Blog

  • Gürcüstan Türkləri Həmrəylik Bayramını qeyd etdilər

    Hər il dekabr ayının 25-də “Borçalı” Cəmiyyəti Gürcüstan Türklərinin Həmrəylik Bayramını təntənəli şəkildə qeyd edir. Artıq ənənə halını almış bu bayram tədbiri hər il olduğu kimi bu dəfə də böyük ehtişamla baş tutdu. Azərbaycan jurnalistikasının mogikanı, professor Şirməmməd Hüseynovun, professor Telman Əliyevin, xalq artisti Flora Kərimovanın, millət vəkili Qənirə Paşayevanın, Türkiyədən gəlmiş qonaqlar – “Kars Sərhəd Boyları Dərnəyi”nin başkanı Meherrem Yıldızın, “Tərəkəmə-Karapapak Türkleri” kültür ve sanat derneyinin başkanı Engin Aybirdinin, Gürcüstanın, eləcə də respublikamızın sayılıb-seçilən ziyalılarının iştirak etdiyi həmrəylik tədbiri xoş anlarla yadda qaldı.
    Mərasim Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı, Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
    Tədbirin aparıcıları Elbəyi Cəlaloğlu və Güllü Seyidli Gürcüstan Türklərinin Həmrəylik Günü tədbirinin mahiyyətindən bəhs etdilər. “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Azərbaycan, Gürcüstan və Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da inkişafı naminə Cəmiyyətin gördüyü işlərdən danışdı. Natiq onu da qeyd etdi ki, Gürcüstan rəhbərliyinin “Borçalı” Cəmiyyətinin sədrinə qarşı tətbiq etdiyi qadağa siyasəti təkcə Zəlimxan Məmmədliyə deyil, bütün Borçalı və Azərbaycan türklərinə qarşı sayğısızlıqdır və bu qadağa tezliklə aradan qaldırılmalıdır. “Biz buna ümid edirik və Gürcüstan tərəfinin məsələyə obyektiv yanaşması labüddür.”
    Sonra Akademik Zahid Xəlilov adına “Türklüyə xidmət” mükafatının təqdimatına başlanıldı. Həmin mükafata professor Telman Əliyev, millət vəkili Qənirə Paşayeva, xalq artisti Flora Kərimova, dünya şöhrətli ozan Araz Elsəs və Gürcüstanın əski millət vəkili Ramiz Bəkirov layiq görüldülər.
    Professor Şirməmməd Hüseynov mükafatı Telman Əliyevə təqdim edərək, ona və Borçalı türklərinə dəyərli fəaliyyətlərində uğurlar arzuladı. Millət vəkili Qənirə Paşayeva da yüksək mükafata layiq görüldüyü üçün “Borçalı” Cəmiyyətinin sədrinə və təşkilat üzvlərinə minnətdarlığını bildirdi. Zəlimxan Məmmədliyə qarşı Gürcüstan hakimiyyət orqanlarının haqsız qərarına etirazını ifadə edən millət vəkili, tədbir iştirakçılarını bu qadağanın ləğvinə bütün qüvvəsiylə səy göstərəcəyinə əmin etdi. Xalq artisti Flora Kərimova Zəlimxan bəyi “dəyərli ictimai xadim”, “görkəmli Türk ziyalısı” adlandıraraq, çıxışını öz bənzərsiz ifaları ilə sona yetirdi.
    Növbəti mükafatın – “İlin Şərəf medalı”nın sahibləri də elan olundu: Yıldıray Aydemir (Türkiyə), İbrahim Burhanov (Axıska türkü), Murad Sarıyev, Anar Rafiqoğlu, Məhəmməd Mustafayev, “Kanal 13” TV-nin yaradıcı kollektivi, “Şuşa-Elat” muğam üçlüyü, Neli Məmmədova, Savalan Osmanoğlu, Akif Qaralov, Vaqif Aydınoğlu, Mirzə Maşov.
    Bayram gecəsinin sürprizi “Şah İsmayıl Xətai Fondu”nun prezidenti Təvəkkül Səfəvinin Zəlimxan Məmmədlini, Məhərrəm Yılıdızı və Seyfullah Türksoyu qızıl əyarlı “Türk Dünyası Dostluq Ordeni” ilə təltif etməsi oldu.
    Təqdimetmə mərasimi başa çatdıqdan sonra törən müğənni və aşıqların rəngarəng ifaları ilə davam etdirildi.

    Qiymət MƏHƏRRƏMLİ,
    AMEA, Folklor İnstitutu və AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçi,
    Filologiya üzrə fəlsəfə doktoru
    Bakı-İstanbul-Bakı.

  • Məmməd QƏDİR.Yeni şeirlər

    mq

    Soyuyub düşür

    Od püskürən məhəbbət,
    Dildə soyuyub düşür.
    Kəpənəyin sevgisi,
    Güldə soyuyub düşür.

    Ya kol ol, ya bənövşə,
    Arxa durmaz çöl, meşə,
    Alovlar qalxır ərşə,
    Küldə soyuyub düşür.

    Hər gün diridir sabah,
    Sabahda yaşar Allah,
    Nalə çəkir çahargah,
    Zildə soyuyub düşür.

    Götürmür qarğışları,
    Dağ qoruyur daşları,
    Sel kimi göz yaşları,
    Lildə soyuyub düşür.

    Qəm içirəm hər axşam,
    Mən də belə əyyaşam,
    “Ol”da olan od, yaşam,
    “Öl”də soyuyub düşür…

    Qanadlarınla

    Bahar gətirdin ömrümə,
    Külək qanadlarınla.
    Sevdalar yazdın alnıma,
    Lələk qanadlarınla.

    İçim yandı, qar gətirdin,
    Gül üzlü bahar gətirdin,
    Körpə arzular gətirdin,
    Leylək qanadlarınla.

    Unutdum dövrü, zamanı,
    Qurban verdim sənə canı,
    Qovdun İçimdən şeytanı,
    Mələk qanadlarınla.

    Səni sevməmək günahdı,
    Hər qədəmin “bismillah” dı,
    Hayıf sahibin Allahdı, –
    Neylək qanadlarınla?!

    Darıxıram

    Göyərdi getdiyin yollar,
    Arxanca gül açıb bahar,
    Öldürür məni intizar,
    Vermir aman, darıxıram, –
    Sənsiz yaman darıxıram.

    Çat düşür sabahlarıma,
    Göy diksinir ahlarıma,
    Güvəndiyim dağlarıma,
    Çökür duman darıxıram, –
    Sənsiz yaman darıxıram.

    Ay göylərdə dilim kimi,
    Haray salıb dilim kimi,
    Sinəm üstə ölüm kimi,
    Çökür hicran, darıxıram, –
    Sənsiz yaman darıxıram.

    Dərdin nə uca, dağdımı,
    Həsrətə qurub vaxtımı,
    Nə falçı açmır baxtımı,
    Nə də şaman, darıxıram, –
    Sənsiz yaman darıxıram.

    Etmisən talan ömrümü,
    Sevgisiz yalan ömrümü,
    Demişəm qalan ömrümü,
    Sənə qurban, darıxıram, –
    Sənsiz yaman darıxıram.

    Bəxtim donub qarda qalıb,
    Yol dolaşıb yarda qalıb,
    Gəl, gözü yollarda qalıb,
    Can versin can, darıxıram, –
    Sənsiz yaman darıxıram…

    Dağılışağın

    Daha şər qarışır, sübhə əmanət,
    Gülüb şirin-şirin, dağılışağın.
    Oxuyub öyrəndik, daha bu ömrün,
    Bağlayaq dəftərin, dağılışağın.

    Çevrildik gül üzlü günə, cücərdik,
    Tapdayıb əzdilər, yenə cücərdik,
    Şumladıq, su verdik, əkib becərdik,
    Silib alın tərin, dağılışağın.

    Zəhər, ağu dadır badamlar indi,
    Peşmandı həyatı dadanlar indi,
    Adam əti yeyir adamlar indi,
    Sonudur bəşərin, dağılışağın.

    Ölü basdırmaqdan torpağı bezib,
    Ümidin bu günü, sabahı bezib,
    Nizama salmaqdan Allahı bezib,
    Bu göyün, bu yerin, – dağılışağın.

    Tutduq qəm yükünü, ələmimiz var,
    Dünyaya borcumuz, sələmimiz var,
    Yaxından, uzaqdan gələnimiz var, –
    Bir fatihə verin, dağılışağın…

    Bu şeiri şeirlərinin vurğunu olduğum, bənzərsiz ruh şairi, Yunis İmrə nəfəsli adaşım Məmməd Dəmirçioğlunun ruhuna bağışlayıram. Məqamın cənnət olsun, Şair!!!

  • Dünyanın müxtəlif nöqtələrində yaşayan azərbaycanlıların birliyi və həmrəyliyi Azərbaycançılıq kontekstində

    31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi günüdür. Bu gün, milli-mənəvi bütövlüyü möhkəm təməl üzərində qurulan Azərbaycanın bütün soydaşlarımız və həmvətənlərimiz üçün ümid və güvənc yeri olan qüdrətli bir dövlətə çevrilməsinin göstəricisidir. Xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün həm Azərbaycan dövləti tərəfindən görülən işlərin həcmi və miqyası ildən-ilə genişlənir, həm də dünyanın dörd bir yanında məskunlaşan on milyonlarla (qeyr-rəsmi statistikaya görə 50 milyon) azərbaycanlı birlikdə olmağın, həmrəy olmağın nə demək olması həqiqətini getdikcə daha aydın dərk edir. Zaman-zaman Azərbaycan diasporları və icmaları arasında əlaqələr möhkəmlənir, tarixi vətənləri olan Azərbaycanla bağlılıqlarını gücləndirirlər. Unutmaq olmaz ki, müstəqil, demokratik Azərbaycan bütün dünya azərbaycanlılarının doğma ata-baba yurdudur. Bu gün dünya dövlətləri sırasında özünəlayiq yer tutan Azərbaycanın sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar, hüquqi, demokratik, dünyəvi dövlətin qurulması, vətəndaş cəmiyyətinin yaradılması, bazar iqtisadiyyatının bərqərar edilməsi, mədəni həyatın dirçəlməsi bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Çünki müstəqil Azərbaycanın varlığı bu həmrəyliyin inkişafının təminatçısı rolunu oynayır.
    Mənə elə gəlir ki, dünya azərbaycanlılarının birliyini və həmrəyliyini Azərbaycançılıq kontestindən kənarda düşünmək düzgün olmazdı. Bu ideyanın müəllifi Ümummilli lider Heydər Əliyevdir və bu, Ulu öndərin xalqımız və vətənimiz qarşısında göstərdiyi mühüm və tarixi xidmətlərindən biridir. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi “Dünya azərbaycanlılarının həmrəylik və birlik günü haqqında” 1991-ci ilin 16 dekabr tarixli qərarı ilə dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi günü elan etmişdir. Təxminən 25 il bundan öncə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə elan edilmiş milli-mənəvi birliyə çağırış günü ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımı¬zın azərbaycançılıq ideyası əsasında sıx birləşməsi prosesinin başlanğıcını qoymuşdur. Dahi rəhbərin yenidən hakimiyyətə qayıdışı bütün sahələrdə olduğu kimi, diaspor quruculuğu və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində də yeni işlərin başlanmasına rəvac verdi. Ulu öndər xarici ölkələrə etdiyi səfərlərdə Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, dünya azərbaycanlılarının bir amal və bir məslək uğrunda fəal mübarizə aparmaları üçün daha sıx təşkilatlanmalarına dair dəyərli tövsiyələrini verirdi. (daha&helliip;)

  • Elnur RƏSULOĞLU.”Sən olmasaydın”

    Rahat buraxmayır məni bu sual:
    Görən nə edərdim, sən olmasaydın?
    Bəxtəvər olmağa tapmamış macal,
    Bil, ölüb gedərdim, sən olmasaydın.

    Gözlərim həmişə tox olub inan,
    Üzümə gülənlər çox olub inan,
    Qapanıb özümə, yox olub inan,
    İynətək itərdim, sən olmasaydın.

    Bizim ikimizi hislər bağlayır,
    Sevgi qapısını pislər bağlayır,
    Cümləni həyata sözlər bağlayır,
    Cümlətək bitərdim, sən olmasaydın.

  • Elnur RƏSULOĞLU.”Qurtarıb”

    Ağla, bulud, ağla. Yoxsa sənin də
    Gözlərin quruyub, yaşın qurtarıb?
    Daşla, fələk, məni. Nə dayanmısan?
    Yoxsa daş atmaqdan daşın qurtarıb?

    Sevgi də, nifrət də qəlbdə bəslənir,
    İnsan fərdilənir, insan kəslənir.
    Atamın dilində tez-tez səslənir:
    “Ölən ölüb gedib, başın qurtarıb”.

    Gözlərim yaşlıdı, ağlardı indi,
    Qəlbim yaralıdı, dağlardı indi,
    Elnur, darıxma heç, bahardı indi,
    Boranlı, çovğunlu qışın qurtarıb.

  • Fidan ABBASOVA.”Heç xoşbəxtlik, sevinc də inan dəyməyir gözə”

    Əziz dostlar sizin qarşıdan gələn yeni il münasibətilə ürəkdən təbrik edirəm, bu bayram yeni il olmasada həmrəylik bayaramıdır, bəzilərimizin sıxıntı içində qarşıladığı bayram olsada yetərki üzümüzdən o gülüş təbbi sevinc hissləri əskik olmasın hər birinizin bayramı mübarək olsun…..

    Sevinerdim öncələr gələndə mən yeni il
    sanki yeni gün kimi günəş doğardı üzə
    indi soruşsalar da ürəyimdə elə bil
    Heç xoşbəxtlik, sevinc də inan dəyməyir gözə.

    Kasıb bilmir doyursun evindəki uşağı
    evsiz bilmir bir koma tapıb örtsün sazağı
    gecələrdə dumanlı olur ayın qabağı
    inanmıram mən daha eşitdiyim bir sözə…

    Pulla imiş sən demə aldığımız nəfəsdə
    üzümüzdəki gülüş, fikirdəki həvəsdə
    varlılarda yarışır kasıblarla həvəsdə
    ilahi sən rəhm elə bu son zamanlar bizə…

    Qoy keçmişdə qoyaq biz kədəri qəmi dostlar
    Heç bilmirik bizidə hara aparır yollar
    yazıqdır bu gəncliklər, gec qalmışıq insanlar !
    hər kəsin dodağında deyiləcək bir düzə……

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    Getmisənsə dönmə daha

    Hər aşiqin öz ahı var,
    Pənahsızın pənahı var.
    Bu gecənin sabahı var,
    Bu gecə də bat günaha,
    Getmisənsə dönmə daha.

    Bu ev sənsiz,ocaq sənsiz,
    Bu tin sənsiz,bucaq sənsiz.
    Həsrətlidir,qucaq sənsiz.
    Bat,batdıqca,bat günaha,
    Getmisənsə dönmə daha.

    Yar,sığışmır,evə özüm,
    Gedişinə necə dözüm.
    Üzülürəm,düzüm-düzüm,
    Çatmayırsa yol sabaha,
    Getmisənsə dönmə daha.

    Şimşək oldum başın üstə,
    Durna oldum dəstə-dəstə.
    Ürək deyir,bəs de,bəs de.
    Bu eşq mənə gəldi,baha,
    Getmisənsə dönmə daha.

    Gedib gelişi olmayıb…
    Bir yol yadına salmayıb,
    Onsuz ümidim qalmayıb…
    Yenə ümid yox sabaha
    Getmisensə, dönmə daha

    Necə dərddi, necə qubar…
    Helə də meni sığallar,
    Geri dönməyəcək çağlar…
    Nə qədər yalvar Allaha
    Getmisənsə, dönmə daha…

    Bu nə kədərdi, nə də qəm,
    Bu nə zildi, nə də ki bəm…
    Yol-yoldaşım, ömrə həmdəm,
    Toxunub batma günaha,
    Getmisənsə, dönmə daha…

    Çatırıq ömrün sonuna,
    Beləmi qıydın quluna?
    Gedib deyersiniz ona…
    Budur ilqar, budur vəfa?
    Getmisənsə, dönmə daha…

    Məni özgə yerdən özümə qaytar.

    Yalanlar içində, bir düz gəzirəm,
    Mən eşqi anladan bir üz gəzirəm.
    Zülmət gecələrə gündüz gəzirəm,
    Düzü də üzü də gündüzə qaytar,
    Məni özgə yerdən özümə qaytar.

    Günahkar zamandır,sözümə baxmır,
    Döndürüb özümdən,gözümə baxmır.
    Zəmanə haqq demir,düzümə baxmır,
    Sözü də gözü də düzümdən qaytar
    Məni özgə yerdən ,özümə qaytar.

    Kopək arxa durmur,qurdlar at minir,
    Namərd, mərdi çapır,nəsil,zat minir.
    İlahi bu yerdə nahaqq haqq minir,
    Atı da zatı da nahaqqdan qaytar,
    Məni özgə yerdən, özümə qaytar.

    Bıçaq çörək kəsmir,biçaq baş kəsir,
    Ömür zülmə dözmür,həyat yaş kəsir.
    Namərdin“mərd”sözü inan daş kəsir,
    Başımın, daşını -yaş-ımdan qaytar,
    Məni özgə yerdən, özümə qaytar.

    05.12.2013.

  • Mehriban İBRAHİMOVA.Yeni şeirlər

    DOST SÖYLƏMİŞƏM

    Dilində xoş nəğmə,əlində qələm,
    Gözündən boylanır bir gözəl aləm,
    Fikri ,duyğuları safdır ,bilirəm,
    Mən belə insana dost söyləmişəm.

    Yoxdu bir kimsəyə kini,nifrəti,
    El-oba içində saf məhəbbəti,,
    Layiqdir ,hər yerdə şanı şöhrəti,
    Mən belə insana dost söyləmişəm.

    Zəifə arxadır ,acizə dəstək,
    Bir arzu,bir məqsəd ,tək bircə istək,
    Uzaqdı yalandan ,varlığı gerçək,
    Mən belə insana dost söyləmişəm.

    Düşmən utandırar hər bir əməli,
    Dosta məhəbbətli tutan əlləri,
    Həqiqət söyləyər danışan dili,
    Mən belə insana dost söyləmişəm.

    Mehriyəm ürəyim qalar onunla,
    Həyatım fərəhlə dolar onunla,
    Hər yerdə,hər zaman varam onunla,
    Mən belə insana dost söyləmişəm.

    28 12 2015.

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    KÖNLÜM HAKİMİ

    Səni gördüm vuruldum,
    Gözləməkdən yoruldum.
    Həsrətindən kor oldum,
    Sən unutdur dərd qəmi
    Gəl ol könlüm hakimi.

    Məni pərişan etmə,
    Ürəyumi incitmə.
    Məni tərk edib getmə,
    Xoş et hər dəqiqəmi,
    Gəl ol könlüm hakimi.

    Gülüş bitir üzümdə,
    Dünya heçdir gözümdə.
    Anlamıram özümdə,
    Öz halımı, dərdimi,
    Gəl ol könlüm hakimi.

    Sənsən mənim gözümdə,
    Bitib səbrim, dözüm də.
    Bir mənasan sözümdə,
    Sənə verdim qəlbimi,
    Gəl ol könlüm hakimi.

    Zeynəbəm, söz ehliyəm,
    Eşq əlindən dəliyəm.
    Sənə əsir kimiyəm,
    Yaralama eşqımı,
    Gəl ol könlüm həmdəmi.

    YALAN PUL

    Bu dünyanı əsirinə götürüb,
    İnsanları dərdə qəmə salan oul.
    Əziyyəti kasıblara ötürüb,
    Özü varli ciblərinə dolan pul.

    Bahalaşıb çörəyimiz, çayımız,
    Kəsilibdir hər tərəfdən payımız.
    Dərdli ötür, hər ilimiz, ayımız,
    İnsanları eyləyibdir talan pul.

    Yumurtanın qiyməti ətdən baha,
    Ümid yoxdur heç bu günnən sabaha.
    Kasıb, əllərini açıb Allaha,
    İnsanları əsarətə alan pul.

    Zeynəb, yazıb sızlasa da qələmin,
    Vecinə gəlməyir cümlə aləmin.
    Allah özü göstərəcək kərəmin,
    Əl çirkidir, dərdir, sərdir, yalan pul.

  • Mehri ƏLİYEVA.Yeni şeirlər

    me

    ALIN BU KƏDƏRİN ƏLİNDƏN MƏNİ

    Alıbdı dövrəmi bir acı kədər,
    Alın bu kədərin əlindən məni.
    Dara çəkir qəlbimi düşüncələr,
    Sinəmdə çəkirəm elin dərdini,
    Alın bu kədərin əlindən məni.

    Dərdliyəm,dərdimə bir çarədə yox,
    İllərdi sancılıb sinəmə bir ox.
    Niyə unutdular bilməm,vətəni?
    Harda gəzim bu dərdimə çarəni?
    Alın bu kədərin əlindən məni.

    Mən kədər əhliyəm,nədir bu halım?
    Tapdaqlar altında qalıb torpağım,
    İllərdi sönübdü yanan çırağım.
    Unutmaq olarmı,Ağdam elini?
    Alın bu kədərin əlindən məni.

    Siz Şuşa deməyin,ağlayar gözüm,
    Qarabağsız,şikəstəyə yox dözüm,
    Xan əmi deyir ki,yox daha sözüm.
    Oxumuyun bu elsiz şikəstəni,
    Alın bu kədərin əlindən məni.

    Mehrini də dərd üzəcək,ay ellər,
    Baxçasında solub çoxdan çiçəklər,
    Yorur məni ötdükcə acı illər.
    Nə qədər işğalda qoyaq vətəni?
    Alın bu kədərin əlindən məni.

    ALIN BU KƏDƏRİ,ƏLİMDƏN MƏNİM!

    Yenə qan ağlayır viranə könlüm,
    Alın bu kədəri,əlimdən mənim.
    Axtarır itiyin,bu yaşlı gözüm.
    Sığmayır sinəmə kədərim,dərdim,
    Alın bu kədəri,əlimdən mənim.

    Çıxardın gözümü ,vətən görməyir,
    Qopart ürəyimi,elin istəyir,
    Doğra ayağımı,vətənə getmir.
    Batırın nitqimi,səsim çıxmasın.
    Alın bu kədəri,əlimdən mənim.

    Vətənsiz,bir qərib istəmirəm mən,
    Artıq iyrənirəm özüm,özümdən.
    Dostlar inciməyin mənim sözümdən,
    Əgər çatmayırsa vətənə əlim,
    Alın bu kədəri,əlimdən mənim.

    Ömrü bada verdim,vətən gedəndən,
    Qopubdu ürəyim sanki içimdən,
    Ölsəm nalə gələr,mənim qəbrimdən.
    Bəlkə vaxtsız məzarıma mən girim?
    Alın bu kədəri,əlimdən mənim.

    Mehri bir duyğudu,xəyal qoynunda,
    Özü burda,ruhiysə torpağında,
    Tanrıda vermədi,bizə amanda.
    Sığmayır sinəmə kədərim,dərdim,
    Alın bu kədəri,əlimdən mənim.

    Kiyev 12-04-2015

  • Vidadi Ağdamli Şair.”Qarabağnamə” poemasından IV və V fəsil

    QARABAĞIN ACI DƏRDİ

    Bir gün bulud aldı vətən üstünü,
    Dağlarda titrədi güllə səsindən.
    Qovdular milləti öz obasından,
    Qovdular milləti Xankəndimizdən.
    Qovdular milləti dağdan,dərədən
    Qovdular milləti ev-eşiyimizdən.
    Azğın ermənilər it tək qudurdu,
    Kiçikli-böyüklü evdən qovurdu.
    Başladı bəlası Qarabağımın,
    Bəlalı yurdumun torpaqlarımın.
    Mundar ermənilər azğınlaşırdı,
    Qudurub elimə tamah salırdı.
    Susurdu mərkəzdə hakimiyyətdə,
    Düşmüşdü el-obam ağır bir dərdə.
    Erməni neftini tökürdü Ruslar,
    Bizim xayinlərdə hey susurdular.
    Vətən igidləri şəhid olurdu,
    Yox idi nizamlı bir sərbəst ordu.
    Qırğına gedirdi o boyda diyar
    Daşnaqlar beləcə ayaq aldılar.
    Bir gun Ağdamlılar qalxdı ayağa,
    Dedi qudurubdu deyəsən dığa.
    Yığışdı igidlər,yığışdı o gün,
    Dedilər qırağın onların gözün.
    Bərdə gəldi,Yevlax gəldi Ovşarda,
    Ağcabədi,Gəncə gəldi o anda.
    Qalxdı millət,yürüş etdi nə fayda,
    Atıldı önünə o gün yaylıqda.
    Əliylə,Bəxtiyar şəhid verildi,
    Daha da artıldı millətin dərdi.
    Qırdılar insanın qalxan əlini,
    Anlamadı mərkəz elin dərdini.
    Elin qollarını bağladı mərkəz,
    Millətin qarşısın saxladı mərkəz.
    Erməni qudurdu bildiyin etdi,
    Hər yerdən güllələr səsi gəlirdi.
    Beləcə başladı elimdə döyüş,
    Hər gün şəhidlərdən səda gəlirdi.
    Xankəndi dönmüşdü qan çanağına,
    Gedirdi millətin soyqırımına.
    Döyüşlər başladı,töküldü qanda,
    Dəhşətlər yarandı Kosalılarda.
    Malbəyli boğuldu qanın içində,
    Ruslar birləşərək ermənilərlə.
    Yağdırdı yurduma odu-alovlu,
    Baxmırdı körpəyə,nə də qocaya.
    Çatmırdı bu elin səsi-səmiri,
    Nə mərkəzə,nədə ki,bu dunyaya.
    Döyüşlər gedirdi eldə-obada,
    Silaha sarıldı hətta uşaqda.
    Vətəni satırdı satqın alcaqlar,
    Al qana batmışdı bütün torpaqlar.
    O illər tarixdən bizə bəllidi
    İgidlər döyüşdə canın verirdi.
    Çoxları Bakıda alver edirdi
    Elin köməyinə kimsə gəlmirdi.
    İtirdik Salatın,birdə Gültəkin,
    Hayına gəlmişdi onlar vətənin.
    Çingiz fəryad ilə dağlar gəzirdi,
    Dönün vətən oğlu,dönüm deyirdi.
    Təxribat gedirdi eldə-obada,
    Torpaq satılırdı düşmənə,yada.
    Çingizi vurdular,şəhid etdilər
    Millətin ürəyin al-qan etdilər.
    Şirini minaya saldılar bir gün,
    Təbriz şəhid etdi,bu yolda özün.
    Doxsan iki bizə ası kəsildi
    Bir gecə alışdı,göylər də yandı.
    Xocalı xalqına hücum başlandı,
    25-i fevral dəhşətli gecə.
    Xocalı bir anda qana boyandı,
    366-ı ermənilərlə.
    Milləti çovğunda dağlara saldı,
    Əlif sinə gərdi düşmən gücünə.
    Çırpındı qəlbində o,nifrətiylə,
    Çəkilməyi o,ar bildi özünə.
    Vuruşdu sübhəcən öz dəstəsiylə,
    Neçə şəhid gördü o gözləriylə.
    Vətəni uğrunda şəhid getdilər,
    Geri çəkilməyi düşünmədilər.
    Köməksiz qoydular Xocalı xalqın,
    Arxası boş qaldı bu insanların.
    Gecə yandırıldı Xocalı kəndi
    Mərkəzsə bu zülmü heç düşünmədi.
    Şaxtalı bir gecə,qar yağdı dizdən,
    Elə bil bezmişdi,Allahda bizdən.
    Dağıldı meşəyə,dağlara onlar
    Ağdama çatmağa can atırdılar.
    Neçəsi pusquya düşdü onların
    Hər yerdə qızardı rəngidə qarın.
    Vəhşi ermənilər azğınlaşmışdı,
    Faşist ideyasın işə salmışdı.
    Neçə igidlərin başı kəsildi,
    Hamilə qadınlar süngülənirdi.
    Gözlərin çıxardıb onlar meyidin,
    Kəsirdi əsgərin silahlı əlin.
    Qocaya-uşaqa baxmırdı onlar,
    Bu rusla birləşən alçaq insanlar.
    Yox-yox insan deyildi onlar
    Dilsiz körpəyədə qıydılar onlar.
    Gördükcə onlarda bu vəhşiliyi,
    Qıydılar bacıya,qıydı qardaşlar.
    Ata oğlun vurdu,oğul atasın
    Ana qucağında boğdu balasın.
    Düşmənin əlinə keçməsin deyə,
    Ana qəst elədi dilsiz körpəyə.
    Qızmışdı beləcə andraniklər
    Səkkizi Şuşaya hücum etdilər.
    Satdılar Şuşanı,satdılar dəhşət!
    Cənnəti verdilər bu erməniyə.
    Neçə igidlərim şəhid oldular
    Daşaltında pusquda qırıldılar.
    O gün əldən getdi bizim Şuşamız,
    Satdı gözəl yurdu,satdı vicdansız.
    Növbəti bir hədəf Laçınım oldu
    O dağların gülü,çiçəyi soldu.
    On səkkizi getdi dağlar qartalı
    Qəhrəman Laçınım başı bəlalı.
    Xocavənd döyuşdü odlu-alovlu,
    Köməksiz qaldılar bu döyüşlərdə.
    Hələdə susurdu mərkəz nədənsə
    Köməyə gəlmirdi buraya kimsə.
    Doxsan iki belə bir tarix oldu,
    Neçə igid döyüş qurbanı oldu.
    Gəlirdi doxsan üç,gəlirdi yaman,
    Sanki qəst edirdi bu elə dövran.
    İkisi apreldə getdi Kəlbəcər,
    Yenə ayılmadı yatan ölülər.
    On yeddisi aprel Ağdərə getdi,
    Neçə igidlərim şəhiddə getdi.

    İyirmi üç iyul dəhşətdi,dəhşət!
    Töküldü çöllərə bu dərdli millət
    O boyda bir şəhər oldu məşəqqət.
    Qanla suvarıldı o gün torpağım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Xıdırlını ermənilər yandırdı,
    Sarcalıdan var-dövləti apardı,
    Qaradağlı bizə həsrətlə baxdı.
    İndi səbalarla gəlir sorağım.
    Harda qaldı mənim dərdli Ağdamım?

    Əhmədağalıda,Qalayçılarda,
    Şurabatda,Güllücə,Şotlanlıda,
    Papravənddə,Ağdamkənddə,dağlarda.
    Şəhid oldu neçə-neçə övladım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Allahverdi,Eldar elin oğluydu,
    Ala Yaqub döyüşlərdə ad qoydu,
    Şəhid oldu şəhidliyə qovuşdu.
    Dağlarda əks etdi mənim harayım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Ağdam getdi,Asif dözmədi dərdə,
    Fred adın qoydu ona,vətən də,
    Xudu pusqu qurdu dağda-dərədə.
    Dedilər itməsin ismətim-arım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Şirin canın verdi,Ağdam yolunda,
    Canpolad vuruldu döyüş boyunda,
    Təbriz qanın tökdü vətən uğrunda.
    Dedi qoy ordunu önə aparım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Şelli Xosrov canın verdi Şellidə,
    Sanki dəryalarda batdı gəmimdə,
    Dönmədi döyüşdən Şelli Bəylərdə.
    Qan ağladı hər qaya,hər dağlarım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Neçə şəhidləri dağdan gətirdik,
    Torpaq necə getdi,onu bilmədik
    Döyüş yollarında igidlər verdik.
    Müqəddəs torpağa töküldü qanım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Sonadək vuruşdu Nazim elimdə,
    Ad qoydu bu yolda igid Cəfər də,
    Dözürük hələ ki,bu ağır dərdə.
    İl ötür dərd ilə gəlir sabahım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Təyyarı itirdik biz yana-yana,
    Gör gəlib çıxmışıq hansı dövrana,
    Düşmüşük Ağdamın biz sorağına.
    Tez-tez deyir mənə körpə övladım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Nəsrəddin də vətənində can qoydu,
    Ana oğul deyib saçını yoldu,
    Ruhlar pərvaz edib bizlərdən sordu.
    Haçan alınacaq yağıdan qanım?
    Harda qaldı mənim dərdli Ağdamım?

    Qartal dağ başına yaralı qondu,
    Yenə acı hicran qəlbimi soydu,
    Soltan da bu yolda ömrünü qoydu.
    Əlçatmaz olubdu mənim dərmanım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Ağdam Qarabağın vuran qoluydu,
    Viranə etdilər bu gözəl yurdu,
    Ağdam da o gündən bir xəyal oldu.
    Sındı şah vüqarım,qeyrətim,arım,
    Harda qaldı mənim dərdli Ağdamım?

    Xankəndi dönmüşdü qan çanağına,
    Dəhşətlər gəlirdi xalqın başına.
    Alov bürümüşdü dörd bir tərəfi
    Düşmən susamışdı insan qanına.
    Bir-bir torpaqlarım əldən gedirdi,
    Mərkəzsə susurdu biganə idi.
    Cabrayıl,Fizuli Qubadlım mənim
    Zəngilanım,çiçekli elim mənim.
    Döyüş yollarında şəhidlər verdi,
    Sığmayır dünyaya elimin dərdi.
    Araz boyu səpələndi millətim
    Sinəmdə çat verdi mənim bu dərdim.
    Töküldü Araza körpə uşaqlar,
    Erməni zülmündən can qurtaranlar.
    Araz boyu insan seli axırdı,
    Ana fəryad edib bala axtardı.
    Həyat insanların qəsdinə dolmuş,
    Azğın ermənilər yaman qudurmuş.
    Səpələnib dağa-daşa millətim,
    Kor olaydı görməyəydi gözlərim.
    Araz boyu şəhidlərim düzülüb,
    Göz yaşları Araz boyu süzülüb.
    Qatışıbdı həsrət dolu bir çaya,
    Gəlmədi kimsələr köməyə,haya.

    5-ci fəsil

    BİR GÜN QARABAĞIN AÇILAR YOLU
    Hə mənim nəvələrim eşidin,
    Elin faciəsin sizlərdə bilin.
    Biri vardı,biri yoxdu beləcə
    Çəkmişik əzabı bizdə beləcə.
    O gözəl yurdlarım xaraba qaldı,
    Biri satdı,birisə torpaq aldı.
    Köçkün,didərgin deyirlər bizə,
    Vurulub alnıma bu söz möhürlə.
    Gözlədik el yolun bizdə illərcə,
    Sanki qəlbimizə vuruldu nizə.
    Əsrin dörddə biri belecə ötdü
    Çoxları dözmədi,dünyadan köçdü.
    Mənimdə ömrümə bir şey qalmayıb,
    Bu köçkün sözündən edirəm ayıb.
    İnaniram qayıdacaq torpaqlar,
    Dönəcək yurduna məzlum insanlar.
    Bir gün doğacaqdı günəş,bilirəm
    O günü görəcəm? Onu bilmirəm.
    Ümüd sizlərədi ay igidlərim,
    Ölsəm,bil yumulmaz mənim gözlərim.
    Qayıtsa torpaqlar,gedərsiz ora,
    Mənimsə ürəyim olubdu yara.
    Gedib gorgahları bir-bir gəzərsiz,
    Ata-babalara salam verərsiz.
    Ziyarət edərsiz şəhidləridə,
    Doğruldarsız ölən ümüdləridə.
    Qəbrimin üstünə bir gün gələrsiz,
    Mən öləndən sonra sizdə deyərsiz.
    Biri vardı,biri yoxdu uşaqlar,
    Olubdu bu yurdda igid babalar.
    Canların veriblər,şəhid olublar,
    Vətənin yolunda igid durublar.
    Bəli ay uşaqlar,Qarabağımız,
    Düşmən əlindədi torpaqlarımız.
    Əsirlikdə qalıb ərənlərimiz,
    Artıq tükənibdi bilin səbrimiz.
    Neçə qız-gəlinim əsir düşübdü,
    Neçə ocaqların közü sönübdü.
    Bakirə qızları düşmən apardı,
    Bu qoca qəlbimə yaralar saldı.
    Azəri görəndə gözü bərələn,
    İndi torpaqları alıbdı bizdən.
    Yaralar ürəkdə hələ qan verir,
    Düşmən vəhşiliyin dünya da bilir.
    Doğacaqdı batan günəş,bilirəm
    Həsrət ilə o günü gözləyirəm.
    Ya siyasət,ya döyüşdü yolumuz,
    Vardı bizim dəyanətli ordumuz.
    Komandan əmriylə bir gün qalxarıq,
    Xankəndinə bayraqları taxarıq.
    İnanıram günəş bizə güləcək,
    Bu millətim oz yurduna dönəcək!!!
    Bakı 12-03-2013,20-12-2015

  • Mais TƏMKİN.”Gözüm qalıb”

    10646868_273655359498567_6620189188081019440_n

    Əllərimə toxunan,
    Əlində gözüm qalıb.
    Şəlalə zülflərində,
    Telində gözüm qalıb.

    Qoyma könlüm üzülə,
    Qəm sinəmə düzülə.
    Şəhdi-şəkkər süzülən
    Dilində gözüm qalıb.

    Gör sənsiz nə haldayam,
    Başı qalmaqaldayam.
    Bəminlə xəyaldayam,
    Zilində gözüm qalıb.

    Əhdə sadiq yarınam,
    Əsil xiridarınam.
    Şirə çəkən arınam,
    Gülündə gözüm qalıb.

    Gəl, qurtar məni dərddən,
    Könlümü şad et hərdən.
    Gərdənin ,,mina gərdən”
    Belində gözüm qalıb.

    Ol könlümün hakimi,
    Ovut Mais Təmkini.
    Qoy deyim, sənin kimi,
    Evimizə nur saçan
    Gəlində gözüm qalıb.
    Gəlində gözüm qalıb

  • Nail DAĞLAROĞLU.”Biz güvənən dağların başı boran-qardadı”

    n

    Biz güvənən dağların özü darda qalıbdı,
    Laqeyid oğullardan onu düşmən alıbdı.
    Arxa söykəyəmmirik yaman uzaq olubdu,
    İndi qalıb nagman, yaman ahu-zardadı
    Biz güvənən dağların başı boran qardadı.

    Bilirsizmi nə çəkir, yağı düşmən əlində?,
    Dindirmə, dilə gəlsə, qan ağlaya dilində,
    Nələr, nələr qalıbdı off,, Qarabağ elində,
    Vaqifin, Natavanın indi ruhu hardadı?,
    Biz güvənən dağların, başı boran-qardadı.

    Dağlar haray-hay çəkir əsirlikdə ağlayır,
    Onu duyan hər kəsin, ürəyini dağlayır.
    Eləbilir ölmüşük bizlərə yas saxlayır,
    Daha ətir verməyir xarıbülbül xardadı,
    Biz güvənən dağların başı boran-qardadı.

    Əsirlikdə qız-gəlin indi qarı olublar,
    Yolları gözləməkdən, saralıblar, solublar.
    Tüpürüblər bizlərə, bulud kimi dolublar,
    Bizlərdən yar olmadı, indi özgə yardadı.
    Biz güvənən dağların, başı boran-qardadı.

    Bu haqda çox düşünür Nail qalıb naguman,
    Yazıq dağlardan ayrı, çoxu çəkir vay, aman.
    Yazıq dağların başı, qəmdən olub qar, duman,
    Ürəyi dərd əlindən, elə yanır “nardadı”,
    Biz güvənən dağların, başı boran qardadı.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    GÖR KİMSƏN MƏNİMÇÜN

    Söyləyim, dinlə gör, kimsən mənimçün:-
    Sevdalı canımın ruhu, nəfəsi.
    Sevdamın qəlbdəki, döyüntü səsi.
    Məhəbbət dünyamın eşq ilahəsi…
    Söyləyim, dinlə gör, kimsən mənimçün:-

    Sevgili könlümün istək, arzusu.
    Sevdiyim Rəbbimdən, bir eşq ruzusu,
    Atəşli qəlbimə, sərin kuzə su…
    Söyləyim dinlə gör kimsən mənimçün:-

    Ürək, qəlb sirdaşım, ana, həm bacı.
    Vüqarlı başımın, qızıldan tacı,
    Bütün dərdlərimin çarə, əlacı…
    Söyləyim dinlə gör, kimsən mənimçün:-

    Şan, çöhrət, şərəfim, hər vaxt üz ağım.
    Çətində, dar gündə arxam, dayağım,
    Düz yol göstərənım, nurlu mayağım…
    Söyləyim, dinlə gör, kimsən mənimçün:-

    Qüdrətim, sərvətim, dövlətim, varım.
    Yeganə sahibim, tək iqtidarım,
    Cismimi bölsələr, mənim tən yarım…
    Soyləyim, dinlə gör, kimsən mənimçün:-

    Dövrana çağlayan qələm, söz verən.
    Dövrana qatlaşan,ömür, gün sürən,
    Dövransız ömrünü əbəs, puç görən…
    Bildinmi kimsən?…

    26.12.2015.

    K Ü L Ə K

    Dolan gəl kəndimin üstündən bəri,
    Yurdumdan bir ovuc toz gətir, külək.
    Həsrətdən quruyub dilim, dodağım,
    Sinəm od tutubdur, buz gətir, külək.

    Bülbültək qalmışam gülünə həsrət,
    Ayına, gününə, ilinə həsrət.
    Nə mənə şan gərək, nə də ki, şöhrət,
    Bir tikə çörəklə,duz gətir, külək.

    Tikanlı tellərdə sızlar xatirə,
    Qərib düşüncələr kədər bitirə.
    Qönçələr ürəkdən axdı sətirə,
    Sən ən kiçiyini, üz gətir, külək.

    Şimşəklər Oğuzun qılınc səsitək,
    Səma ulduzunun hər biri çiçək.
    Tapılan muncuqlar göz giləsitək,
    Fələyin boynuna düz gətir, külək.

    Olsa da ey külək, nə qədər çətin,
    Yetir yurda Haqqın vüsal qismətin.
    Bu təşnə Dövrana, zəfər şərbətin,
    Fərəh badəsində , süz gətir, külək.
    27.12.2015.

  • Yalçın YÜCEL.”SÖYLEYECEKLERİM VAR”

    175054_178868168822977_4360000_o

    Çocuklar
    Hele bir toplanın yanıma şöyle
    Söyleyeceklerim var
    Dinleyin bir, konuşmadan
    Kocadım biliyorsunuz
    Karlı tepelere dönen saçlarıma
    Pantolon gibi kırışmış şu yüze
    Beni artık taşımak istemeyen ayaklarıma, sözüm geçmiyor
    İnsanız
    Çok değil, hemen şuracıkta ölüm bekleşir durur
    Kucaklar sonunda
    Hepimizi de bir mezar
    Yolda giderken
    Ya da beklerken birilerini
    Düşmeyeceğiniz belli midir ki?
    Nerede, ne zaman?
    Ve düştüğünüzde kalkamayacağınız
    Öylece kapanır işte sayfanız
    Bir el bile sallayamazsınız sevdiklerinize
    Sizinle birlikte gider, söylemek istediğiniz birkaç sözcük de
    Hele bir gelin şu yanıma
    İyice bakayım şöyle size
    Diyeceklerim, hepsini koymak istiyorum önünüze
    Sonra duyamazsınız belki de
    Şimdiden yaşarmasın, silin hele o gözyaşlarını
    Silin hele, daha henüz buradayım
    İsterim ki, hiç üzüntü duymasın yüreğiniz
    Hep güle oynaya taşısın sizi
    O gün gelecek elbet, o bir gün
    Değişmez bir sonuçtur bu, yaratan ister yarattığını yanına
    Hepimiz için de aynıdır bu
    Yan yana yatacağız, şu bastığımız toprakta
    Yalçın Yücel(Döş Cebim adlı yapıtından)

  • Eyvaz ZEYNALOV.”Şəkər” (Hekayə)

    eyvaz ist

    – Sən burda neynirsən, ə? – Rəflərə ərzaq məhsulları düzən dükançı geri çönəndə piştaxtanın qabağında dayanmış uşağı görüb soruşdu. Onun nə zaman içəri girdiyindən xəbər tutmamışdı.
    – Şəkər almağa gəlmişəm, – uşaq yavaşca mızıldadı.
    – Pesok?
    – Anam, şəkər, dedi.
    Dükançı dəqiqləşdirmək üçün yan tərəfdəki ağzıaçıq şəkər kisəsini göstərib soruşdu:
    – Bunnan? Şəkər tozu?
    – Hə, – uşaq təsdiqlədi.
    – Nə qədər?
    – Üç kilo.
    Dükançı tərəzidə şəkər çəkə-çəkə uşaqla sual-cavabını davam etdirdi:
    – Kimin oğlusan?
    – Ramizin.
    – Artist Ramizin?
    – Hı…
    Dükançı qəsəbənin özündəndi. Nəinki məhəllədəkilərin, qəsəbədəkilərin də yeddi arxa dönənini tanıyırdı.
    – Genə artistlik eləyir? – Uşaq cavab verməyə ehtiyac duymadı. Bilə-bilə soruşduğunu yaxşı bilirdi. – Yekə kişi iş tapıb özünə…
    Atası haqqında deyilənlərdən narazı qalan uşaq bu dəfə də dillənmədi. Ona böyüyün üzünə ağ olmamağı öyrətmişdilər.
    Dükançı ağzını düydüyü sellofan şəkər torbasını uşağa verməmişdən əvvəl soruşdu:
    – Anan pulunu göndərib?
    – Ala, – uşaq başını tərpədərək əlindəki kağız pulu ona sarı uzatdı.
    Dükançı üç kiloqram şəkərin haqqını şifahi hesablayıb həmin puldan çıxdı, qalığını qaytardı. Birdən nəsə xatırlayıb:
    – Dayan görüm, ə, – dedi. – Dükana borcunuz var?
    – Yox.
    Dükançı inanmadı. Haçan ödədiklərini unutmuşdu. Rəfdən götürdüyü “borc dəftəri”ni vərəqlədi, uşağın atasının adını axtardı.
    Uşaq bu müddətdə əlindəki pulu saymağa başladı. Onun hesablamasıyla dükançının qaytardığı pulun qalığı nə az, nə çox, düz otuz qəpik artıq gəldi.
    Dükançı, nəhayət, dəftərdə axtardığını tapdı. Uşağın atasının adının üstündən qalın bir xətt çəkilmişdi. Dəftəri örtüb:
    – Gedə bilərsən, – dedi.
    Uşaq oğurluq üstündə yaxalanmış adam kimi diksindi. Ovcundakı pulları gizlədib cəld qapıya cumdu. Tələsdiyindən ayağı nəyəsə ilişdi. Az qaldı yıxılsın. Şəkərlə dolu sellofan torbanı dükanın qapısına dayaq verərək özünü birtəhər düzəldib bayıra atıldı.
    Xeyli aralanandan sonra çönüb hürkək-hürkək arxaya boylandı. Dükançının pulu səhv qaytardığını duyub dalınca gələcəyindən narahatdı. Gəlmədiyini görüb
    ovcundakı pulları bir də saydı. Otuz qəpik artıqdı.
    Bu, oğurluq kimi bir şeydi. İlk dəfəydi başına belə bir iş gəlirdi. Pulu qaytarmaq lazımdı. Dükançıya dərs olardı! Yekə kişi haqq-hesabını apara bilmir, hələ bir onun atasını bəyənmir, lağ eləyir!
    Amma dükançının həqarəti onu tezcə də fikrindən daşındırdı. Atası haqqında dediyi sözlər qəlbinə bərk toxunmuşdu. Atası kukla teatrının aktyoruydu. Onunla fəxr edirdi. Çox da maaşı azdı. Ailəsini güclə dolandırırdı.
    Keçən həftə onları məktəbdən şəhərə, atasının oynadığı tamaşaya baxmağa aparmışdılar. Tamaşanın axırında Təpəgözü öldürən atasını uşaqlarla bərabər müəllimlərin də ayaqüstə necə alqışladıqlarını görmək lazımdı! Sinif yoldaşları atasına görə ona qibtə ilə baxırdılar!
    Gərək şəkəri heç o dükançıdan almayaydı. Anası ora göndərsə də, qonşu məhəllədəki dükana gedəydi.
    Məhəllələrində iki ərzaq dükanı vardı. Biri məhəllənin baş tərəfindəydi, o biri ayaq tərəfində. Baş tərəfdəkinə xeyli borcluydular. Anasının verdiyi pul o borcu ödəməyə, üstəlik üç kiloqram şəkər almağa çatmazdı. Bu dükana borclarını keçən ay üzmüşdülər. Deməsə də, uşaq anasının borclardan yana utanıb dükana çox vaxt onu göndərdiyini başa düşürdü. Balaca deyildi. Dördüncü sinifdə oxuyurdu.
    Anası hər dəfə dükandan qayıdanda məktəbdə xərcləmək üçün ona on qəpik verirdi. Onları xərcləmir, yığıb saxlayırdı. “Azərbaycan nağılları” kitabını alacaqdı. Müəllimindən o kitabda maraqlı nağıllar olduğunu eşitmişdi. Dükançının artıq qaytardığı otuz qəpik göydəndüşmə bir fürsətdi. Onun üstünə anasının verəcəyi budəfəki on qəpiyi də gələndə qırx qəpik edəcəkdi. Haçandan bəri arzuladığı nağıllar kitabını almağa da elə məhz qırx qəpiyi çatmırdı.
    Darvazalarına yaxınlaşanda ovcundakı pulları bir də saydı. Şübhə yoxdu, otuz qəpik artıqdı. Onu ayırıb gödəkçəsinin cibində gizlətdi. Anası bilsə, dirənəcəkdi ki, apar qaytar. Ancaq uşaq daha həmin pulu dükançıya qaytarmaq fikrində deyildi.
    Onu darvazanın ağzında anası qarşıladı. Birdən əlini üzünə aparıb bərkdən dedi:
    – Bu nədi, ay bala? Torbanı hara ilişdirmisən?
    Qorxmuş halda əlindəki sellofan şəkər torbasına baxdı. Altı deşilmiş, şəkər yarılanmışdı.
    Arxaya çöndü. Torbanın deşiyindən süzülüb tökülən şəkər yolda ağ, nazik iz salmışdı.

    “Ədəbiyyat” qəzeti
    26 dekabr,2015-ci il.

  • Şəfa VƏLİYEVA.”Ümidim öldü, adam…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Məni məndən alar gedər
    Vüsaldan üzülən ümid…

    Gəlmədin ki, sevinim…
    Gəl dedim ki, sevirdim…
    Gəlmə… de ki, sevincim,
    Ümidim öldü, adam…

    Eşqdən böyük dərdsənmiş…
    Eşq ən böyük dərd-sərmiş…
    Eşqdən böyük dərd gəlmiş:-
    Ümiddən döndüm, adam…

    Sevdam özümə zülmüm…
    Sevdam… özüməm… zülmüm…
    Sevdam… özüm… ən zülmüm:-
    Ümidlə öldüm, adam…

  • Məhəmməd TURAN.Yeni şeirlər

    Toy nəğməsi…

    Əlinə düzülmüş o göyçək xına,
    Bəzəsin ömrünü ömrün boyunca…
    Dədə evindəki “qız otağın”a
    Birdə bax , birdə bax , bir də doyunca…

    Həyat cənnət olsun ayağın altda,
    O göyçək gözündən sevinc tökülsün…
    Sabah açılmasın gün ağaranda,
    Sevdiyin güləndə gecən sökülsün…

    Ağlama kövrəlmə bu toy günündə
    Yaşın o daş-qaşa təzə nur əkir…
    Xoşbəxt ol , xoşbəxt ol – yeddinci qatda
    Kövrəlmə uzaqda bir göz yol çəkir…

    Şair təbim…

    Aşır-daşır sığışammır,
    Bu dünyaya şair təbim…
    Atır oxu qüssə-dərdə,
    Dönür yaya şair təbim…

    Aşır ömrümün boyunu,
    Aşır könlümün boyunu,
    Oyuna qatır oyunu,
    Kövrələndə şair təbim…

    aparır sabaha məni
    Bəlkə neçə əsrlərdi…
    Başıma salacaq dəni
    Ömrümə yox şair təbim…

    Paydı vallah əvəzi yox
    kədərin də ləzzəti çox…
    Tutacaqdır hər zaman tox
    Gözlərimi şair təbim….

    Sevgi yaş tanımır…

    Sən mənim ömrümə gələndə gülüm,
    Cığaz ürəyimin dörd yaşı vardı…
    Mənim əllərimdə sənin əllərin
    Bütün uşaqların “beşdaş”ı vardı..

    Pöhrə sevgi idik həyat bağında
    Ehh şirin-şirin də söhbət edərdik…
    Arada öpərdim qızıl saçından
    Sevgiylə odlanıb eşqə gedərdik…

    Nənəmə vermişdin şəklini gülüm
    “Nəvənə verərsən” demişdin hələ…
    Ay allah dörd yaşın sevgisinə bax
    Qüdrəti oxşardı çağlayan selə…

    Düşür hər xatirə yadıma bir-bir
    Neyləyim kövrəldir şair qəlbimi..
    Nə olsun uşaqdıq? Qanıram indi
    Hələ sevməmişəm sən tək heç kimi

    Şairə sevmək olmazmış…

    Yolunda daş kəsək bitər.
    Gələn gedər gedən ötər.
    Quru canı batar itər.
    Şairə sevmək olmazmış.

    Naləlidi dili könlü…
    Ağ bəxti var qara günlü…
    Başdan başa eşqdi ömrü…
    Şairə sevmək olmazmış…

    İnsanlarda könül çiymiş
    Həyat çiymiş , ömür çiymiş..
    Eşq şairə qənimiymiş
    Şairə sevmək olmazmış..

    Yenə ərşə qalxıb , diləyim Allah…

    Yenə ərşə qalxıb diləyim Allah
    İlhama köklənən günlərimdəyəm…
    Gülüşü unudub yanağım Vallah
    Qüssədən yüklənən günlərimdəyəm…

    Elə gözüm baxır yola yol çəkir…
    Heç bilmirəm dərdim nədir , ünüm nə?
    Bu durğunluq vərəqlərə nur əkir
    Şeirlər çoxalır , noolsun? günüm nə?

    Həsrətmi bu qədər qəlbimi yoran?
    Yoxsa qəriblikdi ya da ki nədi?
    Yaman deyinirəm vallah ömürdən
    Həyatın çörəyi dizlərimdədi…

  • Xaliq MƏMMƏDOV.”Bu gecə yadıma yaman düşmüsən”

    12079336_155372158146741_6186934002319206725_n

    Hər gecə yadım düşərdin ama.
    Bu gecə yadıma yaman düşmüsən.
    Bəlkədə sən başa düşərdin ama.
    Sadəcə sevgiyə yalan düşmüsən.

    Gəlməyir yuxuda gözümə yatım.
    Bürünüm uşaqtək özümə yatım.
    De necə uzanım, de necə çatım?
    Bu gecə yadıma yaman düşmüsən.

    Bəlkədə yatmısan sən indi rahat.
    Mənəsə yoldaşdır qəm indi rahat.
    Gör necə həsrətin salıbdır qanat.
    Bu gecə yadıma yaman düşmüsən.

    Gecələr sən belə olursanmı heç?
    Ağlayıb gizlincə dolursanmı heç?
    De görüm yar məni sorursanmı heç?
    Bu gecə yadıma yaman düşmüsən.

    Sən idin ömürdə mənim amalım.
    Getmisən itibdir əqlim, kamalım.
    Bil daha qalmayıb taqətim, halım.
    Bu gecə yadıma yaman düşmüsən.

    Bitməyir necədə uzanır gecə.
    Həsrətlə başıma dolanır gecə.
    Min fikir başımda yaranır gecə.
    Bu gecə yadıma yaman düşmüsən.

  • Dövlət və Din

    e2f10c8acbc7

    Niyə dövlətlə dini müqayisə etmək üçün məqalə yazmaq istəyirik, çünki dövlətin önəmi və vəzifələri dedikdə, adətən siyasi fikirlərə rast gəlirik. Amma bir dövlət üçün din olmazsa, olmazlar sırasındadır. Çünki millətləri ayaqda tutan, dövlətləri güclü edən ən önəmli ünsürlərdən biri mənəvi dəyərlərdir, din əxlaqıdır.

    Dövlət nə deməkdir?

    Dövlət – ortaq həyat və mədəniyyəti paylaşan bir cəmiyyətdə bu cəmiyyəti nizamlama, bu cəmiyyətə təhlükəsizlik, sülh və rifahı təmin etmə məqsədini daşıyan və bu məqsədə yönələn qanunlar qəbul etmə, bu qanunları tətbiq etmə, mühakimə etmə, cəzalandırma kimi güclərə sahib olan quruluşdur. Yən, dövlətin vəzifələrindən biri də təhlükəsizliyi, sülhü və rifahı təmin etməkdir. Əgər bir dövlətdə din lazımı səviyyədə hörmət, dəyər görmürsə və ya dinin əsli izah edilmirsə, cəmiyyətin üzvləri həqiqi dini məlumatlarla maarifləndirilmirsə, o zaman dövlətin siyasətində çatışmamazlıq baş verir. Dövlət nüfuzundakı ən kiçik zəiflik belə bir cəmiyyəti böyük problemlərlə qarşı-qarşıya qoya bilir. Dövlət nüfuzundakı ən kiçik bir boşluq, bu boşluğun bəzi qeyri-qanuni qurumlar tərəfindən doldurulması ilə nəticələnir ki, bundan da hamı zərər çəkə bilir. Dövlət və millət, dövlətin və millətin zəif nöqtələrini bilən xarici və daxili bəzi mənfəət güdən çevrələrin təsiri altında qalır. Çünki bir dövlətin və millətin dini dəyərləri zədələnərsə, radikallığın ortaya çıxması qaçınılmazdır. Radikallıq da əvvəl-axır cəmiyyətdə çatışmaya səbəb ola bilir. Məsələn Nardaranla bağlı hadislərdən bir daha şahidi olduq ki, xürafələr pusquda gözləyən təhlükəli silah deməkdir. Düşmənin əlinə keçərsə, bir dövləti parçalamağa qadirdir. Bunun örnəklərini bir çox müsəlman ölkələrindən görmüşük. Bu səbəblə, Azərbaycan gəncliyi bu məsləni həm ilk öncə dini qarşısında vəzifəsi kimi bilməli, həm də dövlətini və vətənini qorumaq vəzifəsində də ilkin şərtlərdən olduğunu dərk etməlidir.

    Dövlətimiz xürafələrə və istənilən radikal düşüncələrə qarşı elmi mübarizədə gənclərinin yolunu daim açmışdır. Amma görünür ki, bu kifayət deyilmiş, çünki Azərbaycanın hər yerinə təbliğin çatması üçün dövlətin özü birəbir dini mövzular əhatəsində vətəndaşlarını maarifləndirmə sistemini qurmaqda maraqlı olmalıdır. Necə ki, bir azərbaycanlı olaraq, güclü dövlət mexanizminə uyğun hər sahədə öz töhvəmizi verməliyik və dövlətin zəifləməsinə yönələn hərəkətlərə qarşı çıxmalıyıq, dövlətimiz də millətini səhv etiqatlara aldanıb, yoldan çıxarılmasının qarşısını almaqla, həm dövlətini, həm də millətini zərər çəkməkdən qorumaqla vəzifəli olduğunu unutmamalıdır.

    Mirzə Fətəli Axunzadənin də dediyi kimi, insanların mühüm vəzifələri var. …Əgər insan bütün bu vəzifələri yerinə yetirərsə, bu halda kamil insan sayılar. Əgər o bunların bir hissəsini yerinə yetirərə, natamam insan sayılar. Əgər bu vəzifələrdən heç birinə əməl etməzsə, deməli insan qismindən çıxar və heyvan qisminə daxil olar. Birinci vəzifə bundan ibarətdir ki, insan pis əmməllərdən uzaq olmalıdır. İkinci vəzifə xeyir işlər görməlidir. Üçüncü vəzifə zülmə qarşı mübarizə aparmalıdır. Dördüncü vəzifə cəmiyyətdə öz yoldaşları ilə ittifaq içində yaşamalıdır. Beşinci vəzifə elm yolu ilə getməlidir. Altıncı vəzifə elmi hər yanda yaymağa çalışmalıdır. Yeddinci vəzifə bundan ibarətdir ki, insan öz qüvvəsi, imkanı daxilində onunla ittifaqda olan cəmiyyətdə, öz həmvətənləri və həm fikirləri arasında qanuni hüquqların müdafisəsi üçün mübarizə aparmalıdır.

    Esmira Nizami qızı

  • “Bir az güzgüyə baxmalıyıq, məncə…”

    Azərbaycan televiziya efirində məna və anlam yükü çox yüngül olan verilişlər ön plandadır və sayca da çoxluq təşkil edir. Bunun günahını ilk növbədə toplumda görmək lazımdır. Çünki televiziya zövqü birbaşa veriliş reytinqinə təsir edən amildir. Bu, problemli hissənin bir istiqamətidir. İndi isə sizə gördüyüm bir efir eybəcərliyindən danışmaq istəyirəm.
    Türkiyənin layihəsi olan “İşte benim stilim” yarışmasını bizimkilər də həmən “kapmışlar”.
    Evdə televizora baxan deyiləm, qonaq getmişdim. Təsadüfən, bu veriliş başladı. Sən demə, elə birinci bölüm imiş, nə kəramətdirsə artıq. Nə isə, bir az izləməli olduq. Hamı istəyər ki, öz milləti ilə qürur duysun, yaxşı işlərini danışsın, fəxr eləsin. İndi nədən danışaq, nədən öyünək, nə ilə fəxr edək?
    Jürisi bir dərddir, seçdikləri yarışmaçılar da ayrı bir dərd.
    Bu necə etikasızlıq, nitq mədəniyyətsizliyi, davranış pozğunluğudur? Bütün dünyanı qoyuram kənara, ən azı iki millətin, iki ölkənin gözləri önünə bu qabiliyyətsizliyinizi sərgiləməyə utanmırsınızmı?
    Efir mədəniyyəti hara qeyb olub? Nə vaxtdan efirdə “uje, arvadskoy” kimi varvarizmlər işlənir? Elementar danışıq qabiliyyətin yoxdursa, nə işin var bu qədər toplum önündə? Efir mədəniyyəti olan insan o dəqiqə hiss olunur. Bir tək Natali Borzicsky’ı (aktrisa modelyer) bəyəndim (konseptə uyğun geyimi, davranışığı, danışığı ilə) , onun da təbii ki, təcrübəsindən irəli gəldiyi danılmazdır. Amma efirə çıxırıqsa, ən azı xırda elementlər öyrədilməlidir, seyirçi zövqünü bu qədər kirlətməyə haqqınız yoxdur!
    Onları oraya seçən necə seçib, nəyi əsas götürüb, anlamıram.
    Bu yarışma dünyada bir çox ölkələrin imza atdığı layihədir. Amma bu şəkildə – zövqsüz, bayağı, qabiliyyətsiz və banal formada sərgiləməklə o ölkələrdən “seçilirik”. Xüsusən də, çəkiliş Türkiyədə baş tutubsa, bu elə-belə şey deyil. O ölkədə insanımızın kültürünü, nitq mədəniyyətini, davranışını bu cürmü sərgiləməliydik? Anlayıram, yarışmaçıların ilk efir çıxışı ola bilər, amma özünü aparmaq, danışıq formatı ilk deyil, bu adam nədirsə, efirdə də odur.
    Və jürilərin, əsasən də, azərbaycanlı olduğu halda model Günay Musayevanın nitqindəki “çoxluq” insanda ikrah və yaltaqlıq hissi doğrur. Bu efirdir, dünya izləyicisinə çatacaq bir formatda sərgilənən verilişdə Türkiyə türkcəsində danışmaq niyə? Azərbaycan türkcəsi sizi qane etmir?
    Günay mediaya karyerası və işi gərəyi Türkiyə türkcəsinin həyatının bir hissəsinə çevrildiyini söyləyib. Bəs, onda belə çıxır ki, bu verilişi karyera və işinin tərkib hissəsi saymırsan? İşin gərəyi Azərbaycan dilində danışmalı və öz ölkənin dövlət dilinə sahib çıxmalısan. Xoşun gəlmirsə, Azərbaycan teleməkanına mənsub bir layihədə iştirak etmək hüququn olmamalıdır. Bu məsələ də yenə birbaşa efir nəzarətsizliyinə gətirib çıxarır. Qeyd edim ki, məqsədim Türkiyə və Azərbaycan qardaşlığına ayrımcılıq gətirmək deyil, Azərbaycanın dövlət dili istifadəsinin mütləqliyini vurğulamaqdır.
    Bir də açar sual: Zaur nə vaxtdan “moda uzmanı” olub ki?
    Bu yarışma üçün daha uğurlu və uyumlu jürilər seçmək mümkün idi demirəm, seçilməli idi deyirəm. Fəxriyyə Xələfovadan başqa orada bu verilişə jüri olaraq seçilənlər işin mütəxəssisi deyil. Aparıcı nə vaxtdan modadan, konseptdən anlayan olub?
    Ən sadə Türkiyədəki jürilərə baxsaq, aparıcı da seçilir, jürilər də moda sahəsində öz sözünü demiş, bu formatda imzası təsdiqlənmiş uzmanlardır – Hakan Akkaya, Uğurkan Erez, Nur Yerlitaş, İvana Sert, Kemal Doğulu və aparıcı Öykü Serter.

    Aysel Abdullazadə

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    Burda asta yeriyin
    Burda asta danışın
    Hər şəhid arzusundan
    Od götürün alışın.

    Bu yer haqla nahaqqın
    Savaşından yaranıb.
    Anam Azərbaycanın
    Göz yaşından yaranıb.

    Burda zirvə ömürlü
    Ərlər, ərənlər yatır.
    Canını bu torpağa
    Qurban verənlər yatır.

    Azadlığ ilk bahar
    Havasında uyuyur
    Anam Azərbaycanın
    Laylasında uyuyur.

    Azadlıq dünyamızdan
    Onlar agahdır bu gün.
    Məzarları bir xalqa
    Ziyarətgahdır bu gün.

    Hər məzarın üstündə
    Qərənfil-ürək qanı
    Bu qərənfil sevgilər
    Mat qoyub bu dünyanı.

    Gələcək nəsillərin
    İçməyə and yeridir
    Azadlıq səmasının
    Qızaran dan yeridir,
    Şəhidlər xiyabanı
    İgidlər xiyabanı.

    DÜNYAYA BAXIRAM

    Tarixlə üz-üzə dayanıb bəzən,
    Ayları, illəri xəlbirləyirəm.
    Əsrlərdən gələn bir anı bəzən,
    Şeir misrası tək əzbərləyirəm.

    Bir xoş təbəssümdən, bir xoş qılıqdan,
    Çəkilir ömrümün qürub sarısı.
    Bəzən təmənnalı bir yaxşılıqdan,
    Mənə bir pay düşür-ürək ağrısı.

    Şahların önümdə əyilir başı,
    Qorxudan cəllad da çağıra bilmir.
    Bir dəli quyuya atdığı daşı,
    İndi yüz ağıllı çıxara bilmir.

    Döyüşdə mərdlərin pozulub səfi,
    Harda ki, xəyanət durub qəsdinə.
    Birinin sarayda çəkdiyi kefin,
    Ağrısı bir xalqın düşüb üstünə.

    Öz türk soyumuzdan ayırmaq üçün,
    Bizə fars-deyiblər ərəb deyiblər.
    Haqqı qorumaqçün babalar o gün
    Ümid bir sənədir yarəb-deyiblər.

    Haqqım var zoruyla öyünənlərin,
    Qırıb sümüyünü kül-xınc eyləyim.
    Ürəyi qarnında döyünənləri,
    Tanrının başına qaxınc eyləyim.

    Qəmi puçurlayar hər yaz dərdimin,
    İzini qar-yağış itirə bilməz.
    Ağzı açılıbdır Araz dərdimin,
    Selini dərələr götürə bilməz.

    Hər vaxt həqiqətin əlini sıxıb,
    Haqqı diləmişəm haqq aşığından.
    İndi azadlığın taxtına çıxıb,
    Dünyaya baxıram öz işığımdan.

  • Əlirza HƏSRƏT.”Necə ovunduraq qərib ŞUŞANI?!”

    11149420_814346961975030_7057312539619506005_n

    Sərhəd dirəkləri dikəlib bir-bir,
    Nə zəvvar qalıbdır o yerdə,nə pir.
    Haçandır dan üzü sökülmək bilmir,
    Basıbdır bağrına qürub ŞUŞANI.

    Ruhsuz da oynayır bədən yerindən,
    Təmənna gözləmə gedən yerindən.
    Bu başı bəlalı Vətən yerindən,-
    Zalımlar nə yaman qırıb ŞUŞANI.

    Nəğmə bəstələyib gündə bir ahla,
    Döyüşə gedirik qoşunsuz şahla.
    “İtkin şişəstə”ylə, “yetim segah”la,-
    Necə ovunduraq qərib ŞUŞANI?!

  • Qalib ŞAMXALOĞLU.”Az olan imkan da öldü manatla !”

    qsm

    Sarıb səmamızı qara buludlar ,
    Sabaha güman da öldü manatla !
    Heç oldu , puç oldu əllərdə nə var
    Az olan imkan da öldü manatla !

    Qeybə çəkilibdi haqqla ədalət ,
    Bürüyür ölkəni zülüm , zəlalət !
    Daha əlli faiz artdı səfalət ,
    Ac Azərbaycan da öldü manatla !

    Yenə dağılacaq neçə yuvalar ,
    Bizə qan ağladır zatı yavalar !
    Arxivə gedəcək bütün tavalar ,
    Çömçə də , qazan da öldü manatla !

    Ta verir bu xalqa belə məsləhət ,
    Hadı Rəcəbli ki , edin qənaət !
    Daha insanlıq da olacaq qəhət ,
    Hörmət , ehtişam da öldü manatla !

    Qalib Şamxaloğlu düşübdü dərdə
    İnsan insan kimi yaşamır Yerdə !
    Kimsə gəlməyəcək insafa bir də ,
    Tərazi mizan da öldü manatla !

  • Abdulla MƏMMƏD.Yeni şeirlər

    yt

    BİLƏSƏN GƏRƏK

    Dərdimin üzünü ağ edən gündən,
    Sevinə bilmirəm gözüm doyunca.
    Qoşulub ömrünə canımdır gedən,
    Ağrına,acına dözür doyunca.

    Sən mənim gözümə çəkilən həsrət,
    Özümü unudub sənə yanıram.
    Gözümdə əksindir yerinə qismət,
    Hara gedirəmsə səni anıram.

    Qəlbimi salmışam sənin dalınca,
    Getmisən köksümdə ürəyin qalıb.
    Məni məndən etmə mənim olunca,
    Elə zənn eləmə-ürəyim qalıb.

    Sənsiz dünya mənlə yol gedə bilmir,
    Elə səninlə də düz oxumur,düz…
    Qəlbim sənsizliyi dərk edə bilmir,
    Qayıt,inadından bir yolluq əl üz!

    Günlərə bağlayıb sənli gümanı,
    Alışıb yanıram hey için için.
    Söylə darıxmırmı ürəyin,canım,
    Sevib-sevildiyin o günlər üçün?!

    Sənsiz bu dünyayla getmirəm yola,
    Nələr çəkdiyimi biləsən gərək.
    Gözündən gözünə çəkdiyin yolla
    Qayıdıb,özünə gələsən gərək!

    NƏLƏR ÇƏKDİYİMİ BİLƏSƏN GƏRƏK.

    Dərdimin üzünü ağ edən gündən,
    Sevinə bilmirəm gözüm doyunca.
    Qoşulub ömrünə canımdır gedən,
    Ağrına,acına dözür doyunca.

    Sən mənim gözümə çəkilən həsrət,
    Özümü unudub sənə yanıram.
    Gözümdə əksindir yerinə qismət,
    Hara gedirəmsə səni anıram.

    Qəlbimi salmışam sənin dalınca,
    Getmisən köksümdə ürəyin qalıb.
    Məni məndən etmə mənim olunca,
    Elə zənn eləmə-ürəyim qalıb.

    Sənsiz dünya mənlə yol gedə bilmir,
    Elə səninlə də düz oxumur,düz…
    Qəlbim sənsizliyi dərk edə bilmir,
    Qayıt,inadından bir yolluq əl üz!

    Günlərə bağlayıb sənli gümanı,
    Alışıb yanıram hey için için.
    Söylə darıxmırmı ürəyin,canım,
    Sevib-sevildiyin o günlər üçün?!

    Sənsiz bu dünyayla getmirəm yola,
    Nələr çəkdiyimi biləsən gərək.
    Gözümdən gözünə çəkdiyin yolla
    Qayıdıb,özünə gələsən gərək!

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    XOŞBƏXT ELƏMƏYƏ GƏLMİŞƏM SƏNİ

    Kövrək xatirəndə qalan izlərim,
    Əbədi həkk olsun ömür yolunda.
    Sənə həsrət qalan yorğun gözlərim,
    İzn ver dincəlsin gül camalında.

    Çıxart xəyalından aşkara məni,
    Bəxtim qoy bəxtinə zəmanət olsun.
    Xoşbəxt eləməyə gəlmişəm səni,
    Ömrün də ömrümə əmanət olsun.

    Eşqinlə çək çıxart ürəyimi, gəl,
    Təkliyin qaranlıq gor quyusundan.
    İllər yolumuzda olmasın əngəl,
    Doğulaq taleyin kor quyusundan.

    İNSANLIĞA

    Bir günahkar bəndə varsa, yox nicat insanlığa,
    Hər bir insan saf əməl versin zəkat insanlığa.

    Qoy arınsın büs-bütün hər cür günahdan bəndələr,
    Eyləsinlər çox savab işlər barat insanlığa.

    Durmadan karvan gedir, yollar uzaqdır, yük ağır,
    Sən də ver öz töhfəni, vaxtında çat insanlığa.

    Vermə əldən insafı, fürsət var ikən adil ol,
    Pak əməllər bəxş edər sonsuz həyat insanlığa.

    Sözlərinlə gəl, Müzəffər, qəlbləri abad elə,
    Mənəviyyat müjdəni şövq ilə qat insanlığa.

  • Rahilə DÖVRAN.”Fani dünya”

    12091354_1653537131524991_3860076084131834097_o

    Şikayətəm, mən gileyəm,
    Gün görməyən, don quzeyəm.
    Ağlatdığın qəmli neyəm,
    Nədir mənlə qəsdin dünya?

    Hanı sənin ədalətin?
    Qismət,ruzin, səxavətin?
    Nədir mənim qəbahətim?
    Hey ipimi kəsdin dünya…

    Atdığım zər yekdi, dudu,
    Kor bəxtim də, üzə durdu.
    Gedən vurdu, gələn vurdu,
    Tapdaladın, əzdin dünya.

    Yoxsa məni hədəf gördün,
    Yük atıtək qoşdun, sürdün.
    Mən yandırdım, sən üfürdün,
    Qara yeltək, əsdin dünya.

    Öldürmədin, öləmmədim,
    Xətir, hörmət görəmmədim.
    Dərdi sənlə böləmmədim,
    Məndən uzaq gəzdin dünya.

    Dövran Tanrı əmanəti,
    Var şöhrəti, dəyanəti.
    Şair sevməz xəyanəti,
    Nahaq ondan küsdün dünya…

    24.12.2015.

  • Rahilə DÖVRAN.”Yavaş-yavaş”

    12091354_1653537131524991_3860076084131834097_o

    Axdı qəlbdən dilə, bir neçə kəlmə,
    Söyləyim, qulaq as, sən yavaş- yavaş.
    Sırınıb qəlbimə qəm ilmə- ilmə,
    Dərddə qərq oluram, mən yavaş- yavaş.

    Olsa da könlümdə hisslər dum- duru,
    Zaman alazlayır əqli, şüuru.
    Azalır günbə-gün gözlərin nuru,
    Ələnir saçlara, dən yavaş- yavaş.

    Itib damaq dadı, hər bir nemətdə,
    Xoş bir şey görmürəm, bu əlamətdə.
    Artıq söz dinləmir vücud, qamət də,
    Azalır hünər, güc tən yavaş- yavaş.

    Yaxamdan əl çəkmir dərd, bəla, qada,
    Gərəksiz olmuşam qohuma, yada.
    Xəyal da, güman da, çatmayır dada,
    Itir zehin, yaddaş, zənn yavaş- yavaş.

    Ümidim, pənahım,tək Ulu Rəbbim,
    Ey Dövran,Onunçün döyünür qəlbim.
    Rəhm etsin, sönməsin ilhamım, təbim,
    Çəkilsin başımdan, çən yavaş- yavaş…

    25.12.2015.

  • Əziz MUSA.”Könül”

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    Könlüm, gözüm gülməz bir də,
    Dövran bizi salıb dərdə,
    Qərib insan qərib yerdə ,
    Ağlamaz, öz yurdu olsa.

    Göylər sevməz bəxti kəmi,
    Vürər bizə hər sitəmi,
    Bəndə ürəyində qəmi,
    Saxlamaz, öz yurdu olsa.

    Hər kəs sevər binəsini,
    Yurd unutmaz yiyəsini,
    İnsan vallah sinəsini,
    Dağlamaz, öz yurdu olsa.

    Öyrən indi bəmə, könül,
    Qoy bu dərdi dəmə, könül.
    Əziz Musa qəmə könül,
    Bağlamaz öz yurdu olsa.

  • Mehriban İBRAHİMOVA.”Dünya, səndə nəyim qaldı?”

    Sorğu gəzir,ürək dolu,
    Hesab sorur öz-özündən:
    Dünya səndə nəyim qaldı?
    Şirin-şirin arzularım,
    Yığın -yığın duyğularım,
    Dünya dolu qayğılarm.
    Əlim gəlməz bir çiçəyin,
    Yarpağını qoparmağa,
    Gəlişim tək gedişimdə,
    Sirrli aləm aparmağa.
    Bilinməzsə bu dünyaya
    Nə gəlişim ,nə gedişim
    Nə faydası gəlişimin,
    Bu dünyadan gedişimin.
    Qalmayıbsa varlığımın
    yoxluğumun bir mənası,
    Yaşamağın nə mənası?
    Bu dünyaya gələn insan,
    İnsan kimi yaşamasa,
    Yaşamağın nə mənası.
    Dünya səndə nəyim qaldı?
    Yoxsa cavab bu sorğuya,
    Qalmayıbsa sözü,izi
    Ürək dolu bircə sözü,
    Yaşamağın nə faydası
    Sorğu gəzir ürək dolu,
    Dünya səndə nəyim qaldı?

    25 12 2015.

  • Mehriban İBRAHİMOVA.”Yaşamaq elə budur”

    Yağan yağışda islanmaq,
    Qışın sazağında donmaq,
    Yayın istisinə yanmaq,
    Yaşamaq deyil ki ,hələ.
    Sevirəm deyib bağırmaq,
    Mən varam deyib çığırmaq,
    Dərdlə içində ağrınmaq,
    Yaşamaq deyil ki,hələ.
    Kimlərəsə boyun əymək
    Kiminsə çörəyini yemək
    Günlərini hədər saymaq.
    Yaşamaq deyil ki hələ.

    İnsanlığın halına yanmaq,
    İnsan tək yaşayıb,insan tək qalmaq
    İnsanlığın zirvəsinə ucalmaq.
    Yaxşı əməllərlə dillərdə qalmaq,
    Yaşamaq elə budur,yaşa ey insan.
    Ömür sənə verilib ,sənindir ,amma,
    İnsan olduğunu unutma ,danma,
    Günəşin oduna tək-tənha yanma,
    El -oba dərdinə,birlikdə yansan
    Yaşamaq elə budur ,yaşa ey insan.
    Düzlük silahını saxla əlində,
    İşində,gücündə ,hər əməlində,
    El oba içində ,hörmət,ehtiram,
    Çəkilsin hörmətlə hər yerdə adın,
    Yaşamaq elə budur ,yaşa ey ,insan.

    26 12 2001

  • Vasif ZÖHRABOĞLU.”Heykəl əllərin…”

    1601578_710347309084020_7077466699777794928_n

    Qadasın alardım, tozun alardım,
    Mən ki, dəlisiyəm daş gözəllərin.
    Öpüb gözlərimin üstə qoyardım,
    Canlana bilsəydi heykəl əllərin.

    Biraz da sükutdur elə yaşamaq,
    Biraz da dincəlsəm kölgəndə sənin.
    Sənin dayandığın zirvəyə ancaq,
    Ölənlər yetişir ölkəndə sənin.

    Utanma gözümün içinə baxıb,
    Min il yaşamısan, min il ölmüsən.
    Sən bu ucalığa səsinlə qalxıb,
    Bir heykəl diliylə kiridilmisən.

    Yanında yerim var aman günüdür,
    Min insan ömründən bahalı heykəl.
    Hər gün bu vətəndə nişan günüdür,
    Elləri qanımla xınalı heykəl…

    Qadasın alardım, tozun alardım,
    Mən ki, dəlisiyəm daş gözəllərin.
    Öpüb gözlərimin üstə qoyardım,
    Canlana bilsəydi heykəl əllərin.

  • Vasif ZÖHRABOĞLU.”Səkilər”

    1601578_710347309084020_7077466699777794928_n

    Təkliyinlə doldurarsan otağı,
    Gözlərindən yuxun ərşə çəkilər.
    Boylanarsan pəncərədən aşağı,
    Görərsən ki, buza dönüb səkilər.

    Ürəyinin alovunu, odunu,
    Ovcundaca kiridərsən, kiriməz.
    Unutduqca ayrıldığın qadını,
    Səkilərin buzu hələ əriməz.

    Dizlərini ürəyinə sıxasan,
    Buza dönər gözlərinin yaşı da.
    Pəncərədən hey aşağı baxasan,
    Səki üstə keçirəsən qışı da…

    Bəhanə tap, gözlərinlə ha yol çək,
    Gələcəkdi, gəlmədi yol uzaqdı.
    Qış günündə səki üstə mənim tək,
    Darıxanlar hamısı yalquzaqdı…

    Təkliyinlə doldurarsan otağı,
    Gözlərindən yuxun ərşə çəkilər.
    Boylanarsan pəncərədən aşağı,
    Görərsən ki, buza dönüb səkilər…

  • “Mən səni özümə qaytaracağam” adlı kitab çap olunub

    Şair-publisist, AYB-nin üzvü və AJB-nin üzvü, I qrup əlil Ofelya Mədətqızı 6-cı dəfə oxucuları ilə görüşə gəlib. “Mən səni özümə qaytaracağam” adlı kitabın 1-ci və 2-ci fəsilləri müəllifin tale yazıları, ölümlə çarpışan zaman sözdən və zamandan imdad diləməsi, söz meydanında özünü tapması ilə bağlı yazılarla yadda qalır. 3-cü fəsildə söz adamlarının, qələm yoldaşlarının müəllif haqda fikirləri toplanıb. 5-ci fəsildə Ofelya Mədətqızı özünü bir publisist kimi tanıdır. Digər fəsillərdə müəllifin şeirləri, rübai və poemaları cəmlənib.
    Inanırıq ki, kitab geniş oxucu kütləsinin diqqətini cəlb edəcək, onun mütaliəsinə sərf etdikləri, itirdikləri vaxta heyfsilənməyəcəklər.

    Şəfa VƏLİYEVA,
    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

  • Tanınmış yazçı Eyvaz Zeynalovun yeni kitabı İstanbulda işıq üzü görüb

    Çağdaş Azərbaycan ədəbiyyatının görəkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və Gürcüstan Yazıçıları Milli Akademiyasının üzvü, tanınmış yazıçı Eyvaz Zeynalovun Qardaş Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində “Eski bisiklet” (“Köhnə velosiped”) adlı hekayələr kitabı “Anatolia” nəşriyyatı tərəfindən 160 səhifə həcmində, 2000 tirajla işıq üzü görüb.Kitaba 20 hekayə daxil edilib.“Eski bisiklet” kitabı artıq Türkiyənin ən önəmli topdan kitab satışı firmalarına göndərilib.Kitabın pərakəndə satış qiyməti təxminən 6 ABŞ dollar qiymətinləndirilir.
    Qeyd edək ki, bundan öncə tanınmış yazıçı Eyvaz Zeynalovun “Bələdçi” romanı Azərbaycan türkcəsindən Alman dilinə tərcümə olunub.Alman dilinə çevirəni isə yazıçı M.M.Kiehldir.Kitab Almaniyanın “Vintervork” nəşriyyatı tərəfindən çap olunub.Müəllifin sayca doqquzuncu kitabı olan “Bələdçi” romanı Almaniyanın Frankfurtdakı Beynəlxalq Kitab sərgisində nümayiş etdirilmişdi.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • Saqif QARATORPAQ.”Getməmişəm hələ mən”

    saqif muellim

    Getməmişəm hələ mən
    Kimsənin ayağına.
    Gəlsəm, üzümə vurma,
    Qucaqla, bas bağrına.

    Gərək yiyəsi olsun
    Bu həyatda itun də.
    Elə bil ki artqdı
    Indi bir yetimin də.

    Lap acı söz desən də,
    Onu da de ürəkdən.
    Ürəksiz bir söz desən,
    Çıxıb gedəcəyəm mən…

  • Saqif QARATORPAQ.”Kəsdirib qapımı budu son bahar”

    saqif muellim

    Bilmirəm nə deyim sənə bu yaşda,
    Ilk dəfə vurulan uşaq deyiləm.
    Bir az utancağam,bir az da tənbəl,
    Neyləyim, elə də qoçaq deyiləm.

    Kəsdirib qapımı budu son bahar,
    Ayağım altında xəzəldi illər…
    Mənim qız qaytaran vaxtım ha deyil,
    Elə görən kimi sevə gözəllər.

    Yoxsa sən gecikdin bu ömrə-günə,
    Bilmirəm, gec tapdım bəlkə mən səni.
    Bir nakam sevdanın naxışıdı bax,
    Alnımın qırışı,saçımın dəni.

    Bir eşqin acısı sızlar içimdə,
    Adını sinəmə yazıb ayrılıq.
    Mən çoxdan ölmüşəm bir buz ürəkdə,
    O gündən qəbrimi qazııb ayrılıq.

    Demirəm halıma acı bir azca,
    Səndən bir cabab da gözləmirəm mən.
    Bir az ürəyimi boşaltdım yetər,
    Bundan sonrasını özün bilərsən…

  • Arzu RÜSTƏMSOY.Yeni şeirlər

    Məni o küçədən keçirmə daha…

    Mənə nağıl danış,gələcəyimdən,
    Bəxtimdə var isə, güləcəyimdən.
    Hələ neçə küçə ,keçəcəyimdən,
    Söylə sən haqqımı bitirmə daha,
    Məni ,o küçədən keçirmə daha.

    Mənim o küçədən ayaq izim var,
    Bir cüt ağlargözlü ümidsizim var.
    Ona deyilməmiş sirrim-sözüm var.
    Qoy bir ümid olum,itirmə daha,
    Məni o küçədən keçirmə daha.

    Yağan yağışlardan,əsən küləkdən,
    Arzumu gözümdə qoyan fələkdən.
    Ayaq izlərim də doydu ,kələkdən,
    Qoy bir ümid olum,itirmə daha,
    Məni o küçədən keçirmə daha.

    Gəl ayrılaq birdəfəlik…
    Həsrət hicran yorub bizi,
    Döndərib haqq üzümüzü.
    Odumuzun sönüb közü,

    Gəl ayrılaq birdəfəlik.
    Fələk salıb dağa-daşa,
    Qəhərliyəm başdan-başa.
    Ömür ötür gahdan-kaşa

    Gəl ayrılaq birdəfəlik.
    Sevgi belə yaşanmaz ki,
    Ürək sevər yaşlanmaz ki.
    Bulaq sızar,daşlanmaz ki,

    Gəl ayrılaq birdəfəlik.
    Mənim olan de nəyindi,
    Sevincim qara geyindi.
    Həyat demədi,deyindi,

    Gəl ayrılaq birdəfəlik.
    Ayrılıgın yox qaydası,
    Qovuşmağın nə faydası.
    İkimizçün ən yaxşısı,
    Gəl ayrılaq birdəfəlik.

    26.12.2014

    Gəl boyuna qurban gəl sevim səni…

    Men belə dəliyəm,Məcnuna tayam,
    Bəzən coşub-daşib gôzümden çayam,
    Bu cür istəmirəm,canıma qıyam,
    Gəl,boyuna qurban gəl,sevim səni.

    Məndə ki,bu eşq var,yaxar ha yaxar,
    Baş üstə şimşəyin çaxar ha çaxar.
    Bir gün məni üzüb yixar ha yixar,
    Gəl boyuna qurban gəl,sevim səni.

    Gündə dilim deyər adını sənin,
    Ruhum arzu edər,dadini sənin,
    Anla belə yandım,oduna sənin,
    Gəl boyuna qurban gəl,sevim səni.

    Cahanda görmədim sən tək cananin,
    Ölləm,qurbanıyam dərdim qananin.
    Qoy dönüm,başina min yol dolanım,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Üzübsən canimi məndən bixəbər,
    Mən səni sevmişəm,səndən bixəbər.
    Deyilsən üsuldan ,çəmden bixəbər,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Dağlarin qoynunu sarıbdir,duman,
    Zirvənin könlüne gəlibdir iman.
    Bu eşqdə bir sən ol,halımı qanan,
    Gəl boyuna qurban gəl sevim səni.

    Baxıram,ûzûnə,qaşların hilal,
    Öldürür,sürüyür,məni bu məlal.
    Inan,gözüm,canım,mənimsən,halal,
    Gəl,boyuna qurban gəl sevim səni.

    Bu qaşlar,bu gözlər,kimdə var,kimdə,
    Odlayır,yandirir,məni qəlbimdə.
    Görmək istəyirəm səni,evimdə,
    Gəl,boyuna qurban gəl sevim seni.

    25.10.2013

  • Şəfa VƏLİYEVA.”Vatsonum” publisist yazısından….”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Cılız mətbəx qadınları susmağı öyrənir.. çünki onları cəmiyyətlə qorxudublar… təsəvvür edə bilərsən bunu?
    Hər ikisi susdu… dəqiqələr sonra qaşlarını çataraq :
    -etməsən olar!-dedi.- onsuz da cəmiyyət ancaq təsəvvürdədi. Ətrafımızda heç zaman cəmiyyət yox, adamları düşünürük biz. Adamların cəmiyyət olub-olmamağı məlum deyil….

  • Şəfa VƏLİYEVA.”Yaxşı ki, soruşmadın”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Yaxşı ki, soruşmadın
    Bu il də əhvalımı..
    Gözümdən oğurladın
    Köhnə, nimdaş halımı…

    Sən soruşmadın deyə
    Mən də “sənsiz” olmadım…
    “Darıxmaqdan ölməyə”
    Bir il cığır salmadım…

    Amma… birdən inciyər
    O kiçik söz:-necəsən…
    Gərək elə mən deyəm?!
    Özün söylə! Necəsən?…

  • Əlirza HƏSRƏT.”Sevgiyə ibadət eyləsə bəşər”

    11149420_814346961975030_7057312539619506005_n

    Sənin yerişinin adı başqadır,
    Qalxır xumar-xumar toz ayağından.
    Bir sevda rəsmidir rəngsiz,boyasız,
    Yollara tökülür iz ayağından.

    Sevgiyə ibadət eyləsə bəşər,
    Yaxşı əməllərə məğlub olar şər.
    Boynuna məhəbbət kəməndi düşər,-
    Asılıb qalarsan öz ayağından.

    Mənim qəlbimdəki bu eşq təpəri,
    Ana təbiətin sirridir,pəri.
    Zirvəyə ucalmaq istəyənləri,-
    Sınağa çəkərik biz,ayağından.

  • Təranə Turan RƏHİMLİ.”Dənizin qanı qaradı”

    teranexanim

    Bu dənizin sahilindən
    arzular uzaq görünür.
    Bu dənizin sularında
    balıqlar yazıq görünür.

    Adamlar axışıb axşam
    dəniz havası almağa,
    Yosunlar ilişib yenə
    balıq yerinə qarmağa.

    Bürküdən nəfəsi durub,
    Dənizin havası çatmır.
    Üzündə dərd qaysaqlayıb,
    Dalğalar hey vurur, batmır.

    İçindən qara qan axır,
    Gecə tək donu qaradı.
    Gəl qayıdaq, gedək evə,
    Dənizin qanı qaradı.

  • Təranə Turan RƏHİMLİ.”Gözümdən düşdüyün yola düşürəm”

    teranexanim

    Məni tanımadın, körpə ağacdım,
    Vaxtsız doğradılar, kölğəm olmadı.
    Böyük ağacların kötüyü qalır,
    Bir kötük boyunda izim qalmadı.

    Sən hardan biləsən soyuqdu mənə,
    Ruhumun paltarı çoxdan çürüyüb.
    Elə dərd biçmisən boyuma gəlmir,
    Məni sabahımın dərdi bürüyüb.

    Nə deyib çıxasan haqqın üzünə,
    Belə ayrılıqlar dərddi Allaha.
    Gözümdən düşdüyün yola düşürəm,
    Səni axtarmağa gedirəm daha.

  • Xəyalə SEVİL.”Asaram özümü goyün üzündən”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, İlahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il – il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar.

  • Xəyalə SEVİL.”Bətnimdə böyüyən adam”

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bətnimdə böyüyən adam,
    Bir ömür gözləyir səni.
    Ömrün yaşına gələcək,
    Həyat başına gələcək.
    Qoy səni aldatmayım ki,
    “Dünya xoşuna gələcək”…
    Bətnimdə böyüyən adam,
    Dünya bətnim kimi deyil,
    Enişi var, yoxuşu var.
    Bu dünyaya hər gələnin
    Torpağa bir qapı açıb
    Bu dünyadan çıxışı var.
    Qapı-qapı qəbrlərini tanı,
    Bunu, onu, o birlərini tanı.
    Bizi saxlayır, böyüdür,
    Dayədi bu dünya bizə.
    Dünyadan ev olmaz, balam,
    Kirayədi dünya bizə.
    Bətnimdə böyüyən adam,
    Müxtəsəri,
    Anan mənəm, atan odu.
    Evin budu, odan odu.
    Səni hər gün əzizləyən
    Bacın, qardaşın da var.
    Daşın üstə daş qoymağa
    Balaca daşın da var.
    Ürəyimiz üzünə
    Açılıbdı taybatay,
    Gözləyirik aybaay.
    Fərqi yoxdu, oğlan ya qız,
    Balamsan, balamsan mənim.
    …7 …8 …9

  • Şəfa VƏLİYEVA.”Bütün bayramlara özəl… “

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Göydə ulduz əlçim-əlçim,
    Gözlərimə baxar, gedər…
    Bu həsrətə dözəcək kim,
    Həsrət məni yaxar, gedər…

    Göydə ulduz qatar-qatar,
    Sərnişini xəyalındı,
    Bəxtim elə yatar, yatar,
    Röyası da hicranındı…

    Göydə ulduz birər-birər,
    Hərəsi bir güvən, ümid…
    Məni məndən alar gedər,
    Vüsaldan üzülən ümid…

    Göydə ulduz düzüm-düzüm,
    Unutdurar məni mənə…
    Daha yoxdur sənə sözüm,
    Qaytar ver özünü mənə… (c)

  • Şəfa VƏLİYEVA.”Bu yay torpağı oxşadı…”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Inanma hər deyilənə
    Hələ sənə nə yazmışam? (Intiqam)

    Mənim sənə yazdıqlarım
    Bu yay torpağı oxşadı…
    Döndü üzü qiblə sarı
    Tərsa eşqimə baxmadı…

    Eşq-naməhrəm… eşq-səd günah…
    Eşq -beş ləçəkli zanbaqmı?
    Eşq-kitabsız bir səcdəgah
    Eşqli-məbəd Şamxatımı?

    Elə asan öldürürlər
    Sevgi rəngli ümidləri…
    Tanrı qıymazdı belə…
    Ayırmazdı sevənləri…

    Vallah, bizi ayıranlar
    Allahını tanımadı…
    Bəlkə, eşqə tapınanlar
    Allahından yarımadı?!

  • Xaliq MƏMMƏDOV.”Mən ki sevmək istəmədim”

    12079336_155372158146741_6186934002319206725_n

    Düşünərdim silməm səni.
    Getdin daha görməm səni.
    Necə sevdim bilməm səni.
    Mən ki sevmək istəmədim.

    Dönə-dönə dedim qəlbə.
    Daha çıxım gedim qərbə.
    Necə kömək edim qəlbə?
    Mən ki sevmək istəmədim.

    Çox saxlama gülüm məni.
    Qoy aparsın ölüm məni.
    Bağışlasın könlüm məni.
    Mən ki sevmək istəmədim.

    Tək yanında mən olmuşam.
    Bu həsrətdən yorulmuşam.
    Axı necə sən olmuşam?
    Mən ki sevmək istəmədim.

    Yox ümüdə bir çıxıntı.
    Yıxır məni hey sıxıntı.
    Var qəlbimdə bir qırıntı.
    Mən ki sevmək istəmədim.

    Bağışlamır ürək məni.
    Hədəf alıb dirək məni.
    Bağışlaya gərək məni.
    Mən ki sevmək istəmədim.

  • Məhəmməd TURAN.” Görən o məktubun axırı necə oldu?..”

    12113359_1644259745815327_8563565984306098338_o

    Bəzən insan ani hisslərin, ani duyğunun, ani əsəbin ucbatından sonradan ömür boyu peşman olacağı elə işlər görür ki…
    Sonra o peşmançılıq hər zaman insanın ürəyini dəlir. Təbii işdir, hər kəs aldanır – lənət şeytana! Şəfa Vəlinin bir obrazı var. Bilmirəm, bu obraz onun ürəyinin küncündə yaşayırmı, Şəfa Vəlinin ürək ölkəsində elə bir adam varmı, yoxsa Şəfa xanım öz duyğulu təxəyyülündən yaradıb bu obrazı?! Amma Şəfa Vəli elə bir şeir yazıb ki, məncə, ordakı o obraz təxəyyül yox, yaşayan canlı obrazdır. Şəfa Vəlinin ürəyindən süzülən misralarda elə saf ürəkli bir obraz olub ki, o obraz…Təşəkkür etsin Şəfa Vəliyə ki, onu belə duyğuyla təsvirə çəkib…

    Qaytar mənim məktubumu,
    Aparma yara, poçtalyon!
    Qırma yarın ürəyini,
    Eyləmə para, poçtalyon!

    Bu bənd… Dilimin əzbəridir bu bənd… Əsas da uzun yola çıxanda yoldaşlıq edir mənə. Əlin, ürəyin var olsun Şəfa Vəli, özün var ol! Məsum hisslərə baxın… Aşiqin məsum-məsum etdiyi naləyə baxın… Ona fikir verin ki, burdakı obraz sevgilisinin bundan küsməyindən yox, o qədər duyğusaldır ki, sevgilisinin ürəyini qırmaqdan qorxur… Əhsən belə aşiqə!

    Dəyişik sal o ünvanı,
    Başqa qapını silkələ!
    O ağlayaraq oxuyar,
    Başqaları gülə-gülə…

    Baxın, şeirin ən çox peşmançılıq ifadə edən bəndidir bu bənd… İçində öz-özünə təsəlli verir ki, bəlkə, nə ola, başqa qapını silkələyə, məktub çatmaya… Bu təsəllini poçtalyona xitab şəklində versə də, dərinə baxanda görünür ki, obraz bu sözlərlə özünə təsəlli verir, Allaha yalvarır… Yarının göz yaşına qıymır. Göz yaşı görməyəsən, ay Şəfa Vəli…

    Qaytar, poçtalyon, qaytar,
    Vallah, mən də ağlayacam.
    Ona doğru gedən yollar,
    Bu məktubla bağlanacaq…

    Mənim ürəyimi ağladan yeganə bənddir bu şeir aləmində… Çünki burada obrazın nə demək istədiyini çox gözəl anlayıram, çünki bu hissləri mən də yaşamışam… O peşmançılıq hissi olur ha! Adam üzünü yastığa sıxıb bağıra-bağıra ağlamaq istəyir. Əminəm ki, bu obraz da həmin hissi yaşayırmış… Bir də sevgilisini görməməkdən çox qorxur, çoox… Əslində, bu şeir mənə həyatda hər şeyi min ölçüb, milyon ölçüb bir biçməyi öyrətdi… Ona görə savaba batdın, Şəfa xanım!
    Şəfa xanımın hər misrasında neçə çalar var. Bir də Şəfa Vəlinin qafiyələrini çox sevirəm, çox maraqlı və heç işlənməmiş qafiyələri var. Şəfa Vəliyə yaradıcılığında daha böyük uğurlar, həyatında isə bol-bol təbəssüm, can sağlığı arzu edirəm…
    Şəfa Vəli, eyni zamanda, böyük bacımızdır bizim – “Abla”mızdır… Bir də, o bayaqdan obraz-obraz deyirdim ha, o elə Şəfa Vəlidir!

  • Kənan AYDINOĞLU.”Gəncənin tarixi yaddaşındadı”

    Photo Kenan

    Gəncə deyəndə hər dəfə yadıma Şəfa Vəliyeva düşür.Yenə də masa arxasında əyləşib, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olub, geniş oxucu auditoriyasını yeni əsərləri ilə tanış edən son dərəcə həssas və qayğıkeş gənc nəslin nümayəndələri içərisində özünəməxsus yer tutan ən çox sevdiyim Xanımyazar.
    Bədii təxəyyülünün və potensialının gücləndirilməsi üçün kifayət qədər ciddi mütaliə etməsi ilə diqqəti cəlb edir.Hər dəfə istər mətbu orqanlarda, istərsə də mədəniyyət və ədəbiyyat yönümlü portallarda görəndə ürəyimdən keçən ilk fikir həmin yazıları saytlarda, o cümlədən mətbu orqanlarda dərc olunmasına nail olmaqdan və xoş anı Şəfa xanımın oxucuları ilə və şəxsən özü ilə paylaşım etməkdən ibarətdir.
    Özü də dəfələrlə şahidi olmuşam ki, özünün sadə geyim tərzi və davranış forması ilə səmimiliyini qoruyub saxlaya bilir.Şeirlərinin hamısını məhz özünə həsr etməsi çağdaş dönəmdə onu həmyaşıdlarından köklü surətdə fərqləndirir.Hekayələrini oxuyanda isə hər dəfə eyni bir fikir dolaşır gözlərim önündə: Yaşadığı bu gözəl ömrün bir hissəsi əks olunub əslində hekayələrində. Üzləşdiyi problemlərə və narahat olduğu hər bir məqamı oxucu auditoriyası ilə bölüşmək üçün novator yazar kimi çıxış edərək qaranlıq qalan hər bir məqama özünəməxsus şəkildə işıq salmağa çalışır.Xüsusilə də Çağdaş Azərbaycan ədəbi mühitində Şəfa Vəli imzası ilə tanınan xanım yazar Bakı-Gəncə avtobusu ilə ölkəni qarış-qarış gəzib,ömrünün ən gözəl anlarını məhz sadə xalq arasında yaşaması doğulub, boya başa çatdığı bir yurda-Göyçə mahalına və yaradıcılıq nümunələrini qoynunda ərsəyə gətirdiyi Gəncəyə bağlılığı ilə fərqli yaşam tərzi ilə seçilən ədəbi-bədii ideya istiqamətini doğru müəyyən etmiş istedadlı gənc nəslin fəal nümayəndələrindəndir.
    Aşıqların ustadı Dədə Ələsgərin ocağından olması saza, sözə sonsuz sevgi və sayqı ilə yanaşması bir neçə misranın ərsəyə gəlməsində qığılcım rolunu oynadı.

    Mən indi bildim ki, sənin sevincin,
    Sözündə, gözündə, göz yaşındadı.
    Ələsgər yurdunun yadigarısan,
    Gəncənin tarixi yaddaşındadı.

    Ta qədim zamanlardan bu yana dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi kimi görkəmli söz sənətkarı yetirən ən çətin və ağır günündə belə döyüş meydanında yağıya təslim olmayan Gəncənin qoynunda yaşaması, ekoloji cəhətdən təmiz hava şəraitində mühüm əhəmiyyət kəsb edən məsələlər ətrafında fikir mübadiləsi aparması Bakı-Gəncə avtobusunun ən sevimli sərnişini Şəfa xanım Vəlini ictimaiyyət nümayəndələrinə istedadından xəbər verməyə sövq edən növbəti ədəbi faktor kimi gözlər önündə canlanır.Gəncəni daha çox mənə sevdirən və Gəncənin qədim və zəngin tarixi ilə yaxından tanış olmağım üçün qəlbimdə sonsuz sevgiyə vəsilə olan böyük məmnunluq hissi ilə “Canım Bacım”-deyə müraciət etdiyim əsərləri ilə geniş oxucu auditoriyasının, xüsusilə də mənim rəğbətini qazanmış Şəfa xanım Vəliyevaya yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirəm!
    ALLAH Sizi və tüm Sizi sevənləri qorusun! İnşAllah!

    Dərin hörmət və ehtiramla,

    Kənan AYDINOĞLU,
    Gündəlik Analitik İnformasiya Agentliyinin
    Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
    Bakı şəhəri.24 dekabr 2015-ci il

  • Qalib RƏHİMLİ.”Sözdən sevgiyə gedən yol”

    01

    Zaman-zaman Aybəniz Əliyarın dövrü mətbuatda, feyzbuk səhifəsində yeni şerləri ilə qarşılaşıram. Hər şerini də diqqətlə oxuyuram. Açığını deyim ki, onun şerlərindəki cəsarət məni ovsunlayıb. Hamının gündəlik həyatda qarşılaşdığı məqamları Aybəniz xanım sözün sehri ilə elə cilalayır ki, ovsunlanmaya bilmirsən. Balaca bir ürəyə bu qədər sözün və sözdən doğan sevginin necə yerləşdiyi düşündürür adamı. Onun həyata və həyata xüsusi rəng verən sevgiyə münasibəti tam fərqlidir. İstər ilahi eşq yolunda, istər vətən, təbiət sevgisində çox səmimidir. Yazdıqları boğazdan yuxarı deyil, ən başlıcası sözü zorlamır. Çox aydın görünür kü, söz bu xanımın içindən qaynayıb dilinə gəlir. Belə olan halda da qələmə aldığı fikir və düşüncələr sevilə-sevilə oxunur. Əslində şairlik özü bir ilahilikdir, haqqdan gələn vergidir. Poeziya isə bu ilahilikdən su içib zənginləşən mənəvi bir qidadır.

    Aybəniz xanımın şerləri məni elə cəlb etmişdi ki, bir gün də ondan mənə kitab göndərməsini xahiş etdim. Sağ olsun, qırmadı məni və sonuncu- “Qürubda günəş” kitabını göndərdi. Fikrim Aybəniz xanımın şerləri barədə sadə bir oxucu fikirlərini bölüşmək idi. Aradan bir xeyli keçsə də mən fikirlərimi indi qələmə aldım. Amma istədim söz dünyasının fatehi olan bu xanımın sonuncu kitabına onu hansı şerləri ilə gəlməyimdən qısaca deyim.

    Hər şair yaradıcılığında öz ömrünü yaşayır. Sevinci, kədəri, vüsalı, sevdalı günlərini, zamanını, tarixini, gələcəyini yazır. Aybəniz xanım da belədir. Şerləri onun ömrüdür, dəyəridir. Həm də bu xanımda Yaradanın ömrünə gətirdiklərinə bir şükür demək cəsarətidə var. Alnına yazılanlarla barışmağı bacarır.

    Vallah, qəmdi hər tərəfim,
    Ömrü qəm edənə şükür.
    Qəmləri qəlbdə yoğurub,
    Gözdə nəm edənə şükür.

    Şükür dedim milyon kərə,
    Şükür etsin bir cür hərə.
    Ürəyimi bu qəmlərə,
    Verib yem edənə şükür.

    Gözlərim göz qaydasında,
    Sözlərim söz qaydasında.
    Hər şeyi öz qaydasında,
    Eşqi kəm edənə şükür.

    Yapıb intizar dağımı,
    Bitirib gənclik çağımı,
    Həyatda axtardığımı,
    Səndə cəm edənə şükür.

    Aybəniz xanımın yaradıcılıq miqyası təkcə eşqin aliliyi, bu yolda yaşanan iztirablar, göz yaşları ilə məhdudlaşmır. Çoxşaxəli yaradıcılıq dünyasında yer tutan hər şeri oxunaqlıdır, sevilən və yaddaşlarda yaşayandır. Yaradıcılığında təbiətlə sevginin bir arada təsviri çox inandırıcıdır.
    “Qürubda günəş” kitabını çox vərəqlədim. Elə şerləri oldu ki, onu dönə-dönə oxudum. Hər oxuduqca yeni bir məna, yeni bir nəfəs gördüm. Onun böyüklüyü bir də ondadır ki, tək özünü yazmayır. Onu oxuyanların hər biri bu şerlərdə özünü görə bilir. Bu isə şerin dünyəviliyi, yaradıcılığın sərhəd tanımamasıdır. Mənə elə gəldi ki, Aybəniz xanım sözdən sevgiyə, sevgidən isə Qürubda günəşə gəlib çata bilib. Gecəni yatıb səhər yenidən doğan günəşin hərarətini, sevgiləri isitməyini, bumbuz qəlbləri oyatmağını çox dəqiq və dürüst qələmə alıb. Bu yol asan deyil və olduqca çətin, iztirablı, səsli küylüdür. Bütün bunları Tanrının verdiyi istedadla elə gözəl adlayıb ki, adam ona heyran qalmaya bilmir. Xanımın yaradıcılığında bir də bu hikməti və ardıcıllığı gördüm.
    Gerçəklik təbii ki, ictimailəşəndə təsirli olur. İctimai fikri isə yalnız cəsarəti olan, düşüncə və məntiqi real həyatla səsləşən insanlar tərəfindən formalaşır. Aybəniz Əliyar kimi. “Yenə bax” şerində reallıq daha qabarıq görünür. Bu şer dəyəri ilə ilk diqqətimi çəkənlərdəndir.

    Ağlayan qadını sevmir kişilər,
    Çətin bu ürəklə gələm xoşuna.
    Yenə bax, gəlmişəm, bir qədəh gətir,
    Süzüm göz yaşımı, al çək başına.
    Bir də bax,
    sən mənə baxanda, canım,
    İlk eşqin düşürmü yadına sənin?
    Süzüm göz yaşımı, al çək başına,
    Qoy sərxoş desinlər adına sənin.
    Ümid ağır yükdür, sən də güclüsən,
    Nəbadə darıxma, gələcəm yenə.
    Hələ axşama var, gözlə ağlayım,
    Yarım deməsinlər qədəhlərinə.
    Xəyalın dolaşır yarıyuxulu,
    Mənim taleyimin küçələrində.
    Kaş bir də görəydim necə olursan,
    O sərxoş olduğun gecələrində.
    Fikrimcə bu şer yalnız sevən və duyan könüllərin harayıdır. Harayı isə Abəniz Əliyar qaldırıb. Özünün saf qəlbinin, düşüncə tərzinin məhsulu kimi. Həm də çox inandırıcı formada sözdən sərxoş bir sevgi dünyası yaradıb. Meydən yox, göz yaşlarında şərxoş bir dünya.

    Açdın ürəyini, bildim, anladım,
    Bu ürək özğənin, bu bədən yadın,
    Axı mən deyiləm dediyin qadın,
    Nəyimi sevirsən, nəyimi mənim?
    Baxın, nə gözəl deyib Aybəniz xanım. Açılan ürəyin sevgi yükünə səmimi və dəyərli bir cavab. Bu cavab ürəyini açanı sındırmır məncə. Ürəyin və bədənin özgəyə məxsusluğu sadə və səmimi formada deyilib. Əslində həqiqi sevginin axtarışına ümid verilib, ünvanın o olmadığı elə sevgi notları ilə çatdırılıb.

    Bir siqaret yandır,
    ikimiz çəkək…
    Qoyma ki, sönsün…
    Heç olmasa, dodaqlarım,
    dodaqlarının yerinə toxunsun…

    Yanadırılan və iki nəfərin çəkdiyi siqaretin sönməsini istəməyən müəllif əl çatmayan sevgisinin ətrinə, dodaqların bir-birinmə toxunma yoluna necə səmimi yanaşıb. Sanki bu siqaret sönsə qönçə sevgi puç olacaq və dodaqlar bir də heç zaman birləşməyəcək.
    Aybəniz Əliyar şerlərində bəzən ağrılı qadın, sevgidən əzaba gedən yolun yolçusu kimi də görünür və hətta əl açıb Allahdan canının elə belə alınmasını yox, iztirab və acı ilə alınmasını, çəkdiyi ağrıların heç kimin bilməməsini istəyir. Bu şairin ağrılarla baş-başa qala biləcəyindən, hətta onu çəkmək gücünə malik olmasından xəbər versə də misraların içində gizlənən nikbinliyi də sezməmək mümkün deyil. “Məni” şerinin ilk bəndi dediyim ağrı yükü ilə, Allahdan daha kəskin ağrı istəməsi ilə təqdim olunur.

    Allah, elə-belə alma bu canı,

    Bir soyuq baxışa tuş eylə məni.

    Qara gecələri sevən gözəlin,

    Gözündə bir damla yaş eylə məni.

    Elə ağrı ver ki, bilməsin heç kim,

    Əqlimi məhkum et, ruhumu küskün.

    Əvvəl göyümü qur; buludlu, çiskin,

    Sonra bir havalı quş eylə məni.

    Baxın, misra-misranın təsdiqi və açılmasıdır elə bil. Allahdan canının elə-belə alınmasını istəməyən şair soyuq baxışa tuş gəlməyini, qara gecələri sevən gözəlin gözlərində yaş olmağı, sərhədsiz göylərdə havalı quş olmağı da istəyir. Deməli, Aybəniz xanım yenə sevgiyə doğru qaçır, ona sığınır, bütün ağrı yükünün məhz göy üzünün dərinliklərində bir havalı quşa dönüb yox etmək, sevdalanan günlərini yaşamaq istəyir. Bu isə olduqca gözəldir. Ziddiyyətlər içində şirin bir ömürdür və Aybəniz Əliyar deyilən ömrü həqiqi mənada yaşaya bilib. Onun “Mən burda ağlayanda” şeri də bu mənada diqqət çəkəndir.

    Mən burda ağlayanda kim duyar ki, səsimi?

    Baxıram pəncərədən, ağaclar sapsarıdır,

    Mənim hıçqırıqlarım mənim səsim deyil ki,

    Küsüb ağacdan düşən payız yarpaqlarıdır.

    Bəli, hıçqırıqlar Aybəniz xanımın səsi deyil. Saralan bir payız yarpağıdır və budağından qopub düşüb. Amma bu faciə də deyil. Bu ağac hələ çox yarpaqlar gətirəcək. Demək ki, göz yaşı da onu ömrünün sonuna kimi yoldaşı və sirdaşı olmayacaq. Bir yaz günündə ağaclar yenidən yarpaqlayanda onun da sevgi dünyası nurlanacaq. Aybəniz xanımın özü də bunu görür.

    Sən orda baxışınla saçlarımı oxşama,
    Keçməz ki, bu həsrətim, bitməz ki, bu göynəyim.
    Mən burda ağlayanda gecələr xısın-xısın,
    Orda yatdığın yerdə islanırmı köynəyin?

    Burda qarşı tərəfə etiraz var. Amma kəskin deyil. Yumşaqdır. Sanki qaydacaq secgiyə hələ də ürəyinin qapısını açıq qoyub. Bu iradların, xısın-xısın ağlamağın, yaranan sualların özündə də vüsala ümid yaşayır. Şerlərdəki kədər, ağrı və iztirab hələ hər şeyin sonu olduğu anlamına gəlmir. Hələ yaşanmalı illər var, hələ qapını döyən saf məhəbbət və insanı ilahiləşdirən eşq var. “Sən çıxırsan ” şeri ilə Aybəniz xanım elə bil mən duyanlara möhrünü vurur.

    Bu sevginin ürək yeri,

    Qazılır, sən çıxırsan.

    Yuxlayıram, kipriklərim

    Asılır, sən çıxırsan.

    Bilmirəm ki, bu sirr nədir,

    Məni hər gecə lal edir.

    Bütün şifrələr birəbir,

    Açılır, sən çıxırsan.

    Bu ürək quyudur, quyu,

    Suyu dumduru, dumduru.

    O təmiz, o şəffaf suyu

    İçilir, sən çıxırsan.

    Yaradıcılıq bir tərəfli olsaydı təbii sevilməzdi. Hər şer seginin, yaşamın təsdiqi və təsviri kimi təqdim edilsəydi inandırıcı olmazdı. Böyüklük ondadır ki, müxtəlif acıları duya bilirsən, onu ictimailəşdirirsən və nəhayət dərd yüklü anlara üsyan da edə bilirsən.

    Qanımın faizi çox aşağıdır,
    Sənin gözlərindən yerə qan sızar.
    İçərəm qanını, dodaqlarından,
    Ağzım dada gələr, otağım qızar.

    Nə gözəl üsyan. Həmişə belə olub. Bürün münasibətlərin darmadağın olduğu məqamda dodaqlar bir-birinə yapışıb qanı çıxana, içilənə qədər məhəbbət yaranırsa, barışığa yol beləcə gedirsə bütün gileylər unudulur, həyat yenidən başlanır. Şair bir onda yaddaşlara köçür ki o mövzunu real həyatdan götürür. Ya özü yaşadığını, ya da həssas bir insan kimi onu düşündürənləri qələmə alır.

    Sevgidən kəm necə olur,
    Baxtı qadının, bilirəm.
    Hələ başını qatmağa,
    Çoxdu qadının, bilirəm…

    Əvvəlin iki misrası ilə sonun iki misrasının ziddiyyətli formada bir-birini gücləndirdiyini gördünüzmü? Sevgidən kəm qadının bəxti və hələ başını qatmağa qadının çoxluğu. Həyat budur. Bunu təbii yaşayanlar və duyanlar bilir.

    Nə mən saçlarını sığallayıram,
    Nə sən dizlərimdə yata bilirsən.
    Bu da bir xəyaldır, sevin ki, hələ,
    Mənim işığıma çata bilirsən.

    Artıq burda qürurlu bir xanım obrazı var. Saçı sığallaya, dizinin üstündə yatırda bilmir, amma bunu xəyal edərək işığıma indi çata bilirsən deməsi qürurun, mənəviyyatın təntənəsidir.

    Bir sevda düşə başına,
    Qanında qaynaya keçə.
    Bir qadının qız xəyalı,
    Gözündə oynaya keçə.

    Burda artıq yeni bir tapıntı var. Eşqin aliliyini yaşayan insanın gözündən ömrün yarı yaşında qadınının qız xəyalı keçir. Çox təbiidir. Amma heç kimi demədiyi məqamdır. Saflıqdır, dünənə qayıdış, həyata bağlılıqdır bu misralar.

    “Qürubda günəş” kitabı kifayət qədər əhatəli, əksər mövzularda şair qələminin uğuru ilə dolu şerlərlə yüklənib. Özünün dediyi kimi şerləri həyat eşqli, sevgi yüklüdür. Yaxşı ki, yükümüz də ancaq sevgi yüküdür. Bu yükü daşıya bilənlərin sevda dünyasıdır.

    Hələ ömrün gənclik illərinin ağuşundadır, Aybəniz Əliyar. Hələ müdrikliyə gedən yolun başlanğıcındadır. Onun Şabran sevgisi, bütöv Vətən məhəbbəti, Bayrağa hörməti, Xocalımızın faciəsinə hönkürtüsü qələminin gücündə, sözünün sehrində hamı üçün doğmadır. İlki belə başlayan yolun sonu təbii sənət zirvəsində yer tutmaqdır. Sizi gözləyən zirvə yeriniz mübarək Aybəniz xanım. Əgər sizi duyub nəsə deyə bildimsə nə xoş mənə. Deyə bilmədimsə bu artıq sizin həyat eşqinizin, ilahi təfəkkürünüzün məndən çox-çox qabağa getməsidir. Amma sadə bir oxucu olaraq bunları bölüşməyi vacib bildim.

    02

  • ASKEF Türk Dünyasının sənət və ədəbiyyatını dünyaya daşıyır

    Türkiyənin Antalya şəhərində dünyanın 15 ölkəsindən 250-dən artıq nümayəndənin qatıldığı möhtəşəm bir törən gerçəkləşdirildi. Tədbir artıq sayca yeddincisi düzənlənən Uluslararası Avrasiya Sənət, Kültür və Edebiyyat Böyük Buluşması kimi təqdim olunsa da, gedişatda bütün detallarıyla Türk Dili, Sənəti, Mədəniyyəti və Ədəbiyyatı yönündə gələcəkdə mühüm işlər görəcək və önəmli layihələri həyata keçirəcək daha möhtəşəm bir qurum – ASKEF (Avrasya Sanat, Kültür ve Edebiyat Federasyonu) olaraq tarixə öz imzasını atdı.
    Dekabr ayının 11-14-ü tarixləri arasında baş tutan qurultay xarakterli bu tədbirdə başqa türkdilli dövlətlərlə yanaşı, Azərbaycan da böyük bir nümayəndə heyəti ilə təmsil olunurdu. Nümayəndə heyətimizin başçısı, eyni zamanda ASKEF(ASKED) Uluslararası Sanat Danışmanı və Azərbaycan Komitə Başkanı Raifə Sərxanqızı beynəlxalq tədbirdə ölkəmizin Antalyada ləyaqətlə və yüksək səviyyədə təmsil olunmasında bütün səyini ortaya qoydu. Öz çıxışını Türk Dünyasına tükənməz sevgi ruhu üstündə qurmuş Raifə xanım, “Bir millət, iki dövlət” kimi ayrılmaz bir bütünün yaradıcı övladlarının sənət və ədəbiyyat müstəvisində yenidən bir araya gəlməsinə yüksək dəyər verdiyini vurğuladı. Türkiyə-Azərbaycan mədəniyyət və ədəbiyyatlarının qardaşlığı, ortaq Türk dili səviyyəsində ortaya qoyulan bütün paylaşmalar törən iştirakçılarının ruh, can və qan qohumluğundan xəbər verirdi.
    Təsadüfi deyil ki, Azərbaycan bayrağı altında duyğularını dilə gətirən yazarlarımız çıxışlarının sonunda hərarətlə alqışlanır, “Can Azərbaycan!”, “Can Azərbaycana selam olsun!” nidaları ilə qarşılanırdılar. Nümayəndə heyətimizin tərkibində tədbirə qatılmış 13 yaşlı istedadlı muğam ifaçımız Mətin Əbilovun ifası isə tədbirin pik nöqtəsinə öz möhürünü vurdu. Tədbirin davam etdiyi günlər ərzində “Sarı gəlin”, “Qarabağ şikəstəsi” kimi xalq mahnı və muğamlarından ibarət musiqi çələngini mərasim iştirakçılarına böyük şövqlə çatdıran Mətin dəfələrə “Bir daha!”- deyə təkrar ifa arzulayanların istəklərini sevə-sevə yerinə yetirdi. Qeyd edək ki, Bülbül adına musiqi məktəbində xalq artistləri Mənsum İbrahimov və Ağaxan Abdullayevin tələbəsi olan balaca xanəndəmizin repertuarında yer tutan hər bir əsər onun böyük gələcəyindən xəbər verir. Tədbir boyunca müntəzəm olaraq səslənən ASKEF himninin müəlliflərinin Arzu Nehrəmli və Hüseyn Sözlü olması da qürurverici idi.
    Türkdilli dövlətlərin dil, tarix, siyasi gündəm və sair kimi taleyüklü problemlərinə həsr olunmuş mühüm bir bölümdə elm adamı və şair olaraq məhz oxuduğunuz sətirlərin müəllifinin Azərbaycanlı elm adamı olaraq məruzə ilə çıxış etməsi və təşkilatın Onur Kurulunda Azərbaycanımız adına təmsil olunması da önəmli addım kimi təqdir olunmalıdır.
    Oxucularımızın nəzərinə çatdıraq ki, Azərbaycanımızı Antalya Uluslararası Avrasiya Sənət, Kültür və Edebiyyat Böyük Buluşmasında ASKEF(ASKED) Uluslararası Sanat Danışmanı və Azərbaycan Komitə Başkanı Raifə Sərxanqızı, filologiya üzrə fəlsəfə doktoru, AYB üzvü, şair Qiymət Məhərrəmli, AYB üzvləri Arifə Əliyeva, Şəfəq Sahibli, Narıngül Babayeva, Fərqanə Mehdiyeva, Daşkəsən içra başçısının müavini, şair Cavanşir Atəşi, bəstəkar-şair Hüseyn Sözlü, şairlərdən Arzu Nehrəmli, Qüdrət Minhacoğlu, Aqil Kəngərli, İlham Qazaxlı, Vüsal Oğuz, Ayna Hüseynli, həkim-şair Aqil Məmmədov, Azərbaycan Qarabağ qazisi Arif Məhərrəmov, “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin əməkdaşları Vaqif Nəcəfli, Dilbər Sultanova, gənc muğam ifaçısı Mətin Əbilov layiqincə təmsil etdilər.
    Tədbir iştirakçılarına ASKEF üzvləri olan şairlərin şeirlərindən ibarət poeziya antologiyası, iştirakçı plagetləri və digər hədiyyələr təqdim olundu. Azərbaycan nümayəndə heyətinin üzvləri də öz növbəsində ASKEF başkanı Savaş Ünala xatirə hədiyyələri bağışladılar.
    Antalya Böyük Şeir Buluşmasının gerçəkləşdiyi dörd gün ərzində tədbir iştirakçıları rəssamlıq əsərlərindən ibarət sərgi ilə tanış oldular, ədiblərin kitablarının imza mərasimi baş tutdu. Rəsmi hüssələrin ardınca incəsənət ustalarının çıxışları mərasimə əsil bayram əhval-ruhiyyəsi qatırdı. Tədbirin son günü Antalyanın gəzintisinə sərf olundu.

    Qiymət MƏHƏRRƏMLİ, Bakı-Antalya-Bakı.

  • Rafiq ODAY.”Ali Baş Komandanım!”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Şəfa VƏLİYEVA.”Mənsizliyi sayırsanmı?”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    bu sənsiz neçənci ildi?
    mənsizliyi sayırsanmı?
    qayıdıb gələn ümidi
    qapınıza qoyursanmı?

    yollarına tən gələcək,
    saçlarım qayçı tanımır…
    “bu yolla gedən gələcək”…
    təsəllilər nağıllanır…

    Əlahəzrət darıxmağı,
    möhtərəm kədəri dandım…
    sənsizlik vermədi ağıl,
    neyləyim, ağıllanmadım…

  • Şəfa VƏLİYEVA.”Gözümdə əksin qalacaq”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Bilirsən, mən gənc öləcəm,
    Yarıtmıyacam bu bəxti…
    Bir bənd ağıya dönəcəm
    Ürəyində… müvəqqəti…

    Gözümdə əksin qalacaq,
    Ürəyimdə yara izin…
    Bir ilə unudulacaq…
    Bu da ki, sənə son sözüm:

    “Yolun düşsə, salam denən
    Qara-qırmızı lentlərə…
    Adımı əyninə geyən,
    Bəzənən qara mərmərə…”
    2014…

  • Təranə ŞƏMS.”Qısqanma, könül!”

    ts

    Dəyməsin gülümə o kobud əllər
    Gülümün gül ömrü itər azalar
    Xəzanə bürünər qönçə güllərim
    Bülbülün qəlbini qüssə-qəm alar.

    Qoxusu dünyanı məst edən gülüm
    Səni vəsv etməyə gücüm yetərmi
    Eşqisiz gül ömrü yaşayan gülüm.
    Bu sevgim bu eşqim,sənə yetərmi?

    Xisləti naqislər, eşqi naqislər
    Duymaz ki, gül ömrü, gül sevgisi nə
    Alışan ürəkdi hər açan fidan,
    Dəymə, gül ömrünə, gül sevgisinə.

    Bülbülü, gülünə qısqanma könül
    Bülbülün sevgisi, gül sevgisidir.
    Güllər elə sevgi, elə eşqidir,
    Göylərdən yol gələn haqqın səsidir.

    03.29.2014

  • Təranə ŞƏMS.”Get, get, biganə Aşiq!” (Esse)

    ts

    Sevgini etiraf etdiyində sən mənsən dedin,səni özümdə tapdım. Bəs zaman ötdükcə bildinmi mən sən olmaq istəmirəm. Bir söz deyə bilərəm. Yetər ki, sən özünü sevə biləydin. Sən məni özünə dəyər verdiyin qədər sevdin. Sənin gözlərində öz dəyərin yox ki…Mən sən olmaq istəmirəm. Sən həmişə özünü hamıdan sonda gördün, amma öldün hammı üçün öldün, can qoydun, yalnız bu həyatda özündən doydun. Özünü sevmədiyin halda necə sevə bilərdin məni? Kaş özünü sevə biləydin, özünə sevginlə öyə biləydin, özünün var olduğunu görə biləydin. İstəmirəm, artıq son olmaq istəmirəm. Qəlbini bükən don olmaq istəmirəm. Mən sən olmaq istəmirəm, sən olmaq istəmirəm. Bilmirəm yaddaşında varam, yoxam, azam çoxam. Artıq bu yadlığa toxam. Özünü sevməyan insan, bilirsən nə vaxtsa yoxsan? Axı ömür deyil, yüz, doxsan. Budur sənə sualım. Özünü sevməyən, başqasını necə sevə bilər? Sən sevmədin məni, çünki özünü sevmədin, sözünü sevmədin, qəlbinin yanar közünü sevmədin. Sən həyatı sevmədin. Demə mənə sən mənsən. Yox, yox mən sən olmaq istəmirəm. Mənim sevən qəlbim var, sənə sevgim var. Axı mən özümü də sevdim. Sevdimsə demək sən varsan, ömrümə müjdəsən gələn baharsan. Bahar çiçəyin deyləmsə necə mən sən olum? Mən sən olmaq istəmirəm. Səni vəsv etdim şerimdə, sözümdə, biçildin qəlbimə, dikildin gözümə həyata sənlə baxdım. Artıq qəlbim də baxmır sözümə. Mən sən ola bilmirəm,axı son ola bilmirəm. Şeirin sözün vardı, göm etdin qəlbinə, artıq yazmırsan söyləmirsən nə mənə, nə heç kimə. Vəsv etdiyin bənövşələr, nərgizlər, lalələr də küsüb səndən, mən küsən kimi. Yalandır sevgin, sevmədin məni. Demə ki, sən mənsən.. yox, yox, mən sən deyləm, sən olmaq istəmirəm. Sevmədim, özünü , bilmədin yerini. Get, get, biganə aşiq, özünü sevəndə, sevərsən məni… TƏRANƏ ŞƏMS. 19.12.2015.

  • Nəcibə İLKİN.”Ana, əllərinə yaman möhtacam”

    ni

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və
    “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Ana, əllərinə yaman möhtacam,
    Gəl yenə tumarla, əzizilə məni.
    Bir ağız layla çal, laylasız acam,
    Kədərdən, nisgildən təmizlə məni.

    Həm mənə yol göstər, həm təsəlli ver,
    Günahım varsa da de, danla məni.
    O ağ saçlarını sinəm ütsə sər,
    Ay ana, sən düşün, sən anla məni.

    Uşaq gülüşlərim ağlayır indi,
    Sanki yaz taleyim qışa dönübdü,
    Gərəkli illərim, sənli günlərim,
    Ay ana, gözümdə yaşa dönübdü.

    Gəl ana, yenə dur başımın üstə,
    Saçlarım əlində bir sığal yeri,
    Bir az təsəllinlə, bir az ümdilə,
    Ötən günlərimi sən qaytar geri.

    Gəl ana, sığınım isti köksünə,
    İtən dincliyimi axtarım, tapım.
    Nəmli gözlərində baxıb əksimə,
    Baharlı illərin ətrinə hopum.

    Saralır ömrümün bahar çəməni,
    Barı bircə fəsil yazım ol, ANA.
    Kədər beşiyində Sən Nəcibənin .,
    Yenidən qayğısı, nazı ol, ANA.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    G Ə M İ Q A Y A

    Daş dövrünün düşüncəsi,
    Daşdan qopan insan səsi.
    Əsrlərin daş nəğməsi
    Hər vərəği bir sal-qaya,
    Daş kitabım, Gəmiqaya.

    Tutub əldə ox-kamanı,
    Dayandırıb vaxt, zamanı.
    Tariximin əhd-peymanı
    Iffət, namus, qeyrət, həya,
    Daş kitabım, Gəmiqaya.

    Məkanıdır ilk insanın,
    Gündoğanın, günbatanın.
    Əkiz tayı Qobustanın,
    İlk əlifba bu dünyaya,
    Daş kitabım Gəmiqaya.

    Valeh edibdir bəşəri,
    Od oğlunun daş əsəri.
    Daşa yazılmış zəfəri
    Rəsm, təsvir gəlməz saya,
    Daş kitabım, Gəmiqaya.

    Başı üstə duman, tüldür,
    Dörd bir yanı çiçək, güldür.
    Hər səhifəsi milyon ildir
    Sığmaz əsrə, günə, aya,
    Daş kitabım, Gəmiqaya.

    23.12.2015.

    O L A S A N

    Səni görüm a bəxtəvər,
    Hər bir zaman var olasan.
    Toxunmasın sənə nəzər,
    Xoşbəxt, bəxtiyar olasan.

    Gəlib çatıb bahar çağın,
    Allanıbdır gül yanağın.
    Gəl mən olum güvənc dağın,
    Sən döşümdə qar olasan.

    Gülüm , mən eşq bağbanıyam,
    Gül- çiçəyin həyanıyam.
    Qismətsə, bəxti sınıyam,
    Gül bağçamda nar olasan.

    Yetsə mənə gül nəfəsin,
    Oxuyaram eşq nəğməsin.
    Bahəm gəlsin məlhəm səsin,
    Sinəm üstə tar olasan.

    Arzu, istək, amal ilə,
    Namus, iffət, kamal ilə.
    O gül- çöhrə, camal ilə,
    Bu Dövrana yar olasan…

    22.12.2015.

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    ÜRƏYİNDƏ

    Öldürüb xəyalımı,
    Basdırma ürəyində.
    Mən olmasam dayanar,
    Döyünməz ürəyin də.

    Kipriyində yaş eylə,
    Mən axım yanağında.
    Hıçqırıq boğar səni,
    Dərd qoyar ürəyində.

    Sevgi baxmayır yaşa,
    Yolunda duran daşa.
    Dönərəm soyuq qışa,
    Don tutar ürəyin də.

    Başın üstə buludam,
    Şimşək olub çaxaram.
    Çevrilərəm yağışa,
    Yağaram ürəyində.

    24.12.2015

    SƏNSİZLİK

    Bu gün sənin fikirlərin,
    Yazılıbdı sətir-sətir.
    Qar yağışın əvəzinə,
    Göydən sənsizlik ələnir.

    Buludlarda topalanır,
    Səni alıb yağmaq ücün.
    Bu qış vaxtı qar dənəsi,
    Yolda sənsizlik dilənir.

    Yoxluğunu kimə deyim,
    Hara baxsam sən görünür.
    Üşüyürəm yenə Gülüm,
    Sənsizlik mənə bürünür.