Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Ağrıların somfoniyası” adlı kitabı işıq üzü görüb.

Kitabın redaktoru tanınmış şair, ədəbiyyatşünas, filologiya üzrə fəlsəfə doktoru Xanəli Kərimlidir. Kitaba müəllifin son illərdə qələmə aldığı ədəbi-bədii nümunələri, peoziya örnəkləri daxil edilib.

Qeyd edək ki, bundan öncə şair-publisist Rafiq Odayın”Bir yol başlamışam”, “Gecələr içimə göyüzü yağar”, “Ömür gedir öz köçündə”, “Qarabağ şikəstəsi”, “Əlli min də qayğısı var əllimin”, “Ədəbi-tənqidi məqalələr, “Şərur folkloru”, “Həyatın yaşama düsturu”, “Qərib ruhların nəğməsi”, “Tanrının yerdəki mələyi” kitabları oxucuların ixtiyarına verilmişdir.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi