Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Sənə ox vurdular yaraladilar
Ağına xətt çəkib qaraladılar.
Səni hissə-hissə araladilar
Küçələri qanla dolan vətənim
Yağılara əsir olan vətənim.
Xocalı deyəndə dilim qabarır
Şuşam məni lap keçmişə aparır.
Dağın qəribsəyib xəyala dalır
Gözləri yollarda qalan vətənim
Yağılara əsir olan vətənim.
Qarabağ qarabəxt diyarım mənim
Qışa donub yazım, baharım mənim.
A cənnətməkanım, vüqarım mənim.
Düşmən etdi səni talan vətənim.
Yağılara əsir olan vətənim.
Dağıdıb sökdüler yurdu-yuvanı,
Qara duman kəsdi təmiz havanı
Düşmən sənə ağır tutdu divanı
Bizi dərdə-qəmə salan vətənim
Yağılara əsir olan vətənim.
Yollarını kəsib tələ qurdular
Qartal tək başının üstə durdular.
Bizə şər atdılar, Ləkə vurdular
Çiçəyi budağda solan vətənim.
Yağılara əsir olan vətənim.
Zeynəbin qələmi feqan eyleyir
Yazıb kəlmə-kəlmə üsyan eyləyir.
Düşmən səndə bu gün döran eyləyir
Mən yaza bilmirəm yalan vətənim.
Yağılara əsir olan vətənim.