
Nə olar gül özünə məni əgər yar eləsə,
gənc ikən- qocalmadan ömrü bəxtiyar eləsə,
ya duyub sevdiyimi, qəlbinin hökmüylə edib,
yada ki, heyran olub
qeyri-ixtiyar eləsə?
Nə olar gözlərini- gözlərimə zilləyəyərək,
dərdimi ya bilərək, yada bunu bilməyərək,
bircə an rəhm eləyib göylər üzündən enərək
dərdimnən öldüyünü yer üzünə car eləsə?
Nə olar çəxri-fələk dönsə yönü mən tərəfə,
yönəlsə illərimi taleim gülən tərəfə,
döndərsə yar yolunu bizlərə gələn tərəfə-
Xəbislər gözlərini bu ülfətə kor eləsə?
Nə olar, Vahid ƏZİZ, yar görsə qəlbin çəkəni,
görə bilsən ömrünün Dərgahda rəsmin çəkıni?
Nə olar ki, röyada gördüyüm
xoş günlərimi,
qismətim rəhmə gəlib
bir gün aşikar eləsə?