Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Mərkəzi Kitabxanasında “Bu sevgiyə ölüm gəldi” kitabının təqdimatı keçirilib

\

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Abşeron rayon Mərkəzi Kitabxanasında AYB-nin üzvü şairə Şəfəq Sahiblinin “Bu sevgiyə ölüm gəldi” kitabının təqdimatı keçirilib.
Tədbirdə MKS-nin direktoru Məlahət Abdullayeva Şəfəq Sahiblinin yaradıcılığı haqqında ətraflı məlumat verib.
Yazıçı Seyran Səxavət, Türkiyəli qonaqlar (ASKEBF) Savaş Unal, Yahya Azəroğlu, şair-bəstəkar Hüseyn Sözlü, şairlərdən Aləmzər Sadıqqızı, Fərqanə Mehdi, Arzu Nehrəmli, Rəna Mərzili, Xaliq Laçınlı, Balayar Sadiq, Aybəniz Qafarlı, Telli Sənəm, Qabil Ədalət, Daşqın Ziyəddinoğlu, Sabir Zamanlı çıxış edərək müəllifi təbrik edib, xoş arzularını çatdırıblar.
Tədbirdə Şəfəq Sahiblinin şeirlərindən mümunələr ifa edilib.
Daha sonra tədbir iştirakçıları və qonaqlar müəllifin yaradıcılığını əks etdirən sərgi ilə yaxından tanış olublar.

Sumqayıt Regional Mədəniyyət və Turizm idarəsinin Mətbuat xidməti