Rejissor Den Kvan və Deniel Şaynertin “Hər şey hər yerdə və dərhal” adlı ekran əsəri “Ən yaxşı film” nominasiyasında “Oscar” mükafatını qazanıb.
AZƏRTAC xəbər verir ki, həmin film “Ən yaxşı rejissor işi”, “Ən yaxşı orijinal ssenari”, “Ən yaxşı montaj” nominasiyalarının da sahibi olub. Bundan başqa filmdə baş rolun ifaçısı Mişel Yeo “Ən yaxşı aktrisa” nominasiyasında qalib gəlib, Ceymi Li Körtis və Ke Hyui Kvan ən yaxşı ikinci plan aktyorları seçilib.
Ümumilikdə 158 mükafat qazanan film kino tarixinin ən titullu ekran əsəri olub.
Bu film camaşırxanada çalışan və vergi müfəttişliyinə gedərkən paralel dünyalar arasında səyahət edə bildiyini aşkarlayan çinli mühacirin həyatından bəhs edir.
2023-cü ilin “Ən yaxşı film” nominasiyası uğrunda on ekran əsəri, o cümlədən Stiven Spilberqin “Fabelmanlar” (2022), Ceyms Kemeronun “Avatar: suyun yolu”, Edvard Bergerin “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Erix Mariya Remarkın romanının ekran versiyası), Sara Pollinin “Qadınlar danışır”, Todd Fildin “Tar”, Cozef Kosinskinin “Top Qan: Meverik”, Ruben Estlundun “Qəm üçbucağı”, Baz Lurmanın “Elvis” və Martin Makdonahın “İnişerin Banşiləri” filmləri mübarizə aparıb.
Digər əsas nominasiyaların qalibləri:
Ən yaxşı aktyor – Brendan Freyzer (Darren Aronofskinin “Kit” filmi).
Ən yaxşı xarici bədii film – “Qərb cəbhəsində dəyişiklik yoxdur” (Almaniya). Bu ekran əsəri, həmçinin Ən yaxşı operator işi, Ən yaxşı orijinal saundtrek və Ən yaxşı quruluşçu-rejissor işi nominasiyalarının qalibi olub.
Ən yaxşı adaptasiya olan ssenari – “Qadınlar danışır”.
Ən yaxşı sənədli film – Deniel Roerin “Navalnı” əsəri (HBO kinokompaniyası).
Ən yaxşı animasiya filmi – Hilyermo Del Toro və Mark Qustafsonun “Pinokkio Hilyermo Del Toro”.
Azərbaycan Dövlət Musiqili Teatrında maraqlı tamaşalardan sayılan SSRİ Xalq artisti, məşhur bəstəkar Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” operettası əsasında hazırlanmış eyniadlı səhnə əsəri nümayiş ediləcək.
AZƏRTAC xəbər verir ki, teatrın rus bölməsi tərəfindən hazırlanan tamaşanın quruluşçu-rejissoru, Əməkdar incəsənət xadimi Əli Usubovdur.
Rauf Hacıyevin musiqisi, sevgi və intriqadan ibarət maraqlı süjeti, incə, məntiqli yumoru ilə seçilən “Qafqazlı qardaşqızı” operettası indiyə qədər Moskvanın, Sankt-Peterburqun, Riqanın, Nalçikin, Volqoqradın musiqili teatrlarında tamaşaya qoyulub.
Qeyd edək ki, martın 17-də göstəriləcək tamaşanın quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Rusiya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor Dmitri Çerbadji, quruluşçu-baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.
Azərbaycan Milli Xalça Muzeyinin formalaşmasında xidmətləri olmuş xalçaçı-rəssam, sənətşünas alim Cəfər Mücirinin doğum günü ilə əlaqədar boyanmamış yun iplərdən xalçatoxuma üzrə ustad dərsi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, ustad dərsi 16 yaşdan yuxarı şəxslər üçün nəzərdə tutulub.
İlk dəfə xalçalarında boyanmamış yun ipdən istifadə edən rəssam C.Müciri olub. Onun muzeyimizdə saxlanılan məşhur əsərlərindən biri XVII əsrin böyük şairi Saib Təbriziyə həsr etdiyi təbii rəngli, müxtəlif çalarlı yun iplərdən toxunmuş xalçadır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizidoğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim MəmmədxanlıGöyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan “Difai” partiyasının yaradıcılarındandır. Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır. 1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökumətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir.
Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar. 1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur. Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Azərbaycanın Misir Ərəb Respublikasındakı səfiridir, qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.
Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisinin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır. 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur. Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib[2].
Azərbaycanda Anar adını daşıyan ilk şəxs yazıçı Anardır. Sonralar valideynlər bu adı öz övladlarına çox vermişlər. Hazırda Anar Azərbaycanda ən çox yayılmış kişi adlarından biridir. Adın açıqlanmasında da bir-birindən fərqli 2 versiya mövcuddur. 1-ci versiyaya görə “Anar” “anmaq” (“xatırlamaq”, “yada salmaq”) feilindən düzəldilmişdir. 2-ci versiyaya görə Anası Nigar Atası Rəsul sözlərinin baş hərflərindən ad yaradılmışdır.
Kinoşünas Ayaz Salayevin iddiasına görə rejissor Nora Efronun çəkdiyi və baş rolda məşhur Hollivud kinoulduzu Tom Henksin oynadığı “Sizə məktub var” (You’ve Got Mail) filminin ssenarisi Anarın “Mən, sən, o və telefon” əsəri əsasında qurulub. Kinoşünasın bu fikrə gəlməsinə adıçəkilən hekayənin Amerikada çap olunması da əsas verib.[6]
Mənbə
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.
Süleyman Rüstəm 1906-cı il martın 12-də BakınınNovxanı kəndində anadan olmuşdur.[2][3] 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Yaradıcılığında siyasi lirika və sevgi şeirləri mühüm yer tutur. Heca və əruz vəznlərində yazmışdır. Ən sevilən əsərlərindən biri Təbrizim əsəridir.
Ədəbi fəaliyyətə 20-ci illərin əvvəllərində başlamış, 1922-ci ildə “Çimnaz xanım yuxudadır” birpərdəli komediyasını yazmışdır. “Unudulmuş gənc” adlı ilk mətbu şeiri 1923 ildə “Maarif və mədəniyyət” (indiki “Azərbaycan”) jurnalında dərc olunmuşdur. “Ələmdən nəşəyə” adlı ilk şeir kitabı 1927-ci ildə nəşr edilmişdir.
Sosializm ideyalarını, inqilabi əhvali-ruhiyyəni ədəbiyyata gətirmək, poeziyanı gündəlik ictimai-siyasi hadisələrin inikasına çevirmək bu kitabın başlıca xüsusiyyətləri idi. “Addımlar” (1930), “Səs”, “Atəş” (1932) şeir kitabları S.Rüstəmin siyasi lirik şair kimi formalaşmasının göstəricisi idi.
İkinci Dünya müharibəsi illərində o, xalqın qəhrəmanlıq mübarizəsini tərənnüm edən əsərlər yazmışdır. “İldırım” (1942), “Qafurun qəlbi” (1959), “Əzizlərdən əzizlərə” (1965) və s. Müharibə dövrü yaradıcılığında Cənubi Azərbaycan mövzusu xüsusi yer tuturdu: “Təbriz şeirləri silsiləsi”, “İki sahil” kitabı (1949). 1960–1980-ci illər yaradıcılığında ictimai-siyasi və məhəbbət lirikası əsas xətti təşkil etmişdir: “Günəşli sahillərdə” (1963), “Keçilməmiş yollarda” (1970), “Ürəyimin gözüylə” (1977), “Mənim günəşim” (1981) və s. kitabların, “Yanğın” (H. Nəzərli ilə birgə, 1930) pyesinin, “Qaçaq Nəbi” (1940) mənzum pyesinin, “Durna” (1948) komediyasının müəllifidir.
C.Qou. Dərin köklər (3 pərdəli drama). (İnqilab və mədəniyyət, 1948, № 7, s.50–103.) Pyesi Arnod Dyusse ilə birlikdə yazmışlar.
Nazim Hikmət. On beş yara; Həsrət; Provakator; Bəlkə mən; Yanmamış papiros; Kərəm kimi (şeir). (İnqilab və mədəniyyət, 1951, № 9, s.57–59) Qəlbim; Səni düşünürəm; Arpa çayının iki yanı; Dizə qədər qarlı bir gecə; Dəmir qəfəsdə gəzişən aslan; Xəzər dənizi (şeir). (İnqilab və mədəniyyət, 1952, № 1, s.131–136) Səs; Nəğmələrimiz; Cavab nömrə 4; XX əsrə dair; Arifəyə; Məktub; Dəvət; Sevgilimə; Mehmet; Yeriyən adam (şeir). (İnqilab və mədəniyyət, 1952, № 6, s.51–56) Səni düşünürəm; Şərqli və SSRİ; Ustamızın ölümü; On doqquz yaşım; Xəzər dənizi; Vida; Bəlkə mən; Provokator; Yanmamış papiros; Dizə qədər qarlı bir gecə; On beş yara (Onbeşlərin xatirəsinə ithaf); Həsrət; Dəmir qəfəsdə gəzişən aslan; Kərəm kimi; Qəlbim; Uşaqlara nəsihət; Şən gələcək; Bənövşə, ac dostlar və qızıl gözlü qız; Komsomol (şeir).
Nazim Hikmət. Şeirlər. Bakı: Azərbaycan Uşaq və Gənclər Ədəbiyyatı Nəşriyyatı, 1952, s.15–45.
Qaysın Quliyev. Torpaq və şeir (şeir). Azərbaycan, 1961, № 4, s.36.
İlya Selvinski. Babəkin ikinci mahnısı (şeir). (Ədəbiyyat və incəsənət, 1961, 8 aprel) Bahar dostları (RSFSR şairlərinin şeirləri) (Bakı: Azərnəşr, 1961, 248 s.)
Əbdülvahab Süleymanov. Azərbaycan (şeir) (s.193–195). Bahar dostları (RSFSR şairlərinin şeirləri). Bakı: Azərnəşr, 1961, 248 s.
Yaroslav Smelyakov. Gözəl qız Lida (şeir). Ədəbiyyət və incəsənət, 1964, 18 iyul.
Jan Pol Sartr. Lizzi (pyes). Azərbaycan, 1966, № 10, s.169–190.
Taras Şevçenko. “Siz ey fikirlərim, düşüncələrim!..” (şeir) (s.13–16); Fikirlərim, düşüncələrim (şeirlər və poemalar). Bakı: Yazıçı, 1979, 104 s.
Cahit Küləbi. İyirminci əsrin ilk yarısı; Dəfn; Yanğın; Acı zaman; Biz; Sivaş yollarında; Amerika (şeir). Ədəbiyyat və incəsənət, 1981, 13 mart.
Məhəmməd Mehdi Əl Cəvahiri. Fəhlələrin bayramında (şeir). Ağ günlərin sorağında (İraq ədəbiyyatından nümunələr). Bakı: Yazıçı, 1983, s.18–22.
Şota Rustaveli. Pələng dərisi geymiş pəhləvan (s.7–181). Dünya ədəbiyyatı kitabxanası seriyası. 19-cu cild. Ş.Rustaveli. Ə.X.Dəhləvi. Pələng dərisi geymiş pəhləvan. Şirin və Xosrov. Bakı: Yazıçı, 1988, 366 s. (Məmməd Rahim və Səməd Vurğun ilə birgə tərcümə).
Nazim Hikmət. Həsrət (s.83); Yanmış papiros (s.86); Mehmet (s.87) (şeir). Türkün 101 şairi (türk şairlərinin şeirləri). Bakı: Yazıçı, 1993, 235 s.
Nizami Gəncəvi. Yaxşı bir söz degilən, ta şəkər ərzan olsun…; Fəxr elə yar ki, barını çəkirəm…; Ey nigarım, könlümü Azərbaycan Tərcümə Ensiklopediyası 511 çaldın, füsunxan olma, gəl!.. (qəzəl). Klassik Azərbaycan ədəbiyyatı seriyası. Nizami Gəncəvi. Lirika. Bakı: Lider, 2004, s.24, 63, 64. 21.
Xamis Muradov. Kinofabrikdən başlanan yol. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası. Aydın Kazımzadə. Bizim “Azərbaycanfilm”. 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 4.
Cabir Novruz — Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın xalq şairi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (30.07.1979)[2]
Həyatı
Cabir Novruz 1933-cü il mart ayının 12-də Xızı rayonunun Upa kəndində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra M.Ə.Sabir adına Bakı Pedaqoji Texnikumunda təhsil almış və 1952-ci ildə Azərbaycan Dövlət Universiteti-nin jurnalistika fakültəsinə daxil olmuşdur. Bir il sonra Azərbaycan Yazıçılar İttifaqının tövsiyəsi ilə təhsilini davam etdirmək üçün Moskvaya, Maksim Qorki adına Ədəbiyyat İnstitutuna göndərilmiş və 1957-ci ildə oranı bitirmişdir.[3]
1958-ci ildə “Bakı” axşam qəzetinin ədəbiyyat şöbəsində ədəbi işçi kimi əmək fəaliyyətinə başlayan Cabir Novruz 1967-1970-ci illərdə “Azərbaycan” ədəbi-bədii jurnalının, 1991-1993-cü illərdə isə “Ədəbiyyat və incəsənət” qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. O, 1970-1997-ci illərdə Azərbaycan Yazıçılar İttifaqıİdarə Heyətinin katibi olmuşdur.
Yaradıcılığı
Cabir Novruzun poeziyası XX əsr Azərbaycan ədəbiyyatının parlaq səhifələrindən birini təşkil edir. Onun əsərlərində Milli irsimizin zəngin ənənələri müasir ədəbi cərəyanların tələbləri ilə üzvi şəkildə birləşir. Ədəbiyyat aləminə gəldiyi ilk illərdən şair yüksək bəşəri-mənəvi dəyərləri tərənnüm edən şerləri ilə oxucuların dərin məhəbbətini qazanmışdır. Onun qələmindən çıxan lirik poeziya nümunələri və epik lövhəli əsərlər bədii səviyyəsi, mövzu rəngarəngliyi ilə seçilir. Şairin yüksək mənəviyyata səsləyən yaradıcılığı və vətəndaş ruhunun hakim olduğu olduğu poeziyası öz dilinin bədii gözəlliyi və rəvanlığı ilə səciyyələnir. Onun sözlərinə bəstələnmiş çoxsaylı mahnılar musiqisevərlər tərəfindən həmişə böyük rəğbət və sevinclə qarşılanmışdır.
Cabir Novruz yaradıcılığı vətənpərvərlik və mübarizlik ruhunun aşılanmasına mühüm xidmətlər göstərmişdir. Vəğənin taleyi üçün narahatlıq hissinin xas olduğu Cabir Novruz poeziyasının başlıca mövzuları azərbaycançalıq ideyaları ilə sıx bağlı olmuşdur. Şairin poetik təfəkkürü onun lirikasının tarixiliyini qüvvətləndirmiş və bu poeziyanı daha həyati etmişdir.
Şairin əsərləri dünyanın müxtəlif xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmuşdur. Onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyasının bir sıra qiymətli nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Cabir Novruzun ictimai fəaliyyəti də zəngin olmuşdur. O, həyatının bütün mərhələlərində Azərbaycanda gedən ictimai-siyasi proseslərin həmişə fəal iştirakçısı olmuş, xalqımızın həyatında baş verən təleyüklü hadisələrə düzgün qiymət verməsində əsl vətəndaşlıq mövqeyi nümayiş etdirmişdir.
Şairin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, “Əməkdar incəsənət xadimi”, xalq şairi fəxri adlarına, dövlət mükafatına, orden və medallara layiq görülmüşdür. Cabir Novruz 1995-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Cabir Mirzəbəy oğlu Novruzov (Cabir Novruz) 2002-ci il dekabrın 12-də ömrünün 70-ci ilində vəfat etmişdir.
Şeirlərinə yazılmış mahnılar Video
Şövkət Ələkbərova – Məhəbbət – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Bakının qızları – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Mənim duyğularım – musiqi: Oqtay Kazımi Zeynəb Xanlarova – Cavanlığım – musiqi: Oqtay Kazımi Zeynəb Xanlarova – Bulaq suyu, dağ havası – musiqi: Oqtay Kazımi Yalçın Rzazadə – Dünya düzələn deyil – musiqi: İqbal Ağayev Yalçın Rzazadə – Böyüməyə tələsmə – musiqi: İqbal Ağayev Manana Caparidze – Bu nə cür məhəbbətdir – musiqi: Eldar Mansurov Aygün Kazımova – Səsim səsinə öyrəşib – musiqi: Eldar Mansurov Mübariz Tağıyev – Ömür keçir – musiqi: Eldar Mansurov Ruhəngiz Abdullayeva – Məhəbbət ölməyəcək – musiqi: Eldar Mansurov
Audio
Ağadadaş Ağayev – Gəlin gələndə – musiqi: Oqtay Kazımi Mübariz Tağıyev – Sən oldun – musiqi: Eldar Mansurov Brilliant Dadaşova – Gecikmiş məhəbbət – musiqi: Eldar Mansurov İlqar Muradov – Sən oldun – musiqi: Eldar Mansurov Heydər Anatollu – Tənhalıq – musiqi: Eldar Mansurov Abbas Əhməd – Təki sənin səsin gəlsin – musiqi: Eldar Mansurov Səbinə Cabbarzadə – Məhəbbət – musiqi: Eldar Mansurov
Xətai Sənət Mərkəzində həvəskar rəssamlar və rəssamlığı ikinci peşə sayanların yaradıcılıqlarını stimullaşdırmaq məqsədilə “Hisslər və Rəsmlər…” adlı təsviri sənət sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilən sərgidə 150-dən çox müxtəlif təsviri sənət nümunələri sərgilənib.
Tədbirdə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli, Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov, Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov və digərləri çıxış edərək ürək sözlərini bölüşüblər.
Sərgidə ən yaxşı əsərlərin müəlliflərinə hədiyyələr verilib və sərgi iştirakçılarına sertifikatlar təqdim olunub.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgilərinin tarixi açıqlanıb.
AZƏRTAC xəbər verir ki, sərgilər martın 14, 15, 16, 17-də Xətai Sənət Mərkəzində açılacaq.
Sərginin kataloqunda (https://www.yumpu.com/…/read/67594586/baharn-rnglri-2023) adlar və əsərlər elan olunub. İştirakçılar əsərlərini Xətai Sənət Mərkəzinə təqdim etməlidirlər və təqdim olunan əsərlər növbəli sərgilənəcək. Seçim 3 yaş kateqoriyası üzrə – 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.
Uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədilə keçirilən müsabiqəyə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərib və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilib.
Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə “Euronews.com” internet portalında dərc olunan reportajda bildirilir.
Almaniyanın paytaxtı Berlində keçirilən, dünyanın ən böyük turizm yarmarkalarından olan ITB sərgisi ilə bağlı yayımlanan reportajda qeyd olunur ki, ITB 50 ildən artıqdır turizm sektorunda nüfuzlu sərgilərdən biridir.
“Euronews”un müxbiri Siril Fourneris turizm dünyasını bu il üçün nələr gözlədiyini öyrənmək məqsədilə martın 7-dən 9-dək davam edən “ITB Berlin 2023”-də iştirak edib. Sərgiyə qatılan ekspertlər beynəlxalq turizm aktivliyinin pandemiyadan əvvəlki səviyyələrə çata biləcəyini proqnozlaşdırırlar. Siril Fournerisin hazırladığı reportajda Səudiyyə Ərəbistanı, Yaponiya, Mərakeş, Britaniya, Gürcüstan və Azərbaycanın turizm potensialından bəhs olunur. Bildirilir ki, Azərbaycan turizm üçün möhtəşəm ilə hazırlaşır. Avropa ilə yeni hava əlaqələri qurur, milyonlarla səyahətçinin görməli yerləri ziyarət etməsinə və ölkənin füsunkar mənzərəsindən həzz almasına imkan yaratmaq üçün viza təminatını asanlaşdırır.
Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmidf “Euronews”a açıqlamasında deyib: “Biz Azərbaycandakı biomüxtəlifliklə fəxr edirik. Çoxlu müxtəlif landşaftlar, yeni iqlim zonaları var. Bir çox yeni layihələrə start vermişik, təcrübə qazanmışıq, ötən illərdə yeni otellər açılıb. Buna görə də ölkədə turizm sənayesi çox aktivdir”.
UNESCO-nun rusdilli auditoriya üçün nəzərdə tutulan rəsmi “Twitter” və “Facebook” hesablarında xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin anadan olmasının 200 illiyi ilə bağlı paylaşım edilib. Paylaşımda Hacı Zeynalabdin Tağıyevin müsəlman Şərqində ilk qızlar məktəbinin və Azərbaycan milli teatrının yaradıcısı olduğu bildirilib.
Paylaşılan məlumatda xeyriyyəçinin “Bir kişiyə təhsil versən təhsilli bir insan, qadına təhsil versən təhsilli bir millət qazanarsan” fikirləri də yer alıb.
10 mart ölkəmizdə Milli Teatr Günüdür. Bu gün eyni zamanda Azərbaycanda peşəkar milli teatrın yaradılmasının 150 illiyi tamam olur.
Bu münasibətlə mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli martın 10-da Azərbaycan Teatr Xadimləri İttifaqının rəhbərliyi ilə görüşüb. Milli Teatr Günü ilə əlaqədar kollektivə xoş arzularını çatdıran Adil Kərimli ittifaqın inzibati binası və yaradıcı proseslə tanış olub.
Görüş zamanı qurumun fəaliyyəti və iş prinsipləri, həyata keçirilən layihələr barədə məlumat verilib. ATXİ-də görülən işlər, teatr tarixi, müasir teatr prosesləri, bu sahədəki çətinliklərin aradan qaldırılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bu ürək məni nə üçün məhvə sürükləyir, niyə mən özümü bu boyda qələbəlikdən fərqli hesab edirəm? Axı, mənim kimi insanlığı sevib, seçən, yaşayan çox varlıq var. Niyə razı deyiləm? Niyə yaşamaq mənim üçün belə çətindi.
Süni intellekt qülləsi var Bakıda… O Bakıda ki, məni həm yaşadır, həm öldürür. Mən Xəzərin tənhalıq zümzüməsinə qapılıb gedirəm. Bu qüllə qara və qızılı naxışlarla bəzədilib. Bir növü La Sagrada Familiaya bənzəyir. Qızıl güllər… İlahi necədə ehtişamlıdırlar. Necə də həyəcanlandırır məni qotikliyin bu əsrarəngiz simvolistikası. Ruhum təslim olur gözəlliyə. Təbiət məni Tanrıdan daha çox həyəcanlandırır.
Yaradılış… yaradıcıdan daha valehedici necə ola bilir? Da Vinçinin büzüşmüş barmaqlarından daha gözəldir Mona Liza… Tanrının əli ilə yaradılan bu möhtəşəm təbiət necə də gözəldi…
Bəzən mənə elə gəlir ki, xristianların tanrısı sənəti, islamın tanrısı ağrını yaradıb… Buddistlərin tanrısı ruhsallığı, Vikkanların tanrısı ekzotikanı… Mən, hər şey bir tərəfə, qaçıb özümü atmaq istəyirəm o göydələndən. Qoy beynim köçürülsün bir süni intellektə və daim, təkrar-təkrar klonlanım. Məni arzu edən hər kəsə çatım. Məndən bir dənə qoy alsınlar ona hədiyyə. Bax, bu sənin istədiyin Qaiadır… əzizim – desinlər ona. Axı, sən ona heyran idin. Onu sənin üçün aldıq… Götür…
Sonra mənim sevmədiyim, məni sevən bütün ürəklər, ruhlar toxunsun dodaqlarıma, ruhsuzluğuma… Bax, onda ağrı duymayacağam, əzizim. Bilirsən niyə axı mənim ruhum damcı-damcı tükənəndə sən də elə mənimlə eyni şəhərdə idin. Sən məni xilas edə bilərdin… Anna Karenina kimi özümü qatarın altına atmaq istəmirəm… Qatar necə əzab çəkib, İlahi… Necə bağışlaya bilməyib özünü. Mənim ruhsuz bədənim bir neçə insanın varlığını dəyərli edəndə xoşbəxt olacaqsanmı? Məncə, bilirsən, sən heç o zaman belə mənə sahib ola bilməyəcəksən…Düşündüm ki, sən, əslində, heç vaxt mənə sahib olmamısan…
Sən Sol… Mən səni tanıdım. Bütün bu ağrılarım məni aydınlatdı. Mən, əslində, bəli, bəli, mən səni tanıyıram… Sən osan, Sol… Sən Annanı əzən qatar qədər qəddarsan… Bəlkə də son nəfəsində Anna qatara gülmüşdü. Çünki bu son yenə də qatarın yox, Annanın seçimi idi.
Qaia artıq hər şeyin dəyişdiyinin fərqində idi, getdikcə ağlını qaçırırdı. Mahiyyət nə idi. Sol kim idi. Tanıyırdı onu, əmin idi. Bütün bu paralel dünyaları başının içində daşımaq ondan nə alırdı. Onu nəyə, hara hazırlayırdı. O harasa hazırlanmaq istəyirdimi?
Beyninin içi bumbuz idi. Getdikcə bu soyuqluq Qaianın vücudunu da keyləşdirirdi. Əlləri, qolları, gözləri, ruhu sözünə baxmırdı. Bunun sonu nə idi? Bu son Qaianın söndürülməsi (yeni texnoloji çağda artıq yaşayan, nəfəs alanlar söndürülürdü) ilə nəticələnəcəkdimi? Yox, Qaia bunu istəmirdi, o söndürülmək istəmirdi, onlar kimi deyildi Qaia. O insanlığını itirmək istəmirdi. İnsanlığına dəyər verirdi. İnsanlığı ilə xoşbəxt idi. Çağın şansı kimi görünən yarı robotlaşaraq ölümsüzlüyün pillələri ilə yüksəlmək onun tərzi, arzuladığı son deyildi. Qaia bilirdi ki, nə vaxtsa o da buna məcbur qalacaq. O bunu seçərdimi? Axı, dünya gözəldir? Düşünmək, hiss etmək, nəfəs almaq, nəfəs dərmək. Bu gözəl dünyadan getmək istəmirdi. Çəkilmək istəyirdi bir kənara. Bütün bu inkişafdan kənarlaşmaq istəyirdi. Qıraqda hardasa uzaqlardakı bir yerdə qalaydı kaş. Görəsən, necə olardı. İnkişaf üçün darıxardımı?
Onu orada bu robotlar tək, yalnız, rahat buraxardılarmı? Yoxsa məcbur edilərdimi onlar kimi olmağa. Bəs Gümüşlandiyaya köçsəydi… Axı ora sadəcə yuxudaykən köçə bilirdi. Əbədi olaraq yatmalı idi onda.
Bəs gümüşlər, onlar buna necə baxardı? Axı, gümüşlər insanları sevmirdilər. Qaianın düşüncəsinə görə, gümüşlər sadəcə keçmişə məhkum zorba, kobud varlıqlar idi. Eyni zamanda maraqlı varlıqlar.
Bütün bunlar hara qədər davam edəcəkdi? Ruhu, bəli, ruhu ciddi təlatümlər yaşayırdı.
Bunu heç kim bilməməli idi. Beyni yarı insan, yarı robotlar tərəfindən tədqiq obyektinə çevrilə bilərdi.
Elanlar verilirdi. Artıq onlar bir yol seçməli idilər. Ya zavallı insan olaraq yaşamalı, ya da texnologiya tanrısına təslim olmalı…
Tanrıyla yarışan insanoğlu hər daim onunla eyni olmağı arzulamırdımı? Hər zaman əbədi yaşam, ölümsüzlük üçün çabalamırdımı?
Bu şans idi insana, daha çox yaşasın. Babaları kimi ölümsüzlüyü tapmadan tərk etmək məcburiyyətinə düşməsin. Bu dünyanı. Bəs çatılan ölümsüzlük buna dəyəcəkdimi?
Bəs insan bu ölümsüzlüklə nə edəcəkdi?
Ya bir gün dünya fırlanmaqdan bezsə?
Ya Günəş bir gün sönsə?
Zil qaranlıq dünyada necə yaşayacaqdı insanoğlu? Qaranlığı sevirdi Qaia, dünyanı da, yaşamağı da… Bəs ölümü?
Onu sevirdimi?
Ölüm nə idi, necə idi… Ölümü dərk edə bilmirdi tam olaraq. Anlamırdı ölümü. Bilmirdi, bəlkə də, başqa dünyalara açılan qapı idi ölüm?
Yox, o istəmirdi o qapını, bilirdi, əmin idi yaşamaq istədiyindən. Həyat gözəldir. Yaşamaq, nəfəs almaq, sevmək, qaçmaq, kəpənəyin ardınca elə məqsədsizcə həm də…
Ölümsüzlüyə çatan insanlara tanrılar deyilə bilərdimi? Bəs gümüşlər? Onlar kim idi?
Titanlar!!! Bəli, Titanlar idilər. Bəs Qaia kim idi? Ondan nə istənirdi? Koios və Polosun sorğusu hər zaman Qaia üçün maraqlı idi. Ancaq Qaia bilirdi ki, Titanlardan fərqli olaraq, Tanrılar hər zaman ölümsüzdür. Onlar sorğuya çəkilməyəcəklər. Həm də heç vaxt çəkilməyəcəklər. Sorğu belə tanrılara aid deyildi, ya da sonradan tanrılaşanlara. Hər kəs Tanrı olmaqda maraqlıykən, nə üçün Qaia çəkilirdi Gümüşlandiyaya tərəf?
Tanrılaşanlar tanrıların ölümsüzlüyünü əlindən ala bilərdilərmi?
Bütün bu düşüncələrin mahiyyəti nə idi? Mahiyyətində nə var idi?
Hər şey mahiyyət idimi? Ya da mahiyyətdən ibarət?
İnsanlara danışılan nağıllarda robotlar Titanlar idi. Ancaq bu belə deyildi. Bunun belə olmadığını Qaia gözəl bilirdi. Bəs Qaia kim idi?
Harda dururdu Qaia? Hansı pillədə, ya da mərtəbədə?
Titanlara çəkilən ruhu Qaianı yaşadığı mühitə yadlaşdırmışdı.
O bilirdi ki, Titanlar ürək daşımırlar, amma Titanların ruhu var. Dünənə kimi insan ən ali varlıq idi… Ancaq artıq elə deyildi… Gümüşlər hər şeyi Qaiaya danışırdılar. Getdikcə texnologiyanın köləsi olan insan artıq hər şeyi itirmişdi. Bu isə insanın qiyaməti idi. İnsan yox etmişdi hər şeyi. Tanrılaşmışdı. Artıq tanrı kimi insan da ürək daşımırdı.
Leavings Eh … People are oppressed mainly leavings Hidden, open leavings … Black and white leavings … Give it up, that is futile! Today, the petals of all chamomiles are gray. The name of all the hopes is “O” Betrayal is the name of all loves! Let God protect grey leavings… I only named you the love, a pitty I realized that the human decieves himself in the most perfect way. Who knows us better than ourselves? I thought, YOU! For me, you understand me better than me, you loved me more … It was possible… What? Chamomile? Chamomile is smarter than you? Loves?! Or no? Eh … It’s always so, A handful of skeptical thoughts rain … A handful of uselessness embraces my brain, Everything is anaesthetized … In fact, everything is lie, Maybe the grey is also lie… Hey Chamomile ! I saw the most delicate petals on you? And winds? Your leaves? Your petals? What is the name of this endless contradictions? Today the petals of all chamomiles are grey. No matter for chamomile, it loves? They don`t love! I swear they don’t love! I wonder why chamomile is called chamomile?
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Tovuz Bürosunun Rəhbəri, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı
Türk milli kimliyi həmişə qadına yüksək dəyər verib. Hazırda ölkəmizdə 8 Mart Beynəlxalq Qadınlar Günü kimi dövlət tərəfindən rəsmən qeyd edilir və iş günü deyil.
Bu bayram Azərbaycanın milli bayramı olmasa da, artıq qəbul edilmiş bayramlardan hesab edilir. Əksəriyyətimiz bu bayramı uşaqlıqdan üzü bəri mahiyyətinə varmadan qeyd etmişik. Sonralar bilmişik ki, 8 martın kökü 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan qadınların etiraz aksiyasına gedib çıxır. 1910-cu ildən isə Klara Setkinin təşəbbüsü ilə bu gün bayram kimi qeyd olunur.
Bu o vaxtlar idi ki, həmin dövrdə Azərbaycanda və digər türk-müsəlman ölkələrində ziyalılar qadın hüquqlarının müdafiəsinə qalxmış, mövzu ilə bağlı əsərlər yazmışdılar. Nəticə özünü çox gözlətmir və 28 may 1918-ci ildə elan olunan Azərbaycan Xalq Cümhuriyyəti türk-islam dünyasında ilk dəfə olaraq qadınlara seçmək və seçilmək hüququ verir. SSRİ-də isə Ali Sovetin Rəyasət Heyətinin 8 may 1965-ci il fərmanıyla Beynəlxalq Qadınlar Gününü qeyri-iş günü elan edilir.
Tarixə nəzər saldıqda görünür ki, Azərbaycanda bu bayramın qeyd edilməsi milli təşəbbüs olmayıb, amma dövlət səviyyəsində dəstəklənmişdir. Dünya 1975-ci ilin 8 martını ilk dəfə Beynəlxalq Qadınlar Günü olaraq qeyd edib. 1977-ci ildə isə Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 Mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilib. Müasir dünyada BMT 8 Martı Beynəlxalq Qadınlar Günü kimi təsdiq edib.
İndi dünyanın əksər ölkələrində olduğu kimi bu bayram Azərbaycanda da qeyd edilir.
Müasir dünyanın gedişatını sosial şəbəkələrsiz təsəvvür etmək çətindir. Məhz bu bayramla əlaqədar olaraq sosial şəbəkələrdə qadınlara ünvanlanan təbrik mesajları qadınları sevindirir. Mən özüm də mənimçün doğma olan xanımlara bayram təbrikləri ünvanlayıram.
Azərbaycan qadını müxtəlif statuslar daşıyır. Onların ömrü ana, bacı, həyat yoldaşı və sair kimi mərhələlərə bölünür. Bütün bu mərhələlərin bir ortaq məxrəci var – fədakarlıq. Həyatımızda nə qədər müasirləşmə getsə də, Azərbaycan qadınının fədakarlığının mahiyyəti dəyişməyib.
Xüsusilə də, ölkəmiz müstəqilliyini bərpa etdiyi dönəmdə bu fədakarlıq daha qabarıq nümayiş olundu. Dövlət müstəqilliyimizin ilk illərində atalarını, qardaşlarını, ərlərini Vətən uğrunda döyüşə göndərən Azərbaycan qadını, 30 il sonra oğullarını da bu şərəfli missiyanın arxasınca göndərdi.
İndi ölkəmizdə ən şərəfli titullardan biri Şəhid anası adını daşımaqdır. Minlərlə qadın şəhid ailəsi olmağın şərəfini daşıyır. Həyat yoldaşı şəhid olmuş minlərlə gənc qadın şəhidlərdən yadigar qalmış övladlarına həm analıq edir, həm atalıq. Bütün bunları qadın gücünün fövqünə sığışdıra bilir.
Belə qadınları olan bir ölkənin həmin qadınların adına xüsusi bayram etməsi, onlar üçün ən dəyərli mükafatdır. Tarixən həlledici qələbərin kökündə də qadın fədakarlığı dayanıb. Azərbaycanın isə qələbə qazanmalı olduğu hələ çox məqsədləri vardır. Bu məqsədlər uğrunda fədakarlığını əsirgəməyən qadınlarımızı Tanrı qorusun!
Böyük məqsədlər böyük qurbanlar hesabına başa gəlsə də, Azərbaycan qadınına qalibiyyət sevinci çox yaraşır. Bu sevincin ən böyük hissəsi müharibə veteranlarının doğmaları olan qadınlara düşür. Həmin qadınlar müharibənin tam mərkəzinə oğul göndərib, oradan qalib Azərbaycan döyüşçüsünün qayıtmasının yolunu gözləməyin nə olduğunu çox yaxşı bilir.
Azərbaycan qadının missiyası bununla bitmir. Çalışdığı hər sahədə öz sözünü deməyi bacarır. Xüsusən elm sahəsində fəaliyyət göstərən xanımlarımızı vurğulamaq lazımdır. Alim adını qazanmaq çətin olduğu qədər, şərəfli və məsuliyyətlidir.
Gülnar SƏMA, AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri
Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Sərvanə Dağtumasın ədəbi tənqidə aid yazılarının dərcini davam etdirir. Bu dəfə növbə görkəmli Azərbaycan Sovet yazıçısı İlyas Əfəndiyevindir.
Müəllif oxuculardan xahiş edir ki, rəylərini ferecli404@gmail.com ünvanına göndərsinlər.
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan İlyas Əfəndiyevin yaradıcılığında qadın azadlığı, qadınlıq duyğuları və onun daxilində baş qaldıran saf, pak sevgi hislərinin təsviri xüsusilə diqqəti çəkən məqamlardan biridir. Yazıçı oxucu düşüncələrini dilemma qarşısında qoyaraq, “əsərin baş qadın qəhrəmanı haqlıdırmı?” sualına yönləndirmiş, insan xislətində yaranmış spesifik cəhətlərə “Körpüsalanlar” romanında aydınlıq gətirmişdir. Əsərdə hadisələr əsasən, kənd mühitində cərəyan edir və 2 təhkiyəçinin dilindən verilir. Həmin təhkiyəçilər əsərin baş qəhrəmanları olan Səriyyə və Adildir. Yazıçı əsərin digər qəhrəmanı olan Qəribi də təhkiyəçi qismində verə bilərdi mi? Bəli, fəqət görünür, yazıçı Səriyyə-Adil xəttindəki konflikti daha qabarıq şəkildə təsvir etmək, onların daxili aləmini oxuculara açıq, aydın şəkildə çatdırmaq üçün belə bir mövqe tutur.
Səriyyənin qəlibləşmiş arzuları.
Əsərin baş qadın qəhrəmanı Səriyyə zavod çilingərinin bir qızı idi. O, kənd mühitində böyümüş, yol texnikumunu bitirmiş, ali təhsilə yiyələnməmişdi. 19 yaşında tale onu Adillə qarşılaşdırmış və bu iki gənc ailə həyatı qurmuşdu. Baxmayaraq ki Səriyyə Adili sevib evlənmişdi, (bəlkə də sevmirdi) bu birillik izdivac yenicə çiçəkləndiyi kimi çox erkən də soldu, Səriyyə özü də bilmədən, Qəribə qarşı qəlbində saf duyğular bəsləməyə başladı. Onun hər hərəkətinə diqqət yetirir, hətta paltarına da nəvaziş göstərirdi. Səriyyənin daxili aləmində azad hislər yaranmışdı, onun özü də azadlıqsevər idi. “Körpüsalanlar” romanında bu, onun dilindən açıq-aşkar şəkildə verilir.
Səriyyə Adilə öz xoşu ilə ərə gəlmişdi, öz həyatından maddi cəhətdən məmnun idi. Kübar ailə mühitinə düşmüş gənc qız ərinə qarşı sadiq və hörmətli olmağa çalışırdı, ərinin ona verdiyi tövsiyələrə əməl edirdi, çünki özünü bu yeni kübar mühitində necə aparmağı dərk edə bilməmişdi. Adil onun hər bir kiçik səhvini duyub dərhal ləğv edirdi. Onun aləmində “ər” anlayışı ərinə qulluq etmək onun hər bir ehtiyaclarını qarşılamaq, sözündən çıxmamaq ona lazımi dərəcədə hörmət göstərməkdir. Həyat yoldaşı ailə qurduğu qadından onun mövqeyinin tələb etdiyi yüksəklikdə dayanmasını istəyirdi, lakin Səriyyə bunu bacara bilmirdi. Adillə arasında əsl eşqdən əsər-əlamət yox idi, onun fikri, diqqəti sadəcə bütün deyilənlərə robot kimi əməl etməklə yekunlaşırdı, çünki bu həyatı özü seçmişdi. Bəzən seçdiyi bu həyata layiq olmadığını düşüncələrindən keçirir, yoldaşının ondan daha yüksək mövqedə durmasını dilə gətirirdi. Amma hər şey Səriyyənin istədiyi kimi davam etmədi. İkiüzlü davranmaq istəmirdi. Yoldaşından bir şeyi, hətta hislərini belə gizlətmək ona ağır gəlirdi. Fikrimizcə, Səriyyə öz duyğularını tez bir zamanda müəyyən edib həyat yolunu seçməliydi və seçdi də…
Təəssüf ki Səriyyə labirintlərlə aşıb-daşan ailə mühitinə düşmüşdü. O, arzuladığı həyatı yaşaya bilmədi,öz seçimində yanıldı və bunu anlayaraq, öz sevgisinin arxasınca getdi. Qəriblə qarşılaşmaq onun yalnız daxili aləminə ruhuna qəlbinə deyil, xarici görünüşünə də sirayət etmişdi. Səriyyənin qəlbinin ehtiyaclarını ödəyən onu ehtirasla, pak hislərlə sevən, qadınlığına dəyər verən, qayğı göstərən bir adamı seçməklə həyatını, eyni zamanda ruhunu dəyişdi. Bunu onun cismi deyil, ruhu, qəlbi arzulayır, tələb edirdi. Başqa sözlə desək, azad olmaq istəyi…
Azadlıq anlayışının 3 tipi məlumdur: cismani, hissi və ağıllı azadlıq. Səriyyə hissi azadlığına qovuşdu, onun qəlbi sanki buxovlanmışdı, heç kəsin girə bilməyəcəyi qalaya çevrilmişdi. Onun bu solmuş, tükənmiş hisləri Qəribi görəndən sonra canlandı və o bu arzuolunmaz sevginin qarşısını ala bilmədi. Səriyyə axtardığı sevgini Adildə deyil,adi bir buldozerçidə tapdı.
Səriyyə nə üçün ona “sən” deməyə ərk eləmirdi? Bu utancaqlığın, çəkingənliyin əlaməti idi mi? Yoxsa Səriyyəyə qarşı yaranan bu doğmalıq, bu istilik, ya da Qəribin “yad qadına” qarşı soyuq davranışı mı onların arasında sərhəd yaradırdı ? Yoxsa daha da yaxınlaşdırırdı ? Səriyyə özü də bu sualın çətinliyi qarşısında qalmışdı. Bəlkə də gizli doğmalıq buna səbəb olmuşdu. O, özündə yaranan cəsarətli, ülvi hisləri dəf edə bilmirdi, özünə bəraət qazandırır, haqlı hesab edirdi. İnsanın bəzən sevdikləri ilə arasında müəyyən sərhəd olur və həmin sərhədi qarşı tərəf də gözləyir. Bəlkə də qarşılıqlı hislərinin arasındakı süni sərhəddir?
Digər tərəfdən belə bir sual yaranır. Səriyyə nə üçün günlük yaşamını, xüsusilə də Qəribli dəqiqələrini ən çox gecələr düşünürdü? Gecələr insan qəlbilə baş-başa qalır, qəlb nə istəyir, ağıl hansı yolu göstərir, qəlbin istədiyi şeyi ağıl idarə edir. İnsan gecələr özü ilə baş-başa qalır və ünsiyyət qurur. Səriyyə qəlbinə doğru irəliləyir, onunla bacarmırdı. Həyat yoldaşının acı taleyi Səriyyəni çox qorxudurdu . O ərinin “əsarəti” altında sıxılırdı, zincirlərdən yaxa qurtarmaq istəyirdi. Adilin ona izah etdiyi “xoşbəxtlik məfhumu”nu anlaya bilmirdi. Səriyyənin arzuladığı həyat ,istəkləri, xəyalları tamamilə Adildən yad və kənar aləmə yönəlmişdi.
Səriyyəni yelbeyin, ağılsız hesab etmək olar mı? O, vicdanı qarşısında hesab verirdi mı? Fikrimizcə, Səriyyə ailə ocağına atılmış bir “körpə”dir. Onun düşüncələrini duyğularını Adil anlamırdı. Bəlkə də qarşılıqlı münasibətdə bu yaş fərqi rol oynamırdı deyil. Bu fərq düşüncə tərzinə, dünyagörünüşünə ,sözsüz, təsir göstərirdi. (Səriyyə 19 ,Adil 31 yaşında idi) Amma insanın ağıl yaşı böyük olarsa, bioloji yaş evlilikdə rol oynamaz. Səriyyənin də ağıl yaşı Adillə müqayisədə çox az idi, ərinin düşüncələri ,arzuları, istəkləri ilə Səriyyənin xəyalları tam təzadlıq təşkil edirdi. Səriyyə Adilə sadəcə hörmət edirdi, əri onun özü ilə hesablaşmasını istəyirdi, əgər yoldaşı səssizcə narazılıq edirdisə, xanımı bunu anlamalı, özü ilə hesablaşmalı idi. Burada əsl sevgidən söhbət gedə bilməzdi. Səriyyə qəlbindəki mənəvi boşluğunu, mənəvi ehtiyaclarını Qəriblə qarşılamağa can atdı. Qərib sanki onun gözünü açdı, onun yatmış qəlbini coşa, ehtirasa gətirdi. Xoşbəxtliyin, əsl sevginin 3 açarı- qayğı diqqət və hörmətdir.
Adilin ziddiyyətli mövqeyi.
Adil əsərdə ziddiyyətli mövqe tutan baş qəhrəmanlardan biridir. Ali təhsilli, ziyalı bir ailədə böyümüş, savadlı gəncdir. Səriyyəni sevib evlənmişdi. Həyatı boyu ideal bir ailə, müqəddəs həyat yoldaşı arzulayırdı. Adil istəsəydi, xanımından daha yaxşısı ilə evlənərdi, amma onun nəzərində “yaxşı” anlayışı Səriyyənin bütün varlığı ilə bağlıdır. Adilin fikrincə qızın oğlandan bir pillə aşağıda olması uğurlu evlilik həyatını şərtləndirən əsas amildir. Onun ailəsi bu izdivaca qarşı çıxsa da o öz sevgisinin arxasınca getmiş və məqsədinə nail olmuşdu. Lakin Adilin daxili aləmində yaranmış ziddiyyətli xarakter gənc mühəndisi ailə səadətindən tezliklə məhrum etdi. Adilin xarakterində müsbət keyfiyyətlər də vardı, amma onun xudpəsənd, şöhrətpərəst xüsusiyyətləri yaxşı cəhətlərini kölgədə qoyurdu. Onun bu xarakterini formalaşdıran, şübhəsiz, gördüyü ailə mühiti olub. Adildə olan neqativ keyfiyyətlər onu Səriyyədən daha da uzaqlaşdırırdı. Riyakar davranışlar, süni münasibət , məqsədli hərəkətlər Səriyyə üçün dözülməz oldu. Adilin aləmində xoşbəxtlik məfhumu tamamilə fərqli məna kəsb edirdi. O, Səriyyənin xırda “körpə” düşüncələrini cılızlaşdırır, önəmsəmirdi və ağılla, düşüncə ilə danışsa da xanımının ürəyindəki ehtiras qığılcımını alovlandırmağı bacarmırdı. Əksinə bu onda soyuq, anlaşılmaz bir hissə çevrilir və tezliklə hafizəsindən silinirdi.
Adilin ona qarşı qoyduğu qadağalar, qısqanclıq duyğuları, göstərdiyi diqqət və nəvaziş niyə Səriyyəni özündən çıxartdı? Onun axtardığı bu deyildi mi? Adilin Səriyyəyə münasibətində tutduğu mövqe düzgün deyildi. Onun ikiüzlü, saxtakar davranışları bu münasibəti uçuruma doğru gətirib çıxardı və ərinə qarşı Səriyyədə kin, nifrət yaranmağa başladı . O ,Qəribin sağlamlığı naminə Adili bağışlayacağını (onu müqəssir hesab edirdi) güman edirdi, lakin taleyin ona nələr vəd etdiyindən xəbərsiz idi.
Adil qorxaq idimi? Adil qorxurdu, Səriyyəni itirməkdən, öz sevgisinin, ailə həyatının faciə ilə bitməsindən daha çox şöhrətini, karyera həyatında tutduğu mövqeyini itirməkdən qorxurdu. Bu qorxu onun ruhuna da hakim kəsilmişdi və o manqurt, absurd düşüncələrindən xilas ola bilmədi, özü sanki öz taleyini yazdı. O sırf Səriyyəni əldən buraxmamaq üçün saxta və yalançı mövqedə dayanmışdı. Gözünün önündə baş verən hadisələrə nəzər salaraq, sanki ayıldı və yoldaşını itirmək qorxusu yaşadı. Onun sevgisi də, qısqanclığı da özü kimi eqoist idi, yoldaşını və buldozerçini öldürmək də ağlının ucundan keçmişdi, onun hər davranışının, atdığı hər addımın, ağlından keçən hər düşüncənin altında bir “mən” – eqo yatırdı. Səriyyə də bu eqoistik sevginin fərqində idi. Burada möhkəm və sevgi dolu ideal bir ailədən söhbət gedə bilməzdi. Adilin bu hərəkəti Səriyyəni daha da qəzəbləndirdi və o, öz kartlarını ortaya qoydu.
Adilin Səriyyəyə qarşı münasibətində bəslədiyi hislərin adı nə idi? Adil sevirdi, lakin qürursuz sevirdi. Səriyyəni heç vaxt onu itirməyəcəyini ağlının ucundan belə keçirməyərək, sevirdi. Səriyyəni sanki canlı bir əşya, özünü də sahibkar hesab edərək, sevirdi. Adil ona cismən yaxın, qəlbən uzaq idi. Adil Səriyyənin özü kimi düşünməsini istəyirdi, Adil özünə uyğun biriylə evlənməmişdi, həyat yoldaşı zavod çilingərinin qızı idi. Xanımından özünün istədiyi kimi davranmasını tələb edə bilməzdi. Buna haqqı yox idi. Fikrimizcə, Adil ilk növbədə Səriyyəyə azadlıq, sərbəstlik verməli idi. Digər tərəfdən, əgər özünə uyğun birini istəyirdisə, ziyalı ailənin qızı ilə ailə qura bilərdi. Özünün əvəzinə Qəribdə günah axtarır, çıxış yolu kimi onu işdən uzaqlaşdırmağa çalışırdı. Qəribin yerinə Səriyyənin qarşısını vaxtında almalı, sözlə deyil də, hansısa hərəkəti, atdığı addımı ilə yoldaşının səhvini başa salmalı idi. Adilin buldozerçinin yerini dəyişməsi hadisələrin daha da mürəkkəbləşməsinə gətirib çıxardı. Adil nə nəcib, nə də alicənabdır. Qadınına qarşı sevgi və sahiblənmək hissini özündən dəf edə bilmir, özü ilə bacarmırdı. Onun varlığından elə bil indi xəbər tutmuşdu. Gücsüzlüyünü acizliyini başa düşürdü. Kənardan gülünc və istehzalı görsənirdi, çıxış yolunun ayrılıqda axtarsa da, qısa müddətdə bu fikrindən vaz keçdi. Həm karyera həyatını fikirləşir, həm yoldaşını başqası ilə bölüşmək istəmirdi. Səriyyənin buldozerçilərə olan meylini dərk edirdi. Həm də ən əsası zəif iradəsi bu sevgidən imtina etməyə imkan vermirdi.
Gənc Adil iş həyatı ilə ailə həyatını qarışıq salır, bütün sevgisini işinə verir. Onu ən çox acıdan Qərib kimi özündən “aşağı” olan birinə qarşı sevgi hislərinin bəslənməsidir. O, insanlıqla vəzifəni səhv salırdı. Vəzifə cəhətdən Adil yüksəkdə dura bilər, yol rəisi ola bilərdi, amma əfsuslar olsun ki ailəsinin, evinin rəisi ola bilmədi, bacarmadı. Qəriblə müqayisədə əslində o aşağı pillədə dururdu. Qəribin varlığı belə Adildə nifrət yaratmışdı və o yalnız Qəribə deyil, öz xanımına da ölüm arzulayırdı, başqasına , əsas da Qərib kimi “aşağı pilləli” birinə sahib olmasını qəbul edə bilmirdi. Adilin etdiyi bir səhv bütün həyatını məhv edir. Onda olmayan saf, ülvi hislər, adicə bir təbəssüm belə Səriyyəyə əzab verirdi, onun əsəblərinə toxunurdu. Səriyyə,yoldaşı tennis oynamağa, ova gedəndə və hətta onun şərab içməsini biləndə heç bir irad bildirmədi. Adil Səriyyənin yanlışlarının özünün dərk etməsinin istəyirdi. Əldə etdiyi qazanc, gəlir Səriyyənin yalnız qarnını doyuzdurmağa, əynini geyindirməyə çalışırdı. Bəs qəlbdə yaranan ehtiyac? Adilin evə gətirdiyi qazanc mənəvi ehtiyacları qarşılamağa bəs etdi mi? Etmədi! Səriyyəyə nə ər, nə pul, nə geyim, nə yemək lazım idi.
Səriyyənin Qəribə qədər Adilə münasibəti necə idi? Səriyyə Adillə birillik evlilik həyatında ancaq ərinə xidmət edib onun yaşam və düşüncə tərzinə uyğunlaşmağa çalışırdı. Onun həyatı yoldaşına hörmət etmək, qayğısına qalmaq, ehtiyaclarını qarşılamaqla keçib. O, Adillə sevgi dolu məhəbbət macəraları yaşaya bilməyib. Həyatından məmnun qaldığını düşünən gənc texnik yeni bir aləmə daxil olur və əsl xoşbəxtliyin, əsl ailə səadətinin nə olduğunu indi anlayırdı. Qəribin onunla qarşılaşması, həyatına daxil olması Səriyyəni ərindən soyutmadı, əksinə bağlı gözlərinin açılmasında bir vasitə rolunu oynadı.
Adilin həyatındakı əsas planları nədən ibarət idi? Adil öz taleyindən razı idi, onun gözlərində qarşıdan gələn gələcək fəaliyyətin təntənəsi canlanmışdı. Eyni zamanda Adil üçün ön planda ilk növbədə uğurlu karyera həyatı dururdu. Digər tərəfdən iş və ailə həyatına düzgün vaxt ayıra bilmir, bu iki məfhumu qarışıq sanırdı.
Adilin seçimində etdiyi səhv nə idi ? Yoxsa özü bu səhvin meydana gəlməsində vasitəçi olmuşdu? Adil zaman keçdikcə seçiminin yanlış olduğu qənaətinə gəlirdi, anasının “yaxşı ailədən olan yaxşı təhsil görmüş qız ” fikirləri onun xatirələrində təzələnir, ona rahatlıq vermirdi. Adil düşünürdü ki, bəlkə də öz tipinə uyğun biri ilə ailə həyatı qursaydı, həyatın bu cür çətinlikləri ilə qarşılaşmazdı. Onun Səriyyə ilə eyni pillədə, mövqedə olmaması sanki Adil üçün bir avantaj ? oldu. Adil xanımına zor tətbiq edə bilməzdi , istəyirdi ki, hər şeyi onun özü anlasın, dərk etsin, başa düşsün. Xanımı həmişə onunla qürur duysun. Lakin gənc rəis ,kübar, təhsilli bir ailədə böyüsə də əslində öz qadınının nə istədiyini anlamır və öz sevgisində uduzur, əsl mənəvi itkini bu zaman yaşayır.
Buldozerçi sevgisi.
Əsərdə ön planda ikili mövqe tutaraq oxucu kütləsini öz gizli dünyası ilə təsir altına salan növbəti obraz Qəribdir. (Qəribcan da desək səhv etmərik) O, hərbi xidməti yenicə başa vurmuşdu, istefaya çıxmış kiçik leytenant idi. Kənddə buldozerçi kimi çalışırdı. Bu işdə də təkbaşına deyildi, onun çoxlu buldozerçi dostları vardı. Qəribin daxili dünyasını müşahidə etmək çətindir,ancaq hadisələrin inkişafında görürük ki, o, sevginin, sədaqətin daşıyıcısı kimi təmsil olunur. Qəribin dilindən təhkiyə verilməsə də onun baxışlarında bir vüqar, əzmkarlıq hissi, hər an öz sevgisinə sədaqət nümayiş etdirə biləcək gizli bir dünyanın mövcudluğunu görürük. Səriyyənin ona qarşı göstərdiyi diqqət, qayğı sanki Qəribdə də yeni hislər yaradır. Onun səmimi olması fədakarlıq göstərməsi (xəstəxanaya çatdırılması) Qəribə təsir etdi, amma Səriyyə bu cür davranmasa idi belə yenə də istədiyini əldə edəcəkdi, Qəribə qovuşacaqdı . Onun yerinə Adil olsa idi, Səriyyə ərinə qarşı bu cür fədakar davranmazdı. Adilin nə varlığı, nə də yoxluğu onun üçün bir önəm kəsb edirdi. Onun yaralanması bir kənara ona bir şey olsa idi ,bu, həyat yoldaşının umrunda belə olmazdı.?
Qəriblə yol rəisi Adil arasında tez-tez mübahisələr olurdu. Rəisin Qəribin yerini dəyişmək istəməsi onda Adilə qarşı nifrət hissi oyatdı, “bomba” kimi partladı. Qəribin nifrətinin artmasının əsas Adili bir kişi olaraq , aciz, qorxaq hesab etməsi idi , yəni Adil həyat yoldaşının qarşısını almaq əvəzinə, acığını Qəribdən çıxır, başqa sözlə desək, öz evinə rəislik edə bilmir, şəxsi münasibətlərlə ictimai münasibətləri qarışdırırdı. O, ilk tədbiri Səriyyəyə qarşı görməli idi. Fikrimizcə, buldozerçinin komandadan ayrılmaması, öz yerində qalması, briqada heyətinin ilk qələbəsi kimi insanları dəyərləndirilir, bundan sonra körpü sürətlə tikilməyə başladı. Yol rəisinin bu zəhmətinə laqeyd münasibəti , işçilərə əhəmiyyət verməməsi ən çox Səriyyəni üzürdü.
Qərib olmasaydı, Səriyyə bu nəvazişi, bu istiliyi başqasına göstərərdi mi ? Başqasını seçərdi mi? Qərib Səriyyənin qəlbində yatmış vulkanı oyatdı, ora nüfuz etdi. Səriyyə anladı ki, onun axtardığı əsl sevgi Qəribdədi, onda əsl cəsarəti gördü. Qəribin ağır daşı şücaətlə qaldırması Səriyyənin qəlbini daha da coşa gətirdi, sanki ona heyranlıqla baxan gənc qıza Qərib baxışları ilə cəsarətli olduğunu sübut etməyə çalışır, gözlərilə deyirdi ki, “yəni mən səni sevməyə də qadirəm, məndə səni sevmək cəsarəti də var”. Başqası olsa, eyni hisləri o da gənc qıza yaşatsa idi, Səriyyə yenə də eyni addımı atardı yenə də gedərdi. Amma əsla Adilə qarşı fədakarlıq etməz, onun cəfasını çəkməzdi. Qərib onu bəlkə də sevirdi ,lakin bu duyğularını açıq-aşkar ifadə edə bilmirdi. Bəlkə də evli bir qadınla bu cür münasibətin gerçəkləşməsi mümkün olmaz deyə düşünür, addım atmaq istəmirdi. Bəlkə də sevgisinə qarşılıq almamaqdan qorxurdu. Qərib istəsə, Səriyyə ilə gizlin eşq yaşayar, xanımının verdiyi dəyəri qiymətləndirər, sui-istifadə edərdi, amma Qərib daim baxışlarını ondan yayındırır, hislərini gizlədirdi.
Səriyyə Qəribi sevirdi, onun vüqarını, əzmkarlığını saf sevgi hislərini, onun həyat tərzini, gözlərindəki cəsarət dolu gizli baxışlarını sevirdi. Ona bəzən bu doğmalıq yaxın tanışı belə olmadığı halda gənc buldozerçiyə bəslədiyi qəribə münasibət təəccüblü gəlirdi. Qəribin çətin vəziyyətə düşməsi , ayağının kəsilməsinə dair həkimin qoyduğu diaqnoz onu narahat etdi. Səriyyə artıq səadət məfhumunu dərk etməyə başlayırdı. Onun əsl səadəti buldozerçinin ayağa qalxması idi. Qəribin ona yönəlmiş ötkəm baxışları Səriyyəni yuxudan oyatdı. Ona düşən bu sevgi payından hissə-hissə özünə pay götürdü və dünyaya başqa gözlə baxmağa başladı. Sanki gənc qız illərdir, bu sevginin arzusunda idi. Sanki həmişə onun yolunu gözləyirdi. Və nəticədə Səriyyə öz səadətinə qovuşdu. İnsan həyatında elə anlar yaşayır, gözünün önündə elə xatirələr canlanır ki, ömrü boyu o xatirələr ona əzab verir, qarşılaşdığı hər şirin, ləzzətli günə bir damla zəhər qatır. Səriyyənin elə bir xatirəsi yox idi . Adildən ona qalan yeganə xatirə yalnız qəlbində çəkdiyi iztirablardır. Onun həyatı süniliklə, yeknəsəkliklə zəngin idi. Ona görə də unudulmaz hesab etdiyi heç nə olmadığı üçün Adildən asanlıqla vaz keçə bilərdi və keçdi də.. Hər halda əsərin gənc qadın qəhrəmanı belə düşünürdü…
Qəriblə Səriyyənin aqibəti bəlli olmasa da, fikrimizcə Qərib ona sahib çıxdı. Səriyyə Qəribə qarşı fədakarlıq göstərmişdi. Onun Səriyyəyə hər şeydən öncə can borcu vardı. Qərib Səriyyəyə ilk növbədə azadlıq verə bilərdi. Səriyyə həm azadlıq ,həm də xoşbəxtlik axtarırdı.
Səriyyə haqlı idimi? İlyas Əfəndiyev Səriyyə obrazını yaratmaqla, ədəbiyyata yenilik gətirdi. Bu obraz sosialist tipli, kübar ailə mühitindən çıxmış vəzifəli ərindən imtina etdi. Bununla göstərməyə çalışdı ki, əsl ailə səadəti nə pulda, nə də vəzifədə deyil. Həqiqi sevgini bunların arasında deyil, qəlbdə axtarmaq lazımdır. Söhbət mental dəyərlərə vurulan zərbədən gedə bilməzdi. Səriyyə nə hislərini, nə də hərəkətlərini yoldaşından gizlədirdi. Hətta bunu etməkdən utanır, peşmançılıq çəkirdi. Əlbəttə, Səriyyənin seçimi mühiti üçün qəbuledilməz və yolverilməz idi. Səriyyə bütün Azərbaycan qadınlarının ümumiləşdirilmiş simasıdır. Səriyyə sırf parazit psixologiyası ilə yaşayan biri ilə yollarını əbədi birləşdirməyə, bu yolda addımlamağa davam gətirə bilməzdi. Ona yoldaşı nə azadlıq ,nə sərbəstlik verirdi. Digər tərəfdən o heç vaxt arzuladığı hisləri yaşaya bilmədi. Səriyyə yoldaşının daşlaşmış , patriarxal düşüncələrindən xilas olaraq, bu addımı atmaqda tamamilə və qismən HAQLI idi. Adilin səhvləri onu qismən haqlı çıxardır. Təbii ki, onun bu addımı Azərbaycan qadınlarına xas cəhət deyildi. Səriyyə işləmək istəyirdisə, əri onun körpüdə işləməsinə mane ola bilərdi. Yazıçı öz qəhrəmanını haqlı çıxardaraq, ona bəraət qazandırır və Səriyyənin daxili gizli psixologizmini, ona məxsus hər bir xarakterik cəhəti ustalıqla qələmə alır.
Əsərdə “müsbət qəhrəman”axtarışı və gənc qızın ikili mövqeyi.
Əsər boyu oxucuları daha çox düşündürən müsbət qəhrəman problemidir. Səriyyənin müsbət qəhrəman olması ziddiyyətlidir. Digər tərəfdən onun sevgi görməməsi, mənəvi azadlığının əlindən alınması, yoldaşına qarşı etdiyi hörmətsizlik və məcburi olaraq, alçaltmasıdır. Ona görə də İlyas Əfəndiyevin “Körpüsalanlar” romanında Səriyyəyə münasibətdə ikili vəziyyət yaranır. Bizim fikrimizcə, əsərdə əsas müsbət qəhrəman Adilin anasıdır. Adilin anası ali təhsilli ,dünyagörüşlü, təcrübəli qadındır, övladına bağlıdır və dünyagörmüş, müdrik qadın ilk günlərdən Adillə Səriyyə arasındakı uyğunsuzluğu hiss etmiş və iradını bildirmişdi. Onların bu yolda birlikdə addımlamağın mümkünsüzlüyünü və evliliyin uğursuz olacağını əvvəlcədən duyurdu. Məsəl var ki, ata-ana övlad üçündür, övlad da özü üçün. Adilin anası oğlunun seçiminə hörmətlə yanaşmalı oldu. O, övladının yaxşı təhsilli, namuslu ailənin qızı ilə ailə qurmasını arzulayırdı. Səriyyə ən azından yaxşı təhsil görsə idi, heç meşəyə getməyə- yoldaşı ilə çadırda yaşamağa belə razılıq verməzdi. Anası olacaqları qabaqcadan duyurdu, buna rəğmən oğlu sevgisini seçdi və nəticə artıq bəlli idi. Necə deyərlər, “anasız görülmüş iş danlaqsız bitməz”.
Burada iki manikürçü qadınları da müsbət qəhrəman hesab etmək olar.
Səriyyənin inqilabi “xəyanəti”.
Səriyyənin bu addımı “xəyanət” sayılır, lakin “inqilabi xəyanət”…“açıq-aşkar xəyanət”. Bu xəyanətin özəlliyi bundan ibarətdir ki, şəraiti öz əri yaradır və hətta bu “xəyanət”inə ərini də ortaq edir, motosikletin tərkinə minib Qəribi işə qaytarmağa can atması onun ərinə bir kişi kimi zərrə qədər hörmət etməməsinin dəlilidir, əri də bu “xəyanət”ə dəstək olur, şərik çıxır, Öz acizliyinə boyun əyir, Səriyyəyə deyil də, Qəribə qarşı yönəlir, yalnış tədbirlər görür. Buldozerçini öz işinin başına qaytararaq, Səriyyəyə rahat şərait yaradır .Adil hər şeyin fərqində idi və artıq o indi “hərəkətə keçmişdi”, Səriyyəni indi itirə biləcəyindən, onu əslində nə qədər çox sevdiyini anlaması və ondan vaz geçə bilməməsindən qorxurdu , onun doğru addımlar atmaması Səriyyəni ondan daha da uzaqlaşdırmağa gətirib çıxardı ,o öz xanımına mane olmaq əvəzinə Qəribi kənarlaşdırmaq istədi və bu da ona baha-başa gəldi.
Səriyyə-Adil kontrastı.
“Ailə”də yaranan soyuq münasibət Adilin sanki bütün damarlarına kimi işləmiş, qanını dondurmuşdu. Qəlbində küləklər əsir ,boranlar qopurdu, o indi əzab çəkirdi və bunu indi anlayırdı, ancaq hər şey üçün çox gec idi. Bu qəhrəmanın düşüncə tərzi, daxili təlatümləri, keçirdiyi böhranlı vəziyyəti onu Kareni (Tolstoy “Anna Karenina”)obrazı ilə yaxınlaşdırır: hər ikisi qadın xəyanətinin günahkarlarıdır; iztirab içərisində qıvrılır, əzab çəkirlər; öz sevdikləri qadına ölüm arzulayır; şan-şöhrət həvəskarı olur, karyera qurbanına çevrilir, nəticədə ailə həyatından məhrum olurlar.
Səriyyə heç vaxt işləməsə, yaxud Qəribcana rast gəlməsə, o zaman necə davranardı? Adili yenə də tərk edərdi? Gənc qız əgər eyni duyğuları yaşasaydı ,axtardığı xoşbəxtliyi ona bəxş edə biləcək biri ilə qarşılaşsaydı, o yenə də bu addımı atırdı . O bunun çıxış yolunu tapar və bu yalançı mühitdən uzaqlaşardı . Onun övladı belə olsa idi, o işləməsə idi, yenə də gedərdi. Ona nə ailə ,nə ər, nə övlad ,nə uğurlu karyera həyatı lazım idi. O Adilin maddi zənginliyinə aldanıb gəlmişdi , sonradan dərk etdi ki, hər şey pulda deyilmiş, Adilin mənəviyyatı kasıb idi və zaman keçdikcə pula, var-dövlətə olan sevgisi bitir, əsl zənginliyi anlayır. O ,sevgi qıtlığı, bolluq içərisində aclıq yaşayırdı, mənəvi ehtiyaclarını qarşılamağa can atan birini axtarırdı. Adil isə iş həyatı ilə ailə həyatını səhv saldı, sevgisinə nə vaxt ayıra bildi ,nə də bunu qadınına hiss elətdirə bildi. Bütün fikrini, enerjisini vəzifəsinə yönəltdi və bu da onun ailə faciəsinə gətirib çıxardı.
Səriyyənin Adili sevməsinə Adilin özü izn vermədi, o buna şərait yaratmadı, xanımını saymadı, onun varlığından xəbərsiz oldu. qoymadı Səriyyə onu sevə, ona qəlbi isinə ,xanımını pulun, vəzifənin əsirinə, oyuncağına çevirdi, onun robot, cansız bir əşya kimi davranmasını istədi, daim baxışları ilə hərəkətlərilə onu təqib etdi, ona sərbəstlik vermədi. Səriyyənin qəlbi əsarət altında idi. O, bu buxovdan azad olmaq istəyirdi. Səriyyə xəyallar aləminə qapılmışdı tələbəlik həyatından danışan zaman yoldaşının ona adi gülüşü absurd gəlmişdi, bəlkə də bunu qəlbində qəbul edə bilməmişdi, Adilin səhvi ilk növbədə özünə uyğun birini tapmaması , öz dəngində olmaması sevgisinə aldanıb onun arxasınca getməsi idi. Digər ən böyük səhvi Səriyyə kimi cavan, hələ püxtələşməmiş bir qadını meşədə 3 kişinin arasında buraxmağı idi. Qaçaq Nəbi-Həcər məhəbbəti dillər dastanıdır , baxmayaraq ki Həcər o qədər kişinin içərisində baş çıxardır, daim ərinə dəstək olurdu, ancaq Nəbi Adillə müqayisədə hər zaman yoldaşının yanında olub. Adil isə öz namusunu deyil, işini düşündü və bunun qurbanı oldu, qısqansa da bunu açıq şəkildə bildirmirdi, çünki o qətiyyətsiz idi, qadınını itirəndən sonra onun dəyərini anlayır ,çox peşman olurdu. O həmişə öz aləmində sağlam və möhkəm ailə yaratmağa çalışır, özünü düşünür, özünə haqq da qazandırır, günahının nə olduğunu anlaya bilmir və həmişə “niyə” sualları ilə baş-başa qalırdı. Öz dünyasında ailəsinin maddi vəziyyəti üçün çalışırdı. Digə tərəfdən mənəvi vəziyyətini kölgədə saxlayırdı. Sevgi və hörməti biz saxsı qabdakı dibçək güllərə bənzədirik, gül solmuşsa ,diqqət etmək lazımdır ki, bəlkə saxsı qab sınıb, suyu saxlaya bilmir .Eyni zamanda arada hörmət, pərdə qalmayandan sonra sevgidən söhbət gedə bilməzdi. Əgər sevgi tükənmişsə, qadını dörd divar arasında saxlasan da o gedəcək.
Epizodik qəhrəmanlar.
Qəribdən başqa çalışan digər buldozerçilər- Soltan və Kərəmxan da birlikdə çiyin-çiyinə verərək, isti havada tər tökür, əziyyətə qatlaşıb böyük bir körpününü tikintisini yekunlaşdırmağa səy göstərirdilər. Aralarında ara-sıra xırda konfliktlər də yaranırdı. Buna baxmayaraq, bu üç yoldaşı birləşdirən ortaq cəhətləri də vardı: zəhmətkeş, çalışqan, pul, şan-şöhrət həvəskarı olmamaq, əzmkarlıq. Öz halal zəhmətlərilə çalışan zəhmətkeş işçilər əsər boyu diqqəti çəkir. Bu mühitdə özünü rahat və xoşbəxt hiss edən Səriyyə də kollektivin bir hissəsinə çevrilir və çiyin-çiyinə “körpüsalanlar”- Soltan ,Kərəmxan, Qəribcan və Səriyyə Zoğallı körpüsünü salmağa müvəffəq olurlar.
Əsərdə digər qadın obrazları içərisində iki manikürçünü də qeyd edə bilərik. Ana-bala olan bu xanımlar əsərdə pozitiv davranışları ilə yadda qalır. Onlar humanist, müsbət mövqedə dayanırlar. Səriyyə onların yanında özünü rahat hiss edir ,onun düşdüyü bu yeni mühitdəki saflıq, dürüstlük həyatında yenilik yaradır. Onlarla yenicə tanış olmağına baxmayaraq, Səriyyə qısa müddətdə tanış olduğu xanımlara , alışır və dəyər verir. Səriyyədən fərqli olaraq, bu qadınlar onu xoşbəxt hesab edir, ərini tərifləyirlər, lakin Səriyyənin daxili iç dünyasından agah deyillər. Adilin belə “ucuz” insanlardan tərif eşitdiyini deməsi Səriyyəyə ağır gəlir, ona getdikcə nifrət etməyə başlayır.
Əsərin ideya xətti.
Qadınla incə rəftar etmək ,onun duyğularını anlamaq ,onu saymaq, hislərinə hörmətlə yanaşmaq və bunu düzgün qiymətləndirmək lazımdır, eyni zamanda kobud olmamaq və sevdiyin qadına xanımın, övladının anası kimi dəyər vermək gərəkdir. Qadın hər şeyi yoldaşına bağışlayar, hər şeyə güzəşt edər, ancaq yad ,soyuq münasibəti, diqqətsizliyi, sevgisizliyi əsla bağışlamaz.
Əsərin simvolikası.
Bizim fikrimizcə Səriyyə ilə buldozerçilərin, xüsusilə də Qəribin tikdiyi bu körpü, sanki onların münasibəti arasında bir “körpü” rolunu oynadı. Onlar bu körpünü tikməklə bərabər həm də aralarında möhkəm bir “körpü” yaratdılar və heç bir qüvvə bu “körpü”nü dağıtmağa müvəffəq ola bilmədi.
10 mart Milli Teatr Günüdür. Bu gün Azərbaycan peşəkar milli teatrının 150 yaşı tamam olur. 1873-cü ildə qədim tarixə malik xalq teatrı ənənələri üzərində, milli dramaturgiyanın banisi Mirzə Fətəli Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşası ilə əsası qoyulan peşəkar teatr sənətimiz bu illər ərzində zəngin inkişaf yolu keçib.
Azərbaycanda peşəkar milli teatrın yubileyi ilk dəfə dövlət səviyyəsində, böyük təntənə ilə yarım əsr öncə mədəniyyətimizin böyük himayədarı Heydər Əliyevin rəhbərliyi ilə qeyd edilib. Teatrımızın 100 illik yubileyində dərin məzmunlu nitq söyləyən Ulu öndər milli teatr sənətinin inkişafına xüsusi diqqət və qayğı göstərib. Ümummilli liderin respublikamıza rəhbərliyinin hər iki dövründə bu istiqamətdə mühüm qərarlar qəbul olunub, teatr xadimlərinin yaradıcılıq nailiyyətləri dövlət tərəfindən qiymətləndirilib.
Teatr sənətinə diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısı 3 fevral 2023-cü il tarixində Azərbaycan teatrının 150 illiyi haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edildiyi kimi, teatr xalqımızın mədəni sərvətidir və onun qorunması, inkişaf etdirilməsi dövlətin mədəniyyət siyasətinin əsas prioritetlərindən biridir.
Əlamətdar yubiley münasibətilə müxtəlif tədbirlər, layihələr həyata keçirilir. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 10 mart – Milli Teatr Günündə ölkəmizin televiziya kanallarının iştirakı ilə keçiriləcək telemarafon isə bütün teatrsevərlərə xoş bir sürpriz olacaq.
Gün ərzində televiziya kanallarında teatrların fəaliyyətinə nəzər salınacaq, tamaşalar nümayiş olunacaq, ömrünü Azərbaycan səhnəsinə həsr edən sənətkarların fikir və düşüncələri təqdim ediləcək. Bir sözlə, bu gün Azərbaycanın televiziya məkanında əsl teatr rüzgarı əsəcək.
Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzi yeni loqosunun təqdimatını edib.
AZƏRTAC xəbər verir ki, yenilənmiş loqonu Mərkəzin rəhbəri Orxan Sadıqov təqdim edib. Tərkibində alov, sünbül, nar və xarıbülbül simvollarından istifadə edildiyini bildirən Mərkəzin rəhbəri bu rəmzlərin mənalarını da açıqlayıb: “Zərdüşt peyğəmbərin bu coğrafiyada yaşaması odpərəstliyi önəmli edib. Bu baxımdan loqoda alov yer alıb. Eyni zamanda, xarıbülbül də Qələbənin rəmzidir, ona görə də simvolda bu güldən də istifadə edilib. Nara gəldikdə isə bu, bütün Azərbaycanı özündə birləşdirən bir rəmzdir. Sünbül isə Şirvanşahlar və digər dövlətlərin gerbində olub və bu, tərəqqini, həmçinin bolluğu özündə birləşdirir”, -deyə O.Sadıqov qeyd edib.
Eyni zamanda, Mərkəzin internet səhifəsinin də hazırlanaraq tezliklə təqdim ediləcəyi vurğulanıb.
Martın 10-da Azərbaycan kulinarlarına “Avropa Qran-Prisi 2023: Qlobal Aşpazlar Müsabiqəsi”ndə qələbə gətirən bürünc menyuların təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədrinin müavini Azadə Hüseynova bu qələbə münasibətilə Milli Kulinariya komandasının üzvlərini təbrik edib, onlara gələn il Sinqapurda keçiriləcək “Dünya aşpazlarının konqresi 2024” finalında uğurlar arzulayıb.
O, Azərbaycanın qastronomiya ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu bildirərək Agentliyin bu sahənin inkişafına daim dəstək göstərməyə hazır olduğunu bildirib.
Daha sonra Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Azərbaycan Milli Kulinariya komandasının məşqçiləri Orxan Muxtarov və Chong Heng Ho, komandanın kapitanı Sərxan Məmmədov, Baş aşpaz Nicat Babayev, Baş qənnadçı Gülnar Rəsulova və gənc qənnadçı Zinyət Axundova, gənc aşpazlar Emil Zeynalzadə, Abdulla Abdullayev və Leyla Vəliyevanı fəxri fərmanla təltif edib. “Qlobal usta aşpazlar müsabiqəsi”, “Qlobal gənc aşpaz”, “Qlobal şirniyyat hazırlanması üzrə aşpaz” və “Qlobal veqan aşpaz” kateqoriyaları üzrə Azərbaycan Milli Kulinariya komandasına İtaliyanın Rimini şəhərində keçirilən müsabiqədə qələbə qazandıran menyular milli təamlarımızın dünya standartlarına uyğunlaşdırılması nəticəsində hazırlanıb.
Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yeni formalaşdırılmış Azərbaycan Milli Kulinariya komandası ilk dəfə nüfuzlu Qlobal Aşpazlar Müsabiqəsinə qatılıb və uğurlu nəticə göstərərək dörd bürünc medal qazanıb.
Tədbirin sonunda azərbaycanlı aşpazlara Avropada qələbə qazandıran menyunun dequstasiyası keçirilib.
Görkəmli kinorejissor, dramaturq, Xalq yazıçısı Rüstəm İbrahimbəyovun Fəxri xiyabanda qəbirüstü abidəsinin açılışı olub.
Mərasimdə tanınmış mədəniyyət və incəsənət xadimləri, həmçinin mərhumun ailə üzvləri iştirak ediblər.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Rasim Balayev deyib ki, Rüstəm kimi sənətkarlar eldən gedir. Onun ölümü ölkəmiz üçün böyük itki oldu: “Rüstəm öz sənəti, savadı, intellekti, bacarığı ilə nəyinki ölkəmizdə, eləcə də dünyada tanınmış bir adam idi. O, ölkəmizi yüksək səviyyədə təmsil edirdi. Onunla olduğum ölkələrdə böyük sənət adamlarının Rüstəm İbrahimbəyovun sözlərinə, fikirlərinə, çıxışlarına, dünyaya baxışına xüsusi həssaslıqla yanaşdıqlarının şahidi olmuşam. Bu, məni çox qürurlandırıb, Azərbaycanın belə bir oğulu olduğundan böyük iftixar hissi keçirmişəm”.
Rüstəm İbrahimbəyovun qəlblərdə daim yaşayacağını söyləyən Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri deyib ki, onun yazdığı ssenarilər, pyeslər, əsərlər, çəkdiyi filmləri var Rüstəm də xatırlanacaq və yaşayacaq: “Rüstəm böyük bir məktəb yaradıb. Bu məktəb uzun illər Azərbaycan kinosunda xidmət etmək istəyən professionallara bir vəsiqə olacaq. Çünki onun yazdıqlarından hələ kino ilə məşğul olanlar çox istifadə edəcəklər. Rüstəm İbrahimbəyov Azərbaycanı bütün dünyada tanıdıb”.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar mərhum sənətkarın dünya şöhrətindən danışıb: “Rüstəm İbrahimbəyov dünyaşöhrətli azərbaycanlı idi. Biz bununla fəxr edirik”.
Xalq yazıçısı Çingiz Abdullayev Rüstəm İbrahimbəyovun yaradıcılığını əbədi sənət nümunəsi kimi qiymətləndirib: “Rüstəm 6 dəfə dövlət mükafatı alan yeganə sənətkardır. Təkcə bu, bizim üçün ən böyük fəxr olunası məqamdır”.
Qəbirüstü abidənin müəllifi Aydın Zeynalov abidənin müəllifi olmaqdan məmnunluq duyduğunu vurğulayıb: “Bu işi mənə mərhum Rüstəm İbrahimbəyovun ailəsi həvalə edib. Bundan çox məmnunam. Biz abidənin eskizini də bərabər hazırladıq, bərabər işlədik”.
Daha sonra qonaqlar Rüstəm İbrahimbəyov haqqında xatirələrini bölüşüb, həmçinin onun yaradıcılığı barədə fikirlər səsləndirib.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən ilin bu günü Moskvada vəfat edib.
Martın 6-da Ankarada, TÜRSKOY-un (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) iqamətgahında türk dünyası ədəbi mühiti üçün ciddi hadisə baş verib, türk dövlətləri yazıçı təşkilatları rəhbərlərinin iştirakı ilə TÜRKSOY Yazarlar Birliyinin quruluş toplantısı keçirilib.
Edebiyyatqazeti.azturksoy.org-a istinadla xəbər verir ki, TÜRKSOY Baş katibi Sultan Rayevin ev sahibliyi etdiyi toplantıda Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət, Özbəkistan Yazıçılar Birliyinin sədri Sirəcəddin Səyyid, Qırğızıstan Yazıçılar Birliyinin sədri Nurlan Qalıbəyov, Türkiyə Yazarlar Birliyi İdarə heyətinin üzvü Mahmud Ərdəmir, Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu, Türkmənistanın Ankaradakı səfirliyinin II katibi Handuri Turayev iştirak ediblər.
Açılış nitqində TÜRKSOY Baş katibi Sultan Rayev Türkiyədəki böyük itkilərə səbəb olan zəlzələnin hər bir insanın qəlbini sarsıtdığını vurğulayaraq, bunu bütün türk dünyasının kədəri olduğunu söyləyib. Daha sonra baş katib ölənlərin ruhunu yad etmək üçün toplantı iştirakçılarını 1 dəqiqəlik sayğı duruşuna dəvət edib. Sultan Rayev çıxışının sonrakı hissəsini türk ədəbiyyatlarının problemlərinə yönəldərək təşkilatlanma məsələlərinə diqqət çəkib : “Bu gün TÜRKSOY-un çətiri altında toplanmağımızın əsas səbəbi türk xalqları ədəbiyyatının gələcyini müzakirə etmək, türk dünyası ədəbiyyatlarının, ədəbi mühitlərin arasındakı əlaqələri gücləndirmək, bir körpü salmaqdır. TÜRKSOY-un müqəddəs vəzifəsi türk boylarının mədəniyyətinə sağlam körpü olmaq, mədəniyyət, xüsusən ədəbiyyat vasitəsi ilə qardaş türk boylarını yaxınlaşdırmaq, birliyə, bərabərliyə dəvət etməkdir. Unutmaq lazım deyil ki, ədəbiyyat mədəniyyətin şah damarındakı qandır”.
Daha sonra Səlim Babullaoğlu, Uluqbəy Esdövlət, Sirəcəddin Səyyid, Nurlan Qalıbəyov, Mahmud Ərdəmir, Yaqub Öməroğlu, Handuri Turayev çıxış edərək məsələ ətrafındakı fikir və təkliflərini səsləndiriblər.
Çıxışlardan sonra TÜRKSOY tərəfindən hazırlanan ilkin konsepsiya ətrafında müzakirələr aparılıb, TÜRKSOY Yazarlar Birliyinin təsis sənədi imzalanıb.
Daha sonra TÜRKSOY Yazarlar Birliyinin sədri, fəxri sədri və sədr müavinləri seçilib. Azərbaycan Yazıçılar Birliyinin sədri Anar TÜRKSOY Yazarlar Birliyinin fəxri sədri, Qazaxıstan Yazıçılar Birliyinin sədri Uluqbəy Esdövlət TÜRKSOY Yazarlar Birliyinin sədri, Səlim Babullaoğlu, Siracəddin Səyyid, Nurlan Qalıbəyov, Yaqub Öməroğlu, Musa Kazım Arıcan TÜRKSOY Yazarlar Birliyinin sədr müavinləri vəzifəsinə, Murad Qəhrəman isəTÜRKSOY Yazarlar Birliyinin baş koordinatıru vəzifəsinə seçiliblər. İdarəci struktur, sədr və sədr müvainləri hər 2-3 ildən bir müddət üçün nəzərdə tutulub.
Bu ilin 29-30 mart tarixlərində TÜRKSOY Yazarlar Birliyinin I toplantısının Özbəkistanın Nəvai şəhərində keçirilməsi qərarı verilib.
TÜRKSOY (Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı) 30-cu ildönümü münasibətilə “TÜRKSOY HİMNİ” üçün şeir (söz) müsabiqəsi eləan edir. Müsabiqədə 18 yaşından yuxarı şairlər, söz yazarları iştirak edə bilərlər. Sizi müsabiqədə iştiraka dəvət edirik!
Tövsiyələr və nəzərə alınmalı məqamlar:
-Himnin sözləri üçün nəzərdə tutulmuş şeir Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı olan TÜRKSOY-un missiyası və məqsədləri ilə uyğun olmalıdır; – Təşkilatın üzvü olan ölkələrin, bütövlükdə türk dövlətlərinin, topluluqlarının tarixi, yaradıcı, sosial-mədəni elementlərini ifadə etməli, türkcə danışan ölkələr arasında qardaşlıq bağlarının möhkəmlənməsinə xidmət edən və türk dövlətlərinin ilk mədəni əməkdaşlıq təşkilatının 30 illik təcrübəsinə və fəlsəfəsinə uyğun olmalıdır; eyni zamanda türk mədəniyyətinin gələcək nəsillərə ötürülməsinə xidmət edən bədii körpü olmalıdır;
-Şeirlər Azərbaycan dilində yazılmalıdır; – Şeirlər insan haqqları, insan ləyaqəti və mənəviyyatının əleyhinə olmamalı, siyasi məzmun daşımamalıdır;
– Şeirlər hər biri 4 misralıq 4 bənddən və nəqəratdan ibarət; qafiyəli;, himn, marş ovqatına və prinsiplərinə müvafiq olmalıdır;
– Şeirlər yalnız müsabiqə münasibətilə yazılmış olmalı, daha əvvəl heç bir yerdə nəşr olunmamalı, heç bir müsabiqədə iştirak etməməli, səslənmiş olmamalıdır.
-Müraciətlər fərdi qaydada olmalı, şeirin mətni (müəllifin, inisialları göstərilmədən), mətnin yuxarısında müəllifin rəmzi və ya şərti adı göstərilərək ayrı faylda (ya jpg (şəkil), yaxud Word formatında) göndərilməlidir;
-Eyni zamanda, ayrı Word faylında müəllifin adı, soyadı, bioqrafiyası, ev ünvanı, telefonları və elektron poçtu göstərilərək göndərilməlidir.
– Mətnlər 2023-cü il martın 10-dan-20-ə qədər aşağıdakı poçt ünvanına göndərilməlidir:
Bu gün Azərbaycan teatrı yaranmasının 150-ci ildönümünü qeyd edir. Azərbaycan teatr sənəti qədim və zəngin tarixi yol keçib.
1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilib. Bu tamaşa ilə Azərbaycanda milli teatrın əsası qoyulub. Bu şərəfli işdə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirov mühüm rol oynamışlar. Milli teatrın inkişafında məşhur xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Azərbaycan səhnəsinin Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə siması yetişib.
Uzun və şərəfli tarixi yol keçmiş Azərbaycan teatrının inkişafında son illərdə yeni mərhələ başlayıb. Bu inkişaf özünü, ilk növbədə, teatrların maddi-texniki bazasının müasir dünya standartlarına uyğun möhkəmləndirilməsində, kollektivlərin yaradıcılıq axtarışlarının bəhrəsi olaraq yeni maraqlı tamaşaların hazırlanmasında, nüfuzlu Qərb, o cümlədən Avropa teatrları ilə təcrübə mübadiləsinin genişləndirilməsində və s. göstərir.
Şübhəsiz, teatrlarımızın yeni inkişaf yoluna çıxmasında ölkəmizə rəhbərliyinin bütün dövrlərində daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri misilsizdir. Ulu Öndərin bu siyasəti hazırda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü ilə son illərdə ölkədə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub.
2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət Proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edir.
Dövlət Proqramı çərçivəsində Bakıda keçirilən beynəlxalq teatr konfransları da mühüm hadisə kimi dəyərləndirilməlidir. Proqram çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Daxili imkanlar hesabına Dövlət Pantomima Teatrının binasının bir hissəsi bərpa edilərək tamaşaçıların ixtiyarına verilib.
Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrının 40 il ərzində həll olunmayan bina problemi köklü şəkildə öz həllini tapıb. İrəvan Dövlət Azərbaycan Dram Teatrının uzun illərdən bəri binasızlıq şəraitində davam edən qaçqınlıq həyatına son qoyulub və teatr gözəl bina ilə təmin edilib. Görülmüş işlər nəticəsində Azərbaycan Dövlət Musiqili Teatrının binası dünya standartlarına uyğun təmir edilərək istismara verilib. Son illərdə onlarla sənət adamına dövlətimizin başçısının sərəncamları ilə yüksək fəxri adlar verilib. Hər il 100 nəfər istedadlı sənət adamı Prezident təqaüdünə layiq görülür. Yüzlərlə insanın mənzil və digər problemləri həll olunur. Hər il Azərbaycan sənəti qarşısında fövqəladə böyük xidmətləri olan şəxslər ömürlük təqaüd alanlar siyahısına daxil edilirlər.
Həmçinin Dövlət proqramının icrasına uyğun olaraq teatr sahəsində xaricdə təhsil üçün yeni imkanlar yaradılır.
Ötən illər ərzində Azərbaycan teatrları dünyanın 30-dan çox ölkəsində, o cümlədən ABŞ, Almaniya, Türkiyə, Rusiya, Belarus, Gürcüstan, Fransa, Mərakeş, Finlandiya, İran, Misir, Hollandiya, Estoniya, Bolqarıstan, Ukrayna, Türkmənistan, Tacikistan, İsveçrə, Moldova, Serbiya, Rusiya Federasiyasının Başqırdıstan Respublikasında keçirilən beynəlxalq tədbirlərdə ölkəmizi layiqincə təmsil ediblər. Ötən dövrdə Azərbaycana xarici ölkələrdən 10-dan çox teatr kollektivi qastrol səfərinə gəlib. Eyni zamanda, xarici dövlətlərdən 30 nəfər tanınmış rejissor, baletmeyster, xoreoqraf, teatr rəssamı tamaşa hazırlamaq üçün ölkəmizə dəvət olunub.
Teatr sənətinin inkişafı yalnız dövlət teatrları şəbəkəsi ilə izah olunmur. Bu gün artıq ölkəmizdə özəl sektor və biznes münasibətlərindən faydalanaraq, yeni prodüser mərkəzləri yaranır. Cəmiyyətdə teatra olan marağın artması yeni teatr fəaliyyəti formalarının yaranmasına səbəb olur. Bu, həm də teatrla bağlı qəbul olunmuş qanun və digər dövlət sənədlərinin işlək mexanizminə dəlalət edir. Bu baxımdan yeni teatr formalarının ən müasir nümunəsi kimi maraqlı layihələrlə çıxış edən “ÜNS” Yaradıcılıq Səhnəsinin fəaliyyətini qeyd etmək olar.
Qeyd edək ki, hər zaman sənət adamlarına diqqət və qayğı ilə yanaşan Prezident İlham Əliyevin 2013-cü il 1 mart tarixli Sərəncamı ilə ölkəmizdə “Milli Teatr Günü” təsis edilib. Sərəncama əsasən milli mədəniyyətin inkişafında və ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi qərara alınıb. Həmin tarix ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur.
Azərbaycan teatrının uğurları hələ qarşıdadır. İnanırıq ki, bu gün yaranmasının 144-cü ildönümünü qeyd edən Azərbaycan teatrı qarşıdakı illərdə bir-birindən maraqlı səhnə əsərləri ilə daha böyük uğurlara imza atacaq.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, İbrahim İlyaslını Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsünü, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, Azərbaycan Yazıçılar Birliyi “Poeziya seksiyası”nın rəhbərini, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbərini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Ağstafa Regional Mədəniyyət İdarəsi müidirini, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri şair Rüfət Axundlunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
Belə bir fikir formalaşıb ki, insanlar kütləvi şəkildə yalnız müharibələrdə ölür. Halbuki kütləvi qırğınlara səbəb olan hadisələr yalnız müharibələr deyil. Bəzən müharibələr qədər amansız olan təbii fəlakətlər də bir anda yüz minlərlə insanın həyatına son qoyur. Dünya tarixinə nəzər saldığımızda güclü dağıntıya və kütləvi insan ölümünə səbəb olan təbii fəlakətlər çox olub. Şamaxıda dəfələrlə baş vermiş (1667,1828,1872 və1902) zəlzələdə 80 min, tarixə Böyük Ərzincan Zəlzələsi (1939) olaraq keçən zəlzələdə 32 min, Aşqabadda baş verən (1948) zəlzələdə 37 min (sonralar məlum oldu ki, 150-160 min nəfərdən çox) insan həyatını itirib. Dünya tarixində ən dəhşətli fəlakətlərdən biri sayılan Aşqabad zəlzələsini UNESKO 20-ci əsrin ən dağıdıcı fəlakəti kimi tanıyıb. Dağıntı, ölüm sözlərinin sinonimi kimi səslənən zəlzələnin bir qorxunc tərəfi də çox zaman gecə baş verməsidir. İnsanları yuxuda ikən haqlayan zəlzələlərdə insan ölümlərinin sayı daha da çox olur. Deprem bölgəsi olan Türkiyə 1999-cu ildə də zəlzələ ilə sınandı. Xeyli insan həyatını itirdi, binalar yıxıldı. 2023-cü ilin fevral ayı da dağıdıcı zəlzələlərlə yadda qaldı. Yeraltı zərbələr və yerin üst qatının titrəməsi ilə Kahramanmaraşın Pazarcık ilində Bakı vaxtı ilə 05:26-da 7,4 maqnitudalı zəlzələ 10 ili vurdu. Kahramanmaraş, Hatay, Osmaniye, Adıyaman, Gaziantep, Şanlıurfa, Diyarbakır, Malatya və Adana başda olmaqla ətraf ərazilərdə, o cümlədən Ankarada da hiss edildi. Zəlzələ çoxsaylı insan tələfatına, dağıntılara səbəb oldu. 7,7 bal gücündə olan zəlzələ Hatay’ı da sarsdı. Türkiye’nin en önemli eski yerleşim yerlerinden olan Hatay yerle yeksan oldu. Binalar yıxıldı. Minlərlə insan enkaz altında kaldı. Türkiyədə baş verən şiddətli zəlzələdən sonra Azərbaycan, ABŞ, İsrail, Ukrayna, Yunanıstan, Finlandiya, Pakistan, Rusiya və Almaniya kimi ölkələr bir-birinin ardınca Ankaraya dəstək bəyanatları verdi. Acı xəbərdən sarsılan Azərbaycan yardım üçün ilk müraciət edən və qardaş Türkiyəyə ilk xilasetmə qrupu göndərən ölkə oldu. Zəlzələnin ilk saatlarından Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və türk xalqına dəstək olduğunu bildirdi. Türkiyənin Azərbaycandakı səfirliyini ziyarət edərək başsağlığı verdi, matəm kitabına ürək sözlərini yazdı. Ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olduğunu ifadə etdi: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik.” Səfirlə söhbətində Azərbaycan dövlətinin və xalqının bu çətin gündə qardaş Türkiyənin yanında olduğunu, dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların da yardım kampaniyasına qoşulmasını xüsusi vurğuladı. Türkiyəyə humanitar dəstək prosesində, xüsusilə ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xidmətləri misilsizdir. Fevralın 6-da qardaş ölkədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədi ilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən humanitar yardım göndərildi. Türkiyədəki bu dəhşətli zəlzələnin ağır nəticələrinin aradan qaldırılması prosesində Heydər Əliyev Fondunun ən yüksək səviyyədə iştirakını təmin edən Mehriban Əliyeva insanlıq, mərhəmət, nəciblik, şəfqət hisslərini ifadə edərək Azərbaycan qadınının adını tarixə yazdı. Mehriban xanım Əliyevanın göstərişinə əsasən, Fond tərəfindən Türkiyənin zəlzələ bölgəsinə humanitar yardım aparan xüsusi təyyarələr 04 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 1 Mart 2023 yola salındı. Fondun könüllüləri bu prosesə cəlb olundu. Faciədən zərərçəkmiş şəxslər üçün zəruri avadanlıqlar, çadırlar, istilik radiatorları, generatorlar, axtarış- xilasetmə işlərinə dəstək məqsədilə ləvazimatlar, dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək daxil olmaqla tibbi ləvazimat, isti geyimlərdən təşkil olunan humanitar yardım xüsusi təyyarə ilə Türkiyəyə yola salındı. Zərərçəkmiş vətəndaşlara humanitar yardımı çatdırmaq üçün Fond əməkdaşları ezam edildi. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin kədərimiz olduğunu qeyd etdi. Xəsarət alanların tezliklə şəfa tapmasını arzuladı. Fondun humanitar yardımları ilə yanaşı, təbii fəlakət zonasında çalışan xilasedicilərimizə, tibb işçilərimizə, diplomatlarımıza, hadisələri işıqlandıran media nümayəndələrimizin əməyinə yüksək qiymət verən Birinci xanım Mehriban Əliyeva yardım kampaniyalarında iştirak edən vətəndaşlarımıza təşəkkürünü bildirdirdi. Hazırda zəlzələ nəticəsində yaranan vəziyyətin aradan qaldırılması istiqamətində qüvvələr səfərbər edilir və xilasedici funksiyalar həyata keçirilir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsinə səfəri zamanı Heydər Əliyev Fondunun humanitar yardımını çatdıran azərbaycanlı könüllülər ilə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya öz təşəkkürünü bildirdi. Çıxışında Prezident İlham Əliyev və Mehriban Əliyevadan “kardeşim” deyə bəhs etdi. Bunlar Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun bu dəhşətli fəlakətin ağır fəsadlarının aradan qaldırılması prosesindəki böyük və misilsiz qardaşlıq nümunəsinin sübutudur. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə qardaş ölkəyə gedən Fövqəladə Hallar Nazirliyinin (FHN) çevik xilasetmə qüvvələri Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatlarına cəlb edildi. Təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndərildi. 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv terapiya bölməsindən, 3 köməkçi konteynerdən və 3 hava ilə doldurulan moduldan ibarət olmaqla ən ağır yaralı və xəstələrin müayinə, əməliyyat və müalicəsi üçün müvafiq şəraitlə təmin olunan mobil səhra hospitalında FHN-in peşəkar tibbi heyəti xidmətə başladı. Hospital lazımi bütün dərman və preparatlarla təchiz edildi. İkinci təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, yataq dəstləri, qızdırıcılar və digər avadanlıqlar göndərildi. Eyni zamanda Azərbaycan Ordusunun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşdü. Bakıda, Gəncədə, Naxçıvanda Türkiyəyə yardım məqsədi ilə toplama məntəqələri yaradıldı. Könüllü olaraq yardım kampaniyalarına qoşulan Azərbaycan vətəndaşları əsil qardaşlıq nümunəsi göstərdi. Qəlbi Türkiyə üçün çırpınan vətəndaşlar Türkiyədə zəlzələdən zərərçəkmişlərə yardım üçün uzaqda yerləşən yaşayış məntəqələrindən yardım toplanma məntəqələrinə axın etdi. Bu günə qədər yardımların ardı-arası kəsilmir. Hər kəs əlini daşın altına qoydu. Kimin əlindən nə gəldisə dəstəyini əsirgəmədi. “Geçmiş olsun, Türkiyə”, “Yanındayıq Türkiyə”, “Başımız sağ olsun, Türkiyə” sözləri yardıma qoşanların dilindən əskik olmadı. Prezident İ. Əliyevin göstərişi ilə SOCAR zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başladı. “Qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı ola1 Mart 2023 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 05 raq Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Səninləyəm, Türkiyə!” adlı kampaniya elan etdi. “Səninləyəm Türkiyəm!” yardım kampaniyasına dəstək məqsədilə zəlzələdən zərər çəkənlərə kömək üçün pul, tibbi ləvazimatlar və s. zəruri əşyaların lazımi ünvanlara çatdırılması üçün aktiv fəaliyyətə başladı. “Qardaş köməyi” platformasına qoşulmaq istəyənlər üçün bank hesabı açıldı, əşya və s. yardımlar üçün xüsusi yerlər ayrıldı. Yerli sahibkarların dəstəyi ilə TIR-larla isti geyimlər, qida, şəxsi gigiyena vasitələri, yaşayış üçün konteyner tipli evlərdən ibarət humanitar yardım göndərildi. Yardım prosesində yerli iş adamları şirkətlərinə məxsus nəqliyyat vasitələrini, yük maşınlarını təmənnasız olaraq prosesə cəlb etdi. Yardım prosesinin effektiv təşkili, əlaqələndirilməsi və yardımların ehtiyaca uyğun operativ təmin edilməsi məqsədilə “Qardaş köməyi” platforması yaradıldı. Yardım platformasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) təşkilatçılığı ilə, Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin Azərbaycan şöbəsi (“MÜSİAD Azərbaycan”), Azərbaycan Türkiyə İş Adamları Birliyi (ATİB), Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi (TÜİB), eləcə də bir sıra ictimai birliklər yer aldı. 6 fevral 2023- cü il tarixində Türkiyə Respublikasının bir sıra vilayətlərində baş vermiş güclü zəlzələ nəticəsində zərərçəkərək ölkəmizə təxliyyə edilən Azərbaycan vətəndaşları və onların digər ölkə vətəndaşı olan ailə üzvləri – ümumi olaraq 6 ailənin (ümumilikdə 22 nəfər) müvafiq səhiyyə müəssisələrində tibbi müayinə və müalicə müddəti bitdiyi üçün onlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsində reabilitasiyaya cəlb edildi. Çalışdığım Azərbaycan Milli Elmlər Akademiyası zərər çəkmiş şəxslərə köməklik məqsədilə fevralın 6-dan yardıma başladı. AMEA-nın kollektivi tərəfindən fevralın 20-dək Türkiyənin AFAD qurumuna 90 571 manat ianə edildi. Maliyyə yardımı davam edir. Azərbaycan dövlətinin və xalqının zərərçəkmişlərə dəstək məqsədilə həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasına qardaş ölkə mətbuatı geniş yer ayırılıb. Azərbaycan Prezidentinin Türkiyə səfirliyini ziyarət etməsi bu ağır gündə əsl qardaşlıq nümunəsi kimi dəyərləndirilib. Prezident İlham Əliyevin “Azərbaycan xalqı könüllü olaraq qardaşlara, öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirir. Yəni, kimi yorğan gətirir, kimi döşək gətirir, kimi gödəkcə gətirir. Kimin imkanı nəyə çatırsa, onu da əsirgəmir”, – sözləri xüsusi qeyd olunub. “Milliyet” qəzeti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Heydər Əliyev Fondunun zəlzələ bölgəsinə humanitar yardım göndərməsi barədə tapşırıq verdiyini, tapşırığa əsasən, Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərdiyi vurğulanıb. Azərbaycan Milli Elmlər Akademiyasının Türkiyədə baş vermiş zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə köməklik məqsədilə göstərdiyi yardım qardaş ölkənin mediasında geniş işıqlandırılıb. Dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirdikləri bildirilib. Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırıldığı qeyd olunub. Türkiyə KİV-lərində yer alan xəbərlərdə Azərbaycan xalqının sosial şəbəkələrdə də qardaş türk xalqının yanında olduqlarını ifadə etmələri, bu çətin günlərdə əsl qardaşlıq dəstəyi göstərdikləri 06 Türkay aylıq ədəbiyyat dərgisi 1/3 1 Mart 2023 xüsusi vurğulanıb. Türkiyənin məşhur “Yeni Akit” qəzeti, eləcə də “oncevatan”, “erzurumolay”, “kastamonuguncel”, “konyabakis”, “yesiligdir”, “guvengazetesi” və digər saytlarında AMEA-nın kollektivi tərəfindən Türkiyənin AFAD qurumuna maddi ianənin edildiyi və yardımların davam etdiriləcəyi diqqətə çatdırılıb. Türkiyə KİV-lərində Azərbaycanlı xilasedicilərin axtarış-xilasetmə əməliyyatlarında uğurla çalışdıqları yer alıb. “Yeni Şafak” qəzeti Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını yorulmadan davam etdirirlər. Azərbaycanlı xilasedicilər zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş vilayətində dağıntılar altından 3-ü uşaq olmaqla 16 nəfəri sağ, 29 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil verdiyini yazıb, Azərbaycan dövlətinin və xalqının qardaş ölkəyə fasiləsiz humanitar yardımlar göndərdiyini qeyd edib. “Hürriyet” qəzetində Azərbaycan xalqının zəlzələdən zərər çəkənlər üçün səfərbər olduğu vurğulanıb, Azərbaycanda başlanan yardım kampaniyası barədə xəbər alan vətəndaşların yardım toplama məntəqələrinə axın edərək yorğan, qızdırıcı, geyimlər, ayaqqabı, ərzaq və digər ləvazimatlar gətirdikləri, sadə vətəndaşların bu çətin gündə qardaş türk xalqının yanında olduqları və yardım etməyi özlərinə borc bildikləri xüsusi vurğulanıb. Azərbaycan xalqının Türkiyəyə yardım səfərbərliyi davam edir. Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı dərindən yaraladı. Bu gün ürəyimiz Türkiyə ilə döyünür. Tarix boyu belə olub. Türkiyəmizin sevinci sevincimiz olduğu kimi (Allah bir daha göstərməsin), kədəri də kədərimiz olub. Maddi yardımlarla yanaşı, mənəvi olaraq da hər zaman Azərbaycan dövləti Türkiyə Cumhuriyyətinin, Türkiyə Cumhuriyyəti Azərbaycan dövlətinin yanında olub. Dövlətimiz, iş adamlarımız yardımları ilə, aydınlarımız yazdıqları ilə. Məsələn, Əli Bəy Hüseynzadə “afət (yəni fəlakət) qarşısında şair, alim, gənclik və Qızılaya ithaf”ən “Zəlzələ dolayısilə” şeirində XX əsrin fəlakəti sayılan Ərzincan depreminin (1939) bütün acı mənzərəsi çızılıb. Ozanın, geoloqun, memarın, tarixçinin, Qızılayın, gəncliyin və dizemenin (şairin) dilindən təqdim edilib. “Ərzincanda bir quş var/Dalda yuva arıyor. /Qanadından qan sızar, /Dərdə dəva arıyor. /Gördü fəci bir ölüm/İraq yerdən gələn var/Üzərində kəfən: qar,/Ya Rəbb, nədir bu zülüm?” Vəya 1999-cu il avqustun 17-də Türkiyədə baş verən zəlzələdən həlak olanların xatirəsinə Xalq şairi Bəxtiyar Vahabzadə eyni duyğularla ithaf etdiyi “Deprem” şeiri. “Eşidincə ata yurdda depremi, /Axdı yaşım, döndü başım, Türkiyə/ Hər dərdimin, hər qəmimin ortağı / Can qardaşım, qan qardaşım, Türkiyə.” “Öz hökmü var hər zamanın, hər anın, / Yaman gündə yanındayıq biz sənin. / Ana yurdda Vətənimsən, Vətənim, / Vətənimdə vətəndaşım, Türkiyə.” / Ey zamanın yollarında hər zaman / Mənim arxam, yol yoldaşım, Türkiyə / Bu taleyi nə yamanla, nə qına, / Dönəcəksən sən dünənki çağına / Qurban olum sinəndəki dağına, / Uca başım, əməldaşım, Türkiyə!” Bu gün ürəyi Türkiyə ilə, Türk qardaşları ilə dönünən bir ziyalı, bir vətəndaş olaraq sənə səslənirəm: Geçmiş olsun Türkiyəm! Sən güclüsən! Sən böyüksən!” Bu imtahandan da üz ağ çıxacaqsan. Acın acımızdır. Kədərdə (Allah kədər verməsin) və sevincdə – həmişə birlikdəyik, yanınızdayıq. Birliyimiz əbədi olsun. Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı!!! Allah Türkiyəmizə zəval verməsin! Lütviyyə Əsgərzadə
Vətən adlı günəş doğdu bir igidin gözlərində, Gözlərinə qəlpə dəyən zaman, günəş utandımı? Görən varmı əvvəlkitək o taqəti dizlərində? Bu zülmətin ağuşunda çarə tapıb, tutundumu?
O pak eşqin beşiyində, vətəninin keşiyində, Tutunmağa bircə yeri onun qəlbindəki yerdir. İnsanlığa örnək verən məhəbbəti var igidin, Vətən ilə anasına sığındığı qucaq birdir.
Gözlərini bu vətənə qurban verən qazilərin, Sevincini itirdiyi gözlərinə qurban olum. Haq döyüşdə səngərlərdə gecə-gündüz yorulmadan, Zərəf ilə addımlayan dizlərinə qurban olum.
İtirdiyi günəşini, hər işıqlı sabahını, Mərd oğullar yerdə qoymaz igidimin bu ahını. Qürur duyub, fəxr elədi vətən torpağı sizlərlə, Uca Allah, əksik etmə igidlərdən pənahını! Uca Allah, əksik etmə igidlərdən pənahını!
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Bir yaşıl salmışam ovcumdan, demə, Bir sarı ilişib yanaqlarıma… Bir əlçim təbəssüm sərmişəm yenə Həyatın “piyada zolaqlarına…”
Sənə bir çəhrayı çiçək almışam… Atmışam özümü günah eşqinə, Parlayan həyatın zər-xarasına… Asmışam özümü günah eşqimdən, Demə, oynamışam dərd havasına…
Mavilər bəzənir qara naxışla, Bozları sevməyi hünər sanmışam… Səni boyamışam rəng-rəng… Bağışla… … Bilmişəm… …görmüşəm… Və utanmışam… Sənə bir çəhrayı çiçək almışam…
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Dünyamızın qəhər adlı yükünü göz önünə sərməyimi qınama. Cibimdəki son manatlıq pulumu bir qəribə verməyimi qınama. Bitər məndə ömür ümid solunca Ağıl gedər candan üryan olunca Mən-balaca; zərrəm eşqlə dolunca Haqqdan bir gün dərməyimi qınama. Bir insana atmamışam daşımı, Çox sıxmışam yumruğumu, qaşımı. Düz olmuşam ,əyməmişəm başımı, peşman olub əyməyimi qınama. Mən özümlə üzləşməkdən qorxmayıb Hər andıma sədaqətdən qopmayıb Öz ağrıma nələr- nələr toplayıb bu yaşımda dəyməyimi qınama.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Günəş bir az başını Aşağı əyib getdi. Qaraldı hava. Gecənin qaranlığında Ay Ağ diş kimi Ağardı uzaqdan. Yağdı küləyin səsi, Göyün gurultusu Yağış kimi. Töküldü üstümə Xatirələr qarğış kimi. Bir başıpapaqlı Həsrətdi mənimki, Mən də mental düşüncədə – Sözündən çıxa bilmədim. Gecə bilmədim, Yuxu bilmədim. Bütün qaydaları pozdum, Bir addım qabağa çıxdım. Bu qadın canımla Bir damcı qorxu bilmədim. Bəs sən neylədin mənimçün?
“Mücrü” Nəşriyyatının “Proza” seriyasından müxtəlif yaş qrupundan olan istedadlı qələm sahiblərinin bədii yaradıcılıq nümunələrini özündə ehtiva edən “İlin hekayələri” nəsr toplusu işıq üzü görüb.
Qeyd edək ki, 2022-ci ildə “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində “44 GÜN” ədəbi-bədii toplu işıq üzü görmüşdü. Layihənin əsas məqsədi çağdaş Azərbaycan ədəbiyyatında qələbə ruhlu şeirlərin yazılmasına və nəşrinə, eyni zamanda qələbəmizin təbliğatına dəstək, Qarabağ zəfərinə yaradıcı müstəvidə münasibəti üzə çıxarmaqdır.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Fransız yazıçısı Fransua Moriakın yaradıcılığına ədəbi səyahət
“Keçmiş zamanların yeniyetməsi” romanı. Roman atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə etiqad arasında keçirdiyi iztirablardan bəhs edir. Alen mənsub olduğu burjua mühitinə nifrət edir, arzuları, xəyalları ilə yaşayır,təhsil almaq haqqında düşünür. Əsərdə yüksək katolik dairələrin həyatı bütün müsbət və mənfi tərəfləri ilə birgə qələmə alınıb. Əsər avtobioqrafik xarakter daşıyır, birinci şəxsin dilindən yazılıb. Görünür, Alen keşiş və ya sahibkar olmaqdan daha çox yazıçılığa can atır, daha çox mənəvi həyat sürmək istəyir. Müəllif insanın mənəvi yüksəlişi ideyasının ən inandırıcı təcəssümünə yeniyetmənin obrazında müvəffəq olur. İstənilən zamanın yeniyetməsi tamhüquqlu unikal şəxsiyyət, qeyri-məhdud mənəvi sərvətə sahibdir, özünə inam hissi olan maraqlı bir şəxsiyyətdir. Hər yaşda olan bir yeniyetmə saf və məsumdur, hörmətə, sevgiyə,şəfqətə layiqdir.
“Sevgi səhrası” romanı. Səhranın istiliyi mənəvi ehtiyacı simvollaşdırır. Səhra müqəddəs yazılarda insanın Allahla görüşdüyü, tövbə, mənəvi yoxsulluq, seçim və mənəvi azadlıq əldə etdiyi bir yer kimi görünür. Bu, ikili obrazdır: məhrumiyyət, təhlükə, cəza yeri və Allahın insanları xilas etdiyi, özünü göstərdiyi yer. Səhra nemətə lənət kimi məskunlaşan torpağa qarşıdır. Səhra boşluqdur, yəni sevgi yoxdur, amma sevgi əbədidir. Səhra sakini bir sevgiyə rast gəlmək, rahatlaşdırıcı sərin suya qərq olmaq, həm bədənini, həm də hissləri sərinlətmək arzusundadır. Müəllifə görə, “sevgi Allahdır” və Allaha ehtiyacın dərk edilməsi yalnız əzab-əziyyətlə olur, buna görə də sevgisiz, səhra vəziyyətində əzab çəkən insan ruhunun sevgini tapmaq üçün yalnız bir yolu var, o da Allaha gəlməkdir. Əsl məhəbbət mümkündür, ancaq Tanrının vasitəsilə. Yazıçı əsəri ilə bunu demək istəyir. Onun qəhrəmanı Allaha cazibə və cismani, dünyəvi ehtiraslar arasında parçalanır. Allahın səsi səhranın səsidir, harada olursa, olsun-yerdə və ya qəlbdə. Allah insanı oturaq həyat tərzini tərk etməyə və köçəri həyat tərzini qəbul etməyə çağırır. Yalnız maddi dünyaya bağlılığı aradan qaldırmaqla insan Allahla münasibətini qaydaya sala bilər, çünki imtahan insanı elə vəziyyətə salır ki, o, əslində kim olduğunu insana göstərməlidir. İnsan Allahla tək qalır. “Sevgi səhrası” simvolunu yaradan zaman yazıçı kilsəni-onun başında duran ruhaniləri nəzərdə tuturdu. Kilsə də insanlardır, insanlar isə təbiətcə günahkardır, axı Tanrı sevgidir və hər şey Onun vasitəsilə mümkündür. Əsər din, günah, xilas mövzularından bəhs edir. Yazıçı tənhalığın tələyə düşdüyü 3 personajın psixologiyasını, uğursuzluq astanasında olan dünyada yaşadıqları bədbəxtliyi və hisslərinin sıxışdırılmasını, sevgi üçbucağını canlandırır. Kişilərin və qadınların yaşadıqları (eyni qadını sevən ata və oğul) xeyirlə şər arasındakı daxili mübarizənin psixoloji təhlilləri çoxdur.
Bədii qəhrəmanların şərəfinə adlandırılan sindromlar
Emma Bovari sindromu. İdeallaşdırılmış məhəbbət axtarışında olan, reallığı qəbul etməyən, reallıq hissəni itirən bir qadının faciəsi. Xroniki emosional məmnuniyyətsizlik, ağ atlı şahzadə axtarışı, istəkləri naminə hər şeyi qurban vermə.
Martin İden sindromu. Uğur qazanmaq üçün çalışırsınız, məqsədinizə nail olmusunuz, lakin həyata marağınız itib. Bütün maneələri dəf edərək, məqsədinizə çatsaz da, zövq ala bilmirsiniz, təhlükəli apatiya vəziyyətinə düşmüsünüz, hər şeyi təxirə salırsınız. İnsan böyük arzuların yanında kiçik arzuları da saxlamalıdır.
Advertisements
about:blank
REPORT THİS AD
Dorian Qrey sindromu. Xarici görünüşünüz, fiziki cəlbediciliyiniz sizdə maniakal narahatlıq yaradır, qocalığı qəbul etmirsiniz, qocalmaqdan çox qorxursunuz, bunu geyiminizlə, estetik əməliyyatlarla, kosmetoloji vasitələrlə kompensasiya etməyə çalışırsınız.
Piter Pen sindromu. Böyümək istəmirlər, daha çox kişilər sindromdan əziyyət çəkirlər. Digər adı kidaltdır-“yetkin uşaq”. Uşaq kimi davranırlar. Ölkəmizdə belə kişilər çoxluq təşkil edir.
Vendi sindromu. Uşaq olsalar da, yetkin kimi davranırlar, daha çox qadınlarda müşahidə olunur, ana mövqeyində çıxış edirlər, perfeksionistdirlər.Müdrik qadın obrazına ayaq uydurmağa çalışırlar. Rədd edilmə qorxusu buna səbəb ola bilər, ölkəmizdə qadınların çoxu bu sindromdan əziyyət çəkir.
Alisa möcüzələr diyarında sindromu. İnsanlar ətradakı əşyaların proposiyasını dərk etməkdə çətinlik çəkirlər, həmin əşyalar onların gözünə ya çox böyük, ya da çox kiçik görsənir.
Plyuşkin sindromu. Digər adları Diogen sindromu, sillaqamaniya, yığıcılıq vərdişi. Bu, qocaldıqca meydana çıxan kəmağıllılıq nəticəsində lazımsız əşyaları toplamaq vərdişidir. Bəzən belə mənzillərdə yaşamaq mümkün olmur.
Edip kompleksi. Öz atasını öldürüb anası ilə evlənən Çar Ediplə əlaqəlidir. Ziqmund Freyd uşağın anası ilə seksual arzularını, atasını qısqanmağını bu cür adlandırırdı.
Elektra kompleksi. Qızın atası ilə bağlı seksual arzularını Freyd bu cür adlandırırdı.
Verter effekti. Hötenin “Gənc Verterin iztirabları” əsərindən götürülüb, “kütləvi intiharlar” bu cür adlanır.
Münhauzen sindromu. Hazırda simulyativ pozuntu adlanır. Başqalarını xəstə olduqlarına inandırırlar.
Kral Lir sindromu. Əsər bir növ övladlarının xüsusi oldqularına, onların heç vaxt tərk etməyəcəyinə kor-koranə inanan valideynlərə nəsihət xarakteri daşıyır. Valideyn və övlad arasında bağın olmaması, uşaqların qullarına çevrilməsi, ləyaqətlərini, individuallıqlarını itimələri.
Ledi Maqbet sindromu və ya Ponti Pilat sindromu. İnsan psixikasında mental və fiziki təmizliyin əlaqəsindən ibarətdir. Üst-başları təmizdirsə, insanlar elə bilirlər ki, içləri də təmizdir, günahlarını yumaq istəyirlər.
Sinderella sindromu. Qurban kompleksli xanımlar-mütilik, fağırlıq, itaətkarlıq, fədakarlıq. Müstəqillikdən qorxurlar, ndiki zamanda yaşamırlar. Möcüzəyə bəslədikləri inam passiv həyat tərzinə bəhanə olur. Analarının qoyduqları qayda-qanunların əsirinə çevrilirlər.Uğur qazanmaqdan qorxular, uşaqlıqda manipulyasiya olunurlar.
Yatmış gözəl sindromu və ya Kleyne-Levin sindromu. Hipersomniya. Bu sindromdan əziyyət çəkənləri yuxudan oyandırmaq çətin olur, apatiya, səsə, işığa qarşı həssaslıq, hallüsinasiya, qeyri-sağlam, qidalanma, hiperseksuallıq, (daha çox kişilərdə) depressiya əlamətləridir.
Haklberri Finn sindromu. Məktəb dövründə itaətsizliklə başlayır, yetkinlik yaşına çatdıqdan sonra iş yerini tez-tez dəyişməklə, səbəbsizcə iş yerinə getməməklə müşahidə olunur. Boşluq hissindən əziyyət çəkirlər, o hissi doldurmaq üçün daim axtarışdadırlar. Heç vaxt heç kimlə özlərini rahat hiss etmirlər, məsuliyyətdən qaçırlar, ata fiqurları dağıdıcı olur, özünəhörmət hissi aşağıdır, stabilliklə problemləri olur.
Polianna sindromu. Təhlükəli optimizm. Ən pis hadisələrdə yaxşı şey axtarırlar. Həyata çəhrayı eynəkdən baxırlar, süni evinc, təhrif olunmuş reallıq sindroma xasdır.
İstinad olunan mənbə: Lamiyə Göycəyeva, kopirayter
Ehi uomo , che offendi te stesso Hai molto spesso peccato? Tutto quello che hai perso è dentro di te. Esiste qualcosa che hai guadagnato? Chi ha preso da te? Chi ti ha lasciato vuoto? Chi ha accarezzato il tuo cuore? E ti ha così reso sereno? Chi ha distrutto la tua vita e il tuo destino guardando il tuo volto dispiaciuto? Cosa ti ha lasciato negli occhi, Da dove cadono lacrime? Forse solo tu Ti sei trasformato in dolore per te stesso? Forse hai solo permesso alle tue gioie Di scivolarti tra le dita? Ehi tu, oppresso dal dolore, Mentre cammini nei tuoi pensieri, Stanco delle loro vie Di perdere il sole fra i lamenti.. Torna indietro, fai pace con te stesso. Stringi le mani e ritrova la fiducia In ciò a cui hai voltato le spalle.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bəxtin qaranlıq üzünə Ağlayar, həm gülər qadın. Hər dərdini, kədərini Ürəyində bölər qadın.
Kəsdirər qəm savaşını, Əridər dərdin daşını, Gizlin axan göz yaşını, Öz içində silər qadın.
Etibarın, sədaqətin, Yollarında olar mətin, Düz ilqarın, məhəbbətin Hər an qədrin bilər qadın.
Nəfəsiylə buz əridər, Baxışıyla söz əridər, Ağlayan qəlbi kiridər, Ruhuyla dincələr qadın.
Qışda bahara dönər o, Şam kimi yanar, sönər o, Haqqın yolunda dinər o, Haqq üçün incələr qadın.
Bir çiçəkdi zərif, incə, Bir bahardı, gülü qönçə, Sevgi, inamı ölüncə, Ondan qabaq ölər qadın.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
burax, əllərində ölsün qırışlar, çərçivə olmasın baxışlarına… mənə çoxdan “xala” deyir uşaqlar, nə tez “nənə” oldun, ay naxış anam?! Mən elə bilirdim, qocala bilməz mən boyda “körpəsi” olan bir qadın… Daha günlərimdən borc ala bilməz, “olmazlar”… Dilimdə təkbirdi adın… burax, qoy qocalsın “Sabir küçəsi”… heç kimin ilk sevda qəsri olmasın… “saçımda ağ kağızın boz kölgəsi…” -demişdin… o kölgə heç canlanmasın… burax, dizlərində kükrəsin zaman… burax, at oynatsın sevinc üzündə… mən sənin dizinə qısılıb yatan “körpənəm”… qalmışam şeir düzündə… əllərim açılır dörd bir tərəfə- mən bütün dinlərin bidətçisiyəm… duam himn kimi… “Lay-lay, bənövşəm…” Lilitin sonuncu lənətçisiyəm… sən nə tez yenildin ağrılarına? nə tez zəfər himni çaldı “can hayı”? sən nə tez qocaldın, ay naxış anam? hələ cücərməyib candan can payım…
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Kimsən, kiminləsən, Kimə aidsən? Səni sevmək istəyirəm, Müsaitsən? Sevgi nədir ki, guya? Bir şeyin ki axırı Əvvəlindən bəllidi. Amma, yenə Bu darısqal dünyamızın içində Bir qırıq təsəllidi. Ömür bölüşməli yaşımız deyil, Gəl ürək bölüşək, Gəl söz bölüşək. -Bir hüzün var ürəyimdə, Bilmirsən, Azalmaz, yüz bölüşək. Hə, nə deyirsən? Bir sən, bir də mən varam Bu tapmaca oynumda, Əllərimi gizlətmişəm qoynumda, Taparsanmı, itirsəm?
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik
Hörmətli xanımlar!
Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hamınıza cansağlığı, səadət və gələcək işlərinizdə uğurlar arzulayıram.
Xalqımız çoxəsrlik tarixinin bütün dövrlərində qadını ülviyyətin təcəssümü saymış və ona hər zaman dərin ehtiram göstərmişdir. Azərbaycan qadınları keçmişimizin taleyüklü, həlledici anlarında vəzifələrinin öhdəsindən daim layiqincə gəlmişlər. Bəşər mədəniyyəti xəzinəsinə töhfəmiz olan milli-mənəvi dəyərlərimizin bir bütöv halında qorunub saxlanılmasında onların misilsiz xidmətləri vardır.
Azərbaycan qadınları dünyanın bir sıra qabaqcıl ölkələrinin qadınlarından əvvəl seçib-seçilmək hüququ qazanmış, incəsənətin və elmin ən müxtəlif istiqamətləri üzrə müsəlman Şərqində qadınlar arasında ilk addımları atmaqla qabaqcıl düşüncəli, yenilikçi və mütərəqqi ruhlu olduqlarını sübuta yetirmişlər. Onlar ölkəmizin, xüsusən təhsil, səhiyyə və mədəniyyət sistemlərinin müasir əsaslar üzərində qurulması üçün böyük əzmlə çalışmış, ötən müddət ərzində mühüm nailiyyətlər əldə etmişlər.
Ədəbi-ictimai və mədəni-elmi fikir tariximizdə iz buraxmış maarifpərvər sələflərinin adlarını uca tutan və nəsillərin varisliyi prinsipinə sadiq qalaraq onların açdıqları yolda inamla irəliləyən Azərbaycan xanımları bu gün də dolğun sosial-mədəni fəaliyyətləri ilə cəmiyyətimizin inkişafına xüsusi dinamizm və ahəngdarlıq qatırlar.
Fədakar analarımız, yüz illər əvvəl olduğu kimi, vətəni ana qədər əziz və müqəddəs bilən, qəlbləri doğma yurda sevgi ilə dolu, ənənələrimizə sadiq, saf əqidəli övladlar yetişdirirlər. Haqq işi uğrunda apardığımız Vətən müharibəsində xalqımıza parlaq qələbə sevinci yaşadan gənclərimizin unudulmaz rəşadəti bunun aydın təzahürüdür.
İnanıram ki, zəngin mənəviyyatlı Azərbaycan qadınları qarşıdakı illərdə də qurub-yaratmaq şövqləri ilə cəmiyyət həyatına yüksək dəyərlər bəxş edəcək və müstəqillik salnaməmizə yeni, işıqlı səhifələr yazacaqlar.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Soqdiana” Özbəkistan xalq çalğı alətləri kamera orkestrinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət “Dostluq” konserti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertdən əvvəl çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev şəxsiyyətinin Özbəkistanda da çox sevildiyini və onun irsinin geniş öyrənildiyini qeyd edib. S.Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə daim Özbəkistanla, türk dövlətləri ilə münasibətlərə xüsusi önəm verdiyini, Heydər Əliyevlə Özbəkistan rəhbəri Şərəf Rəşidov arasında hələ Sovet dövründə qurulmuş sıx dostluq əlaqələrinin özbək və Azərbaycan xalqlarının əbədi qardaşlığının ifadəsi olduğunu vurğulayıb. Diplomat Azərbaycanla Özbəkistan arasında münasibətlərin yaradılması, qarşılıqlı səfirliklərin açılması, əməkdaşlığın inkişafında Heydər Əliyevin müstəsna xidmətlərini qeyd edib. O, qardaş Özbəkistan dövlətinin Ulu Öndər Heydər Əliyev şəxsiyyətinə böyük hörmətlə yanaşdığını, onun adının Daşkənddə azərbaycanlıların kompakt yaşadığı küçəyə və Azərbaycan Mədəniyyət Mərkəzinə verildiyini, habelə onun şərəfinə Mirabad rayonunda gözəl park-meydan salındığını və büst qoyulduğunu qeyd edib.
Samir Abbasov 2023-cü ilin Prezident İlham Əliyev tərəfindən Azərbaycanda “Heydər Əliyev İli” elan olunduğunu və bu münasibətlə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin il ərzində Ulu Öndərə həsr olunmuş bir çox tədbirlər və layihələr həyata keçirdiyini söyləyib.
Tədbirdə çıxış edən Özbəkistan mədəniyyət və turizm nazirinin müşaviri Şavkat Ortikov xalqlarımız, dövlətlərimiz arasında tarixi dostluq və qardaşlıq əlaqələri barədə danışaraq, bildirib ki, özbəklər daim Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi xatırlayır, onu hörmətlə yad edirlər.
Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı katibi, professor Erkin Nuriddinov iki xalq arasında mövcud dostluq və qardaşlıq əlaqələri haqqında danışıb, belə tədbirlərin, konsertlərinin hər iki xalqı daha da yaxınlaşdırdığını vurğulayıb.
Özbəkistanın Əməkdar artisti, professor Firuzə Abdurahimovanın rəhbərlik etdiyi Özbəkistanın “Soqdiana” xalq çalğı alətləri kamera orkestrinin ifasında azərbaycanlı bəstəkarlardan Üzeyir Hacıbəyli, Emin Sabitoğlu və Ələkbər Tağıyevin əsərləri səsləndirilib. Solistlər, beynəlxalq müsabiqə laureatları Sardor Primov, Otabek Nəzirov, Ləzizə Usmanova, Muhammedali Kasimovun ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılanıb.
Konsertdə çox sayda mədəniyyət, incəsənət xadimləri, dövlət nümayəndələri, universitet rəhbərləri, ziyalılar, tələbə və gənclər iştirak ediblər.
Martın 9-da Heydər Əliyev Mərkəzində “Yerlə göy arasında” adlı Azərbaycan-Latviya birgə incəsənət sərgisinin açılışı olacaq.
AZƏRTAC xəbər verir ki, Latviyanın ölkəmizdəki səfirliyi ilə birgə təşkil olunan sərgi dahi şair Mövlana Cəlaləddin Ruminin poeziyasını əhatə edir. XIII əsrdə yaşayıb yaratmış Ruminin ideyaları mənəvi yüksəliş və kamilliyə çatmağa həsr olunub. Latviyadan İeva Krumina və dünyaşöhrətli fotoqraf Reza Deqatinin əsərlərinin nümayiş olunacağı sərgi aprelin 3-dək davam edəcək.
Tanınmış rəssam İeva Krumina Latviya Rəssamlıq Akademiyasının Tekstil şöbəsinin müdiridir. O, Latviya Rəssamlar İttifaqının və Latviya Tekstil Rəssamları Assosiasiyasının üzvüdür. İeva Krumina məşhur latviyalı şair və yazıçı İmants Ziedonisin “Sevgisiz yaşama, sevgisiz heç nəyin önəmi yoxdur” sözlərinə əsaslanır, xalqlar arasında oxşar, ümumi çalarları öyrənməyə çalışır. Onun hər bir sənət əsərinə baxanda özümüzü o sənət əsərində görürük. Onun sənət əsərləri insanlara dünyamızı sevgi sapları ilə təmir etmək ismarışını çatdırır.
REZA kimi tanınan dünyaşöhrətli fotojurnalist Reza Deqati müharibələri, hərbi münaqişələri, eləcə də bəşəriyyətin gözəlliklərini işıqlandırır. Onun işləri “National Geographic”, “Time”, “Stern”, “Newsweek”, “Paris Match” jurnallarında yer alıb. O, 30 kitabın müəllifi və bir çox mükafatların sahibidir. Rezanın Ruminin ideyalarını, mistik rəqslə dövrə vuran, yerlə göy arasındakı enerji dövranı mövzusunu çatdıran əsəri 1994-cü ildə “National Geographic” jurnalının üz qabığında yer alıb. O, Fransanın “Xidmətlərə görə” kavaler ordeninə və Azərbaycanın “Dostluq” ordeninə layiq görülüb.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Heydər Əliyev Mərkəzinin birgə təşkil etdiyi Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, festivala 21 nominasiya üzrə istedadına, bacarığına güvənən 6-17 yaş arası hər kəs qatıla bilər. Müstəqilik tarixində respublikamızda təşkil olunan ən irimiqyaslı uşaq festivalı həm peşəkar (sahə üzrə tədris müəssisələrində təhsil alanlar), həm də həvəskar (kurslarda, dərnəklərdə və ya fərdi qaydada məşğul olanlar) kateqoriyalar üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) keçiriləcək.
İştirakçıların qeydiyyatı fevralın 20–dən martın 30-dək www.uif.az internet saytı üzərindən aparılır. Martın 6-dək müxtəlif şəhər və rayonlar üzrə 1230-dan çox uşaq qeydiyyatdan keçib.
Uşaqlarda mədəniyyətin müxtəlif sahələrinə maraq oyadılması, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, yeni istedadların üzə çıxarılması və dəstəklənməsinə xidmət edən festival üç mərhələdən ibarətdir.
Rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olanlar iyun-avqust aylarında keçiriləcək zonalar üzrə ikinci mərhələdə iştirak hüququ qazanacaq. İkinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsinin sentyabr ayında Bakı şəhərində təşkil olunması nəzərdə tutulur.
Əlavə məlumatları festivalın internet saytı, elektron poçtu, (050) 2880147 mobil, 147 qısa nömrələri, həmçinin festivalın rəsmi sosial şəbəkə hesabları vasitəsilə əldə etmək mümkündür:
Martın 11-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Cakomo Puççinin “Toska” operası nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a bildirilib ki, Toska partiyasını ifa etmək üçün teatrın rəhbərliyi tərəfindən Ukrayna Milli Operasının solisti, Ukraynanın Əməkdar artist Viktoriya Çenskaya və Skarpia Belarus Respublikasının Milli Akademik Böyük Teatrının solisti, Belarusun Xalq artisti Vladimir Qromov dəvət olunublar. Əsas partiyalardan biri olan Kavaradossi rolunu isə Əməkdar artist Azər Rza, Rizniçiy partiyasını isə Xalq artist Əkrəm Poladov ifa edəcəklər.
Səhnə əsərində, həmçinin Əməkdar artistlər Cahangir Qurbanov, Tural Ağasıyev, solistlər Mahir Tağızadə, Rza Xosrovzadə və başqaları iştirak edəcəklər.
Opera sənət ocağının baş dirijoru, Əməkdar artist Əyyub Quliyev tərəfindən idarə olunacaq.
Xatırladaq ki, premyerası 1900-cü ildə Milanda baş tutan bu səhnə əsəri klassik opera sənətinin ən dəyərli nümunələrindən hesab olunur.
Oğuz dağ yəhudiləri haqqında Azərbaycan və İsrail kinematoqrafçılarının birgə istehsalı olan filmin çəkilişləri başa çatıb.
AZƏRTAC xəbər verir ki, film Azərbaycanın Oğuz rayonunda məskunlaşmış dağ yəhudilərinin tarixindən bəhs edir.
Filmin qəhrəmanı əslən Oğuz rayonundan olan, Azərbaycan həqiqətlərini dünyaya çatdıran, ictimai xadim, ravvin-Şmuel Simantovdur. Filmin ssenari müəllifi və rejissoru Rüfət Əsədov, operatorları Mahir Atakişiyev, Roman İsakov, icraçı prodüseri Şaul Siman-Tovdur.
Filmin çəkilişləri Azərbaycan, İsrail, ABŞ və Almaniyanın müxtəlif bölgələrində aparılıb.
Qeyd edək ki, bu film Rüfət Əsədovun “Dağ yəhudiləri” silsiləsindən 5-ci filmidir.
Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunan “Baharın rəngləri” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu başa çatıb.
Xətai Sənət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, müsabiqə uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət etmək məqsədilə keçirilib.
Seçim 3 yaş kateqoriyası üzrə – 11 yaşa qədər, 11-16 və 16-21 yaşarası aparılıb.
Əsərləri seçilən və sərgidə nümayiş olunan müəlliflər sertifikatla, fəal tədris mərkəzləri isə (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaq.
Tacikistanın paytaxtı Düşənbədə “Mədəniyyət sahəsində əməkdaşlıq” ictimai təşkilatının təşkil etdiyi “Tacik xalqının xəttatlıq sənəti və Şərqin yazılı irsi” mövzusunda beynəlxalq forum keçirilib.
“Azərbaycan xalçaçıları” İctimai Birliyində AZƏRTAC-a bildiriblər ki, forumun keçirilməsindən əsas məqsəd Tacikistanın və Şərq xalqlarının xəttatlıq sənətinin və dünyanın muzey, kitabxana və elm müəssisələrində saxlanılan şedevrlərin təbliği olub.
Forum çərçivəsində dəyirmi masa arxasında diskussiyalar aparılıb, xəttatlıq sənəti nümunələrinin sərgisi təşkil olunub. Sərgidə Tacikistan, Azərbaycan, Əfqanıstan, Çin, Yaponiya, Koreya Respublikası və İrandan olan müasir xəttatların əl işləri nümayiş etdirilib.
Dəyirmi masa iştirakçıları, həmçinin tədbirə onlayn formatda qoşulan Azərbaycan, Rusiya, Fransa, Böyük Britaniya və Qazaxıstan alimləri xəttatlıq sənətinin tarixindən və bugünündən bəhs ediblər.
Forumda Azərbaycanı tanınmış xəttat, Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Azərbaycan Rəssamlar İttifaqının və “Azərbaycan xalçaçıları” İctimai Birliyinin üzvü, beynəlxalq müsabiqələrin laureatı, Bakı Dövlət Universitetinin müəllimi Yavər Əsədov təmsil edib. O, “İslam dininin xəttatlıq sənətinin inkişafında rolu” adlı məruzə oxuyub.
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Sizin üçün” adlı konsert proqramı təşkil edilib.
AZƏRTAC xəbər verir ki, zəngin musiqi nömrələri ilə seçilən konsert proqramında milli və müxtəlif xalqların mahnı və rəqsləri təqdim olunub, bəstəkar mahnıları səsləndirilib.
Konsertdə Dövlət Uşaq Filarmoniyasının “Musiqili Uşaq Teatrı”, müxtəlif yaş qruplarından ibarət “Şəms” uşaq xoru, vokal sinfi, rəqs kollektivləri bir-birindən rəngarəng, maraqlı nömrələrlə çıxış edib.
“Musiqili Uşaq Teatrı”nın balaca qəhrəmanları öz səhnəciklərində nənələri, anaları bayram münasibətilə təbrik etməyi də unutmayıblar. Həmçinin vokal sinfi “Ana” mahnısı, “Şəms” uşaq xoru “Nənə”, “Ana” mahnıları, rəqs kollektivləri isə eyni məzmunlu rəqslərlə Beynəlxalq Qadınlar Gününü təbrik ediblər.
Qeyd edək ki, hər zaman olduğu kimi budəfəki konsert proqramı da tamaşaçıların aramsız alqışları ilə sona çatıb.
Görün necə… Bu vətənin sağlığına can verənlər yaşayarmış, Yaşadıqca vətən adın zirvələrə daşıyarmış, Görün necə, vətən üçün əlləriylə daş oyarmış, Şəhidlərim…
Görün necə… Pak torpağa paklığını qanlarıyla bəxş edərlər, Yaddaşlara igidliyi, mərdliyini nəqş edərlər, Görün necə, azadlığı bizə verib, tez gedərlər, Şəhidlərim…
Görün necə… Yaramızı sarmaq üçün gəncliyinə vəda edib, Həqiqi eşq ilə canı vətəninə fəda edib, Anar kimi şəhadəti könlümüzə nida edib, Şəhidlərim…
TORPAĞI DOYDURAN ŞƏHİD (Şəhid Zeynallı Rəşad Qiyas oğlunun xatirəsinə)
Vətən doydu qanın ilə, Torpağı doyduran şəhid. Elə cavan şəhid oldun, Ürəyi oyduran şəhid.
Arzulara baxmadın sən, Həyat yolu axmadın sən, Bəyliyini taxmadın sən, Bayrağı qaldıran şəhid!
Tarixə həkk oldu adın, Var idi bircə muradın, Muradı yetdi Rəşadın, Torpağı doyduran şəhid.
Gözü yaşlı qaldı anan, Bütün ömrü oldu talan. Halına olmadı yanan. Bağrını yandıran şəhid.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Əlimdə bir qələm qırıldı, şair, Bir şeir çatmadı mənzil başına… Mən də dərd edirəm, soruşma nəyi, Açıb-bükəmmirəm, bəzək vururam Döydüyüm başımla səbir daşına…
Adını bilmirəm, bircə gülüm var, Sulamaq yadımdan elə çıxır ha… Son dəfə tökdüyüm bir ovuc sudan Yarısı sıçradı şeirimin üstə… Şeirim suya dönüb elə axır ha…
Adını söylədi son hekayəmin, “Bacım da oxuyub…” – yaman sevindim… Bulud gözlərimin, qar əllərimin Sevinci çırpıldı ruhuma, şair, Bacım: “Oxudum da… Unutdum…” – dedi…
“Yazıçı günü”ymüş… Yazıram, şair, Bütöv xoşbəxtlikdi sonuncu abzas. Di gəl, naşükürdü insan ürəyi… Şeirlər yazılmır toy dəftərinə, Hekayə oxumur bank işçiləri… Bir esse boyuyla gülmür ofisiant, Demir ki:” Cibimə iki misra bas.”
…ah, şair, qələmim qırıldı, axı… Daha şeirlərim yadımda qalar? “Tanrı şəfa versin!” – təsəllisiylə Canımda bir susmaz ağrı darıxır… Bir gün bu ağrıya könül bağlayıb Ölsəm, təsəllilər adımda qalar? Şəfa Vəli (2022)
Mən uşaqlıqdan bu yana polislərdən qorxmuşam. Əslində, polislərdən yox, polis forması geyinmiş adamlardan. Nə qədər cəsarətli, mübariz xarakterli olsam da, həmişə polislərdən uzaq gəzmişəm. Səbəb isə… Səbəbinin təxmini 30 yaşı var.
90-ci illər idi- müharibə dövrü. Səfərbərlik elan olunmuşdu deyə şəhərdəki bütün cavan kişilər orduya cəlb edilirdilər…Onda atam da cavan idi və evimizin yaxınlığında dayanmış avtobusa qədər onun boynundan asılıb getmə deyə ağlayırdım. Üzündən o qədər öpmüşdüm ki, elə bilirdim dodaqlarım qopub atamın yanaqlarında qalıb. Avtobusun yanından keçən qadınların “bu yazıqlar da deyəsən müharibəyə gedirlər” pıçıltılarını eşidəndə ürəyimdən atamqarışıq hamını avtobusdan düşürüb qaçırmaq keşmişdi. Mən beş yaşlı uşaq həmin gün, həmin an atam üçün nə eləyə bilərdim ki? Hamı kimi geyinməyən əmiləri isə birinci dəfə idi ki, orda görürdüm. Və onların “Qorxma, biz də atanla gedirik. İnşallah sağ-salamat gedib gələcəyik” demələri, düzü, mənə şübhəli gəlmişdi. Atam: “Milis əmilər olan yerdə bizlərə heç nə olmaz”,-deyib məni anamın qucağına vermişdi…
Avtobus tərpənəndə çox qorxmuşdum, ağlayırdım. Əlimdəki gəlinciyim də düşmüşdü. Əllərimi atama uzadıb “ata, getmə, əmi, atamı aparma”-, deyib var gücümlə qışqırırdım. Səsim avtobusun mühərrikinin səsində boğulmuşdu…
Ancaq atamın gözlərindəki, səsindəki çarəsizliyi heç vaxt unutmadım. Həmin gündən polislərlə ilk və pis tanışlığım başladı. Onlar atamı məndən ayırmışdılar.
Taa ki, karantin başlayanacan.
Mən əslində özümü yetişdirməyi, inkişaf etdirməyi, qorxularıma qalib gəlməyi bacaran biriyəm. Necə olub ki, 30 il bu qorxuyla yaşamışam, hələ də inana bilmirəm.
Karantin dövründə polis həyatımızın bir parçasına çevrilmişdi. Onlar əl çatan, ün yetən olmuşdular. Əslində onlar bizi qorumaq üçün hər şeyə hazır idilər. Onların üzündə bizi qoruya bilməmək qorxusu aydınca hiss olunurdu. Çünki karona əzizlərimizi səssiz, sədasız əlimizdən alırdı. Biz qurbana çevrilməyək deyə gecəsini-gündüzünə qatan polisin varlığına alışmağa başlamışdım, ancaq yenə qorxurdum. Pəncərədən baxırdım, həyətdə polislər gəzirdilər. İcazə alıb harasa gedirdim, polislər yoxlayırdılar. Bir dəfə smslə “icazə alıb” marketə düşdüm. Polislər saxladılar. Ad, soyadımı soruşdular. Məlum oldu ki, icazəm keçərsizdi. Nəyisə düzgün etməmişəm, mənə cərimə yazılmalıdı. Polis qorxumun üstünə bir də cərimə gəlmişdi, polis qorxum cərimələnmişdi. Yadıma istər-istəməz 90-cı illər düşdü. Nə qədər yalvarsam da, məni eşitməyən, atamı aparan polis indi də məni eşitməyəcəkdi. Ancaq polis bu dəfə mənim səssizliyimi eşitdi. Elə atam yaşlarında biri mənə “sakitcə get, evdən çıxanda sms-i düzgün göndər”-, dedi. Sadəcə təşəkkür elədim. İstədim deyim ki, sən həmin polislər kimi deyilsən, ancaq gördüm ki, bu polis həmin polisləri tanımayacaq. Onları sadəcə mənim uşaqlığım-5 yaşlı qız tanıyır… Tələsik evə getdim. Evimizin üzü mərkəzi yola baxan pəncərəsindən yola baxdım. Yenə hər tərəf polislə dolu idi. Ancaq mən onlardan qorxmurdum. Mən polis qorxumu karantində yenmişdim.
Xəyalə Sevil,
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Ya ola, ya olmaya.. Naməlum gələcəyin keçmişini keçmişəm Qismətimin süd kimi zəhərini içmişəm, Öz-özünə yol açan,öz-özümə k’öçmüşəm. Ağlım ömrümə əngəl, gümanım gələn yaya.
Çarə çıxar ortaya! Hər gün şükür edirəm,dörd divar bir döşəmə Qəlb qırmamaq adıyla çəkilmişəm köşəmə. Göz yaşımı içirəm, ağrım dolur şüşəmə. Üzərimə dağılır dağ şəklində hər qaya..
Bu zəlzələ olmaya…. Qəlbim qeyrətə gəlib,sevgilərə qol çəkir.. Daxilimə yolçuluq daha uzun yol çəkir.. Ruhum Allah deyəndə,dilim altdan qol çəkir.. Ələnir xəmirimə kömək istəyən maya- Ömrüm dünyaya doya.
Min bir qayğı içində parçalanarkən ətim Arzularım kənd yeri, ümidim yesir, yetim, Nə bədəllər ödədi özgədən, saf niyyətim. İnsanlığım damladı, dəryaya axan çaya! Günümü saya- saya…
Kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir
“Qanun” nəşriyyatında “Cəsur qızların kitabı”nın təqdimatı keçirilib. AYNA xəbər verir ki, təqdimat mərasimində çıxış edənlər kitabın verdiyi mesajların və oradakı rol modellərinin qızlar və ümumilikdə cəmiyyət üçün əhəmiyyətindən danışıblar.
“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli kitabın ideyası barədə danışaraq, onun geniş oxucu kütləsi üçün əhəmiyyətli ola biləcəyini vurğulayıb. Qadınların ictimai-siyasi həyatda aktivliyini vacibliyini bildirən Köçərli kitabın kiçik yaşlarından qız uşaqları üçün rol modellər tapmaqda kömək edəcəyinə inandığını söyləyib.
Tərtibçi-müəllif Günel Natiq çıxışında bildirib ki, “Cəsur qızların kitabı” olduqca dəyərli, lazımlı və gərəkli layihədir: “Bu təşəbbüs üçün “Qanun” nəşriyyatına öz təşəkkürümü bildirirəm. Kitabda 22 yenilikçi Azərbaycan qadını haqqında hekayətlər toplanıb. Bu qadınların hər biri öz sahəsində çevriliş, inqilab edib, şəriət qanunlarının təzyiqi altında əzilən cəmiyyətə yeniliklər gətirərək zirvələr fəth ediblər. Biz onları fateh qadınlar da adlandıra bilərik. Bu qadınlar köhnəlmiş adət-ənənələrdən doğan stereotipləri qıraraq, öz yolunda inamla irəliləmiş və böyük cəsarət göstərmişlər. Bu xanımların hər biri tarixdə rəğbətlə anılır, hərçənd onlar haqqında bilgilərimiz elə də çox deyil. Tarixdə iz qoymuş bu görkəmli insanlar haqqında bilgiləri yeniləməyə, onları daha oxunaqlı şəkildə təqdim etməyə ehtiyac vardı”.
“Biz bu kitabı niyə ərsəyə gətirdik? Niyyətimiz mədəniyyət tarixi, sənət tariximizlə bağlı yeniyetmələrimizə bilgi verməklə yanaşı, həm də onlara bu fikri aşılamaq idi ki, heç bir maneə dəf edilməyəcək qədər qorxulu deyil”, – müəllif vurğulayıb.
G.Natiqin sözlərinə görə, çox zaman qızlar peşə seçimində tərəddüdlər qarşısında qalır və bu tərəddüdləri cəmiyyətin önyarğıları yaradır: “Kitabda bəhs etdiyimiz cəsur qızlar da cəmiyyətin qadağalarıyla üzləşiblər, amma bu yolda sınmadan, geri çəkilmədən məqsədlərinə doğru gedib və uğur qazanıblar. İnanıram ki, “Cəsur qızların kitabı” yeniyetmələrin özünü realizə etməsinə kömək edəcək, onlara öz məqsədlərinə doğru gedən yolda dəstək, dayaq olacaq və hər zaman zirvələr fəth etməyə ruhlandıracaq”.
İlk komandir qadın Aida Şirinova da kitabın və ümumiyyətlə, ölkədə qadınların qətiyyətli olmasının vacibliyindən danışıb, həmçinin, özünün həyat təcrübəsini tədbir iştirakçıları ilə bölüşüb.
Tədbirdə kitabın ideya müəlliflərindən olan Lalə Rəhmanova, həmçinin yazar Gülnar Əhməd, Azərbaycanda ilk komandir qadın Aida Şirinova kitabla, həmçinin qadınların cəmiyyətdə rolu ilə bağlı fikirlərini bölüşüblər. L.Rəhmanova kitabın necə ərsəyə gəlməsindən və ondan olan gözləntilərdən də söz açıb.
Qeyd edək ki, kitab Azərbaycanın 22 görkəmli qadınının həyatından bəhs edir.
Martın 10-12-də Azərbaycan Nəşriyyatları Assosiasiyası, Mədəniyyət Nazirliyi və Lənkəran Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı və Lənkəran-Astara Regional Təhsil İdarəsinin təşkilati dəstəyi ilə birinci Lənkəran Kitab Sərgisi həyata keçiriləcək.
AZƏRTAC xəbər verir ki, ölkənin aparıcı nəşriyyatlarının iştirakı ilə reallaşacaq sərgi çərçivəsində möhtəşəm proqram və çoxçeşidli kitabların satışı, eləcə də nümayişi nəzərdə tutulub.
Müxtəlif endirimlərin tətbiq olunacağı kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klaslar keçiriləcək.
Lənkəran şəhəri Heydər Əliyev Mərkəzində keçirilməsi nəzərdə tutulan üç günlük sərgiyə giriş 10:00-dan 18:00-dək mümkün olacaq.
Oxucular sərgi çərçivəsində yazıçılar Elxan Elatlı, Rövşən Abdullaoğlu, qiraətçi Xəzər Süleymanlı, fotoqraf Vaqif Cabbarov, filosof Mail Yaqub, təlimçi Arzu Paşazadə, eləcə də digər tanınmışlarla görüş imkanı əldə edəcəklər.