
Cismimiz torpağa gedir-
dincəlməkdir ömrün sonu,
Dünya da Vətən kimidir,
atıb-getmək ollmur onu,
Yaşayırıq, yaradırıq,
tapır, satırıq, alırıq,
sonunda borclu qalırıq-
canla qaytarırıq onu,
Yetişsək də başa-boya,
ömr etmərik doya-doya,
bu həyatda hər şey xülya,
hamısı Şeytan oyunu,
Amma, Dünya da Vətəndi,
tərk eləmək olmur onu…