Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.

16 mart tarixinədək müxtəlif şəhər və rayonlar üzrə 15 minə yaxın uşaq  qeydiyyatdan keçib.
Xatırladaq ki, uşaq festivalı 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Festival həm peşəkar, həm də həvəskar  kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.

İştirakçıların qeydiyyatı 20 fevral – 30 mart tarixlərində www.uif.az internet saytı üzərindən aparılır.
Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:

Rəsmi sayt – https://uif.az
E-poçt – info@uif.az
Facebook – https://www.facebook.com/uif.az
Instagram – https://www.instagram.com/uif.az
Twitter – https://twitter.com/uif_az
Youtube – https://www.youtube.com/@uif_az
Tiktok – https://www.tiktok.com/@uif.az

Mənbə: https://culture.gov.az