Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 3241 - 3300 of 12. 710 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Yazıçı Eyvaz ZEYNALOV.”Oğru”

Post Views: 57 Məktəb üzrə keçirilən idman yarışlarında ayağımı bərk zədələmişdim. Qapanıb qalmışdım evdə. Yamanca darıxırdım. Baş qatan bir məşğuliyyət vardısa, o da televizora baxmaqdı. Kanallardan biri ermənilərin pis, murdar xasiyyətləri haqqında veriliş hazırlamışdı. Studiyadakılar növbə ilə onların əcaib-qəraib yaltaqlığından, ikiüzlülüyündən, yalançılığından, satqınlığından danışır, oğru olduqlarını isə daha artıq qabardırdılar. Oğurluq qeyri-insani, həm də baş …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Sabir ƏHMƏDLİ.”Dərs”

Post Views: 254 Məktəbin direktoru çıxışda, pilləkən başında dayanıb gözünü darvazaya dikmişdi. Siniflər boşdu, yaxın evlərdən beş-on şagird gəlmişdi, onlar da eləcə dəhlizdə, həyətdə girlənib harasa itdilər. İçəridə bir neçə müəllim vardı, budur, ikisi də gəldi. Rəng ruhları qaçmışdı. Orası aydındır, niyə. Hər iki müəllim üst qapıdan gəldi. On-on beş dəqiqə qabaq orada, Şərifzadə küçəsinin …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Qılman İLKİN.”İntiqam”

Post Views: 1. 621 Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərəyaxın kəsildi. Xəzəngül elə bil birdən-birə gurultulu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs saldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı? – fikirləşdi, …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mirzə İBRAHİMOV.”Azad” (Hekayə)

Post Views: 106 Azad mənim uşaqlıq və gənclik yoldaşım idi… Bir həyətdə doğulmuş, bir həyətdə böyüyüb məktəbə getmişik… Gəncliyimizin də böyük bir qismini bir yerdə keçirmişik. Biz bir evin uşağı kimi tərbiyə almış və bir-birimizə doğma qardaşdan artıq ünsiyyət bağlamışdıq… İkimiz də bir-birimizin xasiyyətini çox gözəl bilirdik. Onun sakit və lal-dinməzliyi mənim nəzərimdə təbii bir şey …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Mehdi HÜSEYN.”Odlu qılınc”(Hekayə)

Post Views: 182 Günəş doğdu. Hava işıqlandıqca Girdman qalası aydın görünməyə başlayırdı. Uzaqlarda gümüş kəmər kimi parıldayan Kür çayı uzanıb gedirdi. Göz işlədikcə uzanan düzlər yaşıllıq içində üzürdü. Burada qədim babalarımızın əli ilə yaranmış gözəl bir Azərbaycan şəhəri yerləşmişdi.Girdman qalasının qoca keşikçisi arabir dayanıb ətrafı dinləyirdi. Birdən o, bağırtı və qılınc səslərinə diksinib, diqqətini topladı. …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı İsa HÜSYEYNOV (MUĞANNA).”Zəhər”

Post Views: 1. 042 Meşədə qəribə bir sükut vardı. Nə bir quş ötürdü, nə bir yarpaq tərpənirdi. Meşəbəyi Mirqasım yəhərdə çəpəki oturub, papağının dalını qaldırıb mahnı oxuyurdu. Ancaq bu dəfə kefdən oxumurdu. Bu dəfə meşəbəyinin sözləri nə qədər oynaqdısa, səsi bir o qədər qəmli idi. Kədərli demək olmaz. Çünki bu altmış yaşlı, pəhləvan cüssəli adam məhz …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı İsmayıl ŞIXLI.”Namərd gülləsi”

Post Views: 302 Niftalı koxa atın örüşünü dəyişəndə bir istədi yəhəri-yüyəni də alsın, əvvəllərdə olduğu kimi, arxın suyu ilə belinin tərini yusun, amma fikrini dəyişdi. Atı elə yəhərli-yüyənli örüklədi, həm də örüyü bir az da yaxına, arxın alt tərəfinə çəkdi. Bilirdi:hava isti idi, at qan-tər içindəydi, amma əlacı yox idi. O, əvvəllər atını hara gəldi …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı İlyas ƏFƏNDİYEV. “Şəhərdən gələn ovçu”

Post Views: 216 (ixtisarla) Ovçu Piri oylağa çatanda dan yerindən soyuq külək əsirdi. Düzənliyə çökən boz duman tərpənib, qərbə doğru çəkilməyə başladı. Üfüqdən uzanmış şüalar altında parlayan körpə payız otları üşüyürmüş kimi titrəşirdilər. Ovçu Piri lap ayağının ucuna qalxıb, yaxındakı şehli yovşan koluna qonan çobanaldadan quşundan gözünü çəkib, başını qaldırdı. Bu zaman aralanmaqda olan duman …

Azərbaycan ədəbiyyatı

Professor Mir Cəlal PAŞAYEV.”Bahar”

Post Views: 642 (“Bir gəncin manifesti” əsərindən) Kənddən ayrılandan sonra Bahar başıaşağı, fikirli yeriyərək hara getdiyini bilmirdi. Yolun uzaqlığını hiss etmədən bir də gözünü açıb özünü vağzalda gördü. Bir tüfəngli adam, döyükən kənd uşağını görüb yanına çağırdı. Qəssab dükanında atasının yanında işləməyi təklif elədi:-Paltarın, çörəyin bizdən, özün də erkək ətinin pitisindən yeyib cana gələrsən… Razısanmı? …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Bayram BAYRAMOV .”İki bala”

Post Views: 297 Atam uzun illər meşəbəyi olmuşdu. Babam da bu peşədə çalışmışdı. Gözümü açıb ucsuz-bucaqsız meşə görmüşdüm. Meşədə oynamış, qoyun-quzu otarmışdım. Onun içindən keçən yol məni məktəbə aparmışdı. Hər dəfə fürsət düşəndə meşəyə yollanmış, dostlaşdığım ağaclarla dərdləşmişdim… Sonralar yaşa dolub kəndimizdən uzaq düşəndə də ən çox darıxdığım, həsrətini çəkdiyim elə bu meşələr olmuşdu. Nənəm …

Azərbaycan ədəbiyyatı

Xalq yazıçısı Ənvər MƏMMƏDXANLI.”Qızıl qönçələr”

Post Views: 563 Qoca Firuz gün batanda evə qayıdır. Gün olur ki, bazarda işi çox olur, başı aşağı bütün günü işləyir, yük daşıyır. Bəzi günlər isə o, böyük anbarlar yanında işsiz dayanır, onu yük daşımağa çağıracaq bir səs gözləyir. Belə günlərdə o, ağzına qədər dolu anbarların yanında boş-bikar oturub qalır, kürəyini divara söykəyib mürgüləyir. Axır …

Azərbaycan Prezidenti

Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 63 Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci ilin may ayında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, tanınmış maarifçi və ictimai xadim Əhməd Cavadın (Cavad Məhəmmədəli oğlu Axundzadənin) anadan olmasının 130 illiyi tamam olur. Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna …

Publisistika

Ədalət RƏSULOVA.”Didərgin şairin Vətən nisgili”

Post Views: 65 Sovet təhlükəsizlik orqanlarının təqibindən qurtulmaq üçün Azərbaycandan didərgin düşən, özünün və ailəsinin başına faciələr gələn, dəfələrlə ölümlə pəncələşən, vətən həsrəti ilə çırpınan Almas İldırımın həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatı poeziyasında  özünəməxsus  yeri  olmuşdur.      Almas İldırım 1907-ci ildə Bakının Çəmbərəkənd deyilən dağlıq hissəsində doğulmuşdur. Atası Əbdülməhəmməd və anası Nisə xanım əslən …

Publisistika

Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Təki sağlıq olsun!”

Post Views: 76 Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki,  Ələddin müəllimdir, Ələddin Borçalı!  Sizi tanımamaq olarmı, – dedim, …

"Yeni nəşrlər"

Rahid Uluselin kitabı bir neçə ölkədən sonra Almaniyada çap olunub

Post Views: 49 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasının üzvü, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin iki kitabı Azərbaycanda və Almaniyada çap edilib. “Qanun” nəşriyyatının buraxdığı “Çağlar. Düşünərliyin Zaman Qatları”na Rahid Uluselin məhz poeziya və fəlsəfənin vəhdətindən yoğrulan ayrıcları – …

Mədəniyyət

Ədəbiyyat İnstitutunun əməkdaşları Şuşaya səfər ediblər

Post Views: 50 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər. AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İsa Həbibbəylinin təşəbbüsü ilə həyata keçirilən səfərin əsas məqsədi 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan ordusunun qazandığı şanlı zəfər nəticəsində işğaldan azad edilən doğma Şuşa …

"Yeni nəşrlər"

TAİM-dən yeni nəşr:”Metodika və Pedaqogika” kitabı artıq satışda

Post Views: 216 Yeni proqram əsasında Kurikulum vəsaiti artıq satışda!Vəsait MİQ və Sertifikasiya imtahanı üçün metodika ve pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivəsi sənədi əsasında hazırlanmışdır. Vəsait müəllim, tələbə, metodist, təhsil işçiləri və valideynlərə tövsiyə olunur. İşıq üzü görən vəsaitdə bütün yeni və əlavə olunmuş mövzular öz əksini tapıb. Yeni proqram əsasında hazırlanmış vəsait: …

"Yeni nəşrlər"

Gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq

Post Views: 96 Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəzdində fəaliyyət göstərən “Gənc Ədiblər Məktəbi-3″ün müdavimi, istedadlı gənc xanım yazar Zərifə İslamın “Ən gözəl şeir” adlı ilk şeirlər kitabı nəşr olunacaq. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyevadır. …

"Yeni nəşrlər"

“Gəncliyin sözü” kitabı nəşr olundu-DGTYB-dən yeni kitab

Post Views: 57 Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi “Yeni nəsil yazarların təbliği və oxu mədəniyyətinin təşviqi” layihəsi çərçivəsində yeni nəsil yazarların müxtəlif janrlarda olan yaradıcılıq nümunələrindən ibarət “Gəncliyin səsi” adlı kitab nəşr olunub.  Birinci cildində 55 nəfər yazarın qələm örnəkləri toplanmış kitabın gələcəkdə növbəti …

"Yeni nəşrlər"

Şair, yazıçı, jurnalist Kərim Kərimlinin “Onun adı Şuşadır!” kitabı işıq üzü görüb

Post Views: 57 Şair, yazıçı, jurnalist Kərim Kərimlinin “Onun adı Şuşadır!” kitabı işıq üzü görüb. Ölkəmizdə və xaricdə daha çox şair kimi tanınsa da, bu kitabda qələmə aldığı və təqdim edəcəyi “100 həyat hekayəsi” silsiləsindən 12 hekayə yer alıb. Doğrudur, onu 13 kitabdan 10-u nəsr olan yazıçı kimi də tanıyırsınız, lakin bu kitab digərlərindən fərqli …

Ana səhifə

Qəmər SÖZAY.”Ümidsiz”

Post Views: 69 Nə vaxtdır ki,ümidsiz,gümansızam sabaha,Arzuların canına məndən əsər qalmayıb.Allahın ümidinə yaşayıram hələ də,Bu kor qalmış bəxtimin gözləri açılmayıb. Hey cəm olur sinəmdə çarpazlaşır dərdlərim,Hicran hələ zövq alır həsrətinin dadından.Xəyalının kölgəsi kəsir başım üstünü,Ümidsizəm ümidsiz o sevdiyin qadından. O sevdiyin qadının kədər qırıb belini,O yuxa ürəyi də Çin Səddinə bürünüb.O sevdiyin qadının buraxandan əlini,İşıqlı …

"Kümbet" dergisi

KÜMBET DERGİSİ 17. YILINDA 57. SAYISI İLE YAYINDA

Post Views: 99 EDİTÖRDEN Değerli kültür-sanat dostları; 2022 yılında 57. sayımızla sizlerle birlikteyiz. 1999 yılından itibaren sizlerin büyük ilgi ve desteğiyle bugünlere ulaşan KÜMBET Dergisini, Kültür ve Turizm Bakanlığı bu yıl da Süreli Yayınlar aboneliğine kabul etmiştir. Bu sayımızda derginin kapağında da görüldüğü gibi Nevruz Dosyalarına ağırlık verdik. Çünkü Nevruz Türk dünyasında en önemli kutlamalardan …

"Kümbet" dergisi

KONGRE İLANI

Post Views: 84 Tokat Şairler ve Yazarlar Derneği’nin olağan kongresi 17 Nisan 2022 Pazar günü, saat: 16.00’da Tokat Bey Sokağı’nda bulunan Osman Paşa Konağı’nda yapılacaktır. Çoğunluk sağlanamadığı takdirde aynı yer ve saatte 24 Nisan Pazar günü gerçekleştirilecektir.  GÜNDEM: 1. Açılış ve yoklama 2. Divan kurulunun teşekkülü 3. 2021-2022 yıllarına ait Yönetim Kurulu Faaliyet Raporunun okunması …

"Kümbet" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa NƏBİOĞLUnun məqaləsi “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 57 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu “Elə Türkün ruhuyam” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve …

"Kümbet" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Ədəbiyyatşünas Ədalət Rəsulovanın məqaləsi “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 72 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, ədəbiyyatşünas  Ədalət xanım Rəsulovanın “Yusif Vəzir Çəmənzəminlinin hekayələrində mənfiliklərin ifşası” adlı məqaləsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı …

"Kümbet" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycanlı yazıçı Tural Sahabın hekayəsi “Kümbet” dərgisində işıq üzü görüb

Post Views: 62 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, istedadlı yazıçısı Tural Sahabın “İnsanıstan” adlı hekayəsi Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 57 …

Azərbaycan Prezidenti

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Post Views: 55 Hörmətli həmvətənlər! Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı və səadət arzulayıram. Azərbaycan torpağında qədim köklərə malik Novruz bayramı xalqımızın mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Ulu əcdadımızın zəngin daxili aləminin və nikbin dünyagörüşünün dolğun təcəssümü olan bu el bayramı yüzillərdən bəri varlığımızın ən dərin qatlarına nüfuz etmiş, milli …

Mədəniyyət

21 Mart-Novruz bayramıdı!

Post Views: 43 Novruz bayramı (Tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, türk. Nevruz, krımtat. Navrez.) – Qədim türk və fars mənşəli xalqlara məxsus bayram. Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox …

Mədəniyyət

22 Mart-Xalq yazıçısı İsmayıl Şıxlının doğum günüdü

Post Views: 49 İsmayıl Qəhrəman oğlu Şıxlınski (İsmayıl Şıxlı) (22 mart 1919, İkinci Şıxlı, Gəncə quberniyası – 26 iyul 1995, Bakı) — azərbaycanlı nasir, ədəbiyyatşünas, publisist, yazıçı, pedaqoq, ssenarist, 1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1984), Azərbaycan SSR komsomolu mükafatı laureatı (1976), filologiya elmləri namizədi (1954), Azərbaycan Respublikası Ali Sovetinin deputatı (1986, 1990), Azərbaycan Yazıçılar İttifaqının sədri (1986–1987), Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri (1991), M.F.Axundov adına …

Mədəniyyət

22 Mart-Xalq yazıçısı Mehdi Hüseynin doğum günüdü

Post Views: 39 Mehdi Əli oğlu Hüseynov (4 (17) aprel 1909, İkinci Şıxlı, Qazax qəzası – 10 mart 1965[1], Bakı[1]) — Azərbaycan yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri (1958–1965), nasir, dramaturq, tənqidçi, 1943-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR xalq yazıçısı (1964), “Stalin” mükafatı laureatı (1950), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin birinci katibi, SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958–1965), 1941-cı ildən Sov.İKP üzvü. Mündəricat Həyatı[redaktə | mənbəni redaktə et] Mehdi Əli oğlu Hüseynov 22 mart 1909-cu …

Mədəniyyət

21 Mart-Xalq şairi Səməd Vurğunun doğum günüdü

Post Views: 39 Səməd Vurğun (doğum adı) Səməd Yusif oğlu Vəkilov; 21 mart 1906, Yuxarı Salahlı, Qazax qəzası – 27 may 1956, Bakı) — Azərbaycan şairi, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, tənqidçi, Azərbaycanın ilk xalq şairi (1956), 2 dəfə “Stalin” mükafatı laureatı (1941, 1942) və 2 dəfə “Lenin” ordeni laureatı, Azərbaycan Yazıçılar İttifaqının sədri (1941–1948), Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycanın Xarici Ölkələrlə Mədəni əlaqə Cəmiyyətinin sədri, Azərbaycan SSR EA-nın akademiki (1945) və vitse-prezidenti (1954–1956). Azərbaycan Elmlər …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Yaman darıxıram dostlar üçün mən!”

Post Views: 41 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. Ey Tanrı, dörd divar qılıncmı çəkir?!Yaman darıxıram dostlar üçün mən!Könlümün qübarı-nisgilim mənim,Yaman darıxıram dostlar üçün mən! Hər günüm-bir şeir, hər sözüm-kitab,Həsrət çəkməyin də özü bir-əzab,Yazılar əməllər: günah və savab,Yaman darıxıram dostlar üçün mən! Qızıl payızda mən xəzəl görmüşəm,Segah üstə-muğam, …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib 

Post Views: 84 Sumqayıtda tanınmış şair, əməkdar jurnalist Rafiq Odayla görüş keçirilib  Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə M.Ə.Rəsulzadə adına kitabxana filialda Azərbaycan ədəbiyyatında özünəməxsus dəsti-xətti olan istedadlı şair, AJB Sumqayıt şəhər təşkilatının sədri, “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru, respublikanın Əməkdar jurnalisti Rafiq Odayın “Ağrıların simfoniyası” adlı şeirlər kitabının təqdimatı keçirilmişdir. …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Şair-publsist Rafiq ODAY.”AD GÜNÜ VAR BÖYÜK ŞAİR”

Post Views: 61 Dəyərli dostumuz Sabir Yusifoğlunun ad gününə təbrik əvəzi İki qəlb birləşdimi?! –Sonunda ad günü var.Gah sevinc, gah da kədərdonunda ad günü var. O, baxan gözəlin də,Qisməti öz əlində.Hər günün əzəlində,sonunda ad günü var. Dövrəsini fövr alın,Deməyin nə tövr, – alın!Unutmayın, fevralınonunda ad günü var. Qumral quzunu kəsin,Kim yemir, qoy yeməsin.Keçirmirəm deməsin, –Qanunda …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Şair-publsist Rafiq ODAY.”KEŞİK ÇƏKİR”

Post Views: 61 Qucaq açdi gülə sinəm,Bəlkə bir az gülə sinəm.Gözlərimin giləsinəBir damla yaş keşik çəkir. Həyadan yana tər sinə,Üz qızara, tər isinə.Yaxşı ki, deyil tərsinə, –Ayağa baş keşik çəkir. Üzdü xəyanət canımı,Yurda əmanət canımı.Namərd kəsdirib yanımı,Əlində daş keşik çəkir. Alsa ruhunu dərd ələ,Budur ən böyük dərd elə,Olub bir sürü dərd ilə,Bağrım badaş, keşik çəkir. …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Şair-publsist Rafiq ODAY.”ONDAN İRƏLİ” (TƏCNİS)

Post Views: 68 (Təcnis) Mənim ağ günümün qarası narda,Ağın kölgəsində qara sınar da.Axtarsan üzünün qarasın arda, –Görərsən namus var ondan irəli. Sevdinsə, nəfsini gözlə, mələyim,Dilim söz tutmasa, gözlə mələyim.Düzgün ələməsə gözləm ələyim*, –Doqquz özün salar ondan irəli. Üzünə açıqdı yol ər KANında, – Sal sinəm üstündən yol, ərk anında. Kim dürüst olarsa yol-ərkanında, – O, …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Şair-publsist Rafiq ODAY.”BAŞDAŞI DAŞLAR”

Post Views: 61 Başların dəlilik havası bitməz,Daşların kəntöyü, yavası bitməz,Boş başla bərk daşın davası bitməz,Daş başı daşlayar, baş daşı daşlar. Dan üzü ağlasan, qürub ağlasan,Yalandan min dəstgah qurub ağlasan,Məzarın başında durub ağlasan,Qayıdıb adamı başdaşı daşlar. Ataya, anaya toy tutan adam,Özünü məzluma tay tutan adam,Saxta vay-şivəndən bir utan, adam,Çiynində ağıllı baş daşı, daşlar… Sənə də pay …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Şair-publsist Rafiq ODAY.”BƏŞƏRİYYƏTİN ƏN BÖYÜK MÖCÜZƏSİ”

Post Views: 56 Bayramınız mübarək, əziz və dəyərli xanımlar, dostlar, doğmalar. Hər birinizə sağlam can, problemsiz ömür-gün, sevinc və səadət dolu illər arzulayıram. Xilas edər bəşəriyyətiən qorxunc bəlalardan,Dünyanı ən böyükmüsibətlərə sürüklər.Alovu bir anda ram edər,Yanar odu körüklər.Sevincindən ənginliklərgöy qurşağına dönüşər,Qəzəbindən iki qara bulud,İki qara qoça dönübbir-biri ilə döyüşər.Güləndə düzü-dünya,çiçək açar,Ağlayanda yer üzüNuhun tufanına dönər,Hərdən sevgisi …

Azərbaycan ədəbiyyatı

Bənövşə MAHMUDQIZI.” Getmək “

Post Views: 50 Mən səndən getdim…Elə səndən də getdim…Bir, iki, üç…Nə deyim vallah, az getməmişəm.Az üzməmişəm.Az üzülməmişəm…Hə, sevmişəm.Səni başqa biri gələnə qədər,səni də digəri gələnə qədər…Nə gözləyirdin?Təksən mi?Müqəddəssən mi?Yox, əzizim, yox!Bu dünyada əvəzedilməz kimsə yox!Bilirsən, qəribə olan nədir?Səndən sonra gələn əsl sevgidir.Yəni mən belə sanmışdım…Hə, aldanmışdım…Heç vaxt aldanmayan mən…Sındırdım bu sehri…Bilirsənmi necə?Dünyada çox yaxşı aktyorlar …

Azərbaycan ədəbiyyatı

Bənövşə MAHMUDQIZI.”Öldürməyin, Öldürməyim!”

Post Views: 44 Mənə qırılmaq deməyin.Həyat davam etdikcə,Zaman axıb getdikcə,Mən də davam edirəm.Yəni axıb gedirəm…Sevmək də, sevilmək dəƏlbəttə ki, haqqımdır.Di gəl ki, təkliyiməMən elə öyrəşmişəm…Qorxuram ki, tək ikənXoşbəxt olduğum qədərCüt ikən ola bilmərəm birdən.Mənə qırılmaq deməyin,Sanki qarğış edirsiz.Paramparça adamınGöz yaşı yağışlarıDərgaha çatmayanhayqırışlarıEşidirsənmi?Arzularım var mənim!Hanı bəs ümidlərim?Ruhum yorğun,Canım xəstəŞeir yaz, mahnı bəstəNə xeyri var?Dünya mənə gəlirsə …

Azərbaycan Prezidenti

Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 63 Fikrət Əmirovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci ilin noyabr ayında görkəmli bəstəkar, tanınmış ictimai xadim, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, Azərbaycan Respublikası Elmlər Akademiyasının müxbir üzvü Fikrət Məşədi Cəmil oğlu Əmirovun anadan olmasının 100 ili …

Azərbaycan Prezidenti

Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 52 Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2022-ci ildə Azərbaycan bədii fikrinin görkəmli siması Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Qarabağ xanlığının sonuncu varisi Xan qızı Natəvan mənbəyini doğma təbiətin gözəlliklərindən alan ədəbi yaradıcılığını xalqa məhəbbət nümunəsinə çevrilən xeyriyyəçilik fəaliyyəti ilə ahəngdar şəkildə uzlaşdırmış, yaşadığı Şuşa …

"Hece Taşları" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycanlı şair-publisist Rafiq Odayın şeiri “Hece Taşları” dərgisində dərc olunub

Post Views: 54 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Düşür” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət …

"Hece Taşları" dergisi AJB Sumqayıt şəhər təşkilatı

Azərbaycanlı şairə Şəfa Vəliyevanın şeiri “Hece Taşları” dərgisində dərc olunub

Post Views: 60 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının sabiq Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevanın Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece …

Mədəniyyət

Kənan Aydınoğlunun şeiri “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb

Post Views: 90 Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii topluda işıq üzü görüb.Müxtəlif yaş qrupuna məxsus şair və yazıçıların əsərlərinin yer aldığı topluda Azərbaycan Yazıçılar Birliyinin üzvü Kənan Aydınoğlunun da “ALLAHın dərgahında Şəhidin öz yeri var!”, “Qarabağ AZƏRBAYCANDIR!”, “Qarabağ bayatıları” şeirləri yer alıb.Qeyd edək ki, …

Publisistika

2020-2021-ci illərdə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış – Gülnar SƏMA

Post Views: 91 10.03.2022 11:47 | 1638 dəfə oxunub AA+A-Digər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2015 və 2016-cı illərdə “Bölgələrdə ədəbi həyat”ı Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov “Bölgələrdə ədəbi həyatın daha bir davamı” (2017) və “Bölgələrdə ədəbi həyat – 2018” …