Nə ləyaqət, nə həqiqət gördüm mən!
Dünyada insanlar çəkir tək cəfa,
Yalana aldanır insanlar nədən?!
Bu dünyada nə sədaqət, nə vəfa,
Nə ləyaqət, nə həqiqət gördüm mən!
Dünyada insanlar çəkir tək cəfa,
Yalana aldanır insanlar nədən?!
Əsl həqiqəti dananlar bir vaxt,
Indi olmuşdurlar kreslo sahibi
İndi tək onların xeyrinədir vaxt,
Çünki hey döyürlər köhnə qalibi!
Var idi əvvəllər tərbiyə, hörmət
Var idi insanda dosta sədaqət
Var idi o zaman haqqla ədalət
Indi bəs onları haradan tapım?!
Sanma ki, bu gün sən öndəsən deyə,
Sabah səni sayacaqlar yenə də
Axşam çıxarılsan sən iş yerindən
Sabahkı halını bu gündən düşün!
Xəyanət bürüyüb indi hər yeri
Alınıb – satılır bütün dəyərlər
Səni aldatmaqda davam edənlər
Əzəldən düşünər mənafe, cibi!
Atanda sən səhv addımını
O anda yenə də daşa basıldın
Bilmədən addımın heç məramını
Səni qınayanlar dərhal tapıldı!
Heç kimdən yardım əlini güdmə,
Sonra qoy dalınca çox gülməsinlər
Sonradan onlara sən sual vermə
Niyə səni onlar təhqir edirlər?
Yazıq olma, bu əsrdə ey insan
Vardır hər meşədə bir ac canavar
Sorma, niyə azğınlaşır cəmiyyət?
Sualın sən bil ki, cavabsız qalar!
Unutma, bir daha öz keçmişini,
Gələcək üzdüsə, yenə üzəcək
Halına yananlar çox görünsə də,
Onlara inanma, rola giriblər!
Dərd olarsa, sənin dostun, həmdəmin,
Əl atsan bir badə şəraba yenə
İnan ki, bununla qaytarmayacan
Nə vaxtsa yaşamış insanlığını!
Qəm qəmin dalınca gəlir dünyaya
Sevinci məhv edən ilk addımıyla
Nə tale, nə qismət gülər sabaha
Ümidsiz açılan qaranlığıyla!
Üz – üzdən utanardı bir zaman,
Pislik edən az olurdu nədənsə?!
İndi isə nə utanan üz vardır,
Nə də ki, yaxşılıq edən insanlar!
Pulun var?! – açıqdır üzünə bütün qapılar
Almaqda – satmaqda vicdan yox olar,
Cibində pulların az səs salsalar
Sanma ki, kiməsə lazım olarsan!