Əli dolu, kölnü boş,
Gəlib çıxıbdır vağzala.
Qucağında körpəsi var,
Çiynində kiçik çantası,
Baxışları üzgün üzgün,
Hərdən də gizlədir üzün.
Yorğun-yorğun,
Solğun-solğun,
Ağarıbdır gül bənizi.
Gözünə baxdım,
Elə bil,
İçində var qəm dənizi.
Qucağında körpə uşaq,
Ağladıqca hey ağlayır.
Bəlkə elə anasına,
getmə, deyir,
Məni uzaq etmə, deyir.
Körpəsini sakit edib,
Ümidini kəsir ana,
Gözləyir gələn qatarı,
Hara tələsir ana?
Gah tələsir,
Gah deyinir,
Külək olub əsir…əsir,
Hər neyləyir,
Təkcə onu bilirəmki,
Çıxıb gedir.
Gözləyir gələn qatarı,
Burdan uzaq gedir ana.
Axı niyə?…
İndi durub kimsəsiz, nədən?
Hansı dinsiz öz evindən,
Körpəsiylə qovub onu?
Körpəsinin beşiyini boş qoyubdur.
Ev-eşiksiz qoyub onu.
Qaytarırlar xoşbəxliyi, gələn yerdə,
Düşünmürlər, anlamırlar.
Öldürürlər ümidləri,
Gültək açıb, bitən yerdə.
O ümid də, xoşbəxtlik də,
O anadır, o uşaqdır.
İndi isti ocağından.
gedir ana,
Neçə belə qadın olub,
Olub ana,
Burdan gedib.
Vağzalıyla gələn gəlin,
Ana olub, çıxıb gedib,
Burdan, bu vağzaldan gedib.
Bu ana da onlar kimi,
Gözləyir gələn qatarı.
İsitdiyi ocağını,
Soyudub tərk edir ana.
Gör nə qədər anaları,
Gör nə qədər sevənləri,
Aparıbdı gələn qatar.
Haralarda düşürdübdür?
Apardıqların, bəlkə…
Yarı yolda düşürdübdür.
Gedən deyib, məni apar.
Yarımçıq bir arzusutək.
Aparmayıb zalım qatar.
Yolda gedən insanları,
Yollarda qoyubdu qatar.
Sən ey ana. bir an gözlə…
Tələsmə gedən qatara.
Qoy bu qatar gəlib getsin.
Yenə gözlə.
Bəlkə qatar əvəzinə,
Səni qovan insan gələcək,
Qytaracaq səni geri,
Ürəyinə vicdan gələcək.
Budur, gəlir qatar.
Dayann…, minmə…!
Mən minmədimki…
Bir anda geri boylanıb,
Qucağında aglayan,
Körpəsiylə baxdı ana.
Gözləmədi, minib getdi,
Axx…! məni də
Dərd oduna yaxdı ana.
Uzaqlaşdı gedən qatar,
Sonda gördüm,
Qaça-qaça, bura gələn,
Vağzala gecikən insanı.
Gələn qatardan gec gəlib,
Özü kimi, öz vicdanı.
Vağzalı üstə həsrərin,
Burda qoyub getdi ana,
Gələn gecikdi,
O tələsdi,
Tələsdi gedən qatara.
Axı dedim, – tələsmə,
Tələsmə gedən qatara.