files

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən “Yeni nəsil Azərbaycan ədəbiyyatının təbliği” layihəsi çərçivəsində “Çağdaş Azərbaycan ədəbi qurumları” kitabının növbəti sayı nəşrə hazırlanır.Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin Təsisçilər Şurasının başqanı Əkbər Qoşalıdır.Layihə çərçivəsində Azərbaycanda fəaliyyət göstərən peşəkar ədəbi yaradıcılıqla məşğul şəxsləri birləşdirən qurumlar, dərgilər, qəzetlər; saytlar; ədəbiyyatşünaslıq üzrə istisaslaşmış elm-tədqiqat ocaqları; ədiblərin ev muzeyləri, Poeziya Evləri; nəşriyyatlar; eləcə də represiya qurbanı olmuş Azərbaycanlı ədiblər, şəhid Azərbaycan şairləri barədə bilgilər “Çağdaş Azərbaycan Ədəbi Qurumları”nda kitablaşdırılacaq.
Qeyd edək ki, “Çağdaş Azərbaycan Ədəbi Qurumları” kitabının I nəşri 2009-cu ildə “Turan evi” nəşriyyatı tərəfindən 118 səhifə olmaqla, 450 tirajla dərc olunmuşdu.DGTYB başqanı Əkbər Qoşalının hazırladığı kitabın redaktorları Rəsmiyyə Sabir, İlqar İlkin və Namiq Hacıheydərli olmuşdu.