BİLMİR…

Gözlər nə cür buluddu?
yağıb boşala bilmir,
bu,nə cürə həyatdı?
yaxşı çox qala bilmir.

Səma açmaz qapısın,
ki,insan göyə qalxsın,
gərək ölüm aparsın,
könül bacara bilmir?

Yoldaş oldum naşıyla,
öyündü daş-qaşıyla,
vaxtın ağır daşıyla
yüngül-bacara bilmir.

Gəldi gənclik yazıynan,
qismət yazan yazıynan,
o çiçəyin nazıynan
bu gül bacara bilmir.

Bəxt açmasa qapısn,
yol nə cürə tapılsın?
ümid əlini atsın
hansı açara bilmir.

Gülüm,get ayrı dolan,
kimə gərəkdir solan?
sevgidə nakam olan
tapsın nə çara bilmir…

BİLMİRİK…

Özümüz bəlayıq öz başımıza,
xeyli başağrısız qala bilmirik,
uyub dostumuza,sirdaşımıza-
tapıb özümüzün ola bilmirik,

Saçımda “ağlarla”-“qara” qarışdı,
nizamlar pozuldu,sıra qarışdı,
“it gəldi”,”qurt getdi”–ara qarışdı;
hələ də düşməyi yola bilmirik,

Kimi dindirirsən-“Qarabağ”-deyir,
kimi-“ver”,kimisi-“qaytaraq”-deyir,
millət zülüm gördü,dəllallar xeyir;
vermişik,indi də ala bilmirik!

Olub əlbə-yaxa “şər” ilə “xeyir”,
torpaq-“imdad”-deyib içini yeyir,
Ruslar göz ağardır,Türklər-“Gəl!”-deyir;
qalmışıq,üz tutaq hara?!- bilmirik…