Blog

  • Kənan AYDINOĞLU.”Etibarın, sədaqətin var Sənin!”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü.

    Azərbaycanın el şairəsi Sona İNTİZARA.

    Müqəddəs qələmə sarılan gündən,
    Dostlarına şəfaqətin var Sənin!
    Gözəllik eşqinə yaşayan SənSən,
    Qadın kimi səadətin var Sənin!

    Bizim həyatımız baxta gəlincə,
    Şahlar ölüm görər taxta gəlincə,
    Yollara qar düşməz, şaxta gəlincə,
    Gözəllərə hidayətin var Sənin!

    İstərəm çiyninə göyərçin qona,
    İnsanlar dəyişdi girdikcə dona,
    Səni tanıyandan mən də, ay SONA,
    Etibarın, sədaqətin var Sənin!

    Bakı şəhəri. 20 fevral 2023-cü il.

  • Banu MUHARREM.”Bütün çarələri tükətdim indi-“

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini 

    Bütün çarələri tükətdim indi-
    Təsliməm müddətlik çarəsizliyə.
    Hər yaşam ölümə bir cür yenildi-
    Necə söykənməyim həvəssizliyə?!

    Kinsiz ürək tapsan,gətir, tuturam.
    xəzanlar vuranda dərd ürəyimə.
    Sevdiyim yağışa çətir tuturam-
    sənə yaxşılığım…- sər, ürəyinə!

    Dostluğun qılıncı zarafat imiş-
    “Həqiqət” içində yerinə düşür.
    Unutmaq ən böyük” xurafat” imiş-
    Düşür, unutduğun yadına düşür.

    “Yaşamaq yanmaqmış,yanasan gərək”
    -Şairin misrası! Canın yanmasın!
    Göyün məcrasından dan töküləcək
    Gözlərin parlasın, kamın qalmasın.

    Qırıb tullayacaq ruhun yapısın,
    Əcəl gülə-gülə yerə enəcək.
    Tanrı bağlayacaq gecə qapısın
    Yolumuz əbədi göyə dönəcək.

  • Banu MUHARREM.”10 dəqiqənin şeiri”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini 

    Ürəyim od, canımdadır yanğısı,
    dərd gələndən bu dünyanın ağrısı.
    İmansızın bağrımdakı sancısın..
    çəkəmmədim, çəkəmmədim niyəsə..

    Bir bəndədə tək xislətə vuruldum.
    Saat kimi hər gün ona quruldum..
    Qanad çaldım,sərhəddində yoruldum,
    Keçəmmədim, keçəmmədim niyəsə..

    Tilsimlənib itirirdim qayəmi,
    Ondan aldım hər zəhərli mayemi.
    Süzüb- süzüb uzatdığı badəmi
    içəmmədim, içəmmədim niyəsə..

    Don dəyişib hər cür rəngə büründü,
    Mən görmədim, göy üzündən göründü,
    Göz dağımın yamacından süründü.
    Seçəmmədim, seçəmmədim niyəsə..

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Mənə göz yaşı göndərin”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Eh…bu gün əsməyən külək,
    Bəlkə də yağmayan qaram.
    Gözlərini döyən bulud,
    Başıma tökülən qoram.

    Həsərətimin pəncərəsi,
    Kəndin toz basmış evidi.
    Ağlamaqdan doyan gözüm,
    Gör səni kimlər kiridir.

    Sözlərimin yaxasından,
    Asılıb yuxu bayquşlar.
    Dənizun balıq gözündə,
    Bir ümid də belə qışlar.

    Qocalığın qırışıları,
    Ləpələnib sahil döyür.
    Bu dünyanın əyrisindən,
    Kimlər keçib, özün öyür.

    Bölünürük döngə-dönğə,
    Dilənirik küçə-küçə.
    Gündə yüz yol yalvarırıq,
    Allah günahmızdan keçə.

    Bu dünyanın qurd dişini,
    Sinəmizə batırmışıq.
    Boş ümidli arzuları
    Özümüzlə yatırtmışıq.

    Dənizə gülən üzümün
    Qasırğası tutur məni.
    İki əlimlə sıxdığım,
    Boş ürək də atır məni…

    Bu gün dərdim çiçək açıb,
    Bu gün şehlənib qucağım.
    Mənə göz yaşı göndərin,
    Bəlkə kiriyə ocağım.

  • Sona İNTİZAR.”GÖRƏSƏN”

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini

    Görəsən necəsən, görən hardasan,
    Görəsən düşürəm yadına sənin.
    Bəlkə də yaxşısan, amma, darıxsan,
    Bir sözlə gələrəm yanına sənin.

    Adın ürəyimə elə yazılıb
    Onu silə bilməz nə qəm, göz yaşı…
    Elə bil sinəmdə məzar qazılıb,
    Salınıb üstünə bir məzar daşı.

    Özgəsinə yar olmusan, mənə yad,
    Doğmaların içində mən özgəyəm.
    Bu ürəkdə iz salmısan, DOĞMA AD
    Sən kənardan bir bax, söylə, necəyəm?!

    Bir göz yaşım qalıb bizli günlərdən,
    Mənə doğma, mənə həyan odur, bax.
    Bir əlimdə rəsmimizdir, səhərdən,
    Ona baxıb, soyuyur am sən sayaq.

    Sənsiz qalıb, yetim oldu bu sevgi,
    Ürəyimə köz vurmusan, getmisən.
    Sevəndə də eləsini sən sev ki,
    Bilməsin qəlbində nə gizlətmisən…

  • Şəfa VƏLİYEVA.”Dəri ayaqqabının ucuyla işıldaböcək öldürməyə dəyərmi?”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    “Ədəbiyyat və incəsənət” portalı gənc imza Şəfa Vəlinin “Biz kimik?” essesini oxucularına təqdim edir. 

    İlk düşünən kim olub və nə haqqında düşünüb? Əbədi suallardan daha biri… Və bizi – insanları çeşidləyən də məhz belə əbədi suallardır. Cavabını bilmirəm, amma əminəm ki, ilk düşüncənin içində də “mən kiməm?” sualı cilvələnirdi. 

    Xətrinizə dəyməsin “çeşidlənən insanlar” deməyim. Düşününcə bu da olur. Düşünməyin də əleyhinə deyiləm; gəldiyim qənaətlər düşüncəmin məhsuludur. İnsanlar çeşidləndikcə, düşüncələr də “dövr” adlı dolabın güzgülü dolablarında “səliqəylə” düzülür. Pərakəndə düşüncələri yalnız dövrün qapısının eşiyində görə bilərsiniz. “Biz kimik?” sualı o pərakəndə düşüncələrin xammalıdır… 

    Mağaradakı ulu babam özü haqqında nə fikirləşirdi, kolxozun tütün sahəsində toxa döyən nənəm əl-üzünü yuduğu çaydakı əksində kimi görürdü, bilmirəm. Amma mən hər yeni gündə yeni bir “mən”lə tanış oluram. 

    Bir gün meşədəki itburnu çiçəyinin ətrinə valeh olan, sabahısı gül dükanından üstünə ətir səpilmiş gül almaq üçün növbəyə durandır içimdəki “mən”. Mikroavtobusdakı kəndli  xalanın üstündən gələn qoxuya ürəyi bulanan, supermarketdə “Təbii qatıq” yazılı plastik qutunu işığa tutub “içindəkilər” bölməsini diqqətlə oxuyan “mən”dən çəkdiyim də az deyil… 

    Dəri ayaqqabımın ucuyla işıldaböcək öldürən, sosial şəbəkədə “təbiəti qoruyaq” haştağı paylaşan dövrün insanıyam mən. Özümü tanımaqçün, sadəcə, özümlə keçirəcəyim zamana ehtiyacım var, bilirəm. Amma son model telefonuma gələn mesajın səsi ən içəri otaqdan da eşidilir. 

    Bilsə də, “bilirəm” deməyə ar edən insanları oxuyuruq kitablarda; “çox oxuyaq, çox bilək” şüarıyla “bilmirəm” deməyə ar edirik. Bilmədiyimizdən ağızdolusu, şövqlə danışmağımız bundandır. Düşüncələrimizi də belə cilalayırıq… Amma bu cila almaz cilası deyil, uzağı, su sızdıran bir divarın müvəqqəti cilalanmasıdır.  Axar suyun qabağında dağ dayanmaz… Demişkən, Norveçdə dağların altından su sızır, yaxın 15 ildə 80 metrlik sunami yaranacağı ehtimalı var. 

    Əşşi, bizə nə ey, Norveçdən? Qlobal istiləşmə bizə qalıb?! Son statusumu bəyənməyən dayım qızı özünə təzə don alıb. Görəsən, qiyməti neçəyədir? O günü də qonşumuz qəşəng iki torba dolusu bazarlıqla gəldi evinə. Yəqin, anasının təqaüd kartını alıb əlindən… 

    İndi özünüz deyin, bu qədər düşüncənin içində, “mən kiməm?” sualına cavab axtarmağa vaxt qalır?  Yox! Stefan Zweig “Dünyaya açılan qapı: kitab” əsərində texnologiyanın heç vaxt kitaba qalib gəlmədiyini yazıb. Mən onun bu əsərini “səsli kitab” kimi internetdən dinləmişəm… 

    “Təzadların uşaqlarıyıq biz…” Təsəllimizə bax… 

    “İnsanıq biz…” Bəhanəmizə bax… 

    “Səhv etmək hamının haqqıdır…” – deyirdi bir Hollivud filminin qəhrəmanı… Bəraətimizə bax…

    “Oxumaqdan başları xarab olanların” şəkilləndirdiyi dünyada, elə onların yarımçıq ömürlərindən qalan heykəllərinin önündə özçəkim edirik. Öz çəkdiyimizi də nadirən bəyənirik. Özgüvənimiz hamam otağında pop musiqisi oxumaq qədərdir çox vaxt. 

    “Mən kiməm?” sualını özümüzə verdikdə cavabsız qalmırıq, yox… Amma verdiyimiz cavabların heç birindən əmin deyilik… Hətta, adımızı söylədiyimizdə belə bir anlıq tərəddüdümüzün səbəbi var: biz özümüzü tanımırıq. 

    Başqasıyla getdiyimiz bahalı restoranda bir həftəlik qazancımızı bir başqasının cibinə ötürürük yarım saatda… Qonşumuzun xoşuna gəlsin deyə onun sevdiyi rəngdə gödəkçə alırıq. Çəkmələrimiz addımlarımızın rahatlığına yox, hər 50 ildən bir eyni şeyi “yeni dəb” kimi sırıyanların bank hesablarına “xidmət edir”. Xidmət demişkən, evimizə, maşınımıza, evdəki əşyalarımıza həsr edirik ömrümüzü; halbuki bütün bunlar insanlara xidmət etməsi üçün yaradılıb. 

    Bir öynəlik yeməyin pulunu bir həftəyə qazanan adamı yaxşı tanısaq, bir daha addımımızı o bahalı restorana atmarıq… Gördünüz? Tanımırıq özümüzü… Heç tanımırıq… 

    “Mən kiməm?” sualındakı “mən”i tanısaq, onunla dost olsaq, onun qayğısına qalsaq, sonrakı etapda “biz” anlamını qavraya bilərik. “Biz” uğrunda edilən hər fədakarlıq sonunda sağlam cəmiyyətə, keyfiyyətli həyata aparıb çıxarır…

    Həm növlərimizin (ki, təbiətdə biz də canlı növüyük) əlini “biz”dən çoxdan çəkdiyi, “mən”i yanlış anladığı bir dövrdə “biz kimik?” sualına cavab axtarmaq cəsarətdirmi? Cəsarətliləri qorxaqların fəndi yenir həmişə… Aydınlıqdırmı? Pərdələri aynaları qapatmaq üçün icad ediblər zülməti sevənlər… Və də yaman bahadır pərdələr… Bahalı və məcburidir, üstəlik… 

    Demişkən, iş otağımdakı pərdəni yeniləsəm, barı… Yeni pərdədən əvvəl,  pəncərəyə təzə çərçivə saldırım, bəlkə? O taxta qapı son model pəncərə çərçivəsinə uyuşacaqmı? 

    …Bu da mənə “Didro effekti”…

    …İndi özünüz deyin, bu qədər düşündüm, bu qədər anlatmağa cəhd etdim, kim olduğumu anladınızmı? 

    Bilirəm cavabınızı. Böyük hərflərlə özü də: “YOX!” 

    Nolar, bizdən də keçər, qoy bir az da bizdən sonrakılar düşünsün: “Biz kimik?”

    “Ədəbiyyat və incəsənət”

    (20.02.2023)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Şəfa VƏLİYEVA.”Bir qış gecəsiydi…”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    Bir qış gecəsiydi…
    Tutub əlindən
    Getməyə dəyərdi buz donan gölə…
    Neynim ki, boz idi şəhər arzun da…
    Boz idi cibləri dəri gödəkçən,
    Boz idi qəssabın təpiklədiyi,
    Fevral soyuğunda üşüyən pişik…
    …elə utanıram neçə saatdı…
    Hardan oxumuşdum?
    Yenə unutdum…
    Buz donan o göldə ölən boz qumru,
    Bir tikə piy üçün döyülən pişik,
    Cibləri yırtılan o boz gödəkçə;
    Sən demə…
    “Sevginin ölçülü mətnlərində”
    Sən idin…
    Mən idim…
    İkimizmişik…

  • Xəyalə SEVİL.”Məsələn bu deyildi”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Məsələn bu deyildi.
    Başqa cür olmalıydı aramızda olanlar.
    Bu standart qəlibə sığışmalı deyildik.
    Ürək boyda ev var ikən
    Bu cılız fikirlərə yığışmalı deyildik.
    Sənin məni eşitməyin
    Kar adama qışqırmaq kimi bir şeydi.
    Duymursan.
    Amma nə gözlərindən,
    Nə ürəyindən yerə qoymursan.
    İndi necə olacaq, deyim sənə,
    Darıxıb şəkillərimə baxacaqsan
    Darıxmamaq üçün,
    Amma daha çox darıxacaqsan.

    • Unudacaqsan, gec-tez unudacaqsan.
      Axx! Səndəki qərarsızlıq,
      Məndəki ruh düşkünlüyü…
      Astroloqlar buna
      Əkiz-balıq cütlüyü deyirlər,
      Biz susuruq.
      Qınamağa heç kimi tapmayanda
      Özümüzdən küsürük.
      Vaxtdı, sağollaşaq,
      Mənim xoş xatirəm,
      Özünə yaxşı bax!
      Salamat qal!
      Əlvida!
      Amma tez-tez sal yada.
  • Xəyalə SEVİL.”Əllərim bir tənha qucaqdı sənsiz”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Əllərim bir tənha
    Qucaqdı sənsiz.
    Həsrətin yamanca
    Qoçaqdı sənsiz.
    Stolumun üstündə
    Titrəyən şamım üşüyür.
    Sənsiz açılan səhərim,
    Düşən axşamım üşüyür.
    Çiynim bədənimdə intihar yeri,
    Asılacaq qolum varmış.
    Elə hər gün ürəyimdən keçirsən,
    Nə tükənməz yolun varmış.
    Ömrümü başı aşağı
    Tutub boşaltmısan indi.
    Səndən qalan tək xatirə
    Təkliyimdi, təkliyimdi…

  • Arzu HÜSEYN.”Toxunduğum o saçlara nə oldu?”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Toxunduğum o saçlara nə oldu?
    Dodaqların həmin dodaq deyil ki.
    Sənə nə var, olan tək mənə oldu,
    Başa düşdü, ürək uşaq deyil ki.

    Sığdırmadım həyatıma başqasın,
    Gözlərimə inanardın tanısan.
    Mənim üçün indi tamam başqasan,
    Mənim üçün sıradansan, hamısan.

    Bəhanəydi hər zəngim, hər dönüşüm,
    Bilirdin ki, asılıyam telindən.
    Yandırmadı bu dəfəki öpüşün,
    Oynatmadı varlığımı yerindən.

    Anlamadım səbəbini bu qışın,
    Oyandım ki, nə mən varam, nə də sən.
    Nə duamsan, nə ahım, nə qarğışım,
    Heçkimimsən, heçnəyimsən, heçnəsən.

    Ağlamaqdan gözlərinmi yoruldu?
    Baxışını yayındırma, görürəm.
    Toxunduğum o saçlara nə oldu?
    Yad toxundu, yad qoxladı, bilirəm…

  • Arzu HÜSEYN.”Get-gedə tükənir içində adam”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Get-gedə tükənir içində adam,
    İtir ümüdünün köçündə adam.
    Bu dürüst, bu güclü biçimdə adam,
    Kiçilir bir buğda dənəsi boyda.

    İkiyə bölünmüş düymə kimidir,
    Axtarsan samanda iynə kimidir,
    Gerçəyi göstərən ayna kimidir,
    Kim baxsa görünər şələsi boyda.

    O adam dağ deyil ucadan-uca,
    Laləzar bağ deyil çiçəklər aça.
    Taleyi balaca, ömrü balaca,
    Ürəyi kəpənək nəfəsi boyda.

    Nə sükut tanıyar, nə də tanış səs,
    Öləndə içində həyəcan, həvəs.
    Bütün kainatda yox ona qəfəs,
    Allahın yer adlı qəfəsi boyda…

  • A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.İ.Babayevin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

    Azərbaycan musiqi mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Arif İmran oğlu Babayev “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 21 fevral 2023-cü il

    Mənbə: https://president.az/

  • Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir

    Əsrlərin sınağından çıxan mənəvi dəyərləri, adət-ənənələri özündə yaşadan, bayramlarımızın şahı sayılan Novruz yaxınlaşır. Əslində, Novruz təbiətin canlanması, torpağın oyanması, ruhun təzələnməsi bayramıdır. Novruz təzə ili, baharın ilk gününü qarşılamaq, gecə-gündüz bərabərliyi deməkdir. Xalqımız yeni gün olan Novruz ərəfəsində çərşənbələrə daha böyük önəm verir. Deyilənə görə, Tanrı ilk insanı – Adəmi yaradarkən torpağa su qatıb, palçıqdan insan düzəldib, sonra ona isti nəfəs verib, baharda çiçəkləri, otları, ağacları oyadan yellərə əmr edib ki, onu canlandırsın. İnsan da bu dörd ünsürdən yarandığı üçün onları müqəddəsləşdirib, hərəsinə bir gün ayırıb. Beləcə, yazın, Novruzun müjdəçiləri olan su, od, yel, torpaq çərşənbələri yaranıb.

    AZƏRTAC xəbər verir ki, fevralın 21-i Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Xalq arasında bu çərşənbəyə əzəl çərşənbə də deyirlər.

    Su çərşənbəsi ilə bayrama hazırlıqlar başlayır. Deyirlər ki, Tanrı ilk olaraq suyu yaradıb. Buna görə su ilk çərşənbə kimi qeyd edilir. Su çərşənbəsində suyun müqəddəs mahiyyəti bir daha ifadə olunur. Bütün mifik mətnlərdə su həyat verən, dirildən, xoşbəxtlik gətirən müqəddəs bir inam obyekti kimi çıxış edir. Su çərşənbəsi boz ayın dörd müqəddəs çərşənbəsinin ilkidir. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınır. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərinin əsasını təşkil edir.

    Su üstündən atlanmaq, arzularını, diləklərini suya danışmaq, sübh tezdən evə bulaq suyu gətirmək və s. bu ayinlərdəndir. İnanclara görə, sübh tezdən bulaqdan götürülən su min bir dərdin dərmanıdır. Su çərşənbəsi ilə bağlı su falları da mövcuddur. Deyirlər, su həyat mənbəyi, aydınlıq rəmzidir. Su çərşənbəsində hamının həyətində tonqal qalanır və bayram ovqatının yaxınlaşdığı nəzərə çatdırılır. Həmin gün insanların bir-birinin üzərinə su atması da uğura işarədir.

    Əzəl Çərşənbəniz mübarək! Ömrünüz su qədər uzun və pak olsun!

    Qeyd edək ki, fevralın 28-də Od, martın 7-də Yel, martın 14-də isə axırıncı – Torpaq çərşənbəsi qeyd olunacaq. Novruz bayramı axşamı isə martın 20-nə təsadüf edəcək.

    Xatırladaq ki, bu il üçün yaz fəslinin Azərbaycana gəlişi martın 21-i Bakı vaxtı ilə saat 01:24:24-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 33 dəqiqə 23 saniyə olacaq.

    Mənbə: https://azertag.az

  • Azərbaycanın Xalq yazıçısının essesi Türkiyə portallarında

    Türkiyənin “detayhaberler.com”, “erikagacioyku.com”, “dibace.net”, “guvengazetesi.com”, “ığdırım76.com” kimi aparıcı xəbər və mədəniyyət portalları Azərbaycanın Xalq yazıçısı Afaq Məsudun baş vermiş təbii fəlakətlə bağlı qardaş türk xalqına ünvanladığı “Acın acımızdır, Türkiyə” essesinin yayımına başlayıb.

    AZƏRTAC esseni təqdim edir:

    Acın acımız, canın canımızdır, Türkiyə… Sinənə çəkilən bu dağ, qoynunda açılan qanlı yaralar, minlərlə bacı-qardaşımızı, oğul-qızlarımızı, körpələrimizi udan yarğanlar bütün Azərbaycanın, ümumilikdə böyük türk dünyasının qəlbini yaraladı, ruhunda dərin, dibsiz uçurumlar açdı…

    Nə baş verdiyini anlamayan yaralı körpələr… özü dağıntılar altında qala-qala, soydaşlarının, uşaqların, qadın və qocaların qurtulmasına çaba göstərən igid cavanlar, yaşlılar, yeniyetmələr… körpəsinə sarılıb onu öz canı bahasına qorumağa çalışan analar… həyatını dağıntılar altında itirmiş 15 yaşlı qızının uçuqlar arasından imdad diləyi ilə çölə asılan cansız əlini ovuclarında sanki ömrünün sonuna qədər səbirlə saxlayacaq çarəsiz ata… təkanlarının gücü getdikcə səngisə də, binaları titrətməyə davam edən zəlzələnin növbəti dağıntıları altında qalmaqdan çəkinməyən, qaçıb canını qurtarmaq əvəzinə, özünü qaynar nöqtələrin mərkəzinə atan qorxmaz tibb bacıları, fədakar həkimlər, jurnalistlər, operatorlar, xilasedicilər, sürücülər, fəhlələr…

    Bütün bu mənzərələr, ümuminsanlıq üçün oyandırıcı, sarsıdıcı hadisələr bir daha sənin yenilməzliyini, qəlbinin nəhəngliyini, gücünü Allaha, insana, həyata olan sonsuz sevgidən alan əbədi qalib ruhunun qüdrətini bütün dünyaya nümayiş etdirdi… şərəfli Türk tarixinin yeni səhifəsini yazdı…

    Sarsılma, ruhdan düşmə, ey bu dünyanın sarsılmazlıq və yenilməzlik Abidəsi! Var ol, yaşa, ucal, Çiçəklən! İşığın dünyanı bürüsün!

    Mənbə: https://azertag.az

  • Xalq artisti Ramiz Novruz vəfat edib

    Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı səhnə ustası, Beynəlxalq Teatr festifallarının mükafatçısı Ramiz Novruz vəfat edib.

    AZƏRTAC xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.

    Ramiz Novruzov (Ramiz Novruz) 1955-ci il mayın 25-də Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib. Təyinatla H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç (“Maskarad”, M.Lermontov), Məsxərəçi (“Muradın kələkləri”, T.Kazımov), General Şıxlinski (“Bütün Şərq bilsin”, Nəriman Həsənzadə) rollarını ifa edib. O, 1981-ci ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən teatrda hazırlanan tamaşalarda ona irihəcmli və mürəkkəb xarakterli rollar tapşırılıb. Teatr sənətindəki xidmətlərinə görə Ramiz Novruz 1993-cü ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1998-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

    R. Novruzun yaradıcılığının bir qolunu da kino fəaliyyəti təşkil edir. O, “Nizami” filmində Dərbənd elçisi, “Sizi dünyalar qədər sevirdim” filmində general Həzi Aslanov və s. rollara çəkilib. H.Cavidin “Topal Teymur” (Divanbəy), L.Tolstoyun “Kreyser sonatası” (Musiqi müəllimi), V.Şekspirin “Antoni və Kleopatra” (Antonio), O.Kamalın “Dodaqdan qəlbə” (Kənan bəy), “Yad qızı” (Nihad) və s. maraqlı rollar oynayıb.

    Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub.

    Allah rəhmət eləsin!

    Mənbə: https://azertag.az

  • Ömər Eldarova “Əmək” ordeni təqdim olunub

    Xalq rəssamı, heykəltaraş Ömər Eldarova 1-ci dərəcəli “Əmək” ordeni təqdim edilib.

    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Ömər Eldarov 2022-ci il dekabrın 20-də 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilmişdi.

    Xalq rəssamı ilə Heydər Əliyev Mərkəzində keçirilən görüşdə Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət nazirinin birinci müavini Adil Kərimli, Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev iştirak edib.

    Ömər Eldarovun Azərbaycan mədəniyyətinin inkişafındakı əvəzolunmaz xidmətləri, onun əsərlərinin Azərbaycan mədəniyyətinin zənginləşməsində rolu vurğulanıb. Eyni zamanda Rəssamlıq Akademiyasına rəhbərlik etdiyi illərdə gənc kadrların yetişməsində Xalq rəssamının böyük xidmətləri qeyd olunub.

    Mənbə: https://culture.gov.az/

  • “Seçmə aşiq şeirləri antologiyası” çap edilib

    Azərbaycan Aşıqlar Birliyinin (AAB) həyata keçirdiyi daha bir uğurlu layihə başa çatıb. Layihə çərçivəsində bu günlərdə “Seçmə aşıq şeirləri antologiyası” adlı kitab nəfis tərtibatla işıq üzü görüb.

    AAB-dən AZƏRTAC-a bildirilib ki, saz-söz ictimaiyyətinə və geniş oxucu kütləsinə təqdim olunan topluda, əsasən, aşıqların və saz-söz ifaçılarının repertuarında yer alan populyar aşıq şeirləri yer alıb. Üç bölmədən ibarət olan toplunun birinci bölümündə Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım kimi qədim ustadlardan başlayaraq Abdalgülablı Valeh, Şəmkirli Hüseyn, Aşıq Alı, Aşıq Ələsgər, Molla Cuma, Hüseyn Bozalqanlı, Növrəs İman, Aşıq Şəmşir, Mikayıl Azaflı və digər klassik aşıqların seçmə şeirləri cəm olunmuşdur. İkinci bölümdə “Koroğlu”, “Aşıq Qərib”, “Əsli və Kərəm”, “Şah İsmayıl”, “Novruz və Qəndab”, “Abdulla və Cahan”, “Tahir və Zöhrə” və digər dastanlarda yer alan məşhur şeirlər təqdim olunur.

    Antologiyanın üçüncü bölümünü aşıqlar arasında şeirləri geniş yayılmış el şairləri və tanınmış yazılı ədəbiyyat nümayəndələrinin seçmə şeirləri təşkil edir.

    Antologiya aşıqlar, saz-söz sənəti ilə yaxından məşğul olan elm adamları, yeni nəsil saz-söz ifaçıları, eləcə də tədris sahəsində çalışan müəllim və tələbələrin istifadəsi üçün nəzərdə tutulub.

    Kitabın elmi məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanlar Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya üzrə fəlsəfə doktoru, dosent Altay Məmmədli və Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu, redaktoru isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Xəlilovadır.

    Mənbə: https://azertag.az/

  • Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək

    Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi, Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək.

    Festivalın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin mədəniyyətə və gənclərə qayğısını rəhbər tutaraq, mədəniyyət sahəsində inkişafın təmin edilməsi, uşaqların vətənpərvərlik ruhunda, mədəniyyətə, incəsənətə, adət-ənənələrimizə bağlı tərbiyə olunmasıdır.

    Üç mərhələdən ibarət festivalda 6-17 yaş arası şəxslər peşəkar (sahə üzrə aidiyyəti təhsil müəssisələrində müvafiq təhsil proqramları əsasında təhsil alanlar) və həvəskar (müxtəlif kurslarda, dərnəklərdə və ya fərdi qaydada sahənin mənimsənilməsi ilə məşğul olanlar) olmaqla iki kateqoriya üzrə üç yaş qrupunda (6-9 yaş, 10-13 yaş və 14-17 yaş) iştirak edə bilərlər.

    Festivalda qeyd olunan yaşlar üzrə incəsənətin və yaradıcılığın müxtəlif növləri və janrları üzrə fəaliyyət göstərən kollektivlər, dərnəklər, solo ifaçılar, rəqqaslar, bədii qiraətçilər, musiqiçilər, rəssamlar, dekorativ-tətbiqi sənətlə məşğul olan istedadlı şəxslər də iştirak edə bilərlər. İştirakçıların qeydiyyatı fevralın 20-dən martın 30-dək  www.uif.az  internet saytı vasitəsilə aparılacaq.

    Festivalın ilk rayon (şəhər) mərhələsi 2023-cü ilin aprel-iyun aylarında keçiriləcək. Bu mərhələdə qalib olan iştirakçılar festivalın növbəti mərhələsində iştirak hüququ qazanacaq. İyun-avqust aylarında keçiriləcək ikinci mərhələdə fərqlənən iştirakçılar finala vəsiqə əldə edəcək. Festivalın final mərhələsi isə sentyabr ayında Bakı şəhərində təşkil olunacaq. İştirakçılar barədə yekun nəticə münsiflər heyəti tərəfindən verilən qiymətlər əsasında müəyyən ediləcək.

    Festival ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan təqdimatlar, rəqəmsal incəsənət nümunələri də daxil olmaqla ümumilikdə 21 nominasiya üzrə keçiriləcək:

    Rəqəmsal incəsənət – “Ümummilli lider Heydər Əliyev və Azərbaycan” (videoqraf, fotoqraf, müxtəlif kompüter proqramlarında hazırlanan təqdimatlar, həvəskar bloger);

    Piano ifaçılığı;

    Klassik simli alətlər ifaçılığı;

    Klassik nəfəs alətləri ifaçılığı;

    Azərbaycan xalq çalğı alətləri ifaçılığı;

    Akademik vokal;

    Estrada oxuma;

    Xanəndəlik sənəti;

    Aşıq sənəti;

    Xor;

    Caz ifaçılığı;

    Solo milli rəqs;

    Milli rəqs ansamblı;

    Solo müasir rəqs;

    Müasir rəqs ansamblı;

    Aktyorluq;

    Bədii qiraət;

    Hekayəçilik (stand-up);

    Dekorativ-tətbiqi sənət;

    Rəssamlıq;

    Heykəltаraşlıq.

    Festivalda hər bir iştirakçı yalnız bir fərdi nominasiyada iştirak edə bilər. Lakin kollektiv nominasiya üzrə festivala qatılanların əlavə bir fərdi nominasiyada da iştirak etməsi mümkündür.  Festivalın yekununda ən çox nominasiya üzrə iştirak etmiş və fəallıq göstərmiş şəhər və ya rayon növbəti il festivala ev sahibliyi edəcək.

    Qeyd edək ki, festivalla bağlı əlavə məlumatları Mədəniyyət Nazirliyi (https://culture.gov.az), Elm və Təhsil Nazirliyi (https://edu.gov.az) və Heydər Əliyev Mərkəzinin (https://heydaraliyevcenter.az) rəsmi internet səhifələrindən, 0502880147 mobil, 147 qısa nömrələrindən, həmçinin festivalın rəsmi internet saytı və sosial şəbəkə hesablarından əldə etmək mümkündür:  

    İnternet saytı – https://uif.az/

    Facebook – https://www.facebook.com/uif.az/

    Instagram – https://www.instagram.com/uif.az/

    Youtube – https://www.youtube.com/@uif_az/

    Tiktok – tiktok.com/@uif.az  

    Mənbə: https://culture.gov.az/

  • Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib

    Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumları rəhbərlərinin bu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, fevralın 17-də Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli Şəki şəhər Heydər Əliyev Mərkəzində vətəndaşlarla görüşüb.

    Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin Şəki şəhərində ucaldılmış abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi ehtiramla yad edilib. Sonra Heydər Əliyev Mərkəzinə baxış keçirilib.

    Gəncə şəhərindən, Şəki, Oğuz, Zaqatala, Qax, Balakən, Zərdab, Ağsu, Ağcabədi və Samux rayonlarından ümumilikdə 64 vətəndaş qəbulda iştirak edib. Onların müraciətləri əsasən işlə təmin olunma, fəxri adla təltif, sahə ilə bağlı təklif və mövcud problemlərlə bağlı olub.

    Qəbul zamanı hər bir vətəndaşın müraciətlərinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

    Görüşdə şəhid ailələri və qazilərin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.

    Xatırladaq ki, mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli tərəfindən bundan əvvəl 26 yanvar 2023-cü il tarixində Sabirabad şəhərində Sabirabad, Saatlı, Hacıqabul rayonları və Şirvan şəhərindən vətəndaşların qəbulu keçirilmişdi.

    Mənbə: https://culture.gov.az/

  • Məhəmməd NƏRİMANOĞLU.”Unudulmuş unudulmazlar”

    KİTABLARLA KEÇƏN KİTAB ÖMÜR

    Xuraman Hacıyeva Kəlbəcərdə kitabı sevən və sevdirən kitabxanaçıların

    da anası sayılırdı

    …Onun haqqında çoxdan, hələ əlimə ilk qələm alandan yazmaq istəmişəm. Amma, nə bilim, nədənsə, yaza bilməmişəm. Səbəbi-filanı da olmayıb. Bəlkə də haqqında yazdıqlarımdan daha çox mənim üçün əziz olub, mehriban çöhrəsində bir türk xanımının simasını görmüşəm. Xanım-xatınlığı, ziyalılığı, mehribanlığı, yurda, el-obaya bağlılığı, ən əsası isə kitabsevərliyi və sevdirməsiylə qəlbimə yazılıb adı da, fəaliyyəti də.

    …Anamı nə qədər çox istəyirəmsə, onu da o dərəcədə özümə doğma, yaxın, simsar bilmişəm. Axı, ana əvəzi həyətində mənə də doğmalıq göstərib, həm “sultanlıq illərim”də, həm də ailə qurduqdan sonra. Həyətində, evinin bir otağında mənə, sonralar ailəmizə sığınacaq verib. Bişirdiyi nə olubsa, ondan bizim payımızı əskik etməyib.

    İntizarda çox saxlamayacam sizi. Haqqında söz açmaq istədiyim xanım-xatın anamız, bacımız, xalamız, bibimiz Xuraman Hacıyevadır. O Xuraman ki, çoxlarına kitabı sevdirib. Kitabsevərliliyin xeyirni anladıb. Mehr-məhəbbətini qız balalarına və kitablara salmağı ilə yaddaşlara yazılıb.

    Hacı Şirinlər-

    Kəlbəcərdə köklü-köməcli nəsil

    Kəlbəcərdə köklü-köməcli nəsillərdən olub Hacı Şirinlər. Rəhmətlik Hacı Şirin oğlu Müseyib Kəlbəcərdə sayılıb-seçilən kişilərdən biri kimi xatırlanır. Bu nəsil-tayfadan boy atanlar ziyalılıqları, xeyirxahlıqları, alicənablıqları ilə nəinki Kəlbəcərdə, respublikada məşhur olublar.

    Xuraman xalanın qardaşı Cəlal əmi ilə atam Nəriman uzun illər eyni idarədə işləmiş, qardaş qədər dost olmuşdular. Demək olar ki, biz iki qardaş da Cəlal əminin gözləri qarşısında böyümüşdük. Atamızın yerinə idarədə gözətçi də qalardıq dərsdən sonra. Cəlal əmi bizi balalarından seçməzdi… Onun da ailəsini doğmalarımız kimi sevirdik. Cəlal əminin oğlu Mahirlə orta məktəbi bir sinifdə qurtarmışam. Sən demə, sonralar Xuraman xala ilə eyni mədəniyyət müəssisəsində – Kəlbəcər Rayon Mədəniyyət Şöbəsində (mən şöbədə, o isə MKS-də) işləyəcəkmişik.

    Xuraman Hacıyeva Bakı Mədənii-Maarif Texnikumunu bitirdikdən sonra Kəlbəcər şəhərindəki (o zamanlar qəsəbə adlanırdı) Mərkəzi Kitabxanada işləməyə başlayıb. İllər onun ömründən aldıqca, o, bu sadə, lakin çətin, şərəfli peşədə püxtələşmişdi.

    Onun kitaba sevgisindən bəhrələnənlər…

    Xuraman xalanın kitab sevdirdiyi Kəlbəcər gəncliyi artıq ömürlərinin ixtiyar çağlarını yaşayır. Neçə-neçə kəlbəcərli gənc məhz onun kitaba sevgisindən bəhrələnib BDU-nun Kitabxanaçılıq fakültəsini bitirmişdi. Mərhum Zimistan Həsənov (sonralar “Yenilik” qəzetinin baş redaktoru, RPK-nın təlimatçısı), Kifayət Cabbarova, İbrahim Atakişiyev, Şəhla İbrahimqızı, Briliyant Hüseynova, Oqtay Salahlı, Qərənfil Əhmədova, Nəcibə Əhmədova, Gözəl Ələkbərova, Məxmər İsmayılova, Miyasət Həsənova və s. kimi peşəkar kitabxanaçılar ondan az şey öyrənməmişdilər.

    Xuraman xala rayon miqyasında həm də bir ailə başçısı kimi də tanınır, sevilirdi. Bir çətən qız külfətini o, İkinci Dünya müharibəsindən qayıdan ömür-gün yoldaşı İsmayıl əmi ilə baş-başa böyüdəcəkdilər, zalım fələk aman vermədi.

    Xuraman xalanın qız balaları da özü kimi, xanım-xatınlıqları ilə seçilirdilər. Bu isə, əlbəttə, nəsildən, gendən gəlmə idi: qürurlu, əxlaqlı, tərbiyəli, mənəviyyatlı, abır-həyalı, ismətli…

    Bura qədər kəlbəcərli günlərimizə boylanmaq istədim. Xuraman xalagilin həyətində mərhum tələbə dostum və iş yoldaşım Mahir Orucovla subaylığın daşını atmamışdan kirayənişin kimi qalırdıq. Kənardan elə bilirdilər. Amma xatırlamıram, nə qədər orada subay qaldıq Mahirlə, amma, ailə qurduqdan sonra da Xuraman xala bizə sığınacaq verdi. Rayon mərkəzində işlədiyimiz üçün piyada kəndə gedib-gəlmək problemimizi bilən bu ana əvəzi xalamız bizə isti qucaq açmışdı.

    İlk xatirə: yaddaşımın boxçasından

    Mahir Orucovla Aşıq Şəmşir adına Kəlbəcər Rayon Mədəniyyət Evində işləyirdik. İkimiz də Xuraman xalagilin həyətində qalırdıq (yolumuz kəndə uzaq olduğuna görə). Mahir həddindən çox utancaq idi. Əxlaq, mədəniyyət nümunəsi idi. Zəif yox, zərif xarakteri vardı: tez inciyərdi-küsərdi. Xuraman xalanın bir çətən qız külfəti vardı (hər birinin də öz ailəsi-uşaqları). Amma hamımızın anası sayılan Xuraman xalanı tək buraxmırdılar – hər gün bu həyətdən uşaq səs-küyü əskik olmazdı. Qız nəvələri də az deyildi, maşallah olsun, hər biri də mələk kimi saf, gözəl, nümunəvi tərbiyəsi ilə.

    Mahir bu uşaqlardan da utanardı, təsəvvür edin: qızlar, nəvələr nənənin başına toplaşıb həyətdə (ev ikimərtəbəli idi. Taxta pilləkənin aşağısında, giriş qapısının yanında da su krantı) oturanda Mahir yaşadığımız birinci mərtəbədən bayıra çıxmazdı, dünya dağılsa da.

    Bir gün (günorta naharına) işdən evə gəlmişdik. Qızlar da, balaları ilə həyətdə idilər. Çay qoymağa suyumuz yox idi. Dedim ki, çaydanı götür, çıx krantdan su doldur gətir, mən də xörək qızdırım. Dedi ki, özün çıx, mən çıxa bilmərəm, həyət doludu arvad-uşaqla, necə çıxım?! Mən dedim, bu etiraz elədi. Axırda əlacsız qalıb boş çaydanı götürüb həyətə su gətirməyə çıxdı. Kaş, çıxmayaydı. Krantın üstünə sanki gözüyumulu getmişdi, çaydanı yarı doldurmamış geri qayıdanda necə tələsdisə, ayaqları dolaşıb üzüstə yıxıldı. Vaaay! Həyətdə qışqırıq qopdu. Qaçdım həyətə ki, yazığın ayağı iliçib balaca bir daşa, nəyəsə, yıxılıb. Üz-gözü qan içindəydi. Qaldırdım, əl-üzünü yuyub apardım evə. Yıxılmağının səbəbini demədi. Sonralar öyrəndim ki, yazıq qızları görüb tələsik evə qayıdıb ki, onun su gətirdiyini görməsinlər. Onda da ayaqları dolaşıb bir-birinə və yıxılıb. O gün onu da gördüm ki, Xuraman xala bir ana kimi özünü necə atdı Mahirin üstünə.

    Mahiri qaldırdıq. Yüngülcə dizi sıyrılmışdı. Yazıq Mahir düz bir ay məni dindirib-danışdırmadı. Elə-belə, dilucu danışdırdı. İncimişdi ki, onu su gətirməyə qəsdən göndərməsəm, o da qızların yanında büdrəyib yıxılmaz, biabır olmazdı. Belə saf, səmimi idi dostum, Allah rəhmət eləsin!

    Arzu dilimizdə qabar bağladı …

    Bu acılı-şirinli xatirəni yada salmaqda məqsədim həm də kəlbəcərli günlərimizi unutmamaq, Xuraman xalanın özünün və qız balalarını necə başına toplayıb bir ana nəvazişi, qayğısı ilə (hətta, ailələlərini, nəvələrini də) yaşamaqdan zövq almasını oxuculara çatdırmaqdır.

    …Bu da Kəlbəcərdən perik düşdüyümüz sonrakı illər. Kəlbəcərlilərin daşı atıldı ölkənin 56 rayonunun 700-dən yuxarı kənd-kəsəyinə. Ölən öldü, qalanlar isə yarımcan, xəstəhal Kəlbəcəri görmək arzusu dilində qabar bağladı. Kəlbəcərə gedən yollar sinəmiz kimi dağlandı: bircə bəndə yolçusu olmadı. Ölməz Ənvər Rzanın “Kəlbəcərə gedən yollar” şeirinə qabaq-qənşər mən də bir gəraylı yazıb internetdə (focebookda) paylaşmışdım. Şeirə münasibət bildirənlər arasında Xuraman xalanın nəvəsi də var imiş: Kəmalə Hacıyeva. Mən Kəmaləni Kəlbəcərdə uşaqikən görmüşdüm. Elə elektron dünyanın imkanları bizi virtual olaraq qarşılaşdırdı. Nələri itirdiyimizi onunla bölüşdük. Anası, bacım qədər çox istədiyim Solmaz xanımın səsini eşitdim, üzünü də gördüm. Ailənin Bərdədə məskunlaşdığını öyrəndim.

    Və bir gün kəlbəcərlilərin sevimlisi, mənim isə ana-bacım kimi gördüyüm, duyduğum, əllərindən çörək, xörək alıb yediyim, imkansız günlərdə evində, məhləsində gənc ailəmizə sığınacaq verib, balalarından ayırmayan Xuraman xala haqqında indiyə kimi bir sətir fikir, xatirə yazmadığımı özümə bağışlaya bilmədiyimi dedim. Məmnuniyyətlə, məlumat, şəkil-faktlar verdilər qızları Kəmalə ilə Şəlalə.

    Kəlbəcər – həsrətin çəkdiyimiz körpəlik beşiyi

    İlk həmsöhbətim də elə böyük bacı, Bakı Slavyan Universitetinin Filologiya fakultəsinin məzunu, Kəlbəcər 106 saylı tam orta məktəbdə dil-ədəbiyyat müəlliməsi və Təhsil Nazirliyinin xüsusi təlimçi vəzifəsində işləyən Kəmalə xanım Hacıyevadır:

    -Bilirsiniz, Kəlbəcərin əvəzedilməzliyini yalnız biz kəlbəcərlilər, yəni o cənnətdə doğulanlar demir. Orada doğulmayıb, həsrətində yaşayanlar da Kəlbəcər üçün qan-yaş tökür. Axı, Kəlbəcərin tayı-bərabəri (təbiəti də, insanları da) sərvət idi. Bu fikirin müəllifi mən deyiləm. Yaxşı yadımdadır. 1996-cı ilin aprel günlərinin birində Ulu Öndər Heydər Əliyev bir qrup kəlbəcərli ziyalıları qəbul edirdi. Orada Kəlbəcər haqqında çox dəyərli fikirlər səsləndirildi, əvəzedilməzliyi xüsusi vurğulandı. Xatirimdə qalan, sonralar isə müxtəlif kitab və məqalələrdən oxuduğum, yaddaşıma həkk olunan bu oldu ki, Ümummilli Liderimiz Kəlbəcərin insanlarını da təbiəti kimi sərvət hesab edirdi.

    Kəmalə müəllimə ailədən, ata-anasından, Xuraman nənəsindən söz açmazdan öncə Kəlbəcərini – həsrətini çəkdiyi körpəlik beşiyində keçirdiyi günləri xatırladı. Yandı-qovruldu. Bəhməndən, Sücaətdən, Qəmkeşdən bənd-bənd şeirlər dedi. Sonra da keçdi Murovdağdan bu üzdə qələmi dərd yazan kəlbəcərli şairlərdən, buraxılan kitablarından danışmağa. Birdən yadına düşdü ki, bəs, nənəsindən, babasından… danışırdı axı. Beləcə, fikrinə körpü saldı. Döndük ailəyə:

    -Hə, onu deyirdim axı. Böyük xalam Qələnfilin bir oğlu, beş qızı var, maşallah olsun. Hədiyyə nənəmin ilk nəvə hədiyyəsidi.Ondan sonrakılar isə Yasəmən, Mehparə, Təranə, Vüqar, Mehribandır. Vüqar Neft Akademiyasının bakalavr pilləsini, sonra isə magistraturanı bitirib…”

    Telefonun o başında duyulan həyəcan

    Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə Ərazi İdarəsində 13 ildir mütəxəssis kimi çalışan Şəhla xanım söhbətimizə qoşulur. Əlavə edir ki, Xuraman nənəsinin ikincii övladı anası Solmazdır: “…Anam Kəlbəcərdə Uşaq Xəstəxanasında tibb bacısı işləyirdi. Atam Möhübbət isə 2003-cü ildə Kəlbəcər həsrətinə dözə bilmədi, qəfildən dünyasını dəyişdi. Dörd bacıyıq. Bacım Yaqut ailəlidir, iki oğlu var. Kəlbəcər Rayon Aşıq Şəmşir adına Mədəniyyət Evində işləyir. Bacım Lamiyyə də ailəlidir: bir qızı, bir oğlu var, işləmir. Mən orta məktəbi bitirəndə ölkədə müharibə gedirdi, ali təhsil almaq arzuma çata bilmirdim. Nəhayət, gec də olsa, iqtisadiyyata qəbul oldum. İşimdən və xidmətimdən razıyam. Cənab Prezidentimiz İlham Əliyev demişkən, xalqa xidmət, vəzifəsindən asılı olmayaraq, hər kəsin borcudur…”

    Kəmalə müəllimə bacısının fikirlərini davam etdirir: “Xalam Əsmər nənəmin üçüncü övladıdır. O, əczaçılıq texnikumunu bitirib, üç uşağı var idi: (bir qədər duruxur, telefonun o başında həyəcan duyulur. Hiss edirsən ki, kövrəlib, dili topuq vurur, nəhayət, o, göz yaşlarını silib sözünə davam edir) iki oğlu, bir qızı. Oğlu İlqar qəfil hadisə zamanı həyatını itirdi. Allah rəhmət eləsin dünyasını dəyişənlərin hamısına…”

    Xuraman xalanın ömür yolunda qalan izlər

    -Sahibə xalam gənclik illərindən Bakıda yaşayır, iki qızı, bir oğlu var,- Kəmalə müəllimə, dərindən köks ötürüb sözünə davam edir: – Həyat yoldaşı Miryusifi vaxtsız itirdi, çox cavan rəhmətə getdi. Amma xalam bu çətinliyin öhdəsindən tək və bacarıqla gəldi: üç uşağı ali məktəbdə oxutdurdu, ev-eşik, ailə-uşaq sahibi etdi. Bir şeyi də qeyd edim ki, xalam Sahibə ilə Xuraman nənəmin taleyində o qədər bənzərlik var ki. Nənəm də İsmayıl babamı vaxtsız itirib. Təkbaşına 5 qız böyüdüb, hamısını da oxudub ev-eşik sahibi etmişdi Xuraman nənəm. Mətanət xalam evin beşinci qızı olub. Nənəm ona həm ana olub, həm də ata. Uzun müddətdir ki, Kəlbəcər Rayon Mədəniyyət Evində işləyir. Üç qızı var. Onlar da ailəlidir. Hə, o, həm də nənədir axı, başını qatanları var…”

    …Bu da Xuraman Hacıyevanın ömür yolunda qalan izlər. Beş qız balasının talelərinə yazılanların heç də hamısı ürəkaçan olmayıb. Biz də o qəmli notlara toxunmadıq. Mənnən həmsöhbət olan hər iki nəvəsi sevib-seçdikləri peşələri ilə nəinki analarına maddi dəstək olurlar, həm də xalqımıza xidməti özlərinə mənəvi borc sayırlar. Özgə nələri var ki?! Kəlbəcərlilər yerində olsaydı, onlar da bəxt-talelərindən könülaçan fikirlər söyləyər, daha dərd yumağı sarımazdılar ki.

    Şəhla xanım Yaradanın yazdığı qismətə tale payı kimi baxır. Tanrısına daha çox sığındığını deyir. İnanır ki, əvvəl-axır Kəlbəcər erməni dığalarından azad, Dilqəmlə Şahbaz əsirlikdən xilas ediləcəklər. Qıldığı namazında etdiyi duaların ilkini Kəlbəcərin Tanrı tərəfindən azad olunmasıdır.

    Hicran, ayrılıq və vüsal yaşları…

    .. Bu qızların hər ikisi ilə anaları Solmaz xanım qürur hissi keçirdiyini deyir. Elə qız balalarının hamısını da nəzərdə tutur. Xuraman xalanın el-oba arasında seviləsini əziz və xoş xatirə kimi yaddaşına yazıb:

    -Anamızın Kəlbəcərdə necə sevildiyini gördükcə, vallah, qardaşsızlıq ağrısını unutmuşduq. Qardaşlı bacılara heç vaxt həsəd aparmadıq. Çünki elə qardaş-bacılar görürüdük ki… Anamızın kitablarla keçən ömrü örnək idi. Atamızı erkən itirmişdik. Ailəmizin bütün kişi qayğıları da anamızın üstündəydi. Ona görə biz daha da məsuliyyətlə oxuyur, gələcəyimizi qurmaq üçün öz imkanlarımızdan istifadə etməli idik. İllər gəlib keçdi. Anasızlıq ağrısını da yaşayası olduq. Bu az imiş kimi, Kəlbəcərimizi də itirdik. 30 ilə yaxındır ki, Kəlbəcər həsrəti ilə sabahları açır, Tanrıya yalvarırıq ki, bizim qalanımızı heç olmasa qəribməzar eləməsin. İnanırıq ki, o gün gec-tez olacaq: ağlaya-ağlaya Murovu bu üzə aşan kəlbəcərlilər vüsal yaşları ilə də o tərəfə yol başlayacaq…”

    Ayağı çisginli, başı dumanlı,

    Gəzmək istəyirəm o dağı bir də.

    Bulaq nəğməsinə qarışa səsim,

    Qımışa qönçənin dodağı bir də.

    Qaranquş qayıda qura yuvasın,

    Duyaq bir doyunca bahar havasın.

    Çəkəm o dağların cövrü-cəfasın,

    Olmaya ağzımda dad ağı bir də.

    Duman ötə, zirvələrə, çən gələ,

    Dünya mənə səma kimi gen gələ.

    Alça tumurcuğu açıla, gülə,

    Bəzənə-düzənə budağı bir də.

    Bu şeirlə qızlarla sağollaşıb ayrılırıq. Amma, xəyalımda Murovdağdır hələ də. Xuraman xalanın peşə və qəlb dostu olmuş, doğma bacılar qədər bir-birinə bağlı anam Güllərlə qardaşım İbrahimi Murovdağda axtardığım o müdhiş günlər dumanlı olsa da, canlanır. Daha yaza bilmirəm. Dilimin ucuna o dəhşətli günlərə yazdığım bir şeir gəlir:

    Anam, sənə acı layla çalıram,

    Gecələr sübhəcən, Güllərim mənim!

    Qollarını boynuma da salıram,

    Axır gözlərimdən sellərim mənim.

    Qayıtmır baxışım qızdan-gəlinnən,

    Gözlərim anamı arayır, gəzir.

    Xəyalımda Murovdağdı hələ də,

    Anam, yalın ayağını daş-qaya əzir.

    Başdaşına söykəyəndə üzümü,

    İsitmir yanağın axan göz yaşım.

    Kim verə bilər ki, ana qucağın,

    Qoyum dizi üstə ağrıyan başım?!

    Məhəmməd NƏRİMANOĞLU,

    Bakı, 31 avqust 2019-cu il

  • Məhəmməd NƏRİMANOĞLU.”Şərəfin, şanın ucalığında dayanan varlıq!”

    …Müqəddəs varlıqlardan biri – zərif, incə məxluq epitetləri ilə obrazlaşdırılmış qadın tarix boyu ulu Yaradanın ən gözəl əsərlərindən sayılıb.

    Ana və Vətən!

    Bu iki müqəddəs varlıq bir-biri ilə sanki əkiz yaranıb. Peyğəmbərimiz buyurub ki, cənnət anaların ayaqları altındadır! Ana sözünün Vətənlə qoşalaşması hər iki ifadəni bir az da qüvvətləndirib, insanlara sevdirir. Çünki bu zaman Ana Vətən obrazı yaranır.

    Ana ailəyə istilik, xeyir-bərəkət gətirir. Ana qardaşa bacı, həyat yoldaşına həyan, simsar, sirdaşdır. Ana yurddaşdır – yurd daşıdır. Pərvazlandırdığı, qanadlandırıb yuvadan uçurduğu balalarının yolunu yurdda, ocaqda daim intizar dolu baxışlarla gözləyəndir. Ana kişinin çiyindaşı, məsləkdaşı, ömür-gün dostu, həyat yoldaşıdır. Ana varlıqlar içərisində hər kəsdən başdadır: baş tacıdır. Ana həm də el-obada ağbirçək – yolgöstərəndir…

    Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir

    8 Mart tarixi qadın və gözəllik bayramı kimi qeyd olunur. Lakin tarixə diqqətlə nəzər salsaq, görərik ki, bu bayram heç də romantik hadisələr nəticəsində yaranmayıb. Bu bayramın qeyd olunmasının həm də qədim tarixi var.

    Ötən əsrin 90-cı illərindən Azərbaycan qadınları daha müqəddəs bir obraza çevrildilər, səhnədə deyil, həyatda. Qarabağın qanlı-qadalı illərində dəhşətli qırğınlar törədilən, Yer üzündən silinən bir yurda, yaddaşlarda daşlaşan Xocalıya dönüb isti qucağında, qundağında körpəsi boğulan, yurdu dağıdılan, fəryadları qulaqlardan getməyən, diri-diri tonqallara qalanan, balalarına əli yetməyən bir ağbirçək obrazını xatırlatdı analar! Demək olmur ki, əsirlikdə, girovluqda neçə-neçə qız-gəlinlərimiz erməni vandallarının, daşnakların amansız təcavüzünə məruz qaldılar. Namusunu erməni quldurlarından qorumaq üçün qayaların başından özlərini Tərtər çayına atan ana-bacılarımızı unutmaq mümkündürmü?!

    Bəşəriyyətin yarıdan çoxunu təşkil edən qadınlar, analar – bu zərif məxluqlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir.

    Analar eyni olurlar…

    8 Mart – Beynəlxalq Qadınlar Günü ilə bağlı Ümummilli Lider Heydər Əliyevin söylədiyi fikirlər bütün zamanlarda aktualdır: “Bu bayram, doğrudan da, bizim bütün bayramlar içərisində ən gözəl bayramdır. Çünki bu, qadınlara həsr olunubdur. İnsan cəmiyyətində qadının rolu, əhəmiyyəti məlumdur. Qısaca onu demək olar ki, qadınsız həyat yoxdur. Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün başqa xidmətlərlə yanaşı, ona görə ən yüksək qiymətə layiqdirlər ki, onlar anadırlar…”

    Qadınların özünəməxsusluqları odur ki, onlar xarakter baxımından bir-birinə bənzəməzlər: zəif olduqları qədər də güclülükləri ilə diqqət çəkirlər. Onları birləşdirən yeganə bir ad var – ANA! Qadınlar fərqli, analar isə eyni olurlar. Onlar istəkləri, arzuları, sevinc və kədərləri ilə bir-birilərinə bənzəyirlər. Bütün analar övlad yolunda hər cür cəfaya hazır olurlar – gözlərinin nurunu, saçlarının qarasını, gecələrin bal yuxularını balalarından əsirgəmirlər. Beşik başından ayrılmayan ana balasının nağıllı-noğullu dünyasını qurur, onu əzizləyir…

    “Qəriblər ağısı oxuyan durna”nın vida nəğməsi

    Bu fikirlər illərlə doğma yurduna həsrət qalan bir ananın son pıçıltılarıdır. 2005-ci ildə, “baharın gülşən çağında” bülbüllər cəh-cəh vurub ötəndə bağda biri də ahu-zar içindəydi, adı Güllər, güllərin ən gözəli-göyçəyi. Sinəsində söz cücərdən, simasından nur, qələmindən və qəlbindən lirik duyğulardan daha çox həsrət, hicran, nisgil, intizar, qəm-möhnət süzülən bir ananı deyirəm. Yuxusuz gecələrinin əsəri olan xalı-xalçalarda barmaqlarının izi, dildə-ağızda şirin sözü qalan Güllər Məmmədqızının ilk kitabının adından da görünürdü ki, qəlbinin göylərini qara bulud alıb. Ona görə də gözlərindən ağ yağış sellənərdi “Qəriblər ağısı oxuyan durna”nın – Güllər ananın! Kəlbəcərsizlyə dözə bilmədi: “Orda açıb, burda solan bir güləm” dedi oxucularına, radio dinləyicilərinə…

    17 il Göyçə, Qarabağ… Kəlbəcər həsrətini böyütdü dərdli sinəsində. Misralarından boylandı yurd ağrıları. 28 ildən sonra “dəmir yumruq” düşmən başına enəndə, Qarabağı – Şuşası, Kəlbəcəri… azad ediləndə anamın da ruhu o gün sevindi…

    “Qaytar ana borcunu”

    Analar balalarına ömür qıyır, quş kimi qol-qanad verib pərvazlandırırlar. Yuvasından qanad açan balalar, təəssüf ki, heç də həmişə bu müqəddəs varlıqların “kirpikləri ilə od götürmələrini” dəyərləndirə bilmirlər.

    Bədii əsərlərdə obrazlaşdırılmış belə nümunələr az deyil. S.Rüstəmin “Ana və poçtalyon” şeirinin qəhrəman obrazı olan ananın oğul yolu gözləməkdən gözləri tor gətirmədimi?

    Əli Kərimin “Qaytar ana borcunu” şeirində ananın gücü ürəyində onu qınamağa da yetmir. Bircə balasına yalvarır ki, “gümanımı yanıltma…”

    Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün!

    …Ana cəmiyyətdə də öz vacibliyini təsdiqləyən, adilikdən ali kürsülərədək ucalan bir vətəndaş, həm də yaradıcıdır: xalq sənətini yaşadan xalçaçıdır, tikməçidir, əyricidir, toxucudur… Ana müəllimdir, həkimdir, təyyarəçidir, mühəndisdir, nəhayət, şairdir, bəstəkardır, rəssamdır, səhnə xadimidir…

    Analar müqəddəsdirlər, həm də Vətənə şəhid oğul verdikləri üçün! Analar zülmə tabedir, düşmən tapdağında qalan, tar-mar edilən yurdu dağıldığına görə! Analar dözümlüdürlər, ağır dərd-sərə, ağrı-acılara sinə gərdikləri üçün! Qarabağ dərdi sinələrində qaynayan analar səbirlidirlər, atalardan fərqli olaraq! Sinələrinə çəkilən bala dağını sevib əzizlədiklərinə görə analar əbədilik qazanıblar!

    Kim deyil ki, analar?! Sənət dünyasının sevilənləri sırasında, önündə gedənlərdirlər! O, adidir! O, alimdir, o, diplomatdır! O, Koroğluya Nigar, Qaçaq Nəbiyə Həcərdir, bu gün isə şəhidlərimizin, qazi və Milli Qəhrəmanlarımızın anasıdırlar!..

    Analar ölməzdirlər, əbədidirlər – şəhidlik zirvəsini qazanan oğulları kimi!

    Məhəmməd NƏRİMANOĞLU,

    “Azərbaycan”

  • Yazıçı-publisist Şamil Fərzəliyevin doğum günüdür

    Bu gün Azərbaycan ədəbiyyatı və mətbuatının görkəmli nümayəndəsi, yazıçı, publisist və dramaturq, Yazıçılar və Jurnalistlər ittifaqlarının üzvü Şamil Xurşud oğlu Fərzəliyevin (Şamil Xurşud) doğum günüdür.

    AZƏRTAC xəbər verir ki, anadan olmasının 89-cu ildönümü tamam olan Şamil Xurşud ömrünün 30 ildən çoxunu milli mətbuatımızın inkişafına həsr edib.

    Şamil Fərzəliyev 1934-cü il fevralın 18-də Ucar rayonunda anadan olub. Rayonda 1 nömrəli orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. Universiteti müvəffəqiyyətlə başa vuraraq “Azərbaycan gəncləri” qəzeti redaksiyasının ədəbi işçisi, sonra isə ədəbiyyat və incəsənət şöbəsinin müdiri vəzifəsində çalışıb. 1967-ci ildə Moskvanın İctimai Elmlər Akademiyasını bitirdikdən sonra Azərbaycan KP MK-nın təbliğat və təşviqat şöbəsinin təlimatçısı olub. O, 1972-ci ildə “Azərbaycan gəncləri” qəzetinin redaktoru vəzifəsinə təyin olunub. 1981-ci ildə “Kirpi” satirik jurnalının baş redaktoru vəzifəsinə irəli çəkilən istedadlı qələm sahibi ömrünün sonunadək bu vəzifədə çalışıb. Ş.Fərzəliyev 1986-cı ilin aprelin 24-də uzun sürən xəstəlikdən sonra 52 yaşında Tbilisidə vəfat edib.

    Təcrübəli jurnalist, tanınmış publisist ötən əsrin altmışıncı illərdən başlayaraq oçerk, felyeton, publisistik yazıları ilə respublika mətbuatında çıxış edib, hekayələri, povest və pyesləri işıq üzü görüb. Onun “Sizi unutmaram”, “İnsan yaşayır”, “Azarkeş nənə”, “Xəstələr”, “Özüm və özün”, “Ağaclar kəsilmədi”, “Naxırçı çörəyi” və “Sakitlik olmayacaq” kitabları indi də oxucular tərəfindən sevilə-sevilə oxunur. Müxtəlif illərdə yazdığı dram əsərləri Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında, Lənkəran Dövlət Dram Teatrında və İrəvan Dövlət Dram Teatrında tamaşaya qoyulub.

    Yazıçının “Səndən sonra” kitabı ölümündən sonra “Şərq-Qərb” nəşriyyatında çapdan çıxıb. Yaradıcılığı haqqında Azərbaycanın görkəmli nasir və şairləri, o cümlədən Xalq yazıçısı Əli Vəliyev, Xalq şairi Məmməd Araz, ədəbiyyatşünas-alimlər Qulu Xəlilov, Xalid Əlimirzəyev, şairlər Şahmar Əkbərzadə, Məmməd Aslan, yazıçılar Yusif Kərimov, Nahid Hacızadə, Əmir Mustafayev və onlarla digər tanınmış qələm sahibi dəyərli fikirlər söyləyiblər.

    Ş.Fərzəliyev “Qızıl qələm” mükafatı laureatı olub və bir sıra Fəxri fərman və medallara layiq görülüb. Ucarda adını daşıyan küçə var.

    Mənbə: https://azertag.az

  • Brüsseldə Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adı sərgisi açılıb

    Ölkəmizin Belçika Krallığındakı səfirliyi Brüsseldə dünyaşöhrətli foto-jurnalist Reza Deqatinin “Xocalı: Yaralı ruhlar” adlı foto-sərgisini keçirib.

    AZƏRTAC xəbər verir ki, sərginin açılışında əvvəlcə Türkiyədə, Suriyada və Xoy şəhərində baş vermiş dağıdıcı zəlzələlər nəticəsində həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

    Səfir Vaqif Sadıqov çıxış edərək, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni qaniçənləri tərəfindən 613 mülki şəxsin öldürüldüyünü, o cümlədən 8 ailənin tamamilə yox edildiyini, 1300 nəfərin əsir götürüldüyünü, yüzlərlə azyaşlının valideynsiz qaldığını bildirib, insanlığa qarşı cinayət olan Xocalı soyqırımı haqqında ətraflı məlumat verib.

    Reza Deqati çıxışında bir vaxtlar əsas sənəti olan memarlığı atıb foto-jurnalistika ilə məşğul olmasının məhz insanlığa qarşı sevgisindən irəli gəldiyini söyləyib, həqiqətlərin mədəniyyət və sənət vasitəsilə yayılmasının ən qüvvətli vasitə olduğuna inandığını qeyd edib. O, insanların ölümünə, binaların, tarixi abidələrin, həyati infrastrukturun dağılmasına səbəb olan müharibələrin, təbii fəlakətlərin, böhranların sağ qalan insanların yaddaşlarında sağalmayan yaralar açdığını bildirib.

    Tədbir çərçivəsində ölməz bəstəkarımız Fikrət Əmirovun nəvəsi, istedadlı pianoçu-bəstəkar Nəzrin Əfəndiyevanın Belçikada yaratdığı “Trio Manestri” üçlüyünün ifasında Xocalı faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş konsert keçirilib. Pianoda Nəzrin Əfəndiyevanın, skripkada Mari-Karmen Suarezin və fleytada Astrid Gallezin ifasında Azərbaycan xalq mahnıları, F.Əmirovun, A.Rozmanın, K.Azedianın, L.Einaudinin, V.Azaraşvilinin bəstələri və N. Əfəndiyevanın “613 xatirəsinə” və xüsusilə bu tədbir üçün ərsəyə gətirdiyi “Azərbaycan miniatürləri” kompozisiyaları səsləndirilib.

    Açılış mərasiminə qatılan diplomatik korpusun nümayəndələri, Avropa İttifaqının rəsmiləri, Belçikanın mədəniyyət, mətbuat və akademik dairələrinin nümayəndələri və digərləri sərgiyə böyük maraq göstərərək, hər bir fotoşəkil haqqında məlumat alıblar.

    Vüqar Seyidov

    AZƏRTAC-ın xüsusi müxbiri

    Mənbə: https://azertag.az

  • Beynəlxalq Muğam Mərkəzində şair Davud Nəsibin xatirəsi anılıb

    Beynəlxalq Muğam Mərkəzində şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

    AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Yazıçılar Birliyi, “Qazax” Xeyriyyə İctimai Birliyinin və şairin ailəsinin birgə təşkilatçılığı ilə hazırlanıb.

    Türkiyədə baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanan gecədə Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə çıxış edib. Davud Nəsiblə 14 il bir yerdə çalışdığını diqqətə çatdıran xalq şairi unudulmaz xatirələrini bölüşüb. “Davud Nəsibin şeirlərindəki ədəbi hisslər başdan-ayağa poetik rənglə cilalanıb. Şairin yaradıcılığını oxuduqca onun həm də sözün, ruhun, torpağın keşikçisi olduğunu görürük ”, – deyə Nəriman Həsənzadə vurğulayıb.

    Xatirə gecəsində aktyorların ifasında Davud Nəsibin “Cavanşir” tarixi romanı nümayiş olunub. Şairin şeirləri və sözlərinə yazılmış musiqilər səslənib.

    Qonaqlara Davud Nəsibin “Cavanşir” tarixi romanı və iki cildlik “Ata laylası” kitabı hədiyyə edilib.

    Mənbə: https://azertag.az

  • Nigar ARİF.”BARIŞ”

    Özündən küsən adam,
    Günahların çoxdumu?
    Itirdiyin özünsən,
    Qazandığın yoxdumu?

    Kim səni aldı səndən?
    Harda, necə unutdu?
    Kim tutdu ürəyini,
    Kim bu qədər ovutdu?

    Kim çürütdü ömrünü,
    Üzünə baxa-baxa?
    Nələr qoydu gözündə,
    Gözündən axa-axa?

    Bəlkə elə özünsən?
    Özünə dərd olmusan.
    Sevincini əlindən,
    Bəlkə özün salmısan?

    Özünə dərd eləmə,
    Dərdindən bezən adam,
    Yollarından yorulub,
    Fikrində gəzən adam.

    Qayıt, yoluna qayıt,
    Barış o küsdüyünlə.
    Əlini ver, dur, görüş,
    Əlini üzdüyünlə.

  • Nigar ARİF.”Heç bilmirəm harda bitdi”

    Heç bilmirəm harda bitdi,
    sona yetdi sevgimiz.
    Nə vaxt,necə hörüldü,
    ayrılıq çələngimiz.
    Bəlkə də lap əzəldən
    görüşməli deyildik…
    Doğrudanmı bir eşqə,
    ya həvəsə əyildik?..
    Bəlkə də uşaq idik
    məhəbbətin əlində,
    O əl ayırdı bizi…
    Bəlkə də… bəlkə də yanılıram,
    Biz özümüz böyütdük,
    Elə bir-birimizi…
    Bəs ayrılıq nə idi,
    Ayrılıq nə imiş bəs?
    Ayrılıq bir acı çay,
    Ayrılıq zəhər imiş.
    Hər gün yuxusuz gecə
    yuxusunu tapanda,
    Ayrılıq səhər imiş.
    Oxuduğun kitabda
    tapdığın bir incə söz,
    bir ovuc qəhər imiş.
    Ayrılıq zəhlətökən,
    Ölümdən betər imiş…
    Heç bilmirəm harda idi
    ayrılığın qapısı.
    Guya bilsəm nə olsun?
    Onsuzda indən belə nə mən dönən deyiləm,
    Nə də ki sən o qapını açası…

  • Xəyalə SEVİL.Yeni şeirlər (2023)

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Necə keçir günlərin
    Dilindəki qürurla,
    Ürəyindəki yasla?
    Sevişə bilirsənmi
    Məndən sonra ehtirasla?
    Mən bir az alışmışam.
    Məni fağır bilən
    Xatirənin üstünə
    Dinə dilirəm daha.
    Qışın axşam doqquzunda
    Həyətdəydim, bilirsən?
    Qaranlıq qorxumu da
    Yenə bilirəm daha.
    Arabir nəbzini yoxlayıram
    Yaddaşımın-
    Nə qədər sağ qalmısan?
    Kiçiltmədim hörmətini,
    Xətrini,
    Hələ də dağ qalmısan.
    Sən ən yaxın keçmişim,
    Sən ömrümün son ili,
    Şairin dediyi kimi:
    “Ayrılıq da sevdaya daxil,
    Ayrılanlar hələ sevgili”.

    * * *

    Səni harda başladım?
    Harda bitirdim səni?
    Çıxdım ürəyimin qapısınacan,
    Ötürdüm səni.
    Yolun yaxın olmasın.
    Nə doğmamsan, nə yadım,
    Əllərini üz, dedin,
    Ümidini kəs, dedin,
    Kəsdim,
    Yeddi qapıya payladım.
    Azın, çoxun qalmasın.
    Ruh deyilsən, can deyilsən,
    Həvəssən, bədəndən çıxdın.
    Elə də sevmədim səni.
    Ürəyimin zirvəsinə
    Hərdən çıxdın…
    Eh! Mənim də gizli-gizli
    Darıxmağım olmasın.

  • Ruh qohumum Əkbər Qoşalının 50 yaşına

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Gənclər üçün Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Muğan Bölməsninin Rəhbəri

    Əkbər Qoşalı ilə 25 ildən artıqdır, dostluq edirik. Ötən əsrin 90-cı illərinin ortalarından üzü bəri keçmişimin hansı məqamını xatırlasam, orda Əkbər var. Həm də bu məqamlar keçmişimi gözəlləşdirən, xatırladıqca çöhrəmi açan, bəzən ötən günlərimi özlədən məqamlardı. İnsanı yoldaşqlıqda tanıyarlar. Əkbər bəylə yoldaşlığımız çox olub. El dili ilə desəm, dəfələrlə eyni qabdan çörək yemişik. O, Salyanda mənim ata ocağımda, Qaraçuxurda qaldığım evdə, mənsə, dəfələrlə onun əvvəllər Əhmədli qəsəbəsində yaşamış olduğu evində, sonralar Atyalı qəsəbəsində minbir əzabla tikdirdiyi evində olmuşam. Dəfələrlə bölgələrə – Salyana, Biləsuvara, Cəlilabada, Lənkərana və digər yerlərə səfərlər etmişik. 2009-cu ilin avqust ayında Ukraynanın Krım yarımadasında 7 gün səfərdə olmuşuq. Türk dünyasından gələn yüzlərlə qələm adamının qatıldığı konfransda iştirak etmişik, ayrı-ayrı-yazarlarla görüşüb dərdləşmişik, birlikdə Turan dünyasının böyük oğlu İsmayıl bəy Qaspıralının məzarını ziyarət etmişik, bu səfər çərçivəsində zamanımız olduqca Qara dənizin göz yaşı kimi duru sularında üzmüşük. Dünya Gənc Türk Yazarlar Birliyinin Krımda keçirilən konfransında bu qurumun Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri seçilməyim də bu səfərimi unudulmaz edən məqamlardan biri olmuşdu.

             Əkbər Qoşalı mənim ruh qohumumdur. Bizi eyni amal, eyni ideya və hədəflər birləşdirib. Dünya Gənc Türk Yazarlar Birliyinin yarandığı ilk gündən bir yerdə olmuşuq. Amma tarixi ədalət naminə qeyd etməliyəm ki, biz iki nəfər omamışıq. O illərə boylananda Aygün Həsənoğlunu, Rəsmiyyə Sabiri, İlqar İlkini, bir dönəmdə Təranə Turanı, Nərgiz Cabbarlını, Oqtay Hacımusalını, Güllü Yoloğlunu və onların bu yöndə çabalarını, gərginliklərini və yaşadıqları həyacanı xatırlayıram. Bizi bir amal birləşdirirdi – Türk dünyasının birliyi, bütünlüyü və türk soyları arasında ədəbi – mədəni əlaqələrin gücləndirilməsi. Və bir də böyük arzumuz vardı; türk toplumları dünyanın harasında yaşamasından asılı olmayaraq, bir-birini asanlıqla başa düşə biləcək səviyyədə ortaq türkcə formalaşsın, iki türkün anlaşması üçün hansısa yad dilə gərək qalmasın. Tanrının izni ilə bu istəklərimiz və çabalarımız uzun illərdən sonra türk respublikalarının dövlət siyasətinin ana xətti olmaq üzrədir. O illərdə yuxarıda adını çəkdiyim qələmdaşlarımdan ən çox görüşdüyüm Əkbər bəy idi. Bəzən 5 gün ard-arda axşamlar görüşər, dərdləşər, düşüncə və qayğılarımızı bölüşərdik. Bəlkə bu gün kimlərəsə inandırıcı görünməyə bilər, amma əsla özəl qayğılar və sorunlar bizim söhbətimizin mövzusu olmazdı. Mövzu hər zaman bir idi – türk dünyasının bu günü və sabahı. Necə edək ki, türk dünyası üçün daha faydalı olaq? Necə edək ki, türk toplumlarının ədəbiyyatını Azərbaycanda, eləcə də qarşılıqlı olaraq, Azərbaycan ədəbiyyatını digər türk toplumlarında tanıdaq? Ortaq türkcənin yaranması üçün bizim qatqı və faydamız nə ola bilər və bundan ötrü nə etməliyik? – kimi sorulara cavab axtarardıq. Tanrıya şükürlər ki, illər ərzində bu yöndə xeyli işlər görə bilmiş, bizdən sonra gələnlər üçün cığır açmağı bacarmışdıq. O cığırı yola çevirmək vəzifəsi bizdən sonra gələnlərin çiynindədir artıq.

          Tanıyanlar bilir ki, nadir hallarda ithaf şeiri yazmışam. 90-cı illərin sonlarında Əkbər Qoşalıya və Aygün Həsənoğluya ithafən  hansı coşqu və sevgi ilə yazmışamsa, bu gün də o anları xatırlayanda qanım sevgi ilə coşur. Əkbər bəy ədəbi mühitdə hər bir dərdimi, qayğımı sona qədər bölüşə biləcəyim yeganə şəxs olub. Mənə elə gəlirdi ki, o, məni hər kəsdən daha yaxşı duyur. Elə bu nədənlə o illərdə ona belə yazmışdım:

                Bir sözə, bir xalqa, bir haqqa güvən,

                Haqq yoldan peşiman olan yox hələ.

                Səni mənim qədər ürəkdən sevən,

                Məni sənin qədər duyan yox hələ.

    Dəyərli oxucum irad tuta bilər ki, yaradıcı adamdan yazırsan, ancaq yaradıcılığından sitat gətirmirsən. Məndən ötrü Əkbər bəyin davranışı, həyata və insanlara baxışı, hadisələrə yanaşması, ətrafında yaşananlara, baş verənlərə yazılı və şifahi münasibəti, hətta düşüncələrini ifadə edərkən mimikası və əl hərəkətləri… hamızı yaradıcılıq örnəyidir. Bir dəfə türk ölkələrinin birindən səfərdən qayıtmışdı. Oradakı durumu soruşdum. Əkbər indiyə qədər unutmadığım maraqlı cavab verdi. Dedi ki, sanki o ölkədə külək bir ayrı cür əsir, Günəş bir ayrı cür doğur, ağaclar fərqli boy atır, sular bir ayrı cür axır. Bax, eyni şeyi Əkbər Qoşalı (yeri gəlmişkən, mən qədim dostuma çox zaman Əkbər yox, Qoşalı deyə müraciət edirəm. Bilmirəm, nədənsə bu söz mənə daha doğma gəlir) haqqında deyə bilərəm. Hamı kimi baxsa da, görsə də hamı kimi düşünmür və münasibət bildirmir. Hər şeyə fərqli yöndən baxmağı və fərqli sonuclara varmağı bacarır. Ancaq o, bunu fərqli görünmək üçün etmir. İstəsə də bunu bacarmaz. Anadolular demişkən, Əkbər bəyin yapısı belədir. Tanrı ona fərqli özəlliklər verib.

             Bu günlərdə gənc yazarımız İntiqam Yaşar zəng eləmişdi. Əkbər bəyin 50 illiyi ilə bağlı kitab çapa hazırlandığını dedi. Bu söz məni bir az diksindirdi. Əkbəri “ikidən sonra beş alması” (25 yaşı) münasibəti ilə təbrik etdiyim, elə bilirəm dünən olub. İllər gerçəkdən də su kimi axıb gedir(miş). Onunla tanış olduğumuz zamanlarda 20 yaşı yenicə adlamış gənclər idik. Bu gün artıq dostum ağsaqqal deyə biləcəyimiz yaşa qədəm qoyur. Əziz dostumu qarşıdan gələn 50 illik yubileyi münasibəti ilə təbrik edirəm. Ona can sağlığı, yaradıcılıq uğurları, yeni-yeni yubiley yaşlarını qeyd etməyi və rəhmətlik Oqtay Rza demişkən, 100 yaşı adlayıb keçməsini diləyirəm. Və bir də arzu edirəm ki, uğruna bir ömür fəda etdiyi Türk dünyasının gerçək birliyini, Turanı görsün, dünyanın harasında yaşamasından asılı olmayaraq, türk soyundan gələn hər hansı bir şəxslə yad dildə anlaşmaq zorunda qalmasın. Həm də bunlar tezliklə, sıradakı yubiley yaşına qədər çin olsun!

            Tanrı dağlarında, Turan günündə görüşənədək, Qoşalı!

                                                                   Namiq Hacıheydərli

  • Mədəniyyət Nazirliyi Mikayıl Useynov və Sadıq Dadaşovun birgə ucaldılacaq abidələri ilə bağlı müsabiqə elan edib

    Mədəniyyət Nazirliyi görkəmli Azərbaycan memarları Mikayıl Useynovun və Sadıq Dadaşovun xatirələrinin əbədiləşdirilməsi məqsədilə Bakı şəhərində ucaldılacaq abidənin eskiz layihələrinin hazırlanması üçün heykəltaraşlar arasında açıq müsabiqə elan edir.

    Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə fevralın 17-dən aprelin 17-dək keçiriləcək.

    Eskiz layihələr Mədəniyyət Nazirliyinin “Heykəltaraşlıq abidələrinin, xatirə-memorial və memarlıq komplekslərinin ucaldılması və demontajı üzrə Ekspert komissiyası”nın üzvləri tərəfindən qiymətləndiriləcəkdir. Layihələrin müzakirəsi qapalı şəraitdə keçiriləcək.

    Müsabiqənin qalibi barədə məlumatlar əsas mərhələ başa çatdıqdan 15 gün sonra – mayın 15-də Mədəniyyət Nazirliyinin rəsmi saytında (culture.gov.az) yayımlanacaqdır. İkinci və üçüncü yeri tutan müəlliflərə müvafiq olaraq 2000 manat və 1000 manat məbləğində pul mükafatı təqdim ediləcək.

    Qeyd edək ki, müsabiqə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 8 oktyabr 2022-ci il tarixli “Mikayıl Useynovun və Sadıq Dadaşovun birgə abidəsinin ucaldılması haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə həyata keçirilir.

    Mənbə: https://azertag.az

  • Ərəb portalı Bakının görməli yerlərindən yazıb

    Ərəb ölkələrin ortaq “Saidati” turizm portalında Azərbaycanın paytaxtı Bakı şəhərinin ən yaxşı məkanları barədə məqalə və fotoşəkillər yerləşdirilib.

    AZƏRTAC xəbər verir ki, məqalədə qədim tarixi olan İçərişəhərin əcnəbi turistlərin ən sevimli məkanı olduğu qeyd edilib. Oxucuların diqqətinə çatdırılıb ki, buradakı müxtəlif əsrlərə aid nadir tarixi-memarlıq abidələri Azərbaycan xalqının qiymətli xəzinəsi kimi qorunub saxlanılır. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

    Məqalədə Dənizkənarı Bulvar barədə də ətraflı məlumat verilib. Qeyd olunub ki, hələ 1909-cu ildə Xəzər dənizinin ətrafında salınan bulvar paytaxt sakinlərinin və şəhərin qonaqlarının istirahət yeridir. Burada Bayraq meydanı, müxtəlif attraksionlar, restoran və kafelər, ticarət obyektləri yerləşir.

    Ərəb oxucuların diqqətinə Bakının digər görməli yerləri – bulvardakı “Şeytan çarxı”, Təzəpir məscidi, Milli Azərbaycan Tarix Muzeyi haqqında da məlumat verilib.

    Mənbə: https://azertag.az

  • Azərbaycanlı yazıçı İlahə Səfərzadənin “Gerçəyin izində” adlı yeni romanı işıq üzü görüb

    Azərbaycanlı yazıçı İlahə Səfərzadənin “Gerçəyin izində” adlı yeni romanı işıq üzü görüb.

    Roman psixoloji səciyyə daşıyır.

    Qeyd edək ki, bu, İlahə Səfərzadənin sayca üçüncü romanıdır. Yazıçının daha öncə “Son xəyanət” və “Naməlum məktub” romanları nəşr edilib. Bundan başqa, İlahə Səfərzadə çoxsaylı hekayələrin müəllifidir

  • Lütviyyə Əsgərzadəni doğum günü münasibətilə təbrik edirik! (17 fevral)

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
    Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi 

  • Yazıçı Varisin “Sonuncu ölən ümidlərdir” adlı yeni kitabı yaxın günlərdə kitab mağazalarında!

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Əli Bəy Hüseynzadə mükafatı laureatı, istedadlı yazıçı Varisin (Varis Yolçuyev) “Sonuncu ölən ümidlərdir” adlı yeni kitabının 7-ci təkrar nəşrini, yeni redaktədə yaxın günlərdə kitab mağazalarında əldə etmək mümkün olacaq.

  • Özbəkistanda keçiriləcək ölkəmizə dair müsabiqənin nominasiyaları elan edilib

    Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2023-cü il üzrə Özbəkistan mətbuatı, ictimaiyyəti arasında ölkələrimiz və xalqlarımız arasında tarixi dostluq və əməkdaşlığa dair müsabiqə elan edib.

    2023-cü ilin Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar, Mərkəz müsabiqəyə “Heydər Əliyev və Türk dünyası”, “Heydər Əliyev və Özbəkistan” adlı nominasiyaları daxil edib.

    Bu barədə AZƏRTAC-a Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzindəb məlumat verilib.

    Bildirilib ki, TÜRKSOY tərəfindən 2023-cü ilin Şuşanın “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar eyniadlı nominasiya müsabiqədə yer alıb və bu nominasiya üzrə Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi, mədəniyyət paytaxtımız Şuşa şəhəri, onun tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələr təqdim oluna bilər.

    Mərkəzdən bildirilib ki, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində Şuşanın azad olunması, işğaldan qurtarılmış Azərbaycan ərazilərində bərpa və quruculuq işləri, dinc əhalinin öz yurd yerlərinə qayıdışına dair məqalələrə, televiziya verilişlərinə nominasiyada üstünlük veriləcəkdir.

    Həmçinin Özbəkistan Respublikasında 2023-cü il Prezident Şavkat Mirziyoyev tərəfindən “İnsanlara diqqət və keyfiyyətli təhsil ili” elan olunduğundan bu mövzuda müsabiqəyə nominasiya əlavə edilib.

    Nominasiyalar arasında Azərbaycan-Özbəkistan dostluğu, əməkdaşlığı, tarixi əlaqələri, dövlətlərimizin strateji müttəfiqliyi mövzusu da yer alıb.

    Müsabiqədə sadalanan mövzular üzrə “məqalələr”, “televiziya verilişləri”, “sənədli filmlər”, “tərcümə əsərlər”i, habelə “Azərbaycan və Özbəkistan haqqında ən çox materiallar dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı)”, dostluq və əməkdaşlığımızı fəal təbliğ edən dövlət və ictimaiyyət nümayəndələri Azərbaycan Mədəniyyət Mərkəzinin fəxri diplom və pul mükafatlarına layiq görüləcəklər.

    Qeyd edək ki, müsabiqədə qalib gələn Özbək jurnalistlər ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı əldə edəcəklər.

    Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bu mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi məkanları, işğaldan azad edilmiş bölgələrdə olaraq, mədəniyyət, turizm məkanlarını ziyarət edir, orada çəkilişlər aparır, xüsusi məqalələr hazırlayırlar.

    Müsabiqəyə göndərilən materiallara hər iki ölkənin ictimaiyyət, mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərin iştirak etdiyi xüsusi Təşkilat Komitəsi tərəfindən baxılır və qiymətləndirilir. Materialların qiymətləndirilməsi müstəqil ekspertlər – müvafiq sahədə zəngin bilik və təcrübəyə, ictimai nüfuza malik, müsabiqənin nəticəsində marağı olmayan peşəkar şəxslər tərəfindən həyata keçiriləcək.

    Müsabiqə üçün nəzərdə tutulan materialların surəti və elektron variantı Azərbaycan Mədəniyyət Mərkəzinin culcenter.az@gmail.com elektron poçtuna göndərilməsi tələb olunur. Hər jurnalist müsabiqəyə yalnız bir məqalə təqdim edə bilər. Materialların təqdim olunma müddəti elan dərc olunduğu tarixdən başlayır. Son təqdim olunma tarixi 2023-cü il noyabrın 30-na müəyyən edilib.

    Mənbə: https://azertag.az

  • Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun…

    zərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası maraqlı və özünəxas cəhətlərə malikdir. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Şairin dərin lirizmi ilə səciyyələnən diqqətəlayiq zəngin bədii irsi çoxəsrlik Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus bənzərsiz hadisədir.

    AZƏRTAC xəbər verir ki, bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasından 128 il ötür.

    “Qəzəl de ki, məşhuri-dövran ola” – Füzulinin bu kəlamından bizi beş əsrlik bir zaman ayırır və qəzəl dünyamızda Füzulidən sonra neçə ustad şair bu janrda hünər göstəriblər. “Böyük Füzulimizin yadigarı mən özüməm”, – deyirdi Vahid. Dahi Füzulini özünün böyük ustadı adlandıran Əlağa Vahid, onun bədii üslubundan, işlətdiyi əruz bəhrlərindən, təsvir və ifadə vasitələrindən, qafiyə və rədiflərindən bilavasitə faydalanaraq öz yaradıcılığında bədii sözün məna dolğunluğuna, ifadə səlisliyinə nail olub. Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.

    Əlağa Vahid 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.

    Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.

    Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.

    Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,

    Sevməyən öz xalqını, öz yurdunu divanədir.

    Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.

    İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.

    Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.

    Qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi ölkə başçısının Sərəncam ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.

    Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.

    Mənbə: https://azertag.az

  • Əkbər Qoşalının şeirləri “Xudafərin”, “İdel” və “Dvina” jurnallarında

    Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının 50 ilik yubileyi ərəfəsində şeirləri Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN”, qardaş Tatarıstanın nüfuzlu “İDEL” və Arxangelskdə çıxan “DVİNA” ədəbiyyat jurnallarında yayınlanıb.  

    “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Əkbər Qoşalının “Çobanbayatı” poeması Güneyli soydaşlarımızın Tehranda çıxardığı “XUDAFƏRİN” (www.khudafarin.ir) jurnalında, ərəb qrafikalı fars əlifbasına uyğunlaşdırılaraq, 79-88-ci səhifələrində yayınlanıb. Jurnalın qurucu-baş redaktoru Dr. Hüseyn Şərqidərəcək Soytürkdür. 2 min tirajla yayınlanan “Xudafərin” 19 ildir gün üzü görür. “Xudafərin” Azərbaycanın Quzeyini Güneyinə, Güneyini Quzeyinə tanıtmağa xidmət edən elmi-ədəbi, ictimai araşdırma jurnalıdır.

    “İDEL” isə qardaş Tatarıstanın 1989-cu ildən çıxan nüfuzlu ədəbi-bədii, ictimai nəşrdir. Əkbər Qoşalının “İDEL”də yayınlanan şeirlərini tatarcaya tanınmış tatar şair-tərcüməçisi Lenar Şeyx uyğunlaşdırıb.

    Arxangelskdə gün üzü görən “Dvina” jurnalı “Quzeyin ədəbi yetişmə yeri” olaraq tərif edilir. “Biz həmyerlilərimizin – milli ədəbiyyatın klassikləri Mixail Lomonosovun, Boris Şerqinin, Fedor Abramovun yaradıcılığına sayğı ilə  yanaşır və miras olaraq qoyuruq” deyən, özünəxas ədəbi gələnəklərə əsaslanan “Dvina” 20 ildir nəşr olunur. Əkbər Qoşalının “Dvina”da yayınlanan şeirlərini ruscaya Moskvada yaşayan istedadlı şair-tərcüməçi Nilufər Şıxlı çevirib.

    “Ədəbiyyat və incəsənət”

    (16.02.2023)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • DGTYB ənənəvi şeir müsabiqəsinin vaxtını ertələyib

    Xəbər verdiyimiz kimi, Dünya Gənc Türk Yazarlar Birliyi sabah – 17 fevral 2023-ci (saat 15:00) tarixində mərhum şairə Fərqanə Mehdiyevanın xatirə gecəsi və  xatirəsinə həsr olunmuş ənənəvi şeir müsabiqəsi təşkil etməliydi. Amma qurum bildirir ki, Türkiyədə baş vermiş dəhşətli zəlzələyə görə tədbir ertələnib və vaxtı barədə əlavə məlumat veriləcək. 

    Xatırladaq ki, şərtlərə görə 15 fevral 2023-cü il tarixinədək 40 yaşa qədər olan gənc yazarlar (istənilən mövzuda bir şeirini ( ferqanemukafat2023@gmail.com ünvanına göndərməklə) müsabiqəyə qoşulublar.   

    15 fevral 2023-cü il tarixinədək müsabiqəyə göndərilmiş şeirlərdən ikinci mərhələyə keçənlər şeir gecəsində müəlliflər tərəfindən səsləndiriləcək və münsiflərin canlı səsverməsi ilə qaliblər seçiləcək. Müsabiqənin qalibinə Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən təsis olunmuş “Fərqanə” ədəbi mükafatı, ikinci və üçüncü yeri tutan iştirakçılara isə diplomlar təqdim olunacaq.  Tədbir Dünya Gənc Türk Yazarlar Birliyinin və “Fərqanə ədəbi məclisi”nin  birgə təşkilatçılığı ilə baş tutacaq.

    “Ədəbiyyat və incəsənət”

    (16.02.2023)

    Mənbə: https://edebiyyatveincesenet.az/

  • Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” Beynəlxalq elmi konfrans keçirilib

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Məhtimqulu Fəraqi – dünya ədəbiyyatının görkəmli şairi” adlı Beynəlxalq elmi konfransı keçirilib. Konfrans AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib. Konfransa Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov, Türkmənistandan gəlmiş alimlər də qatılıblar.

    Tədbirdən öncə Türkmənistan mədəniyyətini əks etdirən sərgiyə baxış olub.

    Beynəlxalq konfransı AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açıb. Akademik İsa Həbibbəyli Azərbaycan-Türkmənistan əlaqələrinin tarixindən bəhs edərək, bu əlaqələrin müstəqillik illərində daha da inkişaf etdiyini xatırladıb, qeyd olunan istiqamətdə ulu öndər Heydər Əliyevin xidmətlərindən danışıb. İki qardaş ölkə arasında münasibətlərin Ümummilli Liderin atdığı möhkəm təməllər üzərində sürətlə inkişaf edərək yeni mərhələyə yüksəldiyini vurğulayıb.

    Bu gün Türkmənistan-Azərbaycan elmi-ədəbi əlaqələrinin inkişafında yeni bir mərhələnin həyata keçirildiyini deyən akademik İsa Həbibbəyli bu istiqamətdə dövlətlər səviyyəsində mühüm işlərin görüldüyünü qeyd edib. Bildirib ki,  Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən imzalanmış rəsmi sənədlər qardaş ölkə Türkmənistanla dərin kökləri olan əlaqələrin çoxistiqamətli inkişafı baxımından yeni üfüqlər açır. Bu istiqamətdə yaradılmış yeni imkanlar Azərbaycan-Türkmənistan əlaqələrinin bütün sahələrdə daha da inkişaf etdirilməsinə stimul verir. AMEA və Türkmənistan Elmlər Akademiyası arasında qurulmuş əməkdaşlıq əlaqələrinin yeni mərhələsi çərçivəsində Azərbaycan-Türkmənistan əlaqələrinin elmi-mədəni inkişafı, o cümlədən görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin həyat və yaradıcılığının öyrənilməsi baxımından əhəmiyyətli işlər görüldüyünü, mühüm tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

    Məhtimqulu Fəraqinin zəngin ədəbi irsinin Azərbaycanda geniş tədqiq edildiyini deyən akademik İsa Həbibbəyli ölkəmizin şairin yaradıcılığının, ideallarının öyrənilməsi baxımından ikinci böyük mərkəz olduğunu söyləyib. Alim bildirib ki, bu istiqamətdə görülmüş işlərdən biri AMEA alimlərinin ilk dəfə olaraq Bakıda aşkar edib üzə çıxardıqları Məhtimqulu Fəraqinin əlyazma “Divan”ının nəşr edilməsi olub: “Bu, Məhtimqulu Fəraqinin 1913-cü ildə Buxara şəhərində daş basması üsulu ilə çap edilmiş və indiyədək naməlum qalan yeganə nüsxəsidir və şairin irsinin öyrənilməsinə ən böyük töhfəmizdir”.

    Akademik İsa Həbibbəyli, həmçinin bugünkü konfransda yer alan sərginin əhəmiyyətindən bəhs edib. O, burada nümayiş olunan materialların Türkmənistan ab-havasını ölkəmizə gətirdiyini bildirib, sərgidə mühüm əsərlərin təqdim olunduğunu diqqətə çatdırıb. Görkəmli mütəfəkkir Məhtimqulu Fəraqinin 300 illiyinin qeyd edilməsi ilə əlaqədar olaraq Türkmənistanda böyük şairə həsr olunmuş silsilə tədbirlərin keçirilməsinin planlaşdırıldığını vurğulayıb. Məhtimqulu Fəraqiyə həsr olunmuş ilk beynəlxalq tədbirin Azərbaycanda keçirildiyinə diqqət çəkərək bu baxımdan konfransın önəmini qeyd edib. Vurğulayıb ki, bugünkü konfrans da iki ölkə arasında qardaşlığın bir nümunəsidir. 

    AMEA rəhbəri çıxışının sonunda Məhtimqulu Fəraqinin 300 illik yubileyinə töhfə olaraq böyük mütəfəkkirin zəngin ədəbi irsi ilə bağlı ortaq kitabın nəşr olunması təklifini irəli sürüb. Məhtimqulu Fəraqinin “Divan”ını qonaqlara hədiyyə edib.

    Konfransda Türkmənistan Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Qurbanməmmet Elyasov çıxış edərək Azərbaycanda türkmən xalqının qüdrətli şairi Məhtimqulu Fəraqi yaradıcılığına göstərilən diqqətə görə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Məhtimqulu Fəraqinin yaradıcılığı təkcə türkmən xalqının deyil, dünyanın digər xalqlarının da mədəniyyətinə təsir göstərmişdir. Şairin zəngin irsi dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmiş, onun əsərləri bir çox xalqların dillərinə tərcümə edilmişdir. Qurbanməmmet Elyasov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən görkəmli türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin 300 illik yubileyi münasibətilə 2024-cü ilin “Məhtimqulu ili” elan edildiyini diqqətə çatdırıb.

    Səfir ortaq mənəvi dəyərlər və dini-mədəni köklərlə bir-birinə bağlı olan Türkmənistan-Azərbaycan münasibətlərindən söz açaraq, son illərdə ölkələrimiz arasında müxtəlif istiqamətlərdə yüksələn xətlə davam edən əməkdaşlıq əlaqələrinin dərinləşdiyini və genişləndiyini vurğulayıb. Qurbanməmmet Elyasov  Türkmənistanın Azərbaycandakı səfiri kimi iki qardaş ölkə arasında münasibətlərin daha da gücləndirilməsi üçün hər cür dəstəyi göstərəcəyini bildirib.

    Sonra Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Məhtimqulu Fəraqi və Molla Pənah Vaqif şeirinin özəllikləri” adlı məruzə ilə çıxış edərək hər iki şairin şeirlərini nümunələr əsasında müqayisə edib.

    Türkmən filoloqlardan Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil,  ədəbiyyat və milli əlyazmalar İnstitutunun Lüğət, terminologiya və dil mədəniyyəti şöbəsinin müdiri, filologiya  üzrə fəlsəfə doktoru Ata Qılıcov, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil,  ədəbiyyat və milli əlyazmalar İnstitutunun Xalq yaradıcılığı şöbəsinin elmi işçisi Yusup Lallakov, Türkmənistan Elmlər Akademiyasının Məhtimqulu adına Dil, ədəbiyyat və milli əlyazmalar İnstitutunun Müasir türkmən dili və tarixi şöbəsinin elmi işçisi Qurbanberdi Qurbangeldiyev şairin yaradıcılığının müxtəlif istiqamətləri haqqında məruzə ediblər.

    Azərbaycanlı alimlərdən filologiya üzrə fəlsəfə doktoru, dosent İsmixan Osmanlı “Məhtimqulu Fəraqinin poemaları” və filologiya üzrə fəlsəfə doktoru Töhfə Talıbova “Məhtimqulu Fəraqinin əsərlərinin müstəqillik dövrü Azərbaycan ədəbiyyatında tədqiqi məsələləri” adlı məruzə ilə çıxış ediblər.

             Konfransda Türkmənistan Mədəniyyət Mərkəzinin Dövlət muzeyinin sərgi işlərini hazırlama şöbəsinin müdiri Aymırat Amanqılıcov, Türkmənistan Dövlət Rəssamlıq Akademiyasının “Təsviri” incəsənət fakültəsinin “Nəqqaşlıq” kafedrasının təcrübəçi müəllimi Mıratmergen Kulıyev və Ədəbiyyat İnstitutunun Türk xalqları ədəbiyyatı şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Nizami Tağısoy çıxış ediblər.

    Gülnar Səma

    AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

    İctimaiyyətlə əlaqələr şöbəsi

  • Azərbaycanlı şairə Şəlalə ADİLQIZInın şeirləri “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-cü sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının baş redaktoru müavini, gənc xanım yazar Şəlalə Adilqızının şeirləri  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-c3 sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı yazıçı Səbinə Yusifin hekayəsi “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-cü sayında fars dilində dərc olunub

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının təşəbbüsü ilə gerçəkləşdirilən “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qazax Bürosunun Rəhbəri istedadlı yazıçı Səbinə Yusifin “Onun adı nə idi?!” adlı hekayəsi  İran İslam Respublikasının paytaxtı Tehran şəhərində fəaliyyət göstərən “Xudafərin” elmi-ədəbi, kültür dərgisinin 213-cü sayında fars dilində dərc olunub.

    “İran-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
    və İctimaiyyətlə əlaqələr şöbəsi.

  • Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Qışın bu qar soyuğunda,”

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

    Qışın bu qar soyuğunda,
    Nə fəlakət, bu nə zülüm.
    Allah hər ölüm görmüşdük,
    Görməmişdik belə ölüm..
    Türk dünyamın gecəsində
    Qan ağladı bu səhərim.
    Soyudu isti ocaqlar,
    Dağıldı doğma şəhərim.
    Aman Allah körpələrim
    İnildədi beton altda.
    Bu dünyamız neçə dərddə,
    O dünyamız neçə qatda.
    Qara geydi, göy büründü,
    İnsanların ah fəğanı.
    Zəlzələnin tufanları,
    Aldı neçə min bir canı…
    Anaların göz yaşından
    Hər qaya, hər daş ağladı.
    Dada çatan, imdad edən,
    Hər dost, hər sirdaş ağladı.
    Ağlama, türküm, ağlama
    Sən şərəfim, ləyaqətim.
    Əzilsə də əyilməyən,
    Haqq yolçusu türküm mənim.
    Ölən bir türkün yerinə
    Bil ki, yüz türk doğulacaq.
    Hər kəs türkə dost desə də,
    Türkün dostu türk olacaq.
    09.02.23

  • Ötən il Azərbaycana səfər edən rusiyalıların sayı artıb

    Rusiya turizm operatorları 2022-ci ildə Azərbaycana səfər etmək istəyənlərin sayının artığını bildiriblər.

    AZƏRTAC xəbər verir ki, Rusiya Turizm Operatorları Assosiasiyasının apardığı sorğunun nəticələrinə görə, turoperatorlar Azərbaycana turların sayının artmasına səbəblərdən biri kimi, Rusiya regionlarından birbaşa aviareyslərin açılmasını və biletlərin qiymətinin aşağı düşməsini göstərirlər.

    Eyni zamanda, Rusiya turizm mütəxəssisləri qeyd edilər ki, Azərbaycana giriş üçün koronavirus məhdudiyyətlərinin olması rusiyalı turistlərin ölkəmizə marağını nisbətən azaldır. Onların fikrincə, koronavirus məhdudiyyətlərinin ləğvi Rusiyadan Azərbaycana turist axınını 30-40 faiz artıra bilər.

    Turoperatorlar rusiyalıların Azərbaycana, əsasən, ekskursiya və şəhər turlarına, eləcə də müalicə məqsədilə gəldiklərini vurğulayırlar. Bu il, həmçinin Azərbaycan kurortlarında qış turizmi də rusiyalılar üçün cəlbedici olub.

    Fəridə Abdullayeva

    AZƏRTAC-ın xüsusi müxbiri

    Moskva 

    Mənbə: https://azertag.az

  • Gənclər Kitabxanasının əməkdaşları Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar materiallar hazırlayıb

    Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının əməkdaşları 14 Fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar hazırladıqları materialları virtual rejimdə istifadəçilərə təqdim ediblər.

    Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materiallarda mütaliənin, şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində olan əvəzsiz rolundan, faydalarından bəhs edilir. Videoçarxda Kitab Bağışlama Gününün tarixi, məqsədi, qeyd edildiyi dünya ölkələri haqqında geniş məlumat verilir, bu günün kifayət qədər müasir və gənc bayram olduğu qeyd edilir. Materiallarda, həmçinin Gənclər Kitabxanasında mütaliə ilə əlaqədar keçirilən tədbir, aksiya və görüşlərdən fotolar da nümayiş olunur.

    Mənbə: https://azertag.az

  • Azərbaycanın turizm imkanları İsraildə təbliğ edilir

    Dövlət Turizm Agentliyi (DTA) və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə İsrailin Təl-Əviv şəhərində keçirilən Beynəlxalq Aralıq dənizi Turizm Bazarı (IMTM) sərgisində ölkəmizin turizm imkanları təqdim olunur.

    DTA-dan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC, “Şahdağ” Turizm Mərkəzi və Dağ Yəhudiləri Muzeyi də daxil olmaqla ümumilikdə 14 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.

    Ziyarətçilər Azərbaycanın tarixi, mədəni irsi, milli mətbəx nümunələri, adət-ənənələri, dağ-xizək mərkəzləri, şərabçılıq, qolf, sağlamlıq, dağ və qış turizmi imkanları ilə yanaşı, ölkəmizdəki qədim yəhudi irsi haqqında ətraflı məlumatlandırılırlar.

    Sərgi çərçivəsində İsraildən və digər iştirakçı ölkələrdən olan təmsilçilərlə ikitərəfli görüşlər və media nümayəndələri ilə müsahibələr təşkil edilir.

    Məlumat üçün bildirək ki, 2022-ci ildə Azərbaycana 23 min 935 nəfər İsrail vətəndaşı səfər edib.

    Bununla yanaşı, 14-17 fevral tarixlərində Azərbaycan Turizm Bürosunun nümayəndə heyəti İsraildə keçirilən Qlobal Turizm İnnovasiya Forumunda iştirak edir. Forumda təmsil olunmaqda əsas məqsəd “Slou Fud” Böyük Qafqaz səyahət marşrutunun interaktiv xəritəsinin yaradılmasıdır.

    Qeyd edək ki, 2021-ci ildən İsraildə Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.

    Mənbə: https://azertag.az

  • Kardelen 115.Sayı Ocak-Mart 2023

    Kardelen 115.Sayı Ocak-Mart 2023

    KARDELEN’İN 115. SAYISI ÇIKTI

    Yayın hayatına başladığı ilk günden beri “Fikrin değerini bilenlere…” hitap eden Kardelen dergisinin 115. sayısı çıktı. Kardelen bu sayısında; “Türk mimarîsi” konusunu işliyor. Kapakta okuyucuya, Avnî’nin “Hüner, bir şehir bünyad etmektir; Reaya kalbin âbâd etmektir!” sözüyle sesleniyor.
    Ali Erdal yazısında “İslâm’ın mabedi; varoluşu icabı hayatın merkezidir. Doğumdan ölüme… Bir yere yerleşilecekse önce münasip bir yere Kâbe’nin bir şubesi inşa edilir… Sonra her şey ona göre vaziyet alır, hizaya geçer… Belde ona göre kurulur, hayat ona göre yaşanır… Ölüm de ona göre…”  değerlendirmesine yer veriyor.
    Üstad Necip Fazıl’ın “Şehir” adlı yazısı ile başlayan dergide her zaman olduğu gibi fikir yazılarına, şiirlere ve hikâyelere de yer veriliyor.


    Derginin 115.sayısında yer alan yazılardan bazıları şöyle:
    Güneş Meydanda – Ali Erdal
    Bakî Olan Allah… – Kadir Bayrak
    Temel Sağlam Mı? – Yavuz Sert
    Misâlsiz Yaratandan Kuluna Düşen Hisse – Ekrem Yılmaz
    Bursa Bağlamında Şehir Olgusu – İlkay Coşkun
    Armudun Son Çiçeği (Hikâye) – Fatma Pekşen
    Zanaatkâr (Hikâye) – Ayşe Yaz
     KÖVRƏK XATİRƏLƏRİN ÜSTÜNƏ GETMƏ (Şiir)- Sevinc HƏMZƏYEVA
     Her Hecemde Yalnızlık (Şiir) – Ahmet Değirmenci
     Karamsar (Şiir) – Murat Yaramaz

  • Kardelenden Haberler


    Sinan AYHAN’ın yeni kitabı: “BOZGUN” ÇIKTI

    Yazarımız Sinan Ayhan’ın yeni kitabı “Bozgun” çıktı. Kitabı incelemek için www.kitapyurdu.com sitesi ziyaret edilebilir. Yazarımızı tebrik ediyor, okuyanının bol olmasını temenni ediyoruz.

    Gönüldaşlarımıza, Allah rahmet eylesin

    Kardelen’in ilk günden beri, maddî ve manevî destekçisi, dergimizin sahibi Ali Erdal Hocamızın mesai arkadaşı, dostu, dâvâ arkadaşı, gönüldaşımız Ertuğrul Özkan ağabeyimiz, 04 Kasım 2022 tarihinde vefat etti. Aslen Bilecik’in Bayırköy beldesinden olan ağabeyimiz Aydın’da toprağa verildi. Ertuğrul ağabeyden iki gün sonra da Kütahya’dan gönüldaşımız hafız Hüseyin Kete rahmetli oldu. Kete, Kardelen’e ilk can suyunu verenler arasındaydı. İkisine de Allahtan rahmet diliyoruz. Mekânları cennet olsun. 

    36. Kardelen toplantısı

    Kardelen’in geleneksel hale gelen ve derginin yayın periyoduyla aynı zamanlarda yapılan toplantısı 22 Ekim 2022 tarihinde gerçekleşti. Toplantı başkanı Kadir Bayrak’ın takdim konuşması ile başlayan toplantıda daha sonra Ali Erdal söz aldı. Derginin son sayısı ile yeni çıkacak sayısının değerlendirildiği toplantı bir sonraki toplantının yeri ve tarihi belirlenerek sonlandırıldı. 

    36. Toplantıda Ali ERDAL’ın konuşması

    Gönüldaşlar!

    Toplantılarımızın her açış konuşma-

    sından sonra, kendi kendime şöyle diyorum: Bu güzel hitabenin ardından bir başka konuşma zait olur. Lüzumsuz olur, fazladan olur. Hatırlarsınız, bunu ifade ettiğim de oldu.

    Gönüldaşlar, geceleri karanlıktan kurtaran ay, gökyüzünde asılı kandil, gündüzleri nereye gidiyor? Ay bir yere gitmiyor, daha üstün ışık, güneş ayı görülemez yapıyor. Sadece her sayımız, bir öncekinden daha üstün olmuyor. Açış konuşmalarımız öyle bir seviyeye yükseldi ki, böyle bir güzellik tabiî oldu ve söylemeye lüzum kalmadı. Güneş doğarken doğduğu söylenir, güneş doğuyor denir ama yükselince tesiri her yanı sarınca varlığını ifade etmek malûmu ilâm olur. Allah’a hamdolsun, sular yükseliyor. “İki gününüzü aynı geçirmeyin” diye emredene salât ve bu emre itaat edenlere ve ona göre kalem ve kelâm faaliyetleri yapanlara O’nunla beraber selâm…

    Gönüldaşlar, Allah her mahlûkuna bir savunma mekanizması vermiş. Sayılamayacak çeşitlilikte ve her biri ayrı ayrı birer harika. Görme üstünlüğüne, işitme üstünlüğüne dayanan. Başkalarından hızlı hareket ve hamle kabiliyetine… Büyük olma, hattâ küçük olmaya. Mürekkep püskürtme, koku yayma, zehirleme, hızlı koşma, şaşırtma. Her biri ibretle incelenmeye ve örnek almaya değer harikalar. Her mahlûka ne lâzımsa o. Nasıl kullanacağını doğuştan bilme nimeti ile beraber… İlk yaratılmadan beri kullanılması da kıyamete kadar kullanılacak olması da ayrı bir mucize. Doğar doğmaz, bir eğitim almadan bilmek ve kullanmak da keza…

    Peki, insanın korunma mekanizması ne? Hangi tehlikeye ve tehlikelere karşı? Kendisinin dışındaki varlıklara bakınca pençesiz, boynuzsuz, yelesiz, gagasız, dişsiz âciz bir et parçası. Hele doğduğu an. Bu âcizin savunma mekanizması ne? İnsan dışındaki varlıklarda gaye, kendini ve neslini koruma. Savunma mekanizmaları bunun için, ona göre. İnsan için bu kadardan ibaret olamaz, sadece kendini koruma ve neslini idame ettirmekten ibaret olamaz…

    Şeyh Galip, mücerret insan için şöyle diyor:

    “Hoşça bak zâtına kim zübde-i âlemsin sen

    Merdüm-i dîde-i ekvân olan âdemsin sen.”

    Ey insan kendine ibretle ve hoşça bak, zira sen, bütün âlemlerin özü, özeti; sütün kaymağı misali bütün yaratıkların gözbebeğisin.

    Öyleyse insan için gaye, nefsini korumak ve neslini idame ettirmekten ibaret olmamalı. Dolayısıyla korunma mekanizması da ona göre olmalı. Bunu anlamak için insanın düşmanlarına bakalım, korunma mekanizmasının ne olduğu kolayca anlaşılır. İnsanın, her biri diğerlerinden azılı düşmanları var. En başta bizimle yaşayan nefs… İçimizdeki tanrılık iddiacısı… Aczine bakmadan kudret taslayan hadsiz… Malayaniliğe, nefsani heveslere, hayvanî zevklere, erişilir erişilmez hırslara meylettiren… Kendine ait her şeyi yücelten, öven, övünen; kendisinin dışındakileri küçülten, düşman sayan bencil…

    Başta kibir, kötü huylara yönelten, onlara özendiren…

    Her nefs için, diğer nefsler, yenilmesi, hattâ yok edilmesi gereken rakip… Dünya bir arena ve nefsinin elinde oyuncak olan her insan birer gladyatör…

    Düşünün bu düşman hayatınız boyunca sizinle özdeş, sizinle hemhâl.

    Yine de nefs itlâf edilmesi gereken kuduz köpek değil, disiplin altına alınarak istifade edilmesi gereken, lâzım olan, şart bir enerji…

    İkinci düşman… Vehimleriyle insanı aldatan, hakikatten saptıran, itikadını bozan, yanlış düşünceler vehmeden şeytan…

    İnsanın düşmanlarını sayalım mı dedik… Böyle iki azılı düşmandan sonra diğerlerini saymaya ne hacet?

    İnsanın gayesi mevzumuzun dışında. Yaratılışa savunma mekanizması açısından bakıyoruz.

    Pençesiz, boynuzsuz, yelesiz, gagasız, dişsiz âciz bir et parçası mı demiştik, insan için? Bu düşmanlar karşısında bunlarla donansa ne olacak?

    Demek ki insana, diğer varlıklardan farklı savunma mekanizması lâzım.

    Gönüldaşlar, biri içimizde bizi kötülüklerle yaşatmaya, biri dışımızda ama her an ense kökümüzde kötülükler ilkah etmeye uğraşan iki düşmanı olan varlığın; bizim de, onların da, bütün yaratılanların da fevkinde, kimseye muhtaç olmayan, herkesin ve her şeyin muhtaç olduğu bir zata ihtiyacı olduğu ortadadır.

    İnsanın, nasıl yaşaması gerektiğini belirtecek kitabı verecek ve nasıl yaşaması gerektiğinin örnek zatını ihsan edecek şefkat ve merhamete ihtiyacı var.

    Engin kâinata bakıp kendisi dışında sayısız varlıkları ve onların kendisine benzemeyen hallerini görüp, düşmanlarına bakıp, kendi aczini idrak edip, buna rağmen yaratıcıyı inkâr eden insanın haline gülüp akıbetine ağlamak lâzım.

    Öyleyse insanın korunma mekanizması imandır ve ondan neşet edecek fikirdir.

    Sevgili Gönüldaşlar biz, fikrin değerini bilenlere demekte ne kadar haklıymışız değil mi?

    36. Toplantı Başkanı Kadir Bayrak’ın Konuşması

    Kıymetli gönüldaşlar,

    1940 yılında yazılan Nakarat şiirinde “Doğar bir gün benim günüm/Çoğu gitti, azı kaldı.” “Bir gün anlaşılır şiir/Çoğu gitti, azı kaldı” mısraları kaleme alınmış.

    Üstad, aransa hemen bulunacak daha pek çok şiirinde ve yazısında, Allaha ve Resulü’ne iman etmiş bütün bir ümmetin hasretini dile getiriyor. Geleceği muhakkak olan bir güne duyulan hasret… Adaletin güneş gibi parladığı, üzerinde kir namına tek toz zerresinin bile olmadığı, olamayacağı kardan beyaz günlere duyulan hasret…

    Kardelen de her sayısında aynı hasreti sayfalarına taşıyarak çıkıyor. Bu hasreti yüreklerinde, gönüllerinde taşıyan bütün gönüldaşlara selâm…

    Dünya kuruldu kurulalı, vahye dayalı olsun olmasın tarihe iz bırakan bütün aksiyonlar üç temel unsura dayanıyor; İman edilecek, teslim olunacak değerler bütünü, biz buna ‘dava’ diyelim. İman edilen davanın lideri. Lider etrafında hayatları dâhil her şeylerini feda etmeye hazır üstün bir kadro.

    Hz. Ebubekir’in (ra) kıymetini anlayabilmek ve anlatabilmek için önce Hz. Ömer’in (ra) kıymetini anlamaya çalışmak gerekiyor. Allahın Resulü (sav) bir hadisinde “Benden sonra peygamber gelseydi o Ömer olurdu.” buyuruyor. Bu hadisten sonra Hz. Ömer’in (ra) kıymetini sizlere anlatma edepsizliğine düşmek istemem. İşte içinde o Ömer’in (ra) de olduğu bütün ümmetin imanı terazinin bir kefesine, Hz. Ebubekir’in (ra) imanı da diğer kefeye konulsa, malûmunuz Sıddıkiyet makamının sahibinin imanı ağır gelir.

    Bu girişten de anlaşılacağı üzere üstün davanın “kadro”su üzerine bir şeyler söylemeye gayret edeceğim…

    Mekke’nin en zengin hanımı iken, Efendisinin davası uğruna bütün servetini harcayan, infak eden ilklerin ilki, gökteki yıldızım, annemiz Hz. Hatice(ra).

    Zorluk seferinde infaka davet edilince elinde avucunda ne varsa getiren, geriye ne bıraktın diye sorulunca Allah ve Resulünü diyen Hz. Ebubekir(ra).

    Niçin oğlunu halife olarak tayin etmiyorsun denilince bir evden bir kurban yeter diyen Hz. Ömer(ra).

    Hudeybiye zamanı, diğer sahabiler 6, o ise Habeşistan hicreti sebebiyle 13 yıldır Kâbe’yi görmeyen ve Mekke’ye elçi olarak gönderilince “ne güzel hepimizden önce Kâbe’yi görecek” sözleri üzerine “benim tanıdığım Osman, ben görmeden Kâbe’ye bakmaz” iltifatına mazhar olan ve aynen de öyle davranan Hz. Osman (ra).

    En küçük yaşından vefatına kadar, “kim var?” denilince eli hep havada olan, hep öne çıkan “mübareze” kahramanı, ilmin kapısı Hz. Ali (ra).

    Fedakârlığın en üstün örnekleri… Onlar yaşanmaya değer hayatın her alanında olduğu gibi fedakârlığın da ufuk çizgileri oldular. Gelelim bize…

    Efendi Hazretleri buyuruyor; siz onları görseydiniz onlara deli derdiniz, onlar sizi görseydi bunlar Müslüman değil derlerdi…

    32 yıldır bir gayret içindeyiz, aklımız erdiği, dilimiz döndüğü, kalemimiz elverdiği ölçüde yazıyor, çiziyoruz.

    Ama bazen, kendi adıma konuşayım, “ya biz ne yapıyoruz, yazdıklarımızın kıymeti bir yana, bunları kim okur, kim anlar” diye düşünmeden edemiyorum. Bir insanın susadığını anlaması için önce su diye bir varlığın olduğunu bilmesi gerekir. Fikri, su’ya benzetecek olursak, cemiyetteki birinci tavır, susamak gibi bir ihtiyacı olmadığı için suyu da bilmemesi. İnsanoğlunun var olmasına rağmen bazı şeyleri görememesi, bazı sesleri -köpek düdüğü gibi- duyamaması gibi bir hal. Aslında var ama onlar için yok.

    İkinci tavır, su diye bir varlığı biliyor ama kendisi susamadığı için suyun ne anlam ifade ettiğini bilemiyor. Evet, ortada dergi denilen bir nesne var ama bunu alıp okuması gerektiğinden habersiz.

    Üçüncü tavır, suyu da susuzluğu da biliyor ama ya susuzluğunu başka sıvılarla gideriyor veyahut da susuz yaşamaya alışmış.

    İşte biz böyle bir cemiyet içinde hem susuzluğun hem de suyun kıymetini bilenleri arıyoruz. Bulunca seviniyor, bulamayınca üzülüyoruz. Çünkü eksiğiz, yaptığımızın karşılığını hemen görmek istiyoruz. Bir dereceye kadar bu tavrımız anlaşılabilir ama fedakârlık ahlâkına uygun olmadığını kabul etmeliyiz. Arı, beğenildiği, methedildiği için bal yapmaz.

    İstanbul’un kıyamete kadar İslâm beldesi kalacağının delili büyük sahabe Eba Eyyüb el-Ensarî (ra)… Allah Resülü’nün vefatından sonra Hz. Ali’nin yanından ayrılmayan, onu çok seven, niçin Hz. Ali’yi bu kadar seviyorsun diye soranlara onda peygamber kokusu var, siz almıyor musunuz diye cevap veren, Türk milletine Allah’ın lütfu olan büyük sahabe… İlerleyen yaşına rağmen Hz. Muaviye’nin (ra) oğlu Yezid’in kumandasındaki orduyla İstanbul’u fethe geldi. Burada da kim bilir ne hikmetler gizli…

    Vefat edeceğini anlayınca cenazesinin surlara en yakın yere defnedilmesini vasiyet etti. İslâm ansiklopedisinde yer alan bilgiye göre vefat tarihi miladî 669 yılı. İstanbul ise 1453 yılında fethedildi. Vefatından tam 8 asır sonra kabrini, onun kıymetini en iyi bilen bir büyük velî, Akşemseddin Hazretleri keşfetti.

    Allah için çıkılan bir seferin bu dünyadaki bizim anlayabildiğimiz en ufak karşılığı; zahirde 8 asır sonra keşfedilse de kıyamete kadar hayırla anılmak, bir milletin bütün hayırlı işlerinde (padişahının kılıç kuşanmasından, en küçük ferdinin sünnetine, evliliğine dek) şahit kılınmak… Fedakârlık ahlâkının göz önünde bir örneği…

    Kardelen, küçük cüssesiyle en büyük dava taşının altına elini koydu. Daha doğru ifadeyle Allah bize bunu nasip etti, hamd ediyoruz. Bunu yaparken de bütün kadrosuyla bugünkü cemiyetin anlamadığı, anlayamadığı bir fedakârlık ahlâkı ortaya koydu. Allah, bugüne kadar ilmiyle, maddî manevî her türlü imkânlarıyla destek veren bütün gönüldaşlardan razı olsun.

    Şiirin anlaşılacağı güne hasretle gönüldaşları selâmlıyor, toplantımızın hayırlı olmasını temenni ediyorum.

    Mənbə: https://kardelendergisi.com/

  • Kardelen Dergisi.Gelecek Sayı Konusu

    Gelecek sayı (116) konusu, 13.02.2023 tarihinde sitemizden (kardelendergisi.com) ilân edilecek.

    Eserler, 06-19.03.2023 tarihleri arasında, “Kardelen’de yayınlanması talebiyle” Word dosyası olarak (kardelen@kardelendergisi.com) adresine gönderilmeli.

    Değerli yazarlar;

    Eserlerinizi Word dosyası olarak gönderiniz. Programın imkânlarını kullanınız ve elle düzenleme yapmayınız. Yanlışsız dergiye ve siteye aktarmak için, aslına irca etmemiz gerekiyor. Bu da bizim vaktimizi alıyor.

    Fikrin değerini bilenlere, Kardelen’e abone olarak dâvâyı güçlendirmek yakışır. Kardelen ancak onlarla yoluna devam edebilir.

    Mənbə: https://kardelendergisi.com/

  • “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi keçirilir – Şərtlər

    Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin birgə layihəsi, “XAN Nəşriyyatı”, eləcə də “Audiokitab”ın əsas tərəfdaşlığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illiyi və 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Zəfərin uşaqları” adlı hekayə müsabiqəsi elan edilir. Müsabiqənin əsas tərəfdaşı “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, sponsoru “Hədəf Şirkətlər Qrupu”dur. Müsabiqənin təşkilində əsas məqsəd uşaq hüquqlarının qorunmasını ədəbiyyat mövzusuna çevirməklə ictimaiyyətə bədii formada çatdırılması, özündə gender bərabərliyinə əsaslanan sosial məsuliyyəti, uşaq və yeniyetmələrin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi, hüquqlarının müdafiəsi barədə informasiyanı ehtiva edən əsərləri ərsəyə gətirməklə əhalinin maarifləndirilməsi, yaradıcılıq potensialı olanları müsabiqəyə cəlb etməklə yeni hekayələrin yazılmasına stimul verilməsidir. Müsabiqə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunur və Ulu öndər Heydər Əliyevin Azərbaycanda uşaq hüquq və azadlığına dair yürütdüyü uğurlu siyasətin davamını ifadə edir. Müsabiqənin şərtləri: * Hekayələrin mövzusu uşaq hüquqlarının müdafiəsini, cəmiyyətin müxtəlif çevrələrində gender bərabərliyinin pozulmasından irəli gələn ictimai məsuliyyəti, boşanmaların, əsasən, ailədəki uşaqlara vurduğu psixoloji zərbələri, yaratdığı mənəvi böhranları, eləcə də bu istiqamət üzrə digər aktual məsələləri əhatə etməlidir. * Hekayələr daha əvvəl heç bir yerdə çap olunmamalı və yayımlanmamalıdır. * Müsabiqəyə həcmi 2.000 (iki min) işarədən az, 20.000 (iyirmi min) işarədən artıq olmayan hekayələr qəbul edilir. * Hekayənin mətni üçün tələblər: şriftin qarnituru “Arial”, ölçüsü 12, sətirlərarası interval 1, faylın formatı “doc.” A4. * Hər müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər. * Müəllif özü haqqında məlumatı və əlaqə vasitəsini fayla əlavə etməlidir. * Müsabiqədə iştirak etmək üçün yaş məhdudiyyəti yoxdur. Hekayələr peşəkar ədəbiyyatçı və sosioloqlardan ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir. Münsiflərdən ən çox bal almış ilk 10 hekayə kitab şəklində nəşr ediləcək (ilk 10 yeri qazanmış hekayənin nəşr və yayım hüququ yalnız “XAN Nəşriyyatı”na məxsus olacaq) və ilk 3 yerin qalibi diplom və pul ilə mükafatlandırılacaqdır. Mükafatlar: Birinci yer – I dərəcəli diplom və 1000 manat; İkinci yer – II dərəcəli diplom və 500 manat; Üçüncü yer – III dərəcəli diplom və 300 manat. Müsabiqənin müddəti: Müsabiqə üçün hekayələrin qəbulu 1 may 2023-cü il tarixində sona çatacaqdır. 1 iyun 2023-cü il tarixində qaliblərin mükafatlandırılma mərasimi təşkil olunacaqdır.

    Əlavə məlumat üçün müraciət edə bilərsiniz: Tel.: (+994 77) 220 86 88

    İştirakçılar tərəfindən hekayələr aşağıdakı elektron poçt ünvanına göndərilməlidir:

    Elektron ünvan: zeferinushaqlari@gmail.com

    Mənbə: https://edebiyyatqazeti.az/

  • Bu gün Beynəlxalq Kitab Bağışlama Günüdür

    Dünya əhalisi fevralın 14-nü Beynəlxalq Kitab Bağışlama Günü kimi qeyd edir. Bu, təqvimdə ən gənc bayramlardandır.

    AZƏRTAC xəbər verir ki, bu gün uşaqlara kitab bağışlayan və onlarda kitaba məhəbbət yaradan bütün insanları birləşdirir. 2012-ci ildən qeyd edilən bu bayram ABŞ-da məşhur “Delightful Children’s Books” uşaq kitabı saytının yaradıcısı Emmi Brodmoorun adı ilə bağlıdır. Bu ideyanı ona balaca oğlu verib. O, anasından niyə insanların bir-birinə kitab bağışladığı xüsusi gün olmamasını soruşub.

    2013-cü ildə Cənubi Afrikadan Braziliyaya, Sinqapurdan İngiltərəyə, Hindistandan Yeni Zelandiyaya qədər fərqli ölkələrdən olan blogerlər birlikdə hərəkət edərək insanları həmin günü “uşaqlara kitab vermə günü” olaraq qeyd etməyə çağırıb. Bununla da dünyanın bir çox ölkəsində 14 fevral “Dövlətlərarası kitab vermə günü” olaraq qeyd olunmağa başlayıb. Mövcud olduğu ildən bu təşəbbüs bütün dünyada dəstək qazanır və indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, blogerlərin və uşaq yazıçılarının dəstəyi mühüm rol oynayıb.

    Hər il minlərlə həm oxunmuş, həm də yeni kitablar dünyanın bütün istiqamətlərinə yola düşür və uşaqlarda kitaba məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.

    Kitabın sehri xüsusi bir möcüzədir. Oxumağı sevən bir insan üçün hansı ədəbi janrı üstün tutmasından asılı olmayaraq, sevimli kitabı ilə görüş xoşbəxt andır və yeni bir əsəri oxumağın başlanğıcı, insanın şüuru və təxəyyülü üçün kəşf edilməsi lazım olan bir dünyadır.

    Son illər ölkəmizdə də bu gün bir sıra tədbirlərlə qeyd edilir.

    Mənbə: https://azertag.az

  • A.Y.Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    A.Y.Şarovskinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

    Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                                                  

    Azərbaycanda teatr sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Aleksandr Yakovleviç Şarovski “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilsin.

    İlham Əliyev

    Azərbaycan Respublikasının Prezidenti

    Bakı şəhəri, 9 fevral 2023-cü il

    Mənbə: https://president.az/

  • Azərbaycanlı yazıçı Coşqun Xəliloğlunun hekayəsi “İlin hekayələri” nəsr toplusunda işıq üzü görüb

    “Mücrü” Nəşriyyatının “Proza” seriyasından işıq üzü görən “İlin hekayələri” nəsr toplusunda Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Qaradağ Bürosunun Rəhbəri, istedadlı yazıçı Coşqun Xəliloğlunun “Təqdimat” adlı hekayəsi də yer alıb.

    Qeyd edək ki, “Mücrü” Nəşriyyatının 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun qələbəsi münasibətilə gerçəkləşdirdiyi yeni layihə çərçivəsində işıq üzü görən “44 GÜN” ədəbi-bədii toplusunda “Qırx dörd” adlı şeiri ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi. 

  • Şəfa VƏLİYEVA.”Biz sonuncu ayrılığın”

    Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru

    biz sonuncu ayrılığın
    sonuncu düşərgəsiyik…
    indi burdan da ayrılıb
    uzaqlara gedəsiyik…

    hələ bitməyib yeni gün,
    başlamayıb axşamçağı…
    hələ ki, sevgimiz sürgün,
    ölüm ömrə boyunbağı…

    nə yaxşıdı, ölüm üçün
    sonuncu rəqsi eləmək…
    şedevrdi, özüm üçün
    rekviem`i bəstələmək…

    bax, bu ayrılıq dediyin,
    yazır dünya tarixini…
    bir barmağında oynadır,
    Heraklını, Axilini…

    sən də ki…
    Nə bilim axı…
    hələ vüsal axtarırsan…
    utanmasan,
    ayrılığın
    havasına oynayarsan…

    (2017)

  • Arzu HÜSEYN.”Mən günahdan keçmədim”

    Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri

    Mən günahdan keçmədim,
    Günahlar məndən keçdi.
    İllər aman vermədi,
    Saçımdan dən-dən keçdi.
    Bir də baxdım zaman az,
    Gecdi hər şeyə, gecdi.
    Göy üzünün qapısı açıq qalıb, İlahi!

    Səhərəcən ağladı
    Səmaların kür yeri.
    Göz yaşına boyadı,
    Yol-irizi, hər yeri.
    Bir körpənin ahıdı,
    Dünyanın ən dar yeri.
    Göy üzünün qapısı açıq qalıb, İlahi!

    Hara gedir bu karvan,
    Qum əriyir saatda.
    Qul kimdir, kim hökmüran?

    Kim piyada, kim atda?
    Adam qalmadı daha,
    Gözü dönmüş həyatda,
    Göy üzünün qapısı açıq qalıb, İlahi!
    Kim hürküdüb səhəri?
    Zülmətin yox əlacı.
    Dan üzünün əlləri
    Qandır, acıdır-acı.
    Dörd yanım matəm yeri,
    Dörd yanım dar ağacı,
    Göy üzünün qapısı açıq qalıb, İlahi!

    Bağla şər qapıları…

  • Xəyalə SEVİL.”Asaram özümü göyün üzündən”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Buludların ac it kimi
    Elə hürür ki, üstümə, ilahi,
    Məni yağışın tutacaq.
    Qapından qayıdır dualarım da,
    Məni qarğışın tutacaq.
    Ömrüm il-il tökülür,
    Daşlayıblar ömrümü.
    Bir ulduzsuz gecəyəm,
    Bir kimsəsiz küçəyəm.
    Bu dəlisov yağışlar
    Xoşlayıblar ömrümü.
    Eh! Daha əlimi açmaram sənə,
    Eh! Daha əllərim qoynumda qalar.
    Asaram özümü goyün üzündən,
    İlahi, ölümüm boynunda qalar!

  • Xəyalə SEVİL.”Səndən nə qaldı ki…”

    “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsüAzərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri

    Sonra gözəl-göyçək ayrılıq gəldi,
    Sonra gözəl-göyçək ayırdı bizi.
    Arxanca uzanan əlim gödəldi,
    Üzü qışa tutduq ürəyimizi.

    Səndən nə qaldı ki, eh… Səndən heç nə,
    Bir azca peşmanlıq, bir azca hüzün.
    Sən məni hamıdan yaxşı tanıdın,
    Mən səni tanıya bilmədim, quzum.

    Ölü doğulubdu məhəbbətimiz,
    Daha yanağımda axınım sənsən…
    Bir az uzaq dayan, uzaq ol mənə,
    Hələ də hamıdan yaxınım sənsən…