“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

Nə qalıbdı ki, guya?
Bir dünya var
Əllərimdən çıxası.
Onun da ki,
Baş qoymağa çiyni yoxdu,
Yapışmağa yaxası.
Mən də tərəfimi seçdim-
Keçdim öz tərəfimə.
Bir şəhidin yasından
Gələn göz yaşı qədər
Hüzünlüyəm bu gecə.
Ağrıları yığmışam
Ürəyimin rəfinə.
Əlim-qolum sınıq-salxaq,
Nə var, nə olub halıma?
…Gülmək istəyirəm, həyat,
Zarafatından qalma!