
28 il əvvəl işğal olundu Şuşa
mayın 8-də,
noyabrın 8-də isə
azad edildi…
O 8 maydan sonra nələr dəyişdi həyatında,
əziz Şuşa?
Nə günlərə qoydu səni
mənfur düşmən?
Daha bizimsən,
Qayıtdın öz sahiblərinə,
əziz Şuşa!
Daha xarı bülbüllərin sevinə-sevinə
açacaq çiçək,
daha Cıdır düzü düşmənlərin
yallı getməsinə şahidlik etməyəcək.
Sevin, əziz Şuşa, sevin,
Hər 8 may günü yaşadığımız
ağrı-acını bizə
8 noyabr günü unutduracaq:
Sən dirçələcək,
gözəlləşəcəksən,
qələbə həmişə bizimlə,
gözəl günlər səninlə olacaq.
Ağlımıza gəlməyənlər gəldi başımıza,
daha heç nə olmayacaq bizim gözəl
Şuşamıza…
Düşüncəni,əqlini,ürəyini və qələmini çox sevirəm.Bu hər ikimizin azad fikirli,real vəziyyətə baxışlarımızın eyni olmasından irəli gəlir.Əsas səbəb isə kökən gen qohumluğundan irəli gəlir.Əyani tanımasaq da qiyabi tanıyıram.