“Təhminənin son sirri” hekayəsi haqqında elə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı kimi müxtəlif fikirlər, müxtəlif rəylər, müxtəlif yanaşmalar olacağını bilirdim. Belə də oldu. Mən internetə girmirəm, amma saytlarda hekayəm haqqında müxtəlif yazıları kağızda çıxarıb mənə gətirdilər. İlk öncə hekayəni bəyənənlərə də, bəyənməyənlərə də təşəkkürümü bildirmək istəyirəm. Ən azı ona görə ki, bizim günlərdə, “heç kəs heç kəsin kitabını oxumadığı” bir zamanda vaxt tapıb yazımla tanış olublar. Onu da deməliyəm ki, iki rəy xüsusən diqqətimi çəkdi və məni çox sevindirdi: Əkrəm Əylislinin və Rasim Qaracanın fikirləri. Əkrəm: – Hekayəni bəyəndim. Başqa bir şey deməyə ehtiyac duymuram – deyir.
Vəssalam. Bu sözlər mənimçün ona görə önəmlidir ki, hər ikimizin 60 illik yaradıcılıq ömrümüzdə Əkrəm ilk və yeganə dəfə mənim yazım haqqında müsbət fikir söyləyib. Sağ olsun!
Kulis.az-ın “tanınmış şair” kimi təqdim etdiyi Rasim Qaracanın üç səhifəlik rəyini də ləzzətlə oxudum və ona da dərin təşəkkürümü bildirmək istəyirəm. Əvvəla ona görə təşəkkür edirəm ki, mənim yaradıcılığımı belə müfəssəl izləyir, özümün belə unutduğum bəzi detalları, ifadələrimi yaddaşında qoruyub saxlayıb. Rasimin ən azı mənim yazılarım sarıdan altsheymer xəstəliyinə tutulmaq qorxusu yoxdur. Amma düzü, hekayəmdə bəzi cümlələrimi nə səbəbdən çətinliklə anlaması mənə aydın olmadı. Sitat gətirdiyi cümlə belədir: “Tabutu iki tərəfdən dörd kişi çiyninə almışdı”.
Qavraya bilmədiyi bu cümlə əsasında tanınmış şair belə bir qəti hökm çıxarır:
“Bizə onillərdir hekayə yazmaq ustası kimi təqdim olunan – Əkrəmin və Elçinin birər hekayəsini analiz etmiş, əslində usta olmadıqlarını, sahib olduqları şöhrəti haqq etmədiklərini göstərmişəm. Qalmışdı Anar“.
Səmərəli fəaliyyətində bu “Anar boşluğunu” doldurması münasibətilə də Rasimi təbrik edirəm. Amma təəssüfümü də bildirmək istəyirəm. Niyə öz yaradıcılığına həsr olunmalı qiymətli vaxtını bizi ifşa etməyə ayırır? Bizim ədəbiyyatda heç bir dəyərimiz olmadığını sübut etməkçün öz yaradıcılıq vaxtını qurban verməsi həqiqətən əsl fədakarlıqdır.
“Anar bu hekayəsində tamamən bir sovet yazıçısıdır” – yazır. Çox əcəb, razıyam. Amma axı elə bu mətninin başqa səhifəsində deyir:
“Hə, oxuculara kübarlıq taslamaaq?) Anarın köhnə adətidir. Zaur hələ cavanlıqda bal ayını Afrikada, okean sahilində, Seneqalın paytaxtı Dakarda (Dakara Moskva üzərindən uçulurdu, 17 mərtəbəli Enqor otelində (Vallah eşq olsun Rasimin hafizəsinə! – A.) keçirən həmin o Zaurdur (fəhlə-kəndli Sovet Azərbaycanı insanı üçün xarakterik olmayan bir hadisə)”.
Yaxşı, sovet yazıçısı niyə fəhlə-kəndli sovet Azərbaycanından deyil, Dakarın Enqor otelindən yazır? Aydın deyil. Necə ki, “Ay-hay” məhəbbətləri (?) hekayənin dinamikasını azaldır” cümləsi. Hansı dildədir bu cümlə? R.Qaracanın tutarlı iradlarından biri də budur ki, indi hamının cib telefonu olduğu halda, Zaurun niyə cib telefonu yoxdur. Bu isə həm bu hekayənin, həm də ümumiyyətlə Anar yaradıcılığının ciddi qüsurudur. Rasim hardan bilib ki, Zaurun cib telefonu yoxdur? Axı hekayədə buna heç bir işarə yoxdur. Demə, Şerlok Nolmsun deduktiv metoduyla bu qənaətə ona görə gəlib ki, Zaurun cib telefonu olsaydı, Spartak onların evinə, bacısına zəng etməzdi. Doğrudan da, dəmir məntiqdir!
Hekayənin gələcək nəşrlərində bu tutarlı iradı mütləq nəzərə alacam, amma Rasim Qaracanın bir az kefinə soğan doğramaq da istəyirəm. Məsələ ondadır ki, sovet yazıçıları Elçinin, Anarın tükəndiklərini illər boyu gözləsələr və yazsalar da bu inadkar qocalar tükənmir ki tükənmir. Əlli il bundan əvvəl “Kür qırağının meşələri”, “Mahmud və Məryəm” və pardon, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” necə populyardısa, indi müasir gənclər arasında da o qədər oxunur və inşallah hələ əlli il də bir çox tanınmış şairlər, yazıçılar unudulandan sonra da diqqət çəkəcəklər.
Hekayədə personjlardan biri Rizvan: – “dükan açmaq savab işdir” deyirsə, Rasim “dükan açmağın savablıqla nə əlaqəsi? – deyə soruşur. Personajın sözlərilə müəllif fikrinin üst-üstə düşməməsini orta məktəbdə ədəbiyyat dərsi keçənlərin çoxu bilir. Orta məktəb demişkən, beşinci sinifdə sinif yoldaşlarımdan biri yadıma düşdü. Başqa dərslərdən yaxşı qiymətlər alırdısa, ədəbiyyatdan həmişə iki alırdı, çünki müəllim onu heç cür qandıra bilmirdi ki, əsər qəhrəmanının dedikləri müəllifin fikri olmaya da bilər. Rasim Qaracanın orta məktəbdə ədəbiyyat müəllimi kim olub, görəsən?
Onu da xatırlayıram ki, keçən minillikdə Rasim Qaracanın ədəbi zövqü indikindən bir qədər fərqli idi. XX əsrdə qəzetdə mənə müraciətlə belə yazırdı:
“Hörmətli Anar! Siz Azərbaycan xalqının yetirdiyi istedadlı bir şəxsiyyət kimi özünüzə onillikləri adlayacaq bir şöhrət qazanmısınız. Qələminizin məhsulu olan nəsr əsərləri geniş təsir gücünə malikdir və Siz bir yazıçı kimi Azərbaycanda sevilirsiniz. Bu sevgiyə tam haqqınız var. Mən özüm Sizi müasir Azərbaycan yazıçıları sırasında birinci yerə qoyuram və hər zaman ürəyimdə ana dilində nəsə bir şey oxumaq istəyi baş qaldıranda ümumiyyətlə çox az sayda əsərlər arasından Sizin də kitablarınızdan birini seçirəm. Səmimiyyətimə inanın.”(inandım! – A.)
“AXTARIŞ” qəzeti, 2 sentyabr 1993.
Mən də Rasim Qaracanın ədəbi fəaliyyətini izləyirəm. Xüsusilə onun rus şairi Aleksey Kruçenıxdan (1886-1968) dəqiq və adekvat tərcüməsini yüksək qiymətləndirirəm. Müqayisə üçün Kruçenıxın şeirini və R.Qaracanın tərcüməsini tam şəkildə gətirirəm.
Kruçenıxın şeirinin rus dilində orijinalı belədir:
Dur bil şil
Ubeşir
Skum
vi so böu
rlex
Rasim Qaraca bu şeiri Azərbaycan dilinə belə çevirib:
İstərsən qapul çəmə kilid
Üstünə fələk başar çanaq
Bilirəm mavi daşan çalı
Şəkillər qopuq qoru çəkən.
“Ədəbiyyat qəzeti”, 18 may 2001
Tərcüməyə söz ola bilməz!
P.S. Rasim Qaraca 2001-ci ilin martında özü dediyi kimi “yeddi absurd” şeirini mənə göndərəndə və çapını xahiş edəndə yazmışdı ki, bu şeirlər əlavə şərh olmadan dərc olunsun. Şeirlərinin hamısı “Ədəbiyyat qəzeti”ndə çap olundu. İndi mən də həmin şeirlərdən bir bənd verərkən şərh etmək istəmirdim. Amma bildim ki, Rasim “Axı mən öz şeirimi yazmışam, Kruçenıxdan tərcümə etməmişəm” deyəcək.
Cavabım budur ki, bu da mənim “postmodernistlik” təşəbbüsümdür. Əgər bir “postmodernistimiz” Xalq şairi Balaş Azəroğlunun heç bir vaxt demədiyi, heç ağlına belə gətirmədiyi sözləri onun adından mətbuata çıxarırsa, başqa bir postmodernist dostu da buna “postmodernizm” üsulu kimi haqq qazandırırsa, yaxud digər bir postmodernist öz pornoqrafik romanına Ön söz kimi yazdığı mətnin altından mənim imzamı qoyursa, nəhayət, postmodernist estetikası və etikasında belə bir davranış məqbul sayılırsa, qoy onda mənim bu təşəbbüsüm də postmodernizm örnəyi sayılsın, tərcümə sözünə də etiraz etməsinlər, çünki hər iki şeirin – Kruçenıx “dur, bil şili”nin də, Rasim Qaracanın “istərsən qapul çəmə kilid” sətrinin də hansı dildə yazıldıqları məlum deyil. Aradakı zaman fərqinə baxmadan hər ikisi bir-birinin tərcüməsi sayıla bilər.
Üzərində bir ildən artıq işlədiyim 1000 səhifəlik “Altmışıncılar və son 60 ilin ədəbi həyatı” kitabını bitirmişəm. Əsərdən bəzi fəsillər “525-ci qəzet”in bir neçə sayında (7-13 aprel) dərc olunub. Kitabın bir parçasını da “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirəm
Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi, Xalq yazıçısı İsmayıl Şıxlı səhhətiylə əlaqədar vəzifəsindən istefa vermişdi. 1987-ci il iyunun 17-də Yazıçılar İttifaqının Plenumunda bu məsələ müzakirə edildi. Plenum iştirakçılarının əksəriyyəti, o cümlədən mən İ.Şıxlının vəzifəsində qalmasını təklif etsək də, İsmayıl müəllimin israrlı təkidindən sonra istefa ərizəsi qəbul olundu, səmərəli fəaliyyətinə görə ona təşəkkür bildirildi. Mən yekdilliklə İttifaqın Birinci katibi seçildim. Mənim namizədliyimi ilk olaraq Əkrəm Əylisli irəli sürdü. İsi Məlikzadə, Tofiq Bayram, İsa İsmayılzadə və İsmayıl müəllim özü bu təklifi dəstəklədilər. Sonda çıxış edərək mən bu yüksək etimada görə Plenum iştirakçılarına və ilk növbədə İsmayıl müəllimə dərin minnətdarlığımı bildirdim.
Bir neçə aydan sonra İttifaqın katiblərindən Elçin “Vətən” cəmiyyətinin sədri seçildiyinə görə vəzifəsindən istefa verdi və onun yerinə mənim təklifimlə Əkrəm Əylisli seçildi.
Yazıçılar İttifaqında Əkrəmlə tam anlaşıqlıq şəraitində işləməyə başladıq. Əkrəmin məndən yüngülvarı narazılığı yalnız ondan ibarət idi ki, mən yaşlı yazıçılar, məsələn, Mirzə İbrahimov, Süleyman Rüstəm iş otağıma gələndə onları hörmətlə qarşılayıram. Onun fikrincə, (bu fikri “Yazıçı” nəşriyyatına müdir təyin olunandan sonra həyata keçirməyə başladı) – yaşlı yazıçıları tamamilə ədəbiyyatdan silib atmaq lazımdır.
Doğrudur, Sovet vaxtında “Azərbaycan” jurnalının redaktoru işləyərkən ona bu istəyini həyata keçirməyə imkan verə bilməzdilər. Daima qürurlanır ki, redaktor işləyərkən bir neçə istedadlı gənci çap edib. Bu düzdür. İlk olaraq Rəsul Rzanın xeyir-duası və himayəsiylə mətbuata çıxarılan bir neçə gənc şairi sonra Əkrəm də “Azərbaycan” jurnalında çap edirdi. Amma onun redaktorluğu dövrünün “Azərbaycan” jurnallarını vərəqləsələr, aydın olar ki, gənclərin yazıları hər nömrənin ümumi həcmində olsa-olsa on-on beş faiz yer alır. Qalan səksən beş – doxsan faiz isə sonralar “antiədəbiyyat” adlandırdığı mətnlər, bəyənmədiyi “canlı klassiklərin” əsərləri və onlara həsr olunmuş şit təriflərdir. Bununla belə Əkrəmin “Azərbaycan” jurnalında fəaliyyətini ədəbiyyatımız üçün önəmli sayıram.
Sonralar “Yazıçı” nəşriyyatında, artıq başının üstündə nəzarət olmayanda qəzetdə elan dərc etdi ki, filan-filan müəlliflər – yəni yaşlı və orta nəslə mənsub olan xeyli yazıçı – gəlib əlyazmalarını nəşriyyatdan aparsınlar, onların kitabları çap olunmayacaq.
Yadımdadır, rəhmətlik Mirvarid xanım Dilbazi mənə telefon etdi, ağlaya-ağlaya: – axı sənin dostun niyə məni belə biabır edir – deyirdi – kitabımı çap etmir etməsin, amma bu barədə qəzetdə niyə elan verir?
Nə isə…
Bütün xırda-para narazılıqlara baxmayaraq seçildiyim ilk dövrdə əvvəlki kimi məhrəm münasibətlərimiz vardı. Elə həmin il 1997-ci ilin dekabrında Əkrəmin 50 yaşı tamam olurdu və mən bu yubileyi çox yüksək səviyyədə keçirmək istəyirdim, bu barədə o vaxt Əylisdə olan Əkrəmə məktub da yazmışdım, Əkrəmin cavab məktubu isə beləydi:
Anarı, bu beş-üç kəlməni tez təcili yazıb göndərirəm ki, mənim mənfur “yubileyim”lə bağlı olan narahatlıq yükünün bir qismini sənin çiynindən imkan daxilində tez götürüm.
Heç bir Azdrama – filan tədbiri lazım deyil, dadaş. Qrilbar tədbirinə etirazım yoxdur. Bir də havalar yaxşı olsa, könlümüzə məhrəm adamlardan bir ikisini də götürüb yaxın rayonların birinə “yubiley” sərəfinə çıxarıq. İ fisyo! Yaxud belə bir variant: Yuxarıdan Nurəddin Mustafayevə (o vaxt Naxçıvan Partiya Komitəsinin rəhbəri – A.) göstəriş verirlər ki, mənim 50 yaşımı Naxçıvanda – Azərbaycan Yazıçılar İttifaqı ilə birgə qeyd eləsin. Onda yenə yaxınlarımızdan beş-üç nəfərini götürüb gəllik bura.
Cənabınız Naxçıvan teatrında nitq irad eləyər. Sonra yığışıb gəllik Əylisə ev görüşünə. Bu olar həm yubiley, həm də bir növ zarafat. Yoxsa get duzsuz-duzsuz otur Azdramanın səhnəsində ki, nə var, nə var mənim 50 yaşım tamam olub.
Şöylə-boylə işlər!
Evdə son işlər gedir: suvaq.
Bakıya gəlmək istəyirəm, ancaq işi yarımçıq qoymaq istəmirəm. Güman ki, 5-10 günə gəlləm. Şəkkül müəllim (Ordubadın partiya rəhbəri – A.) məzuniyyətdədir. Bu günlərdə təzədən “flyus” olmuşdum, indi düzəlirəm. Sən də inşallah, mənim bu məktubumu alanacan soyuqdəymə (ya gözdəymə) ilə haqq-hesabı çürütmüş olacaqsan. Əhli-əyala səmimi salamlar! Bir bənd qəzəl yazacaqdım. Heyif ki, kağız qurtardı.
Əki
16.12.87
Əkrəm Əylislinin adını ilk dəfə Həsən Seyidbəylidən eşitmişdim. Bir görüş zamanı mənə dedi ki, “Literaturnaya qazeta”dan ona üç gənc yazıçı haqqında məqalə yazmağı sifariş ediblər – Yusif Səmədoğlu, Anar və Əkrəm Əylisli haqqında. – Yazıb göndərmişəm – dedi – bəyəniblər, yaxın nömrələrin birində dərc olunacaq.
Nədənsə, bu yazı heç vaxt çap olunmadı, amma mənim Əkrəmə ilk marağım bundan başladı. Yusifin hekayələrini oxumuşdum, çox bəyənirdim. Əkrəmdən isə o vaxtacan xəbərim yoxdu. Həsənin sözündən sonra kitabını tapdım, oxudum və onun da nəsrini çox bəyəndim. Sonra – qəribə təsadüf – indi elə Həsən Seyidbəylinin adını daşıyan küçədə tanış olduq. O vaxt Vaqif küçəsiydi, bir tərəfində Yusifin, Maqsudun, Fikrət Qocanın, Fikrət Sadığın, Elçinin, Cabir Novruzun, Əli Kərimin, mənim yaşadığımız “Vaqif, 30” ünvanlı ev, qarşıda elə Həsən Seyidbəylinin yaşadığı bina. Tinin başında – divarında “Bu evdə Yusif Vəzir Çəmənzəminli yaşayıb” xatirə lövhəsi olan binada isə Əkrəmə mənzil vermişdilər. Yadımdadır, o vaxtkı Vaqif küçəsində Əkrəmlə məni rəhmətlik Çingiz Ələkbərzadə tanış etdi (Çingiz də burda, Yazıçılar evində, atası Əbülhəsənlə bir yerdə yaşayırdı). Nədirsə qısa müddətdə Əkrəmlə bir-birimizə isnişdik. Çox illər sonra Əkrəm özü etiraf edirdi ki, Anarın evinə istədiyim vaxt gələ bilirdim.
Düz deyir. Bir dəfə iri bir ağacın budağını qoparıb gətirmişdi ki, istədim sənin evində yaşıllıq olsun.
Mənzilimin əlavə yaşıllığa ehtiyacı yox idi nə hərfi, nə məcazi mənada. Həm də qoparılmış budaq evə nə yaşıllıq gətirə bilərdi, olan qalan yarpaqları da solub töküləcəkdi. Amma Əkrəmin o vaxt dediyi sözləri də unutmamışam. – Bu şəhərdə mənim iki dostum var, sən və bu ağac. – Bəs bir dostunun budağını niyə qırıbsan? – dedim.
Demə, bu sözləri sonralar dəfələrlə, ayrı mənada öz-özümə təkrar etməli olacağammış.
Əkrəm Əylisliylə altmış il bundan əvvəl qurulan və müxtəlif mərhələlərdən keçən münasibətlərimizin uzun və təzadlı bir tarixçəsi var. Bu tarixdə çox xoş, isti məqamlar da, dost, silahdaş olduğumuz dövrlər də olub, bir-birimizdən incidiyimiz günlər, aylar da. Mən heç bir vaxt Əkrəmə qarşı heç bir naqis hərəkət etməmişəm.
1987-1988-ci illərə qədər, ləkəsiz, qara buludlarsız münasibətlərimiz mən Yazıçılar təşkilatının rəhbəri seçiləndən il yarım – iki il sonraya qədər davam etdi. Təxminən elə bu vaxtdan mənə qarşı şifahi və mətbuatda yazılı iradları, tənqidləri, get-gedə şiddətlənən hücumları başladı. Mən bu həmlələrin bəzisinin üstündən üstünü vurmadan, cavablandırmadan keçirdim, amma bəzisinə cavab verməli olurdum. Həmişə hücuma birinci Əkrəm başlayıb, onun yazdıqlarının şiddət dərəcəsindən asılı olaraq mən də ona mülayim, yumşaq cavablar vermişəm, təhqirlərə, böhtanlara keçəndə isə konkret faktlarla, məntiqlə, dəlillə sərt, kəskin ifadələr də işlətməli olmuşam.
Münasibətlərimiz pozulduqdan sonra da 1998-ci ildə mənim 60 yaşım tamam olan günlərdə “Mədəniyyət” qəzetində (14-17 mart 1998) belə bir yazı dərc etmişdi:
Anara və özümə 90 yaş arzulayıram. İnanıram ki, biz bu 90 yaşı mütləq yaşayacayıq və deməli, təmasda olmağımızçün irəlidə hələ 30 il var.
Yazıçılar Birliyinin yerdə qalan üzvlərinin hamısına (yəni hərəsinə) azı 95 yaş arzulayıram. Ondan ötrü ki, Anarla mən bu dünyadan birdəfəlik köçüb gedəndən sonra da istəyirəm Birlik üzvlərinin bizim münasibətlərimizdən danışmağa heç olmasa beşcə il “çisti” vaxtı qalsın”.
Əkrəmin bu xoş arzusuna mən də qoşularaq istəyirəm ki, Allah ikimizə də uzun ömür versin. Amma şər deməsən xeyir gəlməz. Allah eləməmiş Əkrəm dünyada olmasaydı mən indi bu yazdıqlarımı yazmazdım. Mərhumların dalınca danışmağı, onlara cavab verə bilməyəcəyi iradları yönəltməyi ən böyük namərdlik sayıram.
O biri tərəfdən, mən dünyayla daha əvvəl vidalaşsam, mən gedəndən sonra Əkrəmin olub keçənləri öz bildiyi kimi yozmasını və qələmə verməsini də istəmirəm.
Bir də mənə elə gəlir ki, Əkrəmlə mənim, həm də tək mənim yox, bir sıra başqa çağdaş yazıçılarımızla münasibətləri, mübarizəsi, münaqişəsi hər birimizin şəxsi işi deyil, ədəbi mühit, yazıçı davranışı, ziyalı əxlaqı baxımından da önəmlidir.
Ona görə də son altmış ilin ədəbi proseslərinə və şəxsiyyətlərinə işıq saldığım kitabda Əkrəmə bu qədər yer ayırmağıma təəccüblənməsinlər. Mənim həyatımda da, ədəbi mühitdə də müəyyən yeri olan adamla münasibətləri olduğu kimi indiki və gələcək nəsillərə çatdırmağı vacib və özəlliklə ibrətamiz vəzifə hesab edirəm.
Yazdıqlarımı ancaq konkret faktlara və mətbuatdan gətirdiyim sitatlara əsaslanaraq qələmə alıram. Kiməsə qəribə, bəlkə də pis görünə bilər ki, mən illər uzunu Əkrəmlə bağlı qəzetləri saxlamışam. Məsələ ondadır ki, Yazıçılar Birliyinə rəhbər seçiləndən il yarım, ya iki il sonra Əkrəmin mənimlə mübarizəyə girişdiyini gördüm və odur ki, bərayi-ehtiyat onun mənə mətbuatdakı hücumlarını “Əkrəmnamə” adlandırdığım qovluqa yığmağa başladım. Ürəyimə dammışdı ki, bir gün məlum faktlar anılanda onları yalnız konkret sitatlarla bərpa və sübut etmək olacaq. Əfsus ki, illər keçdikcə “Əkrəmnamə” qəzetləri dörd-beş qovluğa da sığmadı.
Tam obyektivliyə riayət edərək bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm.
Tək mənim yox, Yusifin, Vaqifin, Elçinin də – “şəhər uşaqları” kimi Əkrəmə xoş və qayğıkeş münasibətində onun istedadına hörmətlə yanaşı, bir himayədarlıq çaları da vardı. Bu çalar onun ömürlüyüylə (bioqrafiyasıyla) bağlı idi. Bilirdik ki, Əkrəmin uşaqlıq illəri bizimkindən qat-qat ağır keçib, şəhərdə kimsəsi yoxdur, yoldaşlıq borcumuz ona hayan və dayaq olmaqdır. Uzaq dağ kəndindən böyük şəhərə gəlmiş, atadan yetim bir gəncin yad mühitdə özünü tənha, kimsəsiz hiss etməsini istəmirdik.
O vaxt hələ də ona yad olan şəhərdə duyduqlarını Əkrəm təsirli bir şeirində ifadə etmişdi:
Mənim o yerlərə dönməyim gəlir
Allah, yol ver gedim: əhd eyləmişəm,
Bu yolu bir dəfə geri dönməyə
Bəlkə milyon dəfə cəhd eyləmişəm.
Gəldim bu şəhərin hər üzün gördüm,
Domsovetin gördüm, dənizin gördüm,
Anarın, Mövludun, Ramizin gördüm,
Mənim o yerlərə dönməyim gəlir.
Mənə əl eləyir əli Əylisin,
Yağışı, yağmuru, seli Əylisin,
İliyimdə əsir yeli Əylisin
Mənim o yerlərə dönməyim gəlir.
O vaxtlar bizim nəsil nasirləri arasında ən üzdə olanları Əkrəm və mən idik. Hər yerdə, hər imkanda özümü geri çəkib Əkrəmi qabağa verməyə çalışırdım. Eybəcər ədəbi “əxlaqa” görə mən “rəqibimi” kölgəyə itələməkdənsə, özümün hələ məhdud, atamın nisbətən geniş imkanlarından istifadə edərək Əkrəmi hər cür “irəli çəkməyə”, nadanlardan, cahillərdən, paxıllardan qorumağa çalışırdım.
Rəsul Rza Yazıçılar İttifaqında indiki təbirlə desək, bir “master-klass” təşkil etmişdi, istedadlı cavan şair və nasirlərlə görüşlər keçirir, yazılarını müzakirə edir, məsləhətlər verirdi. İki Fikrətlər (Sadıq və Qoca), İsa İsmayılzadə, Ələkbər Salahzadəylə, Arif Abdullazadəylə bir yerdə Əkrəm də bu görüşlərdə iştirak edirdi. Yadımdadır, atam deyirdi ki, cavanların yazıları müzakirə ediləndə Əkrəmin çıxışlarında iti müşahidələri və dəqiq mühakimələri diqqətini çəkib.
Az sonra başqa şairlər Rəsul Rzanın bu “dərnəyinə” qısqanmağa başladılar, bunu belə qələmə verdilər ki, guya Rəsul Rza başına havadarları yığır, öz “ədəbi məktəbini” yaratmağa çalışır. Atam həmişə deyərdi: Mən “ədəbi məktəbimdən” yalnız o gəncləri saya bilərəm ki, özləri bunu deyir. O vaxt ədəbiyyatşünaslıqda qorxa-qorxa işlədilən “Rəsul Rza məktəbi” ifadəsi atamın çağdaşları arasında ciddi etiraz doğurmuşdu. Bunun səbəblərini təxminən belə ifadə etmək olar: filankəsin ordeni, mükafatı olduğu kimi, mənim də bunlardan varımdı, amma niyə filankəsin “məktəbi olsun” mənim yox?
Əlqərəz. Əkrəmə diqqət və qayğı göstərməyə çalışırdıq. Bunu o vaxtlar özü də etiraf edirdi.
“Əylisdən Əylisəcən” kitabında yazırdı:
“Qonşu evdə gedib Anara baş çəkdim, dedi ki, Cəfər Cəfərov (o vaxt Cəfər müəllimi lap təzəliklə Mərkəzi Komitənin ideoloji katibi qoymuşdular) səninlə maraqlanır. Rəsul (Anar atasına sadəcə “Rəsul” deyirdi) iş barəsində (yəni mənim haradasa qulluq işinə düzəlməyim barədə) səninlə söhbət eləmək istəyir. Havaxt deyirsən, bir yerdə gedək yanına. Bir sözlə, məlum oldu ki, Anar da elə həmişəki Anardır: mənim yolumda özünü fəda etməyə yenə can-başla hazırdır…
…Bir də görünür, əvvəlcədən ürəyimə dammışdı ki, mən o nəşriyyatda çox işləyə bilməyəcəm.
(Rəsul Rzanın təklifiylə və Cəfər Cəfərovun dəstəyilə Ə.Əylisli “Gənclik” nəşriyyatının Baş redaktoru vəzifəsinə təyin edilmişdi – A.)
Buna görə də orda işləyəcəyim müddətdə heç olmasa ən istedadlı gənc yazıçılardan bir neçəsinin kitabının nəşr olunmasına yaman tələsirdim. Və bu işdə çox vaxt Rəsul Rza dadıma çatırdı, çünki nəşriyyatın direktoru mənim fikrimlə hesablaşmağa hərdən məcbur olsa da, hər halda Rəsul Rzanın sözünə qarşı çıxmağa heç vaxt cəsarət etmirdi”.
O ki qaldı Əkrəmə, təəssüf ki, vaxtilə yazdığı bu vicdanlı və obyektiv sözlərə baxmayaraq sonrakı illərdə mənimlə münasibətləri pozulandan sonra Rəsul Rza haqqında da ən nalayiq şəkildə danışmağa başladı.
Əkrəmin xahişilə və mənim vasitəçiliyimlə atam ona Yazıçılar İttifaqına üzv olması üçün zəmanət vermişdi. Atamın vəfatından çox illər sonra isə Əkrəm “Rəsul Rzanın minnəti olsun ki, mənə zəmanət verib” kimi heyvərəliyi özünə rəva bildi (Əkrəmin çox sevdiyi və tez-tez işlətdiyi “heyvərə” sözünü ona qaytarıram).
Mənə qarşı dediyi və yazdığı rəzalətləri ona bağışlayardım, amma atama aid bu nankorluğu və nanəcibliyi bağışlaya bilmərəm. Bu barədə gələcək səhifələrdə ətraflı danışacam. İndi isə hadisələrin xronoloji ardıcıllığına qayıdıram.
Moskvadan mənə göndərdiyi 20 oktyabr 1968-ci il tarixli məktubunda yazırdı:
“Anarıç, mən çox güman ki, ancaq ayın axırlarında gəlib çıxa biləcəyəm. Burada iki məsələ var – biri bizim Naxçıvana səfərimiz. Gecikməyimin buna dəxli yoxdur. Gələn ayın əvvəllərində səfərə çıxa bilərik. O biri məsələ komsomol mükafatı məsələsidir. Qorxuram Cəmil (Cəmil Əlibəyov – A.) mənə badalaq gələ. Bu məktubu da, düzü, elə bu məsələyə görə sənə yazıram. Çünki orda mənim bu məsələ ətrafında bir söz deyə biləcəyim ikinci adam yoxdur. Nəsirli (Yasif Nəsirli – A.) söz verib ki, xəbər eləsin, ancaq qorxuram aldada.
Anarıç, bilirəm ki, səni çətinə salıram. Ancaq başqa əlacım yoxdur. Mümkünsə, bir az göz-qulaqda ol. Mən istəyirəm o mükafatı alım, get-gedə daha çox hiss edirəm ki, lazımdır! Dəqiq bilirəm ki, əgər Cəfər kişinin xəbəri olsa, məsələ mənim xeyrimə həll olunacaq. Ancaq çox mümkündür ki, məsələni ondan yan ötürsünlər. Onda gərək sən Rəsul müəllimə deyəsən, onu da zəhmətə salasan – zəng eləsin. Anarıç, bütün bunların, bu zəhmətin nə olduğunu mən başa düşürəm. Daxilən xəcalət çəkirəm və ancaq bir şeyə ürəklənirəm – o da taleyimi sizinlə birləşdirməyimdir. Bilmirəm – nə dərəcədə buna haqqım var, ancaq mənə elə gəlir ki, bütün bunları sənə yaza bilərəm. Nə isə… mirzə, bu qədər. Özünə eşq olsun. Sağ ol.
Sənin Əkrəmin
20.10.68.
Məktubu alandan sonra Cəfərovun yanına getdim (atamın yaxın dostu Cəfər Cəfərov həm də mənim universitet müəllimim və diplom işimin rəhbəri idi) və israrla Komsomol mükafatının Əkrəmə verilməsini xahiş etdim. Cəfər əmi: – bəs istəmirsən sənə verək bu mükafatı? – deyə zarafata saldı – Yox – dedim, əgər mənə verilsə imtina edəcəm. – Lap Pasternak Nobel mükafatından imtina edən kimi, – deyə yenə zarafat etdi, amma sözümün tam ciddiliyini görüb: – Yaxşı, mükafatı sənin Əkrəminlə Fikrətinə verərik – dedi.
Fikrət Qoca özü mənə bu barədə heç nə deməsə də, onun üçün də xahiş etmişdim.
Sonra Cəfərov bu əhvalatı atama da danışıb:
– Anarın da qəribə xasiyyəti varmış – deyib – belə xasiyyətlə çətin yazıçıların içində baş çıxara.
Uzaqgörən adam imiş və “yazıçı əxlaqına” yaxşı bələd imiş.
Atam da bu mükafatların Əkrəmə və Fikrətə verilməsini xahiş etmişdi Cəfərovdan.
Mükafatı aldıqları gün axşam Fikrətlə Əkrəm bizə gəldilər, böyük sevinclə bu işi birlikdə qeyd etdik.
Düzünü deyim ki, o vaxtlar Əkrəmdən də bizə qarşı səmimi münasibəti duyurduq. Yusif də, Əkrəm də, mən də əlyazmalarımızı mətbuata verməkdən öncə bir-birimizə oxuyardıq. Mənim Vaqif küçəsindəki yarızirzəmi mənzilimdə Əkrəmin Yusifə və mənə oxuduğu povestləri, hekayələri, həmin mənzildə mənim də ilk dəfə “Ağ liman”ı Fikrət Qocaya, Fikrət Sadıqa, Əkrəmə, İsa İsmayılzadəyə, Ələkbər Salahzadəyə oxumağım (Yusif daha əvvəl əlyazmasıyla tanış olmuşdu) unudulmazdır. O vaxt Elçinlə hələ elə yaxınlığım yox idi. Elçinlə qonşu və tanış idik əlbəttə, amma sıx ünsiyyətimiz “Ağ liman” “Kommunist” qəzetində şiddətli tənqidə məruz qalanda və bu münasibətlə Yazıçılar İttifaqında keçirilən iclasda Elçinin məni müdafiə edən çıxışından sonra başladı.
Mənə göndərilən ən mühüm məktubları və özümün yazdığım bəzi məktubların surətini saxlamaq şakərim var. Yuxarıda bəhs etdiyim olaylardan çox-çox illər sonra Əkrəmə axırında: “7-12 yanvar, beş yuxusuz gecə, 1992” tarixi yazılmış 25 səhifəlik məktubumdan bir parça:
“Dostluğumuzun bəlkə də gələcəyi yoxdur, amma hər halda keçmişi olub və bu keçmişdə Bakıdakı saysız-hesabsız görüşlərimiz, söhbətlərimiz, Moskvada, Leninqradda, Türkiyədə olduğumuz vaxtlar, rayonlarımıza getməyimiz, Kür boyu gəmiylə səyahətimiz, Mövludun maşınında bütün Azərbaycandan, Gürcüstandan keçərək Mövludgilin Ermənistan ərazisində yerləşən kəndlərinə səfərimiz unudulmazdır. Eyni cür Əylisdə sənin evin tikilməmişdən əvvəl və tikiləndən sonra keçirdiyimiz xoş günlər kimi”.
“Qoy gələcək tədqiqatçılar – sənin tədqiqatçıların – qəzetləri, jurnalları vərəqləsinlər, görsünlər, mən sənin barəndə nə qədər və nələr (təriflər!) yazmışam və nə yaxşı ki, sən heç vaxt mənim barəmdə mətbuatda xoş bir söz yazmamısan, çünki boğazdan yuxarı söz mənə gərək deyil.
Mən həmişə sənin haqqında səmimi yazmışam, ürəyimdən gələnləri demişəm. Dəqiqləşdirməyə məcburam: “əvəz-əvəz” prinsipinə, “mən səni müdafiə etmişəm, sən də gərək məni müdafiə edəsən” davranşına nifrət bəsləyirəm. Sən də yaxşı bilirsən ki, həmişə bir devizə sadiq olmağa çalışmışam: “Balığı at dəryaya, balıq bilməsə də, xaliq bilər”.
Qurultaydan sonra sənin çap etdiyin yazıda mənə qarşı əsas iradın o idi ki, mən “hamıya yaxşılıq etmək istəyirəm”. Bəli, bir daha bu qəbahətimi təsdiq edirəm: mən hamıya yaxşılıq etməyə çalışıram, ən azı, heç kəsə pislik etmək istəmirəm. Əgər bu günahdırsa, Allah keçsin günahımdan. Sənə isə bu təəccüblü gəlir, heyrətlə “bizə yaxşı adam olmaq lazımmış? – deyə heç cür bu müşgülü anlaya bilmirsən. Bir vaxtlar mənim də, sənin də xəlvət oxuduğumuz bir kitab – Oruelin “1984” kitabı yadına düşürmü? Orada totalitar quruluşun şüarları belə idi: “həqiqət – yalandır, yalan – həqiqətdir, müharibə – sülhdür, sülh – müharibədir”. İndi sən bu şüarlara birini də əlavə edə bilərsən: “Yaxşılıq – pislikdir! Pislik – yaxşılıqdır”.
Çox sonralar Əkrəm yazdı ki, Anarla aramızda çat mən “Azərbaycan” jurnalının redaktoru olduğum zaman onun “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanını bəyənmədiyimdən başladı. Düz demir.
Onun romanım haqqında konkret dedikləri və mənim cavablarım barədə “Ədəbiyyatın yalan janrı” adlı yazımda ətraflı bəhs etmişəm.
Əylislinin yetişdiyi mühitin mənimkindən çox fərqli olduğunu, həyat təcrübəmizin, zövqlərimizin bir-birindən çox ayrıldığını dərk etdiyimçün Əkrəmin romanıma mənfi münasibətindən zərrə qədər incimədim. Halbuki inciməyə ciddi əsasım vardı. Əsəri bəyənmədiyinə görə deyil, başqa səbəbdən. Ona göndərdiyim və yuxarıda bir parçasını verdiyim 1992-ci il yanvar tarixli məktubumda bu barədə də yazmışdım:
“Bəyənmədiyin (buna heç bir etirazım yoxdur. Hər hansı əsəri bəyənib bəyənməmək sənin redaktor haqqındır) “Beşmərtəbəli evi” mənə qaytarmaq əvəzinə, jurnalda çap etdin, amma mətbəəyə göndərməmişdən əvvəl redaksiya işçiləri yanında lağa, şəbədəyə qoyub xeyli nəşələndin. Bunu mənə öz işçilərin danışıb və sübut üçün sənin öz əlinlə mənim mətnimin kənarında yazdığın “bunu Turaşa yazıb” sözlərini göstərirdilər (Turaşa – o vaxt lap kiçik yaşlarında olan oğlum Turaldır – A.). O vaxt mənə elə gəlirdi ki, əsəri bəyənməməyinin əsas səbəbi özünün dediyin sözlərdir: “Bu əsər əl-əl gəzəcək”. Axı sənin ən çox can atdığın və nail olmadığın, ona görə də başqalara qısqandığın şey populyarlıq, oxucu marağıdır. Buna görə də geniş xalq məhəbbətini heç kəsə bağışlamırsan. Nə Bəxtiyar Vahabzadəyə, nə Xəlil Rzaya… ona görə yeri gəldi-gəlmədi onlara sataşırsan”.
Bu zəif damarını Əkrəmin özü də boynuna alır: “Beşmərtəbəli evi”n ədəbi taleyini əvvəlcədən nəzərə alaraq etiraf edir: “Deyə bilərlər ki, mən Anarın populyarlığından çəkinirdim. Bəlkə də elədir”. “Obozrevatel” qəzeti 13-19 yanvar 2006.
Bir söz, əlli ildən artıqdır ki, bu romanın populyarlığını özünə dərd eləyib. Hər söhbətdə, hər fürsətdə imkan düşən kimi döşəyir bu əsərin ünvanına. Başqa müasirlərini – İsa Hüseynovu, Sabir Əhmədovu, Elçini haqlı olaraq yüksək qiymətləndirdikdən sonra mənim haqqımda belə deyir:
“Anar isə daha çox soyuq təfəkkürlü adamdır. Onun “Təhminə və Zauru”nu (“Beşmərtəbəli evin altıncı mərtəbəsi”) heç bəyənməmişəm. Ona görə ki, orada bayaq dediyim özündən gələn informasiya yoxdur. Əsas odur ki, kim özündən, Allahla öz arasında olan söhbətdən nələri ədəbiyyata gətirir. O əsəri ilk dəfə oxuyanda bəzi qeydlər etmişdim. Anar da çox əsəbiləşdi. Dedi, çap etməsən incimərəm. Mən də dedim ki, çap edəcəm və bu əsər əldən-ələ gəzəcək (! – A.). Oxucumu tanıyıram axı. Ancaq bunu ədəbiyyatımızın ciddi nailiyyəti saymaq şəxsən mənlik iş deyil. “Təhminə və Zaur”un guya poetik yerləri var. Əslində, bu poeziya uydurma poeziyadır. Mənimçün o “postel poeziyası”dır.
Əkrəmin qəzetdə dərc edilmiş bu sözlərini “Beşmərtəbənin” çapından çox-çox illər sonra oxuduğum “Ətirşah Masan” povestiylə tanış olandan sonra daha yaxşı dərk etdim. Romanımı qəbul etməməyinin səbəbi yalnız popuyarlıq məsələsi deyilmiş, həm də məhəbbətə münasibətlərimizlə bağlı imiş. Romanımda “özümdən gələn informasiyanın olmamasını” deyir, “əsas odur ki, kim özündən, Allahla öz arasında olan söhbətlərdən nələri ədəbiyyata gətirir” – deyir.
“Ətirşah Masan”la tanış olanda bildim ki, Əkrəmin nəzərdə tutduğu “əsərdə müəllifin özündən gələn informasiya” nədən ibarət imiş və Allahla arasında olan söhbəti ədəbiyyata nə sayaq gətirmək olarmış, “Ətirşah Masan”dan sitat:
“Hələ lap uşaqlıq çağlarından kəndin ən qəşəng qızlarını xəyalda tutub aktiv onanizmlə məşğul olan və bu son 10-15 ildə qızdan-qadından almaq istədiyi ləzzətin əvəzini dişi atlardan, ulaqlardan çıxmağa vərdiş eləyən Yədulla indi gözləmədiyi bir hala düşdüyü vəziyyətin pərt ovqatı içində çaşıb qalmışdı”.
Əsərdən daha bir sitat:
“Ağ dayça məsələsini Masan əlbəəl başa düşdü, çünki bir çox kişilərin dişi atlarla, ulaqlarla, hətta keçilərlə də cinsi əlaqədə olması o zaman bizim kənddə böyükdən kiçiyə, hamıya məlum idi. Düzdür, keçi ilə cinsi əlaqə hələ əyyami-qədimdən bir mahalda haram sayılırdı, ancaq atla ulağın haram olması haqqında hələ ki heç kəs heç nə demirdi. Və madam ki, demirdilər, bundan belə bir nəticə çıxarmaq olardı ki, kəndin seksual tələbatının tarazlaşdırılmasında bu işin özünəməxsus rolu və əhəmiyyəti vardı. Başqa sözlə, kənddəki qadın potensialı kəndin kişi qisminin seksual tələbatının tam ödənilməsinə bəs eləmirdi”.
Göründüyü kimi, “seksual tələbatlar” və “onların ödənilməsi”, ümumiyyətlə, kişiylə qadın arasında normal “postel poeziyasıyla” Əkrəmin qələmə aldığı poeziya – “KEÇİ MƏCNUNLUĞU” arasında əsaslı fərq var.
Xeyr, Əkrəmlə aralanmağımız “Beşmərtəbə” məsələsindən başlanmadı. Buna ən bariz sübut odur ki, Əkrəmin romanıma bu münasibətinə rəğmən bu söhbətimizdən sonra yazdığım yazılarda, o cümlədən “Nəsrin fəzası”nda Əkrəmin yaradıcılığını yüksək qiymətləndirmişəm. Yazıçılar təşkilatının rəhbəri seçilən kimi Əkrəmi İttifaqa katib gətirdim.
Əkrəmlə aramızda doğrudan da, ilk dəfə çat yaranması isə Qarabağ məsələsindən başlandı. Bu barədə dəfələrlə yazmışam. Bir daha təkrar edim ki, Akademik Aqanbekyanın Parisdə Qarabağın Ermənistana verilməsi barədə məsələ qaldırması xəbəri Bakıya çatan kimi Yazıçılar İttifaqında yığışdıq və mənim hazırladığım məktubu Mirzə İbrahimovun, Süleyman Rüstəmin, Hüseyn Abbaszadənin, Elçinin və mənim imzamla Qorbaçova göndərdik. Bundan başqa, Elçinlə mən dərhal Bakı televiziyasıyla çıxış etdik. Məsələnin mahiyyətini açdıq və erməni iddialarını rədd etdik.
“Qarabağla bağlı əsassız erməni iddiaları başlar-başlamaz Azərbaycan Yazıçılar Birliyi xalqımızın haqq səsini dünyaya çatdırmaq üçün ardıcıl fəaliyyətə keçir. AYB-nin sədri Anarın təşəbbüsü ilə Azərbaycan yazıçıları Sovet İttifaqının o zamankı rəhbəri Mixail Qorbaçova ilk müraciətləri ünvanlayırlar. Azərbaycan Ali Sovetinin sessiyalarında, Azərbaycan KP Mərkəzi Komitəsinin Plenumlarında, SSRİ Ali Sovetinin iclaslarında, Xalq deputatları qurultaylarında, Moskva və Türkiyə mətbuatında, yerli və xarici TV kanallarında dəfələrlə çıxış edən Anar Qarabağla bağlı həqiqətləri əsaslı arqumentlərlə dünya ictimaiyyətinə bəlli edir. 1990-cı ilin Qara Yanvar faciəsi, Xocalı soyqırımı haqqında Moskva və dünya mediasına ilk xəbərlər Azərbaycan Yazıçılar Birliyi tərəfindən çatdırılır. Qərb paytaxtlarında dəstək qazanan və Moskvanın çaşbaş qalmasından istifadə edən ermənilərin tarixi ədalətə zidd mövqeyini anlatmaqdan ötrü Anar şəxsən Qorbaçovla görüşür və bu məsələləri onunla müzakirə edir. Anarın dünyanın bir çox ölkələrində keçirilən ədəbi, ictimai-siyasi tədbir və toplantılarda xalqımızın üzləşdiyi problemlərlə bağlı çıxışları, siyasi mövzularda məqalələri, müsahibələri, ədəbi-publisistik yazıları, Amerika Universitetində oxuduğu mühazirə “Azərbaycançılıq haqqında düşüncələr” ölkəmizin bədxahlarına cavabları, həbs edilənlərin müdafiəsinə aid məktub və müraciətləri “Əsrin əsiri” və “Plennik veka” kitablarında toplanaraq çap edilir”.
Rahid Ulusel. “Vətən müharibəsi və ədəbiyyatda Milli özünüdərk problemi” kitabı. (Səh. 27-28)
Fransanın “Fiqaro” qəzetinin müxbiri Bakıya gələrkən onu qəbul etdim. Ona dedim ki, İrəvanda mitinqlərdə “Biz əsgərləri məcbur edəcəyik ki, bizə güllə atsın”, yaxud “biz rus-türk-tatar-yəhudi qanına qəltan olacağıq” qəbilindən çağırışlar mazoxistcəsinə səslənir. Qəzet isə bu sözlərimi belə başlıqla vermişdi – “Azərbaycan yazıçısı Anar: ermənilər mazoxistdirlər”.
Elə həmin vaxtlarda kitabımın təqdimatıyla bağlı Qərbi Almaniyada olarkən Frankfurtda türkcə çıxan qəzetdə Qarabağ məsələsiylə bağlı müsahibə verdim. Qəzet müsahibəni “Ermənilərə tokat (şillə)” başlığıyla dərc etmişdi. Mən dərhal təkzib yazdım ki, heç bir vaxt heç bir xalqı təhqir etməmişəm. “Fiqaro”ya göndərdiyim məktubda da mazoxist sözünün bütün xalqa aid edilməsinə etiraz etmişdim.
Amma bütün bunlar kifayət imiş ki, erməni ictimaiyyəti məni ən qatı düşmənləri kimi qələmə verməyə başlasınlar… Moskvada Qorbaçovun Azərbaycan və Ermənistandan olan deputatlarla görüşü oldu. Mən o vaxt SSRİ deputatı deyildim. O vaxt SSRİ deputatı olan Ermənistan Yazıçılar İttifaqının sədri Vardqes Petrosyan Qorbaçova danos vermişdi ki, Azərbaycanda ermənilərə qarşı nifrəti, düşmənçiliyi qızışdıran millətçi Anardır.
Sovet dövründə millətçilik ittihamı ən ağır suç idi. O vaxt SSRİ deputatı olan Mirzə İbrahimov V.Petrosyana cavab vermiş, məni müdafiə etmişdi.
Çox sonralar işi-peşəsi Anarı “ifşa” etmək olan bir köşə yazarı məni məzəmmət edirdi ki, niyə o vaxt Vardqes Petrosyana cavab verməmişəm. Fikrət Qoca onun yalanını çıxardı: o vaxt Anar SSRİ deputatı deyildi və Qorbaçovla görüşdə iştirak etmirdi, Vardqes isə deputat idi və bu görüşdə iştirak edirdi. Anar SSRİ deputatı olanda isə V.Petrosyan artıq deputat deyildi. Elə bilirsiz bu yalanı söyləyən üzr istədi, bağışlayın, səhv etmişəm – dedi? Əsla! Əksinə ayrı bir yalan uydurdu ki, guya mən “tərbiyəmə görə Moskvada çıxış etmirəm” demişəm. Bu da yalan idi. Bir dəfə mən Ali Sovetin iclasında çıxış edərkən Sero Xanzadyan yerdən mənə söz atdı. Nə dediyini eşitməsəm də bildim ki, nə isə yaxşı söz deməz, tribunadan Xanzadyana “bu toplantıya hörmət etdiyim üçün sizin kimi tərbiyəsizlik edə bilmərəm” dedim.
Ali Sovetin sessiyalarında, SSRİ Xalq Deputatları qurultaylarında, Moskva televiziyasıyla dəfələrlə çıxışlarımda Qarabağla bağlı haqq mövqeyimizi ifadə etdiyimə görə erməni millətçiləri məni ən böyük düşmənləri elan etdilər. Erməni yazıçısı Perç Zeytunsyan Ermənistan KP MK-nın orqanı – “Xorurdai Hayastan” qəzetinin iki nömrəsində mənim əleyhimə föhş və təhqir dolu iri məqalə çap etdirdi. Məqaləni rus dilinə çevirib SSRİ Yazıçılar İttifaqının rəhbərliyinə, oradan mənə də göndərmişdilər. Mən öz mətbuatımızda ona sərt cavab yazdım.
Ermənistan Yazıçılar İttifaqının V.Petrosyandan sonrakı rəhbəri Raçiya Ovanesyan da Moskvaya Yazıçılar İttifaqı rəhbərliyinə məktub yolladı ki, Anar ermənilərin və ümumiyyətlə, erməniliyn qatı düşmənidir, odur ki, onu inzibatı yolla və partiya xəttilə cəzanlandırmalısınz.
Ermənistanın bir çox qəzetlərində, müxtəlif toplantılarında mənim əleyhimə ən murdar yazılar çıxır, sözlər deyilirdi. Ermənistandan və Dağlıq Qarabağdan ünvanıma gələn məktublarda məni yalnız təhqiq etmir, ölümlə hədələyirdilər.
Belə bir şəraitdə Əkrəm Əylisli Moskvaya “Drujba narodov” jurnalının redaktoru Sergey Baruzdinə məktub yazmışdı və redaksiya bu məktubu məmnuniyyətlə dərc etmişdi. Məktubda Əkrəm iddia edirdi ki, burada (yəni Azərbaycanda) hamı millətçidir, bunların arasında özünü yalqız hiss edir və ümumiyyətlə, ta uşaqlıqdan başqa millətlərə öz xalqından daha çox inanır.
Bu, Azərbaycan ictimaiyyətinə, yazıçılarına, Yazıçılar İttifaqına və bu təşkilatın rəhbəri kimi şəxsən mənə arxadan saplanan bıçaq idi.
Təbii ki, bu jurnal Bakıya çatanda bomba kimi partladı. Əkrəm özü bu vaxt Moskvada idi. Mənə çox sayda məzəmmət dolu məktublar gəlirdi ki, niyə Əkrəmin xəyanətinə münasibət bildirmirik, niyə onu cəzalandırmırıq. Onsuz da Əkrəmdən xoşu gəlməyən bir çox yazıçılar onun nəinki katiblikdən, hətta Yazıçılar İttifaqından çıxarılmasını tələb edirdilər.
Belə bir şəraitdə mən məhz Əkrəmi xilas etmək üçün onun sonralar uydurduğu kimi Plenum yox, iş otağımda (yəni orda Plenum üzvlərinin yarısı da yerləşməzdi) xudmani bir toplantı keçirdim və yazıçılar çıxış edib ürəklərin boşaltdılar. Bu çıxışlar “Ədəbiyyat və incəsənət” qəzetində (28 aprel 1989) dərc olunub. Əkrəmə qarşı kəskin təkliflərə yol verməyərək onun yaradıcılığını xeyli tərifləyib “biz burda istedadlı yazıçı Əylislini deyil, onun bir yanlış məktubunu müzakirə edirik” – dedim və bu replika da qəzetdə dərc edilib.
O vaxt Əkrəm onun sözlərinin jurnalda təhrif olunduğunu deyirdi və mətbuat səhifələrində (“Ədəbiyyat və incəsənət” qəzeti, 26 may 1989) bir növ üzrxahlıq edirdi:
“Drujba narodov” jurnalının həmin nömrəsinin çapdan çıxması biz – bir qrup Azərbaycan yazıçının bu ilin mart ayında keçirilən plenumunda iştirak etməkdən ötrü Moskvaya getdiyimiz vaxta təsadüf eləmişdi. “Drujba narodov” jurnalının redaksiyasından götürdüyüm 3-cü nömrəni oxuyandan sonra mənim nə hala düşdüyümü bir çox yazıçı yoldaşlarım öz gözü ilə görmüşdü, əhvalımın nə yerdə olduğunu mən onların hamısına demişdim. Jurnalı oxuyan zaman keçirdiyim sarsıntının səbəbi – Sergey Baruzdinə yazdığım məktuba mənə xəbərdarlıq edilmədən yol verilmiş bir sıra ixtisarlar və dəyişikliklər idi. Bu haqda mən öz kəskin etirazımı redaksiyaya elə o vaxt bildirmişdim”.
Mətləbi uzatmamaq üçün qeyd edim ki, Əkrəm bu etiraf (ya tövbə) yazısında bildirir ki, Baruzdinə məktubunda Zori Balayan və başqa millətçi erməni yazıçılarına kəskin etirazını redaksiya ixtisar edib. Yazır:
“Məktubda irəli sürülən bir sıra fikirlərin redaktə zamanı “rəndələnib-ütülənməsi” məktubun ümumi ruhuna bu və ya digər dərəcədə təsir etmişdir. S.Baruzdinin mənim məktubuma qarşı irəli sürdüyü əks müddəaların ümumən birtərəfli və ədalətsiz olduğuna mənim də zərrə qədər şübhəm yoxdur. Elə məsələ də burasındadır ki, həmin müddəalar mənim məktubumdakı fikirləri təsdiq etmək deyil, əksinə – təkzib etmək məqsədi daşıyır və mənim məktubumda aparılan ixtisar nəticəsində S.Baruzdinin özünün də bir sıra mülahizələri, necə deyərlər, havadan asılı qalmış, professional jurnalist qələminə yaraşmayan gülünc vəziyyətə düşmüşdür”.
Köhnə dostu S.Baruzdini Azərbaycan dilində çıxan “Ədəbiyyat və incəsənət” qəzetində, necə deyərlər, “baqaja qoyan” Əylisli, nədənsə, həmin o millətçi erməni yazıçıları haqqında guya ki, yazdıqlarını Azərbaycan mətbuatında bir dəfə də olsun çap etmədi. Nə onda, nə sonra… Əvəzində Anara, Fikrət Qocaya döşədikcə döşədi və “Daş yuxular” povestini Moskvada çap etdirdi.
Etiraf yazısında Əkrəm daha sonra yazır:
“Mənim S.Baruzdinə yazdığım məktubdakı “ümumxalq qəzəbinə” səbəb olan cümlə barədə. O cümlənin ruscadan hərfi yox, həqiqi tərcüməsi belədir: “İndi də Sizi möhkəm “heyrətləndirəcəyəm”: mən hələ lap uşaqlıq çağlarımdan BAŞQA XALQLARIN (altını mən cızdım – A.) nümayəndələrinə “özümüzünkülərdən” də çox etiqad bəsləmişəm, – yəqin, ona görə ki, körpə xəyalımla göylərə qaldırdığım və görünür, öz əhatəmdə tapa bilmədiyim İnsanın haradasa başqalarının arasında olduğuna ümid etmişəm.
Rus dilinə azacıq yiyələnən hər kəs bilməlidir ki, burada söhbət azərbaycanlıdan, ermənidən, rusdan, yaxud belarusdan getmir. Böyük hərflərlə yazılan İnsandan, yəni uşaq təsəvvüründəki ideal insandan gedir”.
Kimi çaşdırmaq istəyir Əkrəm? Hansı dilə tərcümə edirsən et, hərfi, ya qeyri-hərfi mənada məsələ belə qoyulur ki, BAŞQA (yəni öz xalqından başqa) xalqlara “özümüzünkülərdən” daha cox etimad bəsləyib, Azərbaycan yazıçılarını, ictimaiyyətini qıcıqlandıran, qəzəbləndirən də məhz elə bu milli dönüklükdü. Həm də elə bir vaxt idi ki, bütün SSRİ və dünya mətbuatı bizə qarşı yönəldilmişdi, səsimizi, həqiqətimizi heç yerə çatdıra bilmirdik, buna az-çox nail olanda da dərhal millətçi, irqçi, nə bilim turançı kimi damğalanırdıq. Hətta bu “peşmançılıq” yazısında da Əkrəm özünə qarşı iradları başqalarına yönəltməyə çalışır. Yazır ki, “məndə olan tam səhih məlumata görə, Yazıçılar İttifaqında keçirilən müşavirədə yekdilliklə qəbul olunmuş və mətni “Ədəbiyyat və incəsənət” qəzetində 18 may 1989-cu il tarixinəcən “Drujba narodov” jurnalının redaksiyasına, şəxsən S.Baruzdinə, yaxud Moskvanın hər hansı bir digər mətbuat orqanına çatmamışdır. Üstəlik, belə təcili surətdə qəbul olunan həmin məktubun müşavirədən sonrakı taleyilə heç kəs maraqlanmamışdır. “Ədəbiyyat və incəsənət” qəzetini söz yox ki, almayan və oxumayan Sergey Baruzdinə məhz bu qəzetin vasitəsilə təsir göstərməyin görəsən nə mənası vardı”.
Əkrəm haqlıdır, məktubun öz qəzetimizdə dərc olunmasının Azərbaycan cəmiyyətini məsələdən agah etməkdən başqa bir mənası yoxdur. Baruzdin də Azərbaycan dilində “qəzet oxumur”, nə bizim yazdığımızı, nə Əkrəmin yazdığını. Amma Əkrəm onu demək istəmir ki, mənim rus dilində yazdığım həmin məktub məhz mənim təkidimlə “Drujba narodov” jurnalının növbəti nömrəsində dərc olundu. Əkrəm bu məsələdə S.Baruzdinin dalından qaçdısa, mən Baruzdinin bir nəcib hərəkətini etiraf etməliyəm. Məktubumda Baruzdinə qarşı da ciddi iradlar vardı. Mən Moskvada redaksiyada olarkən redaktorun müavini Rudenko-Desnyak belə bir məktubun, yəni jurnalın Baş redaktoruna qarşı yönəlmiş məktubun “Drujba narodov” jurnalında çap olunmasına qəti etiraz edirdi. Baruzdin isə: – yox – dedi, – bir sözünü də dəyişmədən çap edəcəyik.
Doğrudan da, çap etdi və jurnalın mənə göndərdiyi nömrəsiylə bərabər, kiçik məktub da yazmışdı: “Əziz Anar, axı biz niyə dalaşmalıyıq”.
Bu, doğrudan da, Baruzdinin kişiliyi idi.
Əylisdə olduğum zaman Əkrəmin böyük qardaşı Cavidlə tanış olmuşdum və qarşılıqlı rəğbətimiz vardı, məktublaşırdıq. Mənə yazdığı bir neçə çox səmimi məktublarını saxlamışam. Hamısını eyni səmimiyyətlə cavablandırmışam. Lap son günlərdə Əkrəmin yazısından Cavidin vəfat etdiyini bildim. Çox kədərləndim. Allah rəhmət eləsin, çox işıqlı insan idi. “Drujba narodov”la bağlı hadisələr başlayanda Cavid – əlbəttə, qardaş ürəyidir – mənə həyəcanlı bir məktub göndərmişdi. Yazırdı:
Əziz Anar, salam.
Belə bir çətin, dolaşıq vaxtda üzümü Sizə tuturam. Əkrəmi məndən yaxşı Siz tanıyırsınız, illər uzunu yoldaşlıq eləmisiniz. Döyülən zamanlarda ədəbi cəbhədə onu buynuzlayanları hamıdan tez Siz görmüsünüz. O məktubun ədəbi aləmdə nə kimi rəy doğurduğundan xəbərim yoxdur. Haqlı tənqid, qərəzsiz iradlar öz yerində Məni Əkrəmə qarşı haqsız möhtəkir – alverçi hücumları narahat edir.
Əkrəm də, Siz də öz əsərlərinizlə öz sözünüzü demisiniz. Həmin məktubu Naxçıvanda tərcümə eləyib yayanlar ancaq yazıçını gözdən salmaq istəyirlər. İnanın, çoxunu nə məktub, nə də milli münasibətlər maraqlandırır. Əkrəmin sosial-ictimai əsərləri belələrinin daş tərəzisində yüz qram qoz ləpəsindən ucuzdur.
Dükan-bazarlarda, çayxanalarda, avtobuslarda – hər yerdə Əkrəmə, onun şəxsiyyətinə yaraşmayan rəng verir, olduğu kimi yox, bildikləri kimi hallandırırlar. Bizə də şübhəylə baxırlar. Deyirəm, 37-ci ildə tutulan bir yana, onların qohumlarının nə müsibət çəkdiyini mən indi daha aydın görürəm. 37-ci ilin provokatorları bu dəqiqə hazır dayanıb fürsət axtarırlar. Uşaq məktəbdən gəlib soruşdu: “Əmimi tutacaqlar”. Uşağın bu sözündə 37-ci il göründü.
“Kür qırağının meşələrində” millətçi kimi ittiham edilən Əkrəm indi xalqına, millətinə yad oldu? Ömrü boyu xalqın dərdindən, düşdüyü ağır vəziyyətdən yazan Əkrəm birdən öz xalqını unutdu. Bu heç bir məntiqə uyğun deyil. Hadisələrin indiki vəziyyətində yazıçı yaradıcılıq böhranı keçirir. Olsun ki, Əkrəm bir yazıçı kimi gələcək əsərlərindən birində öz sözünü deyəcəkdir.
İndi mənəvi atmosferi korlayanlar daha çoxdur. Ürəkdən ağlayanlarla, zorla gözdən yaş çıxaranlar bəlli deyil. Yazıçı üçün ən dürüst güzgü gələcəkdir. Yazıçı və şair üçün milli məhdudluq yoxdur. Dar milli çərçivədə nə Nizami var, nə Sabir, nə də Rəsul Rza.
Görəsən, Sabir bərabəri şairimiz Rəsul Rza sağ qalsaydı belə vəziyyətdə necə elərdi?
Əziz Anar, dünya ölüm-itimdir. Məktubum barədə Əkrəmə heç nə demə, xəbəri olmasın. Moskvaya gedəndən məktub da yazmır. Bir tikə halal çörəyimizi zəhər elədilər. Vallah, düzü bilmirəm, niyə belə elədi, başa düşəmmirəm. Bəlkə elə dünyadan, həyatdan bezib, küsüb, iyrənib, nə bilim? Sizin böyük və təmiz ailənizə həmişə dərin hörmət bəsləyən
Cavid.
Tarix qoymasa da məktub 1989-cu ilin mayında yazılıb, çünki mənim ona yazdığım cavab məktubumun altında 18 may 1989 tarixi var. Əlbəttə, Cavidin xahişini nəzərə alaraq, bu məktub və Cavidə yazdığım cavab barədə Əkrəmə heç nə demədim. Cavabım isə belə idi:
Əzizim Cavid! Məktubunu bu gün aldım və dərhal cavab yazıram. Təbii ki, sənin istədiyin kimi Əkrəmə bu barədə bir şey deməyəcəm. Keçirdiyin hisslər mənə tamamilə aydındır və inan ki, Əkrəmlə bağlı bütün hay-küy sənin qədər məni də ağrıdır, incidir, neçə vaxtdır ki, rahatlıq vermir. Əlbəttə, əqidə möhtəkirləri, saxta millətpərəstlər, Əkrəmin paxıllığını çəkən, ondan hayıf çıxmaq istəyənlər var və əllərinə girəvə düşdüyü üçün onun adını bədnam etməyə çalışırlar. Amma tam səmimiyyətlə demək istəyirəm ki, bu işlərin əsas səbəbi Əkrəmin özünün anlaşılmaz hərəkətləridir.
Mənim Əkrəmə və Sizin ailənizə münasibətimi yaxşı bilirsən. Əkrəmlə dostluğumuz çətin illərin sınağından çıxıb və… bağışla, əgər qeyri-təvazökar söz deyirəmsə, mən həmişə Əkrəmə etibarlı dost olmuşam. Amma Əkrəm necə rəva bildi ki, belə ağır, gərgin bir vəziyyətdə bizə arxadan bıçaq vursun. Söhbət tək-tək adamlardan yox, bütün xalqa verilən ittihamdan gedir. Yəni Əkrəm “Drujba narodov”da Baruzdinə bizim hamımızdan gileylənir ki, burda məndən başqa internasionalist yoxdur. Birinə, beşinə yox, min, yüz min, neçə yüz min adama necə başa salasan ki, niyə görə Əkrəm “mən özümüzkülərdən çox, başqa xalqların nümayəndələrinə inanmışam” – deyir.
Əkrəmin özünə gələn məktublar, edilən telefon zəngləri bir yana dursun. Son vaxtlar elə gün yoxdur ki, mənə azı dörd-beş məktub gəlməsin və telefon zəngi edilməsin, hamısında Əkrəmə görə təhqirlər və söyüşlər. Niyə axı. Nə təqsirim var mənim ki, Əkrəmin razı olmadığım sözlərinə və hərəkətlərinə görə söyülüm? Hər cür təhqirə də, tənqidə də dözmək olar, biləsən ki, haqq iş yolunda dözürsən. Amma axı Əkrəmin son vaxtlar etdiyi çıxışlar, yazdığı məqalələr, nəhayət, Baruzdinə məktubu – haqq işi deyil, Cavid, qardaş, vallah haqq işi deyil. Məgər Əkrəm bu bədbəxt xalqın başına nə müsibətlər gəldiyini görmür ki, yaraların üstünə bir az da duz basır. Əkrəmin Mərkəzi mətbuatda özünün də işlədiyi Yazıçılar İttifaqına Baruzdinin çaxır atması üçün verdiyi imkan bizi bir az da başıqapazlı edir axı… Axı nə günah işlətmişik ki, Əkrəm bizi bu cür qələmə verir bütün ölkə qarşısında. Yazıçılar İttifaqında bərabər işlədiyimiz bütün bu müddətdə Əkrəm ən ərköyün katib olub və bunu dönə-dönə mənim başıma vurublar. İstəyəndə gəlib, istəyəndə gedib, aylarla Bakıda işdə olmayıb, gah Əylisdə, gah Moskvada dincəlib, yazıb-yaradıb. Olsun, sözüm yox, mən o fikirdəyəm ki, Əkrəmin yaradıcılıq ezamiyyətində keçirdiyi vaxt da ədəbiyyatımız üçün səmərəli ola bilər – yeni, istedadına, adına layiq əsərlər yazar. Yazıçıya bundan da vacib nə var, bu imkandan şəraitdən yaxşı nə var? Əkrəm gözəl bilir ki, bütün bu müddətdə mənim nə gecəm var, nə gündüzüm, minlərlə evsiz-eşiksiz qalmış, yerindən-yurdundan didərgin düşmüş adam məhz Yazıçılar İttifaqına pənah gətirir, bizdən imdad diləyir. Bacardığımızı edirik, bacarmadığımızın ağrısını çəkirik. Əkrəm bu işlərə qarışmır, kömək etmək istəmir, özü bilər, amma heç olmasa 37-ci il sayağı danoslarla bizi istəməyənlərin əlinə dəstavüz verməsin.
Cavid, əzizim, mən çox gözəl bilirəm ki, Əkrəmin bu düşünülməmiş bəyanatlarının təpiyi mənə dəyməklə bərabər, ailəsinə, yaxınlarına, Əylisdəkilərə dəyir. Naxçıvandan, o cümlədən Ordubadın kəndlərindən kollektiv imzalarla gələn məktubların içində, şübhəsiz, qərəzlə, hayıf çıxmaq, gözügötürməzlik ruhunda yazılmışları da var. Amma axı Əkrəmin Baruzdinə məktubunda tutduğu mövqeyi müdafiə edən bircə adam da tapılmaz, onun ən yaxın dostları, onu istəyənlər belə bu möveyi izah etməkdə acizdirlər.
Bilirsən ki, mən heç vaxt millətçi olmamışam, yalançı saxta, riyakar millətçiliyi, xal yığmaqçün qaldırılan hay-küyü nalayiq bir şey hesab edirəm. Milli məhdudluğa da qapanan adam deyiləm. Amma xalqımızın bu qədər ədalətsiz, həyasız hücumlara məruz qaldığı zaman, həm də hayanlı-havadarlı düşmənlərimizə qarşı tək-tənha qaldığı bir zaman kiminsə gözündə beynəlmiləlçi görünməkçün ağa qara demək də yazıçıya, ziyalıya, kəndliyə, ümumiyyətlə, heç kəsə yaraşan iş deyil. Niyə Əkrəm belə edir, nədən qorxub, kimin təsirinə düşüb, harda çaşıb, dolaşıb, fikirlər qarışığında azıb, itirib özünü – bilmirəm, çox düşünürəm bu barədə yuxusuz gecələrimdə, cavab axtarıram, tapa bilmirəm. Bu son ildə neçə dəfə bəzən ciddi, bəzən zarafata salıb sözümü demişəm ona, eşitmir, ya eşitmək istəmir. Elə bil höcətə düşüb camaatı özündən daha çox incitmək, daha çox narazı salmaq istəyir. Camaatın hamısı da axı möhtəkir, yalançı, saxtakar deyil… Əgər bütün xalq belədirsə daha onda sən, yazıçı, kiminçün yazırsan?
Yazıçılar İttifaqının Rəyasət Heyətində başqa məsələlərlə bir sırada Əkrəm-Baruzdin yazışması barədə söhbət qaldırmaqla biz əslində Əkrəmi adamların qəzəbindən, hiddətindən, ən kəskin tələblərindən xilas etmək istədik. Əkrəmin konkret bu məktubundakı bəzi fikirlərinə mənfi münasibət bildirməklə bərabər, bir daha onun namuslu yazılarını, ədəbiyyat qarşısında böyük xidmətlərini qeyd etdik, məktubun müzakirəsini Əkrəmə qarşı kampaniyaya çevirmək istəyənlərin cavabını verdim. – Biz burada Əkrəmi müzakirə etmirik, onun məktubunu müzakirə edirik – dedim. Mənim mövqeyim bundan sonra da belə olacaq, heç vəchlə Əkrəmə qarşı kampaniya aparılmasına yol verməyəcəm. Amma çox şey (bəlkə də hər şey) Əkrəmin özündən asılıdır. Nə isə bir yol, bir vasitə tapıb adamlara öz mövqeyini izah etməlidir. Söhbət üzrxahlıqdan, ya səhvini boynuna almasından getmir. Söhbət bu xalqın dilində bu xalqın ədəbiyyatını yaradanlardan birinin öz xalqıyla dil tapmasından gedir. Mirzə Cəlil kimi xalqın eyiblərini deyən, onu tənqid, məzəmmət edən ikinci bir yazıçı tapmaq çətindir, amma yeri gələndə Mirzə Cəlil xalqının qeyrətini də çəkirdi, onun mənafeyinə toxunan heç bir məsələdən özünü kənara çəkmirdi.
Bilirəm, Əkrəm yəqin, məndən də inciyib, halbuki mənim ondan inciməyə daha çox əsasım ola-ola, mən ondan incimirəm, bir dost, yoldaş, silahdaş kimi onu itirmək də istəmirəm. İstəyim odur ki, tərs damarı tutmasın, höcətliyinə salıb haqqa nahaq, nahaqqa haqq deməsin, əlinin, alnının zəhmətiylə qazandığı təmiz adını özü ləkələməsin, heç bir düşmənin bacarmayacağı bir işi özü görməsin – özünü hörmətdən salmasın. Mən iki gündən sonra Moskvaya gedirəm, yəqin, ayın axırında qayıdacam və o vaxtacan Əkrəmi görüb danışa bilməyəcəm. Deyirlər, MK-ya, Vəzirova bizdən şikayət teleqramı vurub, canı sağ olsun, vaxt gələr dostunu, düşmənini ayırd eləyər, bir özünü haqlı, hamını haqsız hesab etməz.
Əziz Cavid, məktubum uzun çıxdı, ürəyim doludur. Və Əkrəm sarıdan ürəyimi boşaldacağım bir adam da yoxdur. Ailənizin bu işlə bağlı düşdüyü çətinlikləri yaxşı başa düşür və buna ürəkdən acıyıram. Allaha təvəkkül. Allah eləsin bütün bu qəmli, ağrılı səhifələr ötüb keçsin, əvvəlki ürək açıqlığıyla görüşə, danışa, dərdləşə bilək. Mən buna inanmaq istəyirəm, inanmasan necə yaşayasan axı…
Söz-söhbətləri ürəyinə salma, hər şey keçib gedəcək, haqq öz yerini tapacaq. Əkrəm də bu müvəqqəti düçar olduğu xəstəlikdən (çünki mən bunu yalnız xəstəlik adlandıra bilərəm) tezliklə sağalıb, ötənləri qara bir yuxu kimi xatırlayacaq. Amin.
Sənə və ailənə səadət, xoş günlər arzulayıram.
Anar
18 may 1989.
Dediyim kimi, bu hadisədən sonra təxminən iki il Əkrəm katib qaldı və birlikdə normal işləməyə davam etdik.
Amma illər keçdikcə hamının yaddaşının skleroz olduğunu düşünərək hadisələri tamam başqa cür yozmağa, hətta öz çap olunmuş üzrxahlıq etirafının ziddinə uydurmalar yaymağa başladı. Mənim onu əslində qoruyub xilas etməyimi ona qarşı qəsd kimi qələmə verməyə çalışdı.
Mətbuatda, əsasən də məsələdən bixəbər rus qəzetlərində: “Anar məni məhv etmək istəyirdi” kimi sayıqlamalar çap etdirdi. “O gündən mən Yazıçılar İttifaqından üz döndərib getdim” – deyə yalan satdı. Halbuki bu hadisədən sonra dediyim kimi düz iki il Yazıçılar İttifaqının katibi vəzifəsində qaldı, IX Qurultayda çıxışına görə nümayəndələrin nifrətini qazanıb katiblikdən getməyə məcbur olana qədər.
Bu hadisələr haqqında rus qəzetlərində ötürdüyü uydurmalara biz də elə həmin qəzetin səhifələrində cavab yazdıq.
Vot, çto qovorit A.Aylisli, otveçaə na postavlennıy po dannoy teme vopros:
“Moə jiznğ oçenğ oslojnilasğ posle toqo kak moy davniy druq Anar bez moeqo vedoma sobral v Baku plenum i obğəvil menə vraqom naroda. Ə emu gtoqo ne prostil i ne prohu nikoqda, tak kak eqo deəniə v 1989 qodu çutğ ne poqubili menə, daje na fiziçeskom urovne. V gto vremə menə i moö semğö podverqali mohnomu davleniö. V dome, v kotorom ə jil, vse otnosilisğ ko mne neqativno. Ot paradnoy do moey kvartirı na stenax çernoy kraskoy bılo napisano: “Ubiraysə otsöda!”.
Ravno polovina iz skazannoqo v gtom abzaüe – otkrovennaə lojğ. Naçnem s toqo, çto nikakoqo plenuma po stolğ nikçemnomu povodu Anar ne sobiral. Dostatoçno perelistatğ qazet toqo vremeni, çtobı ubeditğsə v gtom. Nikto i nikoqda ne obğəvləl Aylisli vraqom naroda. Anar ne imeet nikakoqo otnoşeniə k eqo vzaimootnoşeniəm s sosedəmi po domu”.
Qazeta “Mir literaturı”
ноябрь-декабрь, 2007
Bu hadisələrdən deyildiyi kimi iki il sonra da katib işlədi və guya ki, “onu öldürmək istəyən” və onun bağışlamayacağı Anarla normal münasibətləri davam etdi. Demə, altdan-altdan başqa yöndə çalışırmış.
IX Qurultay ərəfəsində əvvəl gizli, sonra açıq şəkildə mənimlə mübarizəyə girişibmiş, daha doğrusu, məni devirmək əməliyyatına başlayıbmış. Qurultaya bir gün qalmış otağıma gəldi, İdarə Heyətinə Səfər Alışarlını salmağı xahiş etdi. Xahişinə əməl etdim, Səfəri İdarə Heyəti üzvləri siyahısına daxil etdik.
Elə bu vaxt divarın o tərəfində (iş otaqlarımız qonşu idi) Əkrəmlə Səfər məni yıxmaq planları hazırlayırmışlar. Bundan azı otuz il sonra xəbər tutdum. Rəhmətlik Sabir Əhmədlinin xatirələrini oxuyanda. Sabir 90-cı illərin əvvəlləri barədə yazır:
“Onda Əkrəm Əylisli də Xalq Cəbhəsinə yaxındı. İstəyirdilər ki, Yazıçılar İttifaqının üstündən qələm çəksinlər. Anarı eşiyə salsınlar və yeni, Xalq Cəbhəsinə uyarlı bir təşkilat – Xalq Cəbhəsinə sədaqətli bir yaradıcılıq birliyi yaratsınlar. Bu işi Əkrəmgil başlamışdılar. Məni də qoşmaq istəyirdilər. Yazıçılar İttifaqına hücum çəkir, Anarı, Çingiz Abdullayevi hədələyir, ultimatum verirdilər: “Çıxıb getsinlər burdan! Getməsələr, avtomat silahla gəlib əzəcəyik!”. Bir kərə Əkrəmin otağında, o da Yazıçılar İttifaqının katiblərindəndi, amma ittifaqı dağıtmaq istəyirdi, hə, onun necə bir Yazıçılar İttifaqı yaratmaq istədiklərini öyrənmək istədim. Sonra təklif etdim: “Bizim sayılan, hörmətli ədiblərimiz də orda olsunlar” İsmayıl Şıxlının, Bayram Bayramovun, İsa Hüseynovun adlarını çəkdim. Onda yeni Yazıçılar ocağı yaratmaq istəyən cavan Alışarlı incik halda mənə bildirdi: “Siz o adamların adını çəkirsiniz, biz onlardan qurtulmaq istəyirik”. Aydın oldu kimə tapşırılacaq, kim olacaqdı yeni təşkilatın üzvləri. Dəlisov, çılğın oğlanlarmı, bir sanballı əsəri, yazısı olmayan xalqçılarmı? Hər hansı yaradıcılıq ocağının başçısı hər şeydən qabaq, adlı-sanlı sənətkar, yaradıcı insan, həqiqi yazıçı olmalıydı, onu saysınlar. Elə bunun üstündə də cəbhəçilərin yeni Birlik, İttifaq yaratmaq istəkləri baş tutmadı”.
Sabir Əhmədli.
“Yazılmayan yazı” xatirə romanından.
Bundan əvvəl küçə adamlarının müxtəlif idarələrə soxulub idarə başçılarını avtomatla hədələyərək vəzifəsindən uzaqlaşdırmışdılar. Bundan ilham alaraq “mənim üstümə tankla da gəlsəydilər Anarın əleyhinə getməzdim” deyə bəyan edən Əkrəm Əylisli tankı olmadığı üçün məni avtomatla vəzifəmdən uzaqlaşdırmağa hazırlaşırmış.
2021-2022
Sözardı. Rusca yazdığım “Svet v okne” adlı məqaləm 1969-cu il yanvarın 21-də “Komsomolğskaə pravda” qəzetində dərc olundu. Bu, Əkrəm Əylisli haqqında Moskva mətbuatında çıxan ilk yazı idi. Bu yaxınlarda həmin yazını “İşıqlı pəncərə” başlığıyla dilimizə çevirdim, “Azərbaycan” jurnalında çap olundu. Yazının ardında belə bir qeyd vermişdim:
“Eh Əkrəm! Nə mənim sənə münasibətimin, nə bu məqalənin qədrini bildin. Çətin ki, sənin haqqında bir də belə səmimi yazı yazılıb və haçansa yazılacaq”.
Əkrəmin mənim ünvanıma atmacalarına cavab verməli olduğum yazılarımdan başqa, hər məqaləmdə, hər müsahibəmdə onun haqqında yalnız pozitiv fikirlər söyləmişəm. Yeni kitabımın “525-ci qəzet”də, bu gün “Ədəbiyyat qəzeti”ndə çap olunan hissələrində, eləcə də həmin kitabın başqa səhifələrində Əkrəmin 60-cı illər ədəbiyyatında böyük rolu dönə-dönə qeyd olunur. Amma…
Amma ən son müsahibələrində belə Əkrəm yenə məndən əl çəkmir. Rəhmətlik Rüstəm İbrahimbəyovla yüz dəfə cızbız yeməyi haqqında məlumat verəndən sonra Moskvada nasir kimi Rüstəmdən az tanınmadığını xüsusi qeyd edir. “Moskvada çap olunan kitablarının sayı Rüstəmin kitablarının sayından bir neçə dəfə çoxdur” – yazır.
Kitablarının sayını meyar hesab edə-edə Moskvada və müxtəlif ölkələrdə kitabları əkrəminkilərdən yüz dəfə artıq çıxmış Çingiz Abdullayevin yazıçı olmadığıyla razılaşır. Çingizi aşağılayır, ələ salır. Elə həmin müsahibədə mərhum İsa Hüseynovu dəli adlandırır, Mövlud Süleymanlını Anarın lehinə danışdığı üçün, Məmməd Orucu Anarın əleyhinə danışmadığı üçün suçlayır. Bundan sonra keçir yaradıcılığının son 20-25 ildə daimi mövzusuna:
“Deyə bilərlər ki, axı sənə nə düşüb. AYB-dən əl çəkmirsən. Sən ki, AYB üzvü deyilsən. Siz nəyə desəniz and içərəm, AYB və onun rəhbərliyi artıq illərdir ki, məni qətiyyən maraqlandırmır”.
And içməyinə içir, amma elə həmin səhifədə Yazıçılar Birliyinin bütün işlərini yamanlayır, şit-şit lağa qoyur və ömrünün əbədi nisgilini bir daha etiraf edir:
“Özlərinin dediyinə görə, bu il AYB-nin qurultayı keçiriləcək, Anar yenidən sədr “seçiləcək”. Anarın yaxşı adam və yaxşı yazıçı olması onun Yazıçılar Birliyinə 40 il rəhbərlik etmək istədiyinə nə dərəcədə haqq qazandırır?”.
Bu cavabsız suallardan sonra keçir ikinci ədəbi mövzusuna:
“Guya mən AYB-ni ona görə tənqid edirəm ki, orada “onun yerini” tutmaq istəyirəm və mənim “Beşmərtəbəli evin altıncı mərtəbəsi”ni bəyənməməyimin yeganə səbəbi bu əsərin populyarlığına qısqanmağımdır”.
Şübhəsiz, bu yeganə səbəb deyil. Elə bu barədə Əkrəmin indiki müsahibəsi ilə tanış olmağımdan çox-çox əvvəllər yazmışdım. Həmin səbəb haqqında qəzetin qarşınızdakı səhifələrində oxuyacağınıza görə heç bir əlavə etməyə ehtiyac yoxdur.
“Beşmərtəbə” haqqında yüzüncü dəfə ürəyini boşaldandan sonra deyir:
“Anarın bundan əvvəlki əsərlərini yada salın: “Ağ liman”, “Dantenin yubileyi”, “Macal”, “Əlaqə”, “Uşaqlığın son gecəsi”, “Yaxşı padşahın nağılı” – 60 illik tanışlığımız, keçmiş dostluğumuz və təmaslarımız ərzində Əkrəmin mənim hansı yazılarımı qəbul etdiyini axır ki, bildim. Amma təəssüf ki, “Uşaqlığın son gecəsi” mənim əsərim deyil, Maqsud İbrahimbəyovun ssenarisidir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri
Sənətkarın böyüklüyü yalnız əsərlərinin dərinliyində, yüksək bədii səviyyəsində deyil. Əgər onun yaradıcılığı cəmiyyətin həyatında mühüm rol oynayırsa, böyük bir mərhələ təşkil edirsə, mədəniyyət hadisəsinə çevrilibsə o zaman böyük sənətkar olur. Türk mədəniyyəti coğrafiyasının unudulmaz yazıçılarından olan Çingiz Aytmatov da belə sənətkarlardandır.
Əsində türk mədəniyyəti coğrafiyasının iki böyük Çingizi var: qərbdə Çingiz Dağcı, şərqdə Çingiz Aytmatov. Mədəniyyətimizdə “şərq” və “qərb”in əhəmiyyəti böyükdür.Əsrlərlə şərqdən qərbə axınlar olub. Bu eyni zamanda Türk qövmlərinin eyni mədəni mühitdə görüşməsi deməkdir. Əgər “Əlvida Gülsarı ” və ya “Gün var əsrə bərabər ” dən başlayıb ” Badam budağından asılı bəbəklər” yaxud da “Onlar da insandı” ya qədər getsək mədəni mühitdəki o görüş əsl mahiyyətini qazanmış olar.
Türk dünyasının bu gün ən böyük ehtiyacı coğrafi məsələlərə baxmayaraq, mədəni sərhədləri aradan qaldırmaqdır. Cingiz Dağcı və Cingiz Aytmatov Dunayla Sırdərya bir -birinə qovuşurmuş kimi görüşsə, yəni siz onların əsərlərini və fikirlərini mənimsəyərək qovuşdursanız o böyük coğrafiya sözün əsl mənasında “mədəniyyət coğrafiyası ” olar. Onlar yazdıqları əsərlərlə bir yandan həm siyasi həm də mədəniyyət tarixi olaraq böyük bir tarixi bizə xatırladır, bir yandan da xatirələrimizin və yaddaşımızın ən ağrılı hissəsini təşkil edən türk xalqlarına qarşı törədilmiş görünməmiş qəddarlıqları dünyanın gözləri önünə sərdilər. Bu gün mən bu iki nəhəng sənətkardan yalnız birinin-Cingiz Aytmatovun yaradıcılığına qısa bir nəzər salmaq istəyirəm.
Qırğızlar da belə bir deyim var : ” Canavar öz qidasını yoldan əldə edər və ya qurdu ayaqları bəsləyər.” Bizlər üçün bəslənmək M.Ə.Sabiri, C. Məmmədquluzadəni, Nizamini, Füzulini və adlarını saymaqla bitməyən başa ziyalılarımızla yanaşı Akifi, Yəhya Kamalı və digər türk mədəniyyətini təbliğ edən yazıçıların da əsərlərini oxumaqdır. Cünki yalnız həmrəy olmaqla, eyni fikir ətrafında birləşməklə güc əldə etmək olar. Həmrəy olaraq ciyin-ciyinə verməyin nə qədər vacib olduğunu çox aydın bir dillə izah edən məşhur deyim də söyləndiyi kimi “Tək ağacdan meşə olmaz”. Könülləri, fikirləri, hədəfləri birləşdirənlərdən olun deyə nəsihət edib atalarımız. Aytmatovun “Çingiz xanın ağ buludu” povestində buludun Çingiz xandan niyə küsdüyünü anlaya bilsək tək ağacın meşə olmayacağını daha yaxşı başa düşərik.
Çingiz Ayıtmatovun ən bariz xüsusiyyətlərindən biri milli olanı kəşf edərək onun arxasına ümumbəşəri dəyərləri qatmasıdır. Həsrət ümumbəşəri bir duyğudur amma İssık-Göldə üzən ağ gəmidə atasının gedib gəldiyini xəyal etmək və bu xəyalın üstünə ata həsrətinin romanını inşa etmək milli duyğu yaratmaq mənasını verir. İlk orta ali təhsilini baytarlıq sahəsi üzrə alan Aytmatov öyrəndiklərini yerli mədəniyyətlə birləşdirərək demək olar ki,bütün əsərlərində heyvan qəhrəmanlarına yer verib. ” Əlvida Gülsarı”dakı Gülsarı (ayğır), ” Ağ gəmi”dəki Buynuzlu Maral Ana, “Gün var əsrə bərabər”dəki Qaranər ( dəvə) və Sarala (at), “Dişi qurdun yuxusu”ndakı Əkbər (qurd) və Taşçaynar (qurd) və başqa heyvanlar yazıçı tərəfindən insan qəhrəmanları qədər yaxşı tanınaraq ustalıqla qələmə alınmışdı. Onların bəziləri zəngin mifoloji arxa fona da sahibdir. Elə məhz “Ağ gəmi”nin “Buynuzlu Maral Ana”sı Qırğızıstanın dirçəliş əfsanəsindən götürülmüşdür. Əsərdə bir nağıl qəhrəmanı kimi yerləşdirilmiş Buynuzlu Maral Ana Qırğız cəmiyyətinin dəyərlərini əks etdirən fərdi arxetipdir. Nağılda Enasay çayı sahilində yaşayan qırğızların məruz qaldığı soyqırımdan geridə qalan biri qız və biri oğlan olan iki uşağın İssık-Göl sahillərində məskunlaşaraq yenidən Qırğız cəmiyyətini yaratmalarından bəhs edir. Burada yazıçı milli olan bir hadisəni bəzi simvollarla ümumbəşəri səviyyəyə qaldırır. Burdakı Maral obrazı azadlığı əlindən alınan türk boylarının müstəqillik simvolu olaraq qarşımıza çıxır.
Çingiz Aytmatovun bütün dünyada geniş əks-səda doğuran “Gün var əsrə bərabər ” romanı ürəkləri parçalayan,tükləri ürpərdən bir fəryaddır. Amma ümidsiz bir çırpınış deyil,əsarətə, zülmə,sürgünə qarşı meydan oxumaqdır. Yazıçı bu romanında insanı yox sayaraq robotlaşdırmaq istəyən sistemin nə üçün çökməyə məhkum olduğunu böyük ustalıqla göstərməyi bacarmışdır. Bu əsər dövrümüzdə də öz aktuallığını qoruyub saxlayır. Çünki bu gün bir çox xalqların dilinə,mədəniyyətinə qadağalar tətbiq olunduğunu, tarixlərinin təhrif edilərək yaddaşlarının məhv edilməyə çalışıldığına şahid oluruq. Öz soyundan, kökündən, milli və mənəvi dəyərlərindən, uzaqlasdırılan xalqlar “manqurdlaşdırılmağa” məhkum olunur. “Gun var əsrə bərabər” əsəri inkar və məhv etmə siyasəti ilə qarşı -qarşıya qalmış bütün xalqların özləri üçün nəsə tapa biləcəyi cox dəyərli romandır.
Çingiz Aytmatovun əsərlərinin çoxunu ata yurdunun dastanlarıyla, əfsanələriylə qidalandırıb. Onun yaradıcılığı mifoloji materiallar ilə zəngindir. Mifologiya isə xalqların əsirlərin süzgəcindən keçmiş və bir çox yönüylə mücərrəd bir hal almış subyektiv tarixidir. Aytmatov bundan uğurla istifadə etməyi bacarmışdır. O , yalnız bir Qırğız yazıçısı deyil bütün türk dünyasının unudulmaz sənətkarıdır .
Aytmatov indi “Atabeyit” də əbədi yuxusundadır. Əsərləri isə mədəniyyət coğrafiyamızın ən parlaq məşəllərindən biri kimi fikir dünyamızı aydınlatmağa davam edir.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini
Məndən qaçdığını anladım bugün Mən sənin yolunda gül-çiçək idim Min dəfə keçsən də mənim yanımdan Dönüb baxmasaydın, görməyəcəkdin.
Məndən qaçdığını anladım bugün Mən sənə tamarzı, mən sənə həsrət, Sənin qəlbin mənə bir özgə qürbət Mənimsə ürəyim gülüstan, cənnət
Məndən qaçdığını anladım bugün Gözümə baxmağa üzün gələrmi? Aldadıb, oynadıb, qırdığın ürək Yenidən canlanıb, heç döyünərmi?
Məndən qaçdığını anladım bugün Sinəmə vurduğun dağ nə idi bəs, Sən mənim gözümdə yüksəkdən yüksək, Mən sənin gözündə nə olmuşam bəs?
Məndən qaçdığını anladım bugün Yoluma çıxmağa cəsarətin yox, Mən abır eyləyib, susub durmuşam Səninsə maşaallah gileyi nə çox
Məndən qaçdığını anladım bugün Sonanı odlara atıb, getmisən. Mən bu məhəbbətə bir ayrı sürgün, Sənsə, əməyimi ayaqlar altda Əzib, tapdalayıb, qırıb getmisən…
Sən hardan biləsən nədir məhəbbət Dualar etməyi öyrəndinmi sən? Narahat, nigaran, tək qalanda yox… Gözlərin doluxanda biləcəksən…
Sən hardan biləsən nədir məhəbbət Evdə hazırın yox, pay da gəlməyib. Nə sənin kitabın yazmayıb bunu, Nə də ki, ürəyin səndən getməyib…
Sən hardan biləsən nədir məhəbbət Yolunu saatla gözləmək nədir, Yorğun simasını görüb, həvəslə Fikrini dağıtmaq, cəmləmək nədir…
Sən hardan biləsən nədir məhəbbət Yad bir oyuncaq tək qırmısan onu Oynadıb, yorulub eyni oyundan, Divarın küncünə qoymusan onu
Sən hardan biləsən nədir məhəbbət Telini oynadıb, qoxlamağı var Hələ həsrətinə tab gətirməyib Arada uşaqtək ağlamağı var
Sən hardan biləsən nədir məhəbbət Həvəsinə qurban gəzirsən hələ Xoşbəxtlik toy qurub səninçün, amma, Təxirə salmısan sən onu yenə.
Sən hardan biləsən nədir məhəbbət Əyləncə axtarıb yorulmadınmı? Kiminsə ürəyin ayağın altda Qıranda həyatdan utanmadınmı…?
Sən hardan biləsən nədir məhəbbət Sevinc göz yaşını qəmə qatdınmı? Sən heç sevdiyini üzməmək üçün, Özünü atəşə, oda atdınmı?
Sən hardan biləsən nədir məhəbbət Kədəri qəlbində gizləmək nədir Könlünü alarsan, amma özünün Dərdinsə hələ də öz qəlbindədir.
Sən hardan biləsən nədir məhəbbət Kiməsə özünü xərcləmək kimi, Həyat da, sevgi də bir fəlsəfədir. Sona İntizaram, yazdığım şeir, Ərmağandır sənə, həmişəki kimi…
Vatan, uğruna canını feda edecek sevdadır. Vatan, toprağına göz dikenlere karşı şehit olandır. Vatan, gözü yaşlı anaların diken üstünde yatanıdır. Vatan, koşulsuz şartsız sevmek, uğruna dünyaları yakandır.
Korkmadık, yılmadık şahadet yoluna çıkarken, Yorulmadık, gücenmedik düşmanla savaşırken. Vatan toprağı şanlı kanla sulandığı yerken, Bölmeye çalıştıkları toprağın sahibi Türk milleti iken.
Biz bir ölür bin doğarız vatan uğruna. Ecdadına yakışır dirilişler büyük şanına. Ölümsüz kahramanlar işlenmiş Türk’ün ruhuna. Vatan dedikleri yer korkusuz milletin kanına.
Vatan sevgisi tek sevda deriz, farz biliriz. Göğsümüzde esen vatanın esintilerine kulak verdik, Tek bir ağızdan tek bir yürekle seni seslendirdik. Biz başımızı göklerde dalgalanan bayrağa verdik.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanlı şairə Aysel Xanlarqızının kitabı Almaniyada işıq üzü görüb.
Aysel Xanların “Kızı Seferli”nin şeirləri Azərbaycanda və Türkiyədə çap olunsa da, şeirləri ilk dəfə alman oxucuları ilə görüşür. Gənc şair son vaxtlara qədər insan münasibətlərini, təbiəti, ictimai münasibətləri, qonşu ölkə ilə otuz illik müharibəni şeirlərinə uğurla daxil edib.
2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 176 ölkəsindən 1162,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
AZƏRTAC Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gələnlərin 26,6 faizi Rusiya Federasiyası, 19,6 faizi Türkiyə, 11,0 faizi İran, 7,4 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,2 faizi Pakistan, 3,1 faizi Hindistan, 2,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,9 faizi Qazaxıstan, 1,8 faizi Ukrayna, 1,7 faizi İsrail, 1,6 faizi Küveyt, 1,5 faizi Özbəkistan, 1,4 faizi Oman, 1,1 faizi Böyük Britaniya, 11,0 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 74,4 faizini kişilər, 25,6 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Küveytdən gələnlərin sayı 167,9 dəfə, Omandan 130,8 dəfə, Səudiyyə Ərəbistanından 99,0 dəfə, Pakistandan 25,4 dəfə, Hindistandan 16,0 dəfə, Qazaxıstandan 5,7 dəfə, İsraildən 5,5 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən 5,2 dəfə, Bəhreyndən 4,8 dəfə, ABŞ-dan 3,4 dəfə, Almaniyadan 2,9 dəfə, Fransadan 2,7 dəfə, Böyük Britaniyadan 2,0 dəfə, Türkiyədən 1,7 dəfə, Ukraynadan 1,7 dəfə, Rusiya Federasiyasından 1,7 dəfə, İrandan 1,6 dəfə, Gürcüstandan 25,5 faiz artıb.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,1 dəfə artaraq 283,6 min, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,4 dəfə artaraq 55,8 min, MDB ölkələrindən gələnlərin sayı 1,9 dəfə artaraq 395,3 min nəfər olub.
2021-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 1,7 dəfə artaraq 1110,8 min nəfər olub. İrana gedən Azərbaycan vətəndaşlarının sayı 3,1 dəfə, Gürcüstana gedənlərin sayı 1,8 dəfə, Türkiyəyə gedənlərin sayı 1,7 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 21,2 faiz artıb. Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 17,7 faizi Rusiya Federasiyasına, 11,1 faizi İrana, 8,5 faizi Gürcüstana, 15,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 64,1 faizini kişilər, 35,9 faizini qadınlar təşkil edib.
Noyabrın 16-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşası nümayiş etdiriləcək.
AZƏRTAC xəbər verir ki, tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.
Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.
Noyabrın 12-də Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün “Əlibaba və qırx quldur” tamaşası növbəti dəfə nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, ərəb xalq nağıllarının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı isə Ağasəlim Feyzullayevdir.
Səhnə əsərində dostluğun, sədaqətin, cəsarətli və qorxmaz olmağın dünya malına tamah salmaqdan daha üstün olmasından bəhs edilir. Tamaşa zamanı aktyorlar tamaşaçı zalına da enərək, uşaqlarla interaktiv ünsiyyət yaradır, bəzi hallarda səhnəyə dəvət etməklə uşaqları birbaşa hadisələrin iştirakçısına çevirirlər. Tamaşada həmçinin rəngarəng musiqi nömrələrindən və əyləncəli rəqslərdən istifadə edilib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına “Bayraq hekayələri toplusu” kitabı hədiyyə olunub. Toplu “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində nəşr edilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, Dövlət Bayrağı Günü münasibətilə hazırlanan topluya 22 yazıçının fərqli mövzulu, rəngarəng fikirləri ilə seçilən əsərləri daxil edilib.
“İmza” Nəşrlər Evi tərəfindən çap edilən topluda cəmiyyətdə kifayət qədər nüfuz sahibi olan müəlliflərin hekayələri yer alıb. Hekayələrdə əsas mövzu müharibədir. Müəlliflər öz əsərlərində əsasən şanlı Azərbaycan Ordusunun döyüş əzmkarlığını, əsgər cəsurluğunu, bir sözlə, düşdüyü və qarşılaşdığı situasiyalarda mübariz döyüşçü obrazını yaratmağa və tərənnüm etməyə çalışmışlar.
Toplunun tərtibçi-redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı Əli Bəy Azəridir.
12 Noyabr Azərbaycanda Konstitusiya Günü kimi qeyd olunur. Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü” adlı virtual sərgi açılıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə rəsmi sənəd, Azərbaycanın görkəmli şəxsiyyətlərinin konstitusiyamız haqqında fikirləri, fotolar, mövzu ilə əlaqədar kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, 1996-cı il fevralın 6-da Prezident Heydər Əliyevin Sərəncamı ilə 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya Günü elan edilib.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir.
Hakimiyyətlərin bölgüsü, insan hüquq və azadlıqlarının prioritetliyi prinsiplərinə əsaslanan Konstitusiyamız demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradır, cəmiyyətdə humanizm, milli həmrəylik və tolerantlıq ruhunu təsbit edir, vətəndaşların müxtəlif sosial qrupları arasında harmonik münasibətləri stimullaşdırır. Konstitusiyada insan amili, vətəndaşların hüquqları, onların rifahının və təhlükəsizliyinin təmin olunması ön plana çəkilib. Konstitusiyamız həm insan və vətəndaş hüquqlarının dönmədən həyata keçirilməsi, həm də dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsini təmin edir.
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Allah, başına dönüm Məni yenidən yarat. Ürəyimi yonqarra Bir az içinə daş at Məni yeniden yarat.
Səbrimi yuxumdan as, Ruhumu dağa köklə. Dərdimi gözümdən as, Az başımi sözlə qat Məni yenidən yarat.
Bir ocagam tüstüm yox, Külüm gözümdən cıxıb. Yalqız köçəm dəstim yox Ömrümü kiməsə sat Məni yenidən yarat.
Gözdə həsrətim ölüb Bəxtimə yağan daşam. Mənə doyunca gülüb Dərdim üstə bas qoy yat Məni yenidən yarat.
Bir ömurəm nagılsız, Ölmürəm, öldürürlər. Bir bəndənəm agılsız, Ya öldür, ya da sağalt Məni yenidən yarat..
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru
Bir qara xal qoydun ağ ürəyimdə, Silinməz dağ qoydun dağ, ürəyimdə. qalmadı bir damcı yağ, ürəyimdə, dinmədim, fağırlıq bəs nədən oldu.
bir mahir ovçusan kamanın naşı, inanma yetənə, ağartma başı, sinəmin üstünə sən qoydun daşı, deyirəm ağırlıq bəs nədən oldu.
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı
Yaxşı ki, o səhər ölmədim, O sən gedən səhəri deyirəm. Yadındadır, mən topladım Əşyalarını hələ? Hıçqırıqlar içində pıçıldadım da Get, gülə- gülə.
Yox e, sözüm onda deyil, Yaxşı eləyib getdin. Qalıb nə edəcəkdin ki , Viranə ürəyimdə? Onsuzda əzəl gündən Yalançı məhəbbətdin, Onsuzda düşmən bıçağı idin Kürəyimdə.
Bax heç zəng etmirəm də, Nə də axtarıb,sormuram. Həvəsində deyiləm qapalı dəftərin, Çoxdan külünü sovurmuşam, Lənətə gəlmiş vərəqlərin.
Sonra demə unuda bilmədin məni, Lovğalıq qatma gülüşünə. Danışmağı sevmirsən bilirəm, Sussmağın da anlam verir Gedişinə…
Keşiyində bir ömür ayıq və sayıq olam, Qoruyam öz yurdumu, canıma tən saxlayam. Gərək gözümün üstə, şanına layiq olan Azərbaycan adında ana Vətən saxlayam.
Bayraq üçün axmasa damarda qan, qan deyil, Torpaqçün əsirgənən can gərəkli can deyil, Yurdsuz-yuvasız insan heç bütöv insan deyil, Qanadı qırıq quşdur -dil-dil ötən, saxlayam.
Yerlə göyün arası ən mübarək bağdılar, Qəlbimizdə ucalan zirvədilər, dağdılar. Şəhidlərin hər biri bizdən daha sağdılar, Sağ olan şəhidimə niyə matəm saxlayam?!
Düşüb ardınca gedəm ulduzundan ta Aya, Yalvaram səmalara, Haqq yetə bu haraya. Nə ola yumruq ola millət, keçəm o taya, Bu taydan çağıranda səsə yetən saxlayam…
Mənim son nəfəsədək haqqa inamım qalıb, Bütövlük eşqidir ki, ruhumu məndən çalıb, Ən çətin məqamda da ölümü gözə alıb, Vətən, sənin köksünə gül tək bitən saxlayam.
Eyyy başına türlü-türlü müsibətlər gətirilən bir millətin ər balası, daşıyırsan iftixarla türk adını! Sən bir qeyrət heykəlisən, özün boyda heykəl olmaq düşüb sənin qismətinə. Görən, hansı ana səni ağrısını sevə-sevə gətirmışdi bu dünyaya?! Beşiyini yelləyəndə bilirdimi o bir igid ər böyüdür?! -İki xalqın qürur yeri, səcdə yeri. Heç bildimi yavrusunun qərib sandığı məzarı neçə-neçə anaların ürəyində, bu ölkəni vətən sanan, bu millətin taleyinə yananların ürəyində?! Sən torpağı qucaqladın, torpaq səni bağrı şan-şan ola-ola qucaqladı, qucdu bərk-bərk, bu ölkə də tam haqqınla bir vətənin oldu, demək. Ay Türk oğlu, Türk igidi, vətəndaşlığın mübarək!!!
Yurdu işğal olunanlar üçün qələbə xəbəri eşitməkdən gözəl nə var? İgid oğullar yaşatdı xalqa o sevinci. Sevin, ey Azərbaycan! sevin, ey xalq! Bu günlərin həsrətini çox çəkmisən. Azad olunan yerlərdə dalğalandıqca bayrağımız da sevinir. Sevin, ey üçrəngli bayrağımız! Sənə dalğalanmaq çox yaraşır bizə sevinc yaraşan kimi…
28 il əvvəl işğal olundu Şuşa mayın 8-də, noyabrın 8-də isə azad edildi… O 8 maydan sonra nələr dəyişdi həyatında, əziz Şuşa? Nə günlərə qoydu səni mənfur düşmən? Daha bizimsən, Qayıtdın öz sahiblərinə, əziz Şuşa! Daha xarı bülbüllərin sevinə-sevinə açacaq çiçək, daha Cıdır düzü düşmənlərin yallı getməsinə şahidlik etməyəcək. Sevin, əziz Şuşa, sevin, Hər 8 may günü yaşadığımız ağrı-acını bizə 8 noyabr günü unutduracaq: Sən dirçələcək, gözəlləşəcəksən, qələbə həmişə bizimlə, gözəl günlər səninlə olacaq. Ağlımıza gəlməyənlər gəldi başımıza, daha heç nə olmayacaq bizim gözəl Şuşamıza…
Türkə xain baxanlar daima xar olacaq, Tanrı Türkə həmişə, hər yerdə yar olacaq, Var olduqca bu dünya bu qüdrət var olacaq, Tarixləşən adımız – sanımızdır Atatürk.
O coşdurdu qanıyla damla-damla selləri, Aşıb keçdi əzm ilə qan-qadalı illəri, Ondan alır işığı ulu Turan elləri, Üfüqlərdə sökülən danımızdır Atatürk.
Onun ayaq izidir zəfərlərə gedən iz, Bu gün varlığımızçün minnətdarıq ona biz, Əbədidir, tükənməz Atamıza sevgimiz, Ömürdəki ən şirin anımızdır Atatürk.
Baş əyirəm önündə bu adın qürur ilə, Belə düşüb qüdrəti milyon ağıza-dilə, Tarixlərdən bu adı bacarmaz kimsə silə, Əbədi şöhrətimiz-şanımızdır Atatürk.
Bir sönməyən ocağın alovuyuq-oduyuq, Oğuz, qıpçaq, peçeneq – bütöv Türkün adıyıq, Bütün dünya eşitsin, biz onun övladıyıq, Varlığımız onundur, canımızdır Atatürk.
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru
Mən səni Şamxat kimi- Min fitnəylə sevirəm… Sonra da Öpüşünlə Ruhuma qüsul tökürəm…
Mən səni Lalə kimi- Düzlərdə gözləyirəm… Bağrıyanıq, Dilimdə “ah”… Ləçək-ləçək közərirəm…
Mən…-ilan məkrinə vurğun, Yaradılışdan yorğun… Sən aldadılan Adəm, Hər günahıma həmdəm…
Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü.
Bitdi qara təqvimin yasa batan günləri, Çözdü qəhrəman Ordum min illik düyünləri. Birliyin təntənəsi verdi, nəhayət, bəhər, Azərbaycan xalqının haqqı idi bu Zəfər, Bayraq oldu göylərə çəkdiyimiz hər dilək, Zəfərimiz mübarək!
Düşmən elə düşməndir, bunun başqa adı yox, Özgə atına minib, meydanda öz atı yox. Şirnikləndi verilən sərsəm bəyanatlara, Tamahı arxamızca gəzdi qarabaqara. Döyüşmək ağır oldu şər dünyayla təkbətək, Zəfərimiz mübarək!
Tarix salnaməsinə yeni şərəf qatıldı, O gün, 8 Noyabr Zəfər topu atıldı. Hər evdə, hər ocaqda toy mağarı quruldu, Bu müharibə həm də bir ibrət dərsi oldu, Bizə kin bəsləyənin inadın qırdı fələk, Zəfərimiz mübarək!
Düşmən əfi ilandır, qulluq etməz bir dinə, Min cür hiyləgərliyin şahidi olduq yenə. Arxalı köpək kimi “basıb-bağlayan” dığa, Ev tikmək əvəzinə mina “əkdi” torpağa, Haqq üzülər, əzilməz, haqqın bəhərin görək, Zəfərimiz mübarək!
Tarixi irsimizi qəsb etdi fitnəkarlar, Kimin belə quduzdan quduz bir düşməni var? Acı repressiyalar gizlətdi bizdən bizi, Milli qürurumuzu, milli kimliyimizi – Yavaş-yavaş tanımaq, duymaq bu olsa gərək, Zəfərimiz mübarək!
“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi (ANAİB), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 11, 12, 13 noyabr tarixlərində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Urban mərkəzində “II ANAİB Gəncə Kitab Sərgisi” keçiriləcək.
Edebiyyatqazeti.az ANAİB-ə istinadən xəbər verir ki, “Nizami yurduna kitabla gəlirik!” şüarı altında keçiriləcək sərgidə tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, müxtəlif mövzuda təlimlər, seminarlar, şeir gecələri, uşaqlar üçün nağıl saatları və musiqili proqram təşkil ediləcək.
Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutacaq, 90 %-dək endirimlər tətbiq olunacaq.
Tədbirdə Elxan Elatlı, Rövşən Abdullaoğlu, Aqşin Yenisey, Əziz Sultan, Nüşabə Babayeva-Vəkilova, Nicat Qəribov, Ağa Hacıbəyli, Mübariz Yunus, Müzadil Zauroğlu, Yunus Orucov, Çinarə Köçərli, Muxtar Cəfərli, Rüstəm Behrudi, Emin İmanlı, Vüqar İsgəndərov kimi məşhur yazıçı və şairlərin imza günləri keçiriləcək.
Bununla yanaşı Şəmil Sadiq, Orxan Şahbaz, Sərxan Rüstəmov, Aysel Cəbrayılova kimi təlimçilər müxtəlif mövzulu seminarlar verəcəklər.
Qeyd edək ki, sərgi hər üç gün 10:00-dan 19:00-dək fəaliyyət göstərəcək.
Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü və mükafatçısı Ramil Əhməd Azərbaycan Yazıçılar Birliyi (AYB) Gənclər Şurasının sədr müavini seçilib.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Mustafa Kemal Paşa (Osmanlı Türkçesi: مصطفى كمال پاشا), Soyadı Kanunu’ndan (1934) sonra Atatürk[3] (19 Mayıs 1881[2], Selanik – 10 Kasım 1938, İstanbul), Türkiye Cumhuriyeti’nin 1923’ten 1938’e değin görev yapmış kurucusu ve ilk cumhurbaşkanı, mareşal ve daha evvelinde bir Osmanlı subayı.
Atatürk, I. Dünya Savaşı sırasında bir ordu subayıydı. Savaş sonunda Osmanlı İmparatorluğu’nun yenilgisini takiben Türk Kurtuluş Savaşı’ndaki Türk Ulusal Hareketi’ne önderlik etmiştir. Kurtuluş Savaşı sürecinde Ankara Hükûmeti’ni kurmuş, askeri eylemleriyle İtilaf Devletleri tarafından gönderilen askeri güçleri bozguna uğratmış ve Türkleri zafere götürmüştür. Atatürk daha sonra eski Osmanlı İmparatorluğu’nu modern ve seküler bir ulus devletine dönüştürmek için politik, ekonomik, toplumsal ve kültürel reformlar başlatmıştır. Liderliği altında binlerce yeni okul inşa edildi. İlköğretim ücretsiz ve zorunlu hale getirildi. Kadınlara sivil eşitlik ve politik haklar verildi. Köylülerin sırtına yüklenen ağır vergiler azaltıldı.[4][5]
Bu makale serisinin bir parçasıdır Mustafa Kemal Atatürk MustafaKemalAtaturk oval.png Özel Hayatı[göster] Askerî kariyeri[göster] Atatürk Devrimleri[göster] Atatürkçülük[göster] Ayrıca[göster] Galeri: Resim, Ses, video g t d Türk Orduları Başkomutanı olarak Sakarya Meydan Muharebesi’ndeki başarısından dolayı 19 Eylül 1921 tarihinde “Gazi” unvanını almış ve mareşalliğe yükselmiştir.[5] Halk Fırkası’nı kurmuş ve ilk genel başkanı olmuştur.[6] 1938 yılındaki vefatına kadar arka arkaya 4 kez cumhurbaşkanı seçilen Atatürk, bu görevi en uzun süre yürüten cumhurbaşkanı olmuştur.[5]
Atatürk tarihte oynadığı önemli rolden dolayı pek çok yazar ve tarihçi tarafından incelenmiş ve hakkında 379 eser yazılmıştır. Bu yönüyle hakkında en çok eser yazılan ilk 100 kişi arasında yer almaktadır. Ayrıca dünyada ilk kez ve tek örnek olmak üzere, Birleşmiş Milletler’in UNESCO örgütü tarafından, kendisinin 100. doğum yılı olması sebebiyle ve tüm ülkelerin oy birliğiyle 1981 yılı “Atatürk Yılı” olarak kabul edilmiştir. Dergilerinin Kasım 1981 sayısında da, Atatürk ve Türkiye konusu ele alınmıştır.
1839’da Kocacık’ta doğduğu sanılan[7] babası Ali Rıza Efendi, aslen Manastır’a bağlı Debre-i Bâlâ’dandır.[8] Babasını ailesi 14-15. yüzyılda Anadolu’dan bölgeye göç etmiş olan Kocacık Yörüklerindendir.[7][8][9][10][11] Bazı kaynaklara göre ise babasının ailesi Arnavutlardandır.[12][13][14][15] Annesinin kökeni ise Karaman’dan Rumeli’ye gelen Türkmenlerdendir.[16] Ailesi ile Selanik’e göç eden Ali Rıza Bey,[17] burada gümrük memurluğu ve kereste ticareti yaptı.[18] Ali Rıza Bey ayrıca 93 Harbi (1877-78) esnasında yerel birliklerde teğmenlik yapmıştı.[19]
Ali Rıza Bey, 1871 yılında, 1857 yılında Selanik’in batısındaki Langaza’da çiftçi bir ailede doğan[19][20] Zübeyde Hanım’la evlenmişti.[21] Mustafa Kemal Atatürk, bu çiftin çocuğu olarak rumî 1296 (miladî 1881) yılında Selanik’te doğmuştur. Samsun’a çıktığı 19 Mayıs tarihini doğum günü kabul etmiştir.[22] Fatma, Ömer, Ahmet, Naciye ve Makbule adlı beş kardeşinin ilk dördü küçük yaşta hayatını kaybetmiştir.[23][24]
Öğrenim çağına gelen Mustafa’nın hangi okula gideceği konusunda annesi ile babası arasında anlaşmazlık çıkmıştı. Annesi Mustafa’nın Hafız Mehmet Efendi’nin mahalle mektebine gitmesini istiyor, babası ise o dönemki yeni yöntemlerle eğitim yapan seküler[19] Mektebi Şemsi İbtidai’nde (Şemsi Efendi Mektebi) okumasını istiyordu. En sonunda önce mahalle mektebine başlayan Mustafa, birkaç gün sonra Şemsi Efendi Mektebi’ne geçti.[25] Atatürk, okul seçimindeki bu kararı için hayatı boyunca babasına minnettarlık duymuştur.[19] 1888 yılında babasını kaybetti.[26] Bir süre Rapla Çiftliği’nde annesinin üvey kardeşi[19] Hüseyin’in yanında kalıp hafif çiftlik işleriyle uğraştıktan sonra -eğitimsiz kalacağından endişe eden annesinin isteğiyle-[19] Selanik’e dönüp okulunu bitirdi.[27] Bu arada Zübeyde Hanım, Selanik’te gümrük memuru olan Ragıp Bey ile evlendi.[28]
Şimdi müze olan Koca Kasım Paşa Mahallesi, Islahhane Caddesi’ndeki ev 1870’te Rodoslu müderris Hacı Mehmed Vakfı tarafından yaptırılmış ve 1878’de yeni evlenen Ali Rıza Bey tarafından kiralanmıştır ancak o öldükten sonra Mustafa ve ailesi bu evden yanındaki 2 katlı, 3 odalı ve mutfaklı daha küçük eve taşınmışlardır.[29]
Mustafa, seküler bir okul olan ve bürokrat yetiştiren[19] Selânik Mülkiye Rüştiyesi’ne kaydoldu. Ancak muhitindeki askerî öğrencilerin üniformalarından da etkilenerek[19] -annesinin karşı çıkmasına rağmen-[19] 1893 yılında Selânik Askerî Rüştiyesi’ne girdi. Bu okulda matematik öğretmeni Yüzbaşı Üsküplü Mustafa Sabri Bey, ona anlamı mükemmellik, olgunluk olan “Kemal” adını verdi.[30] Fransızca öğretmeni Yüzbaşı Nakiyüddin Bey (Yücekök), özgürlük düşüncesiyle genç Mustafa Kemal’in düşünce yapısını etkiledi. Mustafa Kemal Kuleli Askerî İdadisi’ne girmeyi düşündüyse de ona ağabeylik yapan Selânikli subay Hasan Bey’in tavsiyesine uyarak Manastır Askerî İdadisi’ne kaydoldu. 1896-1899 yıllarında okuduğu Manastır Askerî İdadisi’nde tarih öğretmeni Kolağası Mehmet Tevfik Bey (Bilge), Mustafa Kemal’in tarihe olan merakını güçlendirdi.[31] Bu tarihte başlayan 1897 Osmanlı-Yunan Savaşı’na gönüllü olarak katılmak istediyse de hem idadi öğrencisi olduğu için hem de 16 yaşında olduğundan dolayı cepheye gidememiştir. Bu okulu ikincilikle bitirdi.[32] 13 Mart 1899’da[33] [34] İstanbul’da Mekteb-i Harbiye-i Şahane’ye girdi. Birinci sınıfı 27., ikinci sınıfı 11., üçüncü sınıfı 1902’de mülazım (bugünkü ismiyle Teğmen) rütbesiyle 549 kişi arasından piyade sınıf sekizincisi (1317 – P.8) olarak bitirdi.[32] Akabinde Erkan-ı Harbiye Mektebi’ne (Harp Akademisi) devam ederek 11 Ocak 1905’te ”kurmay yüzbaşı” rütbesiyle mezun oldu.[35]
Askerlik (1905-1918) Erken dönem
Kıdemli Yüzbaşı Kurmay Yüzbaşı Mustafa Kemal, mezuniyetinin ardından merkezi Şam’da bulunan 5.Ordu’ya staj amacıyla gönderildi. Bu stajında piyade, süvari ve topçu sınıflarında görev aldı.1905-1907 yılları arasında Şam’da Lütfi Müfit Bey (Özdeş) 5. Ordu emrinde görev yaptı. İlk stajı 5. Ordu’ya bağlı 30’uncu Süvari Alayı’nda gerçekleşti.[36] Bu dönemde düşük rütbeli stajyer bir kurmay subay olarak Suriye’nin çeşitli bölgelerindeki isyanlarla ilgilenen Mustafa Kemal, “küçük savaş” (gerilla savaşı) üzerine tecrübe kazandı. İsyanlarla uğraştığı dört aydan sonra Şam’a döndü. 1906 Ekim ayında Binbaşı Lütfi Bey, Dr. Mahmut Bey, Lüfti Müfit (Özdeş) Bey ve askerî tabip Mustafa Cantekin ile ‘Vatan ve Hürriyet’ adlı bir cemiyeti kurduktan sonra ordudan izinsiz Selânik’e gitti. Selânik Merkez Komutan Muavini Yüzbaşı Cemil Bey (Uybadın)’in yardımıyla karaya çıktı ve orada cemiyetinin şubesini açtı. Bir süre sonra arandığını öğrendi ve ona ağabeylik yapan Albay Hasan Bey, Yafa’ya dönüp oranın komutanı Ahmet Bey’e Mısır sınırında Bîrüssebi’ye gönderildiğini bildirmesini önerdi. Ahmet Bey de Mustafa Kemal’i Bîrüssebi’ye tayin etti ve bir süre sonra topçu staj için tekrar Şam’a gönderildi.[37] 20 Haziran 1907’de Kolağası (kıdemli yüzbaşı) oldu ve 13 Ekim 1907’de 3.Ordu’ya kurmay olarak atandı[35] ancak Selânik’e vardığında ‘Vatan ve Hürriyet’in şubesinin İttihat ve Terakki Cemiyeti’ne ilhak edildiğini öğrendi. Bu yüzden kendisi de 1908 Şubat ayında İttihat ve Terakki Cemiyeti’ne üye oldu (Üye numarası: 322)[38]. 22 Haziran 1908’de Rumeli Doğu Bölgesi Demiryolları Müfettişliğine atandı.[35]
23 Temmuz 1908’de Meşrutiyet’in ilanından sonra Aralık 1908 sonlarında[39] İttihat ve Terakki Cemiyeti tarafından toplumsal ve siyasal sorunları ve güvenlik problemlerini incelemek üzere bugünkü Libya’nın bir parçası olan Trablusgarp’a gönderildi. Burada 1908 Devrimi’nin fikirlerini Libyalılara yaymaya ve buradaki nüfusun farklı kesimlerinden gelenleri Jön Türk politikasına kazanmaya çalıştı.[40] Bu siyasi görevin yanı sıra bölge halkının güvenliği ile de ilgilendi. Kentin dışında yapılan bir savaş tatbikatında Bingazi Garnizonu’na önderlik ederek askerlere modern taktikler öğretti. Bu tatbikat süresince isyana meyilli Şeyh Mansur’un evini sararak bölgede sistem karşıtı başka güçlü kişilere örnek olması amacıyla onu kontrol altına aldı. Ayrıca hem kentli insanları hem de kırsal bölge insanlarını korumak için bir yedek ordu planlamaya başladı.[39][41]
13 Ocak 1909’da 3. Ordu’ya bağlı Selânik Redif Fırkası’nın Kurmay Başkanı oldu ve 13 Nisan 1909’da Meşrutiyet’e karşı 3. Ordu’ya bağlı Taşkışla’da konuşlanmış 2. ve 4. Avcı Taburları’nın isyanıyla başlayan, diğer birliklerin katılımıyla genişleyen 31 Mart Ayaklanması’nı bastırmak üzere Selânik ve Edirne’den yola çıkarak Mirliva Mahmut Şevket Paşa komutasında 19 Nisan 1909’da İstanbul’a girecek olan Hareket Ordusu’na bağlı birinci kademe birliklerinin kurmay başkanı oldu. Daha sonra 3. Ordu Kurmaylığı, 3. Ordu Subay Talimgâhı Komutanlığı, 5. Kolordu Kurmaylığı, 38. Piyade Alayı Komutanlığı görevlerinde bulundu.[35][39]
Stuart Kline’ın Türk Havacılık Kronolojisi kitabına göre[42], Mustafa Kemal, 1910 yılında Fransa’da düzenlenen Picardie Manevraları’na katıldı. Burada yeni üretilen uçakların deneme uçuşuları yapılıyordu. Ali Rıza Paşa, bu uçuşlardan birine katılmak isteyen Mustafa Kemal’i önledi. Ve akabinde uçuş yapan o uçak dönüş esnasında yere çakıldı.[43] Bazı kaynaklar tarafından, bu hikâyeye dayanarak Atatürk’ün uçağa binmekten korktuğu iddia edilse de kitabın yazarı Kline, Atatürk’ün olaydan sonra 3 defa uçağa bindiğinden bahseder.[44]
Mustafa Kemal, dönüşünün ardından 27 Eylül 1911’de İstanbul’da Genelkurmay Karargâhı’nda görev aldı.[45]
Trablusgarp Savaşı Ayrıca bakınız: Trablusgarp Savaşı
Trablusgarp Savaşı’nda, Mustafa Kemal İtalyanlar’ın Trablusgarp’a saldırısıyla 19 Eylül 1911’de başlayan Trablusgarp Savaşı’nda, 27 Kasım 1911’de Binbaşı[35] olan Mustafa Kemal, Binbaşı Enver Bey, Fuat (Bulca), Nuri (Conker) ve Binbaşı Fethi (Okyar) gibi diğer İttihatçı subaylarla birlikte 18 Aralık 1911’de hareket etti.[46] Mustafa Kemal ile grubu, Mısır’da Kahire[47] ve İskenderiye üzerinden Bingazi’ye gitti. 19 Ekimde İskenderiye’den yola çıktıktan bir süre sonra bir hastalık geçirdi.[48] 22 Aralık’ta Tobruk yakınında zafer kazandı. Derne’deki 16 – 17 Ocak 1912 taarruzunda gözünden yaralanıp bir ay hastanede tedavi gördü ve 6 Mart’ta Derne Komutanlığı’na getirildi.[49] Aynı yılın eylülünde başlayan barış görüşmelerine rağmen çatışmalar sürerken, Karadağ’ın 8 Ekim’de Osmanlı Devleti’ne savaş ilan etmesi ve Balkan Savaşları’nın başlaması nedeniyle barışa razı olunmasıyla Mustafa Kemal ve diğer subaylar İstanbul’a geri döndüler.
Balkan Savaşları Ayrıca bakınız: Balkan Savaşları Balkan Savaşları başladığında Trablusgarp’ta görev yapan Derne Komutanı Mustafa Kemal ve Binbaşı Nuri Bey, bu savaşlarda görev almak istediler.[50] Mustafa Kemal, dönemin Osmanlı Harbiye Nezareti Enver Bey’in de izni ile 24 Ekim 1912’de Trablusgarp’tan ayrılmıştır.[50] 24 Kasım 1912’de karargâhı Bolayır’da bulunan Bahr-i Sefit Boğazı (Akdeniz Boğazı) Kuvayi Mürettebesi Harekât Şubesi Müdürlüğü’ne atandı.[51] Osmanlı ordusu burada general Stilian Georgiev Kovachev komutasındaki Bulgar 4. Ordusuna yenildi. Haziran 1913’de başlayan İkinci Balkan Savaşı’nda komutası altındaki birliklerle Dimetoka ve Edirne’ye girdi.
27 Ekim 1913’te Sofya askerî ataşeliğine atanarak yakın arkadaşı Sofya sefiri (elçisi) Fethi Bey (Okyar)’in altında çalıştı.[52] Ek görev olarak Belgrad ve Çetine askerî ataşeliğini de yürüttü.[52] Bu görevde iken 1 Mart 1914’te yarbaylığa (kaymakam) yükseldi.[52]
Hacıyeva Günel İsrail qızı 1990-cı il aprel ayının 23-də Laçın rayonunda anadan olub. 1997-ci ildə Bərdə rayonundakı orta təhsil müəssisələrindən birinə qəbul olub. Bir müddət burada təhsilini davam etdirdikdən sonra Bakı şəhərinə köçmüşdür. Bakı şəhərindəki Kimya-Biologiya Təmayüllü Respublika liseyinə qəbul olub. 2008-ci ildə həmin liseyi bitirib. Digər həmyaşlıları kimi, o da həmin il Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və Ədəbiyyat) fakültəsinə qəbul olmuşdur. Poeziyaya çox erkən yaşlarından başlayıb. ”Şəkil” adlı ilk şeirini ibtidai təhsilini davam etdirən müddətdə yazıb. Dövri mətbuatda 2003-cü ildən etibarən çıxış edir. Müəllifin “ilk uğurlu qələm təcrübəsi”olan şeiri “Bərdə” qəzetində işıq üzü görüb. Bu uğurdan ruhlanan müəllif gələcək illərdə daha da sanballı əsərlər yazmağa başlayıb. Sonrakı illərdə isə ardıcıl olaraq “Sərbəst düşüncə”, Sumqayıtda şəhərində nəşr olunan ”Yüksəliş naminə”, Bakı şəhərində isə “Ümid” qəzetlərində şeirləri ilə çıxış edib. Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin əsas və yeganə mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib. Həyatının sonrakı illərində məqalələri və digər ictimai-siyasi şeirləri ilə “Yüksəliş naminə” qəzetində müntəzəm olaraq çıxış edib. Hal-hazırda bir-birindən daha maraqlı şeirləri ilə oxucuları düşündürməyə vadar edən gənc şairə arasıkəsilmədən poeziya nümunələrinin sayını artırmaqdadır. Gənc ədib haqqında onun qələm yoldaşı Kənan Aydınoğlu “Qələmi əlinə götür, ay şair!”, ”Sıxılma, büdrəmə illər uzunu”, “Dağılsın gözündən həsrət, ayrılıq!” şeirlərini yazmışdır.
Xəyalə ALIYEVA 1991-ci ildə Laçın rayonunda anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
Aysel CƏFƏROVA 1990-cı ildə Qazax rayonunda anadan olub. 2008-2012-ci illərdə Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı müəllimi) fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.
Tələbəlik illərində isə təhsil aldığı Ali təhsil müəssisəsi olan Sumqayıt Dövlət Universitetinin mətbu orqanı olan “Sumqayıt Universiteti”qəzetində şeirləri ilə ardıcıl olaraq çıxış edib.
“Mücrü” nəşriyyatı “İlin ən yaxşı hekayələri” nəsr toplusuna əsərlərin qəbuluna başladı.
Şərtlər:
– Hər müəllif yalnız bir hekayə göndərə bilər; – Hekayələr üçün mövzu məhdudiyyəti yoxdur; – Əsərlər yalnız elektron variantda (word) olmaqla qəbul edilir; – Hekayələrin həcmi maksimum 8 min işarə (boşluqsuz) olmalıdır; – Yaş və ərazi məhdudiyyəti yoxdur; – Yalnız Azərbaycan dilində olan əsərlər qəbul edilir; – Göndərilən əsərlərin adı, müəllifin adı, ədəbi təxəllüsü və əlaqə nömrəsi mütləq qeyd edilməlidir.
Yazıçılar öz hekayələrini ilinhekayeleri@mucrunesriyyati.az ünvanına göndərməlidir. Əsər qəbulu üçün son tarix 31.12.2022-ci ildir. Əlaqə nömrələri: +994555028932 (whatsapp), +994773457747, +994125951040
E.Ə.Əliyevin Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Elnur Əli oğlu Əliyev Azərbaycan Respublikası mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilsin.
8 Noyabr – Zəfər Günü münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Zəfər Günü şanlı tariximizdir!” adlı elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası “Rəsmi sənədlər”, “Zəfər paradında Prezident İlham Əliyevin nitqi”, “Zəfərlərimiz”, “II Qarabağ müharibəsi şəhidləri”, “Nəşrlər”, “Xatirəsinin əbədiləşdirilməsi”, “Müharibə iştirakçılarına verilən orden və medallar”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.
44 gün davam edən haqq mübarizəsi sayəsində bütün dünya gördü ki, Azərbaycan bir yumruq kimidir. Azərbaycan xalqının və dövlətinin qüdrətinin rəmzinə çevrilmiş bu möhtəşəm Zəfərin tarixi əhəmiyyəti bir əsrin hüdudlarına sığmır. 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulması, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi ilə birlikdə, son iki yüz ilə yaxın dövrdə Azərbaycan xalqına çoxsaylı milli fəlakətlər gətirən erməni şovinizminə və ekspansionizminə sarsıdıcı zərbə endirilmiş və xalqımızın tarixi taleyi ilə bağlı olan son dərəcə mühüm bir məsələ həll edilmişdir.
3 noyabr – “Qafqaz” beynəlxalq foto klubunun şəhər mənzərələrinin çəkilişi üzrə ustad dərsi,
4-5 noyabr – Bakıda və Gəncədə “Böyük etnoqrafik diktant” adlı beynəlxalq maarifləndirici aksiya,
5 noyabr – Gəncə Milli Filarmoniyasında Rusiyanın Xalq artisti Nadejda Krıqinanın konserti,
16 noyabr – “Birgə oxuyuruq” adlı uşaq ədəbi məclisi,
18 noyabr – Marina Svetayevaya həsr olunmuş “Başqa Svetayeva” adlı ədəbi gecə,
20 noyabr – Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert,
22 noyabr – Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyinə həsr olunmuş konsert,
24 noyabr – yazıçı, ssenarist Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi,
25 noyabr – Rus Dili Tədris-Metodiki Mərkəzinin rus dili və ədəbiyyat müəllimləri üçün “Rus dilinin mənimsənilməsinin bütün mərhələlərində lüğətlərlə səmərəli işləmək üçün metodiki tövsiyələr” adlı seminarı.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanasında dünyaşöhrətli azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə haqqında videoçarx hazırlanıb.
AZƏRTAC xəbər verir ki, videoçarxda görkəmli alimin ömür yolu və elmi irsi ardıcıllıqla işıqlandırılıb.
Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin inkişafında dərin iz qoyub və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərib, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.
Lütfi Zadə dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, uğurla fəaliyyət göstərməkdədir. Azərbaycanlı olduğunu fəxrlə bildirən və ürəyi daim doğma Vətəni ilə bir döyünən Lütfi Zadə elm və texnologiyaların inkişafında, eləcə də mədəniyyətlərarası dialoqun qurulmasında misilsiz xidmətlərinə görə Azərbaycan Respublikasının ali mükafatlarından olan “Dostluq” ordeninə layiq görülüb.
Lütfi Zadə 2017-ci il sentyabr 6-da ABŞ-ın Kaliforniya ştatında 96 yaşında dünyasını dəyişib. Alim sağlığında Bakıda dəfn olunmasını vəsiyyət edib. Onun cənazəsi sentyabrın 29-da Bakıya gətirilərək I Fəxri xiyabanda torpağa tapşırılıb.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşı Samirə Abbasova “Azərbaycanı tanıyaq” layihəsi çərçivəsində “Azərbaycan, odlar yurdum mənim!” adlı videoçarx hazırlayıb.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoçarxda ecazkar diyar olan Azərbaycandan, onun təkrarsız təbiətindən, çoxəsrlik mədəniyyətindən, tarixindən, bu diyarın qədim sakinlərindən, həmçinin adət-ənənələrindən bəhs olunub.
“Ozan Dünyası” Aşıq Yaradıcılığının Təbliği İctimai Birliyinin orqanı “OZAN DÜNYASI” jurnalının növbəti sayı nəşrə hazırlanır.
Aşıq yaradıcılığı, görkəmli ustad aşıqlarımız və eləcə də, xalq yaradıcılığının digər sahələrinə aid elmi-publisistik məqalələri olanlar mürciət edə bilərlər.
Müəlliflər öz yazılarını musa58@bk.ru elektron poçtuna göndərə bilərlər.
Noyabrın 4-də Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı tanınmış uşaq yazıçısı, dramaturq və tərcüməçi Samuil Marşakın “Pişiyin evi” nağılı əsasında hazırladığı eyniadlı tamaşanı növbəti dəfə nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, kuklaçı rejissor Anar Məmmədovun fərqli üslubda hazırladığı bu tamaşa daim balacaların tələb etdiyi səhnə işlərindəndir. Tamaşa Əməkdar artist, usta kuklaçı Rəhman Rəhmanovun 60 illik yubileyi münasibətilə səhnələşdirilib. Birhissəli uşaq tamaşasında kuklalarla yanaşı, canlı planda aktyor oyunu da qurulub.
Rəngarəng səhnə tərtibatı və müxtəlif konstruksiyalardan kuklalarla hazırlanan tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
İdeyası yalançı dostluğa ikrah, dürüst münasibətə çağırış olan tamaşada uşaqlara lovğalıq, yalançılıq və xudpəsəndlik kimi mənfi keyfiyyətlərdən qaçmaq aşılanır.
Noyabrın 5-20-də Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində “Ələddin, şahzadə Jasmin və sehrli çıraq cininin sərgüzəştləri” adlı tamaşa nümayiş olunacaq.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tamaşanın bədii rəhbəri, Xalq artisti Aleksandr Şarovski, rejissor və xoreoqrafı isə Raulya Turkkandır.
Əsərin səhnə tərtibatı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatı Əməkdar mədəniyyət işçisi Vladimir Neverova aiddir.
Mədəniyyət Nazirliyinin “Şuşa mədəniyyətinin inciləri” layihəsi müxtəlif bölmələr üzrə təqdimatlarla davam edir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Şuşa İli” münasibətilə həyata keçirilən layihənin “Şuşanın simaları” bölməsinin növbəti təqdimatı Süleyman Sani Axundova həsr olunub.
Süleyman Sani Axundov dramaturq, jurnalist, uşaq yazıçısı və pedaqoq kimi tanınır. Onun əsərləri bu gün də böyük maraqla oxunur.
Azərbaycan dramaturqu, nasir, maarif xadimi S.S.Axundov 1875-ci il oktyabrın 3-də Şuşa şəhərində anadan olub. 1885-1894-cü illərdə Qori Müəllimlər Seminariyasında təhsil aldıqdan sonra III dərəcəli rus-tatar məktəbində müəllim işləyib. 1920-1921-ci illərdə Qarabağ vilayətinin maarif şöbəsinin müdiri, 1922-1930-cu illərdə Bakıda məktəb müdiri vəzifələrində çalışıb. 1922-ci ildə Azərbaycan “Ədib və Şairlər” İttifaqının ilk sədri seçilmiş ədib ədəbi və pedaqoji fəaliyyətinə görə 1932-ci ildə “Əmək qəhrəmanı” adına layiq görülüb. 1921-1930-cu illər ərzində, keçmiş sovetlər ittifaqında Bakı Sovetinin üzvü olsa da, ömrünün sonuna kimi pedaqoji fəaliyyətlə məşğul olub, yazıçı, jurnalist kimi tanınıb.
İlk əsəri “Tamahkar” komediyası ilə tanınmış yazıçı bu əsərini böyük dramaturq Mirzə Fətəli Axundzadənin “Hacı Qara” əsərinin təsiri ilə qələmə alıb. Bundan başqa, yazıçı “Dibdat bəy”, “Türk birliyi” komediyalarının, “Laçın yuvası”, “Qaranlıqdan işığa”, “Şahsənəm və Gülpəri”, “Səadət zəhmətdədir”, “Molla Nəsrəddin Bakıda”, “Eşq və intiqam” kimi pyeslərin və bir sıra uşaq əsərlərinin də müəllifidir. Bir nasir kimi 1905-ci ildə yazdığı “Qonaqlıq”, “Kövkəbi-hürriyyət”, “Yuxu” kimi hekayələri də müəllifin maraqlı hekayələrindəndir.
O, 1912-1914-cü illərdə “Qorxulu nağıllar” adı altında “Əhməd və Məleykə”, “Abbas və Zeynəb”, “Nurəddin”, “Qaraca qız”, “Əşrəf” hekayələrini yazıb. Bu hekayələrdə valideynlərini itirmiş uşaqların acı taleyindən söhbət açılır.
Onun XX əsr Azərbaycan uşaq ədəbiyyatının, inkişafında böyük xidmətləri var. 1920-ci ildən sonra yazdığı əsərlərdə də geriliyi və mühafizəkarlığı tənqid edən Süleyman Sani Axundov 1939-cu il martın 29-da vəfat edib.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə “Qonağımız var” layihəsinin növbəti qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, Xalq artisti Mələkxanım Əyyubova olacaq.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, görüş noyabrın 1-də Zirə Mədəniyyət Mərkəzində (Eko Park) təşkil olunacaq.
Bu il noyabrın 22-də Azərbaycanın Xalq yazıçısı, Əməkdar incəsənət xadimi Hüseyn Abbaszadənin 100 yaşı tamam olur.
Yaradıcılığa bilavasitə iştirakçısı olduğu İkinci Dünya müharibəsi illərində vətənpərvər ruhlu şeirləri ilə başlayan yazıçı bu mövzuya sonralar da sadiq qalır, zaman-zaman oxucularına Vətən sevgisi, fədakarlıq, igidlik hissləri aşılayan neçə-neçə roman və hekayələr qələmə alır.
Hüseyn Abbaszadənin “General”, “Burulğanlar”, “Ləpədöyəndə”, “Haradansınız, müsyö Abel?”, “Qaradağ əhvalatı”, “Evə kölgə düşür”, “Uzaqdan gələn qonaq” və s. bu kimi əsərləri milli koloriti, həqiqiliyi, hər dövrün oxucusu ilə onun dilində danışmaq bacarığıyla bu gün də öz aktuallığını qoruyub saxlamaqdadır.
AZƏRTAC xəbər verir ki, ədibin yubileyinə töhfə olaraq Dövlət Tərcümə Mərkəzi tərəfindən ilk dəfə latın qrafikasında ərsəyə gətirilən kitabı yaxın günlərdə Bakının bir neçə kitab evləri və mağazalarından əldə etmək olar.
Əfsanəvi Azərbaycan generalı, tank qoşunları qvardiya general-mayoru, iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun igidliyi və hərbi rəşadətindən bəhs edən “General” romanı milli ədəbiyyatımızda hərbi vətənpərvərlik mövzusunda yazılmış nadir sənədli-tarixi əsərlərdəndir.
Hər dəfə Cavidlə bağlı yazmaq məsələsi gündəmə gəldikdə mənə elə gəlir ki, onunla bağlı artıq hər şey yazılıb… Bu düşüncələr beynimdə canlanarkən gözüm kitabxanama sataşır. Saysız-hesabsız tədqiqatlar, publisistik yazılar, bədii materiallar dəyir gözümə rəflərdə… Elə tək “Cavidnamə” kifayətdir deyə düşünürəm. Ancaq sonra deyirəm öz-özümə ki, yox yazmaq lazımdır, təkrar-təkrar Cavidi oxumaq, oxutmaq gərəkdir. Cavid əngin bir dəniz, sonsuz bir göy üzüdür… Onun əsərlərinin məna qatlarında insan həm var olur, həm yox olur… Cavid böyük bir kainatdır, oradakı hər planet Cavidin fərqli mövzularda qələmə aldığı yazılarını simvolizə edir sanki… Hüseyn Cavid zamanın fövqündə durur. Kainatın harasından baxırsan bax Cavid görünür. O, gah peyğəmbərdir, gah şeyxdir, gah sərxoşdur, gah arifdir, gah sərkərdədir, gah məcnun aşiqdir… Təbdili-libas olaraq əsər-əsər dolaşır Cavid.
Cavidin fikirləri, çözümləri, nəticələri aktualdır. Onun kədəri, sevinci, təəssüfü, şübhəsi bu gün üçün də düşündürücüdür. Şərqdə doğularaq bu torpaqdan mayalanan sənətkar, Qərbi duyur, kəşf edir, araşdırır, dərk edir. Ruhunda bəşəri fəlsəfələri daşıyır. Öz ruhunu böyük bilgi axınına açır. Qərbi gəzir, duyur, ancaq öz yurdunu, gəldiyi torpaqları hər daim dilində, beynində canlandırır. Cavidin misralarında öz Vətəninə, elinə, yoluna, amalına sayqı tendensiyası dayanır. O, bütün bilgiləri süzgəcdən keçirir. Lazımlı duru olanları təbliğ edir. Onlardan yüksək bədiiliklə bəhs edir. Cavid bütündür, onda Şərq də, Qərb də, bütün kainat da var. O, gah səmalaşır, gah bir uşağın təbəssümünə, bir qadının göz yaşınadək enir.
Qabarır, çəkilir, coşur. O, illərdir dağları, ənginləri yırtır və bütün kainata daşır.
Şərqin ab-havasının təsvirinə həsr olunmuş əsərləri ilə yanaşı, Şərq poeziyası, xalq-aşıq şeiri ilə bağlı olan bir çox bədii elementlərə yaradıcılığında yer verən Hüseyn Cavid öz yaradıcılığında Avropa xalqlarının yaradıcılıqlarından gələn bir sıra ənənələrə də yer verir. Bu ənənələrə meylin təməli İstanbul mühitində başlayır, Avropa ölkələrinə səyahətlə dərinləşir… Ancaq Cavid hər zaman özü olaraq qalır. Özünü, təməlini, mahiyyətini qoruyur. Bu səbəbdən bu günədək təkrarsızdır. Fərqlidir. Cavid oxuyur, öyrənir, yaradır. O, arada təsirlənir də. Cavidin gücü ondadır ki, o, zamanla deyil, gələcəklə ayaqlaşır. Bu xalqa, millətə nə lazımdır yaxşı bilir. Onu kəşf edir, oxuyur, bizə təqdim edir. Tofiq Fikrət yaradıcılığında rast gəldiyimiz portret-şeir tərzinə Caviddə də rast gəlirik. Tofiq Fikrətin “Rəsminin qarşısında” adlı şeiri ilə Cavidin “Bir rəsm qarşısında” şeiri bir-birinə oxşarlıq baxımından maraqlıdır. Lakin burada hər şairin özünəməxsus yanaşmaları da vardır:
Həzin bir çöhrə, bayğın bir nəzər,
suzişli bir mənzər,
Geniş bir cəbhə, ülvi bir zəka,
düşküncə bir sima.
Əvət, düşküncə bir sima
fəqət pək nazlı, pək dilbər…
Bənim ən sevdiyim bir levhə,
bir təsviri-pürməna.
O dalğın gözlərə baqdıqca
ruhum eylər istela,
O gözlər hər baqışda
fikrə yüz bin rəmz edər ima.
Fikrətin bu şeirlərindən biri, “Rəsminin qarşısında”dır:
Sen daima önümde o taştan sükunete
Yaslanmış intibah-ı samutunla hilkate
Bir şeyler anlatır gibi Durdukça,
ben biraz gücenir raz-ı fıtrate.
Cavidin bütün əsərlərilə bağlı müxtəlif zamanlarda fikir bildirsəm də, məni janr etibarilə liro-epik poema olan “Azər” xüsusilə düşündürür. Bu əsər Cavidin Şərqə və Qərbə baxışlarını özündə əks etdirir. O, Almaniyada olarkən yazmağa başladığı poemada öz fikirləri ilə yanaşı, şahidi olduğu hadisələri də Şərq-Qərb müstəvisində təhlil edir. Ağsaçlı bir professor, parisli bir lisancı
“Tısbağalar belə bizdə musiqidən zevq alır.
Sizdə nasıl, bu sınaqlar varmıdır?”.
Azər gülüb “Xayır!” dedi:
“Bizdə deyil tısbağa, İnsan belə görməz bu zevqi əsla!
Hüseyn Cavid Şərqdə nə görmək istəyirdi? İntellektuallıq, anlayış, inteqrasiya gücü, arzusu, özünə sayqı… “Məsəla ingilizləri alalım: onların ötədən bəri, cihangiranə bir əməl arqasınca qoşmaları, hər yerdə nüfuz qazanıb da hər ölkədə rol oynamaları, siyasi qüvvətlərə mədyun olduğu kibi, fəlsəfi, ədəbi təsirlərdən də varəstə deyildir. İngilizlər məğrurdur, soyuqqanlıdır, düşüncəli və durbindir. Əlbəttə, bunlar, bu sifətlər, mühitə, milli ruha, milli tərbiyəyə race sifətlərdir. Lakin Şekspir kibi dahilərin əməlpərvər, aləmşümul əsərləri, Herbert Spenser kibi böyük filosofların nüfuzlu, mətin, sarsılmaz və kəskin fəlsəfələri, şübhəsiz ki, hər ingilizdə, bütün xalq ruhunda böyük və səmimi bir təsirə malikdir. Fransanın da Jan Jak Russo kibi həssas və məriz bir ruha malik olan filosofları, bir taqım xəyalpərəst, hoppa şairləri bə’zi əxlaqsız, modaçı romançıları, şübhəsiz ki, fransız həyatına, fransız mühitinə tə’sir etməmiş deyildir. İtaliyaya gəlincə, əski italyanlarla işimiz yoq”…
Hüseyn Cavid eyni zamanda aşağıdakı misralarla Avropanın ziddiyyətli mühitini də göz önünə sərərək, Avropanın öldürücü təsirini ideallaşdırmırdı. O, sanki hər mühitdə olan müsbət tərəfləri qavramaq lazım olduğunu bildirir. Hüseyn Cavid bu mühitlərdə olan müsbət keyfiyyətləri mənimsəmənin yollarını göstərir. Cavid Qərbin Şərqi sürüklədiyi fəlakətlərdən bəhs etməyi də unutmurdu:
O məhsullu Şərqin halı pək səfil…
Öylə yoqsul var ki, ot yeyib yaşar.
Fəqət burda yalnız insanlar deyil,
Tısbağalar belə eşqindən coşar.
Çoq düşündüm bunu dəmindən bəri,
Hər zevqi bir acı bəslər, düşünsən!
İştə Qərbin azğın səadətləri
Alır qida Şərqin fəlakətindən…
Eşsiz bənzətmələri ilə Cavid bu gün də aktualdır, bu gün də bizi həyəcanlandırmağı, hayqırtmağı və susdurmağı bacarır. Bu gün də duyduğumuz təəssüfü
Bu gün də biz əslində Cavid dili ilə danışırıq. Cavid şeir, dram, ədəbiyyat fəlsəfə yox, öz dilini yaradıb. Bizlər, hansı ki, bu yolun gerçək yolçuları – Azərlər, Afətlər, Ariflər, Elxanlar, Şəmsalar, Sənanlar, İsmətlər, Cavidanə sevir, Cavidanə yaşayır, Cavidanə susuruq…
“Mən xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirmişəm”.
İlham Əliyev
Kaş sənə bənzəyəydi oğullar da hər zaman,
ürəklər bir-birinə belə məhrəm olaydı.
Nigaran getməyəydi, atalar da dünyadan,
kaş nə belə ayrılıq, nə belə qəm olaydı.
Dəyişəydi yer üstə əsrimizin havası,
insan bağ becərəydi, meyli gülə düşəydi.
Bir Tanrı duasıdır, hər ananın laylası,
o da kaş bu könüldən, o könülə düşəydi.
Yüz il ömür sürüblər, səs çıxmayıb tək əldən,
təsadüf, ya bəlkə də xəlvəti bir qəsd olub.
İlahi bir sirrimiş, deyirlər, bu, əzəldən, –
oğul xoşbəxt olanda, ata da xoşbəxt olub.
“44 Gün”ə yazıldı “Dəmir yumruq” dastanı,
milyonların andı var, onun hər varağında.
Yox, Nuhun tufanı yox, qalxdı xalqın tufanı;
Azərbaycan deyilən Qarabağ torpağında.
Dedin ki, – Gözəl Şuşa! Sən azadsan! – bu səsi,
bu eşqi ürəyimdə mən də təkrar elədim.
Şuşa,
İlham,
Ərdoğan,
“Şuşa müqaviləsi!”,
“Bir millət, iki dövlət”, – deyənə rəhmət, – dedim.
Onda “44 gün”ə
hələ qalırdı
“…işə bax: İrəvanda mənə erməni millətçilər hücum çəkirdi – Nəriman Nərimanovu təqdir etdiyim üçün, Bakıda isə böyük şair Nəriman Həsənzadə haqqında məqalə yazdığımdan belə
heyvərələrdən qorxmalı idim… Əzizim Nərmiman müəllim… Sara xanımla, Nazimlə, Xatirəylə İrəvana gəldiniz, tamaşaya baxdınız, şəhərin qədim Azərbaycan abidələri önündə dayandınız, Sizi Göyçə gölünəcən yola saldım, çox söhbətlər etdik, hər şey dalğın, lakin səmimi idi, yadınızdamı? Heyif, itirdik, Nəriman müəllim, çox şey itirdik, ən böyük müsibət torpaqlarımızın hələ ki düşmən tapdağında qalmasıdır. İtirdiklərimizi qaytarmaq arzusuyla”.
Hidayət
“Prometey” jurnalı
1993
Məni İrəvana dəvət elədin,
“Nəriman” pyesim oynanılırdı.
Sən orda elə bir qeyrət elədin,
onlar,
səndən qorxub, səni danırdı.
Erməni səhnəsi, doktor Nəriman,
salonda əl gedir, demə tufandı!
– Bu torpaq bizimdi, – deyir qəhrəman, –
İrəvan –
özü də Azərbaycandı!
“Hidayət, teatrın Baş direktoru,
gərək götürülsün vəzifəsindən…”.
MK katibinin buydu qərarı,
sən yenə susmurdun,
dilində Vətən!
Onda, İrəvanda bir cəbhədəydik,
qoya bilərdimmi mən səni gözdən?
Onda – sözümüzü biz orda dedik,
sən o teatrdan,
mən o səhnədən!
Səni qorxuzmadı o kin, o hədə,
nə qalxan tozanaq, nə əsən külək.
“Qardaş” Respublika,
təkləyəndə də,
inamın buydu ki, o gün gələcək.
Təqiblər, təzyiqlər nəsibin oldu,
şerinə, sözünə irad tutdular.
Hidayət,
qoy deyim onlar kim oldu? –
Vətən torpağını minalayanlar!
Kimsə qızışmışdı sənə qəsd üçün,
nə desən olardı, başqaydı zaman.
Bəlkə sən aldığın hər nəfəs üçün,
onda namaz üstə
dururmuş, Anan?!
Rusa, Avropaya arxalanırdı,
onda erməninin niyyəti nəydi?!
Onda, “44 Gün”ə hələ qalırdı,
“Dəmir yumruq”a da
Vaxt hamiləydi.
Yaşa, Mir Sədi ağa
Nərminə xanıma
Elə həvəslə gülür,
elə uğunub gedir,
elə bil dünyasını
dünyada qoyub gedir.
Gülə-gülə danışır,
açıb-tökür nəyi var.
Deyirsən, Allah, Allah,
nə gözəl ürəyi var.
Necə pakdı,
bu insan,
heç çıxarmı yadımdan?
Seyid Mir Sədi Ağa,
istəkli babasıydı,
Həyatı –
namaz üstə,
Tanrıya duasıydı.
Bir mahalın içində,
bir dinin dühasıydı.
Atası Mir Məhəmməd,
dilində haqq-ədalət,
haqq yolunda getdilər,
oddan-oda getdilər.
Nə vaxt –
ağlada bildi,
nə zəmanə, nə bir kəs.
Gözlərindən oxunur, –
gülər, amma o dönməz.
O gülüşlər – fikirdi,
sözdü, ya münasibət.
Deyir istədiyini,
təbiətdə – təbiət.
Başı üstə yaradan,
dizinin üstə “Quran”.
Təbəssümü – üzündə,
gülüşü dodağında.
Mir Sədi əyilmədi,
güclərin qabağında.
Aləm qalxdı ayağa,
o dəmdə bir sinədə.
Babası Mir Sədinin,
atası – Məhəmmədin,
güldü əvəzinə də!
Yaşa, Mir Sədi Ağa,
haqqın var, yaşamağa.
Vətən
Akademik Nizami Cəfərovun
“Azərbaycan tarixşünaslığında antiazərbaycançılıq” məqaləsini oxuyarkən
Pedaqoji institutu bitirib Gəncədən Bakıya gəlmişdim. Nigar xanımgilə getdim. Gəncədən tanıyırdım.
Yeni yazdığım “Biz bir ildə doğulduq” adlı poemamı oxudum. Rəsul müəllim stolun üstədəki qələmi götürüb, əsərin üz vərəqinə belə yazdı: “”Ədəbiyyat qəzeti”nin Baş redaktoruna – çapını
təkidlə xahiş edirəm. Rəsul Rza”. Və iri bir qol çəkdi. 1953-cü il idi.
Yanvar ayı idi, tətilə getmişdim. Mətbəxdə süfrə arxasında söhbət edirdik atamla. Mən, nədənsə, “yağış bütün izləri yuyur” cümləsini işlətdim. Özündən qeyri-ixtiyari, sanki nəyisə xatırlamış kimi bu cümləni iki dəfə təkrarladı. Sonra dedi ki, “Bu adda film var, 79-cu ildə (1979, tələbəlik illərində – C.S.) “Azərbaycan” kinoteatrına gəlmişdi, festival filmi idi”.
Süjetini danışdı. O illərə qayıtdı sanki. Dedim, “Ata, istəsən tapa bilərik o filmi. Tez filmin adını yazıb çətinliklə də olsa rus dilində bir dublyajını tapa bildim. Təəccüb dolu sevinci hələ də gözümün önündədir.
Oturub izlədi, sonra da təşəkkür etdi mənə. 30 ildən sonra, bir zamanlar gənc kimi baxdığı filmə yenidən baxdı. Kim bilir, nələri xatırladı, hansı xatirələrinə döndü. Beləcə, mənə də xatirə qoymuş oldu, həm də sanki son nəsihətini verdi: “Yağış bütün izləri yuyur”.
Yağış bütün izləri yumurmuş, Ata!
əksinə yaddaşın dərinliklərindəki
bütün izləri,
yaraları üzə çıxarırmış…
İnsan yağışlar yağanda
bütün olub-keçənləri xatırlayıb
son bir şans üçün
Allaha yalvarıb-yaxarırmış…
Qaranlıq divarlar arasında
əllərinçün, səsinçün
ağladığım çox olur.
Sonra hər şey,
sonra hər şey,
sonra hər şey,
bir-bir yox olur…
Anlayıram ki,
“mən hər yerdə sənin təkrarınam…”.
Düşün ki, səhranın ortasındayam,
üzərimə əliqılınclı,ürəyi işıqsız insanlar gəlir
mənsə əliyalın,
səhranın susuz qumluğuna zorla əkdiyim
toxumu sulayıram gözyaşlarımla
istəyirəm ölsəm də, onun yolunda ölüm…
Öz həyatıma görə yox,
yeni bir həyat uğrunda…
***
Ən xoşbəxt günlərimizin şahidi pişiklər
Görəsən, indi
Bakının hansı küçəsinin yalnızlığını paylaşır…
Heç xəbərləri də yoxdur ki,
Ətrafımızda heç vaxt
anlaya bilmədiyimiz və bizi anlamayan
insanlar qaynaşır.
Və biz indi
ancaq o insanların xatirələrində yanaşı gələ bilərik…
Bakının qala divarlarıdır sənin yoxluğun
Bu boyda şəhərə heç kəsi buraxmır.
Yalnız və tənha dolaşıram
Heç bilmirəm özümlə nə vaxt vidalaşdım,
Hansı ağacın kölgəsində,
Hansı cümlənin bəlkəsində,
Hansı yadın səsində…
***
Sahildəyəm,
Dörd bir yanında günahkar ruhların pıçıltıları dolaşan