files

“NAKAM ŞAİRLƏR” adlanan yeni kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi layihə çərçivəsində hazırlanıb.
Nəşrin tərtib və ümumi redaktəsi Əkbər QOŞALIya aiddir. Nəşrin məsləhətçiləri prof.dr. Almaz ÜLVİ və Azərbaycanda Atatürk Mərkəzinin baş redaktoru Dəyanət OSMANLI, rəy verənləri isə DGTYB Təsisçilər Şurasının üzvü, “Fəxri gənc” ödülü laureatı dos.dr. Rəsmiyyə SABİR, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin Sədr müavini Mübariz HACIOĞLU və “Birlik” dərgisinin baş redaktoru İlqar İLKİNdir.
Kitabda gənc yaşlarında həyata gözlərini əbədi yummuş yeni nəsil Azərbaycan şairləri haqqında bilgilər və şeirlərindən örnəklər verilib. “Ömrü özünə yaşamayan” şəhid şairlərin şeirlərinin də yer aldığı nəşrdə “nakam” sözü onların fiziki ömürlərinin qısa sürdüyünü, Ədəbiyyatımıza daha çox töhfələr vermək, uğurlar qazandırmaq potensiallarının olmasına bax¬mayaraq, həyatdan erkən köçdüklərini ifadə edir. DGTYB-nin bu nəşri… məhz özləri həyatda olmayan – həmişəgənc şairlərin yaradıcılığına müraciət etməsi ilk növbədə özləri həyatda olmasa da, sözləri həyatda olanlara vəfa borcundan irəli gəlir… eləcə də, onların hər birinin xatırlanmağa haqları olduqlarının etirafıdır…
21 yaşlı Ülvi Bünyadzadənin şəhid olmamışdan xeyli öncə öz əli ilə yazdığı “AND” kitaba “önsöz” yerinə verilib.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.