1558877_1434551783429120_209165756_n

Bəzi jurnalistlər, yaxud cəmiyyətdəki insansanlar, Soyunmağı müasir, İnkişaf və azadlıq, haqq, gənclərin haqqı hesab edirlər. Geyinməyi geriçilik və əsarət. Belə bir sual yaranır görəsən bunları kim bu hala gətirdi? Bəs nədən haqlardan danışan söz sahibləri Qarabağın haqqından danışmırlar. Heç axırıncı dəfə nə vaxt bu barədə söz açıblar bəlli deyil. Elə acınacaqlı bir gənglik yetişir ki, savadsız, ədəbsiz, daha kiminsə əlinə silah alıb kimisə öldürməyə ehtiyacı qalmır. Gəncliyi xarab olan cəmiyyətin gələcəyi olmaz. Baxın bir xanım bir gün yazımın altından şərh yazdı ki, Xanım nədən siz cəmiyyətdə olan yaxşı şeyləri deyil, pis şeyləri qələmə alırsız? Mən ona bu cavabı verdim: çünki cəmiyyətdə pis şeylər yaxşı şeylərdən daha çox olduğu üçün. Və onu da qeyd etdim ki, mən yaxşı şeyləri də qələmə almışam siz oxumamısızsa onun günahı məndə deyil. Ikinci bir şərh gəlmədi nədənsə….qayıdaq mövzumuza. Iyirmi beşi fevral günü, siqaretlə dağ basılaraq, Xocalıda qətlə yetrilən bələkdəki körpə şəkilini, Xocalı yaralı canım adlı şerimin üstünə qoyub sayıtlarda çıxardım. Sonra onu bütün qruplarda paylaşdım o cümlədən də dindar bir cəmiyyətin qrupunda da. O cəmiyyətin rəhbəri imanlı bir qardaşdır ad çəkməyəcəm amma yazını və verdiyim cavabı sizlərlə bölüşürəm.Yazı tağ edildi.
Mən: – anlamadım. Bu şərh gəldi.
O: – Admini tağ etdim ki, bunu silsin. Belə şəkilləri hər yerdə paylaşmaq doğru deyil.
Admin: – xanım filankəs yəqin demək istəyir ki, bu şəkil o qədər də, münasib deyil…bəlkə linqin içindəki şeri copy edib qrupda paylaşasız? Belə etsəz daha yaxşı olar…
Mən: – Yəni bu şəkil nədən münasib deyil ki, səbəb?
O: – Dəhşətli şəkilləri paylaşmağın xüsusi zamanı və məkanı olmalıdır. Bunu kimin görəcəyini siz bilmirsiz. Bəlkə də, uşaqlar qeyri ixtiyari görə bilər. böyüklər içində əsəbləri zəif olanlar ola bilər. Yəni qəfildən insanın qarşısına çıxır etik deyil.
Mən: – Bunun əsəbə heç bir adiyyatı yoxdur. Bu bizim birimizin övladı da, ola bilərdi. Nədən biz öz dəhşətlərimizi gizlədirik? Ay ürəyim zəifdir deyəmi? Yoxsa nə üçün? Birdəki uşaqlar görüb bilsinlər. Orda heç bir şey yoxdur. Istəyirsiz silə bilərsiz amma mən o zaman çox təəssüf edərəm. Unutmayın bu bizim Kərbəlamızdır. vəssəlam.
Nə admindən səs çıxdı, nədə mənə etik normalarından dərs keçən bu kişidən. özünüz düşünün əgər bu gün müxtəlif bəhanələrlə yaxamızı beləcə məsuliyyətdən çəkiriksə, bizim Qarabağlı atalarımız da, vətən deyə-deyə öləcəklər. Yeni nəsillər isə sadəcə tarix kimi kitablardan oxuyacaq Qarabağ hekayələrini…
Iyirmi altısı gün dünya gənc türk yazarların onlarla üzvləri arasından beş nəfər vətənpərvər olaraq Xətai-yə Xocalı abidəsini ziyarət etməyə getdik. Abidənin önündə kimisi biri-biri ilə deyib gülür, kimisi iş yerlərindən məcburi gətrildiyini az qalır dilinə gətirsin. Bu zaman bir dəstə təqribi onaltı yaşlarında gəncliyə qədəm qoyan məktəb uşaqları abidənin önünə daxil olur, ağızlarında saqqız qışqırışırlar XOCALIYA ƏDALƏT. Birdəfə saqqızı çeynəyərək, növbəti dəfə bu başı bəlalı XOCALININ adını çəkirlər. özüdə birinin ağzında deyil, hamısının ağzında var. Əslində gənclərdə heç bir günah görmürəm. Günahın hamısı dərs əvəzinə evdə yaşadıqlarından danışan müəllimlərin və müəllimələrin əsərləridir. Nədi-nədi uşaq bu müəllimin yanına hazırlığa gəlib ayda 60, 70 manat yedizdirsin…amma içlərində həqiqətən də az bir qism çox hörmət və ehtiramla abidənin qarşısında baş əyərək ziyarət edir, iyirmi iki ilin acı həqiqətlərini yad edirdilər. Biz də, ziyarət edib sahil bağına yollandıq.
Oraya yenicə çatmışdıq ki, bir hicablı gəlinin mənim üzümə diqqət etdiyini gördüm.
Əslində mənə də, çox tanış gəlirdi. Xəbər aldı. Bağışlayın siz “Mədinəm” ilahi nəğmələr qrupunda olan qız deyilsiz? Dedim bəli. Dedi: mən istilist Pərvanə… Il yarım idi ki, görmürdüm bu xanımı. Bu xanım Mədinəmin təqdimat mərasimində istilist olaraq bizi səhnəyə hazırlamışdı. Indi bu xanımı görməyə çox şad oldum. Burda da, gənclər təşkilatı XOCALI haqqında çox gözəl kampazisya hazırlamışdılar. Elə bu sahil bağında onu həm həyata keçirdik həm də, seyr etdik. Xanımın yanında 3, yada 4 yaşlarında uşağı var idi. Anasına sual edirdi: ana bu nədir bayram? ana cavablandırırdı yox, matəm. Sonda Pərvanə xanım bizdən ayrılmamış bir söz işlətdi. Özüm bu gün buraya gəldim ki, qoy mənim övladım xəbərdar olsun. Əhsən bacım sənə dedim: Sonra qarşılıqlı söhbət əsnasında işarə etdim. Pərvanə evə də gedəndə hər şeyi danışıb başa salarsan sağollaşıb ayrıldıq… O öz evinə biz də, öz evimizə…
Fərqə baxın bir əli silah tutan kişinin halı ilə, bir hicablı qadının halına. Mənim belə insanlara ürəyim acıyır. Indi görün hansı üstündür?!!! Bu gün gənclər soyunmaq eşqinə düşüb sizcə bu bəlalar birdən birə göyərib? yox… yavaş-yavaş toxum səpilib becərilib………. Bunun arxasında isə inkişaf yox tənəzzül dayanır. Müharibə ölkəsində yaşayan ölkənin tənəzzülü…haqlardan danışan vətəndaşlara və jurnalistlərə bircə sualım var. Azərbaycanın haqqını kim müdafiə edəcək soyunmağı haqq hesab edən və reklam edən sizlərmi? Yoxsa bu inkişaf adına tənəzzülə gedən gənclikmi. Yaxud da mariflənmə xarakterli çılpaq yazılarmı. Insan belə şeyləri görəndə sadəcə insanlığından utanır. Halbu ki, sizlərdə jurnalistsiniz Çingiz Mustafayevdə. O, sizin kimi Konstitusiyanı əlində bayraq etmədi. Milləti, Vətəni uğruna canını verdi. Özünüz düşünün insan sizə baxanda utanır, yaşamaq istəmir… görün sizlər nə gündəsiniz. Ancaq Çingizə və onun kimi oğullara baxanda qürur hissi duymamaq olmur. Bax beləcə sizlər də, ölmüşlərin sırasına qatılanlardan olacaqsınız barı özünüzlə Azərbaycanın gəncliyini və gələcəyini sürükləməyin. Mən burda kiminsə adını çəkmirəm hər kəs öz payını götürsün deyə ümumu fikir söylədim…