AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü
Uçurumdu uçurum…
Uçurumdu uçurum…
Hikkə geyinən gözlər…
uçuram, hey… Uçuram…
Buludlanıbdı sözlər…
İndicə, bax, indicə…
bir leysan başlayacaq…
İncə-incə, çox incə…
bir hava çalınacaq…
Dərə-dərə, ocaq-ocaq,
Sevda haraylanacaq…
Göy qurşağı çıxacaq…
adı “şeir” olacaq…