Prezident İlham Əliyevin iyulun 31-də imzaladığı Sərəncamla Azərbaycan musiqi sənətinin inkişafındakı xidmətlərinə görə Flora Kərimova “Şərəf” ordeni ilə təltif olunub.

AZƏRTAC xəbər verir ki, ölkə başçısı, sənətkarın musiqi sənətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə ona Prezidentin fərdi təqaüdünün verilməsi haqqında da Sərəncam imzalayıb.

Mənbə: https://azertag.az/