923378_1421457151428100_1865198084_n

O günləri bir daha canladırmaq istəmirəm…istəmişəm yazmaq amma bacarmamışam, Öz həyatımı kağıza yaza bilməmişəm. Çəkinmişəm “Insanlar nə deyər?!” sualı hər zamankı kimi, hamı kimi, mənim də maneəm olub. Mən xatırlaya bilmirəm keçmişi, keçmişi xatırladığım zaman, göz yaşlarıma sahib ola bilmirəm… Bəlkə də, illər sonra, mən bu gücü özümdə hiss edə bilərəm. Öz həyatını qələmə almaq böyük ürək tələb edir.

Biz “cılızlar” bacarmarıq…
Başqalarının həyatı haqqında romanlar yazarıq, öz həyatımız haqda danışmağa belə çətinlik çəkərik. Çünki, biz yalnız öz həyatımızın ağrısını, çətinliyini görmüşük, “başqalarınkını isə yalnız görmüşük, bizə çox adi, asan gəlib. Axı “Döyüş kənardan asan görünür.” Acı başa düşmək üçün, ac olmaq lazımdır. Tox insan ac olan insanın çəkdiyi əziyyəti görə bilməz axı…. Deyəsən bir az uzaqlaşdıq, “Öz həyatımızdan…” Yuxarıda deyildiyi kimi, biz öncə özümüzü dərk etməliyik. Öncə özümüz haqda danışmalıyıq kağıza-qələmə. Həyatın acılı-şirinli günləri gələcək, hamısı ötüb keçəcək, xatirələrdə yaşayacaq. “Biz hələ, Nə görmüşük ki?!” hər şey irəlidədir. Hədəfə doğrumu gedirik, hədəfdən yanmı gedirik, bunu yalnız yolun sonu bizə göstərəcək… Bəlkə də qarşıda bizi elə çətinliklər gözləyir ki, keçmişdə yaşadıqlarımız ən xoş günlərimiz sırasında duracaq və öz keçmişimizdən danışdıqda, qəlbimiz rahatlıq tapacaq, keçmişi aydınladacaq.