481071_494837197235003_1096770744_n(3)

MƏN SƏNİ SEVMİŞDİM,SƏN SEVİLMƏDİN

Sevgi dolu bir dünyaya düşmüşdüm.
Mən səni sevmişdim,sən sevilmədin.
Gülüstanda camalını görmüşdüm.
Olmuşdum bülbülün,sən ki,bilmədin.
Mən səni sevmişdim,sən sevilmədin.

Yuxusuz gecələr oldu qonağım.
Sönmədi sübhətək yanan çırağım.
Düşünürdüm sən olarsan həyatım.
Gecələr röyama tez-tez gəlirdin.
Mən səni sevmişdim,sən sevilmədin.

Bəyənmədin,ya bəyəndin bilmədim.
Havada boş qaldı mənim əllərim.
Hər yerdə gəzsədə səni gözlərim.
Gözümün yaşını gəlib silmədin.
Mən səni sevmişdim,sən sevilmədin.

Bahar gəldi ləçəyini açmadın.
Düymə oldun,dönüb mənə baxmadın.
Bu sevgimi ürəyinə salmadın.
Axı bu sevgimə cavab vermədin .
Mən səni sevmişdim,sən sevilmədin.

Səadətəm,qəlb evimi bağladım.
Səni ürəyimdə gizli saxladım.
Ancaq ömür boyu,sevgimlə yandım.
Olmuşdum bülbülün,sən ki,bilmədin.
Mən səni sevmişdim,sən sevilmədin.

Bakı 27-11-2014 saat 07-21

ÜRƏK DEYİR SEVMƏ DAHA

Göz yaşına döndü sevgim.
Ürək deyir sevmə daha.
Yaralıdı sevən qəlbim.
Ürək deyir sevmə daha.

Qartal oldum,qanad çaldım.
Bulaq üstə məskən saldım.
Yarım getdi,tənha qaldım.
Ürək deyir sevmə daha.

Gülzar oldum gülşənimdə.
Dəyanətli öz əhdimdə.
Oxumadı bülbülümdə.
Ürək deyir sevmə daha.

Qan ağladı,könül dünyam.
Qanda sızdı dərdli yaram.
Vətənimdən aralıyam.
Ürək deyir sevmə daha.

Səadətin gülməz üzü.
Bilməm, yara çatar sözü?.
Uzaqları gəzdi gözü.
Ürək deyir sevmə daha.

Bakı 05-11-2014 saat 10-40