Zaman qardaşıma!
Bahar çiçəyi tək açılsın ömrün,
Düşməsin tufana həyatın Zaman!
Dostların içində anılsın sözün,
Günəştək nur saçsın sabahın Zaman.
********
Arzum var göylərə ucalsın başın,
Atasan qəm ilə qüssənin daşın,
Yüzdən artıq olsun qoy sənin yaşın,
Xoş keçsin dəqiqən, saatın Zaman.
********
Ziyadxan söz yazıb, mətləbə çataq,
Səninlə hər zaman oturub-duraq.
Gün olsun oğluna toy-büsat quraq,
Uğurla baş tutsun niyyətin Zaman!
Məhəbbət
Məhəbbət, məhəbbət yaxşı ki varsan,
Əlində sevincə, dönür qəm sənin.
Məni hara çəksən, hara aparsan
İnan ki, dalınca gələcəyəm mən.
Gələrəm kor kimi gözüyumulu,
Bilərəm səninlə zülmətdə də mən,
Taparam işığı, taparam yolu.
Məhəbbət, məhəbbət hərş şeydən qabaq.
Yaxşı ki, dünyada sən yaranmısan
Bütün bəlalarla qabaqlaşaraq,
Odlara düşmüsən çöldə yanmısan,
Fəqət saxlamısan öz qüdrətini,
Hökmünü yenə də düz vermisən sən.
Tapdayım möhnəti, dərdi-sərini
Qabaqda yenə də sən getmisən sən!
Boranda, çovğunda, tufanda, qarda
Fəsli bahar edən sən deyilmisən?
Ziyadxan ölüncə üz döndərməsə
Sən ona etməzsən əsla xəyanət,
Eşqi ləyaqətli olan hər kəsə
Sən qonaq olmusan ülvi məhəbbət!
Nə mənası var?
Ey nadan! insan ol, yaxşılıq eylə
Yalanlar satmağın nə mənası var,
Suyu şirin olan mavi bir gölə,
Acılıq qatmağın nə mənası var?
Mərifət hər zaman var yaxşılarda
Düzlük uduzmamış qoca dünya da
Altı boşluq olan əyri yollarda
Günaha batmağın nə mənası var?
İnsan ucalmalı təmiz ad ilə,
Şöhrəti yayılsın hey dildən-dilə
Min cür hiylə ilə, min bir kələklə
Arzuya çatmağın nə mənası var?
Ziyad xan! namərdin baxma sözünə
Görəndə eybini söylə üzünə,
Doğru yol seçməli hərə özünə
Qəflətdə yatmağın nə mənası var?
Fəğan eylər
Rəngi solsa bağda gülün
Bülbül ağlar fəqan eylər,
Bulud tutsa göyün üzün
Bülbül onda tufan eylər.
********
Kimin qəlbən paklığı var
Bilki onun saflığı var
Kimdə hünər sağlığı var
Gələcəyi tüğyan eylər.
********
Kimin qəlbi çirkin olub,
Kədər ona düçar olub,
Bağ-bağçası viran olub
Bu hal onu yaman eylər.
********
Hər bir evdə könül gülsə,
Böyük-kiçik zəhmət çəksə
Ziyadxan orda şeir desə
Hər bir kəsi heyran edər.
Yaxşıdır
Çalış zəhmətinlə bar versin bağın
Özün əksən, özün biçsən yaxşıdır.
Nəyə lazım suyu əğyarın
Suyu öz əlinlə töksən yaxşıdır.
*******
Zəhərli ilan tək sərilmə yolda
Arının qüdrəti tanındı balda
Tikanlı bir kola döndüyün yolda
Ətirli gül olub bitsən yaxşıdır.
********
Bülbül istəməz ki, qızıl gül solsun
Pislərin qəlbinə yaxşılıq dolsun,
Ziyadxan! sözlərin nəsihət olsun
Sözdən saray qurub tiksən yaxşıdır.
Nərgiz
Səhərlər açılan güllü bağların
Ətirli güllərin bəzəyi Nərgiz
Laləyə bürünmüş uca dağların
Nigarın sevinci, ürəyi Nərgiz.
********
Şirin sözlü, mərd ürəkli olmusan,
Nərgiz gülü tək könüllərə dolmusan
Gözəl Astaranın fəxri olmusan
Talış qızlarının gözəli Nərgiz!
********
Bakıda doğulub, yaşa dolmusan
Nəğməli ürəklə hey oxuyursan
Dəniz havasını hər an duyursan
Olursan Xəzərin küləyi Nərgiz!
********
Başında al-əlvan örpəyin də var
Hər yeri seyr edib baxmağın da var
Ziyadxandan dualar almağında var
Gözəllər gözəli, gözəlim Nərgiz.
Sevda bacıma!
Bu şeir misrasın, nəğmə çələngin
Sənə bəxş edirəm, sənə ay bacım!
Ömür karvanında yaxşı günləri,
Sənə bəxş edirəm, sənə ay bacı.
********
İnsana ruh verən şeir-sənətdir
İlhamsız bir ürək, quru qəfəsdir.
İlhamla yaşamaq, böyük şərəfdir,
Gündüzlər günəş ol, gecə ay bacım!
********
Çoxlu yaşamaqla, öyünmək olmaz!
Hər yetən insana güvənmək olmaz!
Ömür yollarında keçən günləri,
Şərəfli günlərdən say gözəl bacım!
********
Uca dağlar başı olur duman-çən,
Vətənin yolunda şəhid vermisən!
Ziyadxan şerini qəbul eylə sən,
Yazan vermiş sənə bunu pay bacım.
Sənə
Başında bağlanmış örpək gözəldir.
Göy köynəyin elə bil ki, bəzəkdir,
Yazın gözəlliyi yaraşır sənə.
Ayağında qırmızı başmağında var
Hərdən gözaltı baxmağında var
Bir gülüşlə ömür yıxmağında var
Onunçün ürəyim alışıb yanır…
Ziyadxan qəlbini açacaq sənə.
Əbədi qalmış
Sən mənə əzizsən dünyalar qədər
Canımı verərərəm yolunda sənin,
Alışıb yansam da odlar içində
Yenə məhəbbətin yaşadar məni.
********
Səni görməyəndə alışır qəlbim
Soyuyur bədənim, keyləşir qəlbim
Şadam ki, ölsəm əgər mən
Gələr ziyarətə sevgilim mənim.
********
Kimsə soruşacaq kimdir bu yazıq?
Sevgilim o zaman ağlayacaqdır
Deyəcək məhv etdi məhəbbət onu
Ziyadxan dünyadan doymadı getdi.
********
Yagidar olaraq şeiri qalacaq
Bütün nankorlara sübut olacaq
Sevən aşiqlərdə sədaqət varmış
Odur ki, məhəbbət əbədi qalmış…
Arif insan
Göz qoy ətrafına ey arif insan
Ayıq ol səfərə başlamamışdan,
Çalış qalmayasan axırda naçar
Elə ki, köçməkçün zamanın gələr
Bu mal-mülkün köməyə gəlməz.
Endilər şan-şöhrət zirvələrindən
Dar qəbir içində saldılar məskən
Bir səs eşidilər dəfin zamanı
Bəs sənin şahanə geyimin hanı?
Vaxtıikən çox yeyib-içmişdir onlar
Qurdlara yem oldu indi o canlar
Ziyadxan! yazdığın bir həqiqətdir
Dünyaya gələnlər bir gün köçəcək.