20130919_194419

TƏRCÜMEYİ-HAL

Ruhiyyə BAHAR (Əliyeva Ruhiyyə Səfərxan qızı) 1976-cı il noyabr ayının 12-də Sumqayıt şəhərində anadan olub.1983-1993-cü illərdə Sumayıt şəhər 10 saylı orta təhsil, 1993-1998-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
2005-2007-ci illərdə “Hakimiyyət və Zaman” qəzetinin redaktoru olub.2007-ci ildən “Bahar” uşaqlar üçün ədəbi-bədii əyləncəli jurnalın və 2010-cu ildən “Bahar çiçəyi” uşaqlar üçün ədəbi-bədii əyləncəli qəzetin təsisçisi və baş redaktorudur.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin Fəxri üzvü və “Uşaq ədəbiyyatı” bölməsinin redaktorudur.s

Lalələr

Dağları əzəmətinə görə sevir insanlar. Özü boyda sirr dünyası olan dağlar bəşəri canlılar üçün bir beşik, bir yuvadır. Güneyi gül-çiçəkli, qüzeyi ağaclı,kollu, biçənəkli olur dağların. Həm də insanlar dağlara sevgisindən çoxlu əfsanələr, rəvayətlər söyləmiş dağlara.
Deyirlər belə dağlardan birində sarı qaya zirvəsindən aşağılarda, dərəyə yaxın bir yerdə kənddən xeyli aralıda bir koma varmış. Komada Yaxşı nını ilə bir yerdə Lalə adlə gözəl bir qız yaşayarmış. Bu iki varlığı eldən-obadan uzaq salan bir dərd varmış. Toy günündən bir neçə ay sonra Yaxşı adlı gözəlin sevgilisi Böyük Vətən müharibəsinə gedir. Il ötsə belə sevgilisindən xəbər olmur. Amma sevgilisindən gözəl-göyçək bir qız uşağı dünyaya gəlir. Illər ötür. Müharibə qurtarır. Lalə böyüdükcə Yaxşının ər intizarı yavaş-yavaş yoxa çıxır. Axşam günəş kimi sönür…
Lalə yaşadığı komadan meşəyə doğru gedən cığırın qurtaracağında çökəkdə bir bulaq qaynayırmış. Bulağın yuxarı tərəfində sıldırım qayalar, qayaların sinəsində içərisində qurt-quş yaşayan böyük meşə varmış. Bulağa su içməyə gələn cüyürlər özləri ilə cığırlar gətirmiş və həmin cığırlarla yoxa cıxarmışlar.
Daha Lalə böyümüş, seviləsi bir qiz olmuşdu. Incə beli, ceyran yerişi, gül taxılmış sinəsi zamanın sürətlə ötdüyündən xəbər xerirdi. Lalənin ən çox sevdiyi dağlar gülü lalə idi. Burada bitən lalələrin bir rəngi vardı,qırmızı….
Bir dəfə Lalə səhəngi götürüb bulağa gələndə gördüyündən təlaşlandı. Başında buxara papaq,qara qaşlı, qara gözlü, qara bığlı bir cavan yerə sərilmişdi. O, bir əlində tüfəng olduğundan o biri əli su icmək üçün bulağın gözünə doğru sürünsədə taqətdən düşmüş halda zarıyırdı. Ayağının baldırından axan qan laxtalanmışdı. Lələ bu ovçu oğlanı komalarına naecə gətirdiyini özu də bilmədi. O,gücü haradan aldığını belə duymadı.
Anası Yaxşı qarı güllərin,çiçəklərin sirrini dərindən bildiyinə görə tez otlardan məlhəm düzəltdi. Ovçu oğlanın yarasını yuyub sonra sarıdı.
Bir neçə gün keçdi. Bu günlər Lalə üçün zindan oldu. Ovçu oğlanın qarsılmış dodaqlarından su və gül şirəsindən başqa hec nə keçmədi. Bir səhər bu gözəl oğlan gözlərini açdı və:
-Mən hardayam?- deyə soruşdu.
Heç bir cavab olmasa da ətrafında nurani bir qarı ilə gözəl bir mələk gördü. Qara gözlü su sonası oğlanlın gözünü günəş kimi qamaşdırdı.
Beləcə ovçu oğlan bir neçə gündən sonra tamam sağaldı və ayağa qalxdı.
Onu xilas edənlərlə yaxından tanış oldu. Başına gələnləri, ayı ilə döyüşən zaman gülləsinin qurtarmasını, yaralanıb ayının əlindən qaçmasını söylədi.
Ovçu nə söyləsə belə Lalə sanki yuxuda idi. Onu iki duyğu odlandırırdı. Biri özgə, tanımadığı yaralı oğlanı sevdiyi idi, ikincisi isə…
Daha ovçu tam sağalmışdı. Günün birində oğlan üzünü həm Yaxşı nənəyə, həm də Laləyə tutub getməli olduğunu söylədi. Ona etdikləri yaxşılığı heç bir zaman unutmayacağını dedi.
Lalənin dili tutulmuşdu. Icazəsiz sevdiyi bu oğlana deməyə sözü daşa dönmüşdü. Oğlanda sanki cadugər kimi qızın dil ağzını bağlamışdı.
Ovçu komadan uzaqlaşar-uzaqlaşmaz hava qəflətən dəyişdi. Göy guruldadı, şimşək çaxdı. Ele bir yağış yağdı ki, sel suya qarışdı. Indiyə dək bu tərəflərə belə bir yağış yağmamışdı. Dağlardan gələn güclü sel, koma qarışıq Yaxşı nənəni, Laləni ağuşuna alıb sıldırım dərələrə görünməz etdi.
Yeni ildə adamlar gözlərinə inanmadılar. Dağlarda əvvəllər qıp-qırmızı bitən lalə güllərin indi bağrı qara idi.