Qədər məhkumuyam
Sən olan şəhəri tərk edirəm mən,
Keçdiyim yollardan keçərsən mənsiz.
Səndən uzaqlara tək gedirəm mən,
O, görüş yerinə gələrsən mənsiz.
Soruşma kimsədən, soruşma məni,
Heç vaxt axtarmağa çalışma məni,
Sevgimiz xətrinə bağışla məni ,
Birtəhər yaşayıb, dözərsən mənsiz.
Qədərin, taleyin məhkumuyam mən,
Sevdalı bir ömrün xəzanıyam mən,
Səni sevən gündən yaralıyam mən,
Xəyalda rəsmimi çəkərsən mənsiz.
Özün də bilirsən, məcbur gedirəm,
Ağlayıb, sızlayıb, solub gedirəm,
Son kərə bir məktub yazıb gedirəm,
Zamanla unudub, gülərsən mənsiz.
Xəstəyəm, dərdimin əlacı yoxdur,
Ömrümə az qalıb, ilacı yoxdur,
Sönübdür günəşim, şöləsı yoxdur,
Bir gün, bir özgəni sevərsən mənsiz.
Məktubda yazmışam, hər şeyi bir-bir,
Siqaret yandırıb, sən oxu bir-bir,
Bilirəm, gözyaşın axacaq bir-bir,
Zamanla alışıb, dözərsən mənsiz.
Mən orda, sən burda ölərsən mənsiz.
Ürək
Qəmli baxışlarla dənizə baxdım,
Susqunluq içində bir sən…bir ürək.
Xəyallar dalınca şəfəqə daldım,
Sevgidən yorulan bir sən…bir ürək.
Əsmə külək ! Yaralama birdə sən,
Kimsəsiz adaya sürgündü ürək.
Dəniz çoşub belə ləpələnmə sən,
Heykələ dönübdür köksümdə ürək.
Üzumə göz yaşı, süzülüb axır,
Özümdən xəbərsiz sevirmiş ürək,
Gözlərim hərdənbir gözünə baxır,
Gözlərdən uzaqda bir sən…bir ürək.
İstədim ki, gəlim, öpüm yanağdan,
Sakitcə sarılsın sənə bu ürək.
Ağlayıbda öpüm dodaqlarından,
Sevgidən yorulan bir sən…bir ürək.
Hec zaman ölməsin bir sən, bir ürək !