
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin mətbu orqanı “Xalq qəzeti”nin bugünkü sayında görkəmli sənətkar Aşıq Hüseyn Saraclının 110 illik yubileyi münasibətilə Azərbaycan Yazıçılar və Jurnalislər Birliklərinin üzvü, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlunun “Borçalı aşıq məktəbinin ünlü sənətkarı” adlı məqaləsi işıq üzü görüb.
Xatırladaq ki, “Ozan dünyası” jurnalının baş redaktoru Musa Nəbioğlunun Azərbaycan Aşıq ədəbiyyatının görkəmli nümayəndələri ilə bağlı olaraq silsilə məqalaləri dövri mətbuatda dərc olunur.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.