“Apple” və “Paramount” şirkətləri öz onlayn-kinoteatr xidmətlərinin birləşdirilməsi məsələsini müzakirə ediblər. Bu, əyləncə sahəsində rəqabət aparan nəhəng şirkətlərin öz təkliflərini daha əlçatan və cəlbedici etmək üçün birləşmək cəhdidir.
AZƏRTAC “The Wall Street Journal”-a istinadla xəbər verir ki, şirkətlər, hər iki xidmətə ayrı-ayrılıqda abunə olmaqdan daha ucuz başa gələcək “Paramount + və Apple TV+” birgə təklifinin işə salınması ehtimalını müzakirə ediblər.
“Apple” və “Paramount” arasındakı danışıqlar hələ ilkin mərhələdədir. Bu xəbərin fonunda hər iki şirkətin səhmlərinin dəyəri sürətlə artmağa başlayıb.
Mənbə: https://azertag.az/