This image has an empty alt attribute; its file name is necibe-xanim-ilkin.jpg

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru

Allah, başına dönüm
Məni yenidən yarat.
Ürəyimi yonqarra
Bir az içinə daş at
Məni yeniden yarat.

Səbrimi yuxumdan as,
Ruhumu dağa köklə.
Dərdimi gözümdən as,
Az başımi sözlə qat
Məni yenidən yarat.

Bir ocagam tüstüm yox,
Külüm gözümdən cıxıb.
Yalqız köçəm dəstim yox
Ömrümü kiməsə sat
Məni yenidən yarat.

Gözdə həsrətim ölüb
Bəxtimə yağan daşam.
Mənə doyunca gülüb
Dərdim üstə bas qoy yat
Məni yenidən yarat.

Bir ömurəm nagılsız,
Ölmürəm, öldürürlər.
Bir bəndənəm agılsız,
Ya öldür, ya da sağalt
Məni yenidən yarat..