Azərbaycanlı şairə-publisist Xalidə Nurayın “Vərəqlərin günahı” adlı yeni kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-publisist Nəcibə İlkindir.

Kitab müəllifin oxucularla növbəti-üçüncü görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Poeziyasevərlər və ədəbiyyatşünaslar tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.

Qeyd edək ki, bundan öncə 2018-ci ildə “Xəyallarımın göz yaşları” adlı şeirlər və hekayələr, 2019-cu ildə isə İran İslam Respublikasının Təbriz şəhərində “Ruhum sızlayır” adlı şeirlər kitabları ilə oxucuların görüşünə gəlib.

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti 
və İctimaiyyətlə əlaqələr şöbəsi.