NƏ QALDI
Ömrüm dəniz oldu,günlərim dalğa,
Hey çırpıldım sahildə qayalara,
Pərvanə tək çox dolandım çırağa.
Bu dövran qarşıma nələr çıxartdı,
Hər ötən günlərdə ömrümü satdı.
Qartal oldum,yaralandım dağlarda,
Məni imtahana çəkdi həyatda,
Çatmadı hayıma övlad,uşaqda.
Ötən günlərimdə acı xəyaldı,
Arzu-ümüdlərim dəryada batdı.
Vətən həsrətindən xəstə düşmüşəm,
Bu dünyanın namərdini görmüşəm.
Çoxlarından acı söz götürmüşəm.
Gəncliyimi tufan hara apardı?
Qocalmışam,qohum,qardaşda yaddı.
Ürək necə dözsün bu ağır dərdə?
Sanki bir qatardı gedir ömürdə,
Vətənsiz qalmışam doğma elimdə,
Batan günəşimdə niyə çıxmadı?
Zülmət qılınc çəkib bağrımı yardı.
El oğlu şairəm adım Vidadi,
Gedən durnalarda geri dönmədi,
Bilmirəm,bu dünya axı kimindi?!
Hər saray əhlinə bir kəfən qaldı,
Deyərdim bu dünya boş xanimandı.
Bakı 06-12-2015
MƏNİM TURAN BALAM,SƏN EY QARTALIM!
(Oğlum Turana atasından.)
Böyü,ərənlərə qoşul ay balam!
Mənim Turan balam,sən ey qartalım!
Vətənsizəm,olubdu dünyam haram,
Qalx ayağa!Sənsən ümüd çırağım,
Mənim Turan balam,sən ey qartalım!
Qalx Mirova,qalx dağların başına,
Qarabağın qara bəxt torpağına,
Sarıl vətənimin sən bayrağına.
İtən ümüdləri sənlə qaytarım,
Mənim Turan balam,sən ey qartalım!
Şığı dağ başından düşmən üstünə,
Kül üfür,o namərd daşnaq gözünə,
Dönsün didərginlər doğma evinə.
Mənimdə evimdə yansın çırağım,
Mənim Turan balam,sən ey qartalım!
Elimin rəmzi ol,oyat yatanı,
Sevindir ay oğul,qoca atanı.
Caynağınla böl sən,torpaq satanı.
Sənə Elşən desin elim,elatım
Mənim Turan balam,sən ey qartalım!
Vidadiyəm,sənə qalıb ümüdüm,
Vətən bayrağını əlində görüm,
Kinli baxışlardan qurtarsın üzüm.
Qalx ayağa!Sənsən ümüd çırağım,
Mənim Turan balam,sən ey qartalım!
Bakı 06-12-2015 saat 08-00