Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1381 - 1440 of 12. 697 NƏTİCƏLƏR
Mədəniyyət

Milli Kitabxanada “8 noyabr Şuşa Şəhəri Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Post Views: 49 Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Şuşa şəhəri günü” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində Şuşa şəhəri haqqında dərc olunan məqalələr, Qarabağ zəfəri, Şuşa şəhərinin tarixi, mədəniyyəti …

Mədəniyyət

Gənclər Kitabxanası “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazasını istifadəçilərə təqdim edib

Post Views: 66 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları şanlı tariximizin qürur səhifəsi 8 Noyabr – Zəfər Günü və Şuşa Şəhəri Günü ərəfəsində “Türk dünyasının mədəniyyət paytaxtı – Şuşa” adlı elektron məlumat bazası hazırlayaraq istifadəçilərə təqdim edib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazasında rəsmi sənədlər, Şuşa tarixinin xronologiyası, inzibati ərazi bölgüsü, tarixi-memarlıq abidələri, erməni …

Mədəniyyət

Kitabxana Bayraq Günü ilə əlaqədar videomaterial hazırlayıb

Post Views: 43 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında 9 Noyabr – Azərbaycan Dövlət Bayrağı Günü ilə əlaqədar videomaterial hazırlanaraq izləyicilərə təqdim edilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Azərbaycanın dövlət rəmzi bayrağımızın yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilir. Kitabxananın əməkdaşları tərəfindən hazırlanan materialda ümumi məlumatlarla yanaşı, Ümummilli …

Mədəniyyət

Milli Kitabxanada Zəfər Gününə həsr olunmuş virtual sərgi istifadəçilərə təqdim olunub

Post Views: 49 Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “8 Noyabr – Zəfər Günü” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fotolar, mövzu ilə əlaqədar dövri mətbuat səhifələrində dərc olunan məqalələr, Zəfər Gününə və Vətən müharibəsi şəhidlərinə həsr …

Mədəniyyət

Qeyri-hökumət təşkilatları üçün 2023-cü il üzrə qrant müsabiqəsi

Post Views: 43 Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi qeyri-hökumət təşkilatları üçün 2023-cü il üzrə qrant müsabiqəsini elan edir. Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının mədəniyyət siyasətini və prioritet sahələrini həyata keçirilməsinə dəstək olmaq üçün innovativ, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır. Qrant …

Mədəniyyət

Zəfər Günü Azərbaycan teatrlarında təntənəli şəkildə qeyd olunacaq

Post Views: 56 Elə hadisələr var ki, tarixə qızıl hərflərlə yazılır. Minilliklər keçsə belə bu tarix dəyişilməz olaraq qalır. 2020-ci il noyabrın 8-i də Azərbaycan xalqı üçün belə tarixi günlərdəndir. 44 gün davam edən və 30 illik torpaq həsrətinə son qoyan İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbə artıq 3 ildir ki, ölkəmizdə Zəfər Günü kimi …

Mədəniyyət

EMIN Dubayda “Best Music Fest”də çıxış edib

Post Views: 84 Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində noyabrın 1-dən 5-dək “Sea Breeze Resort”un əsas tərəfdaş qismində çıxış etdiyi “Best Music Fest” musiqi festivalı keçirilib. Tədbirin üçüncü günündə səhnədə EMIN, Jony (Cavid Hüseynli), Bahh Tee (Bəxtiyar Əliyev) və gənc ifaçı Tüken (Türken Salmanova) çıxış ediblər. Musiqi Festivalı Dubayın məşhur «Madinat Jumeirah Dubai” kurort kompleksində keçirilib. …

Mədəniyyət

Məmməd Araz yaradıcılığı Argentinanın ədəbiyyat portalında

Post Views: 48 Argentinanın populyar “Poemas del Alma” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Məmməd Arazın ispan dilinə tərcümə edilmiş “Dünya sənin, dünya mənim…”, “Əlvida, dağlar!”, “Azərbaycan – dünyam mənim” şeirlərinin dərcinə başlayıb. Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şairin yaradıcılığı haqqında məlumatla təqdim olunan şeirlərin ispan …

Mədəniyyət

Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Post Views: 34 Noyabrın 6-da Beynəlxalq Muğam Mərkəzində XIV–XV əsrlərin görkəmli Azərbaycan alimi, musiqiçisi, müğənnisi, şairi, xəttatı Əbdülqadir Marağayinin 670 illiyinə həsr olunmuş tədbir keçiriləcək. AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi ilə birgə təşkil edilir. Tədbirdə Əməkdar incəsənət xadimi, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Azərbaycan musiqi tarixi və nəzəriyyəsi şöbəsinin aparıcı elmi …

Mədəniyyət

Naftalan şəhərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Post Views: 65 Xəbər verdiyimiz kimi, noyabrın 3-də mədəniyyət naziri Adil Kərimli Tərtər rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan sonra nazir Naftalan şəhərinə səfər edib, şəhərdəki bir sıra mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub. Əvvəlcə Naftalan şəhər Heydər Əliyev Mərkəzinə baş çəkilib. Mədəniyyət ocağının tarixi, maddi-texniki imkanları və cari vəziyyəti ilə bağlı məlumat …

Mədəniyyət

Mədəniyyət naziri Tərtərdə vətəndaşların müraciətlərini dinləyib

Post Views: 35 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, mədəniyyət naziri Adil Kərimli noyabrın 3-də Tərtər şəhərində qəbul keçirib. Qəbuldan əvvəl nazir və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Ümummilli lider Heydər Əliyevin Tərtər şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini …

Mədəniyyət

Regionun ən böyük kitab sərgisinə sayılı günlər qaldı

Post Views: 44 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 11-15 noyabr 2023-cü il tarixində Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi (Baku International Book Fair 2023) keçiriləcək. Tədbirdə iştirak üçün 11 ölkədən 30-dan çox xarici təşkilat, 109 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə …

Mədəniyyət

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evinin tabeliyində olan Niyazi adına Dövlət Simfonik Orkestrinin, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin və Cahangir Cahangirov adına Xorun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi haqqında” Nazirlərlər Kabinetinin Qərarı

Post Views: 48 Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti ilə razılaşdırılmış təklifinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 1. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Səsyazma Evində fəaliyyət göstərən Niyazi adına Dövlət Simfonik Orkestri ştat vahidləri ilə …

Mədəniyyət

Gənc xanım yazar Arzu Hüseynin şeiri ”Türkay” aylıq ədəbiyyat dərgisinin yeni sayında işıq üzü görüb

Post Views: 48 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri Arzu Hüseynin “İndi həsrətinlə nəfəs-nəfəsəm” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin 3-cü yeni sayında işıq üzü görüb. http://hecetaslari.com/turkay…/turkay1sayi11noyabr2023.pdf Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

"Yeni nəşrlər"

AMEA Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət Rəsulovanın yeni kitabı işıq üzü görüb

Post Views: 49 “Şirvannəşr” tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, yazıçı-publisist Ədalət Rəsulovanın “Məqalələr toplusu” adlı yeni kitabı işıq üzü görüb. Kitabın naşiri Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Qəşəm İSABƏYLİDİR. Kitabın üz qabığının rəssamı isə təcrübəli mütəxəssis, peşəkar rəssam Zahid MƏMMƏDOVdur.  Kitabın tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …

"Yeni nəşrlər"

Gənc yazar İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı nəşrə hazırlanır

Post Views: 60 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Dünya Gənc Türk Yazarlar Birliyi İdarə Heyətinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın katibi, gənc yazar İntiqam Yaşarın “Adını çəkirəm” adlı yeni şeirlər kitabı nəşrə hazırlanır. Kitab müəllifin oxucuları ilə sayca beşinci görüşüdür. Kitabda müxtəlif illərdə …

Azərbaycan ədəbiyyatı

Hərəkətsiz gəmilər dənizə yükdür, dost… – İntiqam Yaşarın şeirləri

Post Views: 66 Mən deyiləm yanında Hansı yerin küləyinə üşüdün,hansı yerin soyuğu var canında?Xəyallarım çox da sənə sarılıb,Nə yazıq ki, mən deyiləm yanında. Düşünürəm hansı işə yarayırƏllərini isitmirsə nəfəsim.Sən gələndən, sən hopandan ömrüməNə sükutum sənsiz olur, nə səsim. Sən demişəm, sən deyəcəm hər nəfəsBir gün əgər qalmasam da yadında.Bircə bunu unutmazsan ömürlük,Mən özümü tapmış idim …

Azərbaycan ədəbiyyatı

Vüqar ƏHMƏD.”Niqab” (Yeni hekayə)

Post Views: 62 Vaxtilə BDU-nun Şərqşünaslıq fakültəsini bitirən Gövhər artıq iyirmi il idi çalışırdı. Belə ki, institutun müdiri Bilal Qüdrətzadə onun işindən çox razı idi. Çünki vaxtında işinə gələn, heç vaxt işdən yayınmayan, öz işini hamıdan yaxşı bacaran, eyni zamanda səliqə-sahmanı ilə ordakıları heyrətləndirən Gövhər həm direktor Bilal Qüdrətzadənin, həm də ümumiyyətlə bütün heyətin daim …

Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.”Əbədidir sən əyləşən taxt, Şuşam”

Post Views: 63 Azərbaycan Yazıçılar Birliyinin üzvü Bahar gəlib, buludunu sərinlət,Yağış olub ürəyimə yağ, Şuşam.Ağır qanlı döyüşlərdən çıxmısanÇox şükür ki, çox şükür ki, sağ, Şuşam. Görüşümə sən gəldikcə röyada,İllər boyu nifrin tökdüm mən yada.Səndən uca şəhər yoxdur dünyada,Dörd tərəfi qala Şuşam, dağ Şuşam. Dolanırsan Natəvanın sözündə,Qoy qalmasın arzu-kamın gözündə,Dönüb İsa bulağına özün dəŞırıl-şırıl zümzüməylə ax, …

Azərbaycan ədəbiyyatı

Bənövşə MAHMUDQIZI.” Yorğunam, müəllim… “

Post Views: 80 Salam, xəstəliyim…Mən səninlə nə eyləyim?Boşa qoyuram, dolmur,Doluya qoyuram, almır.Və məni kimsə anlamır…Mən xəstəyəm;Xərçəng, talassemiya,Epilepsiya vəs.Dünyada nə qədər xəstəlik var?Hamısından bir azam.Hamısından bir-bir yazam?Yox, ömrüm yetməz.Xəstəliklərdən ölənlər kimi.Qorxum ölmək deyil,Qorxum möhtaclıq,Anlayışa aclıq…Söyləyirəm açıq-saçıq;Mənə dəyməyin.Yorğunam,Qırıq-qırıq,bəlkə parça-parça…Ancaq sizi güldürəcək,Sevəcək qədər gücüm var.Sizin üçün gülürəm,Sevdiyiniz gülüşlərim,Xoşbəxt gördüyünüz gözlərimSizin üçündür, əzizlərim!Bu şeir bütün xəstəliklərin,Bütün xəstələrin dilidir.Xəstə olmayan …

Azərbaycan ədəbiyyatı

Gülay Tahirlidən yeni şeir

Post Views: 63 Getdin, On oyuncağım vardı, Onunu da apardın. Mənim sağdakı beşim Soldakı beşimə yetmir. Nə var ki addım atmağa? Bilirsən də, mən yıxılan deyiləm. Amma hansı qüvvə qaçırar ayaqlarımı? Hər sığalda çırpınardı ürəyim, İndi yüz çəkic gətir, səsi çıxmaz. Getdin, Gözlərimin yaşı axmaz. Deyirlər, böyüklər ağlamaz, Ruhuma baxma, oyuncağım yoxdur. Dənizə getdim, İslanmamış …

Azərbaycan ədəbiyyatı

Pərvin Əliyeva – Qəzzada ölüm.

Post Views: 73 Buludlar da at kimi  kişnəsəydi, Göy geyib qanlı dağa  düşsəydi. Tövləbaşı qışqırsaydı  Yasavul, qaravul… O da köməyə gəlsəydi, Olardım ona qurban.  Bir iydə çiçəyi köynəkdən çıxınca  Gör neçe fesil görür, Qorxurmu, qorxur. Bir körpə də qorxar, Bu vəhşət səslərindən  Daha yolçu yolunda olsun deməz Daha yol qalmaz ona. Bir libas ki, bu …

Publisistika

Zülfiyyə İmanova – Ah”lar ağacından “Saat” qülləsinə

Post Views: 60  41 il ömür sürən, həyatı “Füsunlar” arasında keçən, incə ruhlu, şeirlərində tərtəmiz ana qoxusu hiss edilən türk şairəsi-Didem Madak. Ömrünün neçə baharını, neçə qışını yaşamışdı, amma “sevinmək nədənsə həmişə yeddi yaşında” kimi qalmışdı ağlının ən dərin qatlarında. Həyat hekayəsində kədərli anlar, sevincli günlərini üstələmiş, alın yazısının hansı kitabın arasında olduğunu bilmək üçün günlərlə …

Publisistika

Namiq HACIHEYDƏRLİ.”Kimdir ən böyük şair?!”

Post Views: 74 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri Böyük yazıçı”, “böyük şair”, “böyük bəstəkar” və s. bu kimi ifadələri tez-tez eşidirik. Bu halda bəzən iki şairin (eləcə də yazıçının, rəssamın, bəstəkarın, siyasətçinin və s.) müqayisəsi aparılır. “Filankəs filankəsdən böyük şairdir”, “yox, mənim fikrimcə filankəs …

Azərbaycan ədəbiyyatı

Coşqun XƏLİLOĞLU.”ŞALVAR”

Post Views: 43 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri(EL- OBA SÖHBƏTLƏRİNDƏN)Bir kənddə iki qardaş yaşayırd. Böyük qardaşın adı Qüdrət, kiçiyinki Sakit idi. Valideynləri vəfat edəndən sonra böyük qardaş ata-analarından qalan var-dövlətə sahib oldu. Kiçik qardaşa isə heç nə vermədi.Sakit evin bütün ağır işlərini görür —ot biçir, odun doğrayır, mal-qara …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Eşqdən ölsəm…”

Post Views: 82 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Sarı eşqə Tanrı ağlar,Bəndə ağlamaz…Ağlamaz…Qoca palıd çal başınaSarı bağlar…Qara bağlamaz…Bağlamaz… Əyilib səcdə edərəmGetdiyin hər dan üzünə…Məcnuna qibtə edərəm,Leylinin həya rübəndiYaraşmaz nakam üzümə… Yandım…Aman, sarı palıd,Qoynunda koğuşun …

Publisistika

Banu MUHARREM.”Danışır..”

Post Views: 66 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Necə danışdığına deyil, nə danışdığına diqqət edin🥲🙂” 11 yaşım olardı. Ailəmiz dağılmış,yoxsul həyat tərzi yaşayırdıq. Anam evdə dərzilik edirdi. Birtəhər keçinib gedirdik.Kitablarımın çoxu dəxlisiz idi, məktəbə vurmağa çantam belə yox idi.Bayram ərəfəsi idi.Anam biraz pul toplayıb çətinliklə də olsa mənə bir cüt ayaqqabı ala …

Azərbaycan ədəbiyyatı

Banu MUHARREM.Yeni şeirlər

Post Views: 92 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini * * * Dünyaya doymayan qullar nə tapdılar..Nə tapdılar?!Allahını sevən kəslər nurlu xəzinə tapdılar. Göyün günəşi dönəndə qafil sahibsizdir sanarAşiqlər Rəbbin ananda ruhu divanə tapdılar. Gizlicə bir haldır kədər..ürəkdə ibadət edər.Dərviş nəfsini güdəndə halı viranə tapdılar. Dumanlı köşklərdə ömrün! Vaxtı bitəndə hər ömrünKönlü yanğın-kül …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər

Post Views: 80 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri * * * Gözümə düşən xəyalınGözümdən axmağa gəlir.Səhər çağı açılan danGecəni yığmağa gəlir. Və mən hələ də oyağam-Hələ də oyaq… yuxulu…Mənə sevdiyini söylə,Söylə, qoy rahat yıxılım. Açılmır yenə başımdanQara buludun …

Azərbaycan ədəbiyyatı

Arzu HÜSEYN.Yeni şeirlər

Post Views: 56 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Hədərdi bilirəm gecikmiş güman,Xərclədim ömrümü bir heçə getdi.Məndə axtardığın o ucuz yalan,Sənin yalanınla heç-heçə getdi. Tutub-yapışmısan yaxamdan qəti,Söylə ürəyindən keçəni görək!Oynayıb tullamaq köhnə adətin,İndi hər necəyəm nəyinə gərək? İllərlə ahıma bürünən Allah,Gətirib qarşıma nə haqla səni?Kabusun …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏN…”

Post Views: 52 …Nə olsun ki, gecə keçir,Zaman axır ömrümüzdən,Vaxt onsuz da gedəcəkdirYatmasam da, yatsam da mən. Dünya adlı bu yerdə mənMüvəqqəti yəhərdəyəm,Düşəcəyəm yedəyindənYeddi əlnən tutsam da mən. Cahan kimə yoldaşdı ki,Kimə sirrini açdı ki?Oğurluqdan yaxşıdı ki,Xırda-xuruş satsam da mən! Gör, haradan-hara vardın,Şahlar şahı nə apardın?Arzulardan kam alardım,Bircəsinə çatsam da mən. Mən göylərin öz oğluyam,Gedəm, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Musa YAQUB.”Taleyin qisməti”

Post Views: 89 Taleyin qisməti rast saldı bizi.Yolumuz hardasa qırılacaqsa,İtirəcəyiksə bir birimizi,Xatirəm yadında qalmayacaqsa,Bu əllər mənimki olmayacaqsa,Bu tellər mənimki olmayacaqsa,Sən allah,özünə oyrətmə məni,Hicran qoxusuyla göynətmə məni.Əlimi əlinə öyrətmə belə,Gözümü gözünə öyrətmə belə,Üzümü üzünə öyrətmə belə.Mən bir az baharlı budaq kimiyəmBir azda sadəlövh uşaq kimiyəm,Bala anasına qovuşan kimi,Leylək yuvasına qovuşan kimi,Arı gül-çiçəyə uyuşan kimi,Eh,mən də adama …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş yavaş sevdim səni”

Post Views: 55 Yavaş-yavaş sevdim səni,Hər gün bir az da sevdim.Ən çox bu qış sevdim səni,Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdikHavalar soyuyanda.Adamlar qalın geyinib,Ağaclar soyunanda. Qar altından baş qaldıranÇiçəktək sevdim səni.İstisinə qızındığımOcaqtək sevdim səni. Hələ bu cür sevməmişdimÖmrüm boyu heç kimi.Səni sevdim qar üstündəYem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağıNə baxırsan göyə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Günah onun özündədir”

Post Views: 77 Dostum, incə barmaqlarınSədəflərin üzündədir.Mənim meylim bir sazında,Bir də şirin sözündədir. Qarayazı meşəsində,Cavan ovçu həvəsində,Qulağın maral səsində,Gözün ceyran izindədir. Tarixi var hər daşın da,Tərlanın on beş yaşında,Bəzən qarlı dağ başında,Bəzən Muğan düzündədir. Baxan kimi sərraf gözün,Təmtəraqlı yalan sözünCanı yoxdur, dedin özün,Məna sözün düzündədir. Zaya getməz alın tərin,Bir gün bitər şah əsərin,Arzuların, diləklərinHələ sənin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”AĞAC YENƏ AĞACDIR”

Post Views: 65 Çapıb budaqlarınıQabığını soyma sən.Çox yemisən barını,O ağaca qıyma sən. Çiçəyini qoxlayıbÇox batmısan ətrinə.Amandır belə vaxtdaBelə dəymə xətrinə. Baharda çiçəkləyibGülməsi yadındamı?Zənbil-zənbil dərdiyinMeyvəsi yadındamı? Yadındamı balalarKölgəsinə qaçardıQuşlar da səhər-səhərO tərəfə uçardı? Dünənki əhdi bu günDaşa çalmaq düzdümü?Qocalıb, qarğıyanıGözdən salmaq düzdümü? Bəlkə nəyəsə möhtac,Bəlkə su üçün acdır?!Barlı-barsız həyatdaAğac yenə ağacdır.05.X.88 Ağstafa

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.O taylı gözələ”

Post Views: 64 Heç bilirsənmi səninçin nə qədər ağlamışam? Bürüyübdür məni hicrində kədər, ağlamışam. Durnalarla sənə göndərdim ürək sözlərimi, Almayıb səndən, aman, yaxşı xəbər ağlamışam. Səpmişəm göz yaşımı şeh kimi Təbriz yoluna, Bağrıqanlar bilər ancaq nə təhər ağlamışam! Evi zindanlar olub orda bu gün haqlıların, Kimsəsiz evlərə saldıqca nəzər, ağlamışam. Vəslinin həsrətidir can evimin ilk …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Azərbaycan”

Post Views: 58 Od ürəkli , od nəfəsli diyarımsanOcağına canım qurban , Azərbaycan !Əzilsən də , əyilməyən vüqarımsanBu çağına canım qurban , Azərbaycan ! Savaşlardan alnıaçıq çıxan zamanTarixlərə bağışladın neçə qurban.Hər qonşuda bir parçası əsir qalanTorpağına canım qurban , Azərbaycan ! Neçə gizli sərvət yatır qucağında ,Neçə ölkə od aparır ocağından .Azadlığın al rəmzi var …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Sığal”

Post Views: 65 Qәlbim pәrişandı, könlüm nigaran,Ruhumu meh vursun, yel sığallasın.Dәrdimi başımdan dağıtmaq üçünSaçımı bir yumşaq әl sığallasın. Dönsün sevgilimә, dönsün yarıma,Sevgi mәlәklәri gәlsin karıma.Sәslәr sığal çәksin duyğularıma,Tәzәnә xal vursun, tel sığallasın. Alın әllәrindәn ağrının, yasın,İtmәsin içindә ürәk his-pasın.Şair әllәrinә tikan batmasın,Şair barmaqları gül sığallasın. Vurulan durnatәk çıxsam sıradan,Toz kimi әriyib getsәm aradan,Yarıda bilmәsә mәni …

Azərbaycan Prezidenti

A.Ş.Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 52 A.Ş.Hüseynovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                   Azərbaycan rəssamlıq sənətinin inkişafında xidmətlərinə görə Arif Şahbaz oğlu Hüseynov “Şöhrət” ordeni ilə təltif …

Mədəniyyət

Azərbaycan Aşıqlar Birliyində hazırlanmış daha bir kitab işıq üzü görüb

Post Views: 38 Azərbaycan Aşıqlar Birliyində (AAB) hazırlanmış daha bir kitab işıq üzü görüb. AZƏRTAC xəbər verir ki, AAB-nin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun müəllifi olduğu “Şair Ağacan: ömür yolu, mühiti və sənəti” adlı bu kitab əslən Qərbi Azərbaycandan olub, sonradan ömrünün çox hissəsini Borçalıda yaşayan, ötən əsrin 30-40-cı illərindəki sovet repressiya maşınının qurbanlarından …

Mədəniyyət

Ustad aşığın şeirlər kitabı nəşr olunub

Post Views: 41 Azərbaycan Aşıqlar Birliyində (AAB) ustad aşıqların yaradıcılığına daim böyük diqqət göstərilir, onların şeir, deyişmə və dastan yaradıcılığından ibarət kitablar nəşr olunur. AAB-dən AZƏRTAC-a bildirilib ki, bu sıradan olan növbəti kitab Şirvan aşıq mühitinin ustad sənətkarlarından olan Cavid Əmiraslanovun yaradıcılığına həsr olunub. Belə ki, ustad aşığın saz-söz ictimaiyyətinə sənət ərməğanı kimi bu günlərdə …

Mədəniyyət

Müasir İncəsənət Mərkəzində “Vibe of Nature” adlı sərgi açılıb

Post Views: 49 Müasir İncəsənət Mərkəzində “Vibe of Nature” (“Təbiətin vibrasiyaları”) hesabat sərgisinin açılışı olub. Sərgi Şabranda keçirilmiş və müasir Azərbaycan rəssamlarını bir araya gətirən eyniadlı simpoziumun yekunudur. AZƏRTAC xəbər verir ki, ekspozisiyaya Şabrandakı simpoziumun iştirakçılarının yaratdığı rəsm əsərləri daxil olub. Sərgidə Anar Hüseynzadə, Zümrad Hüseynzadə, Elşən Karaca, Şəbnəm Karaca, Aydın Əsgərov, Anar Bəylər, Saliha Bəylər, …

Mədəniyyət

Daşkənddə Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş təşkil olunub

Post Views: 44 Özbəkistan Yazıçılar Birliyinin dəvəti ilə Daşkənddə olan Azərbaycanın Xalq şairi Vahid Əzizlə görüş keçirilib. AZƏRTAC xəbər verir ki, Özbəkistan Yazıçılar Birliyində təşkil olunan tədbirdə bir qrup şair və yazıçı iştirak edib. Tədbirdə giriş sözü ilə açan Özbəkistan Yazıçılar Birliyinin sədr müavini, şair Qayrat Məcid qonaqları salamlayaraq Azərbaycanın Xalq şairi Vahid Əzizin Özbəkistana səfərini …

Mədəniyyət

Gənclər Kitabxanasında “Cümhuriyyətin mübarək, qardaş Türkiyə” adlı videomaterial hazırlanıb

Post Views: 37 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi ilə əlaqədar qardaş xalqın qəhrəmanlıq, şücaət və fəxarət dolu tarixindən bəhs edən geniş videomaterial hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materialda bu əlamətdar tarixin bütün Türk dünyası üçün qürur mənbəyi olduğu vurğulanır. Videomaterialda son yüzillikdə Türkiyənin bütün Türk dünyası üçün qürurverici …

Mədəniyyət

Apellyasiya Komissiyasının iclasları yekunlaşdı

Post Views: 67 19-26 oktyabr 2023-cü il tarixlərində nazir müavini Səadət Yusifovanın sədrliyi ilə uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilmişdir. İclaslarda Apellyasiya Komissiyasının üzvləri – nazirin müşavirləri Cahangir Səlimxanov …

Mədəniyyət

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Gəncədə çıxış edib

Post Views: 55 Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində regionlara təşkil olunan qastrol səfərlərini davam etdirir. Layihə çərçivəsində Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Qarabağnamə” tamaşası ilə Gəncə Dövlət Dram Teatrında çıxış edib. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında …

Mədəniyyət

Cultech Akademiyasına qeydiyyat başladı

Post Views: 47 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Mədəniyyət və yaradıcı sənayeləri üzrə tədris və inkubasiya mərkəzində Cultech Akademiyası üçün müraciətlərin qəbuluna başlandı. Cultech Akademiyası proqramları mədəniyyət texnologiyaları sahəsində fəaliyyət göstərmək istəyən mütəxəssislərin bilik və bacarıqlarının artırılmasına yönəlib. Mədəni irsin rəqəmsallaşdırılması istiqamətində proqramlaşdırma kursunun nəznində tələbələrə “Flutter” ilə mobil proqramlaşdırmanın əsasları, tətbiq interfeysinin hazırlanması, …

Mədəniyyət

Mədəniyyət naziri Adil Kərimli Tərtərdə vətəndaşları qəbul edəcək

Post Views: 58 Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 3 noyabr tarixində saat 10:00-da Tərtər rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Tərtər şəhəri, Heydər Əliyev prospekti 29) Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd və Şuşa rayonlarından …

Mədəniyyət

Azərbaycan Dövlət Pantomim Teatrı Qusarda tamaşaçıların görüşünə gəlib

Post Views: 79 Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş, “Heydər Əliyev İli” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxtda fəaliyyət göstərən teatrların bölgələrə qastrol səfərləri həyata keçirilir.  Layihə çərçivəsində Azərbaycan Dövlət Pantomim Teatrı oktyabrın 25-də Qusar şəhərinə səfər edib. Qusar Ləzgi Dram Teatrında pantomimçilər qusarlı teatrsevərlərə repertuarlarındakı maraqlı və baxımlı səhnə nümunələrindən biri …

Mədəniyyət

Kamran Murquzovu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

Post Views: 43 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Baş redaktorunu , Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) və “kenanaydinoglu.com” saytının Mətbuat xidmətinin rəhbərini, “Kümbet”, eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilçisini, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi …

Mədəniyyət

Kənan Aydınoğlunu doğum günü münasibətilə təbrik edirik! (25 oktyabr 1989-cu il)

Post Views: 56 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Sumqayıt jurnalistika məktəbinin layiqli yetirməsini, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) Mətbuat xidmətinin rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunu, tərcüməçi-jurnalistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə bol-bol uğurlar diləyir!Sevib, …

Publisistika

Turan Cavid: Hüseyn Cavid dilinin bərpası – Repressiyadan reabilitasiyaya. Lütviyyə ƏSGƏRZADƏ

Post Views: 63 Azərbaycan ədəbiyyatını bir-birindən sanballı dram əsərləri ilə zənginləşdirən Hüseyn Cavidin uğurları keçən əsrin əvvəllərinə, “Azərbaycan ədəbiyyatı dövründə ideoloji sarpıntılar dövrü kimi xarakterizə oluna bilən” dövrünə təsadüf edir. “İdeoloji sarpıntılar” dövrü kimi xarakterizə etdiyimiz bu dövrün “ən böyük hadisəsi Azərbaycan ədəbi mühitindən də yan keçməyən kütləvi repressiyadır. Özlüyündə siyasi hadisə olan repressiya bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏnin “Ədəbiyyat qəzeti”ndə dərc olunan şeirləri

Post Views: 105 Nəvəm Xanıma I Mən çiçək iyləmişdim, ətrini dərməmişdim. Həyata həyat qədər mən könül verməmişdim. Mən sevinci bu qədər, yaxından görməmişdim. Səni görəndə gördüm, səndə və səndə gördüm! II Eşitmişdim bir mələk var, nə biləydim, o sənsən! Ölkədə bir qəşəng var, nə biləydim, o sənsən! Bir səsdə necə rəng var, nə biləydim, o …

Azərbaycan ədəbiyyatı

Qəşəm İSABƏYLİ.”Ehtiras” (Novella)

Post Views: 70 *** Narkotik ittihamıyla Vüsal adlı ucaboy, yaraşıqlı cavan bir kişini həbs eləmişdilər. Yaşdaş olardıq. İş gəlib çıxmışdı stolumun üstünə, – prokuror kimi qərar verməliydim. Axşama yaxın katibə bir ərizəylə girdi otağıma. Baxdım ki, Vüsaldı, görüş istəyir. – Cənab prokuror, mənə nə qədər iş görünür? – Başın daşdan-daşa dəyib, bilməmiş olmazsan. – Mən …

Mədəniyyət

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa – “Nurlu ömrün anları”

Post Views: 47 Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən “Qonaq Teatr” layihəsi çərçivəsində oktyabrın 30-da İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Nurlu ömrün anları” (İftixar Piriyev) tamaşası təqdim olunacaq. Teatr Xadimləri İttifaqından AZƏRTAC-a bildirilib ki, tamaşada Ulu Öndər Heydər Əliyevin ümummilli liderlik fenomeni bədii təcəssümlə canlandırılır, onun müstəqil Azərbaycanın quruculuğunda müstəsna xidmətləri, vətən, …

Mədəniyyət

“İRS” jurnalının ispan dilində növbəti nömrəsi çapdan çıxıb

Post Views: 64 Madriddə “İRS” jurnalının ispan dilində növbəti nömrəsi – “IRS Herencia” çapdan çıxıb. Jurnal Azərbaycan tarixinə Vətən müharibəsi kimi daxil olan və 30 ilə yaxın müddətdə Ermənistanın işğalı altında olan Qarabağın ərazilərinin böyük hissəsinin işğaldan azad olunması ilə başa çatan 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsinin başlanmasının üçüncü ildönümü ərəfəsində işıq üzü …

Mədəniyyət

Noyabrda “Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılışı olacaq

Post Views: 51 Noyabrın 2-də “Uşaqlıq duyğularımın rəngləri” adlı şou–sərginin açılış mərasimi olacaq. Bu barədə AZƏRTAC-a Xətai Sənət Mərkəzindən məlumat verilib. Bildirilib ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzi təsviri sənətə ictimai marağı artırmaq, böyüklərin uşaq məsumluğu və səmimiyyəti ilə ərsəyə gətirdikləri rəsm əsərlərini görmək məqsədilə “Heydər Əliyev İli” …

Mədəniyyət

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayır

Post Views: 45 8 Noyabr – Zəfər Günü münasibətilə oktyabrın 22-dən noyabrın 8-dək Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Zəfər” musiqi və teatr festivalı başlayır. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Zəfər” festivalı Bakı şəhəri ilə yanaşı Gəncə və Sumqayıt şəhərlərinin, İsmayıllı, Biləsuvar, Sabirabad, Xaçmaz rayonlarının bir sıra mədəniyyət ocaqlarında tarixi qələbəmizə həsr olunmuş silsilə tədbirlərlə davam edəcək. Festival çərçivəsində …

Mədəniyyət

Bakıda VIII “Visla” Polşa film festivalı davam edir

Post Views: 72 Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) “Visla” Polşa film festivalı ilə əməkdaşlığı çərçivəsində səkkizinci dəfə keçiriləcək Polşa Film Festivalı davam edir. AZƏRTAC xəbər verir ki, filmlər oktyabrın 31-dək “Azərbaycan” CinemaPlus-da nümayiş olunacaq. Oktyabrın 10-da start götürən festival çərçivəsində artıq Azərbaycan tamaşaçıları Maçey Kavalskinin “Təhlükəli centlmenlər”, Yeji Skolimovskinin “İA”, Yakub Skoçenin “Vəftiz” və digər ekran əsrlərini …