Author: Delphi7

  • Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində sosialyönümlü bir sıra infrastruktur layihələri yerinə yetirilmiş, o cümlədən Olimpiya və Paralimpiya İdman Kompleksləri, Bayraq Muzeyi, Gənclər Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi, əlil və şəhid ailələri üçün ümumilikdə 240 mənzilli 5 yaşayış binası inşa edilmiş, 1 saylı Şəhər Mərkəzi Xəstəxanasının, “Kimyaçılar” Mədəniyyət Sarayının, Sumqayıt Dövlət Dram Teatrının, Tarix Muzeyinin, 1 saylı Uşaq-Gənclər İdman Məktəbinin binaları əsaslı təmir olunmuş, “ASAN xidmət” Mərkəzi fəaliyyətə başlamış, 22 ümumtəhsil müəssisəsi istifadəyə verilmiş, iri sənaye müəssisələri yaradılmış, 67 min yeni iş yeri açılmışdır. Bundan başqa, şəhər ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, o cümlədən şəhər avtomobil yolları yenidən qurulmuş, çoxmənzilli binaların dam örtüyünün dəyişdirilməsi, lift təsərrüfatının yenidən qurulması sahəsində əsaslı işlər görülmüş, 106 hektar ərazidə dənizkənarı bulvar-kompleksi salınmışdır.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi məqsədilə qərara alıram:

    1. Sumqayıt şəhərində abadlıq-quruculuq və avtomobil yollarının əsaslı təmiri işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Sumqayıt Şəhər İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 18 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • Nuryüzlü Ahmet DİVRİKLİOĞLU HOCAMIZIN doğum gününü kutluyoruz! (16 Şubat)

    ad

    GERİYE DÖNÜŞ YOK

    Dipsiz girdaba düştüm döndükçe dönüyorum
    Ben beni yitirmişim bulmaya niyetim yok
    Garip kuşlar gibiyim halime gülüyorum
    Diyorum, buna şükür; kimseye diyetim yok

    Bir lokma bir hırkaya sebil ettim bu ömrü
    Ölü gezdim dünyada sandılar canlı, diri
    Kılavuzumdur benim Yesi’nin gönül eri
    Bu yüzdendir kimseye kinim yok, garazım yok

    Dedikçe omuzlarım yükü kaldırmaz oldu
    Yani gönül bardağım damla almıyor, doldu
    Toz pembe hayallerim soldu sarıya çaldı
    Hazanda domurmaya takatim, gayretim yok

    VATAN DİYENDE

    MENE GUYU GAZANI BİLMEZMİYEM MEN LELE
    İNDİRTER BAYRAĞIMI GÖRMEZMİYEM MEN LELE
    GÖVDEMİ GURT KEMİRER CÜMLELER GÖRE,GÖRE
    BU GADDAR MANKUTMUYAM SEZMEZMİYEM MEN LELE

    DÜŞMENE GÜLLER VERER AŞIMLA BESLEDİĞİM
    O Kİ YADIM DEDİKÇE GARDAŞCA SESLEDİĞİM
    CAN İÇİMDE CAN ÜZER GÖZELLİK DÜŞLEDİĞİM
    BÖYLESİ HAYINLIHDAN BEZMEZMİYEM MEN LELE

    DUR DEREM NEÇE DERDİN MENLE DE Kİ ANLAYAM
    YASINLA YAS ÇEKEREM TOYUNDA ZATEN VARAM
    GARDAŞ CANI YENER Mİ YİYENE DENER YAMYAM
    YAMYAM GARDAŞ OLAR MI SİLMEZMİYEM MEN LELE

    OĞULU,UŞAĞINI BASARAM MEN BAĞRIMA
    NENESİ MENİM NENEM EŞ EDEREM ANAMA
    HALA HAYINLIH EDER GEDER CAN AĞIRIMA
    MENDE GAYRI DEFTERİN DÜRMEZMİYEM MEN LELE

    BU TORPAH ATA CANI ECDADIN YADİGARI
    DİYEREM BU BAYRAĞIM GIP GIZIL ATA GANI
    BERABER ÜCELTELİM DEDİKÇE BU VATANI
    BAYGUŞA PAY VERENE KÜSMEZMİYEM MEN LELE

    SUSARAM SABIR DEREM SANIRLAR GÖRMEZ KÖREM
    ÖZÜMDE ATAŞ DÖNER GORHU BİLMEZ NEFEREM
    MAVZU VATAN DİYENDE COŞARAM,DELİRİREM
    SIHILAN DÜŞMEN ELİ KESMEZMİYEM MEN LELE
    TUFAN OLUP ELİNDE ESMEZMİYEM MEN LELE

    ÖZLEM

    ÖZLETTİRDİN DOST KENDİNİ
    DİYECEKSİN HASRET YENİ
    BİRDE BANA SOR ÖYLEMİ
    DAĞ BAŞLARI TÜTENDE GEL

    YEŞİLLENİNCE ÇİMENLER
    KÖPÜRÜNCE Kİ DERELER
    DÜŞÜNCE SUYA CEMRELER
    PAPATYALAR BİTENDE GEL

    TAKLAYINCA LEYLEK DAMDA
    DEM ÇEKİNCE BÜLBÜL DALDA
    GÜLLER AÇINCA BAĞLARDA
    KİRAZ KUŞU ÖTENDE GEL

    DEVECİ’DEN KAR KALKINCA
    YÖRÜK YAYLAYA ÇIKINCA
    HER YAN BİRAZ ISININCA
    HAVA YAZA YETENDE GEL

    ZİLE SENİN ATA YURDUN
    ÖZLÜYORUM HEP DİYORDUN
    YEDİTEPE DE NE BULDUN
    BOŞ VER TUFAN DESENDE GEL

    DEREBOĞAZI’NDA BİRİNCİ CEMRE

    BİRİNCİ CEMRE DÜŞMEYE NE KALDI ŞURADA
    BAHAR UÇ VERDİ GÜZELİM
    BAKSANA YEŞİLE CAN GELDİ
    DALLARA KAN
    ÜŞÜMÜYOR ARTIK YÜZLERİM,ELİM

    GÖZELERDE AB-U HAYAT
    O SULARDA BİR RENK,BİR TAT
    KIR ÇİÇEKLERİ ALSIN ÇEVREMİ
    COŞ GELSİN GÖNLÜME KAT BE KAT

    DEREBOĞAZI’NDA YÜRÜYEYİM ŞÖYLE
    ZİLE DE BU MEVSİMİN AYNASIDIR ORALAR
    BÜLBÜL YUVASI’NDA KUŞ SESLERİ
    ÇORAKLIK’TA ALAKESELER
    KÖŞKLÜ DEĞİRMENİ SUSMUŞTA DİNLER
    BURDA ESEN SERİN YELİ

    YEL HİÇ KESİLMEZ Kİ BURADA
    BAHAR ESER,KIŞ ESER,GÜZ ESER
    HELE YAZDA,HELE YAZ DA İKİNDİ SONLARI
    BAĞRINI SOĞUTUR OVANIN
    RAHATLAR NEBAT,RAHATLAR İNSANLAR,BÖCEKLER

    BAHAR DEYİNCE DEREBOĞAZI GELİR AKLIMA
    GÜZ DEYİNCE,KIŞ DEYİNCE,YAZ DEYİNCE
    HER MEVSİM BİR GÜZELDİR BURADA
    HELE BAHAR,HELE BAHAR
    DAYAN GÖNLÜM,DAYAN GÜZELİM
    BİRİNCİ CEMRE DÜŞMEYE NE KALDI ŞURDA

  • Akif Aşırlını doğum günü münasibətilə təbrik edirik! (15 fevral 1969-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Akif Aşırlı, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

    Akif Abduləzim oğlu Vəliyev — Azərbaycan jurnalisti, “Şərq” qəzetinin təsisçisi və baş redaktoru, “Tərəqqi” medalı laureatı

    Akif Aşırlı 1969-cu il fevralın 15-də Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. 1986-cı ildə Daş Salahlı kənd 1 saylı orta məktəbini bitirib. 1988-1990-cı illərdə keçmiş SSRİ ordusunda hərbi xidmətdə olub[1].

    1999-cu ildə BDU-nun tarix fakültəsini bitirib. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. 2005-ci ildə “Təfəkkür” Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb[1].

    1993-cü ildə ABŞ-ın rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib[1].

    Ailəsi

    Ailəlidir, üç övladı var[1].

    Yaradıcılığı

    Orta məktəb illərindən başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə “7 gün” qəzetində başlayıb və bir müddət “Müxalifət” qəzetində çalışıb. 1996-cı ildə “Şərq” qəzetini təsis edib. Həmin vaxtdan etibarən “Şərq”in baş redaktorudur[1].

    “Ağlama, Damcılı bulağı”, “Türkün Xocalı soyqırımı”, “Nəriman Nərimanovun Kremildə qətli”, “Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu”, “Azərbaycan mətbuatı tarixi” (1875-1920) kitablarının müəllifi, “Bağanıs Ayrım soyqırımı” kitabının həmmüəllifidir. 2016 cı ildə MEA-nın Tarix institunda akademik Yaqub Mahmudovun elmi rəhbərliyi ilə “Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında” adlı dissertasya işini müdafiə edərək tarix elmi üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. Mətbuat Şurası idarə heyətinin üzvüdür. Əsərləri Türkiyə, Gürcüstan, Ukrayna da populyar elmi jurnallarda dərc olunub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

    Mükafatları

    2005-ci ildə Akademik Yusif Məmmədəliyev adına mükafata layiq görülüb[1]. 2005-ci ildə jurnalistikanın inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

    Kitabları

    “Ağlama, Damcılı bulağı”,
    “Türkün Xocalı soyqırımı”,
    “Nəriman Nərimanovun Kremildə qətli”, [1]
    “Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu”,
    “Azərbaycan mətbuatı tarixi” (1875-1920) [2]
    “Azərbaycan mətbuatı tarixi” (1920-1990),
    “Bağanıs Ayrım soyqırımı”,
    “Nargin adasındakı Türk əsirləri”,
    “Sarıkamış əsirlərinin dramı: Nargin”,
    “Türk ocağı Azərbaycanda”,

  • Sumqayıt şəhərinin 70 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin noyabr ayında Sumqayıtın şəhər statusu almasının 70 illiyi tamam olur.

    Sumqayıt yarandığı dövrdən etibarən müasir sənaye şəhərinə çevrilmək istiqamətində qazandığı uğurların miqyasını ildən-ilə genişləndirərək parlaq inkişaf yolu keçmişdir. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınmış, eyni zamanda, mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə etmişdir.

    Sumqayıtın tarixinin ən əlamətdar səhifələri xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70–80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılmış, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir.

    Respublikamızın dövlət müstəqilliyinin bərpasından sonra Sumqayıt şəhəri özünün sosial-iqtisadi yüksəliş salnaməsini zənginləşdirməkdə davam etmişdir. Müvəffəqiyyətlə gerçəkləşdirilən dövlət proqramları və infrastruktur layihələr çərçivəsində “Sumqаyıt Tехnоlоgiyаlаr Pаrkı” və “Sumqayıt Kimya Sənaye Parkı”, həmçinin digər mühüm obyektlər qurulmuşdur. Şəhərin iqtisadi strukturuna daxil olan kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma və elektroenergetika, eləcə də yüngül sənaye sahələri qabaqcıl texnoloji avadanlıqla təchiz edilmişdir. Şəhər əhalisinin yaşayış səviyyəsi və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlmişdir.

    Sumqayıt şəhəri elmin, təhsilin və mədəniyyətin ümumi tərəqqisi işinə bu gün də layiqli töhfələr bəxş edir. Sumqayıt Dövlət Universiteti artıq respublikanın nüfuzlu ali təhsil ocaqlarındandır. Sumqayıt Dövlət Dram Teatrının ölkədə teatr sənətinin inkişafında özünəməxsus xidmətləri vardır.

    Davamlı yeniləşən Sumqayıtın hazırkı sosial-iqtisadi mənzərəsi və elmi-mədəni həyatı Azərbaycanın müasir nailiyyətlərini özündə dolğun təcəssüm etdirir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və ölkəmizin dinamik sosial-iqtisadi yüksəlişinin təmin olunmasında Sumqayıt şəhərinin fəal iştirakını nəzərə alaraq qərara alıram:

    1. Sumqayıt şəhərinin 70 illik yubileyi ölkədə geniş qeyd edilsin.

    2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Sumqayıt şəhərinin 70 illik yubileyi ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.

    3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 14 fevral 2019-cu il.

    Mənbə: https://president.az

  • Əlişad Qaraqasımlını doğum günü münasibətilə təbrik edirik! (15 fevral 1949-cu il))

    Əlişad QARAQASIMLI (Cəfərov Əlişad Tutuş oğlu) 1949-cu il fevral ayının 15-də Cəlilabad rayonunun Üçtəpə kədində anadan olub. Moskvada SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunu fərqlənmə diplomu ilə bitirib. AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvüdür. Şeirləri respublikanın ən ünlü mətbu orqanlarında dəfələrlə dərc olunub.

    Xalq şairi Rəsul Rzaya

    Bu ağır itkini varlığım danar,
    Necə ki, ölməzlər ölümü danıb.
    Aprelin birində bir dost aldanar,
    Aprelin birində bir xalq aldanıb.

    Uca zirvələri çən-çisək aldı,
    Yamaca nə qaldı, yala nə qaldı?
    Dünyaya gəlməyin həqiqət oldu,
    Dünyadan getməyin yalana qaldı.

    Nurlu misraların, odlu sənətin,
    Könlümdən kədəri talan eylədi.
    Vuruldum aprelin birinə, şair,
    Gerçək ölümünü yalan eylədi.

    1 aprel 1981-ci il.

    Dördlüklər

    Dünyanı çiyninə alıbdı qoca,-
    Əsir yük altında zəif dizləri.
    Sual işarəsi olubdu qoca,
    Çoxlu nöqtələr tək ayaq izləri…

    * * *

    Dörd divar içində bəslənən hər gün
    Qapqara bir daşdır, ürək deyildir.
    Kim deyir, arabir tamaşa üçün
    Bu güniş üfüqlıər gərək deyildir?

    * * *

    Qovaram qəlbimdən ağrılarımı,
    Canımla, qanımla yaradaram mən.
    Leysanda islanan misralarımı,
    İsti şəfəqlərlə qurudaram mən.

    Dünya bu gün

    Yenə dinləyirəm son xəbərləri-
    Fələstin övladı yurddan qaçaqdır.
    Azadlıq altında gizlənənlərin
    Arzusu, əməli işğlaçılıqdır.

    Oğrunun, əyrinin inadına bax:
    Başına tac qoyub xalqını soyur.
    Bu dövrün, zamanın inadına bax,
    Qara xəbərləri Ağ evlər yayır.

    Əzmini, gücünü açıq duyanlar,
    Ölkədən-ölkəyə qovğa ələyir.
    Mənliyi, varlığı bur heç olanlar,
    Yüksək kürsülərdən çıxış eyləyir.

    Həyadan, abırdan qalmayıb əsər:
    Çoxu öz-özünü öyən olubdur.
    Üz-üzə gəlməkdən çəkinən kəslər,
    Efirdə döşünə döyən olubdur.

    Dalayır qəlbimi min fəğan, min ah,
    Silah yarışları başlayır bu gün.
    Xalqın əlləriylə düzələn silah,
    Xalqın sinəsinə tuşlanır bu gün.

    Arzu istəyimi daş belə anlar,
    Bütün varlıqlara qəlbim həyandır.
    “İnsan hüququ”ndan çox danışanlar,
    İnsan hüququnu tapdalayandır.

    Qısqanıram mən

    Hələ vərəq-vərəq oxunmamışam,
    Gedişin-gəlişin oxunur sənin.
    Bəyaz əllərinə toxunmamışam,
    Küləklər saçına toxunur sənin.

    Otuzu adlayıb gözləmir yaşım,
    Sonsuz həsrətindən usanıram mən.
    Zülmət gecələrə necə tapşıram,
    Səni gündüzlərə qsıqanıram mən?!

    Quşlar yuva qurar

    Quruyub qalmışam çölün düzündə,
    Əsən küləklər də mənim yağımdı.
    İki gün dustağam bu yer üzündə,
    İkicə gün olur azadlığım da.

    Aydındır hər kəlmən ay işığıtək,
    Əsərəm yarpaqtək sözünün üstə.
    Aralı düşərik iki günlüyə,-
    Quşlar yuva qurar izinin üstə.

    Bermut üçbucağı

    Arzular, əməllər gülə bilməyir,
    Dəhşətli fikirlə oyanır orda.
    Əqrəblər yükünü çəkə bilməyir,
    Deyirlər, zaman da dayanır orda.

    Dünyaya bir ümman kədər ələdi,
    İlan tək qıvrılıb çaldı dünyanı.
    İnsan vəhşiliyi azlıq eylədi,
    Qorxunc bir dəhşət də aldı dünyanı.

    Qaranquş

    Ağın başqa yanadı,
    Bir yanadı qaran, quş.
    Mənə xoş xəbər gətir
    Qayçı quyruq qaranquş
    Ağın da var, qaran da
    Niyə yoxdur sarın, quş?
    Baharlı sevincindən
    Küləkləri yaran quş
    Qismətin bahar olsun
    Görməyəsən boran, qış
    Yazdan mənə köynək biç,
    Qayçı quyruq qaranquş.

    Payız dördlükləri

    Ümidim bahara itməyibdi ki,
    Ümidim qəlbimdə yaraqlanıbdı.
    Hansı rəssamınsa əsərindəki
    Qadıntək ağaclar çılpaqlanıbdı.

    * * *

    Payızda bir ağac gülə bələnib,-
    Gizlədə bilməyib bahar heyrətin.
    Payız yarpaqların məktub eyləyib
    Yazır ünvanına əbədiyyətin.

    * * *

    Bahar çiçəkləri fikirlərimdə,
    Payızlı bir nəğmə dindirib məni.
    Qızıl paqonları çiyinlərimdə,-
    Payız da rütbəyə mindirib məni…

    * * *

    Səmanı çiyninə görən aldımı?
    Ağaclar anteytək çılpaq yaşayır.
    Küləklər tələsən poçtalyonumdu,
    Payızdan bahara məktub daşıyır.

    Qurban olum

    (Azad nəvəmin bir yaşına)

    Süd qoxulu isti yumşaq
    Yatağına qurban olum.
    Təzə-təzə ayaq üstə
    Durmağına qurban olum.

    Gəl babanı salma dara
    Ürəyinə vurma yara
    Şirin-şirin xülyalara
    Dalmağına qurban olum.

    Ruhum uçdu, qəlbim güldü
    Çox istəkli nəvəm gəldi.
    Həftəsonu babangildə
    Qalmağına qurban olum.

    İzləyirəm izlərini,
    Gəl qatlama dizlərini
    Buta-buta gözlərinin
    Qapağına qurban olum.

    Mələksifət, açıqalın,
    Səni sevir, sağın, solun.
    Ağlayanda dördkünc olan,
    Dodağına qurban olum.

    Düşmən çəpərinə daş atdın
    Nəslin başını ucaltdın
    Azad babanı yaşatdın
    Varlığına qurban olum.

    Yerinə yetsin diləyin
    Şad olsun kövrək ürəyin
    Səni bizə bəxş eyləyən
    Xaliqinə qurban olum.

    * * *

    SRRİ Yazıçılar İttifaqının M.Qorki adına Ədəbiyyat İnstitutunda mənə dərs deyən Rus dili müəlliməm-Korneeva İnna İllarionovnaya böyük məhəbbətlə həsr edirəm.

    Gərək ürəyimi hər kəsə açam,-
    Bir ülvi məxluqdan öyüd alıram.
    Otuzu adlayıb
    Ötsə də yaşım,
    Hər dəfə yanında uşaq oluram.

    Sənli günlərimi duman-çən almaz,
    Ömrümün çiçəyi solmaz önündə.
    Məndən küçələrdə
    Dəcəli olmaz,
    Məndən həlimi də olmaz önündə.

    Min nöqsan görsən də, hər bir işimdə,
    Çəkib qulağımı
    Burmamısan heç.
    Vaxt olub dərsinə gecikmişəm də
    Qayıdıb üzümə
    Vurmamısan heç…
    Açıb qucağını Ana Vətən də.
    Qəlbim də qırılmaz inamdı mənim.
    Mənə ikinci bir
    Dil öyrədən də,

    Deməli,
    İkinci Anamdı mənim.
    Gərək hər ağırıya-acıya dözəm.
    Böyükdür insanın
    Səbri, deyirəm.
    Bir rus qadınına
    Anamdı, desəm,
    Çatlamaz Anamın qəbri, deyirəm!..

    ANA, SIZLADIM…

    Sinəmin üstünə gərək daş qoyum.
    Bu dərdi mən necə udum görəsən?!
    Kimin dizlərinin üstə baş qoyum,
    Kimin ətəyindən tutum görəsən?

    Gözümdə bir damla yaş da qalmayıb.
    Acı taleyimə, ANA, sızladım.
    Mənim ki Analı günüm olmayıb,
    Nə yaman, nə yaman Anasızladım!..

    * * *

    Tələbə dostum, tanınmış şair Maarif Soltana həsr olunur

    Gözünü, könlünü bulud alsa da,
    Özü bulud kimi boşalır, dolur.
    İlhamı arabir ayıq olsa da,
    Çox zaman gözləri yuxulu olur.

    Zamanın özüylə yarışan kəsin
    Yerişi-duruşu dağlardan ağır.
    Yenilik eşqiylə alışan kəsin
    Əynindən-başından köhnəlik yağır.

    Əsrin tufanına sinə gərməyib
    Süsəndən, sünbüldən ötür sazında.
    Hələ ilk kitabı işıq görməyib
    Yaşayır dahilik iddiasında.

    Əyilir köksünə fikirli başı-
    Sanki qurtaracaq kimisə, dardan.
    Çəkir imtahana dostu, yoldaşı
    Özü iki alır imtahanlardan.

    Onun bu gününə acıyıb halım:
    Bükülür yumaqtək fikrə dalanda.
    O qədər tənbəki çəkir bu zalım,
    Sinəsi fit çalır nəfəs alanda.

    Atıb bir tərəfə eşqi, ilhamı,
    Bir az qulaq asıb Haqqın səsinə:
    İmkanım olsaydı, Maarif Soltanı
    Çəkərdim yoldaşlıq məhkəməsinə!..

  • R.V.Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    R.V.Həsənovun Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Rəvan Vaqif oğlu Həsənov Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru təyin edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 12 fevral 2019-cu il.

    Mənbə: http://www.president.az

  • “Ədəbiyyat-Az.Com” saytının 7 yaşı tamam olur

    cenabrafiqoday

    Təsisçisi və direktor: Rafiq ODAY

    Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Şərur rayonunun Şəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.

    Sumqayıt Bürosunun Rəhbəri: ibrahim İLYASLI

    Ibrahim-Ilyasli1-300x2253

    İbrahim İlyaslı 1963-cü il mart ayının 10-da Qazax rayonunun Aslanbəyli kəndində anadan olub[1]. 1990-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndis-mexanik ixtisası üzrə bitirib. 1980-ci ildən Sumqayıt şəhərində yaşayır.

    Ədəbi yaradıcılığa orta məktəb illərindən başlayıb. “Bu bahar oldu” adlı ilk mətbu şeiri Azərbaycan Politexnik İnstitutunun çoxtirajlı “Politexnik” qəzetində dərc olunub. 1988-ci ildə Sumqayıtın gənc ədəbi qüvvələrini yaratdığı “Dəniz” Ədəbi Birliyinə sədr secilib və o vaxtdan taleyini bu şəhərin ədəbi mühiti ilə bağlayıb. 1990-cı ldə Əli Kərim adına Sumqayıt şəhər Poeziya klubuna direktor təyin edilib. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Hamı bir körpüdən keçir” adlı ilk şeirlər kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında çap olunub. “Mən bir söz bilirəm” adlı ikinci şeirlər kitabı 2004-cü ildə “Adiloğlu” nəşriyyatında, “Yuxuma söykənmiş adam” adlı üçüncü şeirlər kitabı isə 2011-ci ildə “Avrasiya Press” nəşriyyatında “Çağdaş Azərbaycan poeziyası” seriyasından nəşr edilib.

    Azərbaycan Respublikasının istedadlı gənc yazıçılarına fərdi təqaüdlər verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 1999-cu il tarixli sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

    2008-ci ildə Mahmud Kaşqari adına Beynəlxalq Fondun “Bilgələr Gənəsi”nin qərarı ilə türk uduq Süb-Yeri və Türk budunu yolunda əvəzsiz çalışmalarına görə Fondun və Türk Törə Ocağının təsis etdiyi San Yarlığı ödülünə layiq görülüb.

    Şeirləri 2009-ci ildə Dünya Gənc Türk Yazarları Birliyinin xətti ilə Türkiyədə nəşr olunmuş “Çağdaş Azərbaycan şiiri” antalogiyasına daxil edilib.

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Mahmud Kaşqari Medalı” laureatıdır. Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədridir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəridir.

    Şair İbrahim İlyaslı ədəbiyyat sahəsindəki fəaliyyətinə görə “Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb.

    Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslı Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşqari Medalı”na layiq görülmüşdü.

    Naxçıvan Muxtar Respublikasındakı Bürosunun Rəhbəri: Rahilə DÖVRAN

    Rahilə DÖVRAN 1958-ci il fevral ayının 14-də Naxıçıvan Muxtar Respublikasında (Naxçıvan MR) ziyalı ailəsində anadan olub. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. “Qızıl qələm” media mükafatı laureatıdır.
    2013-cü ildə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Əcəmi” Nəşriyyatı tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə alınan “Bir insan ömrünə nələr sığarmış” poeması ayrıca kitab kimi işıq üzü görüb. Ümumiyyətlə, “Bir insan ömrünə nələr sığarmış” poeması xronoloji ardıcıllıq və tarixi aspektdən yanaşma baxımından yeni bir mərhələnin başlanğıcını qoyan sənət əsəridir.
    “Dövran həmən dövrandır” adlı şeirlər kitabı 2016-cı ildə Naxçıvan şəhərində “Əcəmi” Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən 250 səhifə həcmində, 250 tirajla işıq üzü görüb. Kitabın redaktoru şair-publisist Muxtar Qasımzadə, ön sözün müəllifin isə Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, şair Asim Yadigardır.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və təşkilatçılığı ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Kardelen” (Bilecik şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) dərgilərində Anadolu və Osmanlı türkcələrində yayınlanaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəridir.

    Baş redaktorun I müavini: Şəfaqət CAVANŞİRZADƏ

    Baş redaktor müavini: İlahə İMANOVA

    lahə İmanova Bakı şəhərində anadan olmuşdur. Ali təhsillidir. İxtisasca hüquqşünasdır. Mədəniyyət sahəsində çalışır.
    2015 –ci ildə “Zərrələr” layihəsinə qoşulmuş və bir neçə şeiri həmin topluda yer almışdır. 2015-2016 –cı ildə Bakı Slavyan Universitetdə, Yaradıcılıq fakultəsində təhsil almışdır. Həmin vaxtlardan etibarən “Oxu məni”qəzetində, “Xəzan” jurnalında şeir və hekayələri dərc olunmuşdur.
    Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Seçilmiş povestlər” toplusunda “Elçi zanbaqlar” povesti də yer alıb.

    Baş məsləhətçi: Şəfa VƏLİYEVA

    1915291_748109358667106_2463672035380493579_n

    Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
    2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
    2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
    2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
    “Qafqaz Media” İctimai Birliyi tərəfindən “Cəsarətli qələm” və “Peşəkar jurnalist” media mükafatlarına layiq görülüb.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Ən sadə şəkil” hekayəsi Türkiyə türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 40 sayında dərc olunub.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan 3-cü “Gənc Ədiblər Məktəbi”nin müdavimidir. Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.Gənclər mükafatçısıdır.

    Məsul katibi: Şəfa EYVAZ

    1423756700_sefa-xanim

    Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci ildə Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.
    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Məhəbbət” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni 41 sayında dərc olunub.

    Baş redaktor: Kənan AYDINOĞLU

    Photo Kenan

    Kənan AYDINOĞLU (Murquzov Kənan Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.”Ömürdən bir səhifə” (Bakı, “Adiloğlu”, 2007) və “Ömrün yarı yolunda” (Bakı, “MK”, 2010) şeirlər kitabının müəllifidir.Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəridir.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Mətbuat xidmətinin rəhbəri: Kamran MURQUZOV

    10730926_708473925888118_1815156677351752954_n

    Kamran AYDIN (Murquzov Kamran Aydın oğlu) 1989-cu il oktyabr ayının 25-də Bakı şəhərində ziyalı ailəsində anadan olub.2008-2013-cü illərdə Azərbaycan Dövlət İqitisad Universitetinin Mühasibat Uçotu və Audit fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013-cü ilin avqust ayının 28-də etibarən, Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktorudur.2012- ci il fevral ayının 14-dən etibarən, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəridir.Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.

    Sayt 2012- ci il fevral ayının 14-də Azərbayacan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən ”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib.

    E-mail: azerbaycanedebiyyati@gmail.com; edebiyyat-az.com@mail.ru

    Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33

    Ünvan: Azərbaycan Respublikası, Sumqayıt şəhəri, 2-ci mikrorayon

  • “Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” kitabı haqqında

    Azərbaycan Respublikasının Təhsil İnstitutunun şöbə müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Pedaqogika və Psixologiya Problemləri üzrə Elmi Şuranın sədri İntiqam Hilal oğlu Cəbrayılovun yeni kitabı çapdan çıxmışdır. Kitab, “Təhsilin təşkilinə müasir pedaqoji yanaşmalar” adlanır. Kitabda pedaqogika üzrə elmlər doktoru,prof. İntiqam Cəbrayılovun müxtəlif illərdə nəşr etdirdiyi nəzəri və metodik, eləcə də tarixi məzmun daşıyan tədqiqatları (elmi məqalələri) toplanmışdır. Bu tədqiqatlar elmin müxtəlif sahələrini və onların nəzəri-metodik məsələlərini əhatə etməklə dərin elmi-pedaqoji əhəmiyyətə malikdir.
    Kitabda bəzi tədqiqatlar türk, rus, ingilis və Ukrayna dillərində də verilmişdir. Kitab beş bölmədən ibarətdir və burada yer alan məqalələr “Təhsilimizin Heydər Əliyev mərhələsi”, “Ümumpedaqoji məsələlər”, “Pedaqoji fikir tarixindən”, “Azərbaycan tarixinin tədrisinin aktual məsələləri”, “Tənqid və biblioqrafiya” yarımbaşlıqları altında ümumiləşdirilmişdir.
    Kitabın elmi redaktoru pedaqogika üzrə elmlər doktoru, professor Akif Nurağa oğlu Abbasov, “Ön söz”ün müəllifi pedaqogika üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim, Təhsil İnstitutunun direktor müavini Ənvər Məhəmməd oğlu Abbasov, rəyçiləri pedaqogika üzrə elmlər doktoru, professorlar Humeyir Hüseyn oğlu Əhmədov və Piralı Behbudalı oğlu Əliyevdir.
    Kitabın redaktoru və nəşrə hazırlayan Təhsil İnstitutunun böyük elmi işçisi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır. Şəfa Eyvaz qızı Kazımovadır.
    Kitab pedaqoji sahədə fəaliyyətlə məşğul olan hər kəs, eləcə də cəmiyyət üşün faydalıdır.

  • Əsmər Şahin Rəsulovanı doğum günü münasibətilə təbrik edirik! (14 fevral 1989-cu il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Əsmər Şahin Rəsulovanı, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Xalq şairi Mirvarid DİLBAZİ.”Qoymayın ağlayım məni”

    Mən ağlasam, düşmən gülər,
    Qoymayın ağlayım məni!
    Ulduzlar yerə tökülər,
    Qoymayın ağlayım məni!

    Mən ağlasam, daş ağlayar,
    Göydə uçan quş ağlayar,
    Yurdu dağılmış ağlayar,
    Qoymayın ağlayım məni!

    Mən ağlasam, ağlar elim,
    El ağlasa, sınar belim,
    Ərşə dayandı bu zülüm,
    Qoymayın ağlayım məni!

    Arxam yağı, önüm yağı,
    Bölünməz mərdlər torpağı!
    Ay ellər, döyüşqabağı,
    Qoymayın ağlayım məni!

    Biz nə qorxaq, nə naçarıq,
    Bağlı qapılar açarıq,
    Düşmən üstə od saçarıq,
    Qoymayın ağlayım məni!

    1988.

  • Xalq şairi Hüseyn ARİF.”Könül deyir yaşa hələ”

    Səfərdəyəm, səfərimi,
    Vurmamışam başa hələ.
    Arzularım, əməllərim,
    Toxunmayıb daşa hələ.

    Dolanıb kəndi, şəhəri,
    Dağlarda açdım səhəri.
    Fikrim gəzir üfüqləri,
    Dönüb qızıl quşa hələ.

    İlləri yola salmışam,
    Şeir yazıb, saz çalmışam
    Ömür deyir: -Qocalmışam,
    Könül deyir: -Yaşa hələ.

  • Xalq şairi Osman SARIVƏLLİ.”Bircə zərrəm də bəsdir…”

    Yad ellərə düşəndə
    qəriblik boğur məni…
    Əyilməyə, sınmağa
    qoymayır qürur məni…

    İstər dən kimi üyüt,
    un kimi yoğur məni,
    İstər lap qovurğa tək
    bir sacda qovur məni.

    İstər tonqal qalayın,
    siz məni atmaq üçün.
    Bircə zərrəm də bəsdir
    məni tanıtmaq üçün.

    1976.

  • Xalq şairi Vaqif SƏMƏDOĞLU.”Mühit içində”

    Mühit içində
    təpədən dırnağa kimi
    ümid içindəyəm.
    Dalamır indi məni
    nə illərin
    başyuxarı axarı,
    nə də ömrün
    üzüqoylu axırı.
    Bilirəm,
    yer üzündə bütün izlər
    ömürdən gedir,
    dəniz belə gözdən itir.
    Bilirəm,
    yer üzündə
    bir yol da salınmadı
    insan gözündən.
    Tapılmadı itənlər.
    Mənsə gah həyata,
    gah ölümə səbəb gəzirəm.
    Yaşayıram, dözürəm.
    Bir misra da, bir gecə də.
    Çünki
    mühit içində
    təpədən dırnağa kimi
    ümid içindəyəm.

  • Xalq şairi Səməd VURĞUN.”Bahar şərqisi”

    (Körpələrə)

    Günəş doğdu, yayıldı,
    Yatan ellər ayıldı.
    Açdı çiçəkli güllər,
    Dilə gəldi bülbüllər.
    Qar, çovğun gözdən itdi,
    Dağlarda lalə bitdi.
    Qanadlandı buludlar;
    Yerdəki əlvan otlar
    Cücərib boy atdılar,
    Aləmə naz satdılar.
    Artdı suların səsi,
    Sevindirdi hər kəsi.

  • Kənan AYDINOĞLU.”Yunus Əmrə yaradıcılığında Allah və “Quran” inamı”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Zaman etibarı ilə Oğuz dillərinin ilk böyük şairi Yunus Əmrənin ədəbi-bədii yaradıcılığında istər xalq şeiri üslubunda (qoşma, gəraylı), istərsə də klassik üslubda ( qəzəl, məsnəvi) qələmə aldığı şeirlərində ALLAH, “Quran”, Həzrət MƏHƏMMƏD peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) tərənnümünə aid nümunlərə rast gəlmək mümkündür. Nəzərə alsaq ki, XIII əsrdə Türk dili Türk-İslam dünyasının üçüncü dili idi və məhz həmin illərdə Türkiyə təsəvvüf ədəbiyyatı formalaşaraq yeni yaranırdı. İslam dini ilə bağlı ədəbi-bədii nümunlərin yaranması, sənətkarlıq baxımından zəngin poeziya örnəklərinin sayının artması, TÜRKÇÜLÜK, İSLAMÇILIQ ideolosiyanın şüurlara siraət etməsi əslində xalqın, millətin xurafatdan azad olmasını, oyanışını göstərən fakt kimi qəbul olunmalıdı. Bu dövrdə təsəvvüf ideyaları Türk və Türk xalqları ədəbiyyatında əsərlərdə özünü göstərməkdə idi. Müəlliflərin hər biri oxucuya çatdırmaq istədiyi fikri dolayısı yolla nümunələrdə bənzətmə ilə cərəyan edirdi.

    Təmiz türk dilinin bayraqdarı, “Vəhdəti-vücud” fəlsəfəsinin qaranlıqlarına dələn Türk-Müsəlman dünyasının ən böyük şairlərindən biri Yunus Əmrənin xalq şeiri üslubunda (xüsusən, qoşma və gəraylılarında) Allah-təalanın, müqəddəs və təməl kitabımız “Qurani-Kərim”in, Peyğəmbər Əfəndimiz Həzrət Məhəmmədin (səlləllahu əleyhi və alihi və səlləm) adlarının dəfələrlə işlənməsi təsəvvüf şairinin qəlbinin dərinliyindən qopub gələn və gələcəyə hayqıraraq üsyan qoparan bir nidanın-Allahın təkliyini, “Qurani-Kərim”in qiyamət gününə qədər bəndələrə doğru yol göstərən rəhbər olduğunu hər bir bəşər övladı üçün təsdiqləyən növbəti faktorlardan biri olaraq oxucu diqqətini özünə cəlb edir. Təsəvvüf şairinin “Allah”, “Adı gözəl, özü gözəl Məhəmməd” şeirləri deyilənləri bir daha ədəbi fakt kimi təsdiqləyir:

    Yunus söyler bu sözleri, efgan eder bülbülleri
    Dost bağçesinde gülleri, koka geldi, koka gider

    Və ya

    Canım kurban olsun Senin yoluna
    Adı güzel, kendi güzel Muhammed
    Şefaat eyle bu kemter kuluna
    Adı güzel, kendi güzel Muhammed

    Türk dünyanın böyük şairi Yunus Əmrə din-ilahiyyatla bağlı şeirlərində haqlı olaraq, Peyğəmbər Əfəndimiz Həzrət MƏHƏMMƏD Mustafanı (səlləllahu əleyhi və alihi və səlləm) “Haqq peyğəmbəri”, “Mələklər mülkünün sultanı”, “Tanrı elçisi”, “Nur mənbəyi” kimi qiymətləndirir:

    Aşık Yunus n’eder dünyayı Sensiz
    Sen Hak Peygambersin şeksiz, gümansız
    Sana uymıyanlar gider imansız
    Adı güzel, kendi güzel Muhammed

    Yunus Əmrənin ədəbi-bədii nümunələrini, poeziya örnəklərini səciyyələndirən əsas xüsusiyyətlərdən biri də müxtəlif üslubda ərsəyə gətirdiyi, obrazlılığı və emosionallığı özündə birləşdirən ədəbi-bədii nümunələrində “Qurani-Kərim”in ayələrinə yaxınlaşmaq və qiyamət günündən öncə dünyada baş verəcək bir çox hadisələrdən məlumat kimi istifadə edərək insanları gələcəkdə baş verəcək bir çox hadisələrlə bağlı məlumatlandırmasıdır. Təbii ki, Yunus Əmrənin belə bir tədqirəlayiq yaradıcılıq yolu keçməsi əslində məqsədyönlü bir amalın gələcəkdə də yazarlar tərəfindən davam etdirilməsi ilə bağlıdır.

    Din-ilahiyyətlə bağlı ərəb-fars mənşəli alınma sözlərin, terminlərin ədəbi-bədii nümunələrində işlənməsi Yunus Əmrə kimi böyük Türk təsəvvüf şairinin mükəmməl dini biliklərə yiyələnməsini göstərən növbəti faktor kimi oxucunu gözündə canlanır. Zaman-zaman Türk-İslam mədəniyyətinin formalaşaraq inkişafı üçün öz töhfələrini həm Türk-Müsəlman, həm də Dünya ədəbiyyatına bəxş etmiş Yunus Əmrənin yaracılığı ədəbiyyatşünas alimlər tərəfindən yüksək qiymətləndirilir.

    Müsəlmanların ziyarətgahı Səudiyyə Ərəbistanın Məkkə şəhərindəki Kəbə evi haqqında da misralara rast gəlmək mümkündür:

    Yene sordum çiçeğe, sen Kebeni gördünmü?
    Çiçek aydur, ey derviş, Kebe Allah evidir.

    Türk ədəbiyyatının ilk mütəsəvvüf şairi Yunus Əmrə şeirlərində ruhun candan ayrılandan sonra insan taleyi ilə bağlı baş verən faktı dəqiqliyinə qədər əks etdirməsi, Münkər və Nəkir adlı sorğu-sual mələklərinin adlarını işlətməsi, qiyamətlə bağlı faktların və həqiqətlərin əks olunması XIII-XIV əsrlər Türk təsəvvüf ədəbiyyatının yeni bir ədəbi-bədii istiqamət alaraq daha çox sufizmə meyl etdiyini göstərir. Yunus Əmrənin və ondan əvvəl və sonra gələn Türk sufi şairlərinin-Mövlana Cələləddin Rumi, Xoca Əhməd Yəsəvi, Hacı Bəkdaş Vəli, Qaracoğlan, Dadaloğlan ədəbi-bədii nümunələrinin sayının artması təbii ki, sufizmin XIII-XIV əsrlər Türk təsəvvüf ədəbiyyatının formalaşması və inkişafı üçün yaranana ilk zəminlərdən hesab olunmalıdır.

    Yunus Əmrənin yaradıcılığı boyu davam edən və eyni ardıcılıqla şeirlərinin bir qismində təkrar olunan sufi-ürfani ideyalar çağdaş dövrdə də öz əhəmiyyətini itirmir və aktuallığını qoruyub saxlayır.

    “Vəhdəti-vücud” fəlsəfəsinin əsas konsepsiyalarının periodik olaraq şeirlərində işlətməsi Türk-sufi şairinin XIII-XIV əsrlər Türk təsəvvüf və Çağdaş dövr Türkiyə ədəbiyyatları üçün bəxş etdiyi yeniliklərdən biri olmaqla bərabər, həm də eyni faktı dəfələrlə təkrarlaması bügünkü gənclərin, o cümlədən yaşlı nəslin Allaha və “Quran”a hər zaman inanmaq lazım olduğunu göstərən, reallığa, gerçəkliyə uyğun ideyalar olduğunu mənimsəməyə və qavramağa köməklik edir.

    Yunus Əmrə üçün ən böyük nemətin Allah sevgsini olduğunu nəzərə alsaq, deyə bilərik ki, Türk sufi-şairinin təsəvvüf sufi ədəbiyyatının qanunlarına sadiq qalaraq dünya nemətlərindən imtina edir.

    “Biz dünyadan gedər olduq” misrası ilə başlanan şeirində din, ilahiyyətlə bağlı məqamlara nəzər salıb “Xəstə ikən halı soranlara”, “Allaha doğru yol gedənlərə” və s. “Salam olsun!” deməyi qiyamət günündə məhz Allahın mömin bəndələrinə deyiləcək ifadənin işlənməsi təsadüfi hal deyil. Əksinə, Türk-İslan əxlaqının daşıyıcısı və qoruyucusu olaraq şeirlərində çıxıç etməsi xoş bir haldır.

    Ümumilikdə isə, Türk və Türk xalqları ədəbiyyatının zənginləşməsi, formalaşması, şərəfli bir tarixi yol keçməsin, heç sözsüz ki, Ustadım Dərviş Yunus ƏMRƏnin müstəsna xidmətləri danılmazdı.

    Dünya ədəbiyyatında, ələlxüsus da poeziyasında ALLAH, “Qurani-Kərim”, din-əxlaq haqqında bənzərsiz və bənzirsiz olduğu qədər də gözəl ecazkar sənət nümunələri ilə oxucular, ədəbiyyatşünas-alimlər üçün zəngin ədəbi irs qoyub gedən söz sənətkarı tapmaq mümkün deyil.

    Var olsun və yaşasın Yunus ƏMRƏ yaradıcılığı!!! Və bu yaradıcılıqdan faydalanan və yararlanan hər kəs!!!

    Beləliklə də, özündən sonra ədəbi məktəbin-“Vəhdəti-vücud” fəlsəfəsinin mahiyyətini açıqlamaqla milyonların sevimlisinə çevrilən, hələ sağlığında ikən əfsanə olaraq qəbul olunan və qəbul olunmaqda davam edən Yunus ƏMRƏnin müqəddəs ruhu qarşısında baş əymək mənim də vətəndaşlıq borcumdu.

    Tanrı TÜRKÜ qorusun! Tanrı TÜRKÜ qorusun!

  • Kənan AYDINOĞLU.”Həzrət Mövlana Cəlaləddin Rumi yaradıcılığında “insan” və “din” anlayışı”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Qədim zamanlardan başlayaraq Türk xalqları ədəbiyyatı öz inkişaf səviyyəsinə, vahid bir ideologiyanın yayılmasına, mütərrəqi fikirlərin təbliğ olunmasına görə dünya ədəbiyyatı ilə müqayisə olunmuş, dəfələrlə hətta mühüm bir qolunu təşkil etmişdi.

    Nəzərə alsaq ki, XII-XIV əsrlər Türk xalqları ədəbiyyatı üçün daha çox dini-təsəvvüf ideyalarının yaranması, təbliği dövrü kimi xarakterizə olunur, böyük məmnunluq hissi ilə deyə bilərik ki, Ustad Dərviş Yunus Əmrənin, Həzrət Mövlana Cəlaləddin Rumi, Xoca Əhməd Yəsəvi yaradıcılığında dini-təsəvvüf ideyalara üstünlük verilməsi, xüsusilə də müqəddəs və təməl kitabımız “Qurani-Kərim” ayələrinin əsas və yeganə mənbələrdən biri olması “insan” və “din” anlayışının yaranması üçün bir növ zəmin rolunu oynadı. Belə bir şəraitdə ədəbiyyata gələn qələm sahiblərinin hər biri yeni bir ideologiyanın-TÜKÇÜLÜK və İSLAM ƏXLAQININ təbliği yönündə yorulmaq bilmədən bir-birindən məna dolğunluğu ilə fərqlənən ecazkar sənət nümunələri yaratmağa müəssər olmuşdu. Bu mənada, hələ sağlığında ikən hikmətli sözləri, şeirləri dillər əzbər olan Mövlana Cəlaləddin Rumi xüsusilə seçilirdi.

    XIII əsr türk-təsəvvüf ədəbiyyatının ən böyük şairi Həzrət Mövlana Cəlaləddin Rumi Əfqanıstanın Bəlx şəhərində anadan olmasına baxmayaraq, türk şairi olmasını hər zaman önə çəkmiş, bu haqda “Farsca yazmağıma baxmayın, əslim TÜRKdür” demişdi.

    Əsas qaynağı “Qurani-Kərim” olan və Həzrət Mövlana Cəlaləddin Rumi yaradıcılığının şah əsəri hesab edilən “Məsnəvi” (1247) əsərində müəllif öz dini-təsəvvüf ideyalarını oxuculara müxtəlif hekayələr qismində çatdırır. Əsərinin əvvəlində kitabın yazılma səbəbini izah edir. Bir çox məqamlarda isə “Bu can bu bədəndə olduğu müddətdə mən “Qurn”ın köləsiyəm. Mən seçilmiş Məhəmmədin ayağının tozuyam” fikrini təkrar etməkdən belə usanmamışdır.

    Ümumilikdə isə, Türk-müsəlman mədəniyyətinin və ədəbiyyatının ideya-mövzu, forma-məzmun baxımından zənginləşməsi üçün “Məsnəvi” əsərinin özünəmxsus yeri var.

    Şərq ölkələrində Mövlana əsərlərinin təbliği üçün geniş tədbirlər keçirilmiş, nəfis tərtibatlı kitablar işıq üzü görmüşdür. Hətta, anadan olmasının 800 illik yubileyi ilə əlaqədar olaraq, YUNESKO tərəfindən 2007-ci il “Dünya Mövlana ili” elan olunmuşdu.

    Beləliklə də, Türk-İslam əxlaqının yayılması yönündə Həzrət Mövlana Cəlaləddin Ruminin əvəsiz xidmətləri danılmazdır.

    XIII əsrdə türkdilli təsəvvüf ədəbiyyatının ilk böyük nümayəndəsi Yunus Əmrə yaradıcılığının əsasını təşkil edən “Vəhdəti-vücud” fəlsəfəsi Mövlana Cəlaləddin Rumi əsərlərindən də yan keçmir. Ən başlıca vəzifənin bəndənin-zərrənin Bütövə-Allaha qovuşmaq olduğunu nəzərə alan Mövlana Cəlaləddin Rumi Allaha qovuşmağı özü üçün birinci vəzifə hesab edir. Bu baxımından, dostluq əlaqələri saxladığı (bəzi mənbələrdə hətta dəfələrlə məsliclərdə bir yerdə olduğu qeyd edilən) Yunus Əmrə ideyalarına yaxınlaışır. Bütün bəşəriyyətin Allahu-təala tərəindən yaradıldığını dərk edən müəllif “Məsnəvi” əsərində bununla bağlı yazır: “Ey insan, sən hiss və duyğudan ibarətsən. Yerdə qalanlar isə ət və sümükdəndir”.

    Əsərlərinin hər biri Tanrı sevgisi, mərhəmət, şəfqət, humanist ideyalar ilə zəngin olan və dünyanı heyrətə gətirən möhtəşəm sənət əsərlərinin hər biri dünya ədəbiyyatında Türk xalqlarının zaman-zaman Türk-Müsəlman əxlaqına, yaradılışa daha çox önəm verdiyini göstərən növbəti faktor kimi ədəbiyyatşünas-alimlərin diqqətini cəlb edir.

    Ümumtürk və ümumbəşəri ideyaların düzgün təbliğ olunmasında özünəməxsus yeri var Həzrət Mövlana Cəlaləddin Rumi əsərlərinin. Hər dövrdə oxunmasına böyük ehtiyac olduğunu nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərik ki, vaxtilə dövrünün şairi və fiolosofu Mövlana Cəlaləddin Ruminin yaradıcılığında xüsusi yer ayrılan “insan” və “din” anlayışı çağdaş dönəmdə də öz həyatiliyini, əhəmiyyətini itirmir.

  • Kənan AYDINOĞLU.”Nəriman Həsənzadə yaradıcılığında “ölüm” və “həyat” anlayışı”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Dünya yarandığı gündən qiyamət gününə qədər bəşər övladları dünya, axirət, ölüm, cənnət, cəhənnəm məsələləri ətrafında fikir mübadiləsi aparacaq, öz fikir və düşüncələrini bir-biri ilə bölüşəcəklər. Çağdaş dönəmdə belə məsələlərin bir qismi ya ədəbiyyatda, ya da dini əsərlərdə öz əksini tapır.

    Müasir dövrdə də daha çox insanları düşündürən məsələlər ədəbiyyatımızdan da yan keçmir. Lap elə keçən əsrin 80-ci illərində bədii yaradıcılığında həyat, ölüm, qəbristanlıq məsələlərinə dəfələrlə müraciət edən və insanları düşündürən sevimli Xalq şairimiz Nəriman Həsənzadənin “Mənim nigahımı pozdu təbiət” kitabını nümunə göstərmək olar. Şeirlər və mənzum dramlardan ibarət olan kitabda erkən yaşlarında həyata vida edərək, gözlərini əbədi yummuş ömür-gün yoldaşı Sara xanım Həsənzadəyə ithaf etdiyi şeirlər bu yönümdən öz aktuallığını qoruyub saxlayır.

    Ümumilikdə, kitabda-topluda yer alan bədii yaradıcılıq nümunələrini, poeziya örnəklərini “Qəbristan şeirləri” adlandırmaq daha doğru olardı. Kitab vərəqlərini səhifələdikcə də bu hisin kitaba heç də yad olmadığını duymaq mümkündür. Xüsusilə də, xalq şeiri üslubunda qələmə alınan bu nümunələr oxucu qəlbini kövrəldir, adı çəkilən məsələlər ətrafında dərindən düşünməyə sövq edir. “Mənim nigahımı pozdu təbiət”, “Yuxun qaçdı evdə yata bilmədin”, “Dağı sevəməliyik biz indən belə” şeirləri şairin illər boyu qəlbinin dərinliyində gizlətdiyi duyğuları oxucuya çatdırmaq üçün ərsəyə gətirdiyi nümunələr kimi xarakterizə olunmalıdır:

    Yenə qəbristana düşübdü yolum,
    Daş yonur, qum tökür burda ustalar.
    Anana baş daşı qoyurlar oğlum,
    Səndən xatirədi məndən yadigar

    Və ya

    Qəbirlərin içində
    Sadə bir qəbir sənin.
    Familim mənimkidir,
    Ad sənin, ömür sənin.

    Çün hər bir şeirində hər şeydən öncə səmimiliyiə yer ayıran şair-dramaturq, filosof Nəriman Həsənzadə həyat və ölüm anlayışlarını qarşılaşdırır, hər birinə özünəməxsus surətdə qiymət verir, bəzən isə müqayisələr aparır:

    Son mənzil deyirlər, mən orda gördüm,
    Nədir sənlə gedib, sənsiz qayıtmaq.
    Kağızı qorudum, səni itirdim,
    İndi səni məndən qoruyur torpaq…

    Geniş yaradıcılıq yolu keçən və müxtəlif illərdə nəfis tərtibatla şeirlər kitabı nəşr olunan şair-publisist Nəriman Həsənzadə ömrün keçməkeşli yollarında addımlamağı bacardı. Yaşanılan bu həyat lirik və səmimi şeirlər müəllifi Nəriman Həsənzadə üçün məktəb rolunu oynadı. Bu həyatda isə sevimli şairimiz “həyat” və”ölüm” anlayışını ömrü üçün bir deviz seçdi:

    Yuxun qaçdı evdə yata bilmədin,
    torpaqda yat, torpaq quzum, a laylay.
    Gizli-gizli ufuldadın, inlədin,
    Oyaq qalan yuxusuzum, a laylay.

    Beləliklə, ən yeni dövr Azərbaycan ədəbiyyatının sonuncu-ikinci mərhələsində yaşayıb, bədii yaradıcılığını uğurla davam etdirəm ədəbiyyatsevərlərin sevimlisi lirik şeirlər müəllifi, şair-dramaturq hələ sovet hakimiyyəti dövründə həyat, ölüm, qəbristanlıq ilə bağlı qələmə aldığı əsərləri ilə ədəbiyyatmız üçün yeni bir ənənənin-“həyat və ölüm məsələləri“ silsiləsindən olan əsər yazmaq ənənəsinin əsasını və bünövrəsini qoydu.

  • “Hece Taşları” aylık şiir dergisinin 48. sayısı yayında



    NEREYE DÖNERSEK CAN KIRIKLARI

    İnsan arazisi talan edilmiş, nereye kaçalım kim bize gelsin, dünyada olacak olan haberi, duvardaki camdan haber alırız, amerika demokrasi götürür, diktiği putları devirmek için, altın alır kâğıt satar durmadan, mazlumu mazluma kırdırır geçer, aç kalana yüreğimiz
    sızlamaz, açıkta kalana bakar geçeriz, bu nasıl münafık oyundur böyle, herkes birbirini sobeler durur, kenarda kalanlar olur körebe.

    Mahalleyi kaldırdılar aradan, geniş caddelere ve sokaklara, kavuşunca rahat ederiz sandık, evler birbirine yabancı oldu, muhtaç değil komşu komşu külüne, önce şehirlere sınır
    çizildi, ülkelerin arasına duvarlar, mayınlı alanlar tel örgüleri, dünya üstü açık hapsane oldu, gizlimiz saklımız namahremimiz, ayaklar altında değerlerimiz, konuşarak anlaşmayı
    unuttuk, her sözümüz bir cidalın fitili.

    Herkesin boynunda asılı yafta, volta atıp duruyoruz arafta, iyilerle kötüler bir tarafta, hangisini tutsak öbürü düşman, herkes birbirine diş biler durur, bilmezler ağzında diş var mı yok mu, perde gerisinde meydan okurlar, sahneye çıkınca sus pus olurlar, içlerinden düşmanların yüzüne, en şiddetli kınamayla bakarlar, üfürükten karar çıkar sonunda, irili ufaklı beş firavunun, ağzından çıkanlar demiri keser.

    Kendimize güvenimiz yiterse, ülkü boynu bükük bir gelin olur, ham hayale döner kızıl elmamız, sevda kafdağının ardına kaçar, herkes bir aşk tarifinden bahseder, söz demire çalar sukut bakıra, ağzımızın tadı tuzu bozulur, yemeye başlarız birbirimizi, yanı başımızda olan bitenden, habersiz değiliz amma velakin, ayaklar altında erdemlerimiz, sanalsancılarla kıvranıyoruz, nereye dönersek can kırıkları.

    Tayyib ATMACA

  • Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Akademik Həmid Araslının 110 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin fevral ayında görkəmli ədəbiyyatşünas, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Həmid Məhəmmədtağı oğlu Araslının anadan olmasının 110 illiyi tamam olur.

    Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı sahəsində xüsusi mövqeyə malik nüfuzlu mütəxəssis və dərin erudisiyalı alim kimi geniş şöhrət qazanan akademik Həmid Araslı çoxsaylı araşdırmaları ilə respublikada ədəbiyyatşünaslığın inkişafına dəyərli töhfələr vermişdir. Azərbaycan ədəbiyyatı tarixinin sistemləşdirilməsi və dolğun mənzərəsinin yaradılması onun mühüm elmi nailiyyətlərindəndir. Həmid Araslı folklorumuzun tədqiqini həmişə diqqət mərkəzində saxlamış, “Kitabi-Dədə Qorqud” abidəsinin müxtəlif nəşrlərinin gerçəkləşdirilməsinə, dahi Nizami, Nəsimi və Füzuli irsinin öyrənilməsinə böyük əmək sərf etmiş, anadilli ədəbiyyatın tanınmış nümayəndələrinin əsərlərinin şərqşünaslığın nailiyyətləri əsasında əhatəli şərhlərlə mükəmməl elmi-tənqidi mətnini hazırlamışdır. Məhsuldar elmi yaradıcılığını pedaqoji fəaliyyətlə uzun illər boyu uğurlu şəkildə əlaqələndirən alim, eyni zamanda, ölkənin mədəni-ictimai həyatında yaxından iştirak etmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ədəbi-bədii fikir tariximizin tədqiqi, təbliği və yüksəkixtisaslı kadrların hazırlanması işində təqdirəlayiq xidmətlərini nəzərə alaraq akademik Həmid Araslının anadan olmasının 110-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram.

    1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə akademik Həmid Araslının 110 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 11 fevral 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Rahilə Dövranı doğum günü münasibətilə təbrik edirik! (12 fevral)

    Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Qızıl qələm” media mükafatı laureatını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikası Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

    YENƏ GÖZÜM İNTİZARDA
    /”Könül dəftərim” – silsiləsindən/

    Yenə gözüm intizarda,
    Dikilibdir yollarına.
    Xəyallar da qalıb darda,
    Əli çatmır ilqarına.

    Səs- səmirsiz buz otağım,
    Pozulmayıb tər yatağım.
    Yumulmayır göz qapağım,
    Canım möhtac qollarına.

    Sitəm sığmır günə, aya,
    Bəxt dirənib sərt qayaya.
    Niyə gəldim mən dünyaya?
    Haqq zülm etməz qullarına.

    Yazır xeyir- şər mələyim,
    Haqqa düzəm, yox kələyim.
    Fələyəmi boyun əyim?
    Dövran sadiq- vüqarına…

    HARDASAN, HARDA
    /”Ömürdən- gündən” – silsiləsindən/

    Bilmirəm heç necə ötdü vaxt, zaman,
    Fələk göz açmağa vermədi aman.
    Qamətim tarıma çəkilmiş kaman,
    Ey gənclik zamanım, hardasan, harda?!

    Ömrün gənclik çağı, xoş ilk bahardı,
    Necə şən, bəxtəvər günlərim vardı.
    İndi şəvə saçlar bəmbəyaz qardı,
    Əlçatmaz gümanım , hardasan, harda?!

    Artıq şimşək təkin atəş çaxmıram,
    Dağdan şəlalətək uçub axmıram.
    Ahu baxışımla canlar yaxmıram,
    Hey küsüb- umanım, hardasan, harda?!

    Falçılar qisməti tərsə yozubdur,
    Alın yazısını əcəl pozubdur.
    Könül xəstə düşüb, nəbiz azıbdır,
    Əlçatmaz gümanım, hardasan, harda?!

    Illər dağ çayıdır, ömürdən axır,
    Xəyal, xatirələr ardımca baxır.
    Əldən gedən anlar yandırır, yaxır,
    Ey nazlı Dövranım, hardasan, harda?!..

    EY TÜRK OĞLU
    /”Vətənimdir” – silsiləsindən/

    Bu millətə gözəl günlər yaraşır,
    Ey türk oğlu gəlin verək əl-ələ.
    Fani dünya günü- gündən qarışır,
    Hər qitədə, hər dövlətdə vəl- vələ.

    Türkdən başqa, hər kəs türkün düşməni,
    Kürəyindən saplayırlar qəməni,
    Türk taleyi düşündürür hey mənı,
    Dörd bir yanı fitnə, fəsad, tor, tələ.

    Quran, təkbir, inam, inanc haradan?
    Hər şey verib Ulu Türkə Yaradan.
    Qeyrət, qüdrət, tikən- quran, yaradan.
    Sinə gərib hər fitnəyə, əngələ.

    Nəzər salaq Oğuz, Mete yoluna,
    Nəzər salaq Səlcuq, Qıpçaq, həm Huna.
    Qılınc tutub, uymayıblar altuna,
    Tarix boyu uduzmayıb cəng hələ.

    Türk dilimdir qopüz, sazım, avazım,
    Türk elimdir Anadolum, Qafqazım.
    Türkə, kürdə, laza bölmək nə lazım?
    Turanımda dost- dostuna tən gələ.

    Dövran- Cəngi, Mehtər marşı çalınsın,
    Cihad üçün ər meydanı sulansın.
    Türk ellərim yağılardan alınsın,
    Tutsun Ağrım, Haçadağım əl-ələ…

    KÜLƏK
    /”Vətənimdir” – silsiləsindən/

    Dolan gəl kəndimin üstündən bəri,
    Yurdümdan bir ovuc toz gətir, külək.
    Həsrətdən quruyub dilim, dodağım,
    Sinəm od tutubdur, buz gətir, külək.

    Bülbültək qalmışam gülünə həsrət,
    Ayına, gününə, ilinə həsrət.
    Nə mənə şan gərək, nə də ki, şöhrət,
    Bir tikə çörəklə, duz gətir, külək.

    Tikanlı tellərdə sızlar xatirə,
    Qərib düşüncələr kədər bitirə.
    Qönçələr ürəkdən axdı sətirə,
    Sən ən kiçiyini, üz gətir, külək.

    Şimşəklər Oğuzun qılınc səsitək,
    Səma ulduzunun hər biri çiçək.
    Tapılan muncuqlar göz giləsitək,
    Fələyin boynuna düz gətir, külək.

    Dövranın məramı igid, ər işi,
    Zülmətə düşməndir, sevir günəşi.
    Yaxmaqçün dağ- daşda zəfər atəşi,
    Baba ocağından, köz gətir külək…

  • Elməddin Vəliyevi doğum günü münasibətilə təbrik edirik! (9 fevral 1982-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Elməddin Vəliyevi, Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə,bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Kənan AYDINOĞLU.“Zəlimxan Yaqub yaradıcılığında türk-islam əxlaqı”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Türk-islam dünyasının önəmli şairlərindən olan Zəlimxan Yaqubun müxtəlif illərdə xalq şeiri üslubunda (xüsusilə də qoşma, gəraylı) ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə Türk-müsəlman əxlaqı özünü göstərməkdədir. Zaman-zaman Allah və ”Quran” inamına sadiq qalan türklərin cəsarəti, qəhrəmanlığı barədə dastansayağı əsərləri hər bir türkün gözündə canlanır. Türklərin islam mədəniyyətinə bəxş etdiyi gözəl əxlaq, Allah və “Quran”a inam, islam dininə və türk dilinə sadiqlik, möhkəm etiqad, türkün al qırmızı rəngli bayrağa, torpağa ruhu, canı qədər bağlanmaq, vahid bir ad altında-böyük türk dövləti qurmaq (Bu mənada, Zəlimxan Yaqub Azərbaycan Səfəvi dövlətinin qurucusu Şah İsmayıl Xətayi ideologiyasına dərindən bələd olduğunu yaradıcılığı boyu şeirlərində oxucusuna çatdırmağı da unutmur) və ərazilərini genişləndirmək türklərin zamanın astanasından süzülərək gəlmiş ənənələrin zənginliyindən xəbər verən faktlarından biridir. Təbii ki, sadalanan yüksək əxlaqi keyfiyyətlər, humanizm kimi ən ülvi hisslər şair yaradıcılığının əsas özəyini təşkil edir.

    Zəngin və çoxşaxəli yaradıcılığı boyu Türk dünyasının tarixi şəxsiyyətlərinə, şair və yazıçılarına müraciət etməsi isə Ustad Zəlimxan Yaqubun əsərlərinin mövzu-ideya, forma-məzmun cəhətdən bənzərsizliyini göstərən növbəti uğur kimi qəbul edilməlidir. Çünki Azərbaycan ədəbiyyatı tarixində ilk dəfə olaraq, məhz Azərbaycan xalqının adət-ənənəsini, Aşıq ədəbiyyatını dərindən bilən Zəlimxan Yaqubun Türk mədəniyyət və ədəbiyyatı sahəsindəki yorulmaz fəaliyyəti, xidməti Qardaş Türkiyə Cümhuriyyətinin paytaxtı Ankaradakı Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Ödül Komitəsi tərəfindən layiqincə dəyərləndirildi. Belə ki, adıçəkilən qurumun 7 fevral 2014-cü il tarixli qərarıyla Türk ədəbiyyatına yüksək xidmətlərinə görə Beynəlxalq Nazim Hikmət Şeir Mükafatı ilə təltif olundu.

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən, Xalq şairi Zəlimxan Yaqubun “Seçilmiş Əsərləri”nin ikicildliyi “Şərq-Qərb” Nəşriyyat Evi tərəfindən kütləvi tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına hədiyyə olunmuşdu. Nəfis tərtibatla çap olunan ikicildliyin hər birində Böyük Türk dünyasının ünlü şəxsiyyətlərinə həsr olunmuş şeirlər ayrıca bölmə kimi oxucuya təqdim olunur.

    Böyük coşqu və ilhamla qələmə alınan bu sənət əsərlərinin və nümunələrinin hər birində müəllifin keçirdiyi iftixar hissi duyulur. Eyni zamanda, bu əsərlərin hər biri. böyük türk dövlətinin, mədəniyyətinin, ədəbiyyatının, incəsənətinin, tarixinin qədimlərə gedib çımasından xəbər verən əsas və yeganə mənbələrdən hesab olunmalıdı.

    Zaman etibarı ilə oğuz dillərinin ilk böyük şairi Yunus Əmrənin ruhuna hörmət və ehtiram əlaməti olaraq ərsəyə gətirdiyi ədəbi-bədii nümunəsində Zəlimxan Yaqub sufi şairin Uca Allaha bağlı olmasından, Türkün ana yurdunda-Sarıcaqayadan Anadoluya qədər geniş bir ərazini əhatə etməsindən xəbər verir:

    Doğulan çox olsa da, neyləsin doğan ana,
    Hər gün dünyaya gəlmir nə Yunus, nə Mövlana.
    Dahilik zərrə-zərrə hopur iliyə, qana,
    Dünyanın yaxşi şeri hər gün yazılan deyil!

    Əsərlərini fars dilində yazmasına baxmayaraq, ilk dəfə türk dilində söyləyən, XIII əsr təsəvvüf poeziyasının ilk böyük nümayəndəsi Mövlana Cəlaləddin Rumiyə həsr etdiyi “MÖVLANA TÜRBƏSİNDƏ” əsəri deyiləni ədəbi fakt kimi bir daha təsdiqləyir.

    2006-ci ildə “Şərq-Qərb” nəşriyyatı tərəfindən kütləvi tirajla nəşr olunan “Seçilmiş Əsərləri”nin iki cildliyinin ikinci cildində Türk-islam əxlaqının kodekslərindən çıxış edərək həmin ədəbi-bədii nümunələrini ərsəyə gətirməsi əslində Zəlimxan Yaqub yaradıcılığının əsrarəngizliyindən, möhtəşəmliyindən irəli gəlir.

    Müasir dövrdə Türk-İslam əxlaqının ən gözəl xüsusiyyətlərini özündə birləşdirən Zəlimxan Yaqub əsərləri tarix boyu türk xalqının yüksək əxlaq sahibi olmasını bir daha sözün həqiqi mənasında oxucunun gözü önündə canlandırmaya bilmir.Bu da öz növbəsində əsası XIII əsrdə Yunus Əmrə tərəfindən “Vəhdəti-vücud” fəlsəfəsinin yaxud da Mövlana Cəlaləddin Ruminin zərrənin-insanın bütövə-Allaha yaxınlaşması fəlsəfəsinin qaranlığına dalmasından irəli gələn faktordur.

    Qarsın xocası Fövzi paşa okul müdiri Şahmət Bilgirə ulu sevgilərlə ünvanladığı “ŞAHMƏT XOCA” şeirində poetik olunması baxımından poeziya həvəskarlarının qəlbini türk-islam əxlaqının çalarları ilə zənginləşdirir.

    Qars ilə oyanırdım, Konya ilə yatırdım,
    Ən şirin arzuların xoş ətrinə batırdım.
    Bu torpaqla görüşə lap çoxdan can atırdım,
    Yaxşı ki, ömrüm sənə tuş oldu, Şahmət Qoca!

    “QOCATƏPƏ CAMESİNDƏ” şeirində bəndənin mərhəməti ilə geniş olan Uca Allahın qarşısında əyilməyini minnətdarlıq əlaməti kimi oxucunun nəzərinə çatdırır.

    Qocatəpə camesi… namaz cümə namazı,
    Tanrının xidmətində yüz min adam var azı.
    İlk dəfə silkələndi qəlbim, quhum, varlığım,
    Əyilmək-ucalığa mənim minnətdarlığım.

    Türk övladının nə krala, nə şaha, nə zora, nə də silaha əyilmədiyini belə göstərir:

    Türk övladı əyilməz nə krala, nə şaha,
    Türk övladı əyilməz nə zora, nə silaha.

    Türk-müsəlman əxlaqının əsas konsepsiyası olan Yaradanların ən gözəli olan uca Allaha, bəndələrə qiyamətə qədər doğru yol göstərən ilahi, nurani, səmavi kitaba-“Quran”a tabe olmaq Zəlimxan Yaqub əsərlərindən də yan keçmir.Bu konsepsiya zaman-zaman Türk-müsəlman dünyasının ən önəmli söz sənətkarlarının yaradıcılığının əsasını təşkil edib.Müasir çağdaş dövrdə isə bu ənənəvi konsepsiyanı Zəlimxan Yaqub əsərlərində yüksək Türk və Müsəlman ruhunda davam etdirir. Hətta, “Seçilmiş Əsərləri”nin I və II cildində “MƏLƏK DODAĞINDA DİNƏN NƏĞMƏLƏR”, “TƏBİƏT ALLAHIN ŞAH ƏSƏRİDİ” bölməsi deyilənləri geniş oxucu kütləsinin gözü önündə canlandırır
    .
    1991-ci ildə “Gənclik” nəşriyyatı tərəfindən yüksək tirajla nəşr olunan və 1995-ci ildə “Şair harayı”, “Vətən yaraları”, “Sizi qınamıram” poemaları ilə birlikdə “Hacı Zeynalabdin Tağıyev” ədəbi mükafatına layiq görülən “Ziyarətin qəbul olsun” kitabının “İstanbulda quşlar qondu çiynimə” bölməsində Yunus Əmrəyə, Mövlana Cəlaləddin Rumiyə, Şahmət Bilgirə, Məhmət Akif Ərsoya, Məhəmməd Əmin Rəsulzadəyə, Memar Sinaniyə, Nazim Hikmətə zaman-zaman haqqın süzgəcindən süzürək gəlmiş dastan-epos xarakterli əsərlərində adlara rast gəlinməsi ədəbiyyat, mədəniyyət üçün əsrarəngiz, möhtəşəm, ecaskar sənət əsərləri ərsəyə gətirməyə qadir olduğunu yenidən gözlər önündə canladırır.

    Zəlimxan Yaqub kainatin fəxri, nəbilərin sərvəri, dünyanin yaradılmasının əsas və ilk şəxsi rəsulullahın,həbibullahın, sonuncu Peyğəmbər Əfəndimiz Həzrət Məhəmməd (səlləllahu əleyi və alihi və səlləm) böyük sevgi ilə ərsəyə gətirdiyi “PEYĞƏMBƏR” poeması zaman-zaman, tarix boyu peyğəmbərlərin əxlaqının dünyada hər bir bəşər övladı üçün nümunə olduğunu sübuta yetirən növbəti ədəbi-bədii nümunələrdən biridir. Türk-müsəlman dünyasının ən gözəl şairi Yunus Əmrəyə böyük türk sevgisi ilə ərməğan etdiyi “Yunus Əmrə dastanı” poeması təsəvvüf şairinə olan sevgisindən yaranıb.

    Azərbaycan xalqının adət-ənənəsini dərindən bildiyi üçün daha çox heca vəznində ərsəyə gətirdiyi ədəbi-bədii nümunələrdə türk xalqının ərənlər meydanında döyüşə hər an qəhrəmanlıq ruhu ilə hazır olduğunu “DÖYÜŞƏN TÜRK,OYANAN TÜRK, QALXAN TÜRK” əsərində ən incə çalarları ilə əks etdirməklə yanaşı, həm də türk xalqının “GİLQAMIŞ”, “ALPAMIŞ”, “MANAS” dastanlarında da böyük iftixar hissi ilə əks etdirir:

    “Gilqamış”dan, “Alpamış”dan, “Manas”dan,
    Geri qalmaz dastan olsun bu dastan.
    Qurtar bizi bu həsrətdən, bu yasdan
    Dəniz kimi dalğalan, türk, çalxan, türk!
    Döyüşən türk, oyanan türk, qalxan türk!

    Dünya tarixi ərzində öz torpaqlarının ərazi bütövlüyünün qorunub saxlanılmasında yüksək əzmkarlıq hissi ilə digər hökmdarlara nümunə olan Ərtoğrul bəy, Osman qazi, Orxan qazinin adını yüksək və ali hisslərlə öz poeziya örnəklərində qabarıq şəkildə əks etdirir:
    Yaddaşında sıralansın, anılsın,

    Ərtoğrul bəy, Osman qazi, Orxan, türk!
    Yenə Tanrı dağlarını qucaqla,
    Dağlar olsun səngərin, türk, arxan, türk!
    Döyüşən türk, oyanan türk, qalxan türk!!!

    Ümumilikdə isə, son 70 illik dönəmdə Çağdaş Azərbaycan ədəbiyyatının Türk dünyası üçün yetişdirdiyi ən böyük şair məhz Xalq şairi Zəlimxan Yaqubdur.

    Beləliklə, Türk-müsəlman dünyasının önəmli şairi olan Zəlimxan Yaqub həm ümumtürk, həm ümummüsəlman, həm də ümumbəşəri duyğuları Türk-İslam əxlaqının ən incə çalarlarını, təsəvvüf ideyalarını öz əsərlərində əks etdirən Böyük Türk Oğludur.

    Dərin hörmət və ehtiramla:
    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

  • Kənan AYDINOĞLU.”Şair-filosof Əlişad Qaraqasımlının lirik və fəlsəfi şeirlərinin spesifik xüsusiyyətləri haqqında”

    1902788_614529541965133_896121757_n

    Zəngin bədii yaradıcılığı və tərcüməçilik fəaliyyəti çağdaş Azərbaycan ədəbiyyatının ikinci dövrünə təsadüf edən, sovet hakimiyyəti dönəmində yaradıcılığının çiçəklənməsi dövrünü yaşayan, lirik və fəlsəfi şeirlər müəllifi şair-filosof Əlişad Qaraqasımlının öz dəst-xətti, əsərlərinin spesifik xüsusiyyətləri, müəllifi öz yaşıdlarından, xüsusilə də yetmişinci-səksəninci illərdə ədəbiyyata gələn şairlərdən köklü surətdə fərqləndirir. Postsovet məkanında ədəbiyyat sahəsində şair və yazıçılar üçün yeni imkanlar və geniş üfüqlər açan, Moskva şəhərində fəaliyyət göstərən SSRİ Yazıçılar İttifaqının Maksim Qorki adına Ədəbiyyat İnstitutunun “Poeziya” fakültəsini əla qiymətlərlə-fərqlənmə diplomu ilə başa vuran şair-filosof Əlişad Qaraqasımlının (qeyd edək ki, çağdaş Azərbaycan ədəbi elektron məkanında yazıları ilk öncə “Əlişad CƏFƏROV” imzası ilə yayınlanıb) yaradıcılığı üçün spesifik olan əsas xüsusiyyət məhz baş verən hər hansı bir hadisəyə (istər ictimai, istərsə də siyasi) fəlsəfi yönümdən yanaşmaq müəllifi yaşıdlarından və digərlərindən köklü surətdə fərqləndirən əsas müsbət cəhətlərdən biri kimi xarakterizə olunsa, daha doğru olardı. Birmənalı olaraq qeyd etmək lazımdır ki, şeirlərinin hər birində sovet hakimiyyəti dövrünün sosial-ictimai ab-havası, əhval-ruhiyyəsi müəyyən mənada duyulur. Maraqlı cəhət ondan ibarətdir ki, gərgin yaradıcılıq fəaliyyəti ilə öz yaradıcılığını zənginləşdirən müəllif məhz sovet hakimiyyəti dövründə yazıları ilə müntəzəm olaraq ən ünlü mətbu orqanlarda (istər qəzet, istərsə də jurnal səhifələrində) mütəmadi olaraq çıxış etsə də, şeirlər kitabı işıq üzü görməmişdir. Göz bəbəyi kimi qoruyub saxladığı bədii yaradıcılıq nümunələri həmin illərdən müəllifə qalan ən xoş xatirə kimi xarakterizə olunmalıdır. Ən başlıcası ona görə ki, müəllif məhz həmin illərdə qəlbinin sözü ilə bir-birindən dəyərli, bahar ətirli əsərlərini qələmə almağa müəssər olub. Müəyyən mənada demək olar ki, çağdaş dövrün müəyyən hadisələrilə səsləşən həmin əsərlərin-ürək döyüntülərinin üstündən illər keçməsinə baxmayaraq, hələ də öz dəyərini qoruyub saxlaya bilib. Bir halda ki, müəllifin özü də dəyərli insan, istedadlı qələm sahibidir, deməli, müəllifin yazılarının hər birinə oxucular tərəfindən düzgün yanaşma var.

    Hansı mövzuda yazmasından asılı olmayaraq, hər bir nümunə səmimiyyətlə qələmə alınıb. Ona görə də, illər keçəndə belə, öz təravətini itirmir. Aktuallığı ilə geniş oxucu auditoriyasını düşündürməyə vadar etməklə, yalnız və yalnız səmimiyyət, humanizm kimi ən ali hissləri təbliğ etmiş olur. Yaradıcılığı boyu heç kəsi yamsılamır. Poeziyasında, zəngin yaradıcılığında dünyaya qəm yükünü daşımağa gələn şairlər haqqında söhbət düşən kimi Böyük Türk şairi Nazim Hikməti mütaliə etməyi məsləhət görür (Hətta, dəfələrlə Nazim Hikmətdən şeirlər dediyinin də şahidi olmuşam). Xüususən də, şairlərin taleləri ilə bağlı şeirləri ürək ağrısı ilə qələmə alır.

    Azərbaycanda hərc-mərcliyin, özbaşınalığın, anarxiyanın tüğyan etdiyi bir vaxtda şair-filosof Əlişad Qaraqasımlı “Şamaxı şairləri” (1991-ci ilin aprel ayında) adlı yeni şeirini oxucusu ilə bölüşmək istəyir:

    Qılınc qələmindən od-alov saçır,
    Vulkanlar püskürür şeirlərindən.
    Amalı uğrunda başından keçir.
    Məqsədi yolunda çıxır dəridən.

    Görünür, şair-filosof Əlişad müəllim üçün həyat dərk olunan bir həqiqətdir. Yaşanan günlər isə sınaq və imtahan dolu anlardır. Bu mənada, müəllifin fəlsəfi şeirləri daha çox oxumağa və müzakirə olunmağa layiqdir.

    Ümumiyyətlə, əsərlərinin hər biri ayrı-ayırılıqda oxunmalı, bənzərsiz yaradıcılıq nümunələri nöqteyi-nəzərindən yanaşılmalıdır. Çünki geniş dünyagörüşünə malik müəllifin buna haqqı var.
    Yazılarının hər birində oxucusu ilə ilk növbədə səmimiyyət dilində danışan müəllif qəlbində oyanan duyğu və hissləri dilə gətirir, nəzmə çəkir. Hətta, bəzi nümunələr nəğmə kimi səsləşir. Bu baxımdan, müəllifin keçən əsrin 80-ci illərində yazmış olduğu “Yük olma, şerim!” xüsusilə oxucunü dərin düşüncələrə daldırır.

    Sadalanan bu xüsusiyyətlərin hər biri müəllifin uğurları kimi qəbul olunmalıdır. Yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndələrinə, ədəbiyyatsevərlərə, poeziya həvəskarlarına, ədəbiyyatşünas alimlərə, ədəbi tənqidçilərə çatdırılmalıdır.

    Hələ sovet hakimiyyəti dönəmidə yaşadığı günlərdə Azərbaycançılıq ideologiyasını və məfkurəsini özü üçün əsas ideoloji amil seçən şair-fiolosof Əlişad Qaraqasımlı hər an böyüyüb, boya-başa çatdığı müqəddəs bir torpağın-Ana yurdumuz Azərbaycanın şair övladı olduğunu bildiyi üçün hər zaman Azərbaycançılığı özündə əks etdirən hər nə varsa-Azərbaycan Respublikasının Dövlət Bayrağına, Azərbaycan Respublikasının Dövlət Himninə, Azərbaycan Respublikasının Dövlət Gerbinə bağlı olduğunu adi danışığında belə böyük qürur və fəxr hissi ilə qeyd edir.

    Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, klassik şair Uilyam Şekspirin illər öncə söylədiyi bir fikri yadıma düşdü: “İstedadını danmaq-istedadlıq əlamətidir”. Həyatı boyu bu fikrə, amala sadiq qalan müəllif “Mən şairəm”, “Ən gözəl şair mənəm” kimi ifadələri işlətməklə, özünü öymür. Əksinə, üzvü olduğu cəmiyyətdə sadə və səmimiyyəti ilə seçilməyi qarşısına məqsəd qoyur. Çünki bioloji və sosial varlıq olaraq müəllif də öyülməli-təriflənməli olan yalnız Allahın olduğunu dərk edir. Uzun illərdir ki, zəngin yaradıcılığında yorulmaq bilmədən fəlsəfəsini uğurla davam etdirən müəllif Vətənpərlik qayəsindən çıxış etməyi də unutmur. Bu baxımdan, müəllifin “Vətən duyğuları” şeiri (yeri gəlmişkən, bu şeir daha çox simfoniya kimi səsləşir) gözlərimiz önündə canlanır:

    Dilənçi deyilik, hey əsə-əsə
    Qəpiyə, quruşa əyilən, Vətən!
    Əgər ki uğrunda bir gün ölməsək,
    Demək, övladın da deyilik, Vətən!

    Klassik ədəbiyyatda Məhsəti Gəncəvi, Ömər Xəyyam kimi söz sənətkarlarının yaradıcılığında daha çox rast gəlinən, ictimai-siyasi, əxlaqi-fəlsəfi görüşlərini təlqin və təbliğ edən rübailər üçün səciyyəvi olan bu xüsusiyyətlər müəllif şeirlərindən yan keçmir.

    Əsası çağdaş Türkiyə Cümhuriyyətinin qurucusu və memarı, Türk Dünyasının böyük şəxsiyyəti Sayın Osman Gazi Mustafa Kamal ATATÜRKün illər öncə söylədiyi və xalqın yaddaşına əbədi olaraq hopan “Cihanda aşk, yurtta aşk” fikri əsərlərinin leytmotivi kimi müəllifi hər addımbaşı izləyir.

    Müəllifin adi həyat tərzində belə, TÜRKÇÜLÜK, TURANÇILIQ ilə bağlı səmimi söhbətlərini dinləyəndə hər dəfə görkəmli ictimai-siyasi xadim, böyük öndər Mustafa Kamal ATATÜRKün fikirlərini xatırlamamaq olmur: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir. Azərbaycan bizim qardaşımızdır. Heç nəyə baxmayaraq, ona yardım etmək borcumuzdur” və yaxud da “Azərbaycan bayrağının Türkiyə bayrağı yanında Türkiyə səmasında dalğalanmasını görmək bütün millətimiz üçün böyük bir bayramdır”.

    Ümumilikdə isə, dövlətimizin-müasir müstəqil Azərbaycanımıın öz dövlət müstəqilliyini bərpa etməsindən sonra ilk olaraq bağımsızlığımızı (müstəqilliyimizi) istər Azərbaycan Xalq Cümhuriyyəti dönəmində, istərsə də 90-cı illərdə, xüsusən də ümummilli lider, ulu ödnər Heydər Əliyevin hakimiyyəti illərində məhz Qardaş Türkiyə Cümhuriyyətinin tanıması biz azərbaycanlılar üçün böyük fəxarət hissidir. Ona görə də Qardaş Türkiyə Cümhuriyyətinə olan sonsuz sevgi və sayqımızı əbədidir.

    Sovet ideologiyasının şairlər və yazıçılar üçün müəyyənləşdirdiyi standart, şablon ifadələr kolxoz və sovxozda çalışan əməkçi insanların tərənnümü müəllif yaradıcılığı üçün yaddır. Daha çox yaşanan həyatdan zövq almağa çağıran şerləri öz ədəbi-bədii zənginliyi yönümdən çağdaş dönəmdə də yayımlanmağa layiqdir.
    Əsərləri ilə oxucularını hər dəfə həyəcanlanmağa sövq edən şair-filosof Əlişad Qaraqasımlının ruh, can kimi önəmli məsələlər də şeirlərindən yan keçirmir. Əksinə, oxucunu bir az da düşüdürmək və ibrət almağa çağırış kimi səslənir həmin şeirlər:

    Ömrə-günə eh, nə deyim,
    Hansı fərəhimi öyüm?
    Sudur dünya, gəmidəyəm
    Mən bir Nuh kimi, Nuh kimi.

    Müəllifin tərcüməçilik sahəsindəki gərgin fəaliyyəti də tədqirəlayiqdir. Dünya ədəbiyyatının, xüsusən də rus klassiklərinin əsərlərini Azərbaycan türkcəsinə böyük ustalıqla çevirməyi bacaran müəllifin Vətənpərlik, humanizm kimi ən ali hissləri müəllifi bir an belə tərk etmir.

    Çağdaş Rusiya ədəbiyyatının görkəmli nümayəndələrinin-A.S.Puşkinin, Yevgeni Juravlyovun, Viktor Bokovun əsərlərini zərgər dəqiqliyi ilə tərcümə etməsi isə əslində, müəllifin zəngin tərcüməçilik qabiliyyətindən xəbər verir.

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Poeziya” şöbəsinin müdiri və redaksiya heyətinin üzvü, Şair-filosof Əlişad Qaraqasımlının şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyatyönümlü dərgilərdə-“Kümbet” (Tokat şəhəri) və “Kardelen” (Bilecik şəhəri) Anadolu türkcəsində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Sonda, qələm dostumuz, lirik və fəlsəfi şeirləri ilə oxucuları düşündürən şair-filosof Əlişad Qaraqasımlıya yeni və ilk şeirləri kitabının işıq üzü görməsi diləyi ilə

    Dərin hörmət və ehtiramla,
    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

  • ”Nəriman Həsənzadə yaradıcılığında “ölüm” və “həyat” anlayışı”

    1902788_614529541965133_896121757_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Dünya yarandığı gündən qiyamət gününə qədər bəşər övladları dünya, axirət, ölüm, cənnət, cəhənnəm məsələləri ətrafında fikir mübadiləsi aparacaq, öz fikir və düşüncələrini bir-biri ilə bölüşəcəklər. Çağdaş dönəmdə belə məsələlərin bir qismi ya ədəbiyyatda, ya da dini əsərlərdə öz əksini tapır.

    Müasir dövrdə də daha çox insanları düşündürən məsələlər ədəbiyyatımızdan da yan keçmir. Lap elə keçən əsrin 80-ci illərində bədii yaradıcılığında həyat, ölüm, qəbristanlıq məsələlərinə dəfələrlə müraciət edən və insanları düşündürən sevimli Xalq şairimiz Nəriman Həsənzadənin “Mənim nigahımı pozdu təbiət” kitabını nümunə göstərmək olar. Şeirlər və mənzum dramlardan ibarət olan kitabda erkən yaşlarında həyata vida edərək, gözlərini əbədi yummuş ömür-gün yoldaşı Sara xanım Həsənzadəyə ithaf etdiyi şeirlər bu yönümdən öz aktuallığını qoruyub saxlayır.

    Ümumilikdə, kitabda-topluda yer alan bədii yaradıcılıq nümunələrini, poeziya örnəklərini “Qəbristan şeirləri” adlandırmaq daha doğru olardı. Kitab vərəqlərini səhifələdikcə də bu hisin kitaba heç də yad olmadığını duymaq mümkündür. Xüsusilə də, xalq şeiri üslubunda qələmə alınan bu nümunələr oxucu qəlbini kövrəldir, adı çəkilən məsələlər ətrafında dərindən düşünməyə sövq edir. “Mənim nigahımı pozdu təbiət”, “Yuxun qaçdı evdə yata bilmədin”, “Dağı sevəməliyik biz indən belə” şeirləri şairin illər boyu qəlbinin dərinliyində gizlətdiyi duyğuları oxucuya çatdırmaq üçün ərsəyə gətirdiyi nümunələr kimi xarakterizə olunmalıdır:

    Yenə qəbristana düşübdü yolum,
    Daş yonur, qum tökür burda ustalar.
    Anana baş daşı qoyurlar oğlum,
    Səndən xatirədi məndən yadigar

    Və ya

    Qəbirlərin içində
    Sadə bir qəbir sənin.
    Familim mənimkidir,
    Ad sənin, ömür sənin.

    Çün hər bir şeirində hər şeydən öncə səmimiliyiə yer ayıran şair-dramaturq, filosof Nəriman Həsənzadə həyat və ölüm anlayışlarını qarşılaşdırır, hər birinə özünəməxsus surətdə qiymət verir, bəzən isə müqayisələr aparır:

    Son mənzil deyirlər, mən orda gördüm,
    Nədir sənlə gedib, sənsiz qayıtmaq.
    Kağızı qorudum, səni itirdim,
    İndi səni məndən qoruyur torpaq…

    Geniş yaradıcılıq yolu keçən və müxtəlif illərdə nəfis tərtibatla şeirlər kitabı nəşr olunan şair-publisist Nəriman Həsənzadə ömrün keçməkeşli yollarında addımlamağı bacardı. Yaşanılan bu həyat lirik və səmimi şeirlər müəllifi Nəriman Həsənzadə üçün məktəb rolunu oynadı. Bu həyatda isə sevimli şairimiz “həyat” və”ölüm” anlayışını ömrü üçün bir deviz seçdi:

    Yuxun qaçdı evdə yata bilmədin,
    torpaqda yat, torpaq quzum, a laylay.
    Gizli-gizli ufuldadın, inlədin,
    Oyaq qalan yuxusuzum, a laylay.

    Beləliklə, ən yeni dövr Azərbaycan ədəbiyyatının sonuncu-ikinci mərhələsində yaşayıb, bədii yaradıcılığını uğurla davam etdirəm ədəbiyyatsevərlərin sevimlisi lirik şeirlər müəllifi, şair-dramaturq hələ sovet hakimiyyəti dövründə həyat, ölüm, qəbristanlıq ilə bağlı qələmə aldığı əsərləri ilə ədəbiyyatmız üçün yeni bir ənənənin-“həyat və ölüm məsələləri“ silsiləsindən olan əsər yazmaq ənənəsinin əsasını və bünövrəsini qoydu.

  • Gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın “Sözümüz sözdür” adlı yeni kitabının təqdimat mərasimi keçiriləcək

    22 aprel 2019-cu il tarixində saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət növbəti yeni kitabının təqdimat mərasimi və imza günü keçiriləcək.
    Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ötən dövr ərzində Azərbaycan Respublikasında multikulturalizm ənənələrinin qorunub saxlanması və daha da inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin daha geniş təbliğ olunması məqsədilə qərara alıram:

    1. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 2019-cu ildə fəaliyyətinin təmin olunması və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinə 800,0 (səkkiz yüz) min manat ayrılsın.

    2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 fevral 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı



    Seyid Şuşinskinin 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin aprel ayında Azərbaycan muğam sənətinin görkəmli nümayəndəsi, tanınmış musiqi xadimi və pedaqoq, respublikanın Xalq artisti Seyid Şuşinskinin (Mir Möhsün ağa Seyid İbrahim oğlunun) anadan olmasının 130 illiyi tamam olur.

    Qarabağ xanəndəlik məktəbinə mənsub qüdrətli sənətkar Seyid Şuşinski xalqımızın mənəvi dünyasının formalaşmasında müstəsna əhəmiyyət daşıyan qədim muğam ənənələrimizi layiqincə qoruyub yaşatmışdır. Geniş diapazonlu nadir, ecazkar səsə və yüksək səhnə mədəniyyətinə malik böyük muğam ustası təkrarolunmaz mükəmməl ifaçılıq nümunələri ilə Azərbaycanın musiqi xəzinəsini daha da zənginləşdirmişdir. Seyid Şuşinski müəllim kimi uzun illər ərzində istedadlı musiqiçilərin yetişdirilməsi sahəsində də təqdirəlayiq fəaliyyət göstərmişdir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində mühüm xidmətlərini nəzərə alaraq ustad sənətkar Seyid Şuşinskinin anadan olmasının 130-cu ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xalq artisti Seyid Şuşinskinin 130 illiyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 4 fevral 2019-cu il.

    Mənbə: http://www.president.az

  • TOŞAYAD Başkanı Nuryüzlü Sayın Hasan AKAR HOCAMIZ.Şiir

    “Hayâlle yaşayan bir adam olmuşum,
    Derdi ben çekmişim derdimden kime ne.
    Gâh açmışım gülşende gâhi de solmuşum,
    Baharı beklerken kış vurmuş kime ne …”

  • Tanınmış şair-publisist Əkbər Qoşalının çap olunmuş yeni “Ürək daşı” şeirlər kitabının önsözü

    DUYĞULARI SAF,
    ŞEİR DİLİ TƏMİZ VƏ YÜYRƏK…

    Əkbər Qoşalı imzası təkcə Azərbaycan oxucusu üçün deyil, ümumtürk coğrafiyası üçün bəlli və sayğı duyulan bir imzadı. Çağdaş türk ədbiyyatında və ədəbi prosesində bu imzanın həm şair kimi, həm publisist kimi, həm də türkoloq kimi ayrıca yeri və mövqeyi var. Hər üç müstəvidə onu yaxından izlədiyim üçün, bir ədəbi sima olaraq ona özəl rəğbətim, sayğılarım var. Vətəndaşı olduğun ölkənin, mənsub olduğun millətin mədəni dəyərlərinin təbliğ olun¬masında və qalxınmasında əmək vermək, əslində hər bir qələm adamının qutlu borcu olsa da, hər qələm adamı bu şərəfli işin altına çiyin vermir. Bu anlamda, 12 illik fasilədən sonra yeni şeirlər kitabını nəşrə hazırlayan şairin “Ürək daşı”na yazdığım uğurlamanı onun milli ədəbiyyatımız qarşısında göstərdiyi xidmətlərə dəyər verməklə başlamağım təsadüfi deyil. Əkbər Qoşalının ədəbi yaradıcılıqda qazandığı uğurlar, ədəbi prosesə verdiyi fayda və təkanla paralel gəlir. Mən bu təkanı görməzdən gələ bilməzdim; amma söz konusu Əkbər Qoşalının şeirlər kitabı olduğuna görə, elə buradaca mətləbimin bu hissəsini sonuclayır və kitabda gedən şeirlərlə bağlı fikirlərimi oxucularla bölüşmək istəyirəm.

    Öncəliklə onu deyim ki, kitabı oxuduqca ilk duyduğum bu oldu ki, bütün ciddi və milli söz adamları kimi, Əkbər Qoşalı da zamanın qatmaqarışıqlığından içinin bütövlüyünü qoruyub, duyğularını, düşüncələrini saf saxlayıb. Bu hər bir şair üçün çox önəmli məsələdi. Şeir duyğu və dil hadisəsidi. Əkbər Qoşalının duyğuları saf, şeir dili təmiz və yüyrəkdi.

    Kitab, şairin mənim də çox sevdiyim “Altaylardan qopan atlar”ıyla başlayır. Türk ulusu mənzil kəsməyə at belində çıxdığı kimi, onun şairi də sözdə mənzil başına varmağa ilham atının belində çıxsa yaxşıdı. Şeiri oxuduqca özgəsinin yox, məhz “Altaylardan qopub, dolunay işığında ağ köpüklü dənizlərə doğru çapan” atların hənirtisini duyur, ayaq səslərini eşidirsən. İstənilən şeirin mükəmməliyi də elə bundadı – duyğularını oxucuya duyduracaq bir şəkildə dilə gətirib, kağıza köçürməlisən. “Qız Qalası” şeiri də “ölüncə qız qalası” deyimi ilə bu möhtəşəm tarixi abidəmizə yeni baxışın, fərqli hiss və həyəcanın ifadəsidi.
    Əkbər Qoşalının şeirlərində mənim ən çox xoşuma gələn cəhətlərdən biri də onun qafiyə və ölçü naminə duyğularını cilovlamamasıdı. Sərraf oxucu bunu həmən duyur, ilham köhləninin cilovu ya boş olmalıdı, ya da heç olmamalıdı… Bu anlamda, Əkbərin istər sərbəstdəki, istərsə də hecadakı qafiyə sistemi nədənsə, mənə qədim və ortaq türk poeziyası örnəklərin qafiyə sistemini xatırlatdı. Mənə elə gəlir, bu sistem, onun poeziyasına alt şüurla yansıyıb.

    Yazıya ürək, ürəyə dərd qoyarıq…
    Beləcə, dərd dolanar dünyada:
    Torpaq-torpaq, daş-daş, yazı-yazı, ürək-ürək…
    Deyirəm, gedim torpaq dərdimi yazım
    Ürəklər daş olmamış…

    Yazımın əvvəlində də qeyd etdiyim kimi, məmləkətin ağrısı, millətin yarası hər bir şairin qələmindən mütləq şəkildə boy verməli, görsənməlidi. Bu duyğudan məhrum olan şairin onun dilində danışdığı millətin ədəbiyyatında nə yeri olar ki..? Ancaq burda da incə bir mətləb var. – Təkcə bu ağrını yaşamaq şərt deyil, gərək ağrını ağrının özü qədər diri bir halda, peşəkarcasına kağza ötürəsən. Oxucuya da bu ağrını yaşada biləsən, oxucu sənin səmimiyyətinə inana. “Qarabağ” şeirində deyildiyi kimi:

    Qarabağ!
    Sən mənim alın yazım,
    Mən bir qara qələmlə ağ kağıza nə yazım?
    …Sabah Tanrı deməzmi:
    Ya İnsan!
    Mən səni belə ha yaratmamışdım…
    Və ya başqa bir şeirində olduğutək:
    Gəmiləri sudan çəkib quru ilə sürərəm
    İstanbulun eşqinə.
    Şair içinin ağrısını, qəlbinin sevgisini daha necə dilə gətirməlidi ki..?

    Kitabın ilk bölümü olan “Sərbəstin meydanı”nda sözün meydanına çıxarlacaq yetərincə bu cür qəlb göynədən, ürəyi riqqətə gətirən, oxucuya gah kədər, gah qürur duyduran örnəklər var. Qısacası – ŞEİRlər var.

    İkinci bölümdə Əkbər Qoşalı “Aldı görək nə dedi?” deyir.
    Şair heca şeirlərinə qədim ustad deyimiylə başlayır və nə yaxşı ki, ustadların qoyduğu gələnəyə uyğun olaraq burasını yeganə “Divani”si ilə açır. Mən bu divanini Əkbərin öz dilindən də, onu saza qaldıran aşıqlarımızın dilindən də zaman-zaman duymuşam və çox da bəyənmişəm. Daha çox sərbəstdə meydan sulayan şairin bu addımını “mən bunu da bacararam” fikrinə yozmaqdan tamamilə uzağam. Heca şeirlərində də çox vaxt gələnəksəlliyi qıran şairin bu cür mükəmməl bir divani yazması onun qan yaddaşından süzülüb gələn ozan ruhunun bir təcəllasıdı, – deyə düşünürəm. Kitabın bu bölümündə şairin qoşmaları, gəraylıları, çarpaz qafiyəli şeirləri yer alıb. “Səslərin gözəli qara sazdadı, Kərəmi çağırar, Dilqəmi səslər” yanğısı da, “Bir göz var istədim baxıb yaşayam, Qoydular üz-üzə baxtınan məni” göynərtisi də, “Ürəyimə nələr damıb, ilahi? – Bəs nə idi ürəyimdən daman nə?..” müəmması da… onun klassik qoşmanın ta dibindən gəldiyindən xəbər verir.

    Bunla belə, Əkbər Qoşalı heca şeirlərində də yenə öz nəfəsini, özəl ifadə tərzini qoruyub saxlayıb. Ona, hansısa şeirində qətiyyən “kimdənsə təsirlənib” demək olmaz. İndilərdə, çağdaşlarımız içərisində özündən öncəkilərdən təsirlənmədən, onların cazibəsindən qurtulub qələm çalan şairlərimiz elə də çox deyil. Bu anlamda, Əkbər məhz həmin azların sırasındadı.

    “Səsləşmələr” bölməsi imzalarına sayğı duyduğum şairlərdən Əlirza Həsrət və Elman Tovuzla Əkbər Qoşalının söz atışması, duyğu bölüşməsi, şeir çələngidi. Üç şairin bir işinə qarışmaq düzgün iş olmadığına görə özləri və oxucuları bilərlər deyə, – münasibət bildirməkdən yan keçdim. Üç şeirdən ibarət “Əsgərə, Turala, Ayxana” bölümü cocuqlarımızı da, öyrətmənlərimizi də ilgiləndirə biləcək özəl şeir örnəkləridir. Düşünürəm ki, oxusalar qazanarlar…
    Şair özü demişkən, kitabını “Uzun sözün qısası” və nəhayət, “İlk qələm örnəkləri” ilə tamamlayır və nə yaxşı ki, şeirə, ədəbiyyata hardan gəldiyini oxucularına göstərməkdən çəkinmir. Dünyanın heç bir şairi ilk qələm təcrübələrindən ün qazanmayıb. Hamı dünyanı və özünü öyrənə-öyrənə, tanıya-tanıya böyüyüb. İlk qələm təcrübələrinə sədaqət də sadiqliyin bir göstəricisidi. Əkbər Qoşalı yeniyetməliyində qələmə aldığı duyğularının xətrini əziz tutub, kitabına daxil edib. Və nə yaxşı, belə də edib!
    Ən başlıcası isə SÖZə sədaqətdi ki, bu kitab da bütövlükdə türklüyümüzə və türkcəmizə sədaqətin, sevginin duyğusal və poetik bir aynasıdı. Bu aynaya diqqətlə bax, oxucu dost! Səbəbini özün biləcəksən…

    İbrahim İLYASLI,
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    Prezident təqaüdçüsü, Əli Kərim adına Poeziya Klubun direktoru

  • Tanınmış şair-publisist Əkbər Qoşalının çap olunmuş yeni “Ürək daşı” şeirlər kitabının təqdimat mərasimi keçiriləcək

    9 fevral 2019-cu il tarixdə (saat 15:00-18.00) tanınmış şair-publisist Əkbər Qoşalının “Zirvə Tədris Mərkəzi”nin “ZirvəKitab” layihəsi çərçivəsində çap olunmuş yeni – “Ürək daşı” şeirlər kitabının təqdimat və imza günü təşkil olunacaq. Arzu edən hər kəs tədbirə dəvətlidir.

    Ünvan: Səbail rayonu, Cəfərov Qardaşları küçəsi 16, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun H.Z.Tağıyev ad. Böyük Konfrans Salonu.
    (“İçərişəhər” metro stansiyasının yaxınlığı, Dövlət İdarəçilik Akademiyasından yuxarı)

  • Tanınmış şair-publisist Əkbər Qoşalının “Ürək daşı” adlı yeni şeirlər kitabı işıq üzü görüb

    Tanınmış şair-publisist Əkbər Qoşalının 12 illik fasilədən sonra yeni şeirlər kitabı gün üzü görüb. “Ürək daşı” adlanan kitab, “Zirvə Tədris Mər­kəzi”nin yeni başladığı, gənc şair İntiqam Yaşarın layihə rəhbəri olduğu “ZirvəKitab yayınları”nın ilk nəşridir.

    “Ürək daşı”nın redaktoru, AMEA NİZAMİ ad. Ədəbiyyat İnstitutunun şöbə müdiri prof.dr. Almaz Ülvi, önsöz yazarı Əli Kərim ad. Poeziya Klubun direktoru, görkəmli şair İbrahim İlyaslı, rəssamı isə Güneyli tanınmış rəssam Atabəy Tikantəpəlidir.

    1000 tirajla çıxan kitab (ISBN 978-9952-8356-0-1) “Sərbəstin meydanı”, “Aldı, görək, nə dedi..?”, “Səsləşmələr”, “Əsgərə, Turala, Ayxana”, “Uzun sözün qısası”, “İlk qələm örnəkləri” adlı 6 bölmədən ibarətdir.

    Qeyd edək ki, “ZirvəKitab”ın ilk yayını olan “Ürək daşı”nın “Zirvə Tədris Mərkəzi”nin təşkilatçılığı ilə 2019-cu il fevralın 9-da (saat 15.00-17.00) millət vəkilləri, yazıçı, şair, sənətçi, QHT, KİV təmsilçiləri və gənc fəalların iştirakı ilə ilk “İmza günü” keçiriləcək (Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun(GYF) H.Z.Tağıyev adına Böyük Konfrans Salonu, Səbail rayonu, Cəfərov Qardaşları küçəsi-16).

    Təşkilatçılar arzu edən, vaxtı olan bütün oxucuları “İmza günü”nə dəvət edir.

  • Şair Dayandur Sevginin 60 illik yubleyi və “İkinci addım” kitabının imza günü keçiriləcək

    5 fevral 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda şair Dayandur Sevginin 60 illik yubleyi və “İkinci addım” kitabının imza günü keçiriləcək.
    Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Mətbuat xidməti

  • “Gənc Ədiblər Məktəbi” 4-ün növbəti görüşünün vaxtı məlum oldu

    14 fevral 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi” 4-ün növbəti görüşü keçiriləcək. Budəfəki görüş yazıçı Seyran Səxavətə həsr olunacaq.

    Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Mətbuat xidməti

  • “Bəxtiyar Vahabzadəyə sayğı gecəsi” adlı ədəbi-bədii gecə təşkil olunacaq

    13 fevral 2019-cu il tarixində Azərbaycan Yazıçılar Birliyində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, şair-ədəbiyyatşünas Bəxtiyar Vahabzadənin vəfatının 10-cu ildönümü ilə əlaqədar olaraq Azərbaycan Yazıçılar Birliyinin Bakı Yunus Əmrə İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin ölkəmizdəki nümayəndəliyinin birgə təşəbbüsü ilə “Bəxtiyar Vahabzadəyə sayğı gecəsi” adlı ədəbi-bədii gecə təşkil olunacaq.

    Gerçəkləşək gecədə sevimli Xalq şairinin müxtəlif illərdə qələmə adlığı şeirlər səsləndiriləcək.

    Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir. İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Səbail rayonu, Ə.Xəqani küçəsi 25.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Mətbuat xidməti

  • 2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109 cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Mədəniyyət, elm, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2019-cu il Gənclər üçün Prezident mükafatları verilsin:

    Hacızadə Hüseynxan Saleh oğlu
    Həsənov Masər Fuad oğlu
    Rəcəbli Sara Rauf qızı
    Mehmandarov Mustafa Adil oğlu
    Mirzəmmədova Nigar Mübariz qızı
    Şahverənov Allahverdi Umud oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 31 yanvar 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Gənclər siyasəti sahəsində fəallığı ilə fərqlənən şəxslərin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

    2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə və dövlət gənclər siyasətinin həyata keçirilməsində, gənclər hərəkatının formalaşmasında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

    3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

    Cabbarov Azad Vaqif oğlu

    “Tərəqqi” medalı ilə

    Əsgərli Asif Məmməd oğlu
    Qədirov Vüqar Kərim oğlu
    Orucov İlqar Nəcibəddin oğlu

    “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə

    İskəndərov Vüqar Yapon oğlu
    Quliyev Rüfət Mətləb oğlu
    Nəcəfli Kamal Məmməd oğlu.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 31 yanvar 2019-cu il.

    Mənbə: http://www.president.az

  • DGTYB-dən Cümhuriyyət İlindən Nəsimi İlinə keçid tədbiri

    DGTYB-dən CÜMHURİYYƏT İLİNDƏN NƏSİMİ İLİNƏ KEÇİD TƏDBİRİ

    30 yanvar 2019-cu ildə Bakı Konqres Mərkəzində “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihənin yekun tədbiri keçirilib.

    Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi 3 aylıq layihə çərçivəsində indiyədək “Cümhuriyyət – anılar və anlar” adlı, 416 səhifəlik kitab nəşr edilib, habelə Cümhuriyyətin ilk paytaxtı Gəncədəki Gənclər Evində kitabın təqdimat və imza törəni keçirilib.

    Bakı Konqres Mərkəzində millət vəkilləri, alimlər, yazarlar və ictimai faəl gənclərin iştirakı ilə 30 yanvarda keçirilən tədbirdə sözügedən kitabla yanaşı, Cümhuriyyətin 100 illiyinə türk dünyasının 100 yazarının təbrikindən ibarət video-çarx da təqdim olunub.

    “Cümhuriyyət İli”ndən “Nəsimi İli”nə keçid məzmununda tərtib edilmiş tədbirdə gənc şairlər öz şeirləri ilə də çıxış edib. DGTYB-nin bu tədbiri Cümhuriyyətin lideri Məhəmməd Əmin Rəsulzadənin 135 illik yubiley günü və 2 fevral – Gənclər Günü ərəfəsində keçirilməsi ilə də anlam qazanıb.

    ***

    Bakı Konqres Mərkəzindəki tədbiri açıq elan edən DGTYB Məclis üzvü Əfsanə Ələsgərli iştirakçıları salamladıqdan sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib, ardınca dövlət himni səsləndirilib.

    DGTYB-nin Məsləhət Şurasının başqanı, şair-publisist Əkbər Qoşalı layihə çərçivəsində görülən işlərdən söz açaraq, hesabat xarakterli nitq söyləyib.

    Daha sonra söz Milli Məclisin deputatı Sona Əliyevaya verilib. Xanım deputat Cümhuriyyətin Azərbaycan tarixindəki önəmli rolu, eləcə də, geridə qoyduğumuz “Azərbaycan Xalq Cümhuriyyəti” ilində görülən çoxsaylı işlərdən bəhs edib.

    Xanım Əliyeva çıxışında həmçinin DGTYB-nin “Cümhuriyyət ili”nə töhfəsi olan “Cüm­huriyyət – anılar və anlar” kitabını da təhlil edərək, toplunu iştirakçılara, özəlliklə gənc oxuculara tövsiyyə edib.

    Azərbaycan Gənclər Fondunun şöbə müdiri Seymur Hüseynov və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov da öz çıxışlarında bir çox maraqlı məqamlara toxunub. Hər iki natiq ölkədə uğurla aparılan gənclər siyasətinin, bunun fonunda bir-birinin ardınca gələn töhfələrin Azərbaycanın bugünü və gələcəyi üçün önəmini diqqətə çatdırıblar.

    Yunus Əmrə İnstitutu Bakı Türk Mədəniyyət Mərkəzinin müdiri dos.dr. Cihan Özdəmirin çıxışı da özəlliyi ilə yadda qalıb. O, həm 100 il öncələr, həm də çağdaş zamanda Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını və dərin köklərə bağlılığını vurğulayıb.

    Daha sonra Əməkdar jurnalist Azər Həsrət, prof.dr. Əhməd Qəşəmoğlu, dos.dr. Pərvanə Məmədli və başqa natiqlər və çıxış edərək, kitab haqqında, ümumilikdə, bu böyük layihə barəsində xoş sözlərini çatdırıb.

    Tədbir daha sonra gənc şairlərin vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlərlə davam edib. Gənc aşıq Seymur Laçınlının qəhrəmanlıq havaları üstə ifaları tədbirə başqa bir rəng qatıb.

    Sonra isə layihənin icrasında fərqlənmiş gənclər və işə töhfələr vermiş ziyalılar “Fəxri fərman”larla təltif edilib.

    Tədbirin sonunda “Cümhuriyyət – anılar və anlar” kitabı müəllif Elmin Nuri tərəfindən oxucular üçün imzalanıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəklədiyi, Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) icra etdiyi “100 yaşlı Cümhuriyyət: yaradıcı gənclərin gözündə və sözündə” adlı layihə çərçivəsində gün üzü görən, gənc yazar Elmin Nurinin müəllifi olduğu “Cümhuriyyət – anılar və anlar” kitabı 5 hissədən ( –“Cümhuriyyət fədailəri – ruhla tarix yazanlar”; “Cümhuriyyət naxışları –ağ-qara rəngli hadisələr”; “Məhəmməd Əmin Rəsulzadə – anılar və anlar”; “Şərqin ilk qaranquşu–Cümhuriyyət parlamenti”; “Ədəbi Cümhuriyyət”– ) ibarətdir. Kitabda, müəllifin ayrı-ayrı portallarda işıqlanan məqalələrindən istifadə edilib. Kitabın məsləhətçisi, millət vəkili Dr. Cavanşir Feyziyev, baş redaktoru (eləcə də, layihə rəhbəri) DGTYB Məsləhət Şurasının başqanı Əkbər Qoşalı, redaktoru “Xalq qəzeti”inin əməkdaşı Əfsanə Ələsgərli, rəyçiləri: ADPU-nun rektoru, prof.dr. Cəfər Cəfərov və “Modern.az” xəbər portalının baş redaktoru Elşad Eyvazlıdır. Layihə əsnasında çəkilən video-çarxda isə qardaş ölkə və topluluqları ( –Qazaxıstan, Qırğız Respublikası, Özbəkistan, Türkiyə, Türkmənistan və Tacikistanı, Tatarıstan, Başqurdistan, Saxa (Yakutiya) və Dağıstanı, Axıska, Kırım, Batı Trakya, Bayır-Bucaq və doğma Təbrizi, eləcə də, respublikamızı) təmsil edən yeni nəsil yazarlarının ürək sözləri toplanıb.

    Mənbə: http://bizimyazi.az

  • Gənc ədəbiyyatşünas-alim Gülnar Səmanın “Sözümüz sözdür” adlı yeni kitabı işıq üzü görüb

    Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 17 dekabr 2018-ci il 15 saylı qərarı ilə AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz bürosunun rəhbəri, Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin “Gənclər mükafat”çısı, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, tanınmış gənc ədəbiyyatşünas-alim, istedadlı xanım yazar Gülnar Səmanın “Sözümüz sözdür” adlı publisistik məqalələrdən ibarət növbəti yeni kitabı 2019-cu ildə “Elm və təhsil” nəşriyyatı tərəfindən 352 səhifə həcmində, 100 torajla işıq üzü görüb. Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.

    Kitabda Elçin Əfəndiyev, Vilayət Quliyev, Aqil Abbas, Rəşad Məcid, İbrahim İlyaslı, Zəlimxan Yaqub, Fikrət Qoca, Elçin İsgəndərzadə və s. şair və yazıçıların, gənc qələm sahiblərinin kitablarına həsr edilmiş məqalələr yer alıb.

    Qeyd edək ki, kitabın üz qabığının fotoşəklinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin (AYB) və Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) üzvü, Prezident təqaüdçüsü Nofəl Ümiddir.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalı Mətbuat xidməti

  • İbrahim İLYASLI.”Gəlir”

    Ibrahim-Ilyasli1-300x2253

    BƏLLİ ƏTİR SAHİBİNİN DOĞUM GÜNÜDÜ….!!!

    Mən gözəl deyiləm…

    Sən gözəl olmaya bilməzsən, xanım,
    Sözlərindən çəmən, çöl ətri gəlir.
    Bircə yol tel açıb səsini duydum,-
    Bir ildi ovcumdan gül ətri gəlir.

    O mənəm – adına düşkün, havalı,
    Qıyğacı baxışın dindirər lalı…
    Sənin həsrətinə urcah olalı,
    Gözlərimdən Maral-Göl ətri gəlir.

    Xəyalımda əsmər bənizin durur,
    Unutmam – çalına İsrafil Suru…
    Bu qara sevdadan, gözümün nuru,
    Ibrahim qoxuyan kül ətri gəlir.

  • İradə AYTEL.”PAYIZ ÇİÇƏKLƏRİ”

    (Sevimli müəllimim Sədnik Paşa Pirsultanlının xatirəsinə…)

    Deyirdi ki, “Aytel, mən öləndə yasıma qara geyib gələrsən”. Qara geydim o gün. Bəlkə də o gün hamıdan çox ağlayan mən oldum – “Qara paltarlı qadın” – mən.

    Dərd ürəyim oyunca,
    Qurban gedim boyunca,
    Eşitsən ki ölmüşəm,
    Ağla məni doyunca.

    Ali təhsilimi başa vurduqdan sonra ilk iş yerimə tələsirdim. Etiraf edim ki, özümdən çox razı bir xanım idim. Texniki universitet bitirsəm də, ədəbiyyatı sevirdim. Oxumadığım bədii ədəbiyyat qalmamışdı (əlim çatan kitabxanalardan).Hətta bir şeir kitabım da çıxmışdı – “Sevgidən doğulan işıq”. Özümü şair hiss edir, şeirlərimin (qüsurlarla dolu şeirlərimin) qarşısında durmağa şair axtarırdım (gənclik elə bu deyilmi?).

    İlk iş yerimdə – Gəncədə yerləşən “Pirsultan nəşriyyat və poliqrafiyası”nda Sədnik Paşa Pirsultanlı məni gözləyirdi. Onu da deyim ki, ora getməyimi şair-publisist Ramız Təmkin məsləhət görmüşdü.

    Qapını döydüm, otaqdan səs gəldi: “Buyurun”. Otağın yuxarı tərəfində üzərində kitab-dəftər, qələm, kağız-kuğuz olan masanın arxasında əyləşmiş nuranı bir ağsaqqal gördüm. Bəstəboylu olduğu çox tez nəzərə çarpırdı. Salam verdim, əyləşməyə yer göstərdi və dedi:

    – Eşidirəm səni, qızım.

    Doğrusu, bu müdir-müəllimin mənə “qızım” müraciəti çox xoşuma gəldi. Dedim:

    – Mən burada işləmək istəyirəm.

    Üzündə səmimi bir təbəssüm yarandı. Sifətinə baxanda ilk nəzərə çarpan qalın, gözlərinə kölgə salan qaşlarını bir-iki dəfə yuxarı dartaraq məni diqqətlə süzdü və soruşdu:

    – Hansı sənətin sahibisən?

    – Texniki universitet bitirmişəm.

    – Qızım, axı bura ədəbiyyat adamları gəlir. Yaxşı, başqa nə iş bacarırsan?

    – Heç nə…. (susdum).

    – Bəs bura nə üçün gəlmisən?

    Doğrusu yaman tutuldum. Bir müddət susdum və dedim:

    – Şeir kitabım da var….

    – Eləmi, çox gözəl. Mənə bir-iki şeir oxuyarsanmı?

    Kitabımı çantamdan çıxardım və şeirlərimdən oxudum. Məni diqqətlə dinləyir, arada “afərin” deyirdi. Sonda qərar verdi:

    – Sabahdan gəl işə!

    Sevincimin həddi-hüdudu yox idi. Elə səhərisi folklorşünas-alim Sədnik Paşa Pirsultanlının rəhbərlik etdiyi “Pirsultan nəşriyyatı və poliqrafiyası”nda bədii redaktor vəzifəsinə təyin edildim. Elə həmin zamandan Sədnik müəllimin yaradıcılığı ilə yaxından tanış olur, Azərbaycan və dünya ədəbiyyatının incilərini onun kitabxanasından oxuyur, öyrənirdim. Onun yazılarını yazdıqca, nəşrə hazırlanan kitablarını korrektə, redaktə etdikcə məndə də folklora maraq yaranır, Türk dünyası söz tarixinə bələd olurdum.

    Sədnik Paşayevin adı ilə hansı qapını döysəydin, qapılar üzünə taybatay açılırdı. Tək Gəncəbasarda yox, bütün Türk dünyasında tanınır, sevilirdi. Fəxr edirdim onunla, öyrənirdim ondan. Sonralar bizim ailələr arasında qohumluq bağları da yarandı.

    Hər gün yeni-yeni şeirlər yazırdı. O zamanlar şeirlərinin “İlham pərisi” də mən idim…

    Mənə “qızım” deyirdi. Və altı övladından başqa mənə də olan böyük sevgisindən xəbərdar idim…

    Əzizim, ulu dağlar,
    Çeşməli, sulu dağlar,
    Burda bir igid ölüb,
    Göy kişnər, bulud ağlar.

    Elə günlər olurdu ki, gecəyarı mənə zəng edib deyirdi: “Aytel, qələm kağız götür”. Bilirdim ki, təzə şeir yazıb. Yuxulu-yuxulu kağız-qələmə qaçırdım. Və bir gün bir kitablıq şeiri ona göstərdim. Onun şeirləri idi. O şeirləri beş il ərzində bir-bir toplamışdım. Və xahiş etdim ki, bu şeirlərdən ibarət kitabın adını “Payız çiçəkləri” qoysun. Onu da deyim ki, o bir kitablıq şeirlər Sədnik müəllimə əsil sürpriz oldu. Mənim o şeirləri toplamağım, kompüterdə yığaraq kitab şəklində ona təhvil verməyim, onsuz da zərif qəlbli müəllimimi çox kövrəltdi.

    Deyirdi: “Aytel mən bir sözümlə adamı dağa qaldıra da bilərəm, dağdan endirə də”. Düz deyirdi. O istədiyi adamı yüksəldə və bir anlıq yerə vura bilirdi. Hazırcavablığı, baməzəliyi, əliaçıqlığı, qonaqpərvərliyi dillər əzbəri idi. Siyasətə qarışmazdı. Söz düşəndə deyərdi: “Padşahla padşahlıq eləmək olmaz”.

    Bir gün işlədiyim redaksiyaya (baş redaktoru olduğum “Töhfə” qəzetinin redaksiyasına) orta yaşlı bir bəylə gəldi. Sədnik müəllim salam-kalamdan sonra lap aşağıdakı stulda əyləşdi. Yanındakı adam isə salam belə vermədən keçdi başa. Him-cimlə soruşdum: “Bu kimdi ki başa keçir?” Sədnik müəllim ucadan dedi: “Fikir vermə, Aytel, müəllimdi”.

    Yay ayları idi, Gəncədə “Xan bağı”nda bir neçə gənc xanım və Paşayev istirahət edirdik. Universitetdən yaşlı bir müəllimə bizə gözünü süzdürərək istehzalı şəkildə dedi: “Ay Sədnik müəllim, yenə cavan xanımları başına yığmısan…”.Doğrusu qadının istehzalı baxışı mənim acığıma gəldi və dedim: “Ay Sədnik müəllim, o niyə elə edir? Güldü və dedi: “Aytel, eşitməmisən, xəstə yanında nar yeməzlər”.

    Bu kimi hadisələr o qədərdir ki, hətta Sədnik Paşa Pirsultanlının sözlərindən ibarət lətifələr kitabı da ışıq üzü görüb…

    Əzizim, el arasın,
    Cənnət say el arasın,
    Ölüm yaddır o kəsə,
    Ei sevsin, el arasın.

    Daim gənclərlə olurdu. Deyirdi ki, məni cavan saxlayan gənclərin arasında olmağımdı. Toy, nişan, ad günləri və s. mərasimlərdə çağrılan yerə mütləq gedərdi. Həm də ağır, sanballı, özünəlayıq şəkildə. “Ruhani” havasını çox özünəməxsus rəqs edərdi (bu, efirlərdə belə yayınlanıb).

    Dadlı yeməkləri həm bişirməyi, həm də yeməyi çox sevirdi. Bu yaxınlarda mənə zəng etdi və dedi: “Anana de, bir yaxşı xəngəl hazırlasın, yuxası çox nazik olsun haa, gəlirəm sizə”. Anam tez hazırlıq gördü. Deyəsən, müəllimim bəyənmişdi xəngəli.

    Son zamanlar yaman kövrək olmuşdu. Mənim Bakıya köçməyim onu çox üzmüşdü. Telefonda bir dəfə incik halda dedi: “Aytel, bə xəstələnmişəm, niyə buralara gəlmirsən…”

    Ölümündən bir gün əvvəl Ramiz Təmkinə zəng edib deyib ki, “sabah gejdənnən (gəncəlilər tezdənə gejdən deyir. Həmişə bu sual məni düşündürüb ki, axı tez deməlidilərsə niyə gecdən deyirlər. Sonralar uşaq ədəbiyyatının tanınan siması Aləmzər Əlizadə mənə izah etdi ki, gejdən gejədən – gecədən deməkdi. Yəni o başdan) gələrsən mənim iş yerimə Aytelin yanına gedəcəyik”. Mənə kitab verməli idi – “Pirsultan pinarı” şeirlər toplusunu. Həmişə olduğu kimi yenə də ən gözəl əsərinin sevincini mənimlə bölüşmək istəyirdi. İş yerində də deyib “Uşaqlar, Ayteli görmək istəyirəm, durun onun yanına gedək (ümumiyyətlə, Paşayev günün hansı vədəsi olur-olsun işini buraxıb ürəyi istəyən yerə gedən idi).Sonra nə qərara gəlibsə, deyib sabah gedərik (keşkə həmin gün gəlsəydi….). Səhərisi Ramiz Təmkin və idarə işçiləri onun yolunu çox gözlədilər….

    Onunla axırıncı dəfə yazıçı-şair, jurnalıst Kənan Hacı Gəncəyə gələndə görüşdük. Həmin görüşün videolenti məndə durur. O qədər həyat eşqiylə, sevgiylə danışırdı, inanmaq olmazdı ölümünə. Həm də qəfil ölümünə…

    85-ə yaxın idi kitablarının sayı, dedim: “Ay Sədnik müəllim, gələn il 85 illiyiniz olacaq, elə edin ki, kitablarınız da gələn iləcən 85 olsun”. Dedi: “Aytel, sən nə danışırsan, doxsana çatacaq”.

    Son zamanlar əli qələm tutmurdu. Məncə yazar üçün bundan ağır dərd yoxdu. Gecənin bir vədəsi, hansısa misralar yadına düşür, onu kağıza köçürəmmirsən… Deyirdi: “Yaddaşımda qalanı səhər kompüterçiyə deyirəm, köçürür. Yadımdan çıxanlar isə hayıf olur…”. Və bir də deyirdi ki: “Sinəmdə o qədər kitabların mövzusu var, cild-cild, qalaq-qalaq”. Qismət olmadı…

    Mən deyərəm ki, Sədnik Paşa Pirsultanlı kimi həyat eşqli, yorulmaz, məhsuldar ikinci bir yazar tapılmaz. Ağrıyırdı, acıyırdı, küsürdü, inciyirdi, lakin bütün bunları büruzə vermirdi.

    Son zamanlar çox kövrək olmuşdu. Söhbət əsnasında tez-tez kövrəlir, pünhanca cibindən yaylığını çıxarıb göz yaşlarını silirdi. Onun nəsrindən yazdığım tədqiqatı ilk dəfə mətbuatda görəndə mənə zəng etdi və göz yaşları ilə təşəkkürünü bildirdi. Sonra “Sədnik Paşa Pirsultanlı nəsri” kitabımı çap etdirdi, çox həvəslə. Bilirdi ki, son illərdə yazdığı şeirlərindən ibarət kitab hazırlayıram – “Payız çiçəkləri” adlı şeirlər toplusuna yazdığım araşdırma kitabını. Həm də ona görə gözləyirdi ki, o kitab Sədnik müəllimin sevimli ömür yoldaşı, dünyasını vaxtsız dəyişmiş Səfurə Pirsultanlının yoxluğundan sonra qələmə aldığı ilk məhəbbət şeirlərindən ibarət idi. O şeirlər ki, doğum tarixinə, yerinə-yurduna, əyin-başına mən yaxından bələd idim. Bəlkə də o kitab Paşayevin ömrünün on ilinin xatirə kitabi olacaqdı. Çox səbirsizliklə gözləyirdi o kitabı. Kitab demək olar hazır idi, amma tənbəllik və məsuliyyətsizliyim ucbatından müəllimim o kitabı görmədi. Və bilmirəm ki, o kitabı nəşr etdirəcəyəmmi….

    Əzizim, daşdı dağlar,
    Çınqıllı, daşdı dağlar,
    Sən yatıbsan naqafil,
    Mehmanın köçdü, dağlar!

    Folklora o qədər bağlı idi, onun gözlərindən baxaraq, onun ürəyindən su içərək, onun sözlərində süslənərək mən də özüm bilmədən folklorçu olmuşdum. Ayrı-ayrı yerlərə gedəndə ordakı yaşlı-başlı adamların dilindən çıxan hər bir kəlməni qələmə almağa çalışırdım.

    O hətta son kitabında (“Azərbaycan ağız ədəbiyyatı bayatıları”) gənc folklorşünaslara cığır da açır, bu cığırla getmək lazımdı, bu yolun başında filan sirr açılacaq deyir, hətta quş dilinin də öyrənilə biləcəyinə işarə edirdi: “Quşun lüğət xəzinəsində olan 26 sözü öyrənmək yaşlı adama çətindir. Lakin bunu cavan qarşısına qoysa məqsədinə nail olar”. Və elə həmin kitabdaca bir neçə quş sözünün açarını da oxucuya – quş dilini öyrənmək istəyənlərə ərməğan edir.

    O, öyrənməyi və öyrətməyi çox sevirdi. Bacarıqlı tələbəsinə fəxrlə baxır, “mənim yetirməmdi”, – deyirdi (yetirmələrinin çoxusu onu son evinə yola salmasa belə…). Mənə deməsə də, ayrı-ayrı adamlardan eşidirdim ki, məndən razıdır.

    Bir efirdə jurnalist mənə sual verəndə ki, ədəbiyyata necə gəldin, yardımçın oldumu, qeyri-ixtiyari dedim, yardımçım olmayıb, özüm gəlmişəm. Əslində mən uşaqlıqdan bədii ədəbiyyatı sevmişəm, oxumuşam, şeirlər yazmışam, ilk kitabım çıxıb, bütün bunlardan sonra Sədnik müəllimi tanımışam. Lakin mən onun yanında nəsrə başlamışam. Ondan bəhrələnmişəm, o mənim yardımçım olub, haqqımda yüksək fikirlər söyləyərək mənə qanad verib, müxtəlif mətbu orqanlarda imzamı tanıdıb. Və onunla çoxlu sayda deyişmələrimiz var. Hətta Paşayevin topladığı əfsanələrdən təsirlənərək yazdığım şeirlər də yaradıcılığıma daxildir.

    Bu yaxınlarda Türkiyənin Muğla bölgəsində festivalda idim (Uluslararası Aktivist Sanatçılar Birliyinin təşkilatçılığı və UASB-nin Azərbaycan təmsilçisi, rəssam Nevai Metinin dəvəti ilə). Orada Sədnik müəllimin iki kitabını Muğladan seçilmiş Millət vəkili Nurəddin Dəmirə və UASB-nin başqanı Umit Yaşar Işıkhana təqdim etdim. Təqdimatı videogörüntü ilə Paşayev də izlədi. Əlbəttə, bu, mənim müəllimimə olan sevgim idi ki, burdan ora kitablarını Görüntülərə kövrələ-kövrələ baxdı…

    Övladlarını, nəvələrini çox sevirdi. Böyük oğlu Səyyaf Paşayevin qəfil ölümü onun qəddini bükdü…

    Mən aşiqəm ov deyil,
    Çaxmaq deyil, ov deyil,
    Qolun qurusun, ovçu,
    Bu, vurmalı ov deyil…

    (bayatılar S.P.Pirsultanlının “Azərbaycan ağız ədəbiyyatı bayatıları” kitabından götürülmüşdür.)

    Deyirdi ki, “Aytel, mən öləndə yasıma qara geyib gələrsən”. Qara geydim o gün. Bəlkə də o gün hamıdan çox ağlayan mən oldum – “Qara paltarlı qadın” – mən.

    Öldüyü bir gündən hamı soruşurdu: “İradə, sən niyə sevimli müəllimin barədə yazmadın, niyə susdun?”. Amma kimsə bilmədi ki, mən susmadım. Müəllimimlə hər gün söhbət etdim, lakin qələmə yaxın dura bilmədim. Göz yaşlarım qoymadı yazmağa…

    Və mənə bir söz də deyirdi, deyirdi ki, “Aytel, mən bilirəm ki, sən məni daim xatırlayacaqsan”. İndi görürəm o yenə də haqlıymış. İstəsəm də, istəməsəm də sevimli müəllimimdən – Sədnik Paşa Pirsultanlıdan danışıram…

    Mənbə: kultur.az

  • Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Dünyanın ən sakit yeri”

    Yenə havalıydı divanə könlüm,
    nə sənə taleydi, nə mənə könlüm.
    Dünyanın ən ucqar, ən sakit yeri,
    Qolumun üstüydü səndən ötəri.

    Sən dedin beləcə daşa dönəydik,
    mən dedim daşa yox, quşa dönəydik.
    Uçaydıq, doyunca nəfəs alaydıq,
    yerə enməyəydik, göydə qalaydıq.
    Üzərrik yandırıb sən düz ataydın,
    Qolumun üstündə bir az yataydın.

    Sən dedin quş olsaq, bizi vurarlar,
    daş olsaq, dəyməzlər, dinc oturarlar.
    Mən dedim daş olsaq, görərlər bizi,
    götürüb divara hörərlər bizi.

    Yandıq bu eşq ilə, bu arzu ilə,
    bu arzuya əhsən, bu eşqə əhsən.
    Daşa dönmüşlərin içində hələ,
    daşa dönməyəni bizik deyəsən.

    hələ məhəbbətə inanan bizik,
    yanıb içimizdə gül olan bizik.
    Allah, ya daş eylə: divarda qalaq,
    ya bizi quş eylə, yanına qalxaq.

  • Kənan AYDINOĞLU.”Nəriman Həsənzadə yaradıcılığında “istedad” anlayışı”

    1902788_614529541965133_896121757_n

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus yeri var şair-dramaturq Nəriman Həsənzadənin. Keşməkeşli, əzab və əziyyət dolu şərəfli ömür yolu keçmiş yubilyar müxtəlif illədə qələmə aldığı ədəbi-bədii nümunələrdə, poeziya örnəklərində daha çox oxucunu düşündürən məsələlər ətrafında özünəməxsus bir tərzdə-şair-filolosof olaraq, fikir mübadiləsi aparmağı bacarır özü də ustalıqla-peşəkarlıqla.
    Yaradıcılığı boyu daha çox ictimaiyyət nümayəndələrini həyatı boyu düşündürməyə vadar edən əhəmiyyətli məsələlərə yönəltməyə müəssər olan geniş oxucu auditoriyasının rəğbətini qazanmış Sevimli, sevimli olduğu qədər də əziz və qayğıkeş insan, istedadlı qələm sahibi Nəriman Həsənzadə öz dəsti-xətti ilə yaşadığı dönəmdə (xüsusilə də sovet hakimiyyi illərdən bu günə qədər) həm müasirlərindən, həm də yaşıdlarından zəngin yaradıcılıq yolunu keçməsi baxımından köklü sürətdə fərqlənir.
    Bədii ədəbiyyatda həyatı əks etdirmənin hər üç növündən (istər lirik, istər epik, istərsə də dramatik) məharətlə istifadə etməklə yeni yaradıcılıq nümunələri ərsəyə gətirməyə müəssər olan müəllif oxucusu ilə daim ünsiyyətdə olmağa çalışır.Bu humanist addım, təbii ki, geniş oxucu auditoriyası tərəfindən həm müsbət qarşılanır, həm də deyiləcək dolğun söz üçün zəmin hazırlayır.
    İlk baxışda müdik-filosof təsiri bağışlayan şair Nəriman Həsənzadə hər şeydən öncə xalqın keçmişinə, bu gününə müraciət etməklə qədim və tarixi ənənələrə malik olan böyük bir xalqın-Azərbaycan xalqının şairi olduğuna görə çox xoşbəxt görünür. Şairlik özü də, əslində, Nəriman Həsənzadə üçün öncədən müəyyən edilmiş dərin fəlsəfi hikmətdir. Həyatı boyu öz fəlsəfi dünyagörüşünə sadiq qalmağı bacaran və günbəgün bu dərk olunmuş fəlsəfi hikməti inkişaf etdirməyə müəssər olan Çağdaş Azərbaycan ədəbiyyatının zənginləşməsi yönündə öz töhfəsini verən istedadlı yazarlardan biri və bəlkə də, ən birincisi elə əslində Nəriman Həsənzadədir.
    Şair anlayaşı isə məxsusi olaraq, geniş oxucu audiyoriyasının nəzərindən yayınmır. “Şairi itlərdən qoruya bilmir” şeirini deyilənlərə ən bariz nümunə kimi göstərmək olar:

    Şirin xatirədir bu acı xiffət,
    Şair taleyindən yarıya bilmir.
    Niyə sağlığında susur cəmiyyət,
    Şairi itlərdən qoruya bilmir?!

    Özü də fikir vermişəm, Sevimli Xalq şairimiz Nəriman Həsənzadənin ədəbi-bədii yaradıcılığında “istedadlı” və “istedadsız” anlayışına rast gəlinir .Dolayısı yolla müəllif müxtəlif məqamlarda hər iki anlayışı qarşılaşdırır, müsbət və mənfi cəhətlərinə aydınlıq gətirir.
    Nəsr sahəsində ən uğurlu nümunələrdən hesab olunan “Nabat xalanın çörəyi” povestinin oxucusu Lalə Rasim qızına sevgi və sayqıyla həsr etdiyi “Lalə Rasim qızına” şeirində yer alan aşağıdakı bənddə atası dəmirçi Əliməmməd kişiyə müraciətlə yazdığı bənddəki fikir öz dolğunluğu ilə diqqəti cəlb edir:
    Niyə istedadlı arxasız olur,
    Niyə istedadsız güclüdür, ata?

    Akademik Bəkir Nəbiyevə həsr etdiyi “Dünyada tərfili bir gün olmadı” şeirində öz fəlsəfəsini qətiyyətlə ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırmaqdan çəkinmir.Eyni zamanda inkişafı üçün də zəhmətə qatlaşır və sualın cavabını sanki qələm yoldaşı Bəkir Nəbiyevdən soruşub, öyrənməyə çalışır:

    Niyə istedadsız düşür qabağa,
    İstedad arxadan ona əl çalır?

    Çağdaş dönəmdə də öz zəngin yaradıcılıq yolunu uğurla davam etdirən milyonların sevimlisi, lirik şeirlərin müəllifi USTAD Nəriman Həsənzadəyə yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm!
    İnşAllah səsinizin və xoş xəbərlərinizin Ana yurdumuz AZƏRBAYCANIMIZIN əzəli və əbədi torpağı-QARABAĞDAN gəlməyi diləyi ilə

  • Kənan AYDINOĞLU.“Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti”

    1902788_614529541965133_896121757_n

    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Zaman-zaman, tarix boyu dövrün ən çətin və böyük sınaqlarından üzü ağ çıxmağı bacaran, qədim və zəngin ənənələrə malik olan Azərbaycan ədəbiyyatı çağdaş dönəmdə öz inkişaf səviyyəsinə görə, dünya ədəbiyyatı ilə atbaşı (bərabər) gedir desək, heç də yanılmarıq. Azərbaycan mədəniyyətinə, ədəbiyyatına, incəsənətinə tarixi və görkəmli şəxsiyyətlər bəxş edən qədim Naxçıvan torpağı öz humanist prinsiplərinə sadiq qalaraq, son illərdə də bu prinsipi qoruyub saxlaya bilmişdir. Məhz Azərbaycan ədəbiyyatının ideya-məzmun, sənətkarlıq baxımdan zənginləşməsi yönündə görkəmli yazıçı və dramaturq Cəlil Məmmədquluzadə, Əməkdar incəsənət xadimi, Xalq şairi Məmməd Araz, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Əməkdar jurnalist, şair Rafiq Oday kimi söz sənətkarlarının geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaları deyilənləri ədəbi fakt kimi təsdiq edir.

    Dünyanın ən ünlü alimlərinin, tədqiqatçılarının diqqət mərkəzində olan qədim və zəngin Naxçıvan torpağı yalnız arxeoloji qazıntıların və tədqiqatları ilə tarixin yaddaşına həkk olunmayıb, eyni zamanda Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncləyinin istedadlı nümayəndələrini, qələm sahiblərini respublika ərazisində dövlət əhəmiyyətli layihələr çərçivəsində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırıb.

    Çağdaş Azərbaycan ədəbiyyatının ikinci-sayca sonuncu mərhələsində Naxçıvanda doğulub, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan şəxslər içərisində yaradıcılığı geniş ictimaiyyət nümayəndələri tərəfindən ən çox müzakirə olunan yazarlardan biri məhz səmimi və lirik şeirlər müəllifi Rahilə xanım Dövrandır.

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə Rahilə Dövran çağdaş dönəmdə zəngin və geniş yaradıcılıq fəaliyyəti ilə məşğul olmaqdadır. Həmyaşıdları kimi, O da ədəbi-bədii yaradıcılığa çox erkən yaşlarından başlayıb. Ali təhsilini məhz Naxçıvan Dövlət Universitetin Filologiya fakültəsində alması, Müasir Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya qaydalarına mükəmməl yiyələnmək qabiliyyətinin daşıyıcısı və Azərbaycan ədəbiyyatının ən ünlü yazarlarının əsərləri ilə tanış olması Rahilə xanım Dövranın ədəbi-bədii ideya istiqamətinin düzgün müəyyən olunduğunu göstərən növbəti faktor kimi oxucu auditoriyası tərəfindən rəğbətlə qarşılanır. Təbii ki, zəngin yaradıcılıq fəaliyyəti ilə məşğul olan Rahilə xanım Dövranın ədəbi-bədii yaradıcılığı yüksək dəyərləndirilib. Belə ki, Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqı Rəyasət heyətinin qərarı ilə, “Qızıl qələm” media mükafatına layiq görülüb.

    Xüsusilə də, əsərlərinin müxtəlif mətbuat orqanlarda, o cümlədən çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü portallarda müntəzəm olaraq, dərc olunması tədqirəlayiqdir.

    Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin hər birinin yaradıcılığında yer alan ideya-məzmun dolğunluğu ilə fərqlənən əsərlərinin hər biri müəllifi geniş oxucu auditoriyasına məhz həmin əsərin müəllifi kimi tanıdır. Bu da psixoloji cəhətdən düzgün qəbul olunmalıdır. Təbii ki, digər yazarlar kimi, Rahilə xanım Dövran da bu baxımdan istisna deyil.

    İstedadlı yazar Rahilə xanım Dövranın yaradıcılığının ən möhtəşəm əsəri Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər, görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə alınan “Bir insan ömrünə nələr sığarmış” poeması-xronoloji ardıcıllıq və tarixi aspektdən yanaşma baxımından yeni bir mərhələnin başlanğıcını göstərən əsrarəngiz, möhtəşəm sənət əsəridir.

    Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğu bir vaxtda öz torpağına, millətinə, yurduna bağlı olan Rahilə xanım Dövran Vətənpərvər şairə illər uzunu qəlbinin dərinliyində gəzdirdiyi və saxladığı sevgini öz şair ilhamına uyğun olaraq, zəhməti bahasına gələn poeması ilə dilə gətirdi. Həmin ildə Azərbaycan türkcəsində ayrıca kitab halında nəşr etdirdi. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan poemanaya ön sözü Naxçıvan Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin deputatı, şair Asim Yadigar yazdı. Dünyanın ən ünlü siyasətçiləri arasında özünəməxsus yer tutan ümummilli lider Heydər Əliyevin müxtəlif dövrlərdə dünyanın ən ucqar nöqtələrində etdiyi çıxışları şair ilhamına uyğun olaraq, xronoloji ardıcıllıqla qələmə alıb.

    Yaradıcılığı boyu daha çox heca vəznində ədəbi-bədii nümunələr ərsəyə gətirməyə üstünlük verən və bununla da ədəbiyyatımızın zənginləşməsi yönündə öz töhfəsini verən Rahilə xanım Dövranın günü-gündən müzakirə olunmağına ehtiyac duyulan rəngarəng əsərləri respublikanın ən ünlü mətbu orqanlarında ictimaiyyət nümayəndələrinin nəzərinə, xüsusilə də yetişməkdə olan yeni nəsil Azərbaycan gəncliyinə çatdırılmalıdır.

    Ədəbiyyat tariximizdə həmişə aparıcı olan Bədii üslubun daxili imkanlarından ustalıqla yararlanan, bədii təsvir və ifadə vasitələrindən yerli-yerində istifadə edən müəllif müasir Azərbaycan ədəbi dilinin lüğət tərkibinin zənginləşməsi yönündə daha çox üstünlük təşkil edən sinonim və antonimləri işlətməyi unutmur.

    Azərbaycan şifahi xalq ədəbiyyatının bir qolunu təşkil edən Aşıq sənətinə bağlılıq Rahilə xanım Dövranın da yaradıcılığından da yan keçmir.

    Aşıq ədəbiyyatında daha çox “Məhəbbət şeiri” adı ilə səciyyələnən Qoşma şairin yaradıcılığı boyu müraciət etdiyi şeir janrları arasında özünəməxsus yer tutur. Müxtəlif mövzularda qələmə alınan qoşmalar mövzu və ideya baxımından digər əsərlər üçün də səciyyəvi olan bir sıra mühüm məqamların ortaya çıxmasına səbəb olur. Səmimiyyət lirika boyu davam edən ən öncül müsbət keyfiyyətlərdən biri kimi müəllifin qayəsini oxucunun gözləri önündə canlandırmaqla yanaşı, həm də əsərlərinin leytmotivinin yaranmasına bir növ zəmin hazırlamış olur. Beləliklə, sadalanan bu ali keyfiyyətlər, əslində, ədəbiyyatşünas alimlər və tədqiqatçılar tərəfindən Rahilə Dövran mütərəqqi ideyalar müəllifi kimi qəbul olunmalıdır.
    Sonda yaradıcılığına, şəxsiyyətinə dərin hörmət və ehtiram bəslədiyim Rahilə xanım Dövrana ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyirəm!

    Əsərlərinin hər birinə ayrı-ayrılıqda şərh verməyə ehtiyac olmadığını nəzərə alaraq, böyük məmnunluq hissi ilə deyə bilərəm ki, hansı mövzuda sənət əsərləri ərsəyə gətirməyindən asılı olmayaraq, müəllif hər bir əsərində uğur qazanır. Bu uğur isə çağdaş Azərbaycan ədəbiyyatının yeni dövründə qazanılan yeni və növbəti uğur kimi tarixə yazılmalıdır.

    İstərdik ki, böyük yaradıcılıq potensialına və gücünə malik olan Əzizimiz, Sayğıdəyər dostumuz, qayğıkeş insan, etibarlı məsləkdaş Rahilə xanım Dövranın əsərləri yalnız respublika ərazisində deyil, eyni zamanda ölkənin hüdudlarından da kənardan gəlsin.

    Necə ki, illər öncə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Rahilə Dövranın şeirləri Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Kardelen” (Bilcek şəhəri), “Usare” (Kahramanmaraş şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərdə dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə Azərbaycan türkcəsində çatdırılmışdı.

    Çün ən azı zəngin yaradıcılıq yolu keçən Rahilə xanım Dövranın buna mənəvi haqqı var.

  • Əbülfət Mədətoğlu – “60 yaşın ilk şeiri”

    İndi

    əlim çənədə,

    gözlərim pəncərədə,

    xəyalım uzaqlarda…

    səhərdən

    çıxıb getmişəm

    lap yaxşı etmişəm –

    bu şəhərdən…

    Tuğdayam

    qurşağa qədər

    qarın içində –

    dağdayam…

    istəyirəm

    qar kimi

    xışmalayam zamanı…

    saxlayam

    barmaqlarımın arasında!

    İstəyirəm qayalardan sallaşan

    buz sırasında

    yer tutmaq,

    unudulmaq

    səndən başqa

    hamını!

    Amma

    bir Allah görür

    bir də sən

    harda olduğumu

    bu qarın içində

    hıçqırıqlara boğulduğumu…

    … şəhərdə

    əslində

    dörd divardan ibarət

    dibçəkdə yaşamaq

    mövcud olmaqdı…

    Tuğda –

    qurşağa qədər

    qarın içində

    buz-daş olmaq

    yaşamaqdı, yaşamaq…

    İndi əl çənədə

    göz pəncərədə

    ad günümdə

    süfrə başında

    oturub

    geri qayıtmağımı

    gözləyir

    sakitcə uşaqlarım

    hələ də…

    Mənbə: http://www.kultur.az

  • Yunus OĞUZ.”Məni şaşıran… VƏTƏNDAŞLIQ…”

    Çay içirik. İkisi də gülür. Rusiya və Ukraynadakı mövqelərindən danışırlar. Hər ikisi də məni oralara dəvət edir. Elə belə yox…e.., yaşamağa. Hər ikisi də bilir ki, Rusiyada yeddi, Ukraynada altı il yaşamışam. Söhbətləşirik. Hər ikisi Milli Azadlıq Hərəkatının öncülərindən olub; biri nazir müavininə, digəri isə prezidentin köməkçisi vəzifəsinə qədər yüksəlib. Əvvəl elə bildim, zarafat edirlər. Sonra gördüm ki, yox, bunların zarafat edən yaşı çoxdan keçib, e.., həm də bunlar heç vaxt mənimlə zarafat etməyiblər. Çox ciddi adamlardı. Rusiya və Ukraynada hər şeyləri var, kifayət qədər imkanlıdırlar. Hərdən, hərəkat uşaqları üçün darıxanda otururlar öz təyyarələrinə (yaxud icarə etdiklərinə) gəlib bizimlə çay içib geri qayıdırlar. Çay içməyə bax … a… ?

    Hərəkatda üzdə olmasalar da öncül olublar. O zaman da heç nədən korluq çəkməyiblər, hətta bizə hər zaman yardım ediblər. Dövləti, müstəqilliyi bərpa etmək üçün özlərini ölümə veriblər. Bütün bunları gözlərimlə görmüşəm, onlarla birlikdə bu ölümləri yaşamışam.

    Zaman dəyişdi. Bu dostlar yenə içində vətən eşqi ola-ola təhsil aldıqları yerə döndülər. Onları orada sevən vardı, çünki başları kifayət qədər işləyirdi.

    Bu dəfəki gəlişlə hər ikisi məni təəccübləndirdi. Hər ikisi vətəndaşı olduqları ölkənin pasportlarını utana-utana çay dəstgahı deyilən masanın üstünə qoydular. Ürəyim gəlmədi onların sənədlərinə baxım. Bəlkə qorxdum, bəlkə də hürkdüm. Belə şeyin olduğunu ağlımın heç bir küncündə yerləşdirə bilmədiyim üçün rəngim dəyişdi. Saraldığımı, qaraldığımı, sarsıldığımı görüb güldülər. Nədir inanmırdın? – deyə soruşdular. Dedim bəylər, əfəndilər, sizinlə bu dövləti qurmaqdan ötəri nələri qurban verdik, nələrdən keçmədik? Bu müstəqil dövləti qurduq, bundan sonra çıxıb getdiniz. İndi kef içində yaşayırısınız. Biri gülərək dedi: “Bəy, incimə! Sənin şaşırmağını da başa düşürük. Sənin qaldığın evdə nə qədər çörək yediyimiz də yaddan çıxmayıb. Kimin nəyi vardı masanın üstünə qoyurduq. Sən qələm adamısan, sən nə var … e … Qələmini götürüb harada istəyirsən orada olacaqsan. Amma biz …(gülə-gülə o birisinə baxdı) … biz qələm sahibi deyilik ki? Bizim də ailəmiz var, yaşamağımız üçün şərtlər var. Biz vətəndaşlıqdan imtina etməmişik. İndi vəziyyətimiz elədir ki, başqalarına köməklik göstəririk. Həm də… (hiss etdim ki, qəhər onu boğdu, gözləri yaşardı)… başqa ölkənin vətəndaşıyıq. Çünki biz oralarda oxuduq. Diplomumuzu göstərən kimi bizə vətəndaşlıq verdilər. Sən də bundan istifadə edə bilərsən”

    Onlara nə deməli idim? Doğrusu şaşırdım. Dedim bura gəlmisiniz ki, məni də yanınıza aparasınız? Hər ikisi bir ağızdan başlarını “yox” işarəsi ilə yellədilər.

    Özümdən asılı olmayaraq sual verdim: “Bəs niyə müstəqillik uğrunda mübarizə aparırdınız?” Hər ikisi eyni anda cavab verdi, elə bil sözləşmişdilər: “Müstəqillik ayrı, aclıq ayrı!”

    Doğrusu yenə şaşırdım. Şəxsi təyyarəsi ilə Bakıya çay içməyə gəlmiş dostlarıma cavab verməyə bir söz tapmadım. Cavab vermədim, gülümsəməklə mövzunu dəyişdim. Amma, içimdə nisgilli bir sual qaldı: “O zaman bu mübarizəni aparmaq nəyə lazım idi? Başqa ölkənin VƏTƏNDAŞlığını qəbul etməyə görəmi? O zaman O VƏTƏN sənin olmayacaq? Siz necə düşünürsünüz?

    Mənbə: olaylar.az

  • İradə Aytel.”QONAQLIQ” (Hekayə)

    Yolçuluq onu yormuşdu. Zarafat deyil, gecə səhərə kimi yol gəlmişdi, həm də Qazax-Bakı qatarı ilə. Öz-özünə deyinirdi: “andıra qalsın kasıbçılığı, ağlı olan da plaskardda yol gedər? Yan-yörəndəkinin iyi-qoxu, xorultusu bir yana, üstəlik də vaqondan-vaqona keçənlərin tap-turupu, fısıltısı, xısıltısı adamı təngə gətirer”. Onu ən çox yandıran isə, yol yoldaşı Ehsan Kəpəzin yaradıcılıq “əsərləri”ni dinləmək məcburiyyətində qalması idi. Amma haqq üçünə, adamın yazdıqları şeirdən başqa nəyə bənzəsə də, kişi bütün yaradıcılığını əzbər bilirdi. Hətta bir anlıq yol yoldaşının fövqəladə yaddaş tutumuna həsəd də aparmışdı. Və içində pıçıldamışdı: “noolsun eee kişinin boyu Kəpəzin bir çınqılı qədər döyül, zato, bığları Kəpəzin ətəyində yerləşən kol-kosa meydan oxuyur. Hələ əlindəki sovetski papkanı demerəm, elə bil arxivdi, içində kim yoxdu, nə yoxdu, şeirlərini də ki elə həvəslə, ehtirasla deyir, şeirbilməzlər ağzıaçıq dinliyer şairi. Deməli, kişi yanılmıyıf Kəpəz təxəllüsünü götürəndə…”

    ….Bu dəfəki çəkilişə dəvət alanda əməllicə təəccüblənmişdi. Dövlət kanalı hara, müxalifətçi şair hara?.. Görəsən onu nə məqsədlə çağırırdılar Bakıya? Axırıncı dəfə efirə əyalət kanalında çıxmışdı. Onda da aparıcı dönə-dönə xahiş etmişdi ki, siyasi şeir söyləməsin, ümumiyyətlə siyasətdən danışmasın. Həmin vaxt içindən bir dəli söyüş də gəlmişdi dilinə. Lakin, aparıcı dostunun xatirinə elə söyüş qarışıq dilini udmuşdu. O çəkiliş ona Bayıl türməsindən də ağır gəlmişdi. Bayıla da elə şeirlərinin üstündə düşmüşdü. Əslində onu türməyə salmaqda məqsəd, onun şeirlərini buxovlamaq idi. Yenə də şeirləri ondan güclü çıxmışdı, hətta sahibinin də azadlığını qanadlarına götürüb, sağa-sola pərvaz etmişdi.

    Uzun götür-qoydan sonra bu dəfəki çəkilişə razılıq vermişdi. Həm də onu verilişə dəvət edən inandığı, güvəndiyi bir dostu idi. Təbii ki, bu dostu da xahiş etmişdi ki, mövzudan kənara çıxmasın, mərhum şair dostu ilə bağlı xatirələrini söyləsin. Ortada bir müəmmalı məsələ var idi; işin-gücün bu vədəsində, üstəlik də pul-para yox, neyləsin? Düşünüb-daşınandan sonra iki tay un almaq üçün ayırdığı 50 manatı götürüb, “Allaha pənah”, – deyərək yola çıxmışdı.

    Qatara birtəhər çatdi. Gəncəyə kimi rahat-rahat sabahkı günü planlaşdırdı. Deməli, ilk növbədə deyilən çəkilişdə olacaq, sonra uzun müddətdir sosial şəbəkədən tanıdığı, dostluq etdiyi, rəsmlərini sevə-sevə paylaşdığı rəssamla görüşəcək, sonra bir-iki istəyən-sevən dostlarla görüş və gecə yenidən qatarla evinə-eşiyinə dönəcəkdi.

    Gəncədə qatara minən, şairi görən kimi ikiəlli onunla görüşən Ehsan Kəpəz, Haciqabula qədər onun nəinki qulaqlarını, gözlərini, hətta fikirlərini də mazol eləmişdi. Dəqiq yadında deyil nə vaxt yuxuya getdiyi. Bircə onu bilirdi ki, arada böyür-başdan deyinənlər olsa da, Ehsan yenə də susmurdu. Hətta bir-iki dəfə ondan kitablarını soruşmuşdu, o isə çantasını əlləri ilə bərk-bərk tutaraq, “yox, təəssüf ki, kitablarımdan üstümdə yoxdur” – deyə, cavab vermişdi. Axı cəmi bir kitab götürmüşdü. O da rəssam dostunun adına yazılmışdı.

    Bakıya çatanda çox sevindi. Ehsan hələ yuxuda idi. Az qaldı ki, Biləcəridəcə düşsün və onun “əsərlərini” dinləmək əzabından qurtulsun. Amma deyəsən Kəpəzin də şeirə həvəsi qalmamışdı. Yuxulu idi…

    Çəkiliş başa çatandan sonra Bakıda tanıdığı ünvan olan 28 May metrosunun yanına getdi. Ən məhşur məkanda – Cabbarlının heykəlinin altında dayanaraq, üzünü görmədiyi dostuna zəng etdi:

    – Oo, şair, xoş gəlifsən! Həmişə böyük şəhərlərdə.

    Rəssamın mehriban səsi, dost qarşılamağa tələsməsi onu sevindirdi. Düşündü; “kişi noolsun şəhərdə yaşayır, burdakılardan fərqli olaraq el-oba adətini yenə saxlayır, qonaqsevərdi”. Dedi:

    – Xoş günün olsun, dərdiş, bə mən burdayam.

    – Harda şair?

    – Bu, Cəfər Cabbarlının heykəlinin yanında.

    – Ayə, ay şair, orda nə işin var, heç olmasa Səməd Vurğunun yanına gəlsən…

    Rəssam dostunun ərkli iradına o da zarafatla cavab verdi:

    – Dərdiş, Səməd Vurğunun torpağınnan gəlif heykəlinin yanına getmədim, dedim qoy Cabbarlıya da azcanaz Qazax havası vursun.

    – Ayə, daha gej döymu, o havanı o vaxt gətirməliydin eyyy, Cabbarlı “Qız qalası” poemasını yazanda.

    – Düz deyirsən, dərdiş, onda gətirsəydim “ata qızına göz tikif”, deyif də aləmə car çəkməzdi.

    – Yaxşı, şair, gəlerəm ora.

    – Gözdüyürəm…

    Aradan iyirmi dəqiqə keçməmiş, əlində qara planşet, bəstəboylu, bir az dolu, dən-dən saçları pərişan halda dağılmış bir nəfərin ona tərəf gəldiyini görüb, yaxınlaşdı.

    – Salam əleyküm. Mən Bəxtiyaram.

    Dostu sevincək əlini ona uzatdı və dedi:

    – Xoş gördük, şair, xoş gəlmisən. Şeirlərini oxumuşam, eladı ha… Bəs necə tanıdın məni?

    – Nəvlem, elə kompüterdə görmüşdüm, ordan yadımda qalıfsan. Təzə kitabımı da gətirmişəm səninçün

    – Ay çox sağ ol. Vallahi məni sevindirdin. Amma kitabı belə verməzlər, gedək bir yerdə onu tərtəmiz yuyaq sonra. – Və birdən dayandı: – Şair, bə mən Orucam…

    – Hası oruş, dərdiş?

    Dostu dərin bir qəhqəhə çəkdi və:

    – Şairsən dəəəə, həm də əsil şair. Deyirəm ki, oruc tutmuşam, amma istəyirəm bir üz-üzə oturaq… Şairin də üzündə təbəssüm oyandı. Hətta oruc tutan adama “Allah qəbul eləsin”, deməyi də unutmadı. – Amma, bu böyüklükdə şairin kitabını yumamaq elə orucu batil eləməkdi. Gəlsənə günaha batmayaq, dostu dedi.

    – Nə deyirəm dərdiş.

    Onlar qabaqlarına çıxan ilk yeraltı kafeyə yaxınlaşdılar. Kafe kiçik olsa da, sərin və sakit idi. İkilikdə söhbət etmək üçün əla bir məkan seçdiklərinə sevindilər. Üz-üzə əyləşdilər, ofisianta yemək sifariş etdikdən sonra, ordan-burdan söhbətə başladılar. Bir azdan söhbət butulkadakı şəffaf “can dərmanı”nın sayəsində daha maraqlı məcraya yönəlmişdi. Bayaqdan bəri kənd həyatından, ot biçimindən danışan şair artıq hakimiyyətin iç üzündən, ədəbiyyatda kor atı minib köndələninə çapanlardan söz açırdı. Hərdən öz əsas sənətini qoyub, ədəbiyyatı incəliyinə qədər çözən masa dostuna heyranlıqla baxsa da, “rəssamlıqda vəziyyət necədi”, deyə soruşmaq istəyir, lakin, dostu yenə də maraqlı ədəbi çözümləri ilə ona imkan vermirdi. Hətta şairin ilk kitabını əlinə alan rəssam, kitabın avtoqrafına da nəzər yetirmədən içindəki şeirlərə diqqət edir və “əhsən sənə” deməkdən yorulmurdu.

    Məclis iki saata yaxın davam etdi. Dostlar deyə-gülə kafedən çıxanda rəssamın telefonuna zəng gəldi.

    – Alo.

    – …………..

    – Sən Allah, bağışla, tamam yadımnan çıxıb.

    – ……………

    – Zəng çatmırdı?

    – ………….

    – Ola bilər. Orda yəqin ki şəbəkə tutmur.

    – …………

    – Hə yerin altındadı. Belədi dəəə, dünyanın hər yerində danışan “Azersell” Bakının göbəyində tutmur.

    – ………..

    – Gəlirəm, oldu.

    Telefon söhbətindən sonra üzünü şairə tutdu:

    – Bir vacib görüşüm var idi, telefona zəng çatmırmış… Şairə gələn zəngi eşidib: – Götür, götür, yəqin sənə də zəng çatmırmış, deyə, sözünü yarımçıq qoydu.

    – Alo… alo, səsin asta gəler, dayan.. – Şair telefonu səsgücləndiriciyə qoydu.

    – Alo, ayə, ay şair, bə belə olarmı, mən Cabbarlının heykəlinin yanında qalmışam, sənə də zəng çatmır…

    Şair qeyri-ixtiyari yanındakı adama baxdı: – Sən Metin bəy döyülsən?

    – Yooox, mən şair Bahəddin Barlıyam…

    Metin bəy hələ də telefonun o başında şairi məzəmmət edirdi. Şairi isə kitabı düşündürürdü, axı onda cəmi bir kitab var idi, onu da Metin bəyə söz vermişdi. İndi Bahəddin Barlıdan kitabı necə geri qaytarsın…

    İyul 2013

    Mənbə: http://www.kultur.az

  • İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    İsmayıl Şıxlının 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    2019-cu ilin mart ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı nasir, tanınmış ədəbiyyatşünas, pedaqoq və ictimai xadim, Xalq yazıçısı İsmayıl Qəhrəman oğlu Şıxlının anadan olmasının 100 illiyi tamam olur.

    İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik surətlərlə zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir. Sənətkarın klassik irsin ənənələrini davam etdirməklə və folklor xəzinəsindən bəhrələnməklə meydana gətirdiyi əsərlərdə dərin həyat fəlsəfəsi öz dolğun ifadəsini tapmışdır. Üslubun mükəmməlliyi, bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı İsmayıl Şıxlı nəsrinə xas olan səciyyəvi cəhətlərdir. Taleyüklü məsələlərə münasibətdə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, müasir Azərbaycan ədəbiyyatının inkişafı naminə təqdirəlayiq xidmətlər göstərmiş Xalq yazıçısı İsmayıl Şıxlının anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

    1. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 28 yanvar 2019-cu il.

    Mənbə: http://www.president.az

  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 may tarixli 167 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Nizamnaməsi”nin 5.3-cü bəndinə uyğun olaraq qərara alıram:

    1. Aşağıdakı şəxslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının üzvləri təyin edilsinlər:

    Abdullayev Kamal Mehdi oğlu
    Əbdüləziz bin Osman əl-Tüveycri
    Əliyeva Leyla İlham qızı
    Əlizadə Akif Ağamehdi oğlu
    Əlizadə Firəngiz Əliağa qızı
    Koiçiro Matsuuro
    Nəcəfov Etibar Əli oğlu
    Salahov Tahir Teymur oğlu
    Şarovski Aleksandr Yakovleviç
    Zabelin Mixail Yuryeviç.

    2. “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurası üzvlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 19 noyabr tarixli 877 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, №11, maddə 1479) ləğv edilsin.

    İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti
    Bakı şəhəri, 8 noyabr 2018-ci il.

    Mənbə: http://www.president.az

  • Nofəl Ümidi doğum günü münasibətilə təbrik edirik! (26 yanvar 1985-ci il)

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Nofəl Ümid, Sizi Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Prezident təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! İnşAllah!

    Mətbuat xidməti

  • Şair İbrahim İlyaslı “Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb

    Ibrahim-Ilyasli1-300x2253

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Sumqayıt bürosunun rəhbəri, şair İbrahim İlyaslı ədəbiyyat sahəsindəki fəaliyyətinə görə “Şahmar Ələkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatı”na layiq görülüb.
    Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslı Ümumtürk mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə “Mahmud Kaşqari Medalı”na layiq görülmüşdü.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Qazaxda Akif Səmədin 60 illik yubileyinə həsr edilən “Ölüm nəmənədir” adlı sənədli filmin təqdimatı olub

    24 yanvar 2019-cu tarixində “Arb Aran” media şirkətinin “Aranfilm” yaradıcılıq mərkəzi tərəfindən istehsal edilmiş, Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü Akif Səmədin 60 illik yubileyinə həsr edilən “Ölüm nəmənədir” adlı sənədli filmin təqdimatı olub.

    Qazax şəhərindəki Ədəbiyyat Muzeyində keçirilən təqdimat mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, aparatın məsul işçiləri, “Arb Aran” media şirkətinin direktoru İqbal Məmmədəliyev, “ARB Kəpəz” televiziyasının baş direktoru Fuad Cabbarov, filmin ssenari müəllifi və rejissoru Yeganə Əbdülrəhmanova, prodüseri Nicat Məmmədov, bədii rəhbəri Tahir Tahiroviç, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi Nəvai Mətin, şairin yaxın qohumları dostları, qonaqlar, təhsil, səhiyyə, mədəniyyət işçiləri, AYB Qazax zona filialının üzvləri, şairlər və KİV nümayəndələri iştirak ediblər.

    Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov təqdimat mərasimini giriş sözü ilə açaraq respublikamızda dövlət başçısı tərəfindən ədəbiyyat sahəsinə, şeiriyyətə, sözə verilən yüksək qiymətdən danışıb. Rayon rəhbəri bildirib ki, Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Ölkə Prezidentinin 11 yanvar 2019-cu il tarixli Sərəncamı bu diqqət və qayğını bir daha nümayiş etdirdi. Həmin Sərəncam Azərbaycanda sözə qiymət verib ucaldan insanlara, şairlərə hər zaman qayğı ilə yanaşılmalı olduğunu bir daha təsdiqlədi.

    İcra başçısı qeyd edib ki, bütün dünyada tarixi şəxsiyyətləri, xalq şairləri, yazıçıları, aşıq, ozan sənətinin nəhəngləri ilə tanınan Qazaxda sözə verilən qiymət, göstərilən hörmət hər zaman yüksək səviyyədə olub. Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən diqqət və qayğı göstərdiyim sahələrdən biri də məhz mədəniyyət, xüsusilə də ədəbiyyat sahəsidir. Rayonda tarixi şəxsiyyətlərin, şairlərin, yazıçıların, saz-söz adamlarının doğum və anım günlərinin keçirilməsi, tarixi günlərin yüksək səviyyədə qeyd olunması, bu cür film təqdimatlarının təşkil olunması bunun bariz nümunəsidir.

    Rayon rəhbəri Akif Səməd yaradıcılığından söz açaraq bildirib ki, onun qısa, lakin mənalı ömür yoluna nəzər salan zaman bir daha əmin oldum ki, Qazax torpağı doğrudan da Azərbaycan ədəbiyyatına saysız-hesabsız şairlər, elm adamları bəxş edib. O, insan 45 illik ömür yolunda özünü xalqına, ona dəyər verən insanlara sevdirə bilib. O, insan dövlət başçısı tərəfindən qiymətləndirilən şəxsiyyət olub. Gənc yaşında istər xalq, istər dövlət tərəfindən sevilən insanlar isə cismən ölsə də, onlar daim qəlblərdə yaşayırlar. Bu gün tam əminliklə deyə bilərik ki, illər keçsə belə qısa ömür yaşamış bu şəxsiyyəti gələcək nəsillər, onu tanıyanlar, hətta, tanımayanlar belə hər zaman xatırlayacaqlar.

    Tədbirin aparıcısı, AYB Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək qeyd edib ki, bu gün biz şairlər fəxr və qürur hissi keçiririk ki, ulu öndər Heydər Əliyevin ədəbiyyatımıza, şairlərə olan yüksək qayğısı onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz ölkə başçısının yenicə qədəm qoyduğumuz ili “Nəsimi ili” elan etməsi poeziyaya verilən qiymətin əyani təzahürüdür.
    Şairin ömür yoluna nəzər salan şair qeyd edib ki, Akif Səməd (Məmmədov Akif Səməd oğlu) 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra 1976-1982-ci illərdə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır. “Gənc müəllim” qəzeti və “Mərhəmət” jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdir. “Qiblə yelləri”, “Uzaqlardan gəlirik” “Adəmdən”, “Özümə yol” kitabları nəşr olunmuşdur. Akif Səməd 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır. O, qeyd edib ki, Qazax torpağının yetirməsi olan Akif Səməd qısa bir ömür yaşasa da öz dəst-xətti ilə seçilməyi, ən əsası da könüllərdə taxt qurmağı bacardı.

    Sonra şairin həyat və yaradıcılığından bəhs edən filmin nümayişi olub. Akif Səməd yaradıcılığına bir daha nəzər salınıb. Yaxınlarının, doğmalarının, dostlarının xatirələrini əks etdirən filmdə Akif Səməd sənənitinin böyüklüyü, dərinliyi bir daha göstərilib. Şairin insani keyfiyyətləri, ədəbiyyatımıza bəxş etdiyi saysız-hesabsız şeirləri geniş oxucu kütləsinə çatdırılıb. Ssenari müəllifi və rejissoru Yeganə Əbdülrəhmanovanın, operatoru Rafiq Əliyevin, prodüseri Nicat Məmmədovun, bədii rəhbəri Tahir Tahiroviçin və baş prodüsseri İqbal Məmmədəliyevin olduğu “Ölüm nəmənədir” adlı sənədli film iştirakçılar tərəfindən alqışlarla qarşılanıb və yüksək qiymətləndirilib.

    “Arb Aran” media şirkətinin direktoru İqbal Məmmədəliyev çıxış edərək filmin necə ərsəyə gəlməsindən söz açıb. Qeyd edib ki, filmin çəkiməsində əsas məqsədimiz Akif Səməd şəxsiyyətini, onun həyat və yaradıcılığını gənc şairlərə, yazarlara, eləcə də geniş oxucu kütləsinə çatdırmaq idi. Bütün səy və bacarıqlarımızı göstərməklə Akif Səməd sənətinin böyüklüyünü nümayiş etdirmək idi. Bu gün şairlər yurdu olan Qazaxda ilk təqdimat mərasiminin belə yüksək səviyyədə, xüsusilə də Ədəbiyyat Muzeyində təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Filmin çəkilişi zamanı əməyi keçən insanlara təşəkkürlərini çatdırıb.

    Şairin dostlarından AYB Qazax zona filialında ədəbi məsləhətçi Mustafa Rasimoğlu, Ağstafada fəaliyyət göstərən Hüseyn Arif adına ədəbi məclisin rəhbəri Saqif Qaratorpaq, Uluslararası Aktivist Sanatçılar Birliyinin Azərbaycan təmsilçisi Nəvai Mətin, AYB-nin üzvləri Mübariz Qaragözlü, Məzahir Yaqub və şairə-publisist İradə Aytel çıxış edərək Akif Səmədlə bağlı xatirələrini bölüşüblər. Qeyd ediblər ki, Akif Səməd öz dilinə, milli, mənəvi dəyərlərinə sahib çıxmağı bacaran, sözü, şeiriyyəti daim yüksək qiymətləndirən bir insan olmaqla yanaşı, həm də Azərbaycan ədəbiyyatında dərin iz qoyaraq əbədiyyətə qovuşan bir şairdir. Bu gün onun əsərləri, poeziya sənətimizə bəxş etdiyi şeirləri gələcək nəsillər üçün bir örnəkdir. İllər ötsə belə Akif Səməd yaradıcılığı hər zaman öyrəniləcəkdir. Çıxış edənlər film haqqında fikirlərini bölüşərək ərsəyə gətirilən “Ölüm nəmənədir” adlı sənədli filmin Akif Səməd yaradıcılığının öyrənilməsində böyük əhəmiyyət daşıyacağını bildirərək yüksək qiymətləndiriblər.

    Sonda şairin bacısı Rəfiqə Məmmədova çıxış edərək qeyd edib ki, bu gün Akif Səmədin bacısı olaraq fəxr və qürur hissi duyuram ki, o, tez bir vaxtda bizi tərk etsə də, öz adını ədəbiyyatımıza yazdıra bildi. Akif Səməd imzasını tanıda bildi. Bu gün Akif Səmədin ölməz ruhu şaddır ki, dostları, yaradıcılığına qiymət verən insanlar onu unutmurlar. Akif Səməd bizim qəlbimizdə əbədi olaraq yaşayır. Bugünkü təqdimat mərasiminin belə yüksək səviyyədə təşkil olunması, Akif Səməd yaradıcılığına, şəxsiyyətinə verilən dəyər bunu bir daha sübut etdi. R.Məmmədova çıxışında təqdimat mərasiminin təşkilinə və şəxsən iştirakına görə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova ailəsi adından sonsuz təşəkkürlərini çatdırıb. Qardaşının əziz xatirəsini yad edib, film ərsəyə gətirdiklərinə görə əməyi keçən insanlara minnətdarlığını bildirib..

    Mənbə: http://www.kultur.az

  • Sumqayıt Poeziya Evində şair-publsist Ehtiram İlhamın 50 illiyinə həsr olunmuş tədbir keçiriləcək

    26 yanvar 2019-cu il tarixində saat 12:00-da Sumqayıt Poeziya Evində şair-publisist Ehtiram İlhamın 50 illiyinə həsr olunmuş tədbir keçiriləcək. Tədbirdə müəllifin yeni nəşr olunmuş “Çox yaşadım” adlı kitabı da təqdim olunacaq.
    Kütləvi informasiya nümayəndələrinin, ictimaiyyət nümayəndələrinin, mədəniyyət, ədəbiyyat, incəsənət xadimlərinin, müəllifin yazar dostlarının da iştirakı gözlənilir.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Heydər Əliyev Parkı, Poeziya Evi.

  • KARDELEN DERGİSİ’NİN 99. SAYISI ÇIKTI…

    Çeyrek asrı aşkın bir zamandır sadece “fikrin değerini bilenlere…” istinat eden Kardelen dergisinin Ocak-Mart 2019 tarihli 99. sayısı çıktı.
    Dergi yeni sayısında; “Allah’ın güzel isimleri (Esma-ül Hüsnâ)” konusunu ele alıyor. Kapakta okuyucuya; “Allah’a inandım de ve dosdoğru yürü” hadisiyle sesleniyor.
    “Tek” başlıklı yazısında; “Tek” olma üstünlüğüne, ululuğuna, yüceliğine sahip olanın sadece Allah olduğunu belirten Ali ERDAL “Allah, benzeri olma ihtimali dahi olmayan, bir ikincisi olmamış ve olamayacak “tek”… “O’nun (benzeri olmak şöyle dursun) benzeri gibisi (dahi) yokdur.” diyor.
    Dergi editörü; sayıların en kemallisi 99.sayıya geldiklerini belirterek, “Hamurunu üçlerin, yedilerin, kırkların yoğurduğu bir cemiyetin can suyunu verip büyüttüğü Kardelen’de, sayıların sırtına yüklediğimiz mânâlarda hata etmediğimizi görüyor ve şükrediyoruz, bugün.” diyor. Site editörü de yazısında doksan dokuzun bereketi ile dergide güzel yazıların ortaya çıktığından bahsediyor.
    Bu sayıda yazarımız Yavuz SERT’in Yalova Üniversitesi İslâmî İlimler Fakültesi Öğretim Üyesi Doç. Dr. Ebubekir SİFİL ile gerçekleştirdiği Esmâ-ül Hüsnâ temelinde Allah tasavvurumuz ve Ehl-i Sünnet itikadımızın konuşulduğu röportaj da okuyucularını bekliyor.
    Üstad Necip Fazıl’ın “İman ve İslam Atlası” adlı eserinin ‘Tevhid” ve “İsim” bölümleri ile başlayan dergide her zaman olduğu gibi fikir yazılarına, şiirlere ve hikâyelere de yer veriliyor.
    Derginin 99.sayısında yer alan yazılardan bazıları şöyle:
    “TEK” – Ali Erdal
    Veliler Ordusundan – Kadir Bayrak
    Malcolm Bir Kere “Allah” Derse – Sinan Ayhan
    “O” – Mustafa Kınıkoğlu
    Deliller – Muhsin Hamdi Alkış
    Esmâ-ül Hüsnâ – Ahmet Mahir Pekşen
    Dergi ile ilgili detaylı bilgilere www.kardelendergisi.com adlı internet sitesinden veya kardelen@kardelendergisi.com adlı e-posta adresinden ulaşılabilir.

    http://kardelendergisi.com/yaziarsiv.php?arsivsayi=99

  • Şair-publsist Rafiq Odayın şeirləri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri, şair-publsist Rafiq Oday “Gözəl, nə gözəl”, “Keşik çəkir” şeirləri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 99-cu sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan öncə də şairə-publisist Rafiq Odayın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Kardelen” (Bilcek şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Şair İbrahim İlyaslının şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Mahmud Kaşqari Medalı” laureatı, Əli Kərim adına Sumqayıt şəhər Poeziya Klubunun sədri, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, şair İbrahim İlyaslının “Məni bu qələmdən qoru, İlâhi” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” aylıq şeir dərgisinin 99-cu sayında Azərbaycan türkcəsində sayında dərc olunub.
    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahtamanmaraş şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərinə göndərilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc xanım yazar İlahə İmanovanın şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Baş redaktorunun I müavini, istedadlı gənc xanım yazar İlahə İmanovanın “Qısqanıram” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 99. sayısınnda dərc olunub.
    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvaz, Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğludur.
    Qeyd edək ki, bundan öncə şair İbrahim İlyaslının bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən “Kümbet” (Tokat şəhəri), “Usare” (Kahtamanmaraş şəhəri), “Hece Taşları” (Kahramanmaraş şəhəri) mədəniyyət və ədəbiyyatyönümlü dərgilərinə göndərilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Gənc yazar Kənan Aydınoğlunun şeiri “Kardelen” dərgisində çap olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü Kənan Aydınoğlu “Yoxdan var eyləmisən bu dünyanı sən, Allah!” şeiri Anadolu türkcəsində Qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” dergisinin yeni 99. sayısınnda dərc olunub.
    “Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin təbliği” layihəsinin layihəsinin rəhbəri, müəllifi, koordinatoru Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilcisi Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
    Qeyd edək ki, bundan öncə gənc yazar Kənan Aydınoğlunun bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində “Kümbet”, “Usare”, ”Yeni Edebiyat Yaprağı”, “Kardelen”, “Hece Taşları” dərgilərində dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti