Susun, sakit durun! Dünyanın dərinliyindən bir səs gəlir, körpə səsi, Boğur insanlığı, qopur göylərdəki ah-naləsi. Duyun, ölmüş vicdanların qətl etdiyi məzlum kəsi, Vermiş həyat bətnindəki doğulmamış son nəfəsi.
Susun, sakit durun! Günəştək qalxsa da erkən, bu erkən yatma dünyası, Mənafe uğruna neyçün tükənməz qanlı dəryası? Ürəklər ürpədən fəryadı duymaq gec, nə faydası? Bəşər dönmüş müqəvvaya? Nədəndir yoxdur ehsası?
Susun, sakit durun! Bədənlər sağ ikən yandı, Xocalım yandığı gündən, Nə eybi gördülər əfsus, fəqətdir güldülər gendən, Susun! Əlbət bu səssizlik çıxardar sizləri dindən! Həqiqət olduğu yerdə susan varsa, odur düşmən.
Susun, yox, susmayın bir də! Dönüb dəryatək axdıqca bilin ki, qan tutar aləm, Duyunca körpə fəryadın İlahi dillənər hər dəm, Daha susma, daha susma, insan oğlu deyil əbsəm, Mən insanlıq mayasından zühur etmiş həmin sidqəm!
*** ƏSGƏR QARDAŞIMA
Qardaş, əsgərliyin mübarək olsun! Bu vətən torpağı sənə əmanət. Biz, ana-bacını qorumaq üçün, Düşmənlə üz-üzə gələrsən əlbət! Qardaş, əsgərliyin mübarək olsun! Qolumu göndərim, yenə güc olum, Dizimi göndərim taqətin üçün, Özümü göndərim, sənə güc olum. Qardaş, əsgərliyin mübarək olsun! Darıxma, özümtək yaxınam sənə. Bu il yuxusuzsan, bilirəm necə, Çünki öz gözümtək yaxınam sənə. Qardaş, əsgərliyin mübarək olsun! Təki sağ-salamat qayıt evinə! Sənin bir Allahın, bir də vətənin, Bir də ana-bacın sənə pərvanə. Qardaş, əsgərliyin mübarək olsun! Səninlə fəxr edir yerlə göy inan! Bu yolda müqəddəs xidmətin üçün, Baş əyir vətəni sevənlər hər an. Qardaş, əsgərliyin mübarək olsun! Qoru sən özünü, anana xatir. Gözü həsrət çəkən bacına xatir, Anatək ürəyi yanana xatir! Qardaş, əsgərliyin mübarək olsun! Allah pənahında saxlasın səni. Yolunu gözlərik, sağ-salamat gəl, Anan doya-doya qoxlasın səni!
– Lütviyyə xanım, Ümummilli lider Heydər Əliyevin 100 illiyini yaşadığımız bir zamanda onunla bağlı xatirələri olan ziyalılarla söhbət etməyi düşünürük. Belə şəxslərdən biri sizsiniz. Bilirik ki, Naxçıvanda Heydər Əliyev muzeyində çalışdığınız illəri ömrünüzün ən əziz və şərəfli dövrü hesab edirsiniz.
– Söhbətimizə dünya şöhrətli siyasətçi, dahi şəxsiyyət Heydər Əliyevin Moskvadan Bakıya, Bakıdan isə Naxçıvana gəldiyi həm çətin və məşəqqətli, həm də xoş günlərdən başlamaq istəyirəm. Həmin kəşməkəşli günlərdə 1990-cı il iyulun 22-də, ümummilli lider Heydər Əliyevin Moskvadan doğulub-böyüdüyü Naxçıvana, ağır vəziyyətdə olan vətəninə qayıdışı xalqın qurtuluşu oldu. Hamı ulu öndəri görmək üçün Naxçıvan şəhərinin mərkəzinə, “Tribuna” deyilən baş meydana axın etdi. Bu görüşdəki 30 min insanın içərisində anamla bərabər bütün ailəmiz də vardı. “Unudulmuş tənha ada”ya bənzədilən Naxçıvan artıq tək deyildi. Xalqın qəhrəman oğlu burada idi. Moskvadan vətənə qayıdan Heydər Əliyevin gəlişi ağır blokada şəraitində olan Naxçıvana yeni ruh gətirdi, insanlarda stimul yaratdı. Naxçıvanlılar bu böyük şəxsiyyətin ətrafında sıx birləşdi. Ulu öndərin bu illərdə döyüşlərin getdiyi Sədərəkdə dəfələrlə olması xalqla birliyi, insanların inam hissini gücləndirdi.
Ulu öndər Naxçıvanda təkcə Muxtar Respublika üçün deyil, bütün Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən, dövlət quruculuğu prosesində mayak rolunu oynayan qərarların qəbul edilməsinə nail oldu. Bütün naxçıvanlılar həmin illər Naxçıvanda dövlət müstəqilliyimizin bərpası istiqamətində taleyüklü qərarların; “Naxçıvan Muxtar Sovet Sosialist Respublikası”nın adından “Sovet” və “Sosialist” sözlərinin çıxarılması, onun “Naxçıvan Muxtar Respublikası”, eyni zamanda Naxçıvan MR Ali Sovetini Ali Məclis adlandırılması (17 noyabr 1990), “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanunun qəbul edilməsi (5 fevral 1991) və bu qanunla üçrəngli bayrağımızın yenidən respublikanın Dövlət bayrağı elan edilməsini, “1990-cı il yanvar ayında törədilmiş Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar layihəsinin işlənib hazırlanması və qərarın məhz Heydər Əliyevin siyasi nüfuzu nəticəsində qəbul olunmasını, “Dünya Azərbaycan türklərinin milli həmrəylik və birlik günü haqqında” qərarın (16 dekabr 1991) və s. hansı çətin şəraitdə və necə qəbul olunduğuna şahidlik etdi. Ümummilli liderin ilk gündən atdığı addımlar, həyata keçirdiyi tədbirlər Naxçıvanı düşmən əlinə keçmək təhlükəsindən qurtardı.
Tarixi günlərin şahidi kimi deyə bilərik ki, xalqımızı bəlalardan qoruyan, işıqlı gələcəyini təmin edən ümummilli lider Heydər Əliyev, böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan, bütün həyatını Vətəninə, xalqına xidmətə həsr edən, ölkəmizin, eyni zamanda doğulduğu Naxçıvanın inkişafı və yüksəlişi üçün var qüvvəsi ilə xidmət edən fenomen şəxsiyyətdir.
– Bəs sizin Heydər Əliyev muzeyinə gəlişiniz necə reallaşdı?
– Əbu Turxan yazır ki, “Bəzən sən yolu seçirsən, bəzən də yol səni.” Taleyimə yazılan yol məni Naxçıvanda yenicə yaradılmış Heydər Əliyev muzeyinə gətirdi. Ümummilli liderin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri işlədiyi, birbaşa şahidi olduğumuz dövrdə, bir az əvvəl sadaladığım, dövlət əhəmiyyətli, eyni zamanda taleyüklü qərar və sərəncamların, sənəd və materialların, imzaladığı məktubların, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikası ilə əməkdaşlıq sahəsində imzaladığı müqavilələrin surətlərinin, ümummilli lider Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, foto şəkillər, müxtəlif illərdə təqdim olunan dövlət təltiflərinin surətlərinin, ulu öndərin 80, 85 və 90 illik yubileyləri şərəfinə buraxılmış marka və medallar, xatirə əşyalarının yer aldığı, həmçinin 1990-cı il noyabrın 17-də Naxçıvanda qəbul edilən dövlət bayrağının saxlandığı muzeydə çalışmaq xoşbəxtliyi nəsib oldu.
– Nə zaman yaradıldı Heydər Əliyev muzeyi?
– Muzey Ümummilli lider Heydər Əliyevin hələ sağlığında ölkəmizdə yaradılmış ilk muzeydir. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində yerləşən muzey 1999-cu il mayın 10-dan, yəni Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günündən fəaliyyətə başlamışdı. Qeyd edim ki, ümummilli liderin həyatı, ictimai-siyasi, dövlətçilik fəaliyyətini əks etdirən muzeyin yaradılması və fəaliyyəti Muxtar respublikamızın həyatında, onun gələcək quruculuq və inkişafında çox mühüm yol göstəricisidir. Naxçıvanda yaradılan Heydər Əliyev Muzeyi Naxçıvanın ən ağır blokada vəziyyətində olduğu illərdə naxçıvanlılarla birlik nümayiş etdirən və xilaskarlıq missiyasını yerinə yetirən Böyük Azərbaycanlıya, dahi şəxsiyyətə xalq tərəfindən minnətdarlıq duyğusunun ifadəsidir.
Muzeydə Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar, film və qəzet materiallarından ibarət kitabxana yaradılmışdır. İlk öncə muzeydə ekskursovood kimi faaliyyətə başladığımdan (19 may 1999-cu il) bütün materiallarla yaxından tanış idim. Muzeyə gələn qonaqlara burada nümayiş etdirilən fotolar, stendlərdə qorunan qərarlar haqqında məlumat vermək mənim üçün həm məsuliyyət, həm də şərəf idi. Az sonra, 1 aprel 2000-ci il tarixindən Heydər Əliyev muzeyində direktor kimi fəaliyyətimə davam etdim. Muzeyə gələn qonaqların sayı-hesabı yox idi. Respublikaya gələn qonaqlar; səfirlər, millət vəkilləri, nazirlər, xarici qonaqlar, jurnalistlər və b. böyük bir maraqla muzeyi ziyarət edir, yüksək fikir bildirirdilər.
– Heydər Əliyevin özü muzeyə nə zaman gəldi, hansı duyğular içində ora təşrif buyurdu?
– Muzeyin ən yaddaqalan, unudulmaz günü Naxçıvan MR 75-illik yubileyi münasibəti ilə keçirilən bayram şənliklərində iştirak etmək üçün Naxçıvana gələn Ümummilli lider Heydər Əliyevin 1999-cu il oktyabrın 13-də muzeyə gəlməsi, ekspozisiya ilə tanış olması idi. Sevincimizin həddi-hüdudu yox idi. Böyük həyəcan içərisində idik. Səhər iş vaxtından da əvvəl işə gəlmişdik. Heydər Əliyevi çoxlu sayda dövlət işçiləri, millət vəkilləri, mədəniyyət və incəsənət xadimləri müşaiyət etsə də, Ümummilli lider öz muzeyinə bir neçə şəxslə daxil oldu. Biz tapşırıq verildiyi kimi, stendlərin yanında durmuşduq. Heydər Əliyev muzeyə daxil olan kimi, dedi: “Siz niyə orada dayanmısınız? Buraya gəlin.” Böyük bir sevinclə ona yaxınlaşdıq. Bizimlə görüşdü. Sonra Ümummilli lider muzeyi ziyarətə başladı. Ulu öndər özü muzeydəki şəkil və qərarlar haqqında böyük bir şövqlə məlumat verməyə başladı. Muzeyin girişindəki ailə fotosunun qarşısında dayandı: “Bu atam Əlirza Əliyev, bu isə anam İzzət xanımdır. Hər kəsi bir-bir adı ilə təqdim edən ulu öndər birdən dedi: “Bu da bizim yaxın qonşumuz olub, Xurşud xanımdır.” Ümummilli lider verdiyi məlumatlarla yanaşı, bizə tövsiyələr verirdi. O günü əbədiləşdirən çoxlu şəkillər çəkildi. Heydər Əliyev böyük şəxsiyyət olmaqla yanaşı, həm də çox səmimi insan idi. O gün həyatımızın ən yaddaqalan, unudulmaz günü oldu, deyə bilərəm. Doğrudur, sonralar da qatıldığım qurultaylarda (YAP II qurultayı-20-22 noyabr 2001-ci il və 2003-cü ildə keçirilən Azərbaycan Qadınlarının II qurultayı), müşavirələrdə, sessiyalarda bu böyük şəxsiyyəti görmək, çıxışlarını, tövsiyələrini dinləmək şərəfinə nail oldum. Lakin Ulu Öndərlə muzeydə keçirdiyimiz 2 saatlıq görüş ömürlük yaddaşıma yazıldı.
Həmin günün axşamı Naxçıvan incəsənət ustalarının iştiraki ilə keçirilən böyük bayram konsertində iştirak etdik. Dahi insanın çıxışını dinlədik. Bu görüşün, Ümummilli liderin müzeyi ziyarət etdiyi günün təəssüratı ilə mən Heydər Əliyevə 3 şeir həsr etdim. Bir haşiyə çıxmaq istəyirəm. O zaman həm Azərbaycanın televiziya kanalları, həm də Naxçıvan televiziyası tez-tez verilişlərini birbaşa muzeydə çəkirdi. Bir gün muzeyə bir nəfər gəldi. Dedi ki, “Lütviyyə xanım, mən sizi “Şərq qapısı” qəzetinə verdiyiniz; “Siz mənə ismətli qadınlar verin, mən sizə gələcəyi bəxş edim” başlıqlı müsahibənizdən tanıyıram”. Məlum oldu ki, bu şəxs MR Ali Məclisinin deputatı, “Qeyrət” nəşriyyatının direktoru, eyni zamanda NDPU-nin müəllimi mərhum Vaqif Məmmədovdur. Sonradan bu adam mənim “Dünya başdan-başa nağılmış demə” adlı ilk kitabıma ön söz də yazdı. Söhbət zamanı məlum oldu ki, Vaqif müəllimin muzeyə gəlməkdə məqsədi “Çinar ömrü” adlı verilişin çəkilişi ilə əlaqədardır. Müsahibəmdən mənim də yaradıcılıqla məşğul olduğumdan xəbərdar olan Vaqif müəllim Heydər Əliyev muzeyində çəkiləcək “Çinar ömrü” adlı verilişə məni də dəvət etdi. Həmin verilişdə mənim Heydər Əliyevə yazdığım şeirlərə də toxunuldu. Qeyd etdim ki, o şeirləri yazmaq üçün məqamı yaşamaq lazım imiş. Ümummilli lideri yaxından görmək, o böyük şəxsiyyətin tövsiyələrini dinləmək, ondakı böyük səmimiyyətə heyran olmaqdan keçirmiş şeirin yaranma prosesi. Yazdığım 3 şeirin birinə Naxçıvan MR Əməkdar İncəsənət xadimi Şəmsəddin Qasımov musiqi bəstələdi. Mahnı Ümummilli liderin 80 illik yubileyində xor tərəfindən ifa olundu. Elə həmin ildə keçirilən “Heydər Əliyev siyasəti, Heydər Əliyev müdrikliyi” müsabiqəsinin qaliblərindən biri odum. Ulu öndərin 80 illik yubileyinə həsr olunan müsabiqədə isə “Ən yaxşı analitik yazılar üçün” ayrılan mükafata layiq görüldüm.
– Heydər Əliyevin Naxçıvana sonrakı səfərlərində də görüşünüz baş tutmuşdumu?
– Bəli. Məsələn, Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialında kursantlarla görüşündə, Şəhidlər Xiyabanını ziyarətində, Bəhruz Kəngərlinin ev muzeyinin açılışında mən də iştirak edirdim. Tədbir iştirakçısı kimi Ümummilli lideri yenidən yaxından görmək şərəfinə nail olurdum. Belə tədbirlərdən biri də18 iyun 2002-ci il Naxçıvan MR Ali Məclisində Muxtar Respublikanin Dövlət hakimiyyəti orqanlarinin nümayəndələri ilə keçirilən müşavirə oldu. Müşavirədə Ulu Öndər geniş nitq söyləyərək Naxçıvana gəldiyi ağır günləri xatırladı, ona göstərilən sevgi və qayğıdan vəfadarlıqla söz açdı. Həmçinin özünün Naxçıvanda həyata keçirdiyi mühüm işlərə işıq saldı. Bir məsələni qeyd edim ki, bu müdrik insan Azərbaycanda ikinci hakimiyyəti dövründə Naxçıvan Muxtar Respublikasında görülən genişmiqyaslı işləri daim dəstəkləmişdir. Burada aparılan kompleks quruculuq işləri ilə yaxından tanış olmaq, bir sıra sosial, ictimai obyektlərin açılışında iştirak etmək üçün 4 dəfə Naxçıvan Muxtar Respublikasına səfər etmişdir ki, bu səfərlərin üçünün yaxından şahidiyəm. Mən onun tərcümeyi-halının ləyaqətli səhifələrini muzeydə meydanda olan tarixi, əyani sənədlərdən öyrənmişəm daha çox. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı və Ali Məclisin Sədri kimi işləyib hazırladığı, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, ulu öndərin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarət olan, zəngin fond materialları, orijinal sənədlər və eksponatlarla dahi rəhbərin mənalı həyatı, xalqımızın rifahı, xoş gələcəyi naminə siyasi fəaliyyətinin ayrı-ayrı dövrləri, mərhələləri işıqlandırılan muzeydə çalışmaq, hər gün dahi şəxsiyyətin muzeylərə sığmayan zəngin ömür yolunu əks etdirən dəyərli ekspozisiya zalında gəzmək, ekskursiya keçmək, gələn qonaqları qarşılamaq, ulu öndərin uşaqlıq və gənclik dövrü, təhsil illəri, ilk əmək fəaliyyəti, 1969-1982-ci illərdə Azərbaycana rəhbərliyinin birinci dövrü, Moskvada çalışdığı və yaşadığı dövr, Naxçıvana qayıdışı, Muxtar Respublikaya rəhbərlik etdiyi illər, müstəqil Azərbaycanın memarı kimi fəaliyyəti dövrü əks olunan zəngin materialları vərəqləmək xoşbəxtliyi hər adama qismət olmur.
– Bu günün prizmasından baxanda Heydər Əliyevin idealları hansı mənəvi-siyasi əhəmiyyət daşıyır?
– Bu suala ən dəqiq cavabı ölkə başçısı verib. Çıxışlarının birində vurğulayıb ki, 1990-cı illərin ağır, çətin, bəzi hallarda ümidsiz hesab edilən reallıqları ilə müasir Azərbaycan dövlətinin dünyadakı bugünkü yerinin müqayisəsi ulu öndərin Azərbaycan dövləti qarşısında xidmətlərinin miqyasını və xalqımızın təhtəlşüurunda özünə dərin iz buraxmış dahi obrazını daha aydın görməyə imkan yaradır. Zaman su kimi axıb gedir. Bu axıb gedən zamanın içərisində insan, insanın ömrü də zamana qarışaraq sanki yoxa çıxır. Xilaskarlar isə gəlir, zamana hökm edir, tarix yazır və tarixə yazılır.
Azərbaycanın dövlətçilik tarixinə adını qızıl hərflərlə yazan dünya şöhrətli siyasətçi, Ümummilli lider Heydər Əliyev dövlət quruculuğu prosesində, xüsusən də gənc nəslin yetişdirilməsində müəllimləri özünün “əsl silahdaşları” kimi dəyərləndirirdi. Ulu öndər Azərbaycan Müəllimlərinin XI qurultayındakı (1998) nitqində demişdir: “Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu deyirsiniz… Mən 1939-cu ildə Naxçıvanda Pedaqoji Texnikumu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin dövrdə müəllim çatışmazlığına, ibtidai siniflərə, hətta orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs demək üçün müəllim olmadığına görə müəllim kadrları hazırlayırdı. Mən isə orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Pedaqoji Texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq, müəllim işləmək və ailəmə kömək etmək istəyirdim… Pedaqoji Texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə dərsi verirdilər. Biz həftədə 2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü siniflərində dərs deyirdik. Ona görə də mənim o vaxtdan dərs vermək təcrübəm olubdur…”.
Heydər Əliyevin dərsləri dövlət qurmaq, dövləti qoruyub saxlamaq, siyasi uzaqgörənliklə hərbi-siyasi çevrilişlərin qarşısını almaq, müstəqilliyi qorumaq, dövlət və vətəndaş birliyi yaratmaq, dövlət idarəçiliyi idi. Onun nəzəri görüşlərində təhsil, məktəb və müəllim, xüsusilə orta məktəb müəllimləri haqqında söylədiyi dəyərli fikirlər bütün zamanlar üçün aktuallıq kəsb edir: “İnsan təhsilinin əsasını orta məktəbdə alır… Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, cəmiyyətimizin şüurlu üzvü olacaqdır”. Həqiqətən də, fundamental təhsilin əsası, özülü orta təhsil məktəblərində qoyulur. Bu səbəbdən orta məktəblərdə dərs deyən müəllimlər hər zaman hörmət və etiramla xatırlanır.
Yazımızda Ümummilli liderin hər zaman hörmət və məhəbbətlə yad etdiyi orta məktəb müəllimlərindən biri, dahi şair-dramaturq Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd Rasizadədən (1878-1939) bəhs etmək istəyirik. Naxçıvanda orta məktəbdə oxuduğu illəri, müəllimlərini həmişə hörmət və ehtiramla xatırlayan Heydər Əliyev 2 sentyabr 1996-cı ildə Bakının Nərimanov rayonunda yeni orta ümumtəhsil məktəbinin açılış mərasimindəki nitqində demişdir: “Mən həmişə Naxçıvanda təhsil aldığım illəri xatırlayıram. Bu illər mənim yaddaşımdan heç vaxt silinməyəcək. Müəllimlərimin hamısı yadımdadır. Hansı binada, hansı sinif otağında dərs keçməyimizi, hansı parta arxasında oturduğumu da yaxşı xatırlayıram. Mən burada mükəmməl təhsil almışam, özü də elə həvəs və aludəçiliklə oxumuşam ki, sonralar digər ali təhsil müəssisələrində oxumağım mənim üçün çətin olmayıb. Əksinə, burada olduğu kimi, tələbələr arasında da seçilmişəm… İndiyə qədər həyatımda keçdiyim yol mənim biliyim, elmim – hamısı məhz orta məktəbdə aldığım təhsillə bağlıdır, müəllimlərin mənə verdiyi biliklərlə bağlıdır, müəllimlərin mənə və o illərdə oxuyan mənim kimi gənclərə göstərdikləri qayğıkeşliklə bağlıdır, eyni zamanda mənim kimi bizim də, xüsusən mənim müəllimə böyük hörmətimlə, ehtiramımla bağlıdır. Mən indi də – on illər keçib üstündən – müəllimlərimi heç vaxt unutmamışam və ömrümün son dəqiqəsinə qədər unutmayacağam. Mənim üçün müəllim adı həmişə ən ülvi, ən şərəfli bir məfhum olubdur. Mən bu gün müəllim qarşısında baş əyirəm, müəllimə hörmət və ehtiramımı bildirir, Azərbaycan müəllimlərinə bundan sonra da öz işlərində uğurlar arzulayır, cansağlığı və səadət diləyirəm”.
12 oktyabr 1999-cu ildə Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində Nахçıvаnda dərs aldığı müəllimlərini xatırlayan Heydər Əliyev deyirdi: “О dövrdə aldığım təhsil gələcək həyatımın bütün mərhələlərində mənə yardım edibdir… Nахçıvаn məktəbində müəllimlərimin mənə verdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərabər аnа dili, ədəbiyyat dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm…”.
Ümumiyyətlə, müəllimlər hər bir insanın həyatında silinməz izlər buraxır. Heydər Əliyevin etiramla xatırladığı “yadda qalan”, “əziz adamlar”dan, dəyərli müəllimlərindən biri də orta məktəbdə ona dərs deyən, 1906-cı ildən ömrünü müqəddəs müəllimlik peşəsinə həsr edən maarifpərvər Şeyx Məhəmməd Rasizadədir.
Naxçıvan mühitinin mötəbər şəxsiyyətlərindən olan “Çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd Rasizadənin Naxçıvanda maarifin və pedaqoji kadrların ilk dəstəsinin hazırlanmasında xidmətləri əvəzsizdir. Bütün tələbələrinə ürəkdən bağlanan, onlara elmin yollarında məşəl olan, insanları maarifə, mədəniyyətə, elmə, təhsilə səsləyən, elmli, “ciddi”, “ötkəm”, ciddi olduğu qədər də tələbələrinə qarşı diqqətli olan bu mötəbər insan dərs dediyi insanların, başda Ümummilli lider Heydər Əliyev olmaqla, akademiklər Yusuf Məmmədəliyev, Məmmədcəfər Cəfərov, Həsən Əliyev və Abbas Zamanov, Lətif Hüseynzadənin yaddaşında əbədilik qazanıb. Şeyxin “uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimi olan tələbələrindən dünya şöhrətli siyasi lider Heydər Əliyev müəllimliyin və müəllimin cəmiyyətdəki yerini yüksək dəyərləndirmişdir. Vaxtilə dərs dediyi dünya şöhrətli siyasətçinin uzun illər sonra müəllimi Şeyx Məhəmməd Rasizadə haqqında dediyi sözlər Şeyxin “həqiqi müəllimliyi” və cəmiyyət üçün necə dəyərli olduğunun təsdiqi kimi çox əhəmiyyətlidir: “O, mən uşaq ikən dördüncü-beşinci siniflərdə müəllimim olub. Xatirimdədir, çox ciddi müəllim idi. Bizi yaman sıxışdırardı. Amma dili də çox yaxşı öyrədirdi”.
Şeyx Məhəmmədin pedaqoji fəaliyyəti XX əsrin mürəkkəb və ziddiyyətli dövrünü əhatə edir. 1920-ci illərin bütün cəmiyyəti ağuşuna aldığı ziddiyyətli və mürəkkəb inkişaf prosesləri, təhsil ocağına da təsirsiz qalmamış, inqilabdan sonrakı illərdə bütün sahələrdə olduğu kimi, təhsil və maarif sistemində də keçmişlə əlaqəni kəsmək, təhsili “yenidən və bolşevikcəsinə” qurmaq məqsədilə ciddi iş aparılmağa başlamış, “keçmişlə qarşılıqlı əlaqəni pozmaq, ona hakimlik etmək, onu müasir şəraitə süni şəkildə “uyğunlaşdırmaqla” məşğul olmaq kimi yol verilməz hallar baş qaldırmışdı. Tədris planı və proqramlarının tez-tez dəyişilməsi və məcburi olmaması tədrisin keyfiyyətini xeyli aşağı salmışdı. Çətin şəraitdə, dərslik və tədris vəsaitlərinin yox dərəcəsində olduğu bir zamanda fəaliyyətə başlayan, Şeyx Məhəmmədin də dərs dediyi Naxçıvan Pedaqoji Texnikumu təlim-tərbiyə işlərində də bir sıra çətinliklərlə üzləşmişdi. Bu zaman “texnikumun ədəbiyyat müəllimləri etirazlarını bildirmişlər. M.Rasizadə və Qəzənfər Hacılının “Türkcə dərslərin gedişi” adlı yazısından məlum olur ki, dördüncü sinifdə oxuyan uşaqlar bütün təhsil müddəti ərzində üç proqram əsasında dərs keçməli olmuşlar. Məktəbin dil-ədəbiyyat müəllimləri M.Rasizadə və Q.Hacılı bu məsələdə də o dövrün görkəmli pedaqoqlarının mövqeyini müdafiə etmiş, fikir bildirmişdi: “Həmin proqramın naqis tərəfi ondadır ki, ancaq osmanlı şivəsində vücuda gələn türk ədəbiyyatı ilə Azərbaycan türkcəsində olan ədəbi parçalar” saxlanmışdır. Adı keçən məqalədə müəllimlərin ədəbiyyat fənninin tədrisinin yaxşılaşdırılması haqqında təklifləri də yer almışdı. Dil dərslərinin keçirilməməsindən narahat olan M.Rasizadə və Q.Hacılının verdiyi təkliflər onların pedaqoji biliyi və səriştəsi ilə seçilən, pedaqoji yenilikləri izləyən və bu yenilikləri saf-çürük etməyi bacaran bir pedaqoq olduqlarının təsdiqidir. Fikrimizcə, müəllimi olduğu Ümummilli lider Heydər Əliyevin 12 oktyabr 1999-cu ildə Naxçıvan MR-in təşkil olunmasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley iclasındakı nitqində dediyi: “Nахçıvаn məktəbində müəllimlərimin mənə vеrdiyi dərslər, о cümlədən bаşqаlаrı ilə bərаbər аnа dili, ədəbiyyаt dərsləri mənim bugünkü dilimin əsasını təşkil edir. Оnа görə mən öz müəllimlərimi həmişə хаtırlаyırаm”, – sözlərindən ən böyük pay müəllimi M.Rasizadəyə düşür.
Şeyx Məhəmmədin ötkəm müəllimlik bacarığı haqda tutarlı fikirləri 1996-cı ilin oktyabrında Naxçıvanda Cavid məqbərəsinin açılışı zamanı Heydər Əliyevdən eşidən akademik Rafael Hüseynov o günlərdə dahi siyasətçidən maraqlı bir xatirə eşitdiyini yazır: “Həmin uzaq 1930-cu illərin əvvəllərində səhər dərsə gedəndə yola düşmüş bir kitab görür. Əvvəli və sonu olmayan bu yarıcırıq kitabı maraqla vərəqləyən uşaq birdən arxadan tanış səs eşidir. Elə onun kimi məktəbə gedən istəkli müəllimi Şeyx Məhəmmədin səsini. Şeyx Məhəmməd də bu kitabı alıb baxır. Hansısa yazıçının ruscadan tərcümə edilmiş hekayəsiymiş. Və təcrübəli müəllim dərhal sevimli şagirdinə tapşırıq verir: “Sabah inşa yazımız var. Bu yarımçıq hekayəni oxu. Əvvəli-axırı yoxdur. Hadisələrin məntiqinə uyğun olaraq başlanğıcını və sonunu inşanda bərpa elə”. Məktəbli Heydər Əliyev ertəsi gün həmin inşanı yazır, əvvəli və sonu olmayan hekayəni məntiqi sapa düzərək tamamlayır, bütövləşdirir və “əla” qiymət alır. Millət və Dövlət İnşasından da qiyməti “Əla” olan Heydər Əliyevə o biri “əla”nı şagirdinə qırmızı qələmiylə əziz müəllimi, Hüseyn Cavidin böyük qardaşı Şeyx Məhəmməd yazmışdı”.
Tələbəsinin vurğuladığı kimi, ən çətin şəraitdə ədəbiyyatın, mədəniyyətin, savadın yüksəlişinə xidmət edən Şeyx Məhəmməd “insanlara xidmət etmək, elm, təhsil vermək, öyrəndiklərini öyrətmək, insanları maarifləndirmək naminə müəllimliyə başlamışdı və mükəmməl müəllimlərdən idi. Həm də xeyirxah bir insan olan Şeyx Məhəmməd tələbələrinə yalnız dərs verməklə kifayətlənməyib, onlara diqqət, qayğı və doğru yol göstərib. Hər bir yetirməsinin uğuruna öz balalarının uğuru kimi sevinən Şeyx Məhəmməd həm də qızların oxumasının, maariflənməsinin tərəfdarı olub, dərs dediyi tələbə qızların oxumasında elmə, sənətə yönəlməsində müstəsna xidmətlər göstərib. Şeyxin dərs dediyi xanımlardan Zəroş Həmzəyeva Xalq artisti, Şəmsinur həkim, Zərqələm müəllim adını qazanıb.
Şair Abbas Səhhət yazırdı: “Məsləkim tərcümeyi-halımdır, Lütfi-həq qayeyi-amalımdır”. Dərin elmi biliyə, zəngin pedaqoji təcrübəyə malik olan M.Rasizadənin də məsləyi, amalı “öyrənmək” və “öyrətmək” idi. O, dünya şöhrətli tələbəsi Heydər Əliyevin yaddaşında əbədilik yaşayan xoşbəxt insanlardandır. Əbədilik qazanmaq, xidmət etdiyi missiya ilə tarixdə yaşamaq haqqı qazanmaq insanın öz əlindədir. Bizdən sonra çox şey dəyişdirilə bilər, lakin insanların yaddaşındakı xatirələri dəyişdirməyə, yenidən pozub yazmağa kimsənin gücü çatmaz. Hər kəs ünsiyyətdə olduğu insanların qəlbinə necə nüfuz edibsə, elə xatırlanır. Dünyasını dəyişmiş hörmətli şəxs haqqında işlədilən evfemistik bir ifadə var: əbədi və ya əbədilik. Ümummilli lider Heydər Əliyev və orta məktəbdə ona dərs deyən maarif xadimi, elm və din yolçusu Şeyx Məhəmməd Rasizadə əməlləri və xalqa, millətə xidmətləri ilə tariximizdə və könüllərdə əbədiyyən yaşamaq haqqı qazanmışdır. Yunan mütəfəkkiri Platon deyirdi: “Müəllimlik hər şeydən əvvəl bir Tanrı sənətidir”. Müəllimlərin missiyasını yüksək dəyərləndirən pedaqoq-şair Dərgah Mehdiyev yazır:
Necə müqəddəssən, necə əzizsən, Vətənsən, anasan, dilsən, müəllim. Əlifba da sənsən, elm də sənsən, Kəşflər eyləyən alim də sənsən, Əhsən bu qüdrətə, bu ada əhsən, Ucaldan, yaradan əlsən, müəllim…
Ulu öndər Heydər Əliyev Azərbaycan Müəllimlərinin XI qurultayındakı nitqində “…Hər bir müəllim bilməlidir ki, оnun üzərinə düşən vəzifə, оnun dövlət üçün, millət üçün, Аzərbаycаn хаlqı üçün gördüyü iş bütün bаşqа sаhələrdə fəаliyyət göstərən insаnlаrın hamısının işindən ən gərəklisidir, ən lazımlısıdır” demişdir. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən Heydər Əliyev Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimlərin gərgin zəhməti və gündəlik fəaliyyətinin durduğunu vurğulayırdı. Sözsüz ki, Ulu öndərin nəzərdə tutduğu pedaqoqlar sırasında Şeyx Məhəmməd Rasizadənin də məxsusi yeri var.
Lütviyyə Əsgərzadə AMEA Nizami adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi filologiya elmləri doktoru
“Şirvannəşr” tərəfindən Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktor müavini, istedadlı gənc xanım yazar Sona İNTİZARın “Kitab dolu qadın” adlı ilk şeirlər kitabı işıq üzü görüb.
Kitabın üz qabığının rəssamı isə Zahid MƏMMƏDOVDUR.
Kitabın redaktoru Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktoru Şəfa Vəliyeva, rəyçi Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, filologiya elmləri üzrə fəlsəfə doktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi Şəfa EYVAZ, tərtibatçısı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi Azərbaycan Jurnalistlər Birliyinin üzvü Kamran Murquzovdur.
İlk qələm təcrübələrinin toplandığı kitabda həm poeziya, həm nəsr, həm də esselərin yer alması müəllifin istedadından xəbər verən ədəbi faktor kimi qəbul olunmalıdır.
Dövri mətbuat səhifələrində şeirləri ilə çıxış edən Azərbaycanın el şairəsi Sona İntizarın uzunmüddətli gərgin əməyinin nəticəsi kimi qəbul edilən, bədii yaradıcılıq fəaliyyətinin müxtəlif dövrlərində qələmə alınan ədəbi-bədii nümunələri mövzusunun müxtəlifliyi, məzmununun dolğunluğu, ifadə olunan fikirlərin aydınlığı, dilinin sadəliyi və səlisliyi ilə həmyaşıdlarından köklü şəkildə fərqləndirir.
Kitab müəllifin oxucuları ilə ilk görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatşünas-alim, tənqidçilər, mütəxəssislər, o cümlədən ədəbiyyat camesi tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Bakı Slavyan Universitetinin əməkdaşı, gənc xanım yazar Sərvanə Dağtumasın “Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi” adlı məqaləsi Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq ədəbiyyat dərgisinin May sayında dərc olunub.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, gənc xanım yazar Nigar Arifin “Gedək üzü küləyə” adlı şeiri Bakı şəhərində fəaliyyət göstərən “Türkay” aylıq aylıq dərgisinin May sayında dərc olunub.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı ədib, Əməkdar elm xadimi, ədəbiyyatşünas-alim, professor Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlmiş və 20 yaşında ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərini 1928-ci ildə yazaraq Dağıstanın Maxaçqala şəhərində nəşr olunan “Maarif yolu” jurnalında dərc etdirib. 20 yaşında bir gəncin bu mövzuda ədəbiyyatşünas alimlər səviyyəsində elmi-tədqiqat əsəri yazması, onun gələcəyin böyük ədəbiyyatşünas alimi olacağının ilk parlaq işartıları idi. Jurnalın üç nömrəsində dərc olunan bu materialı oxuduqca, Darülmüəllimini yenicə bitirib uzaq kənd məktəbində müəllimliyə başlayan gəncin biliyinə, mütaliə səviyyəsinə və ədəbi əsərlərin təhlili baxımından görkəmli ədəbiyyatşünas-alimlərlə bir sırada durmağa layiq düşüncə tərzinə və təfəkkürünə heyran qalmaya bilmirsən.
Bu fikirlər Əməkdar mədəniyyət işçisi, professor Kərim Tahirovun AZƏRTAC-a təqdim etdiyi görkəmli ədib, Əməkdar elm xadimi, professor Mir Cəlal Paşayevin ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” əsərinin yeni nəşri haqqında yazısında yer alıb. Yazını təqdim edirik.
Əsəri oxuduqca istifadə olunan təhlil metodları, XVII-XX əsr dünya romantizm məktəblərinin, onun görkəmli nümayəndələrinin və onların dünya romantizminin parlaq nümunələri hesab olunan əsərlərindən nümunələr gətirməsi Mir Cəlal müəllimin hələ erkən gənc yaşlarında geniş mütaliə təcrübəsinə və dərin təxəyyülə malik olmasını əyani nümayiş etdirirdi. Əks halda yenicə Darülmüəllimini bitirib Gədəbəy kimi ucqar dağ rayonunun uzaq kəndində müəllimlik etməyə başlayan 20 yaşlı gənc kənd müəlliminin belə bir əsər yazması qeyri-mümkün olardı. Bəlkə də bu gün sürətli internetin, zəngin kitabxanaların mövcud olduğu bir vaxtda magistraturanı və aspiranturanı bitirib kəndə işləməyə gedən gənc mütəxəssislər və ədəbiyyatşünas-alimlər belə bir əsəri yazmağa cürət etməzdilər, çünki bu addım hər şeydən əvvəl böyük cəsarət tələb edirdi!
Deməli 1928-ci ildə dünya ədəbiyyatının görkəmli klassiklərinin əsərlərini elmi təhlilə cəlb edərək dünya romantizm məktəbləri haqqında geniş və əhatəli, elmi məntiqə və təxəyyülə söykənən sanballı əsər yazması həqiqətən 20 yaşlı kənd müəlliminin gələcəyin görkəmli ədəbiyyatşünas alimi olacağından xəbər verirdi.
“Ədəbiyyatda romantizm” elmi araşdırmasında dünya romantizm cərəyanının aparıcı qanadları olan alman romantizmi, fransız romantizmi, türk romantizmi, rus romantizmi və digər romantizm məktəblərinin geniş xarakteristikasını verən müəllif, bu ədəbi məktəblərin görkəmli nümayəndələrinin xarakterik əsərlərini geniş təhlilə cəlb edərək onların müqayisəli təhlili nəticəsində nəinki dövrü və zamanı üçün çox mükəmməl elmi nəticələr çıxarır, hətta sensasiya sayıla biləcək elmi fikirlər irəli sürürdü. Əlbəttə XX əsrin əvvəllərində gənc kənd müəllimi üçün bu çox cəsarətli addım hesab oluna bilərdi!
Əlbəttə bu gün bəlkə də kimlərsə bizim bu fikirlərimizə müasir dövrün prizmasından yanaşaraq rast gəlinməsi mümkün olan bir hal kimi baxa bilərlər, ancaq dövr, zaman və məkan anlayışı baxımından yanaşdıqda bu əsərin nadir istedad sahibi tərəfindən qələmə alındığına heç bir şübhə yeri qalmır və sözün əsl mənasında heyrətlənməyə bilmirsən!
Çox təəssüf ki, istedadlı ədib və görkəmli ədəbiyyatşünas alimin ədəbiyyatşünaslıq sahəsində bu ilk sanballı qələm təcrübəsi uzun müddət Azərbaycan ədəbiyyatşünaslarının, tədqiqatçıların diqqətindən kənarda qalmışdır və bəlkə də bunun əsas səbəbi demək olar ki, hamının bu elmi tədqiqat əsəri barədə xəbərsiz olmasından, bu materialın tədqiqatçılar üçün əlçatmaz olmasından irəli gəlmişdir. Belə ki, professor Mir Cəlal Paşayevin bu əsəri ötən əsrin 20-ci illərində Dağıstanın Maxaçqala şəhərində çap olunan “Maarif yolu” jurnalının 1928-ci ilin 10-11 və12-ci nömrələrində, 1929-cu ilin 1-2-ci nömrələrində dərc olunmuşdur və çox təəssüflər olsun ki, elə həmin zamanlarda da hansısa məsuliyyətsiz bir oxucunun əli ilə həmin material cırılaraq götürülmüş və nəticədə bununla da “elmi dövriyyədən” çıxarılmışdır.
“Maarif yolu” jurnalının 1928-ci ilin 10-11 və 12-ci nömrələrinin Azərbaycan kitabiyyatının və mətbuatının yeganə etibarlı arxivi hesab olunan Milli Kitabxananın arxiv fondunda cildlənərək mühafizə olunan yeganə komplektini nəzərdən keçirərkən məlum olur ki, bu jurnal həmin səhifələr olmadan cildlənmişdir və vərəqlər sonradan cırılmamışdır. Bu fakt bir daha sübut edir ki, ucqar dağ kəndində yaşayan 20 yaşlı gənc kənd müəlliminin çox cəsarətli fikirlərinin yer aldığı bu əsər kimlərisə qıcıqlandırmışdır (ehtimal ki!) və həmin əsər guya hər hansı bir məsuliyyətsiz oxucu tərəfindən Milli Kitabxananın arxiv fondunda mühafizə olunan “Maarif yolu” jurnalının arxiv nömrələrindən cırılaraq götürülmüşdür. Ancaq böyük ehtimalla bu hərəkət bəlkə də kimlərinsə qısqanclığının nəticəsində baş vermişdir. Məhz bu səbəbdən də uzun müddət bu sanballı elmi əsər tədqiqata cəlb olunmamış qalmışdır. Təəssüflər olsun ki, 2018-ci ildə Milli Kitabxana tərəfindən professor Mir Cəlal Paşayevin ədəbi-tənqidi məqalələrinin məcmuəsi çap olunarkən həmin jurnalın 10-11 və 12-ci nömrələri barədə onun çap olunduğu Dağıstan respublikasının Milli Kitabxanasına verilən sorğuya “Təəssüf ki, “Maarif yolu” jurnalının həmin nömrəsi kitabxanamızın fondunda yoxdur” cavabı verilmişdir. Həmin ildə Moskvadakı Rusiya Dövlət Kitabxanasına ünvanlanan sorğuya da “fondumuzda yoxdur” cavabı alınmışdır.
2019-cu ilin dekabrında bu sətirlərin müəllifi Moskva şəhərində ezamiyyətdə olarkən Rusiya Dövlət Kitabxanasında ciddi axtarışlarını davam etdirərək “Maarif yolu” jurnalının həmin nömrəsinin bu kitabxananın arxiv fondunda mövcud olduğunu müəyyənləşdirmişdir. Nəhayət, 2020-ci ilin fevralında Rusiya Dövlət Kitabxanasının direktoru Vadim Valeryeviç Dudanın köməkliyi ilə professor Mir Cəlal Paşayevin 20 yaşında olarkən yazdığı və onun gələcəyin parlaq bir ədəbiyyatşünas alimi olacağından xəbər verən ilk sanballı qələm təcrübəsi olan “Ədəbiyyatda romantizm” məqaləsi Milli Kitabxanamızın arxiv fonduna daxil edilərək tədqiqatçıların ixtiyarına verilmişdir.
Görkəmli ədəbiyyatşünas alim, professor Mir Cəlal Paşayevin “yenidən həyata qaytarılan” “Ədəbiyyatda romantizm” əsəri latın əlifbasına transliterasiya olunaraq istedadlı ədibin 115 illik yubileyi ərəfəsində “Azərbaycan” jurnalının 2023-cü il 4-cü nömrəsində çap olunmuşdur.
Necə deyərlər, “istedadı, həqiqəti müvəqqəti olaraq boğmaq gizlətmək mümkündür, amma birdəfəlik məhv etmək, tarixin yaddaşından silmək qətiyyən mümkün deyildir, o haçansa mütləq açılacaq və parlayacaqdır!”. Budur reallıq və əsl həqiqət! İndi söz tədqiqatçı alimlərindir.
Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Qobustan rayonu Heydər Əliyev Mərkəzində (Qobustan şəhəri, Elyar Vəliyev küçəsi, 162) əsasən Qobustan, Şamaxı şəhərləri, Ağsu rayonundan olan vətəndaşları qəbulunun vaxtı dəyişdirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Heydər Əliyev mərkəzlərinə məktəb şagirdlərinin ekskursiyası təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Yasamal rayon Heydər Əliyev Mərkəzində 153 və 38, Qaradağ rayon Heydər Əliyev Mərkəzində isə 288 və 180 nömrəli tam orta məktəblərin şagirdləri ekskursiyada olublar.
Ekskursiya zamanı məktəblilərə Ulu Öndərin zəngin dövlətçilik irsini, həyat və fəaliyyətini özündə əks etdirən eksponat və fotostendlər haqqında geniş məlumat verilib.
Aprelin 29-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Abdulla Şaiqin eyniadlı əsəri əsasında hazırlanan “Danışan gəlincik” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, nağıl içində nağıl üslubu ilə davam edən tamaşanın quruluşçu rejissoru, Əməkdar artist Loğman Kərimov, rejissoru Lalə Şirinova, rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı, Əməkdar artist Azad Məmmədovdur.
Qeyd edək ki, tamaşanın əsas süjet xəttini padşah qızı olan şahzadə xanımın ərkəsöyünlüyü təşkil edir. Bu da balaca şahzadənin digər həmyaşıdları ilə ünsiyyət qurmasında ona mane olur.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək olar.
Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi münasibətli Milli Kitabxananın əməkdaşları tərəfindən “Akademik Zərifə Əliyeva – 100” adlı toplu (daycest) hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, təqdim olunan topluda görkəmli alim ilə bağlı 2019-2023-cü illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr araşdırılıb və seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunub. Topluda məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.
Niderland Krallığındakı Azərbaycan səfirliyinin və Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi və bu ölkədəki “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə Rotterdam şəhərində yaşayan şair Yasəmən Qaranın şəhid general, Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimova həsr etdiyi “Əfsanəvi General” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan təşkilatçı “Ana Vətən” Avropa azərbaycanlı Qadınlar Assosiasiyasının sədri Mayisə Ağamirzəyeva Polad Həşimova həsr edilmiş kitabın Niderlandda təqdimatının keçirilməsinin qürurverici olduğunu vurğulayıb.
Kitabın müəllifi Yasəmən Qara kitabı yazarkən keçirdiyi hisslərdən, general Polad Həşimovdan danışıb, düşüncələrini tədbir iştirakçıları ilə bölüşüb.
Benelüks Azərbaycanlıları Konqresinin (BAK) sədri Elsevər Məmmədov, müavini Sima Cəfərova, Beynəlxalq qadınlar Klubunun sədri Kəmalə Cəlilova, Azərbaycan–Niderland “Odlar Yurdu” Cəmiyyətinin üzvü Nemətağa Əliyev çıxış edərək, general Polad Həşimovla bağlı ürək sözlərini söyləyib, kitabın müəllifinin diaspor fəaliyyətinə toxunublar.
Türk icmasının üzvləri Tahsin Çetinkaya, Remzi Kabadayı, Haluk Baştımar, Ümit Akbulu da çıxışları zamanı 44 günlük Qarabağ müharibəsi dövründə keçirdikləri hisslərini bölüşüb, Milli Qəhrəman general Polad Həşimovun əziz xatirəsini ehtiramla anıblar.
General Polad Həşimovun anası Səmayə Həşimova tədbirə videobağlantı vasitəsilə qoşularaq oğlu haqqında danışıb, tədbir iştirakçılarına təşəkkür edib. Şəhid Elman Əliyevin də anası tədbirə videokkonfrans vasitəsilə qoşulub və ürək sözlərini söyləyib.
Tədbir Opera və Balet Teatrının solisti, I Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabir, Cavid Səlimov (tar), Azərbaycanın Əməkdar artisti Xəyyam Məmmədov (kamança), İlkin Əlizadə (piano) və Bəxtiyar Eybaliyevin ifasında musiqi proqramı ilə davam edib.
Aprelin 29-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Məchul pilləkən” balet tamaşası oynanılacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı Vüsal Rəhimdir.
Səhnə əsərində əsas qadın rolunu Aynurə Əsgərova, solo partiyaları isə Məhəmməd Abdullayevlə Roman Krasnov ifa edirlər.
Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri Elvira Əzizova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Cəmilə Mansurova, Kamran Həsənov və Yaqub Bəhramov oynayırlar.
Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda, Əməkdar artist Sevda Ələkbərzadənin ifasından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya da səsləndirilir.
Biletləri şəhərin bütün mərkəzləşdirilmiş kassalarından, “ASAN Xidmət” mərkəzlərindən, eləcə də “İticket.az” saytından əldə etmək olar.
Bu gün XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz gözəl xatirələr ilə qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin anadan olmasından 115 il ötür.
AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli alimin həyat və yaradıcılığından bəhs edən silsilə materiallar – “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisi və “Bir ömrün manifesti” adlı videomaterial hazırlanıb.
Hazırlanan materiallarda Mir Cəlalın həyat və bədii yaradıcılığına, pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub. Materialda Xalq yazıçısı Elçin Əfəndiyevin, akademik Nizami Cəfərovun görkəmli yazıçı haqqında söylədikləri fikirlər, tarixi faktlar yer alıb. Videoçarxda Mir Cəlal Paşayevin elmi fəaliyyətində xüsusi yer tutan “Füzulinin poetik xüsusiyyətləri” və “Füzuli sənətkarlığı” fundamental əsərləri haqqında dəyərli məlumatlar əks olunub. Bundan əlavə, videoçarxda ədibin “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab” romanları haqqında da məlumatlar əks olunub. Videomaterialda Mir Cəlalın foto və video görüntüləri ilə yanaşı, nümunəvi ailə modelinə malik xeyirxah insanın, gözəl pedaqoqun ailə dəyərləri, hər bir insanı ucalda biləcək şəxsi keyfiyyətlər haqqında söylədiyi dəyərli fikirlər də yer alıb.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Mir Cəlal Paşayev 115” adlı virtual kitab sərgisində isə Mir Cəlal Paşayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlər, ədib haqqında yazılan “Mir Cəlalın ədəbi ideyaları”, “Mir Cəlal Paşayev. Biblioqrafiya”, “Sadəlik və müdriklik”, “Mir Cəlal xatirələrdə” kimi 15-dən, özünün müəllifi olduğu “Bir gəncin manifesti”, “Dirilən adam”, “Füzuli sənətkarlığı” kimi 10-dan artıq kitabının biblioqrafik təsviri yer alıb. Virtual kitab sərgisində görkəmli ədibin filmoqrafiyası, təltif və mükafatları, xatirəsinin əbədiləşdirilməsi ilə bağlı məlumatlar da təqdim edilib.
Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.
“Güfte Edebiyat” Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl Şeir Yarışmasının mükafatları elan edilib.
1. Beynəlxalq Prof. Dr. Məmməd İsmayıl şeir yarışması ildə bir dəfə elan edilən tarixlərdə “Güste edebiyat” mədəniyyət, sənət və ədəbiyyat dərgisi tərəfindən türk dünyasının böyük şairi Prof. Dr. Məmməd İsmayıl adına böyük şairin də fikir dünyasının bünövrəsi olan ortaq mədəniyyət və incəsənət bağlarının gücləndirilməsi məqsədi ilə təşkil olunur.
2. Yarışmaya tərdim ediləcək əsərlərin dili türkcədir.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 5 nömrəli Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Muğam dünyamıza səyahət” adlı konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan muğamı haqqında məlumat verilib. Bildirilib ki, muğam dünya musiqi xəzinəsinin incisidir. Dünyada mövcud olan musiqi janrlarından fərqli olaraq, muğam bir çox xalqların milli-mədəni irsinin formalaşmasında və bugünkü dövrə qədər gəlib çatmasında mühüm rol oynayır.
Konsertdə məktəbin xanəndə ixtisası üzrə müəllimləri Təranə Musayeva və Fərhad Ramazanov “Şur dəstgahı”, “Dilkəş təsnifi” ilə çıxış ediblər. Onları tarda Vüqar Təhməzov, kamançada isə Zaur Zamanzadə müşayiət ediblər.
Ulu Öndər Heydər Əliyevin yüz illiyinə həsr olunmuş “Əbədi ömrün yüz ili” kitabı nəşr olunub.
Azərbaycan Yazıçılar Birliyindən AZƏRTAC-a bildirilib ki, kitaba Heydər Əliyev haqqında tanınmış söz adamlarının bədii-publisistik məqalələri, esse və xatirələri daxildir.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü olan müəlliflərin əksəriyyəti bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olublar. Ona görə də, bu kitab Heydər Əliyevi yaxından tanımaq, ölkəmiz qarşısındakı misilsiz xidmətlərini daha dərindən anlamaq üçün qiymətlidir və dəyərli mənbədir.
Nəşrin layihə rəhbəri, tərtibçi (AYB mətbuat katibi Xəyal Rza ilə birlikdə) və “Ön söz” müəllifi AYB-nin katibi, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli, redaktoru Dürdanə Hüseynovadır.
TEAS-PRESS Nəşriyyatında nəfis şəkildə nəşr edilmiş 468 səhifəlik kitabın yaxın günlərdə geniş ictimaiyyət üçün təqdimatı nəzərdə tutulur.
Zəngin mənəviyyata, yüksək intellektə və insani keyfiyyətlərə malik olan, milyonların xatirəsində yaşayan Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Zərifə Əliyeva” elektron resursu bu gün istifadəçilərin ixtiyarına verilib.
Bu barədə AZƏRTAC-a Prezident Kitabxanasından bildirilib.
Azərbaycan xalqına mənsub elə qadın simalar vardır ki, onlar heç vaxt unudulmur, xatirələri həmişə yad edilir və əziz tutulur. Belə qadın şəxsiyyətlərdən daha çox xatırlanan və yad edilən simalardan biri də Zərifə xanım Əliyevadır. Zərifə xanım Əliyevanın simasında övladlıq məsuliyyəti, ömür-gün sədaqətliliyi, müqəddəs analıq məsuliyyəti, alim-həkim məsuliyyəti, xeyirxahlıq missiyası və dövrünün birinci xanım məsuliyyəti yüksək səviyyədə öz təsdiqini tapıb.
Təqdim edilən elektron resursda Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti geniş şəkildə istifadəçilərə təqdim edilib.
Resursda materiallar 8 bölmədə qruplaşdırılıb. Elektron nəşrin “Bioqrafiya” bölməsində Zərifə xanım Əliyeva və onun ailə üzvləri barəsində qısa məlumat verilib, həmçinin Zərifə xanımın elmi və ictimai sahədə fəaliyyətinin mühüm məqamları öz əksini tapıb. Akademik Zərifə Əliyevanın keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqlar Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü, “Вестник офтальмологии” (“Oftalmologiya xəbərləri”) jurnalının redaksiya heyətinin üzvü kimi ictimai fəaliyyəti də bu bölmədə işıqlandırılıb.
“Xronologiya” bölməsində isə bir alim kimi, onun keçdiyi həyat yolu, oftalmologiya sahəsində əldə etdiyi uğurlar ardıcıllıqla təqdim olunub.
“Rəsmi sənədlər” bölməsində Zərifə xanım Əliyeva haqqında sənədlər yerləşdirilib. “Xatirəsinin əbədiləşdirilməsi” bölməsində isə həm ölkə daxilində, həm də xarici ölkələrdə xatirəsinə ucaldılan abidələr, adının verildiyi təsisatlar, salınan parklar, adına verilən küçələr haqqında məlumatlar illər üzrə və xronoloji ardıcıllıqla əksini tapıb.
“E-Kitablar” bölməsində Azərbaycan və rus dillərində onun müəllifi olduğu və haqqında yazılan kitabların e-versiyaları toplanılıb. “E-Məqalələr” bölməsində isə Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən ayrı-ayrı müəlliflərin məqalələrinin Azərbaycan və rus dillərində elektron versiyaları yerləşdirilib. “Biblioqrafiya” bölməsində əsərlərinin, haqqında yazılan kitab və məqalələrin Azərbaycan, ingilis və rus dillərində biblioqrafik təsviri verilib.
“Fotoqalereya” bölməsində Zərifə xanımın həyatının müxtəlif məqamlarını əks etdirən fotoşəkillər toplanılıb.
Rus dahisi Sergey Raxmaninov – tayı-bərabəri olmayan çox gözəl pianoçu, bütün həyatı boyu vətəninə və musiqiyə sevgi bəsləyən və bunu zəngin yaradıcılığında əks etdirən bəstəkardır.
Bakıdakı Rus Evində (RİMM) həm tanınmış rəssamlar, həm də bu incəsənət növünün gənc istedadlı nümayəndələrinin əsərlərindən ibarət sərgi açılıb.
Bakıdakı Rus Evinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sərginin kuratoru qismində beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Rəssamlar İttifaqının üzvü Nərgiz Quliyeva çıxış edib.
Tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqiçilərinin ifasında dahi pianoçunun əsərləri səsləndirilib. Gecənin xüsusi qonağı Almaniyada yaşayan Azərbaycan Respublikasının Xalq artisti Əvəz Abdullayev olub. O, istedadlı konsertmeyster Rebekka Maqomedova ilə tandemdə çıxış edib.
Gecənin musiqi hissəsi Əməkdar müəllim, konsertmeyster ustalığı kafedrasının müdiri professor Gülnarə Acalova tərəfindən təşkil olunub.
Gecədə Azərbaycan Respublikasının Əməkdar artisti, violonçel ifaçısı Aleksey Miltıx, BMA-nın baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, pianoçular, beynəlxalq və respublika müsabiqələri laureatları Maqsud Musa-zadə, Leyla Hüseynzadə, Arian Qəhrəmani çıxış ediblər. Sonra Mirxalid Məmmədzadə fleytada musiqi əsəri ifa edib, gözəl vokalçı Adıl Axundovun ifasında iki romans səsləndirilib, istedadlı gənc konsertmeyster, respublika və beynəlxalq müsabiqələri laureatı Nərgiz Kəngərli öz ifası ilə çıxış edənlərin nömrələrinə bəzək verib.
Sonda tamaşaçılara SSRİ-nin və Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun S.Raxmaninovun romansını ifa etdiyi video təqdim olunub.
Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Azərbaycanın Əməkdar artisti Eyyub Quliyev, Azərbaycanın Xalq artisti Lütfiyar İmanovun oğlu Rauf İmanov, ziyalılar gecənin qonaqları olublar.
Aprelin 26-da Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən “Heydər Əliyev İli” çərçivəsində Türk dünyasının böyük yazıçısı Çingiz Aytmatovun 95 illiyi münasibətilə ədibin “Ana tarla” povestinin motivləri əsasında hazırlanmış tamaşanın premyerası keçiriləcək.
Bu barədə AZƏRTAC-a Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondundan bildirilib.
Fond tərəfindən “Heydər Əliyev İli” çərçivəsində bu səhnə əsrinin premyerasının təşkili Ulu Öndərin Türk dövlətlərinin ədəbi şəxsiyyətlərinə, onların yaradıcılıqlarına verdiyi önəmə, müasiri olduğu yazıçılarla, o cümlədən qırğız xalqının görkəmli yazıçısı, ictimai-siyasi xadimi Çingiz Aytmatovla olan doğma münasibətinə ithaf edilib.
Tamaşanın hazırlanması və nümayişi Çingiz Aytamatovun zəngin irsinin tanıdılmasına, eləcə də təşkilatın qurucu üzv ölkələri Azərbaycan ilə Qırğızıstanın mədəni əlaqələrinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Fondla əməkdaşlıq çərçivəsində Bakı Bələdiyyə Teatrı tərəfindən səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Azərbaycanın Xalq artisti Mərahim Fərzəlibəyovdur.
Qeyd edək ki, Fond tərəfindən 2018-ci ildə Azərbaycanda Çingiz Aytmatovun 90 illik yubileyi təntənə ilə qeyd olunub, ədibin “Cəmilə” povesti əsasında qırğız sənətçilər tərəfindən hazırlanmış tamaşa nümayiş etdirilib.
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar aprelin Azərbaycanın Serbiyadakı səfirliyinin təşkilatçılığı, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Belqrad şəhərində Azərbaycan Mədəniyyət Günləri keçirilib.
AZƏRTAC xəbər verir ki, “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində Belqraddakı “Madlena Art Palace”da tanınmış dizayner Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim edilib.
Üç gün ərzində təqdim olunan ekspozisiya tədbir qonaqlarının və KİV-lərin böyük marağına səbəb olub.
“Qonaqlar Azərbaycanın mədəniyyəti və ənənələri ilə yaxından maraqlanırdılar. Qarabağ geyiminin Azərbaycanın zəngin mədəni irsində xüsusi yeri var. Qarabağ geyim mədəniyyəti milli-mənəvi və maddi dəyərlərimizin ayrılmaz tərkib hissəsidir. Kolleksiyanın hər bir nümunəsi öz xüsusi ornamentləri və naxışları, bədii xüsusiyyətləri əks etdirən xüsusi elementləri ilə Qarabağın ayrı-ayrı regionunu təcəssüm etdirir. Eyni zamanda, kolleksiya müasir tələblərə uyğun olaraq stilize edilib”, – deyə dizayner bildirib.
Azərbaycan Mədəniyyət Günləri çərçivəsində incəsənət ustalarının milli musiqi, muğam və rəqslərlə konsert proqramları təqdim olunub, xalçalar, qurama və sənət əsərləri nümayiş etdirilib. Ölkəmizin tarixi, mədəniyyəti, milli musiqisi, habelə müasir həyat tərzi və reallıqları barədə ziyarətçilərə məlumat verilib.
Mayın 13-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq yazıçısı Elçinin pyesi əsasında hazırlanmış “Otelloya xəyanət” tamaşasının premyerası olacaq.
AZƏRTAC xəbər verir ki, tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Umay Həsənova, dekor üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Səmra Axundova, xoreoqrafı Raulya Türkkandır.
Səhnə əsərində Xalq artistləri Lyudmila Duxovnaya, Məbud Məhərrəmov, Əməkdar artistlər Salman Bayramov, Natavan Hacıyeva, İnna İmranova, aktyorlar Yaroslav Trifonov, Gövhər Şabanova, Rüfət Əliyev, Ruslan Pavlov, Rəşad Əliyarov, İoanna Ferştandt, Səbinə Asim, Samirə Rüstəmova və Dilarə Nəzərova iştirak edirlər.
Aprelin 26-da dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, səhnə əsərində əsas rolları Əməkdar artist Fatimə Cəfərzadə və aparıcı solist Atəş Qarayev canlandıracaq.
Digər rollarda Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural Ağasıyev, Səbinə Vahabzadə və xor artisti Sadiq Məlikovdur.
Rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev olan səhnə əsəri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva tərəfindən idarə olunacaq.
Biletləri teatrın kassası ilə yanaşı, şəhərin bütün kassalarından və iticket.az saytından əldə etmək mümkündür.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Eşqdən Oxuma
Ay qırmızı papaqlı, Ay hamıdan küsən qız… Əlləri umacaqlı, Boy-buxunu süsən qız…
Yenə kimə inandın? Aldadan tapıldımı? “Dağ haqqı”ydımı andın, Dağlarda haqq qaldımı?
Yazdığın “son mesajla” Hansı qarğış yol aldı? Bir sərçə qayğısıyla Keçmədiyin yol qaldı?
Ay qırmızı papaqlı, Saçı daraqtanımaz… Eşqi “başı qapazlı”, Arzuları gülaçmaz…
Ömrün önündən çəkil, Nə olacaq, olacaq… İkimizdən bir şəkil, Bir xatirə qalacaq…
Aç saçını, tök üzə, Qocalmaqdan da qorxma… Bir bayatı çək bizə, Və də, eşqdən oxuma…
2022
Qara Pişik
Şəkinin dumanı nazlanır axı, Çəkir ürəyimi pişik dalaşı, Qonşuda söz qalıb: qapıarası, Qızların göyçəyi piyada gəzmir, Naza həsrət daşlar küçə həyası… İndi necə edim, nə deyim ki mən Olmayım dumanda nazdan narazı?
Bir naz da mən atdım xatirələrə, Bu gün də yadıma salmadım səni… …Nə eyvan, nə də ki pişik deyiləm, Qatım abırıma, aldadım səni… Mənimki, uzağı, bircə tumardı, Çəkəsən ruhuma, dönəm olam mum… …bilirəm… Bilirəm, gözəl axtaran, Şəkidə eyvan da, qara pişik də, Bu daşlı yollarda ölən ümid də, Lap elə Şəkinin özü də məsum… …Bir mən günahkaram… Bir də, ayrılıq… Şəkinin dumanı nazlanır axı…
2022
Çəhrayı Çiçək
Sənə bir çəhrayı çiçək almışam… Atmışam özümü günah eşqinə, Parlayan həyatın zər-xarasına… Asmışam özümü günah eşqimdən, Demə, oynamışam dərd havasına…
Bir yaşıl salmışam ovcumdan, demə, Bir sarı ilişib yanaqlarıma… Bir əlçim təbəssüm sərmişəm yenə Həyatın “piyada zolaqlarına…”
Mavilər bəzənir qara naxışla, Bozları sevməyi hünər sanmışam… Səni boyamışam rəng-rəng… Bağışla… … Bilmişəm… …görmüşəm… Və utanmışam… Sənə bir çəhrayı çiçək almışam…
26 aprel 2023-cü il tarixində saat 12:00-da Habil Yaşarın “Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxanasında” “Yeddinci ayın yeddisi” adlı kitabının təqdimat mərasimi keçiriləcəkdir. Maraqlananlar dəvətlidir. Dəvət üçün “Səbail Rayon Mərkəzləşdirilmiş Kitabxanasına” Təşəkkürlər! Hörmətlə Habil Yaşar
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Çərxi-fələk” (Roman) kitabı işıq üzü görüb. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlidir.
Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Mücrü” Nəşriyyatı tərəfindən “Roman” seriyasından Azərbaycanlı yazıçı Nazlı Çələbinin “Şeytanın oyunu” (Roman) kitabı işıq üzü görüb. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Gənc xanım yazar Şəfa Vəlidir.
Ədəbiyyatsevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
(Nigar Arif) Tu vida, como la de una hormiga, fue devorada no te queda ni un día Llevaste el peso del mundo sobre tus hombros, como un elefante pero nadie nunca te apreció de verdad Desnataste y limpiaste tu vida, pero, ¡te habías basado en esperanzas, mujer! Sólo te reíste de tu aflicción en silencio. ¿Tu alegría te complicaba todo, mujer? Ahora localizas tus esperanzas, y tu tierra está al final de su soga. Mujer, tal vez no es algo que simplemente sabemos: la tierra es inconsciente, la roca es oscura. He aquí tu vida devorada que te espera, silenciosa y tranquilamente, al alcance de la muerte que serás.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
* * *
Nə ürəyim, nə ağlım Səndən əlini üzdü. Təkliyə düşən kimi Darıxdığım da düzdü.
Baxma səsim hüzünlü, Baxma gözlərim yaşdı. Ah, səni xatırlamaq Bilirsən necə xoşdu?
Hamı bir az təsəlli, Hamı könül boşluğu. Hamı zaman israfı, Unutmaq sərxoşluğu.
Sən duyğumun sərsəri, Ruhumun hürr vaxtısan. Həsrətimin şər vaxtı, Arzumun hər vaxtısan.
Səndən nə qaldı ki…
Sonra gözəl-göyçək ayrılıq gəldi, Sonra gözəl-göyçək ayırdı bizi. Arxanca uzanan əlim gödəldi, Üzü qışa tutduq ürəyimizi.
Səndən nə qaldı ki, eh, səndən heç nə, Bir azca peşmanlıq, bir azca hüzün. Sən məni hamıdan yaxşı tanıdın, Mən səni tanıya bilmədim, quzum.
Ölü doğulubdu məhəbbətimiz, Daha yanağımda axınım sənsən… … Bir az uzaq dayan, uzaq ol mənə, Hələ də hamıdan yaxınım sənsən…
23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqədar kitab və dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linklərindən istifadə edə bilərlər.
Qeyd edək ki, 23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi qeyd olunur. Bu əlamətdar gün UNESCO-nun 1995-ci il noyabrın 15-də Parisdə keçirilən 28-ci sessiyasında elan edilib. Bu tarix dünya ədəbiyyatında simvolik tarixdir. Uilyam Şekspir, Migel Servantes və İnka Qarsilaso dela Veqa kimi bir sıra görkəmli müəlliflərin vəfat etdiyi gündür. Həmin tarix kitablara və müəlliflərə dünya miqyasında ehtiram göstərmək, hər kəsi bəşəriyyətin məkan və zaman sərhədlərini aşaraq ideyaları paylaşmaq üçün ən gözəl ixtira, həmçinin yoxsulluğun aradan qaldırılması və sülhün bərqərar edilməsinin başlıca qüvvəsi olan – kitabları əldə etməyə təşviq etmək məqsədilə 1995-ci ildə Parisdə keçirilmiş UNESCO-nun Baş Konfransının təbii seçimi idi.
Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Keçmişlə gələcək arasında əlaqə, nəsillər və mədəniyyətlər arasında bir körpü olan kitabın sehrli gücünü tanımaq üçün hər il 23 aprel tarixində bütün dünyada tədbirlər keçirilir.
Azərbaycan Respublikasında da bu əlamətdar tarix 1997-ci ildən qeyd olunur.
Aprelin 24-də Azərbaycan Milli Konservatoriyasında Heydər Əliyev Fondunun təşəbbüsü ilə növbəti Milli Muğam Müsabiqəsi başlayıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, Azərbaycan Milli Konservatoriyasının dəstəyi ilə keçirilən müsabiqənin 1-ci turu aprelin 24-25-i, 2-ci turu isə aprelin 26-da keçiriləcək. Aprelin 30-da isə müsabiqənin yekun konserti olacaq.
Qeyd edək ki, Milli Muğam Müsabiqəsi xanəndə və instrumental ifaçılıq kateqoriyaları üzrə keçirilir. İnstrumental ifaçılıq üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Fəxrəddin Dadaşov, Möhlət Müslümov, Əməkdar artistlər Şirzad Fətəliyev, Çinarə Heydərovadır.
Xanəndəlik üzrə münsiflər heyətinin sədri, Milli Konservatoriyanın rektoru, Xalq artisti Siyavuş Kərimi, üzvləri isə Xalq artistləri Səkinə İsmayılova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Əməkdar artist Qəzənfər Abbasovdur.
Aprelin 26-da xanəndə və instrumental ifa kateqoriyaları üzrə qaliblər seçiləcək. Xanəndə və instrumental kateqoriyalarında 1, 2 və 3-cü yerin hər bir qalibi müvafiq olaraq 7 000, 5 000 və 3 000 AZN mükafat qazanacaq.
Milli Muğam Müsabiqəsinin qalibləri-xanəndə və instrumental ifa üzrə birinci yeri tutan iştirakçılar ölkəmizi “Muğam aləmi” 6-cı Beynəlxalq Muğam Festivalında təmsil edəcək.
Qeyd edək ki, son illər Azərbaycanda muğamın qorunması və inkişafı istiqamətində fundamental işlər görülüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın milli mədəniyyətimizə, muğam sənətinə göstərdiyi dəstəyin və bu istiqamətdə aparılan işlərin nəticəsidir ki, Azərbaycan muğamları 2008-ci ildə UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib.
Xatırladaq ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildən Milli Muğam müsabiqələri və Beynəlxalq Muğam festivalları təşkil olunur. Bu layihələr milli sərvətimiz olan muğamı dünya mədəniyyəti kontekstində bir daha nümayiş etdirmək və yaşatmaq məqsədi daşıyır.
Dünyada bənzəri olmayan Miniatür Kitab Muzeyi Azərbaycan tarixinin və mədəniyyətinin canlı nümunəsi olaraq 21 ildir ki, İçərişəhərdə fəaliyyət göstərir.
AZƏRTAC xəbər verir ki, Miniatür Kitab Muzeyi 2002-ci il aprelin 23-də UNESCO-nun qərarı ilə bütün dünyada hər il qeyd edilən Dünya Kitab və Müəlliflik Hüququ Günündə fəaliyyətə başlayıb. Muzeyin təsisçisi və yaradıcısı, Respublika “Kitab” cəmiyyətinin idarə heyətinin sədri, Əməkdar incəsənət xadimi Zərifə Salahova 30 ildən artıq müddətdə formalaşmış kolleksiyanı bu gün də yeni nüsxələrlə zənginləşdırir.
Bu gün muzeydə 145 kvadratmetr sahədə 39 şüşələnmiş vitrində (2002-ci ildə açılış zamanı cəmi 25 vitrin vardı) 6 minə yaxın minikitab, o cümlədən “Ginnesin rekordlar kitabı”nın standartlarına uyğun, ölçüləri 75×75 mm qədər olan təxminən 3500 ədəd miniatür kitab nümayış etdirilir.
Kolleksiyada ən nadir nümunələr Yaponiyanın Tokio şəhərinin “Toppan” nəşriyyatının nəşri olan 4 mikrokitab: onlardan birinin ölçüləri 0,75×0,75 mm və 3-nün ölçüləri isə 2×2 mm təşkil edir. Eləcə də alman nəşriyyatlarının mikrokitablardan: 1-nin ölçüləri 2,0×2,9 mm (Leypsiq) və 3-nün ölçüləri 3,5×3,5 mm (Münhen) olan kitablar hesab edilir.
2014-cü ildə muzey kolleksiyasının bir hissəsi – 2913 nadir miniatür kitab “Ginnes rekordlar kitabı”na daxil edilmişdir.
Qeyd edək ki, muzeyə giriş hər zaman ödənişsizdir. Kim istəyir sərbəst şəkildə buraya daxil olur və muzeyin bələdçisi ziyarətçilərə hər bir kitab barədə ətraflı məlumat verir.
Miniatür Kitab Muzeyinin Naxçıvan filialı da mövcuddur. 2014-cü il dekabrın 18-dən fəaliyyət göstərən filialda 12 vitrində 31 ölkədə çap olunmuş 1090 miniatür kitab nümayiş olunur.
Uluslararası Prof. Dr. Mehmet İsmail Şiir Yarışması yılda bir kez ilan edilen tarihlerde Güfte Edebiyat Kültür Sanat ve Edebiyat dergisi tarafından Türk dünyasının büyük şairi Prof. Dr. Mehmet İsmail adına, ünlü şairin fikir dünyasının da temelini oluşturan ortak kültürel ve sanatsal bağların güçlendirilmesi amacıyla düzenlenir.
Yarışmaya katılacak eserlerin dili Türkçedir. (Türkçenin herhangi bir lehçe ya da şivesi ile yarışmaya katılan eserler Türkiye Türkçesine aktarılarak değerlendirmeye alınacaktır.)
Şiirler vezinli ya da vezinsiz olabilir.
Her bir yarışmacı yalnız bir şiir ile katılabilir.
Konu serbesttir.
Eserler en fazla iki A4 boyutunda olmalıdır.
Başvuruda bulunulan eserin daha önce herhangi bir yerde yayımlanmamış (basılı eserler, e-dergi, e-gazete, web siteleri dâhil) olması gerekmektedir. Yayımlanmış bir eser derece kazansa dahi iptal edilir.
Eserlerin, sağ üst köşesinde rumuz yazılmış vaziyette gönderilmiş olması gerekmektedir.
Yarışmacıların ayrı bir dosya hâlinde öz geçmişi, resmi adı, soyadı, rumuzu, adresi, telefon numarası ile birlikte bir adet fotoğrafını göndermesi gerekmektedir.
Eserler bilgisayarda, A4 formunda, Times New Roman, 12 punto ve 1,0 satır aralığı ile yazılmış olmalıdır.
Yarışmaya katılan eserler, geri verilmeyecektir. Eserlerin yayım hakkı Güfte Edebiyat’a ait olacaktır.
Şartnamede belirtilmemiş hususlarla ilgili ihtilaflarda düzenleme komitesinin kararları esastır. SEÇİCİ KURUL ÖN ELEME:
Fikret YAZICIOĞLU
İdris GÜRDAL
Mehmet Özcan YASDIBAŞ
Rabie Ruşid
Ülviyye Ebulfezqızı FİNAL:
Prof. Dr. Abdullah ŞENGÜL
Talat ÜLKER
Celalettin KURT
Ali SAÇIKARA
Sündüs Arslan AKÇA
Mahmut HASGÜL
Aysel Xanlarqızı SEFERLİ YARIŞMA TAKVİMİ Yarışma İlanı : 24 Nisan 2023 Son Katılım Tarihi : 15 Ekim 2023 Ön Eleme : 15 Ekim-5 Kasım 2023 Final : 05 Kasım-5 Aralık 2023 Sonuçların Açıklanması : 10 Aralık 2023 Ödül Töreni : 24 Aralık 2023 ÖDÜL
MURAT YURDAKUL, Adana’da doğdu (1983). Anadolu Üniversitesi İngilizce İşletme Bölümü’nü tamamladı. Çeşitli dergilerde şiir, öykü, çevirileri yayımlandı. Britanya’da Modern Poetry Translation Dergisi’nde en iyi çevirmen seçildi (2018). İtalya’da XIII uluslararası Premio Vitruvio Şiir Ödülü’ne (2018), İtalya’da VI uluslararası Città Del Galateo Edebiyat Öykü Ödülü’ne değer görüldü (2018). İtalya’da Casa Editrice Cento Verba öykü derlemesine katıldı (2019). Homeros Edebiyat Ödülleri Tarık Dursun K. Hikâye Ödülü 3.lük Ödülü’ne değer görüldü (2020). Çin’de Uluslararası Şiir Çeviri ve Araştırma Merkezi şiir antolojisine katıldı (2020). Çin Halk Cumhuriyeti’nde Şiir Tercüme ve Araştırma Merkezi IPTRC Uluslararası İcra Kurulu [Rendition of International Poetry Quarterly Dergisi] tarafından uluslararası Yılın Şairi Ödülü’ne değer görüldü (2021). Uluslararası Asya PEN [Mısır] “İpek Yolu Edebiyat” şiir seçkisinde yer aldı (2022). Çin Halk Cumhuriyeti’nde Şiir Tercüme ve Araştırma Merkezi IPTRC Uluslararası İcra Kurulu [Rendition of International Poetry Quarterly Dergisi] tarafından Uluslararası Yılın Çevirmeni Ödülü’ne değer görüldü (2022).
Kış
Camlara yazıyorum kuşların sesini Bir müsvettede kaldı kış, raylar geceyi deliyor
Balkonda kuruyan fesleğen sesi Böyle özledim bıraktığın avluyu
Melekler şehri unuttu yas tuttum ikimize Görünür bir sabah soğuk duvarlardan o mavi koruluk, eski park
İçime düşer yorgun göğü savuran kuşun sesi Akşamdan geciken bir sıkıntı yüzümde
Hayat bir kuşüzümü Çıplağız, gövden kum, ağzın harf, avcun veda
Bir kesikten akan yaranın gölgesindeyim Bileklerimde kanar kış Akşam son renklerini de bıraktı dağınık saçlarına
Bağıracak kuyular kalmamıştı Yüzümde birikir başı boş köpek sesleri!
Yağmuru izlerken unutmadığım şeyler var Cama çarpıyorken damlalar, bir kıpırtı…
Murat Yurdakul
Mürekkep Uykusu
gökyüzüne kuşları yeniden oku! şimdi keder açıyor tüm yolları yenilen her kadın üşüyen birer karaca gözlerimdeki kil değil senin sessizliğin
dışarıdan açılır bir pencere içimizdeki geceye bir güle kapanıp kalırız şimdi kiraz çiçekleri sesimi büyütüyor
her ölen kuşla biraz daha çöle eğilir gökyüzü çocuklar çoktan birer rüyasız uyku tren yolları… gitmek!.. bir kedinin en son istediği
güz’de ağrılı kalbim utanmasın yarasından bir kuş gözyaşı çizer içimin gecesine
Murat Yurdakul
Mumlar, Çocukluğum
unutmaya çalıştığım ne varsa bende durmasın içimde öyle çok ki, her gidenden biriken melekler kör kurşunla vurulup düştüğüm yalnızlıktan sancılı dağlarda kendime dökülüyorum, içime sana sonsuz sarıldığımda isimsiz köy mezarlığında olsun rüzgârın umarım bağışlarsınız hüzünlerimi
kediler sahipsiz… güvercinler telaşlı… ömrüm ince kum!
durma hadi! siyah bir engerek içimin kuşlarını çağırsın unutma yaslı çiçekte biriken kana rehin kalbim sudaki suretimden bir sancı aradım. unuttuğum ne vardı; bunu hatırlıyordu yüzümün bir yeri… bir çiçeğe tutundum düşerken, ordayım hâlâ
Murat Yurdakul
Masumiyet
trenden hızlı rüzgârdan eski tanımadığım kentlerde bulmuştum hüznünü yüzünde bir tanrı ölür sıkıntıdan o sıkıntıyı alıp yanıma gömer annem kuşlar yüzünü kapatıyor, kayboluyorum! içimde dünyanın bütün akşamları uzakları yaksam mektuplarla bütün kimi terk edebilirim ki şimdi
huzur sana dokunmak gibi narin, gözlerine dalmak kadar sonsuz sesini biriktirdiğim şarkılar vardı notaları kaybolan umarsız bir çift güvercini havalandırıyorum bakışlarından ağaçlarda ölü kuşların sesleri terli bir gökyüzünün kan uykularına vardım güzü bir gövdeden doğuran dünya çocuk seslerinden dökülür
zaman kuşlardı… mevsimsiz çiçekleri beklerken…
ah âşk! göz yaşın damlıyor kalbime … eğil de gözlerimde biriken yaraya bak!
Murat Yurdakul
Keder
kalp ağrısı uzun bir yoldan geliyoruz seninle omuzlarından gözyaşları dağlayarak geçer dilimizde rengarenk binbir çöl masalları rahmimden dökülür acıları suya değen sabahlarım
güz gülümsemelerinin serin sessizliğine gömün âşkı anlaşılır belki yalnızlık bir yaz yağmurunun en kuytu çeşmelerinde
duydum, kırıldı içimde gözyaşların sesi ölü kuş gölgelerinin izini sürdüm külde dağıma çıkan patikada dökülür yazım çektiğimiz çocukluk düşünün ağrısı dinsin hâlbuki çocukluk dediğin pişmanlıkları boşluğa düşüren bir sığınak insan da bir avuç toprak ve bitimsiz açlık kalbim alış artık içimde biriken keder gecenin çölü
Murat Yurdakul
Suyun İntiharı
âşk kalır kuytularda suyun intiharla terbiyesi artık zaman ağrıyla, soğukla sustum, dünyanın onca acısı benden yırtılmış bu kente bir sinema daha gelse paramparça yalnızlıklar uzak rüzgârları kuşanır, orman yanar
her çiçeğe bir sessizlik işlenir ağıtlardaki kalbim küle döner, kokusuna is bulaşır gün saymak tahliyesi ölüm
annesizlik çocukların saçlarından okunur senin de saçlarına annesizliği yazdılar
gece çınlarken içimde su kabarır kalbim ölümle mühürlenir gölgesine yürüyen ağacın yaprağından geliyorum sana kaybettiğim akşamlar, içim kırık âşktı, arardım; orada tek başıma… çocukların kalbinde tutsak bahçelerin anısıydık o kışta
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik
Hörmətli həmvətənlər!
Sizi müqəddəs Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, hamınıza ən xoş arzu və diləklərimi yetirirəm.
Bəşər övladını əxlaqi paklığa, humanizmə, birlik və bərabərliyə dəvət edən, insanların ruhunu və mənəviyyatını saflaşdıran mübarək Ramazan ayında müsəlmanlar Uca Yaradan qarşısında öz borcunu ləyaqətlə yerinə yetirmək fürsəti əldə edir, mənəvi kamilliyin və savab əməllərin sevincini yaşayırlar.
İslam sivilizasiyasının tarixi-mədəni mərkəzlərindən olan Azərbaycanda Ramazan bayramı hər il böyük təntənə ilə keçirilir, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilir, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsi dərin ehtiramla yad olunur.
Əziz bacı və qardaşlarım!
Cəmiyyətimizdə vəhdəti və həmrəyliyi daha da gücləndirən, xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilən on bir ayın sultanı Ramazan ayı başa çatır. Bu mübarək bayram münasibətilə bir daha hər birinizə və ölkəmizin hüdudlarından kənarda yaşayan bütün soydaşlarımıza səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə xeyir-bərəkət arzulayıram.
Allah orucunuzu, dua və niyyətlərinizi qəbul etsin.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Bakı Slavyan Universitetinin müəllimi, gənc xanım yazar Sərvanə Dağtumasın məqaləsi İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 214-cü sayında fars dilində dərc olunub.
“İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan III “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Cənubi Azərbaycan Bürosunun Rəhbəri, Azərbaycanlı şairə, gənc xanım yazar Nigar Arifin Xatirələr otağı” adlı yeni şeirlər kitabı İranda nəşrə hazırlanır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Nə sən həmin o adam, nə mən həmin qadınam, Boyn bükük ümidlər ruhunu təslim edib. Qarşılaşsaq, döyünməz birgə vuran qəlbimiz, Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.
Yaşadığım ünvan da daha həminki deyil, Daha xatirələr də canlanmır gözlərimdə. Varlığınla var olan o qadından əsər yox, Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.
Bircə-bircə xəyallar uçuruma adlayır, Zaman da taleyimə kəm biçəcək soydadır. Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam, Qaniçən yoxluğunun qaranlığı boydadır.
DAĞILAN ÜMİDLƏR
Dağılıb ümidlərin hərəsi bir köşəyə, Neyləyim axtarmağa taqətim də qalmayıb. Mən necə yanılmışam səni belə sevərək, Sən adlı bir ünvanım heç əzəldən olmayıb.
Tıxanır boğazımda eşqə dair cümlələr, Lal olur məhəbbətim sevgisizlik dilindən. Taxtın qurub qəlbimdə, həsrətin padişahı, Qurtar məni, İlahi, bu qüssənin əlindən.
Üşüyür xatirələr, yaddaşımın evində, Ruhum soyudur artıq nəfəsimdən özünü. Yollar uzanıb gedir hicranın qollarına, Gəl birlikdə kor edək ayrılığın gözünü.
ÇAĞIRIR MƏNİ
Ruhum asılıb göydən, Ölüm çağırır məni. Haqqın yolunu kəsən, Zülüm çağırır məni.
Bir quru canım qalıb, səndən sonra özümdən, Uğursuzluqlar büküb, taleyimin qəddini. Boş, mənasız bu dünya elə düşüb gözümdən, Yarıb keçə bilmədim kədərin sərhədini.
Basdırılmış ümidlər üşüyür məzarında, Çəkdiyim ah-nalələr ərşə qulaq batırır. Taleyinin önündə diz çökən quzğun kədər Mənim də gəncliyimi ağuşunda yatırır.
Bax, hələ də qalmışam keçmişin qucağında, Sönük gəzdirir ruhum bu cansız bədənimi. Sən indi ailənlə, öz isti ocağında, Mən hər gün itirirəm yaşamaq “nədən”imi.
ÜMİDSİZ
Nə vaxtdır ki ümidsiz, gümansızam sabaha, Arzuların canında məndən əsər qalmayıb. Allahın ümidinə yaşayıram hələ də, Bu kor qalmış bəxtimin gözləri açılmayıb.
Hey cəm olur sinəmdə, çarpazlaşır dərdlərim, Hicran hələ zövq alır həsrətinin dadından. Xəyalının kölgəsi kəsir başım üstünü, Ümidsizəm, ümidsiz o sevdiyin qadından.
O sevdiyin qadının kədər qırıb belini, O yuxa ürəyi də Çin Səddinə bürünüb. O sevdiyin qadının buraxandan əlini İşıqlı sabahlardan qaranlığa sürünüb.
Yolların sinəsində üşüyür yoxluğunla, Didərgin bir sevginin nəfəsini daşıyır. Puç olmuş gəncliyilə bu vəfasız həyatda Allahın ümidinə yalan-gerçək yaşayır.
SƏNSİZLİYƏ DOĞRU
Üz tutur sənsizliyə saatların əqrəbi, Hər dəqiqə ömürdən, bir ömürü aparır. Xatirələr can verir zamanın yaddaşında, Nə ömür sona yetir, nə sənsizlik qurtarır.
Zaman da öz payından, artıq pay vermir bizə, Doğan günəş isitmir üşüyən sevgimizi. Yuxuların çin olma ümidi sona yetib, Yuxular da birlikdə görmək istəmir bizi.
Döyülür sol yanımda həsrət adında vurğu, Nəbzim də hey deyinir, yorulur sürətindən. Kiçicik bir ürəkdə bunca böyük bir sevgi, Özüm də nigaranam, inan ki, səhhətimdən.
Kədər öz örpəyini atıb başım üstünə, İtib dodaqlarımda təbəssümün şöləsi. Yalnızlıq qala qurur, yeni yaşım üstünə, Havadan da duyulur bir əlvida nəfəsi.
ŞƏN, MAKİYAJLI QADIN…
Can çəkişir ümidlər həsrətinin dizində, Körpəcə arzuların bükülür bel-buxunu. Yorğun bir ürək gəzir, sənsizliyin izində, Ay mənim uzaqdakı ən dəyərli yaxınım.
Xatirənlə baş-başa – dörd divardır, bir də mən, Saatın əqrəbləri zamanı qabaqlayır. Sənsizlik payız kimi xəzan tökür üstümə, Sənsizlik payız təki ömrümü qucaqlayır.
Taqətsizəm, sabaha yalınayaq gedirəm, Yollar tikan bitirir, ayağımın altında. Səndən sonra qəhəri çəkirəm üz-gözümə, Səndən sonra həsrətəm makiyajlı qadına.
KİMSƏSİZ DAXMA KİMİ
Kimsəsiz bir daxmayam, Qapanmışam özümə. Xəyalları toz basıb, Görünmürlər gözümə.
Uçub sevgi çatısı, Məhəbbəti üşüdür. Hayqırtımı, sadəcə, Yalnızlığım eşidir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizidoğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və oxucular 18 aprel – Tarixi Abidələrin Mühafizəsi Günü ilə əlaqədar olaraq İçərişəhər Tarix-Memarlıq Qoruğuna ekskursiya təşkil etdilər və “İnformasiya saatı” keçirdilər.
Kitabxananın əməkdaşları Təranə İsgəndərova, İradə Hüseynova, Gülnar Allahverdiyeva, Elvira Məmmədova, Elnarə Qarayeva və oxucular İçərişəhər Tarix-Memarlıq Qoruğunda Şirvanşahlar Saray Kompleksini, Yeraltı hamam və digər tarixi yerləri ziyarət etdilər.
“İnformasiya saatı”nda uzun müddət İçərişəhərdə baş mühafizəçi kimi fəaliyyət göstərən Esmira Kazımova çıxış edərək bildirdi ki, İçərişəhərin memarlıq tacı sayılan Şirvanşahlar Saray Kompleksi Azərbaycan xalqının qədim və zəngin mədəniyyətinin möhtəşəm rəmzidir. O, İçərişəhərin ən hündür nöqtəsində yerləşən Şirvanşahlar sarayı binasının 2 mərtəbədən, ümumi 52 otaqdan ibarət olduğunu bildirdi. O, kitabxananın əməkdaşlarını və oxucularını sarayın divanxanası ilə tanış edərək bildirdi ki, Saray kompleksin maraqlı tikililərindən biri də divanxanadır. Buradakı giriş qapısının üzərindəki yazı da binanın təyinatından xəbər verir. Divanxanaya daxil olan yerdə, qapının üstündə Qurani-Kərimdən götürülmüş yazıda deyilir: “Allah öz istədiyi insanları düz yolla aparır”. Daha sonra o, Şirvanşah I Xəlilüllahın anasının və oğullarının dəfn olunduğu türbə, xüsusi maraq doğuran və xalq arasında “Dərvis türbəsi” kimi tanınmış Seyid Yəhya Bakuvinin məqbərəsi, islam mədəniyyətinin nadir nümunələrindən olan hamamxana binasının tarixi haqqında geniş məlumat verdi.
Esmira Kazımova bildirdi ki, Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı mədəni irsin qorunmasına təkan verdi. Bu nəhəng işin nəticəsi Şirvanşahlar Saray Kompleksi və Qız qalası ilə birlikdə Ümumdünya Mədəni İrs siyahısına daxil edilməsi oldu. O, Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarix-mədəniyyət abidələrinin mühafizəsi və bərpası istiqamətində mühüm işlər gördüyünü vurğuladı.
Kitabxananın Oxu zalının müdiri Təranə İsgəndərova çıxış edərək bildirdi ki, Azərbaycan xalqı qədim tarixə, tükənməz mədəniyyətə malikdir və İçərişəhər Azərbaycan xalqının milli sərvətidir.
Kitabxananın əməkdaşları və oxucular Şirvanşahlar Saray Kompleksinin eksponatlarına baxış keçirdilər. Daha sonra Təranə İsgəndərova bir çox sirləri özündə gizləmiş Şirvanşahlar Saray Kompleksinin eksponatları haqqında maraqlı məlumatlar verdi.
Kitabxananın əməkdaşları və oxucular XVII əsrə aid Yeraltı hamama baxış keçirdilər. Hamamda yerləşdirilmiş qədim tarixi eksponatlar haqqında məlumatlandırıldılar.
Ümummili Lider, müasir Azərbaycan dövlətinin memarı, tarix və mədəniyyətin hamisi kimi xidmətləri kitabxanaçılar və oxucular tərəfindən böyük ehtiramla anıldı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın əziz xatirəsinə həsr olunmuş “Akademik Zərifə Əliyeva – 100” adlı videoçarx hazırladı.
Qeyd edək ki, 2023-cü il 28 apreldə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olur.
Videoçarxda akademik Zərifə Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələri haqqında məlumatlar toplanılmışdır. Videoçarxda həmçinin görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın zəngin pedaqoji, elmi, əməli təcrübəsi və ailəsi ilə birlikdə olduğu zaman çəkilmiş fotolarını da izləmək mümkündür.
Videoçarxda Ulu Öndər Heydər Əliyevin Zərifə Əliyeva haqqında söylədiyi sözlər də yerləşdirilib.
Videoçarx sözləri Fikrət Qoca, musiqisi Sevil Əliyevaya məxsus “Ana” elegiyası ilə müşayiət olunur.
Aşağıdakı keçidə daxil olub videoçarxı izləyə bilərsiniz:
Bakıda birinci Vesnyanka Ukrayna-Azərbaycan xeyriyyə bahar yarmarkası olub.
AZƏRTAC xəbər verir ki, tədbiri diplomatik korpus, media, ictimaiyyət nümayəndələri ziyarət ediblər. Onlar bununla yarmarkanın təşkilatçılarına, Vesnyanka ideyasına uyğun dəyərlərə ehtiramlarını ifadə ediblər.
Yarmarkanın “Qədim zamandan müasir dövrədək. Novruz və Vesnyankadan Pasxaya qədər” rəmzi devizi multikulturalizm ideyalarını təbliğ etməklə yanaşı, eyni zamanda, azərbaycanlıların Ukraynanın bahar ənənələri ilə tanışlığını, mədəni əlaqələrin qurulması və iki xalqın zəngin mədəni irsinin qarşılıqlı zənginləşdirilməsini əks etdirir.
Lidiya Şestak-Əliyeva deyir: “Azərbaycanda uzun illər yaşayan bir çox ukraynalılar yerli mədəniyyətə fəal şəkildə inteqrasiya ediblər. Burada biz Novruzun gəlişini gözləyirik və bu bayrama hazırlaşırıq. Çərşənbə axşmlarını ənənəvi axşamlara dəvət etdiyimiz qonaqlarla yola salırıq, şəkərbura, paxlava bişiririk. Azərbaycanlı qonşularımız bizə pay gətirir, yüksək qonaqpərvərlik nümayiş etdirir və öz ənənələri ilə tanış edirlər. Bu bayram bizlərə çox doğma və yaxın olub! Şəxsən mən onun gəlişini səbirsizliklə gözləyirəm. Mənim Novruzda həmişə qonaqlarım olur və onlar üçün plov bişirirəm. Novruz gəldikdən dərhal sonra biz Pasxa bayramlarına hazırlaşmağa başlayırıq. Buradaca biz, ukraynalılar ənənəvi olaraq qonaqlarımız üçün Pasxa yeməkləri hazırlayırıq. Əgər Azərbaycanda yaşayan hər hansı bir insandan soruşsanız, onların hər birinin bənzər tarixçələri var. Bir tərəfdən, diaspor nümayəndələri öz ənənələrini qoruyub saxlayır, digər tərəfdən, multikulturalizm və toleyrantlıq ənənələrinə sadiq olan azərbaycanlılar hər zaman başqa xalqların nümayəndələrinə cəmiyyətə inteqrasiya etməyə kömək edirlər. Biz öz tədbirimizlə məhz ukraynalıların Azərbaycan mədəniyyətinə inteqrasiyası ideyasını, həmçinin Pasxa bayramları və Vesnyanka ənənələrini çatdırmaq istəyirik. Qoy insanlar bizim baharı necə qarşıladığımızı, onu səbirsizliklə gözlədiyimizi, ənənələrimizi və yeməklərimizi, Ukrayna evi və milli geyimlərimizi yaxından tanısınlar. Bu, bizim xeyriyyə bahar festivalında daha çox bəhs etmək istədiyimiz mədəni irsdir. Ukrayna və Azərbaycan xalqlarının bir çox ortaq cəhətləri var: azərbaycanlılar hələ İslama qədər mövcud olan Novruz ənənələrini davam etdirirlər, ukraynalılar isə indiyədək baharın gəlişini bayram edir və Kiyev Rus dövlətində xristianlığa qədər qeyd edilən Vesnyankanı və başqa bayramları əziz tuturlar. Xalqlarımızı multikulturalizm, toleyrantlıq, öz ənənələrinə sevgi birləşdirir ki, bu tədbirdə buna bir daha əmin olmaq mümkündür. Mən, həmçinin bütün könüllülərə, Azərbaycanın Ukraynalı Qadınları Birliyinin üzvlərinə bu cür gözəl tədbirin təşkilində göstərdikləri dəstəyə görə təşəkkür etmək istəyirəm”.
Ukrayna və Azərbaycan dillərində və iki xalqın milli geyimləri ilə keçirilən konsert bayrama xüsusi ovqat bəxş edib. Səhnədə Ukrayna və Azərbaycan mahnıları səsləndirilib, “1001 nights” xoreoqrafiya studiyası “Marusya” Ukrayna rəsqi və Qarabağ yallısı ilə çıxış edib.
Vesnyanka tədbirinin əsas məqsədlərindən biri də müharibədən əziyyət çəkən Ukrayna sakinlərinə xeyriyyə yardımıdır. Belə ki, festival çərçivəsində “Easter Charity Market” xeyriyyə yarmarkası olub. Əldə olunan vəsait ərzaq məhsulları almaq üçün ukrayanlılara yardım üzrə beynəlxalq qərargaha təqdim ediləcək.
Tədbirin qonaqları arasında Avropa İttifaqının Azərbaycandakı səfiri Petr Mixalkov, Slovakiyanın ölkəmizdəki səfiri Milan Layçaka, Ukrayna və Polşa səfirliklərinin nümayəndələri olublar.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası Rusiyanın Orenburq vilayətinin P-Pokrovka model kitabxanası ilə birgə layihə çərçivəsində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev–100” adlı interaktiv plakat hazırlayıb.
AZƏRTAC xəbər verir ki, interaktiv plakat dörd bölmədən ibarətdir.
Birinci bölmədə Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı Azərbaycan və rus dillərində verilib. Plakatın ikinci bölməsində Gənclər və İdman Nazirliyinin hazırladığı “2023-cü il – “Heydər Əliyev İli” adlı videoçarx və Ümummilli Lider “Heydər Əliyevin ən çox sevdikləri” adlı videoçarx yer alır. Üçüncü bölmədə Ulu Öndər Heydər Əliyevlə bağlı biblioqrafik məlumat kitablarının pdf variantları, Prezident Kitabxanası tərəfindən hazırlanmış “Heydər Əliyev. Elektron sənədlər toplusu” və dünya liderlərinin Heydər Əliyev haqqında fikirləri yerləşdirilib. Dördüncü bölmədə Xalq artisti Ağadadaş Ağayevin ifasında Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Elegiya”nın və Heydər Əliyevin müstəqil Azərbaycanın banisi kimi fəaliyyətini əks etdirən videoçarxlar verilib.
Beynəlxalq “DZİVA” sirk şousu Gəncəyə yola düşür. Mayın 4-dən 9-dək Gəncə İdman Olimpiya Kompleksində Allahverdi İsrafilovun təqdimatında Bakı Dövlət Sirkində nümayişi olmuş “DZİVA” şousu təqdim ediləcək.
Bakı Dövlət Sirkindən AZƏRTAC-a bildirilib ki, şouda Monte-Karlo festivalı iştirakçıları və digər dünya festivalların səhnəsini fəth etmiş müxtəlif ölkələrin peşəkar sirk artistləri çıxış edəcəklər.
Proqramın süjet xəttinin əsasını təşkil edən təlimçi Rostislav Qavrılivin şir və pələnglərinin unikal çıxışları şounu bənzərsiz edəcək.
Biletləri Gəncə şəhərinin bütün kassalarından və iTicket.az saytından onlayn əldə etmək mümkündür.
Azərbaycanın Serbiyadakı səfirliyinin təşkil etdiyi “Odlar Yurdu, Azərbaycan – Azerbaijan, The Land Of Fire” Mədəni İrs layihəsi çərçivəsində dizayner Gülnarə Xəlilovanın “Qarabağ” kolleksiyasından milli geyimlərin ekspozisiyası təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, tədbir aprelin 18-dən 20-dək Belqraddakı “Madlena” Art Palaceda keçiriləcək. Layihə çərçivəsində Azərbaycan mahnı və rəqsləri, xalçalar və əl işləri də nümayiş ediləcək.
Qeyd edək ki, Gülnarə Xəlilova Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynerlar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktorudur. Onun kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə təşkil olunan moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.
Azərbaycanla Türkiyəni bir-birindən ayırmaq və ya ayrı təsəvvür etmək mümkün deyildir. Bu ona bənzəyər ki, əkiz doğulmuş iki qardaşı bir-birindən ayrı tutursan. Tarix də göstərdi ki, bir damarın qanı iki yerə bölünə bilmir. Buna çox çalışdılar, tarixi saxtalaşdırmağa cəhd etdilər, özünü türk hesab edənlərə ayrı adlar qoymaq istədilər, ancaq toplananların yerini dəyişərkən, cəmin dəyişmədiyini tarix özü isbat etdi. Vaxtilə Osmanlı Türkiyəsini paramparça etmək üçün koalisiya yaradan böyük güc dövlətləri Türkiyənin üzərinə yeriyərkən Azərbaycanlıların dəstə-dəstə Çanaqqalaya, savaşa getdikləri tarixi gerçəklikdir. Orada şəhid olan qəhrəman azərbaycanlıların məzarlığı deyilənin əyani sübutudur. Sonrakı tarixdə erməni-daşnaq-bolşevik birliyinin azərbaycanlılara qarşı soyqırımı törətdikləri zamanda Osmanlı dövlətinin göndərdiyi Qafqaz Müsəlman Ordusu qəhrəman Nuru Paşanın komandanlığı altında qardaş köməyinə gəldi, ölkəmiz işğal altına salmaq istəyən irticaçılardan Azərbaycanı və azərbaycanlıları xilas etdi.
Bu fikirlər C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İftixar Piriyevin AZƏRTAC-a təqdim etdiyi “Bir ürəkdə iki can – Türkiyə – Azərbaycan” sərlövhəli yazısında yer alıb. Yazını təqdim edirik.
Keçən əsrin əvvəllərində Nəriman Nərimanovun Mustafa Kamal Atatürkə, “Paşam, qardaşın qardaşa borcu olmaz!” ifadəsi, eləcə də böyük Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” canyanğısı və Ümummilli Liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” təəssübkeşliyi varlığımızın, birliyimizin, qan əlaqələrimizin və ayrılmazlığımızın sübutudur.
2020-ci ildə İkinci Qarabağ savaşında Azərbaycanı tək buraxmayan və dünya birliyinə qarşı sinəsini sipər edən Türkiyə Cümhuriyyəti, qanı qanımızdan, canı canımızdan olan türkiyəli qardaşlarımız səsimizə səs, nəfəsimizə nəfəs verdilər. Türkiyənin nümayəndə heyətinin iştirak etmədiyi mötəbər tədbirlərin birində Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyə burada yoxdur, biz varıq, burda Azərbaycan var!” ifadəsinin cəsarətlə səslənməsi qardaşlığımızın, candaşlığımızın ən bariz nümunəsidir. Belə hadisələrin sayı çoxdur. Bütün bunlar ondan irəli gəlir ki, ayrılmaz olan varlıqları ayırmaq mümkün deyildir.
Azərbaycanla Türkiyəni bir-birinə bağlayan ulu qüvvə onları hər daim bir bədəndə iki can kimi yaşadacaq!
Biz unutmuruq və heç zaman da unutmayacağıq ki, bu gün Türkiyənin inkişafı Azərbaycanın dirçəlişidir. Azərbaycanın dirçəlişi Türkiyənin qol-qanad açması, böyük Türk dünyasının birliyi, bütövlüyü, inkişafı deməkdir.
Bu hisslər, duyğular bərabərcəsinə coşduqca coşmaqdadır, Azərbaycanla Türkiyənin bütün parametrlərdə birliyinin, bərabərliyinin və yüksəlişinin qarşısını ala biləcək qüvvə olmayacaqdır. Biz bu hikməti unutmamalı və sabaha doğru irəliləyən yolumuzu bərabər getməli, dünya birliyinə bərabər inteqrasiya etməliyik. “Güc birlikdədir!” dədə sözü ən ali şüarımız olmalıdır.
1923-cü ildə böyük Mustafa Kamal Atatürkün öndərliyi ilə Türkiyə Cümhuriyyəti quruldu. Bu günə qədər inkişaf etdi. Öz yerini möhkəmləndirdi. Bu gün isə dünya dövlətləri sırasında sayılıb-seçilən bir dövlət kimi tanınır və hesablaşılır. Çünki Türkiyə son illərdə hərbi sənayesinə görə inanılmaz mərhələyə qədəm qoymuşdur. Azərbaycan da məhz son illərdə elə bir yüksəlişə yetişmişdir ki, 44 günlük Qarabağ savaşında nümunəviliyi ilə dünyanı heyran qoydu. Bu inkişaf prosesi dövlətlərimiz arasındakı həqiqi və yüksək qardaşlıq, candaşlıq əlaqələrinin möhkəmləndirilməsi nəticəsində əldə olunmuşdur. Azərbaycan öz sərvətləri və mənəvi dəstəyi ilə Türkiyəyə, Türkiyə isə Azərbaycana həmişə arxa-dayaqdır. Əldə edilən uğurlar və yüksək göstəricilər ortada olan isbatdır.
Artıq illərdir ki, hər iki dövlətin liderləri möhtərəm İlham Əliyev və möhtərəm Rəcəb Tayyib Ərdoğan milli birliyin, bərabərliyin timsalında xalqlarımızı ayrılmaz bağla bir-birinə qovuşdurmuş və birləşdirmişlər. Bu bağın, bu qovuşmanın tellərini qırmaq isə mümkün deyildir.
Ölkə rəhbərlərimizin şəxsi ünsiyyətləri timsalında, onların siyasi və insani münasibətlərinin təcəssümündə parlaq şəkildə görünən birlik-qardaşlıq və candaşlıq ovqatı, belə yüksək hisslər və duyğular hüdudunda daha da möhkəmlənən əlaqələrimiz sənət xadimləri tərəfindən mədəni kontekstdə öz inkişaf istiqamətini formalaşdırmaqdadır. Rəhbərlik etdiyim İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi artıq 2007-ci ildən etibarən Türkiyə Cümhuriyyətinin demək olar ki, ən böyük şəhərlərində uzunmüddətli və genişmiqyaslı qastrol səfərləri həyata keçirir. Bu səfərlərin məna və mahiyyəti dünya birliyinə, bizə qarşı olan qüvvələrin yalanlarını, böhtanlarını bərabərcə ifşa etməkdən və həqiqətlərə ayna tutmaqdan ibarətdir.
Türkiyə Anadolu Aydınlar Ocağının rəhbəri, böyük Azərbaycan sevdalısı professor İbrahim Öztək bu yolda daim bizimlə bərabərdir. Bizim bu bərabərliyimiz sənətin ecazkar dili ilə oynadığımız tamaşalar vasitəsilə həyata keçirilir və böyük səmərə verir. Belə səfərlərin davam etdirilməsi bizim üçün prioritetdir. “Heydər Əliyev İli” çərçivəsində iyunun 12-dən başlayaraq, 17 gün müddətində Türkiyənin ən böyük şəhərlərində, o cümlədən zəlzələdən ziyan çəkmiş Hatay şəhərinin sakinləri qarşısında, “Mustafa Kamal Atatürk və Heydər Əliyev zirvəsi” devizi altında D.Çizməli və P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası” tamaşası ilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Türkiyə Anadolu Aydınlar Ocağının birgə dəstəyi ilə növbəti səfərimizə start verəcəyik. Biz belə mühüm tədbirlərlə Azərbaycanla Türkiyənin birliyini, bərabərliyini ən mötəbər salonlarından “Bir bədəndə iki can – Türkiyə – Azərbaycan” deyə, hər daim səslənməkdəyik.
Birliyimiz, bərabərliyimiz, qardaşlığımız və candaşlığımız daim yaşasın və əbədi olsun!
Mayın 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının konsert salonunda Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayevin yaradıcılıq gecəsi keçiriləcək.
AZƏRTAC xəbər verir ki, yaradıcılıq gecəsi Rasim Balayevin 75 illiyinə həsr olunur.
Qeyd edək ki, 1948-ci ilin avqustun 8-də Ağsu rayonunda anadan olan Rasim Balayev elə orada orta məktəbi bitirib və 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun məzunu olub. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında “Ulduzlar sönmür” əsərində kiçik bir rolda çəkilib. Oynadığı “Nəsimi”, “Babək” və “Dədə Qorqud” filmlərindəki rollarla tamaşaçıların sevgisini qazanır. O, həmçinin “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. “Bu şirin söz, azadlıq”, “Sənin birinci saatın”, “Xoşbəxtlik səhnəsi”, “Mən hələ qayıdacağam”, “Birisigün gecəyarısı” kimi filmlərdə o, epizodik rollarda çəkilib. Eyni zamanda, “Özbəkfilm”, “Mosfilm” və başqa studiyalarla əməkdaşlıq edərək, onların da filmlərində çəkilib.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
Görkəmli nasir, Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın irihəcmli “Ömür karvanı” əsərlər toplusu Gürcüstanda işıq üzü görüb.
AZƏRTAC xəbər verir ki, Dövlət Tərcümə Mərkəzinin beynəlxalq nəşr layihələri sırasında Gürcüstanda ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin zəngin ənənəli “Merani” nəşriyyatında nəşr edilib.
Yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilmiş kitabın gürcü dilinə tərcümə müəllifi tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli, redaktoru Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşvilidir.
Müasir Azərbaycan mədəniyyətinin görkəmli nümayəndəsi Lütfiyar İmanov milli musiqimizin inkişafında müstəsna xidmətləri olan sənətkarlarımızdandır. Onun klassik opera sənəti və xalq musiqisinin vəhdətindən bəhrələnən yüksək ifaçılıq məharəti Azərbaycan vokal sənəti tarixində yeni bir mərhələ təşkil edir. L.İmanovun adı ölkəmizin, eləcə də xarici ölkələrin konsert salonlarını və opera səhnələrini fəth etmiş bir müğənni kimi məşhurdur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan musiqi sənətinin istedadlı nümayəndələrindən biri, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Lütfiyar İmanovun anadan olmasının 95 ili tamam olub.
İndi musiqini sevən, lakin L. İmanovu tanımayan adama çətin rast gəlmək olar. Vokal sənəti həvəskarları onunla ilk olaraq 1959-cu ildə Moskvada Böyük Teatrın səhnəsində (Azərbaycan incəsənəti ongünlüyündə) əfsanəvi qəhrəman Koroğlu obrazını yaradarkən tanış olublar.
F.Əmirovun “Sevil” operasında Balaş, C.Cahangirovun “Azad” operasında Ayaz, R.Mustafayevin eyniadlı operasında Vaqif, M.Maqomayevin “Nərgiz” operasında Əlyar, V.Adıgözəlovun “Ölülər” operasında İsgəndər, S.Ələsgərovun “Bahadır və Sona” operasında Bahadır müğənninin parlaq şəkildə yaratdığı opera obrazlarıdır.
L. İmanov dünya klassik operalarında məharətlə çıxış etmiş, J.Bizenin “Karmen” operasında Xoze, P.Çaykovskinin “Qaratoxmaq qadın” operasında German, C.Verdinin “Aida”sında Radames, “Otello” operasında Otello, Ofenbaxın “Hofmanın nağılları” operasında Hofman, Ş.Qunonun eyniadlı opearsında Faust, “Toska” operasında Kavaradossi obrazları o dövr mətbuatı tərəfindən yüksək qiymətləndirilib.
Ömrünün yarım əsrə yaxın bir dövrünü opera ifaçılığına həsr edən Lütfiyar İmanov musiqi mədəniyyətimizdə daim öz dəst-xətti ilə seçilən bir mədəniyyət xadimi olmuşdur. Tanınmış sənətkarın yüksək səhnə mədəniyyəti, aktyorluq məharəti və güclü səsi ona geniş repertuarla çıxış etməyə imkan verib. Onun Azərbaycan və dünya klassiklərinin şah əsərlərində ifa etdiyi partiyalar, yaratdığı obrazlar öz dolğunluğu, kamilliyi və təbiiliyi ilə səciyyələnib. Sənət fəaliyyəti boyu təqdirəlayiq uğurlar əldə edən L. İmanov milli və dünya klassik opera nümunələri ilə yanaşı, müxtəlif konsert proqramlarında kamera-vokal əsərləri, romansları və xalq mahnılarını zövq və ustalıqla oxuyub. İfaçısı olduğu əsərlərin üslub xüsusiyyətlərini dərindən duyma və onları özünəməxsus tərzdə məharətlə çatdırma qabiliyyəti L. İmanova musiqisevərlərin rəğbət və məhəbbətini qazandırıb.
Xarici ölkələrə qastrol səfərləri 1960-cı ildən Hindistandan başlayıb. Hətta həmin ildə hind mahnılarını Azərbaycan dilinə çevirib və onları hər iki dildə ifa edib. O, Hindistan, Norveç, Bolqarıstan, Kuba, Çexiya, Polşa, Almaniya, Türkiyə, Yaponiya, Livan, Küveyt, Suriya, İordaniya, Fransa, İtaliya, Belçika, Hollandiya, İspaniya, Malta, Macarıstan, Yunanınsan, Rumıniya və b. ölkələrdə konsertlər verib.
Çoxşaxəli fəaliyyəti bütövlükdə sənətə sonsuz bağlılıq nümunəsi olan Lütfiyar İmanov milli musiqi mədəniyyətinin inkişafı sahəsində mühüm nailiyyətlərinə görə müstəqil Azərbaycan Respublikasının ən ali mükafatı- “İstiqlal” ordeni ilə təltif edilib.
Görkəmli opera müğənnisi 2008-ci il yanvarın 21-də vəfat edib.
Bu gün Azərbaycanın Əməkdar incəsənət xadimi, görkəmli bəstəkar Zülfüqar Hacıbəyovun doğum günüdür. O, Üzeyir Hacıbəyovun qardaşı və Niyazi Tağızadənin atasıdır.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 139-cu ildönümü tamam olan görkəmli bəstəkarın yazdığı əsərlər bu gün də böyük sevgi və maraqla qarşılanır.
Zülfüqar Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşa şəhərində anadan olub. Uşaqlıq illəri bu ecazkar musiqi beşiyində keçib. Erkən yaşlarından şəhərin musiqi məclislərində iştirak edib, istedadlı xanəndələrin ifasında xalq mahnılarını dinləyib. Demək olar ki, şəhərin mədəni ab-havasının ona gələcək həyat yolunu müəyyən etməkdə xeyli təsiri olub. Gənc yaşlarından musiqiyə əbədi bağlanan Z.Hacıbəyov ilk biliyini xalq musiqisindən alıb.
O dövrdə – yəni XX əsrin əvvəllərində opera və operetta yazmaq Azərbaycan musiqisində yenilik idi. Onun yaratdığı-bəstələdiyi əsərlərdən biri “Aşıq Qərib” operasıdır. O vaxt bu əsər ictimai-mədəni həyatda böyük marağa səbəb olur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, ilk Azərbaycan operettası “50 yaşında cavan” əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olub. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvanda və Şuşada göstərilib.
Həmin dövrdə Z.Hacıbəyov bir sıra librettolara musiqi yazır. O, 1917-ci ildə “Üç aşiq və ya Məlikməmməd” adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.
XX əsrin birinci rübündə məşhurlaşan “Kənd qızı”, “Çoban qız” və “Əsgər nəğməsi” bəstəkarın ilk mahnıları sayılır. Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.
Zülfüqar Hacıbəyli 1932-ci ildə “Kölə qadınların rəqsi” adlı simfonik pyes bəstələyib. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaradıb. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – “Almaz”a musiqi yazıb. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.
Onun yaradıcılığı rəngarəngdir. Milli musiqi xəzinəmizə bəxş etdiyi töhfələr çoxdur. İstedadlı bəstəkarın əsərlərinin hər birini ayrı-ayrılıqda sənət məbədimizin qızıl kərpici hesab etmək olar.
Təəssüf hissi ilə qeyd edək ki, o dövrdə – 1937-ci il repressiyasının acı yelləri Hacıbəylilər nəslindən də yan keçmir. Bu görkəmli nəslin gözəl yadigarları doğma yurd-yuvalarından pərən-pərən düşür. Bəziləri mühacirət edir, ömürlərini qürbətdə başa vururlar…
Çox keçmir ki, İkinci Cahan savaşı başlayır. Müharibə acı rüzgarın səmtini dəyişir. Ölkədə vətənpərvərlərə, milli təəssübkeşlərə qarşı bir az yumşalma hiss olunur. Lakin 37-ci ilin ab-havası, yəni qorxusu tam çəkilməmişdi… Buna baxmayaraq, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları qarşılaşdıqları ədalətsizliklərə, ziddiyyətli münasibətlərə mətanətlə sinə gərirlər. Böyük dözümlülük göstərərək milli musiqimizin inkişafında əllərindən gələni əsirgəmirlər. Həqiqətən də, onların yazdıqları bir çox əsərlər dövrün təqiblərinə, qadağalarına məruz qalır, illərlə arxivlərdə saxlanılır. Ancaq sonda haqq-ədalət öz yerini tutur – hər iki bəstəkar qardaşın xidmətləri qiymətləndirilir. Zülfüqar Hacıbəyov milli musiqimizin inkişafı yolunda göstərdiyi xidmətlərə görə, 1943-cü ildə Əməkdar incəsənət xadimi adına layiq görülür.
Musiqili Teatrın əsasını qoyan görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrda yazdığı yarımçıq qalmış əsərləri var.
Ömrünün son günlərinə kimi yaradıcılıqla məşğul olan Z.Hacıbəyova vaxtsız əcəl başladığı işləri tamamlamağa aman vermir. O, 1950-ci ilin payızında dünyasını dəyişir. Ancaq Zülfüqar Hacıbəyovun adı Azərbaycan musiqi mədəniyyəti tarixində həmişəlik qaldı.