UNUTMAQMI İSTƏYİRSƏN?
Gözüm qaldı bu yollarda.
Görünürsən röyalarda.
Xəbər vermir durnalarda.
Gözləyirəm,sən gəlmirsən.
Unutmaqmı istəyirsən?
İlk eşqimin duyğuları.
Bu ömrümün ilk baharı.
Sənlə olan xəyalları.
Yuxulara gətirirsən.
Unutmaqmı istəyirsən?
Səni sevdim gülzarımda.
Cəh-cəh vurdun baharımda.
Mən burdayam,sən uzaqda.
Bəlkə gəlmək istəmirsən?
Unutmaqmı istəyirsən?
Həsrətlidi sevən qəlbim.
Dərd üstünə gəlir dərdim.
Yarım deyib səni sevdim.
Nələr çəkdim,bilmədin sən.
Unutmaqmı istəyirsən?
Səadətin sənsən yarı.
Bir namə yaz,alım barı.
Unudarmı,sevən yarı?
Sevdiyinə heç gəlmirsən.
Unutmaqmı istəyirsən?
Bakı 05-11-2014 saat 10-53
YENƏ SƏNSİZ QALMIŞAM
Həsrət çəkib qılıncın.
Yenə sənsiz qalmışam.
Bilsən,tənhadı yarın.
Xəyallara dalmışam.
Yenə sənsiz qalmışam.
Alnımda öpüş izin.
Gözlərimdə gözlərin.
Çatmır mənə əllərin.
Həsrətdən saralmışam,
Yenə sənsiz qalmışam.
Gözüm qalıb yollarda.
Tənhayam tək otaqda.
Gözüm qalıb tavanda.
Sənli gün axtarmışam.
Yenə sənsiz qalmışam.
Sənsən varlığım mənim.
Ay sevincim,kədərim.
İndi söylə neyləyim.
Qızılgüldüm, solmuşam.
Yenə sənsiz qalmışam.
Yetir mənə özünü.
Öpüm ala gözünü.
Səadətin sözünü.
Eşitmirsən,dolmuşam.
Yenə sənsiz qalmışam.
Bakı 06-11-2014 saat 10-00