Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Azərbaycan mətbuatında 50 ildən artıq yazıları ilə çıxış edən görkəmli və istedadlı yazıçı-publisist Natiq Səfiyevin “Dağıstan xalqlarının nağılları” kitabı 2013-cü ildə “Təknur” nəşriyyatı tərəfindən 76 səhifə olmaqla 150 tirajla dərc olunub.Kitabın redaktoru Azərbaycan Xarici Dillər Universitetinin müəllimi Güntəkin İlyasovadır.
Dilimizə tərcümə edilmiş bu topluda Dağıstan xalqlarının nağılları toplanmışdır.Burada oxucu dağlıq ölkədə yaşayan bir çox xalqların-avar, ləzgi, lak, darqi, kumık və başqalarının məişət, qəhrəmanlıq, sehrli və heyvanlar haqqında nağılları ilə tanış olacaqdır.Bu kitab tərcüməçinin sayca dördüncü tərcümə toplusudur.Kitab məktəb yaşlı şagirdlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
“Dağıstan xalqlarının nağılları” kitabına “Dəyirmançının oğulları”, “Hazırcavab dəyirmançı”, “Əsa”, “Canavar, ayı və tülkü”, “Əkinçi bəbirə necə dərs verdi”, “Üç bacı”, “Göy çaqqal”, “Xəsis qazı”, “Dostluğun sınağı”, “Tənbəl qız”, “Falfaraş-Axun”, “Şamama”, “Üç müdrik məsləhət”, “Xala Ava və xoruzcuğaz”, “Qızıl başmaq”, “İlan və tülkü”, “Ayı balası”, “Süleyman xan”, “Ağ inək Zaza”, “Çobanın dostları”, “Qurd haqqında”, “Kamır-Batır”, “Ovçu və dovşan”, “Pəhləvan oğlan”, “Əkinçi və şir” nağılları daxil edilmişdir.