və poemalar). Bakı: Yazıçı, 1984, 240 səh.
  24. Seçilmiş əsərlər (2 cilddə). I c. Bakı: Yazıçı, 1985, 408 səh.
  25. Seçilmiş əsərlər (2 cilddə). II c. Bakı: Yazıçı, 1985, 252 səh.

Məqalələri[redaktə | əsas redaktə]

  • Aşıq Alını axtarıram. “Elm və həyat” jurnalı, Bakı, 1968, №2, səh.12.
  • Aşıq Alı. “Azərbaycan” jurnalı, Bakı şəhəri, 1969, №9, səh.199-203.

Filmoqrafiya[redaktə | əsas redaktə]

  • Mən Hüseyn Arifəm… (film, 2010)

İstinadlar[redaktə | əsas redaktə]

  1.  Ədəbiyyat, incəsənət və arxitektura sahəsində 1978-ci il Azərbaycan SSR Dövlət mükafatlarının verilməsi haqqında Azərbaycan KP MK-nın və Azərbaycan SSR Nazirlər Sovetinin 1978-ci il tarixli Qərarı — anl.az saytı