Bu gün Azərbaycan Kinosu Günüdür. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı – Azərbaycan Kinosu Günü kimi qeyd olunur.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan kinosu yaranmasının 123-cü ildönümünü qeyd edir.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.
Bu il 123-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.
Hazırda Azərbaycan mədəniyyətinin əsas aparıcı sahələrindən biri olan kino sənətinin inkişafı və bu sahənin modernləşdirilməsi istiqamətində ölkədə sistemli islahatların həyata keçirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2019-cu il 1 mart tarixli Sərəncamına əsasən hazırlanmış və kino sahəsinin bütün istiqamətlərində islahatların aparılmasını nəzərdə tutan “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
Diqqətə çatdıraq ki, hər il 2 avqust – Azərbaycan Kinosu Günü ilə bağlı müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı keçirilir. Bu ilin əvvəlindən bəşəriyyəti çətin sınaq qarşısında qoyan koronavirus pandemiyasının ən çox mənfi təsir göstərdiyi sahələrdən biri də kino sahəsidir. Demək olar ki, bütün dünyada kino ilə bağlı kütləvi tədbirlər təxirə salınıb. Ümid edirik ki, bəşəriyyət tezliklə bu xəstəliyə qalib gələcək və həyat normal axarına düşəcək. Kino pavilyonları fəaliyyətini bərpa edəcək, böyük ekranlar yeni maraqlı filmlərlə tamaşaçıların görüşünə gələcək. Azərbaycanda da kino sahəsində yeni bir canlanma yaşanacaq.
Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə eyniadlı virtual sərgi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə görkəmli şəxslərin ana dilimiz haqqında fikirləri, Azərbaycan dilinin qorunması və inkişafı baxımından imzalanan rəsmi sənədlər, Milli Kitabxananın fondundan ana dilimiz haqqında kitab və mövzuya dair digər resurslar yer alıb.
Qeyd edək ki, avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkədə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Hər bir xalqın milli mədəniyyətinin tərkib hissələrindən birini həmin xalqın əlifbası, yazı sistemi təşkil edir. Əlifba xalqın mədəniyyət silahı, milli mənəvi sərvətidir. Mədəni və mükəmməl əlifba əsasında aparılan yazı sistemi xalqın maddi-mədəni nailiyyətlərinin yaranmasında, yaşamasında və inkişafında başlıca rol oynayır, xalqın dilinin, elmi əlaqələrinin və digər zəruri fəaliyyət sahələrinin tərəqqisinə xidmət edir.
Respublika Gənclər Kitabxanasının əməkdaşları ustad Şəhriyarın xatirəsinə həsr olunmuş “Həm İranın, həm də bütün Şərq aləminin iftixarı” adlı biblioqrafik icmal, “Məhəmmədhüseyn Şəhriyar Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgisi hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, biblioqrafik icmalda dahi şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilir, bundan əlavə müəllifi olduğu əsərlər və şeirlərindən parçalar təqdim olunur. İzləyicilərə təqdim olunan bu materialda Şəhriyarın müəllifi olduğu və həmçinin də onun həyat və yaradıcılıq yoluna həsr olunmuş “Yalan dünya”, “M.Şəhriyar və zəmanəmiz”, “Şəhriyar poeziyası və milli təkamül”, “Aman ayrılıq: poema və şeirlər” və s. kitabların annotasiyası verilib.
“Məhəmmədhüseyn Şəhriyar Azərbaycan türkü olan şair” adlı videoçarx və virtual kitab sərgisində isə ustad Şəhriyar haqqında yazılı məlumatlardan əlavə, onun müxtəlif illərdə lentə alınmış səs yazıları da təqdim olunur. İzləyicilər burada dahi şairin öz dilindən müəllifi olduğu şeirlərdən parçalar dinləmək imkanı qazanırlar. Bundan əlavə, materiallarda şairin sözlərinə yazılmış mahnılardan nümunələr də təqdim olunur. Virtual kitab sərgisində Şəhriyarın müəllifi olduğu kitablar izləyicilərin diqqətinə təqdim edilir, xatirəsinin əbədiləşdirilməsi və milli irsi haqqında məlumat verilir.
Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub.
AZƏRTAC xəbər verir ki, ölkə başçısı, sənətkarın musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında da Sərəncam imzalayıb.
Bu gün böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 115-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, şeirimizi yüksək zirvələrə qaldıran, insanlara vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyası təbliğ edən, milli ruhun oyanışında böyük xidmətləri olan Şəhriyar yaradıcılığı hər zaman Azərbaycan xalqının güvənc yeri olub. O, klassik şeirin bütün şəkillərinə müraciət edib, ölməz sənət inciləri yaradıb.
Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınmış hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, Təbrizdə orta təhsil alaraq Tehran Universitetinin tibb fakültəsinə daxil olub. Təhsilini yarımçıq qoysa da, dahi şair xalq təbabətinə dərindən bələd olduğu üçün həkimliklə də məşğul olub.
Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub.
O, XX əsrin 19-20-ci illərin ortalarından etibarən artıq istedadlı bir şair kimi tanınmağa başlayıb. Məhəbbət lirikasının böyük korifeyləri Hafiz və Məhəmməd Füzulinin qəzəlləri ilə müqayisəyə qadir olan sevgi şeirləri, dünya həyatının mahiyyəti barədə fəlsəfi düşüncələri əks etdirən hikmətli qəsidələri, real həyat müşahidələrinin məhsulu kimi yaranan lirik poemalar müəllifi olan sənətkarı Azərbaycan şeirinin ən yüksək zirvələri sırasına ucaldan, ilk növbədə onun vətənpərvərlik duyğuları aşılayan, milli həmrəylik ideyasını təbliğ edən əsərləri olub.
M.Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan, ilk növbədə, onun ölməz “Heydərbabaya salam” poeması olub. Şəhriyar “Heydərbabaya salam” əsəri ilə Azərbaycan türkünün milli həyatını bütün cəhətləri ilə göstərməyə müvəffəq оla bilib. Sadə bir fоrmada yazılan poema hələ əlyazma şəklində yayılaraq şöhrət tapıb və dövrün ziyalılarının diqqətini özünə cəlb edib. Şairin ata-baba yurdunun şirin xatirələri ilə yaşayan, “Heydərbabaya salam” poeması haqqında M.Rövşənzəmir yazırdı: “Heydərbaba dağı bir gün yerlə-yeksan оla bilər, yer üzərindən silinə bilər. Ancaq nə qədər ki, Azərbaycan xalqının həssas qəlbi döyünür, Şəhriyarın bu şeiri nəsildən-nəslə ötürüləcək və yaddaşda qalacaqdır”.
Məhəmmədhüseyn Şəhriyarın xatirəsi ədəbiyyatsevərlərin ürəyində əbədi yaşayır və sevilir. O, 18 sentyabr 1988-ci ildə 82 yaşında Təbrizdə vəfat etsə də, o gün hər il İranda “Milli şeir günü” kimi qeyd edilir.
Çoxcildliyə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib
Bu il Azərbaycanın Xalq yazıçısı, filologiya elmləri doktoru professor Əzizə Cəfərzadənin (1921-2003) anadan olmasının 100 ili tamam olur. Yubiley ərəfəsində yazıçının çoxcildlik “Seçilmiş əsərləri”nin çapına başlanılıb və artıq bu il 12 cild nəşr olunub. “Elm və təhsil” nəşriyyatında yayımlanan cildlərə yazıçının indiyədək latın qrafikası ilə nəşr olunmamış əsərləri, eləcə də az tirajla yayımlanmış kitabları daxil edilib.
Əzizə Cəfərzadənin oğlu Turan İbrahimov AZƏRTAC-a müsahibəsində bildirib ki, birinci cild yazıçının “Natəvan haqqında hekayələr”i ilə başlayır. Müəllifin “Seçilmiş əsərləri”ndə, həmçinin “Qobustan çökəklərində” romanı, “Qaratel”, “Manar sahillərində”, “Qoşqar”, “Bir zərrə iz…” və başqa povestləri, qırx hekayəsi ilk dəfə nəşr edilib. Hekayə və povestlərin bir qismi Əzizə Cəfərzadənin 1948-ci ildə çap edilmiş və Moskvanın qərarı ilə mətbəədən yığışdırılaraq yandırılmış “Hekayələr” kitabına daxil olan, həmçinin 1948-1963-cü illər ərzində nəşr olunmağa icazə verilmədiyi dövrdə yazdığı əsərlərdir.
Əzizə Cəfərzadənin “Seçilmiş əsərləri”nə filologiya elmləri doktoru professor Vaqif Sultanlı “Ədəbiyyatın vətənsevərlik missiyasi” adlı geniş ön söz yazıb. O, həmçinin bir neçə cildin redaktorudur. Hekayə və povestlərin daxil edildiyi cildlərin tərtibatçısı, redaktoru və ön sözlərinin müəllifi Türkiyənin Mehmet Akif Ersoy Universitetinin müəllimi dosent Pərvanə Bayramdır.
Bu kitablar, ilk növbədə, respublikanın müxtəlif şəhərlərində yerləşən mərkəzi kitabxanalara hədiyyə ediləcək. Artıq xeyli kitabxana “Seçilmiş əsərləri” və son dövrdə nəşr olunmuş kitabları elektron versiyaları ilə birlikdə öz fonduna daxil edib. Yaxın günlərdə digər kitabxanalara da əsərlər veriləcək və yazıçının www.azizajafarzade.com saytında kitabların elektron versiyası yerləşdiriləcək. Bu isə Əzizə Cəfərzadənin ədəbi irsinin Azərbaycanda və respublikadan kənarda yaşayan geniş oxucu kütləsinə çatdırılmasına kömək edəcək.
Yazıçının digər əsərlərinin nəşri üzərində iş davam etdirilir və yeni hazırlanacaq iki cilddə oxuculara onun səyahətnamə janrında qələmə aldığı əsərləri təqdim ediləcək. Sonrakı cildlərdə yazıçının Azərbaycan klassik ədəbiyyatı, aşıq yaradıcılığı, həmçinin qadın aşıq və şairlərə həsr edilmiş elmi-tədqiqat işləri, publisistik məqalələri nəşr olunacaq.
Ötən il də Əzizə Cəfərzadənin yaradıcılığının təbliği baxımından uğurlu olub və onun “Folklor araşdırmaları” və “Anamın nağılları” kitabları işıq üzü görüb. Bu il “Qanun” nəşriyyatı yazıçının “Bakı-1501” romanını yenidən çap edib. Bundan əlavə, “Hədəf nəşrləri” Əzizə Cəfərzadənin “Tanıdıqlarım, sevdiklərim xatirələrimdə”, “Bir səsin faciəsi” və bir neçə digər kitabını rusca nəşr etməyi planlaşdırır. Eləcə də “Altun kitab” nəşriyyatı “Bakı-1501” və “Gülüstan”dan öncə” romanlarının uşaqlar üçün işlənmiş variantını bu il nəşr etməyi nəzərdə tutur. Azərbaycan Milli Kitabxanası isə Əzizə Cəfərzadənin geniş biblioqrafiyasını (yazıçının arxivinin təsviri ilə) nəşrə hazırlayır.
Görkəmli yazıçı Seyran Səxavət Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Nizami Gəncəvi” mükafatına layiq görülüb.
AZƏRTAC xəbər verir ki, mükafatı AYB-nin sədri, Xalq yazıçısı Anar təqdim edib. AYB-nin sədri Seyran Səxavəti bu münasibətlə təbrik edərək ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Seyran Səxavət belə bir dəyərli mükafata layiq görüldüyü üçün AYB rəhbərliyinə təşəkkürünü bildirib.
Azərbaycan Aşıqlar Birliyində yeni dastanların səhnəyə hazırlanması layihəsinə start verilib. Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə ilk olaraq bu ölməz şairin “Leyli və Məcnun” əsəri əsasında hazırlanmış eyniadlı dastanın səhnələşdirilməsi nəzərdə tutulur. Heydər Əliyev Fondu, AzTV və Azərbaycan Aşıqlar Birliyinin birlikdə həyata keçirdikləri layihə çərçivəsində dastanı respublikamızın tanınmış aşıqlarından Əməkdar mədəniyyət işçiləri Solmaz Kosayeva və Samirə Əliyeva, eləcə də Qələndər Zeynalov, Kəmalə Qubadlı, Əli Tapdıqoğlu və Elman Talıstanlı söyləyəcəklər. Leyli obrazında gənc istedadlı aşıq Məhsəti Cabbarlı, Məcnun rolunda isə Şəhriyar Qaraxanlı çıxış edəcəklər. Aşıq Ələsgərin 200 illik yubileyi münasibətilə hazırlanan “Aşıq Ələsgərlə Şeyx Qaranın görüşü” dastanı aşıq Arif Salmanoğlunun, “Qəmkeş Allahverdinin Aşıq Şəmşirlə görüşü” dastanı isə aşıqlardan Fəxri mədəniyyət işçisi Nizami Şirinov və Təbriz Axundovun ifasında təqdim olunacaq. Elman Talıstanlı və Babək Şakirlinin ifasında isə “Ordubadlı Kərəm” dastanının geniş auditoriyaya təqdim olunması nəzərdə tutulur.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Kollektivi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədrini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktorunu, Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanını, respublikanın Əməkdar jurnalisti, şair-publisistini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Mətbuat xidməti
Rafiq ODAY ( Bayramov Rafiq Hüseyn oğlu) 23 iyul 1960-cı ildə Naxçıvan MR Ећərur rayonunun Ећəhriyar kəndində anadan olub. 1983-1988-ci illərdə Naxçıvan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvüdür.Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədridir.”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktorudur.Azərbaycan Respublikasının “Əməkdar jurnalisti”dir.Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktorudur.Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Ећairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin Azərbaycan təmsilcisinin Başkanıdır.”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatıdır.”Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək”, “Çağdaş Türkiyə ədəbiyyatının inkişafına dəstək”, “Kütləvi informasiya vasitələrinin inkişafına dəstək” layihələrini həyata keçirən ilk AZƏRBAYCANLI ŞAİRDİR.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı haqqı, ədaləti özünə bayraq edən, bütün məqamlarda qərəzsiz və vicdanlı mövqedə dayanan, dövlətimizin, millətimizin və xalqımızın mənafeyini hər şeydən üstün tutan, qələmin müqəddəsliyinə sadiq qalan bütün jurnalistləri, yaxından, uzaqdan mətbuatla əlaqəsi olan bütün KİV nümayəndələrini Milli Mətbuat günü münasibətilə təbrik edir, ən xoş arzu və ən səmimi duyğularını yetirir. Qələminiz iti, sözünüz kəsərli, başınız uca, alnınız açıq, vicdanınız təmiz olsun həmişə, dəyərli həmkarlar!
Dərin hörmətlə,
Rafiq ODAY, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, Respublikanın Əməkdar jurnalisti.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Sən yer adamı deyilsən” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq şeir dergisinin yeni 77-ci sayında dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin rəhbəri, müəllifi koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi “Olaylar” İnformasiya Agentliyi və “Olaylar” qəzetinin rəhbəri, yazıç-pulisist, türkoloq alim, əziz dostumuz Yunus Oğuzu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Yunus Oğuz (azərb. Yunus İsaxan oğlu Əliyev) — 1960-cı il iyunun 22-də Şirvan şəhərində anadan olub. 1977-ci ildə orta məktəbi bitirdikdən sonra bir il Şirvan DRES-də fəhlə işləyib. 1978-1979-cu illərdə Bakı şəhəri 6 nömrəli texniki peşə məktəbində təhsil alib. 1979-1981-ci illərdə sovet ordusunda xidmət edb. Ordudan tərxis olunduqdan sonra 1983-cü ilin avqust ayına qədər Şirvan şəhər pambıq təmizləmə zavodunda mülkü müdafiə qərargahının rəisi vəzifəsində çalışıb.
Həmin müddətdə ictimai əsaslarla zavodun komsomol təşkilat katibi secilib. 1983-cü ildə Rostov Dövlət Universitetinə daxil olub və 1988-ci ildə RDU-nun fəlsəfə fakultəsini bitirərək filosof ixtisasina yiyələnib. Ali təhsilini bitirdikdən sonra təyinatla Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə və hüquq institutuna göndərilib və burada kiçik elmi işçi vəzifəsində çalışıb. 1988-ci ildən də Milli Azadlıq hərəkatına aktiv qoşulub. Fəlsəfə və hüquq institutunda kiçik elmi işçi işləməklə yanaşı 1989-cu ildən 1991-ci ilədək Azad söz qəzetinin, həmçinin Xüsusi bulletenlərin qeyri-leqal nəşrinə rəhbərlik edib. 1990-ci ilin yanvarında akademiyanın bir qrup gənc alimi ilə Xalq Azadliq Partiyasının (XAP) yaradıb və onun sədri seçilib.
1991-1992-cı illərdə Ordu qəzetinin baş redaktoru vəzifəsində çalışıb. 1990-cı ildə AXC Ali Məclisinə, sonra AXC idarə heyətinə üzv seçilib. 1992-ci ildə AXC idarə heyəti ləğv olunduqdan sonra AXC sədrinin müavini təyin olub. 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin müavini təyin edilib. 1994-cü ildə AXC –ni tərk edərək Azərbaycan Bütövlüyü Uğrunda Cəmiyyəti və eyni adlı partiyanı təsis edib və onun sədri seçilib. Yunus Oğuzun təşəbbüsü ilə 1997-ci ildə ABUP və XAP birləşib və o, Xalq Azadlıq Partiyasınin sədri seçilib.
1998-ci ildə XAP və Vəhdət Partiyası birləşib və bu dəfə partiya sədrinin birinci müavini seçilib. 2000-ci ildən Vəhdət Partiyası adını Milli Vəhdət Partiyası elan edib ve qurultayda Yunus Oğuz Milli Vəhdət Partiyasının sədri seçilib. 1995-ci ildən bu günə qədər “Olaylar” İnformasiya Agentliyinin baş direktoru və eyni adlı qəzetin baş redaktoru vəzifəsində çalışır. Yüzlərlə elmi və publisistik məqalələrin müəllifidir. 15 oktyabr 2003-cü ildə keçirilən prezidenti seçkilərində namizədliyi qeydə alınmışdır.
Kitabları Redaktə Qarabağ nəzarətsiz zona (1993) (ingiliscə) Siyasi hakimiyyətin idarəetmə prinsipləri (1994) Qadın ulduzu (1996) Qədim Anadolu və Azərbaycan türkləri (2002) Türkün tarixinə yeni bir baxış (2006) Atilla pyesi (2007) Nadir Şah (tarixi roman) (2008) Təhmasib şah (tarixi roman) (2009) Türkün gizli tarixi (2010) Əmir Teymur zirvəyə doğru (2011) Qədim Türklər və passionarlıq nəzəriyyəsi Qumilyovun tədqiqatlarında (2011) Əmir Teymur dünyanın hakimi (2012) “Şah arvadı və Cadugər” tarixi romanı (2013) Sultan Alp Arslan (tarixi roman) (2015) Azərbaycanın geosiyasəti (2016) Atabəy Eldəniz (tarixi roman) (2017) Ovçu (2018)[1]
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
1961-ci il 22 iyulda Tərtər rayonun Sarov kəndində doğulub. 1978- ci ildə həmin kənddə orta məktəbi qurtarıb. 1979-81- ci ildə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsini bitirmişdir. Həmin il qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olmuşdur. Ailə qurmasıyla əlaqədar institutun 3-cü kursundan sonra davam etməmişdir. 1998- ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika institunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olmuş, oranı əla qiymətlərlə başa vurmuşdur. Əvvəllər əmtəəşünas, iqtisadçı sahələrində çalışsa da, müəllimlik sahəsinə meyl etməmişdir. 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərmiş və bir filoloq kimi bu sahədə fəaliyyətə başlamışdır. Nəcibə İlkin orta məktəbdə oxuduğu illərdən şeir yazır. Şeirləri və publisist məqalələri “Zaman”. “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində və “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”,”Kotoloq” jurnallarında dərc olunmuşdur. 2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya “ şeirlər kitabı işıq üzü görmüşdür. 2007- ci ildə “Tərtər inciləri” toplusunda bir neçə şeirləri çap olunmuşdur. Bu kitablar haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişdir. Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatına, “ İnam” şərəf diplomuna layiq görülmüşdür. Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm” , “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılmışdır. Bu yaxınlarda təsis etdiyi “Azad Qələm” qəzetinin 3 yaşı tamam olmasına görə, publisist məqalələri və ədəbi yazılarına görə AZKİVİHİ-nın “Qızıl Qələm” mükafatına layiq görülmüşdür. Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Ulduz” , “Azərbaycan” jurnallarında şeirləri dərc olunub. Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibidir. AYB-nin və AJB-nin üzvüdür. 2006- cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” jurnalının təsisçisi və baş radaktorudur. Ailəlidir. Iki övladı və bir nəvəsi var.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktorunu doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi,yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Gundelik.info və Edebiyyat-az.com saytlarının Məsul katibini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!İnşAllah!
Mətbuat xidməti
Şəfa EYVAZQIZI (Kazımova Şəfa Eyvaz qızı) 1987-ci il iyulun 21-də Gədəbəy rayonunun Qoşabulaq kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində almışdır. 2003-cü ildə Bakı Qızlar Universitetinə daxil olmuş, həmin universiteti fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə magistraturaya qəbul olmuş və 2009-cu ildə həmin universiteti də fərqlənmə diplomu ilə bitirmişdir. 2012-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin dissertantıdır. Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisidir.Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibidir. Bədii yaradıcılığa hələ uşaq yaşlarında başlamış, heca vəznində bir çox şeirlər yazmışdır. Universitetdə təhsil aldığı müddətdə “Humay” poeziya dərnəyinin fəalarından olmuş, bir sıras mətbu orqanlarda şeirləri çap olunmuşdur. 2006-cı ildə “Keçə bilsəm bu sınağı” adlı ilk şeir kitabı çapdan çıxmışdır. Yaradıcılığının ilk illərində heca vəznində şeirlər yazmağa üstünlük versə də, sonralar sərbəst vəzndə daha çox yazıb yaratmışdır.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının üzvü və katibi, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Mətbuat katibi, “Kardeş kalemler” dərgisinin Azərbaycan təmsilçisi, gənc xanım yazar Şahanə Müşfiqin “Hərənin öz romanı” adlı yeni kitabı (povest və hekayələr) “CBS-PP” nəşriyyatı tərəfindən 200 səhifə həcmində “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin dəstəyi ilə çap olunub. Kitabın redaktoru “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevadır.
Şahanə Müşfiqin bu kitabında yer alan “Qaranlıqlar günəşi” adlı poevstində qadın zorakılığı, internatlarda böyüyən uşaqların naməlumluğun qoynuna atılması və sonrakı həyatları əsas mövzu kimi götürülüb. Yazıçı cəmiyyətin bu və bu kimi bir çox problemlərinə diqqət çəkir. Hekayələrində isə cəmiyyətdə mövcud olan müxtəlif ailədaxili problemlər əks etdirilir.
Kitab müəllifin öz oxucuları ilə növbəti görüşüdür. Kitabın ədəbiyyatsevərlər, ədəbiyyatşünas-alimlər, tədqiqatçılar, ədəbi tənqidçilər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Müəllifə-dəyərli dostumuz, qələm yoldaşımız, istedadlı Azərbaycanlı gənc şairə, yazıçı Şahanə Müşfiqə ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyirik!!!
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
İkimiz də uduzmuşuq… İkimiz də uduzmuşuq sevgimizi, Sevə bilməmişik əslində… Illərin yürüşünə qatıb əlimizə də dərddən bir çomaq alıb Haylamışıq uzaqlara O ilahi hissimizi… Örüş tanımamışıq əslində…
İkimiz də yox olmuşuq Bizə yalan danışan, Bizdən küsüb taleyilə barışan Insanların gözlərində… İkimizin adı qalıb Arxamızca ünvanlanan, Kimlərinsə “can qurtaran” Haqlı-haqsız sözlərində… Ikimiz də dönüşü yox, Enişi çox, yoxuşu çox Bir yola çıxmışıq… Nə dönməyə üzümüz yox… Nə ölənimizi ağlamağa Yaş tökəcək gözlərimiz yox… Biz gedənin arxasınca Içimizdə ağlamışıq… Quruca gözlə baxmışıq…
Uduzmuşuq bu taleyə… Tənhalıqdan alışan, Sevgidən donan qəlbimizi… Başqa ad qoya bilmədiyimiz Qismətimizi… İkimiz də uduzmuşuq… Uduzanlar harın olur udandan… Daha acgöz olur… Tamahı “mərtəbəli”, İstəyi “göz-göz” olur… Əl çəkə bilmir oynadığı oyundan… İkimiz də uduzmuşuq… Amma yenə oyundayıq… İstəsək, bir bulağın gözünə hopub Torpağın altına köçərik… İstəmirik…Oynayırıq…Bu dünyadan qopub O dünyaya gecikmək üçün tələsirik… Oynayırıq…Bəlkə qara qismətimizin Yoluna hörmək üçün Ümid daşları gəzirik? İkimiz də uduzmuşuq…
Bu taleyə, bu qismətə… Övladımızı uduzduq… Sevdamızı uduzduq… Arzularımızı, ümidlərimizi, Vüsalımızı uduzduq… Bir sən qaldın…Udulmamış… Bir mən qaldım… Hələ sənə yad olmamış… İkimiz də uduzmuşuq…
İkimizin bir yağışı qalıb bizə… O yağışın bir alqışı qalıb bizə… İndi də dur, ya yönün sal biz tərəfdən… Ya mənim durum gəlim sizə… Qoşalaşaq, cüt zər kimi Bu oyunda hakim olaq… Biz bunu da bacarmasaq Adicə eşqpərvər kimi Eşqə and içib yaşayaq… Ya da… Ya da, söylə, bəs kim olaq? 17.10.2012
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Qaldırıb atmışam son çarələri, Ömrümün gör neçə otağı boşdu… Həkimi sən olan xatirələrim Qarıyıb-qocalıb, çoxu naxoşdu… Qapımın qıfılı yox, qəfil gələrsən deyə… Gedəndən ürəyim qanlı qəsrdi… Mənim kədərimlə Sənə deməyə Tanrı Söz göndərir neçə əsrdi… Ömrümün gör neçə otağı boşdu, Qayıt… Nəfəsinlə şen olsun ömrüm…
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 8 nömrəli filialı məşhur yazıçı Artur Konan Doylun anım günü ilə əlaqədar “Dünya şöhrətli yazıçı” adlı virtual sərgi hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, virtual sərgi kitabxananın sosial hesablarında oxuculara təqdim olunub.
Qeyd edək ki, detektiv ədəbiyyatı janrının ən parlaq nümayəndələrindən biri və Şerlok Holms, professor Çellincer kimi maraqlı obrazların müəllifi olan dünya şöhrətli yazıçı Artur Konan Doyl 1859-cu ildə Böyük Britaniyada anadan olub.
Yazıçıya uğur gətirən ilk hekayəsi 1887-ci ildə “Beeton’s Christmas Annual” jurnalında çap olunan “Qırmızı Fayl” adlı hekayədir. 1891-ci ildən yeni nəşrə başlayan “Strend” dərgisi onun Şerlok Holmsın macəralarını hissə-hissə çap etməyə başladı. Konan Doylun universitet müəllimi Jozef Bellin simasında qələmə aldığı ağıllı, bacarıqlı və qəzəbli şəxsi detektiv oxucuya viktorian dövrünün məftunluq əzəmətini yaşatdı. O, Holmsdan bəhs edən 24 əhvalat yazdı, nəhayət, ondan bezən yazıçı “Şerlok Holmsın son işi” (1893) hekayəsində qəhrəmanını öldürdü.
Artur Konan Doyl 1930-cu il iyulun 7-də infarktdan dünyasını dəyişib.
Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 3 bədii tammetrajlı film istehsal prosesindədir.
Kinostudiyanın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, rejissor Elçin Musaoğlunun “Məryəm” filminin çəkilişlərinə may ayından başlanılıb. Hazırda Zaqatala-Balakən bölgəsində son çəkilişlər gedir və iyulun 10-na kimi çəkilişlər tamamlanacaq. Ekran əsərinin ilin sonunda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.
Dram janrında olan filmin süjet xətti ölmüş bildiyi atasını görmək üçün uzun illər sonra Azərbaycana gələn və onu ucqar rayonda yerləşən ruhi-əsəb xəstəxanasında tapan Məryəm adlı qızdan bəhs edir.
İkinci Qarabağ müharibəsinə həsr olunmuş kinorejissor Vaqif Mustafayevin “Fəryad 2” filmi ilə bağlı hazırlıq prosesləri gedir. Filmin məkan çəkilişlərinə hazırlıq məqsədilə Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. İyulun 15-dən sonra çəkilişlər başlanacaq.
Asif Rüstəmovun “Mərmər soyuğu” adlı filmi isə fransalı şirkətlə birgə lentə alınacaq. İlin sonuna qədər bu iki filmin də çəkilişlərinin tamamlanması nəzərdə tutulub.
Eyni zamanda, kinostudiyada bir neçə sənədli filmin çəkilişləri də davam edir. “Görünməyən qəhrəmanlar” adlı 5 hissəli silsilə xronikal filmlərin istehsalı prosesinə artıq start verilib. Silsilə filmlər İkinci Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə ad qazanmış döyüşçülər haqqındadır. Mədəniyyət Nazirliyinin “Böyük qayıdış” ssenari müsabiqəsinin qalibi olan “Fulya” sənədli filmi tamamlanıb və montaj prosesindədir.
Bu günlərdə Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) xalqımızın tarixində, mədəni irsinin qorunmasında və ictimai-siyasi həyatında fövqəl əhəmiyyətə malik olan Şuşa şəhərinin işğaldan azad edilməsinə həsr edilmiş vacib layihəyə imza atıb – Azərbaycan, türk, ingilis və rus dillərində “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı işıq üzü görüb.
Kitab ulu öndər Heydər Əliyevin Şuşanın ölkəmiz üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək dediyi: “Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə, Azərbaycan yoxdur!” sözləri ilə açılır.
Kitabın əvvəlində xalqımız üçün mühüm əhəmiyyət kəsb edən 2 tarixi sənəd öz əksini tapıb. Bu sənədlərdən birincisi “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 may 2021-ci il tarixli Sərəncamıdır. Digər sənəd isə 15 iyun 2021-ci ildə Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi”dir.
Nəşrin Azərbaycan dövləti və xalqı üçün böyük əhəmiyyətə malik bu sənədlərlə başlaması rəmzi məna kəsb edir. Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev imzaladığı Sərəncam ilə “Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği məqsədilə” Azərbaycanın mədəniyyət paytaxtı elan etmişdir. İkinci sənəd qismində Şuşa Bəyannaməsinin əks etdirilməsi Azərbaycan və Türkiyə dövlətləri arasındakı münasibətlərin ən ali əməkdaşlıq səviyyəsinə – müttəfiqlik səviyyəsinə yüksəlməsinin və bununla da Cənubi Qafqaz regionunda yeni qüvvələr balansının mövcudluğunun rəsmi şəkildə təsdiqlənməsini əks etdirir.
AVCİYA tərəfindən nəfis tərtib edilərək geniş oxucu auditoriyasına təqdim edilmiş “İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı “Rəsmi xronika” və “Şuşa (müxtəsər tarix)” bölmələrindən ibarətdir.
Kitabın “Rəsmi xronika” bölümündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı Azərbaycan xalqına sevinc dolu müraciətləri və təbrikləri, Şuşaya səfərləri zamanı açıqlamaları və dünya ictimaiyyətinə mesajları, Şuşanın bərpası və tarixi görünüşünün qaytarılması istiqamətində görüləcək işlər barədə çoxsaylı məlumatlar öz əksini tapıb. Kitabın bu bölümündə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Şuşada möhtəşəm “Xarıbülbül” musiqi festivalının keçirilməsinə dair rəsmi sənədlərin əksini tapması xüsusi önəm kəsb edir. Kitabda Şuşa Bəyannaməsi imzalandığı 15 iyun tarixində Azərbaycan və Türkiyə prezidentlərinin mətbuata birgə bəyanatları, Heydər Əliyev Fondunun təşkilatçılığı ilə təqdim olunmuş “Musiqi irsi və Qarabağ atları Cıdır düzündə” musiqili kompozisiyası haqqında məlumatlar, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 16 iyunda Milli Məclisdə çıxışı və digər rəsmi sənədlər təqdim edilib.
Diqqəti çəkən məqamlardan biri də ondan ibarətdir ki, kitabda “Rəsmi xronika” bölməsindən əvvəl Şuşa ilə bağlı reallaşdırılmış bütün hadisələrə dair fotoalbom yer alıb.
Kitabın “Şuşa (müxtəsər tarix)” bölümündə Şuşanın tarixi müxtəlif dövrlərə bölünərək təhlil edilir, Qarabağ xanlığının Çar Rusiyasına birləşməsini rəsmiləşdirmiş Kürəkçay müqaviləsinin mətni təqdim edilir və bu müqavilədən sonrakı Şuşa haqqında məlumatlar verilir. Kitabın bu bölümündə həmçinin Azərbaycanda istiqlal uğrunda mübarizə və erməni işğalı (1988-1993) və İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi haqqında qısa məlumatlar yer alır.
“İlham Əliyev: Əziz Şuşa, biz qayıtmışıq!” kitabı AVCİYA-nın “1905.az KİTABI” seriyasından növbəti nəşrdir. Bu seriyanın ideya müəllifi və naşiri assosiasiyanın prezidenti Elxan Süleymanov, tərtibçisi və elmi redaktoru siyasi elmlər üzrə fəlsəfə doktoru, Əməkdar jurnalist Fuad Babayevdir.
Jurnalın iyun nömrəsi Nübar Eldarqızının “Özüylə söhbəti və şeirləri”ylə açılır. Bu nömrədə “Ulduz” jurnalı ilə “525-¬ci qəzet”in birgə layihəsi olan “9-luq”da “Müharibə – Ədəbiyyat – Müharibə ədəbiyyatı” mövzusunda şair Musa Urud, nasir Günel Anarqızı, kinorejissor Rövşən İsax danışır. “Ulduz”sevərlər tanınmış türk yazıçısı Bəxtiyar Aslanın “Ah, nə deyim, ömrüm, səni?!” yazısını Aygün Ələkbərzadənin tərcüməsində oxuya biləcək.
“Nəsr” bölməsində oxucularla görüşə yeni yazıları ilə Tural Cəfərli, Arzu Murad, Vüsal Bağırlı, Fariz Yunisli və Məlahət Hümmətqızı gəlib. Gülşən Əliyeva– Kəngərli “Tribuna”da “Meditativ şeirin poetik imkanları”ndan yazır. “Debüt”də İntiqam Can, Aqil Bəkirdir. “Qısa fikirlər xəzinəsi” dühaların fikirlərini, “Hücrə” Emin Pirinin “Posttənqidçi” yazısını təqdim edir. “Ulduz”un bu nömrəsində Əsəd Cahangirin “Xarıgülnar” poeması da işıq üzü görüb.
“Şeir vaxtı”nın budəfəki qonaqları Elnur Uğur, Mahirə Nağıqızı və Kəmaləddin Qədimdir. Fərid Hüseyn Musa Yaqubun poeziyasından, Günel Eyvazlı “Xan qızı”ndan yazıb. “Türk eli”ndə şeirləriylə oxucuların görüşünə Canər Gökcəoğlu gəlib. “Tərcümə saatı” Vasili Belovun “Atlar” hekayəsini Elçin Hüseynbəylinin, Helen Bannermanın “Qızıl pəncərə” hekayəsini Zəhra Namazlının tərcüməsində təqdim edir.
Qərib Mehdinin “Gülgünün rəngli muncuqları” sənədli hekayəsi, Rövşən Yerfinin “Şəhidlik zirvəsi” yazısı “Ulduz”un bu nömrəsində yer alıb.
İlham Abbasov “Ədəbiyyat üzrə Nobel mükafatçıları” rubrikasında görkəmli Amerika dramaturqu Yucin O’Nildən yazıb.
Gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Свiт тане, як сон” (“Dünya yuxutək əriyir”) kitabı Kiyevdə nəşr olunub.
Dövlət Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “Yaroslavov Val” nəşriyyatında işıq üzü görmüş kitabın ukrain dilinə tərcüməçisi tanınmış Ukrayna şairi, mütərcimi, filoloq-alim Lesya Mudrak, redaktoru Taras Şevçenko Milli Mükafatı laureatı, yazıçı Qriqori Quseynovdur.
Kitabın dizayn tərtibində Leyla Əliyevanın müəllif rəsmlərindən istifadə olunub.
Azərbaycanda elan olunmuş “Nizami Gəncəvi İli” ilə əlaqədar dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması Tbilisidə nəşr olunub (ADTM).
Azərbaycan Tərcümə Mərkəzindən bildirilib ki, zəngin ənənəli “İverioni” nəşriyyatında işıq üzü görən kitabı orijinaldan gürcü dilinə görkəmli gürcü şərqşünası və mütərcimi professor Maqali Todua tərcümə edib.
Kitabın redaktoru yazıçı-tərcüməçi İmir Məmmədli, “Ön söz” müəllifi professor Xəlil Yusiflidir.
Azərbaycan Yazıçılar Birliyində (AYB) yenə də kadr təyinatları olub.
Rauf Aslanov Azərbaycan Yazıçılar Birliyi sədrinin baş müşaviri təyin edilib.
Yazıçı-tərcüməçi Vaqif Əlixanlıya AYB Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri vəzifəsini, yazıçı Pərvin Nurəliyevaya isə “Qobustan” jurnalının baş redaktoru vəzifəsini icra etmək tapşırılıb. İndiyədək Mərkəzin nəşri olan “Dünya ədəbiyyatı” dərgsinin baş redaktoru ədəbiyyatşünas Seyfəddin Hüseynli isə eyni zamanda Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrinin müavini təyin edilib.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Gənclər Şurasının iclası keçirilib.
AYB-in sədri, Xalq yazıçısı Anar birliyin Gənclər Şurası ilə bəzi məsələləri müzakirə edib.
İclasda ədəbi festivalların təşkili, gənc yazarların ədəbi mətbuat orqanlarının redaksiya heyətlərinə üzv qəbul edilməsi, ədəbi telelayihələr, yay məktəblərinin təşkili, digər dövlət qurumları ilə, habelə özəl təşkilatlarla əməkdaşlıq, regionlarda və paytaxtda oxucularla görüşlərin keçirilməsi, yaradıcı qurumların bir-birinə inteqrasiyası, gənc yazarların əsərlərinin çapı və sair məsələlər müzakirə edilib.
Görüşdə AYB-in gənclərlə iş üzrə katibi Rəşad Məcid də çıxış edib, gənclərin təklifləri ilə bağlı fikirlərini bildirib.
Sonda Xalq yazıçısı Anar gənclərə öz tövsiyələrini verib və onlara uğurlar arzulayıb.
Şair Faiq Hüseynbəylinin yeni nəşr olunmuş “Arzuların şəhidi” adlı kitabı Cəlilabad rayonunun Alar kəndində anadan olmuş Vətən Müharibəsi şəhidi Əkbər Azər oğlu Hüseynli haqqındadır.
Ailənin yeganə oğul övladı olan Əkbər Hüseynli təhsilini yarımçıq qoyaraq hərbi xidmətə getmiş, Murov ətrafındakı döyüşlərdə iştirak etmiş və şəhid olmuşdur.
Oxuculara Faiq Hüseynbəylinin poeması ilə birlikdə şəhid Əkbər haqqında Vəfa Mürsəlqızı, Arzu Göytürk, Gülnarə İsrafil, Şakir Xanhüseynli, Əlirza Həsrət, İltimas Səmimi, Elşad Barat, Tamara Nadirova, İlham Cəsur, İqbal Nəhmət, Xalid Mahmud, Bilal Alarlı, Ənvər Məsud, Allahşükür Ağa, Bəhruz Xəlil və digər şairlərin yazdığı şeirlər, həmçinin müxtəlif müəlliflərin kimlik yazıları təqdim olunur.
Kitabın ön sözünün müəllifi və redaktoru filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlıdır.
Azərbaycanlı şair Ümid Nəccarinin “Unutmaq” adlı kitabı Özbəkistanda işıq üzü görüb.
Kitab Özbəkistan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Innovatsiya-Ziyo” yayınları tərəfindən Özbəkistanda çap olunub.
Şeirləri özbək dilinə tərcüməçi Marufjon Yoldoşev çevirib. Qeyd edək ki, Ümid Nəccari 3 kitab müəllifidir və indiyə qədər bir sıra ölkələrdə – Amerika, Serbiya, İtaliya, İspaniya, Rusiya, Gürcüstan, Özbəkistan, İraq, İran, Türkiyə, Çili, Çexiya, Qazaxıstan və bir çox ölkələrin mətbu orqanlarında şeirləri və yazıları tərcümə olunaraq işıqlandırılıb.
Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri, şair, esseist Fərid Hüseynin Moldovada rumın dilində şeirlər kitabı çap olunub.
Edebiyyatqazeti.az xəbər verir ki, “Yaddaşın vəfa borcu” (“İnchinare memoriei”) adlı kitab “Quadrat” nəşriyyatında çap olunub və nəşrdə gənc şairin 100-ə qədər müxtəlif mövzulu şeirləri yer alıb. Kitabı rumın dilinə tanınmış şair, tərcüməçi Nikolay Spetaru tərcümə edib.
Arıxov Hüseyn Camal oğlu və ya özünə götürdüyü soyadı ilə Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif; 15 iyun1924, Yenigün, Qazax qəzası – 14 sentyabr1992, Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989).
Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində (1937-1940), ADU-nun şərqşünaslıq fakültəsində (1946-1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur (1951-1952).Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan cəmiyyətində şöbə müdiri (1957-1959),”Azərnəşr”in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965-1967),”Gənclik” nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967-1968),Azərbaycan Aşıqlar Birliyinin sədri (1984-1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir.
Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur.
Ədəbi fəaliyyəti
Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə “Azad” tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, “Yolda” poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur.
1971-ci ildə “Dağ Kəndi” poemasına görə “Qızıl Oraq” mükafatina layiq görülmüşdür. Əsərləri keçmiş SSRİ və bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. Mahnılarına musiqi bəstələnmişdir. 1976-cı ildə Yuqoslaviyada (Sarayevo) Beynəlxalq poeziya günlərinin, 1979-cu ildə Liviyada SSRİ gunlərinin iştirakçısı olmuşdur.
Muxtar Vilayətin Ali Məclisinin Sədri hörmətli Vasif müəllim, 44 günlük qələbəmiz zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyev atasının məzarı önündə – Xoşbəxtəm ki, ata, sənin vəsiyyətini yerinə yetirdim, – dediyi anlarda, 1991-ci ilin avqust ayını, Naxçıvana, ulu öndəri ziyarətə gəldiyimiz günü də xatırlayırdım.
Moskva təqiblərindən sonra o, Sizin evinizdə qalırdı. Xalq şairi Bəxtiyar Vahabzadəni, şair Qasım Qasımzadəni, professor Rüstəm Əliyevi və məni Sizdə qarşıladı.
İnsanın Vətən vaxtı Söz, xüsusilə bədii söz hər bir fərdin, ələlxüsus yaradıcı adamın daxili aləmini, iç dünyasını açmaq vasitəsidir.
Günümüzdə əzəli və əbədi sözün müqəddəsliyini uca tutan, o sözə özünün təzə, tər nəfəsini qatan bir xanım şairə də yaşayıb yaradır, artıq nüfuzlu dövrü mətbuatda çap olunan şeirləri, kitabları ilə imzası oxuculara yaxşı tanınan AY Bəniz Əliyar! Sözü sipər edənlər, sözə sipər olanlar Ruh adamlarıdır. Onlardan kimi ruhunun əsiri, kimi də ruhunu dustaq edənlərdir. Ruhun səsini, ruhunun pıçıltısını haraya çevirib hayqıranlar isə onu azadlıqda tutanlar – sözdən qala quranlardır. AY Bəniz Əliyar Ruhdur. Ruhunun səsini hayqıra bilən, cəsarətlə aydınladan, ondan qala quran cəsarətli söz ağasıdır. Bəzən həlim olub sözə sığal çəkə bilir, bəzən həzin-həzin elə pıçıldayır ki, ruhu, duyğusu olan oxucusunu mübhəm-mübhəm oxşayıb kövrəldir, bəzən də daha çox elə Aybəniz olur.
Bəs Aybəniz necə AY Bəniz oldu?
Qədim şəhərin mərkəzində qurulduğu gündən yaxın zamanın vaxt ölçüsündə bir saniyə belə çaşmayan Saat Qülləsinin altında durmuşam. Aybəniz, budu ey, baş küçə ilə üzü Çıraqqalaya doğru, başı yuxarı ley kimi gəlir. Yolun yoqquşu kimi elə bizim bu şairə xanımın da başı dikdir. Həmişə başı dik, addımları yeyin, beləcə yolu qabağına qatıb yeriyir. Diqqətlə baxanda sanki yerimir, uçur, – deyirsən. Əslində bu ona yaraşır, çünkü amalı dürüstlük, əl qoyduğu işdə iradəsi qətilikdir. İkinci ehtiyat variantı isə heç yoxdur… Görün bir nə deyir:- “Mən yumruğumu sıxmışamsa, demək, kimsə başına yiyə dura bilməyib”
Lakin doğrusunu mən bilirəm. Aybənizin sıxdığı yumruğu gözlərində gilələnən həyat çeşməsidir, başlara yox, ürəklərə endirilən şəfqət, qəlbləri nurlandıran həyat eşqidir.
Bənd oldum bu yaşantıya,
Bənd deyilən bəxtə düşə.
Tanrı görən, tanrı duyan,
Bir arzu taxmışam döşə.
Ürəyə oxşayır.
Aybənizlə ilk tanışlığım qəribə olub, deyərdim. Rayon məktəblərinin birindəydim. Azərbaycan dili və ədəbiyyatı sinifinin yazı taxtasının üstündəki “A4” vərəqdə çap olunub asılmış dörd bəndlik şeir diqqətimi çəkməyə bilməzdi:
Zamanın qulu tarix, İndi qul zaman oldu. Qayıtdı ulu tarix, Dəvəçi Şabran oldu.
Və sonuncu bənd də var:
Nə xoş doğuldu bu yaz, Günəş gözündə almaz. Belə möcüzə olmaz, Dəvəçi Şabran oldu.
Dəvəçi adının Şabran adıyla əvəzlənməsi üçün əməyi, zəhməti keçən bir insan kimi bu Şeir gözümdən yayına bilməzdi. Bilərəkdən və ya da bilməyərəkdən şeir yazı taxtasının görünən yerindən asılmışdı. Diqqətimin o şeirin üzərində kəsildiyini görən müəllimdən şeirin müəllifini soruşduqda öz bəlağətli səsi ilə Aybənizi nişan verdi. Mən də qiyabi də olsa Aybənizi bu şeiri ilə tanımış oldum. Hətta gileylənərək: -“Niyə bəs mən bunu indi bilirəm?”, – dedim. Artıq bir neçə gündən sonra həmin Aybənizin iki şeir kitabı stolumun üstündəydi. “İlk görüş” və “Dənizin dostu”. Məlum məsələ idi ki, ilk çap olunan kitablarda şairin elə ilk qələm təcrübələri çap olunur. Kitabları vərəqlədikcə hiss edirsən ki, şeirlərin içində bir neçə Aybəniz var. Özünü hələ də şeirlərdə və hisslərində axtaran Aybəniz. İçindəki şıltaq və qayğısız hisslərdən doymayan körpə, əzab çəkə-çəkə eşqi cəhənnəm əzabı kimi yaşayan qızcığaz, dünyadan baş açmağa macal tapmayan üsyankar insan və buludların üstündən yelləncək asıb yellənən şair Aybəniz… Hər vərəqdə az qala bir Aybənizlə tanış olursan. AMMA əslində, Şabranın bütün yollarından süzülən şeir topalarını öz qələminin mürəkkəbinə çevirən bir Ay Bəniz var. Sonradan onu belə adlandıracaqdıq. AY Bəniz! O, AY Bəniz olmaq üçün hələ üçüncü, dördüncü, beşinci şeir kitablarını da çapa hazırlayacaqdı. Üçüncü, “İşığa can atan arzular” adlı şeir kitabına dostumuz Aydın Tağıyev redaktorluq elədi. Ön söz sahibi oldu. Dördüncü “İntizar” kitabının da xeyir-duasını özüm verdim. Və artıq AY Bəniz sonrakı “Qürubda Günəş”, “Cənnətdən gələn məktublar”, “Darıxmaq” adlı növbəti kitabları ilə bu ədəbi yolda atdığı müvəffəqiyyətli addımlarla bizləri də sevindirməyə başladı. Bəli, AY Bəniz dənizlə DOST oldu, sevindik. Bitib tükənməyən arzuları ilə İŞIĞa can atdı, nə gözəl, uğurlar tükənirmi? Əsla, İNTİZAR çəkməyin dadını, tamını dadızdırdı sevənlərinin ruhuna, canına. Gunəşə üz tutub cənnətdən gələn MƏKTUBLARla müjdələdi pərəstişkarlarını. Sonra da “Darıxmaq”la qəlbin durulmasının paklığa gedən yolda ümidə ünvan olduğu inamını möhkəmiəndirdi ruhumuzda. İndi də nə sözünü, nə də ədəbi düşüncələrini dərgilər qoyur “yerə düşməyə”. AY Bəniz gözümüzün qabağında kitabdan-kitaba böyüdü, duruldu, bizi təəccübləndirməyi bacardı… Taleyi onu Xaqani Poeziya Evi kimi bir məbədgahla mükafatlandırdı. İndi salam versəm bəlkə də eşitməz, ya da o qədər fikir dünyasına dalıb ki, heç duymaz. Çünkü bitib-tükənməyən təbi bir an da olsun onu özündən kənara qoymur, duyğuları onunla ən etibarlı yol yoldaşıdır. Bu gedişlə indi şer dolu heybəsini yəqin tezcənə kağızın üstünə tökməyə tələsir. Özü deyir axı, guya şerlərini əzbər bilmir. Bəlkə də belədir, şeir bir olar, beş olar! Dəvəçikənddən, stansiya deyilən dəmir yolu vağzalından ta ki, şəhərin yuxarı başındakı dağın dibinə, Xaqani Poezya Evinəcən bu üç-dörd verslik yolu yalın ayaq gəlib-gedənədək neçə şeir qoşur, neçəsinin də süjetini qurur. Hər səhər tez-tələsik Xaqani Poezya Evinə yetişib içinin yanğısını tökəcək kağızın üstünə, ya da elə indi, yol gedə – gedə beynində düzüb qoşur:
“Dünyanın hər rəngində insan yaradıldı bu yer üzündə…” “Çoxdandır içimi gəmirən bir şey var ruhumda…” “Yazsam bitməz, bitməz ki,canım qurtula bəlkə!..”
Belə! İstedadı ilə üsyankarlığını tərəziyə qoysan, nə biri az, nə də o biri çox, elə tən gələr. Allahın verdiyini halal zəhməti ilə yoğurub cilaladığı adını daşıyan, adına layiq ocağa çevirən, rəhbərlik etdiyi Poezya Evindəki Xaqani ruhunun əzəməti və üsyankarlığı ilə cilalanıb. Ola bilməz ki, Dahi söz ustadının ruhu adının qoyulduğu, ona yeni ünvan olan bu ocağa ziyarətə gəlməsin. Və gəlibsə, deməli, bizim AY Bənizin ruhuna da sirayət edib.
AY Bəniz Əliyarın şeirlərini oxuduqca, o şeirlərdən oxucu kimi nə qədər bədii zövq alıb təsirlənirsənsə, həm də onu yaxından tanıyan biri kimi heyrətlənirsən; bu bəstəboy, zərif xanım daxilən, mənən “nə miqdar imiş…” ( M. Füzuli ) “Ulduz” Ədəbiyyat dərgisində (may, 2021) Vətən müharibəsinə həsr etdiyi “Xarıbülbül” adlı üç pərdəli pyesini oxuyuram. Yazıb “Qalib bir ölkənin qalib əsgəri qürurla, əlində üçrəngli bayraq, marş sədaları altında fəxrlə addımlayır.” Aşağıdakı misralar da 44 günlük Vətən müharibəmizin qalib əsgərinə ünvanlanan qayğı dolu şair misralarıdır:
Qələbə müjdəli dilək daşıyar əsgərim mənim,
Yağma yağış, əsmə külək,
üşüyər əsgərim mənim.
Qaçmaz savaş meydanından, Ümman olsa da qanından. Qəhrəmanlıq dastanında Yaşayar əsgərim mənim.
Şair ürəyi hamının inancının üstündədir. Qələbəmizə inam da buna daxildir. AY Bənizin bu şeiri isə mənə bir panoramanı xatırlatdı. Sözün gücüylə şairənin yaratdığı təfsirə ehtiyacı olmayan poetik bir panorama…
Məndə yenə heç-heçədi,
Bilmirəm, sizdə necədi?
Qara, qapqara gecədi,
Əlimi açıb durmuşam.
Ürəyim var özüm boyda,
Sükutum var sözüm boyda.
Oğlum boyda, qızım boyda
Dünyanı qucub durmuşam.
Eşq ilahi qüdrətdir, bunu Ay Bəniz qarışıq bütün söz ustadları belə deyib, etiraf ediblər, əslində. Ay Bənizin şeirlərində eşq yaşantı yox, həyatın içidir.
Ağrıma, ömür, ağrıma, Şuma tum səpilən vaxtdı. Heç nə gəlməyir ağlıma, Olanlar-olmazlar haqqdı.
Ay Bənizin hər şeiri söyləntidi, hər şeiri aydın və düşündürücü məntiqlə cilalanmış hekayədi, mərhələ-mərhələ kuliminasiyaya gedən yolu olan daha çox şirin, bəzən ya acı, ya da gərgin, bənzərsiz hıçqırıq-harayla səsləşən çağırışdı. Bir şeirinin son bəndləri, qafiyələridir bu aşağıdakılar:
-“Ömrün göyərçin dövrüdü”, “İllər yol açır qırışa”, “Sirr var sahibi fələkdi”, “Ağla ha, göz yaşı bitməz”, “Yurd yeri cənnətdi bu yaz!”, “… İnsanın Vətən vaxtıdı.”
Altı bəndlik bir şerdə bir kitab hekayət var, söylənti var. Hörmətli akademik İsa Həbibbəylinin təbirincə, “Ay Bəniz Əliyarın harada yaşadığını bilməsək, şeirlərindəki zəngin obrazlar aləminə, düşüncəsində müasirliyə görə onu paytaxtın ən qaynar ədəbi mühitini təmsil edən şairlərdən biri hesab edə bilərik.” Yeri gəlmişkən, Xalq yazıçısı Elçindən tutmuş Vaqif Yusifli, Paşa Qəlbinur, Rahid Ulusel kimi söz sərrafları da Ay Bəniz Əliyarın yaradıcılığı haqqında ürək dolusu xoş sözlərini deyiblər. İndi mən nə deyim? Poetik sözün, o sözün arxasındakı mənanın hüdudları çox genişdir, necə ki:
Bu ömür nə ömürdü? Xərci bitmir ki, bitmir. Verilən cəzaların Borcu bitmir ki, bitmir.
Səslər oxşar ola bilər. Lakin hər bir qələm sahibinin, şairin öz poetik səsi olmalıdır ki, oxucusu onu tanısın. Bu misralar AY Bəniz Əliyarın poetik səsidir:
Sabahlar sükutu dələ,
Sevdalar sehrlə gələ.
Səmalar səssizcə gülə,
Göy üzü bələyin ola.
Zamandan, xüsusən ötən zamandan az adam tapılar ki, gileylənməsin. Ən çox da söz, sənət adamları. Zaman və söz anlayışına Ay Bənizin yanaşması, zənnimcə, bir qədər fərqli və düşündürücüdür. Ay Bəniz də zamanı geri qaytarmağın mümkün olmadığını etiraf edir. Vaxtın, ötən günün arzulara, arzuların çin olmasına apardığını da yaddan çıxarmır. Yaş üstünə gələn yaş arzulara çatmağın yolu hesab edir. İnsanın, “adamın” itirmək qorxusu, unudulmaq əzabı ilə barışması AY Bənizə görə hissiz, həyəcansız bir ömür yaşamaqdan başqa bir şey deyil.
AY Bəniz Əliyarın yaradıcılığı haqqında qısa ürək sözlərimi onun öz misraları ilə tamamlamaq istəyirəm:
Şeir bir az tapıntı,
bir az Tanrı işidir.
Onu korlar da oxur,
karlar belə eşidir.
Qədim Şabran torpağına qədəm, ayaq basanları, bu qədim yurd yerində ilk əvvəl uca zirvələrdən boylanan əsrlərin daş yaddaşı əzəmətli Çıraqqala salamlayır. İllər keçəcək, Şabranı bu yerlərin daş yaddaşı ilə yanaşı, həm də bir söz yaddaşı da yaşadacaq. Təkcə bu günün yox, sabahın o söz yaddaşını yaradanlar arasında qələm dostumuz AY Bəniz Əliyara yeni yaradıcılıq uğurları, poetik kəşflər, tapıntılar arzusu ilə.
Xalq yazıçısı Elçin müasir Azərbaycan ədəbiyyatının böyük nümayəndələrindən biri olduğu kimi, eyni zamanda görkəmli ədəbiyyatşünas və tənqidçidir. Onun «Ədəbi düşüncələr»i oxuculara yaxşı tanışdır. Dünya ədəbiyyatı klassiklərinin, eləcə də müasir yazıçıların əsərləri barədə yazılmış qısa esselər yazıçının bəşəri və milli ədəbiyüyatla bağlı düşüncələridir. Elçin bəhs etdiyi əsərləri mənəvi dəyərlərə əsaslanaraq, onları müasir elmi-nəzəri səviyyədən mənalandırır. Onun dünyaşöhrətli əsərlər barədə söylədiyi fikirlər, irəli sürdüyü mülahizələr öz orijinallığı və dolğunluğu ilə seçilir. İlk dəfə 2002-ci ildə nəşr edilmiş «Ədəbi düşüncələr» oxucuların da, ədəbi ictimaiyyətin də böyük marağına səbəb olmuş, xarici dillərə tərcümə edilmişdir. Türkiyədə aypı-ayrı nəşriyyatlar tərəfindən çap edilmiş «Ədəbi düşüncələr» qardaş ölkənin universitetlərində də öyrənilməkdədir.
Bu günlərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzi «Ədəbi düşüncələr»i nəfis şəkildə yenidən nəşr etmişdir. Müəllif yeni nəşrə yazdığı ön sözdə deyir: «Bu kitaba toplanmış ədəbi qeydlərdə – «esseciklərdə» oxucu yazıçılarla, bədii əsərlərlə, ədəbi hadisələrlə bağlı bir-birindən fərqli fikirlərə, fərqli müqayisələrə, bir-biri ilə üst-üstə düşməyən münasibətlərə, hətta bir-biri ilə zidd mülahizələrə rast gələ bilər və bu təbiidir, çünki söhbət müxtəlif vaxtlarda (müxtəlif onilliklərdə!) yazılmış yazılardan gedir.» Kitaba bir sıra yeni esselər də daxil edilmişdir.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Yazarlarımızın “oxucu yoxdur”, oxucuların da “yazan var ki?!” deyə haray çəkdiyi bir dövrdə yazmağı eşqdən, oxumağı ədəbdən sayıram. Eşqimə güvəndiyim qədər ədəbimə qısılıram, bu gün sizə yaxın vaxtda oxucu marağınızı səsləyəcək bir kitabdan danışmaq istəyirəm: Şahanə Müşfiqin “Hərənin öz romanı”ndan…
Kitabda Şahanənin yelkəni dərddən olan qayıq misalı hisslərin burulğanlarında batmamağa, məhv olmamağa çalışan insanların taleyindən bəhs edən hekayələrilə yanaşı “Qaranlıqlar günəşi” povesti də yer alır. Şahanənin hekayələri haqqında əvvəllər bir-iki dəfə fikir bildirmişəm. Ona görə bu dəfə yalnız povest haqqında danışmaq istəyirəm. İllərdir adını eşitdiyim, amma, oxumaqçün məhz bu ili-karantinin “üzünü ağ çıxarmaq” naminə çalışdığımız bir dövrü gözləməliymişəm. Bu da taledir…Zahid Sarıtorpaq deyirdi ki, “ədəbi mühitdə hərənin bir taleyi var”. Mənsə, elə düşünürəm ki, bu tale, bəxt, şans deyilən nədirsə, müəllifdən ötə mətnə aiddir. İki misrasının şöhrətinə ömrünü oyuncaq edənləri də çox gördük, cild-cild romanların unudulmasıyla adı unudulanı da… Gördük… “Görməz olaydıq” demirəm, bu da tale işidi. Bizimki yazmaqdısa, taleylə nə işimiz var?!
Şahanənin “Qaranlıqlar günəşi”ndə günəşin özünü görməksə, oxucu taleyidir. Ümid edirəm, oxucular da o günəşi görəcək… Görməlidirlər… Bu yazıda günəşin bütöv rəsmin hansı etüdündə gizləndiyinə dair ipucu verəcəyəm, sonra deməsinlər ki, “səmt göstərənimiz, cığır manşırlayanımız olmadı, mətnin içində azdıq…” Bəli, o ipucunu bu yazıda tapa biləcək oxucular…
Hələliksə, Şahanənin məni bir oxucu kimi kompyuterin qarşısından qalxmağa, yaşaran gözlərimi hikkəmə yenik düşməsin deyə yumağa məcbur edən düşüncələrindən bəhs edəcəyəm.
“Hərdən oxuduqlarını beynindən keçirirdi: “İnsan fərd kimi dünyaya gəlir və şəxsiyyət kimi formalaşır. İnsanın şəxsiyyət kimi formalaşmasında cəmiyyətin rolu danılmazdır.” Belə anlarda öz-özünə sual verdiyi də az olmurdu: “Hansı cəmiyyət? Mənə xor baxan, özlərindən təcrid etməkçün əllərindən gələni edən cəmiyyət? Görəsən, bu cəmiyyət məni necə formalaşdıracaq?” Suallarının cavabını tapmaq üçün hələ tez idi; hələ ki, həyat yolunun bu cığırında qarşısına çıxanlar xırda çınqıllar idi…” – Səidədən bəhs edən bu cümlələrdə mən Şahanənin özünü gördüm. Onun həyata baxışına, təkcə öz əllərinin deyil, min illərdi dünyanın ətəyinə uzanan bütün əllərin dərdinə yanmasına bələdəm çünki… Və elə burdaca Şahanə həyat yolunun min bir döngəyə burulan cığırlarından, bu cığırlardakı “keçilməz”lərdən, “gedər-gəlməz”lərdən öyrəndiklərini anlatmağa cəhd edir; əsl həqiqətin insanın əlini dünyanın ətəyinə deyil, sonsuz qüdrətlinin sevgisinə və vəfasına doğru uzatmasında olduğunu söyləyir…
Povestdəki qadın obrazlarının dərdləri taleyin hörüklərinin üç cığasıdı. Lakin, tale burda “saçın ucun hörməzlər”i unudur, çəlmə-keçir edir hörüyünün ucunu, ona görə də hörüyü bənd almır, açılır, cığaların hərəsi küləyə qoşulub bir səmtə havalanır.
Əvvəlcə, Ceylan Mumoğlunun “Qadının üç yaş dövrü” romanını xatırlayıram, Humayı gətirib Gülarənin qarşısına qoyuram. Gözləyirəm ki, görüm, kim kimi danlayacaq: qadınlığına, insanlığına yenilib balasına yadlaşan Humay Gülarəni acizlikdə, itaətkarlıqda suçlayacaq? Yoxsa, “balamı atmamışam” deyə-deyə öz günahsızlığına günahkar axtaran Gülarə qulaqlarını balasının səsinə yumduğu üçün Humaya küsəcək? Heç biri olmur amma təsəvvürümdə… İkisi də anadı axı… İkisi də… İkisinin də ürək dağında “bala” adlı bir göynək var… İkisinin də balasının dilini yandıran bir kəlmə var… Bu kösövə dönən kəlməni Şahanə povestdə elə qəribə anladır ki… İlk dəfə anasını görərkən Nazilənin yaşadığı hisslərdə gizlidir həmin kösövün yanğısı: “İllər boyu deməyə ünvan tapmadığı, dilində közə, ürəyində min cavabsız suala dönən o kəlmənin lənətmi, ərməğanmı olduğunu dərk etməyə çalışdı, bacarmadı… Sadəcə, o sözü dilinin ucundan geri qaytarıb udmağa, ömür boyu elədiyi kimi sükunətə məhkum etməyə gücü çatmadı, sinəsindən qopan “ah” o sözü itələyib dilinin ucundan balalarının məsumiyyətinin üstünə çilədi:
– Ana?!”
İkinci xatırladığım əsər Ancela Karterin “Öpüş” hekayəsiydi. Hekayədə Teymurləngin xanımı memarı öpür ki, Teymurləng döyüşdən dönənədək məscidin souncu tağını da bitirsin. Bunu ərinin naminə etdiyinə özünü inandırmaq istəyir, di gəl, öz-özünü günahlandırmaqdan yaxa qurtarammır. Özü də bilir ki, Teymurləng bundan heç vaxt xəbər tutmayacaq; nə o, dilinə gətirməyəcək, nə də memar kəlləsinin havaya uçmasını gözünün altına almayacaq… Yenə də qadın daxilən ərinə xəyanət etdiyini dərk edir, özünü bağışlaya bilmir, əri gələndə onun üzünə baxmır.
Bu özünü bağışlamamaq Gülarənin də daxilində var; o da anlayır ki, taleyin cığırlarını alaq otlarından təmizləmək iqtidarında deyil, cəhd etsə də, bunu bacarmaz. Yenə də içdən-içə balasızlığında günahkar axtarışına çıxır, atasını, analığını, ərini, qaynanasını düşüncəsində yan-yana düzür, hamısının gözlərinin içinə baxıb “Niyə?” sualını ünvanlamaq istəyir… Amma, onda belə səsi çıxmır Gülarənin… Onda belə susur… Kipləşən dodaqları ürəyindəki harayın kiminsə qulağına çatmasına izn vermir, beləcə, Gülarə uzun illər ürəyində bala nisgili, ruhunda günahkarlıq hissi yaşamağa məhkum olur… Və bir gün Nazilənin ona ünvanladığı “Niyə?” sualına cavabı bu olur: “Mən səni ev-ev, küçə-küçə axtarsaydım, bəlkə də tez tapardım, qızım… İş orasındadır ki, mən səni öz taleyimin tüstüçıxmaz bacalarında, bəxtimin su çəkmiş kömüründə, cığırını ot basmış komalarında axtarırdım… Səni tapmaq bir yana, özüm də azırdım…”
Bir də daxma obrazı var Şahanənin povestində… İnsan talelərinin alatoranlığında siluet kimi görünən bu daxma haqqında Şahanə elə qəribə cümlələr işlədir ki…
“Təbii ki, qoca daxma bunları bilmirdi; onun təsəllisi başqaydı… İllərdi kainata kədərli mesajlar, göz yaşları ötürdüyünə görə utanan daxma bu gün özünü kainatın mərkəzi sayırdı…”
“…O axşam Nazilə və uşaqları çox şeydən danışdılar; Vahiddən, Səriyyə xaladan, onlara həmişə tənə edən, yuxarıdan aşağı baxan qonşulardan, Səidənin “Gün işığı” essesindən… Ən çox da qoca daxmadan…”
Hər köçdə bir dəfə tərk edilməyi yaşayan daxmanı yenə ayrılıq gözləyir. Sonuncu əşyaları götürüb daxmadan ayrılan Naziləylə Səidə təpəyə çatanda Nazilə ağlayır. Qızı ondan niyə ağladığının səbəbini soruşanda deyir: “Bu daxmaya ağlayıram. Bax, biz də gedirik, daha onun hənir edən heç kimi olmayacaq”.
İndiyədək Şahanənin şeirlərində, hekayələrində SEVGİni çox görmüşəm, onun haqqında gah şikayət, gah tərif, gah da dostyana ərk “eşitmişəm” bu mətnlərdə… “Qaranlıqlar günəşi”ndə isə Şahanə “sevgi və xoşbəxtlik” problemini müzakirəyə çıxarır. Öz arqumentini “Sevgini tanıyan hansı ürək dərdin gözünün içinə dik baxmır ki?! Və çərxidönmüş fələk hansı böyük sevgiyə xoşbəxtlikdən heykəl qoyub ki!?” – cümlələriylə masaya qoyur. Mən bu masadan tez qalxdım, bildim ki, dediyim hər kəlmənin arxasında ya şərtilik, ya da sərtlik olacaq. “Bir az vaxtım var” povestimdə dediyim ki, “sevgi- bütün dünyanın əzbər bildiyi, lakin oxuyub-oxumamaqda hər kəsin özü qərar verdiyi yeganə nəğmədir…”
Burdan da keçib söz verdiyim ipucunun yanında dayanıram. Tural Sahabın “Türkan” romanının qəhrəmanıyla “Qaranlıqlar günəşi”nin qəhrəmanını xəyalən tanış edirəm, üz-üzə oturduram… İkisi də-Türkan da, Səidə də qaranlıqların içində işıltıya dönürlər, işıqlarını yorulmadan, usanmadan ətrafdakılara, xüsusilə də, yaşadıqları mühitə, cəmiyyətə ərməğan etməyə çalışırlar. Və işığın mənbəyinə-günəşə gedən yol burdan başlanır: bu günəş təhsildir… Bəli, təhsil! Təhsil və qadın haqqında deyilən müxtəlif yozumlu fikirləri, aforizmləri ard-arda düzməyəcəyəm, yox, bunu istəmirəm! Oxucu özü hansı yozumda, hansı deyimi xatırlayacaq, bu, onun öz işidir…
Sevinirəm… Şahanənin bu povestini oxumaq şansım olduğuna görə, onun növbəti kitabının tezliklə nəşr olunacağına görə. Povestdə Aytacın Səidəyə dediyi bir cümlə var: “Yoxsa, yazıçılar sevinməyə birtəhər baxır?” Bəlkə də, sevincimin altındakı o kövrək nisgilin adıdır “birtəhərlik”, kim bilir?
Yenə də sevinirəm… Və sevirəm tezliklə kitaba dəyər verənlərin masasında yerini tutacaq bu kitabı…Gəlişini sevərək gözləyirəm… Bu ilin aprelində Şahanə artkaspi.az saytına müsahibə vermişdi. Demişdi ki: “Mən yalnızca əsərləri sevirəm, müəlliflərini yox…” Onun fikri məni gülümsətmişdi… Məntiqə sığınanda doğrudur, di gəl, könlünü şeirə əsir edənlərə məntiq yaman yad olur ha… Elə bu səbəbdən, bəzən bir əsərə görə müəllifi, müəllifə görə də əsəri sevdiyini dərk edəndə, artıq gec olur…
Bəlkə də sevincimin altında gizlənən əsas səbəb Şahanənin bu kitabının redaktoru olduğumdur? Bu suala qəti bir “Hə!” desəm, bundan əvvəl “Ulduz”dan oxuduğum “Zaman çatı”, “Bir qutu peçenye” hekayələri məni bağışlamaz…
Nə isə… Əsas odur ki, çox yaxında kitab dünyamıza “Hərənin öz romanı” adlı bir kitab gəlir. O yaxın zamanı gözləyə-gözləyə bu axşamın laylasında kitabı əlinə götürdüyü an Şahanənin sevincini, orda “redaktoru: Şəfa Vəli” sözlərini görəndə anamın necə sevinəcəyini düşünürəm… Edip Cansever`in “İzmirin axşamları” şeirindəki kimi: “İzmirin axşamları İzmirin, Hər kəs səadətini düşünür…”.
Ədəbiyyatşünas, şair Ramil Əhmədin “Orxan Pamukun evində” kitabı Hədəf nəşriyyatında işıq üzü görüb.
Kitabda Ramil Əhmədin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, türk yazıçısı Orxan Pamukla tanışlığının, görüşünün detalları, eləcə də ədibin evində gerçəkləşən söhbətləri yer alıb. Bu kitabın bəzi hissələri mətbuatda işıqlandırılsa da kitabda daha öncə yayımlanmayan yazılar, fotolar və Pamukun yaradıcılığına aydınlıq gətirən detallar var. Orxan Pamuk ilk dəfə bu kitabda yarımçıq gənclik romanından, gələcəkdə Məsumiyyət Muzeyinin qapalı qutularında sərgilənəcək əşyalardan, romanlarında ailəsindən gələn detallardan, evdəki “zəka terrorundan” qaçıb ədəbiyyata sığınmasından bəhs edir.
Kitabda həm fiziki mənada Orxan Pamukun İstanbulda yaşadığı evindən, həm də məcazi mənada onun sözlərlə qurduğu ədəbiyyat evindən söhbət açılır.
Yazıçı Cavid Zeynallının “Günəşi gözləyənlər” romanı ikinci dəfə “Köhlən” nəşriyyatında çap olunub.
Müəllif qeyd edib ki, “Köhlən” nəşriyyatı yeni yaradılıb və çağdaş Azərbaycan ədəbiyyatının nəşri, təbliği ilə bağlı planları çoxdur. “Nəşriyyatın rəhbəri Nizami Əlisoy “Günəşi gözləyənlər”i bir müddət əvvəl oxumuşdu. Romanı ikinci dəfə nəşr etməyi təklif etdi. Bu, mənim ilk romanımdır və yenidən oxuyanda ciddi redaktəyə ehtiyac hiss elədim. Kitab şənbə günündən etibarən bütün kitab mağazalarında olacaq”, – deyə yazıçı əlavə edib.
Kitabın redaktorları Əsəd Cahangir və Elnaz Eyvaz, korrektoru Gülər Uğur, mətn tərtibatçısı Yusif Əsgərdir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsi çərçivəsində yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, şairə-publisist, gənc xanım yazar Şəfa Eyvazın ” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” dərgisinin 76-cı sayında dərc olunub.
“Gənc yazarların əsərlərinin Qardaş Türkiyə mətbuatında yayınlanmasına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçisi isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyevadır.
Qeyd edək ki, bundan öncə də şairə-publisist Şəfa Eyvazın bədii yaradıcılıq nümunələri, poeziya örnəkləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı təşkilatçılığı həyata ilə keçirilən “Yeni nəsil Azərbaycan gəncliyinin inkişafına dəstək” layihəsi çərçivəsində Qardaş Türkiyə Cümhuriyyətində fəaliyyət göstərən TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin (Tokat şəhəri) 41. sayısında “Ehtiyac” şeiri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Azərbaycanlı şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.
Kitab müəllifin oxucularla növbəti-üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Qeyd edək ki, bundan öncə 2018-ci ildə “Xəyallarımın göz yaşları” adlı şeirlər və hekayələr, 2019-cu ildə isə İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır” adlı şeirlər kitabları ilə oxucuların görüşünə gəlib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Ömrümüzün səhərləri, axşamları çox, Çiçək-çiçək ulduzları, ağ şamları çox. Axşamlara işıq verən adamları çox, Bu axşamı sən gətirdin mənim ömrümə.
Bara döndü, budaqları əydi bu axşam, Min səhərin ləzzətinə dəydi bu axşam. Bir gözələ könül vermiş bəydi bu axşam, Bu axşamı sən gətirdin mənim ömrümə.
Arı qonar, çiçəklərin şəhdini əmər, Bahar adlı fəslə çatar muştuluq, nəmər. Barmağında üzük oldum, belində kəmər, Bu axşamı sən gətirdin mənim ömrümə.
Qara saçlar, qara tellər, qara hörüklər, Bir dəmirçi kürəsitək qəlbi körüklər. Qəlbə hopar, qana keçər, cana yeriklər, Bu axşamı sən gətirdin mənim ömrümə.
Suyu duru, havası saf, çeşməsi sərin, Sözü şəkər, söhbəti bal, sevgisi dərin. Kölgəsində sığınmışıq gözəlliklərin, Bu axşamı sən gətirdin mənim ömrümə.
At oxunu, qaşlarının yayı çox olsun, Səni verən Yaradanın payı çox olsun, Belə-belə axşamların sayı çox olsun, Bu axşamı sən gətirdin mənim ömrümə.
X.Ə.Qasımovanın “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan mədəniyyətinin inkişafında xüsusi xidmətlərinə və uzunmüddətli səmərəli fəaliyyətinə görə Xuraman Əkrəm qızı Qasımova “İstiqlal” ordeni ilə təltif edilsin.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
“son” adlı hər qatili “ilk” adlı sevgi doğar… sev həsrəti, ağılllım, axı səni kim aldadıb “hər eşqdən vüsal doğar”?!…
mənə inan… təkcə mənə! eşq qısırdı, mən dəli… nolsun, gəlmir əynimə, sənin aldığın donlar, yetər nimdaş köynəyin…
Nə biz “iki könülük”, nə dünya “dalda yeri”… Biz-həyata könüllü gəlmirik ki, sevinək… Dünya bir edam yeri…
“Sözün sehri” ədəbi-bədii, ictimai qəzeti “Gənclər Şəhəri” Sumqayıtda Azərbaycan Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlu Dəmirovun rəhbərliyi ilə nəşr olunur.
“Gənlər Şəhəri” Sumqayıtda fəaliyyət göstərən Qubadlı Rayon İcra Hakimiyyətinin orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin aprel sayı işıq üzü görüb. Həmişə olduğu kimi, bu dəfə də “Bərgüşad” ictimai-siyasi qəzetinin səhifələrində bir-birindən maraqlı yazılar yer alıb.
Qubadlı Rayon İcra Hakimiyyətinin basçısı İsaqov Malik Xizir oğlunun Qubadlılara göstərdiyi diqqət və qayğı adıçəkilən mətbu orqanın diqqət mərkəzində saxladığı və daimi olaraq, işıqlandırdığı məsələlərdən biridir.
Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvünü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədrini, ”Sözün Sehri” qəzetinin təsisçisini, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktorunu, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, şair Qafqaz Əvəzoğlunun “Şuşam!” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Yarpuz” aylıq ədəbiyyat dərgisinin 38-ci sayında Azərbaycan dilində dərc olunub.
“Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsinin layihəsinin rəhbəri və müəllifi Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti, AJB Sumqayıt şəhər təşkilatının sədri, Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının təsisçisi və direktoru, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilciliyinin rəhbəri Rafiq Oday, koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat və sənət dərgisi yazarı, şair, tərcüməçi, publisist, jurnaist, gənc yazar Kamran Murquzov, məsləhətçiləri isə Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş məsləhətçisi, «Gəncəbasar” bölgəsinin rəhbəri, “Nəsr” bölməsinin redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Gənclər mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, gənc xanım yazar Şəfa Vəliyeva, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun Kurikulum Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (edebiyyat-az.com) Məsul katibi, şairə-publisist Şəfa Eyvazdır.
Qeyd edək ki, bundan öncə Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycanlı gənc yazarlar Şəfa Vəliyevanın “Poçtalyona məktub”, Şəfa Eyvazın “Bu axşam”, İlahə İmanovanın “Qısqanıram”, Kamran Murquzovun “Yoxdu ehtiyacın Sənin, ay ALLAH!”, Kənan Aydınoğlunun “Sənsiz yaşamağın sirrini öyrət!” şeirləri dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Son zamanlar bir sıra uğurlu layihələrə imza atan, aşıq sənətinə və ustad aşıqlara dair dəyərli kitablar nəşr etdirməklə yanaşı, həm də klassik və çağdaş ustad aşıqların ifalarından ibarət video və audiodisklər hazırlayan Azərbaycan Aşıqlar Birliyinin (AAB) növbəti audiodiskində qadın aşıqlar arasında bənzərsiz və özünəməxsus ifa tərzi ilə seçilən Əməkdar mədəniyyət işçisi, “Çeşmə” folklor qrupunun rəhbəri Gülarə Azaflının ifaları yer alıb. Bu barədə AZƏRTAC-a məlumat verən Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğlu bildirib ki, “Azaflı qızıyam” adlanan diskdə Gülarə Azaflının ifasında 40-a yaxın aşıq havası yer alıb. O, həmçinin qeyd edib ki, AAB tərəfindən ustad aşıqların yaradıcılığına diqqət bundan sonra da davam etdiriləcək.
Fəxxar Zaman (1943) – Pəncab, urdu və ingilis dillərində 40 kitabın müəllifi olan görkəmli Pakistan yazıçısı, şair, ictimai-siyasi xadim. Onun Pəncab dilində yazdığı roman və şeirləri dünyanın bir çox əsas dillərinə tərcümə edilib. Fəxxar Zaman Benazir Bhutto hökumətində nazir, senator və Pakistan Ədəbiyyat Akademiyasının iki dəfə sədri kimi çalışıb. Hal-hazırda Dünya Pəncab Konqresi və Beynəlxalq Sufi Şurasının sədridir. Pakistan hökumətinin Hilal-e-Imtiaz və Sitara-e-Imtiaz mükafatlarına, Hindistan hökumətinin Şiromani Sahitak mükafatına, eləcə də XX əsrin ən yaxşı Pəncab romançısı da daxil olmaqla bir çox beynəlxalq və milli mükafatlara layiq görülüb.
Həyat üçün ödənişlər və bəzi şərtlər
Əzablar, yoxsulluq, problemlər – pərakəndə satış qiymətinə. Qulaqlarını bağlasan – əlavə endirim. Yumsan gözlərini – daha bir endirim. Üstəlik, qıfıllasan dilini – ən yüksək endirim. Hələ fikir bərəsinə bütün keçidləri bağlasan Daşqınlar Zamanı Yardım Fondundan mükafat da alacaqsan o zaman. Əzablar, yoxsulluq və problemdir yekun; danışmanın, görmənin və düşüncənin yoxluğu. Neynəmək olar, belədir pərakəndə satışın şərtləri, ödənişlər, endirimlər və mükafatlar.
Bağlı qapılar
Giriş qapıları bağılıdır: Kim bilir nə vaxt gələcəkdi bu qatar? Və hansı qatar gələcək: adi sərnişin qatarımı, sürət qatarımı, ya bəlkə kiçik stansiyalarda dayanıb durmayan qatar var ha, onlardan biri, yaxud manevr imkanı olan parovoz?! Olmaya yoxlanış qatarı gələcək, içində səlahiyyətli məmurlar, belələri, əlbəttə ki, var… Hardan, hansı səmtdən, ha tərəfdən: yuxarıdan, ya aşağıdanmı gələcək görəsən?! Hər halda işıqlar bildirəcək, bircə yansın yaşıl… Hələ ki yol bağlıdır, bağlı. Qapı ağzında hər iki tərəfdən tıxac yaranıb. Amma bu, sərnişinlərin günahı deyil, yollar da idarəetmə otağındakı yüksək rütbəli komendantlara tabedir… Nə vaxt açılacaqdı yollar, kim bilir?
Yazıçı
Həqiqi yazıçı Hind çayının balığıdır, şiddətli axına qarşı üzür. Həqiqi yazıçı – təkandır, dəyişdirir, duzlu suyu şirin edir. Ürək dərmanıdır həqiqi yazıçı, ürək döyüntüsü həddini aşanda onu ram edir.
Boşluq
Hamı heç kimdir, heç kim hər şey demək deyil. Boşluq var hamıyla heç kim arasında, Anlaşılmaz və keçilməz.
Tərcümələr Səlim Babullaoğlu və Sona Səlimlinindir