Sənsiz elə darıxmışam,
Ey sevgilim, gəl hardasan?.
Məni üzən dərdlərimi,
Gəl mənimlə böl, hardasan?.
Sənsiz ömrüm talanıbdı,
Yanar oda qalanıbdı.
Dərdə, qəmə calanıbdı,
Məni qəmnən al, hardasan?.
Sənnən ayrı günüm qara,
Gəl sinəmə vurma yara.
Aşiqini çəkmə dara,
Gəl yanımda qal, hardasan?.
Həsrətinlə çox yanmışam,
Yollarına boylanmışam.
Sənsiz səssiz dayanmışam,
Dilim olub lal, hardasan?.
Soyuqluğun dağdı mənə,
Yaman həsrət qaldım sənə.
Qurban olum ağ sinənə,
Ver ləbindən bal, hardasan?.
Yanaq püsdə, dodağı bal,
Bir busə ver könlümü al.
Mən Naildə qalmadı hal.
Gəlmədi vüsal hardasan”?