Azər ARİFOĞLU (Abbasov Azər Arif oğlu) 1975-ci il sentyabr ayının 12-də Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub.1982-1992-ci illərdə Naxçıvan şəhər 3 saylı orta məktəbdə təhsil alıb.Bakı Dövlət Universitetinin Jurnalistika və Hüquq fakültələrində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı Nümayəndə Heyətlərinin Fəxri üzvü və “Naxçıvan Muxtar Respublikasının ədəbiyyatı” bölməsinin Redaktorudur.
* * *
Axşamçağı gördüm səni bulvarda, gözəl qız…..
Qalmışdı gözün sanki uzaqlarda, gözəl qız….
Bir uykuya dalmışdı dəniz sanki o axşam…..
Yatmışdı o nisgilli baxışlar da, gözəl qız…….
Hərdən də üzən zülfünü oxşardı küləklər…..
Sandım ki, vurulmuş sana onlar da, gözəl qız……
Bir ani göz atdın mənə birdən….yenə bir bax…..
Heç baxmadın amma daha…..yalvar da…..gözəl qız
Azər sana ya sanki vurulmuş….bu həqiqət
Getdin, buraxıb Azəri sən darda, gözəl qız
* * *
Ey gözüm, qan ağlamaqdan çeşmi-giryanım vətən
Sən mənim cismimdə canımsan, pərişanım vətən
Bir anamdır, bir də sənsən, başqa bir şey istəməm
İstərəm olsun fəda uğrunda bir canım, vətən
Çox da şairlər gözəllərdən qəzəl yazmaqdadır,
Başqa bir yar yox mənim qəlbimdə, cananım vətən
Leylinin uğrunda Qeysin əqli olmuşdur fəda
Leylilərdən gül açıb qoynun, gülüstanım vətən
Hər zaman bir halə düşdüm, sən səbəb oldun buna
Həm sevincimsən mənim, həm ahu- əfğanım vətən
Gər adım Azər mənim, sən ərməğan etdin onu
Həm adımsan sən mənim, həm şöhrətim, şanım vətən