ŞƏHİDLƏR XİYABANI.
Keçən il bir aylığa qonaq oldum vətəndə,
Həmin o qısa anda yarandı nəsə məndə.
Yaman çox darıxırdım, bilmədim ki, nə üçün,
Diqqətlə fikir verin, mənası var sözümün.
Dərin fikirli halda geyinib gödəkçəmi,
Fikirləşdim şəhərdə unudaram mən qəmi.
Düşüncələrim məni apardı lap uzağa,
Ürəyin istəyinə qoymaq olmaz qadağa.
Dağüstü park səsləyib çəkdi məni özünə,
Görəsən bu qəlbimdə göyərib görən bəs nə?
Təmkinlə yavaş-yavaş qalxib yuxarı həmən,
Buralarda duydum var, Arifəni gözləyən.
Uzaqdan görən kimi sevindilər hər biri,
Yəqin duymuş oldular, sevirəm mən vətəni.
Yaxınlaşıb sakitcə görüşdüm onlar ilə,
O an anlamış oldum yara vardır qəlbimdə.
Hərəsi bir tərəfdən hey nazımı şəkdilər,
Qəlbimdəki ağrının dibində gül əkdilər.
Şəhidlərin yatdığı o xiyabanda,
Mən şahidi olmuşam, birgə olan zamanda.
Kimisi gözəl övlad, kimisisə ataydı,
Kimisi su pərisi, kimisisə anaydı.
Təzə ailə qurmuş mehriban iki cavan,
Onlarla fəxr eylədi o gecə AZƏRBAYCAN!
Qoydular məhz o andan məhəbbətin təməlin,
Əlində bayraq oldu həm qocanın, həm gəncin.
Kövrək-kövrək boylanıb ah çəkdim çox dərindən,
Yapışdım mən Tanrının bir anlıq ətəyindən.
Söylədim ki, Tanrıya-” Cavab versin yağıya,
Axı mən dözə bilməm, olan ağrı-acıya”.
“Hansı ağrı-acıdır, səhv dedin bu kəlməni,
Bura qürur yerindir, eşit gülüm bir məni.
Şəhidsiz vətən olmaz, vətənsiz isə şəhid,
Şəhidlər olur ölməz, hərəsi canlı şahid.
Ey vətəni sevənlər! Yad edin siz onları,
Qiymətləndirin hərdən, sizlə sağ qalanları”
Elə bil yatmış idim, birdən nəsə ayıldım,
Yenidən yavaş-yavaş mən geriyə qayıtdım.
Hər birinin çöhrəsin tumarladım astaca,
Vətənin əzizliyin anladım o andaca.
Hər birinin baxışı mənə getmə söylədi,
Kimlərlə bəs bölüşüm qəlbimdəki bu dərdi?
Beləcə xiyabanda sona vurdum günümü,
Hazıram bəxş etməyə vətənə gül ömrümü.
Bu günlər yaşayıram vətəndən uzaq eldə,
Gərək ki tanıtdırım ODLAR YURDUN hər yerdə.
Dedimki dostlarıma- “Yapışağın əl-ələ,
Mehriban olarıqsa pislər qurammaz tələ”
Kömək olsun tək Allah hər bir xoş fikirliyə,
Dostlarımsa düşməsin tənhalığa, təkliyə.
YARADANI SEVƏN ANDAN
Mən öləndə ölən cismim, ruhum sizlə qalacaqdır,
Yazdığımın dəyərini məndən sonra elim, obam duyacaqdır.
Nə qədər ki, vaxt var ikən tez-tələsik yazım,pozum,
Keçmişimə boylanaraq hey baxıram, çoxdur azım.
Kasıb baba ocağından çıxmışam mən, yazdım bilin,
Yaradanı sevən andan çox varlandım, yaradanı siz də sevin.
Aylar ötür, illər keçir, kim bilir ki, sabah nələr olacaqdır,
Yazdığım hər kəlmə sözü xumar edən isti, yanar bir ocaqdır.
Hər yazanda söhbət etdim cavanlarla, qocalarla,
Elə oldu yazdığımı bölüşdürdüm əyri-üyrü, düz yollarla.
Duyuram ki, bəlkə məni başa düşən az olacaq fikirlərim oxunanda,
Çox minnətdar olaram mən oxucuya, oxuduğun dərk eyləsə, bax o anda
Sevinərəm kimsə duya, anlaya,
Təpə deyil yazdıqlarım, sərt qaya,
Yerdə deyil, soraq çatıbdır aya,
Hecalarım – məlhəm duyan, bilənlər,
Məgər həqiqəti demirəmmi mən,
Məgər kor olmuşam, görmürəmmi mən?
Kimdir ağ ayrana qaradır deyən,
İnciməyin – ağa qara deyənlər,
Ürəyimdən keçənləri deyirəm,
Kimsə məndən inciyibdir bilirəm,
İncə qəlbə toxunan bir küləyəm,
Qiymət verər tanıyanlar, bilənlər,
Ağ rəng hər bir dövurdə təmizlik rəmzi olmuş,
Bu rəngə məhəbbətin təməlin Tanrı qoymuş.
Bax odur peyğəmbərə məxsus olmuş ağ dəvə,
Təmizliyi, düzlüyü hər bir yaranmış sevə.