Post Views: 35 Mandaloriyalı” filminin Qroqu personajının məşhur “Qremlinlər”dəki Gizmodan oğurlandığı bildirilib. AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, “Qremlinlər” filminin yaradıcısı Co Dante balaca Yoda adlandırılan “Mandaloriyalı” ekran əsərinin qəhrəmanı Qroqunun “Qremlinlər”dəki baş qəhrəman Gizmonun tam oxşarı olduğunu deyib: “Düşünürəm ki, bu qəbildən olan filmlər davamlı baxımlılığına görə mahiyyətcə balaca uşağı xatırladan Gizmo obrazına borcludurlar”, …
Dünyaşöhrətli fotoqraf Reza Deqati peşə sirlərini gənclərlə bölüşüb VİDEO
Post Views: 43 İyulun 14-də dünyaşöhrətli fotoqraf Reza Deqati “Theonestudio.az”da gənclərlə görüşüb. AZƏRTAC xəbər verir ki, R.Deqati həvəskar fotoqraflarla öz peşə sirlərini bölüşüb. Əvvəlcə tanınmış fotoqraf görüşə gələn gənclərin hər biri ilə tanış olub, onların bu sahəyə olan maraqlı fikirlərini dinləyib. O, iştirakçılara fotoaparatla işləməyə başlamazdan əvvəl özünəməxsus imza seçməsini tövsiyə edib. R.Deqati fotoqraflar üçün yaddaşlarda …
“Artilleriyanın atası” sənədli filminin təqdimatı olub
Post Views: 44 İyulun 14-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin polkovniki, Milli Qəhrəman İlqar Mirzəyev haqqında çəkilmiş “Artilleriyanın atası” sənədli filminin təqdimatı olub. AZƏRTAC xəbər verir ki, filmin rejissoru və ssenari müəllifi Kamalə Musazadə, operatoru Soltan Abdullayev, montajçıları Kamalə Musazadə və Sabir Əskərzadə, prodüseri isə Nazim Hüseynovdur. Jurnalistlərə müsahibə verən Kəmalə Musazadə filmin çəkilişləri …
Ədalət RƏSULOVA.”Süleyman Rəhimov xatirələrdə”
Post Views: 78 Süleyman Rəhimov Azərbaycan epopiyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. Xalq şairi Səməd Vurğun yazıçını Azərbaycan nəsrinin yaddaşlarda qalan “uzaqgörən topu” hesab edərək demişdir: S.Rəhimov geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. …
Ədalət RƏSULOVA.”Müstəqilliyimizin şair qurbanı – 130″
Post Views: 60 Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci ildə may ayının 5-də Şəmkirin Seyfəli kəndində gəlmişdir. Babaları Cənubi Azərbaycandan olmuşdur. Atası molla Məhəmmədəli dövrünün zəngin bilikli ziyalılarından biri kimi tanınmışdır. O, 1898-ci ildə vəfat etmişdir. Hələ çox kiçik olan Əhməd zehinli, uşaq kimi hamının rəğbətini qazanmışdır. İlk təhsilini doğma kəndindəki mollaxanada almış, sonra …
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət xanım Rəsulovanın məqaləsi “Hece Taşları” dərgisində işıq üzü görüb
Post Views: 63 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Türkiyə-Azərbaycan ədəbi-mədəni əlaqələrinin inkişafına dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Ədalət xanım Rəsulovanın “Cümhuriyyət nəğməkarı” Əhməd Cavada həsr olunmuş “Müstəqilliyimizin Şair Qurbanı: Əhməd Cavad” adlı məqaləsi (http://hecetaslari.com/hecetaslaridergisi/hecetaslari89sayiOn5temmuz2022.pdf) Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Hece Taşları” aylıq …
“Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi!
Post Views: 51 Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Yazıçılar Birliyi təqdim edir: Şanlı Zəfər Savaşımıza həsr olunan “Könlüm keçir Qarabağdan” adlı şeir müsabiqəsi! Qəhrəmanlarımızdan, işğaldan azad edilən torpaqlarımızdan və tarixi qələbəmizdən bəhs edən şeirlər… Müsabiqənin şərtləri: -Müsabiqədə 18-40 yaş arasında müəlliflər yalnız yeni, indiyədək çap olunmamış şeirləri …
Qazaxıstanda azərbaycanlıların dəstəyi ilə “Dombra Günü” təşkil olunub
Post Views: 54 İyulun 1-də Qazaxıstanın Almatı şəhərindəki Respublika Dostluq Evində “Milli Dombra Günü”nə həsr olunmuş “Ən dombyra, jYr dombyra, küy dombyra” adlı bayram tədbiri keçirilib. AZƏRTAC xəbər verir ki, Respublika Dostluq Evinin və Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının təşkil etdiyi tədbirdə dost ölkənin incəsənət ustaları, tanınmış küyilər və ənənəvi mahnı ifaçıları, o cümlədən cənub paytaxtının etnomədəni mərkəzlərinin …
Şuşa teatrı “Dəli Domrul” tamaşasını yenidən göstərəcək
Post Views: 56 İyulun 9-da Şuşa Dövlət Musiqili Dram Teatrında uşaqlar üçün Altay Məmmədovun “Dəli Domrul” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunacaq. AZƏRTAC xəbər verir ki, “Dəli Domrul” tamaşasının quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, rəssamı Valeh Məmmədov, rejissor assistenti Zəhra Salayeva, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir. Qeyd edək ki, “Dəli Domrul” tamaşası Altay Məmmədovun “Kitabi …
“Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir
Post Views: 57 YARAT Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Rəngkarlığı Muzeyində böyüklər üçün nəzərdə tutulan “Özünü kəşf et” proqramı çərçivəsində ustad dərsləri davam edir. AZƏRTAC xəbər verir ki, proqram çərçivəsində buaykı ustad dərsləri maraqlı mövzularla zəngindir. Belə ki, iyulun 6-13-də Lətafət Məmmədovanın rəhbərliyi ilə “Kətan üzərində boyalar”, 20-də Vüsalə Ağarazıyevanın rəhbərliyi ilə “Ucadan yol”, 27-də …
Mədəniyyət Nazirliyi “Şuşa qalası” layihəsinə start verib
Post Views: 40 Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq “Şuşa qalası” layihəsinə start verir. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində hər buraxılış Şuşanın bir məhəlləsində çəkiləcək. Məhəllədə olan tarixi tikililər, küçə ilə bağlı mənbələrə istinad, bu məhəllənin adət-ənənələri, insanların əsas məşğuliyyəti, təsərrüfat və dekorativ tətbiqi sənət növləri, eləcə də memarlıq nümunələri ilə bağlı məlumat veriləcək. Əsrlər …
Məşhur aktrisa Kameron Diaz film sahəsinə qayıtmaq qərarına gəlib
Post Views: 36 Keçmiş Hollivud aktrisası Kameron Diaz, “Akademiya mükafatı” laureatı Ceymi Foksun baş rolda çəkildiyi filmə dəvət olunduğuna görə film sahəsinə qayıtmaq qərarına gəlib. AZƏRTAC xarici KİV-yə istinadla xəbər verir ki, özünü ailəsinə həsr etmək üçün 2014-cü ildə karyerasına son qoyan aktrisa yeni layihədə rol alacaq. Bu layihəni “Netflix” yayım platforması gerçəkləşdirəcək. Brendan O’Brayenlə birgə …
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
Post Views: 75 Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin məqsədi Qarabağın qədim tarixi və zəngin mədəniyyətini təbliğ etmək, yaradıcı gənclərə dəstək olaraq onların fəaliyyətini stimullaşdırmaq, yeni yaradıcı qüvvələri prosesə cəlb etməkdir. Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış icazəsi olan bütün şəxslər müsabiqədə iştirak edə …
“Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası
Post Views: 35 Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli” münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin inciləri” layihəsi yeni təqdimatlarla davam edir. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, layihənin “Şuşanın memarlıq salnaməsi” bölməsi üzrə növbəti təqdimat Şuşa qalasına həsr olunub. Pənahəli xanın müdafiə məqsədilə tikdirdiyi qala Şuşa ovalığında əlçatmaz, hətta mühasirədə olan yerdə tikilmişdir. Qala hər tərəfdən sıx meşələrlə əhatə …
“Karib dənizinin quldurları” filminin davamı çəkiləcək
Post Views: 31 Conni Depp yenidən “Sərçə Cek” rolunu canlandıracaq. AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, “Disney” şirkəti məşhur aktyorla 300 milyon dollarlıq “Karib dənizinin quldurları-6” filmi üçün sözləşmə hazırlayır. Qeyd edək ki, həyat yoldaşı ilə məhkəmə işinə görə Conni Depp bir çox layihədən kənarlaşdırılsa da, məhkəməni qazanandan sonra yenidən yarımçıq buraxdığı layihələrə geri qayıdıb. …
Məşhur ozan haqqında film çəkilir
Post Views: 40 Türkiyənin məşhur ozanı Neşet Ertaş haqqında film çəkilir. AZƏRTAC Türk mediasına istinadla xəbər verir ki, məşhur ozanın həyat və yaradıcılığından bəhs edəcək “Qarip bülbül Neşet Ertaş” filmində baş rolda Ramazan Bağgül oynayacaq. Ekran əsəri bu il dekabrın 23-də yayımlanacaq. Mənbə: https://azertag.az
Əfsanəvi “Pink Floyd” rok qrupu müəllif hüquqlarını satışa çıxaracaq
Post Views: 63 Əfsanəvi “Pink Floyd” rok qrupu bir sıra mahnı və albomlarının müəllif hüquqlarını 500 milyon dollara satışa çıxaracaq. AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Həmçinin musiqiçilər qrupun brendi altında suvenirlər istehsal etmək hüquqlarını da satırlar. Məlumata əsasən, “Pink Floyd”un müəlliflik hüquqlarını almaq üçün əsas iddiaçılar “Sony Music Entertainment” və “Warner …
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncamına görə Prezident İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
Post Views: 53 Xəbər verildiyi kimi iyunun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xalq şairi Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb. AZƏRTAC xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar atasının xatirəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb. Məktubda deyilir: “Möhtərəm cənab Prezident. Xalq şairi Rəsul Rzanın ev-muzeyinin …
Gülnar SƏMA.”Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinin nəşrinə bir baxış “
Post Views: 50 Türk dünyasının önəmli dövlətlərindən biri olan Özbəkistan ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixinə nəzər salarkən bu iki ölkə arasında ədəbi-mədəni əlaqələrin qədimliyini unutmaq olmaz. İstər orta əsrlərdə və sovet dövründə, istərsə də müstəqillik illərində hər iki ölkənin ədəbi əlaqələrinin qarşılıqlı inkişaf dinamikasını Almaz Ülvinin “Azərbaycan-özbək (çağatay) ədəbi əlaqələri” kitabından izləmək oldu. Hər …
Şəkidən rənglər
Post Views: 44 Gözəlliklər yurdu Şəkidən bir günlük təəssüratlarım Azərbaycanımız dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də coğrafi şəraiti, iqlimi və göz oxşayan təbiəti ilə seçilir. Qədim gözəlliklər yurdu olan vətənimizin tarixdə iz qoyan və bu gün də sayılıb-seçilən oğul və qızları ilə çağdaş tarixə imza atan bölgələrindən biri də Şəkidir. Bura …
Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 52 Rəsul Rzanın ev-muzeyinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza milli poetik fikir salnaməsinə yeni səhifələr yazan novator sənətkar kimi böyük şöhrət qazanmış, ana dilinin zənginliklərindən uğurla faydalanaraq, yarım əsrə yaxın dövr ərzində daim yüksək bədii dəyəri ilə seçilən çox sayda əsərlər …
Professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib
Post Views: 45 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Vüqar Əhməd Beynəlxalq Elmlər Akademiyasının akademiki seçilib.Elmi İnkişaf üzrə Beynəlxalq Şura – Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin 18 iyun 2022-ci ildə Baş Assambleyasında BEA-nın yaradılmasının 20 illiyi münasibətilə yubiley yığıncağı baş tutub. İclasda BEA-nın Prezidenti akademik, …
Gülnar SƏMA.”Dəyanət Osmanlının lirikası”
Post Views: 62 Dəyanət Osmanlının lirikasını ədəbiyyatşünaslığın ümumi meyarları ilə təhlil etmək çətin olsa da, şairin şeirlərini formal olaraq mövzu əhatəsinə görə sistemləşdirmək mümkündür. Belə ki, türkçülük, turançılıq məfkurəsi onun poeziyasında əsas motivlərdən biridir: ƏtraflıTürk olmaq çox çəkilməz bir dərddiTanrı dərdi türkə görə yaratmış. Və şah tacından şərəflidiTürk adını savunmaq… Bu misraların sözünə qüvvət olaraq əlavə edə bilərik …
Yaponiyanın səfiri Ədəbiyyat İnstitutunda olub
Post Views: 49 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi ilə görüş keçirilib. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli 2012-ci ildə Yaponiyaya olan səfərindən və qarşılıqlı əməkdaşlıqdan danışıb. Tokiodan əlavə Xrosimada olduğunu da xatırladan akademik İsa Həbibbəyli həmin şəhərin Ağdamla oxşar taleyindən …
T.İ.Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 50 T.İ.Mirzəyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan kinematoqrafiyasının inkişafında səmərəli fəaliyyətinə görə Tofiq İbrahim oğlu Mirzəyev “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının …
Gülnar SƏMA.”Sabir Mustafanın “Qayıdış” poeması”
Post Views: 296 Türk dünyasının bəşəriyyətə bəxş etdiyi fenomenal şəxsiyyətlərdən olan Heydər Əliyevə ithaf olunmuş əsərlərdən biri də Sabir Mustafanın “Qayıdış” poemasıdır. Poema proloq, “Qayıdış” və epiloq hissələrindən ibarət olub, əvvəldən axıra kimi heca vəznində qələmə alınmışdır. İlk baxışdan üçlük şeir şəklinə bənzəyən (aba, cdc qafiyələnməsi) əsər əslində dördlük şəklində (abab) yazılmışdır. Şair proloqda hər …
T.İ.Mirzəyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 72 T.İ.Mirzəyevə “Xalq artisti” fəxri adının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan kino sənətinin inkişafında xidmətlərinə görə Tofiq İbrahim oğlu Mirzəyevə “Xalq artisti” fəxri adı verilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti …
Zəkulla Bayramlının “Səndən nə gizlədim…” kitabı nəşr olunub
Post Views: 80 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent, füzulişünas alim Zəki Bayram Yurdçunun (Zəkulla Bayramlı) “Səndən nə gizlədim…” kitabı işıq üzü görüb. Müxtəlif illərdə yazılmış lirik şeirlərdən ibarət olan kitabın redaktoru Hafiz Rüstəmdir. “Ədəbiyyatşünaslıq plyus” Yaradıcılıq Birliyinin rəhbəri olan Zəkulla Bayramlının …
Yeni proqram əsasında Kurikulum test bankı artıq satışda!
Post Views: 115 Test bank MİQ və Sertifikasiya imtahanı üçün metodika və pedaqogika üzrə açıqlanmış ən son qiymətləndirmə çərçivə sənədi əsasında hazırlanmışdır. Test bankın üstünlükləri: ✅ Bütün yeni və əlavə olunmuş mövzulara aid test tapşırıqları öz əksini tapmışdır; ✅ Yeni proqram əsasında hazırlanmış 2000 + test tapşırığı mövcuddur; ✅ Müxtəlif test modellərindən istifadə olunmuşdur; ✅ …
“Hece Taşları” dergisinin 88. sayısı yayında
Post Views: 61 http://hecetaslari.com/hecetaslaridergisi/hecetaslari88sayiOn5haziran2022.pdf
15 İyun-Xalq şairi Hüseyn Arifin doğum günüdü
Post Views: 50 Arıxov Hüseyn Camal oğlu və ya özünə götürdüyü soyadı ilə Hüseynzadə Hüseyn Camal oğlu (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — azərbaycanlı şair, 1949-cu ildən AYİ-nın üzvü, “Qızıl oraq” mükafatı, (1971), Azərbaycan SSR Dövlət Mükafatı laureatı (1978), Azərbaycan SSR-in Xalq şairi (1989). Həyatı[redaktə | əsas redaktə] Hüseyn Arif 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.Bakı pedaqoji məktəbində …
13 İyun-Azərbaycan Yazıçılar Birliyinin yaranması günüdü
Post Views: 74 1934-cü il iyunun 13-də Bakıda Azərbaycan yazıçılarının I qurultayında yaradılmışdır. O vaxta qədər Azərbaycan yazıçıları ayrı-ayrı ədəbi birləşmələrin tərkibində fəaliyyət göstərirdilər. 1923-cü ildə Azərbaycan yazıçılarını bir təşkilatda birləşdirmək zərurəti meydana çıxarkən bir neçə yazıçı çap etdirdikləri müraciətdə “Türk ədib və şairlər ittifaqı dərnəyi” təsis etdiklərini bildirdilər. Həmin ədəbi birlik “İldırım” adlanırdı. “Qızıl …
Bu gün Azərbaycan Respublikasının Xalq artisti Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü tamam olur
Post Views: 69 Hacıbaba Bağırovun anadan olmasının 90-cı ildönümü tamam olur Əsl aktyor kimi yaddaşlara əbədi həkk olunmaq hər sənətkara nəsib olası xoşbəxtlik deyil. Elə sənətkarlar var ki, onlar bəlkə də ömürlərində bir və ya bir neçə dəfə yaddaqalan obraz yarada bilirlər. Lakin haqqında söhbət açmaq istədiyim Azərbaycanın Xalq artisti Hacıbaba Bağırov isə demək olar …
Şair-publsist Rafiq ODAY.”İLAHİ”
Post Views: 67 Hələ bir yol tutmamışƏlimiz dən, İlahi,Son ümid də alındıƏlimizdən, İlahi. Susduq kara çəkildik,Hardan-hara çəkildik…Dindik dara çəkildikDilimizdən, İlahi. Haqq-divandan əsər yox,Ha de, zərrə əsər yox…Daha doğru xəbər yoxDəlimizdən, İlahi. Viran ömür arşında,Müti quluq qarşıda.Papaq Əli başında,Haqq-hesabı sorulurVəlimizdən, İlahi. Çatmır səbir, hövsələ,Özün sovur, əfsələ…Bu milləti hifz eləNəfsinə qul öz milliZəlimizdən, İlahi. 27.05.2022
Şair-publsist Rafiq ODAY.”DİL VARDISA “KAŞ”A, YAHU”
Post Views: 60 Ruhsuz canda sazaq gəzər, –Baxmaz yaya, qışa, Yahu.Dost-tanışlar uzaq gəzər,Bəxt ilişsə xışa, Yahu. Dəyişər dərdin cilidi,Açılmaz bəxtin kilidi,Bu kül haranın külüdü, –Ələndi bu başa, Yahu?! Ağır olar yolda şələ,Keçilməz ki – yol daş elə…Yolçu elə, yoldaş eləBu dərvişi quşa, Yahu! Yığıbsa gər, işdə yığıb,Dövranı-gərdişdə yığıb.Bu baş çox səriştə yığıb, –Bu daşdan o …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Şairlər günü”
Post Views: 70 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Şairlər günü Gününüz mübarək əziz şairlər Deyirlər ki, bu gün şair günüdü,Şairlərin hansı günü yoxdu ki?!Əzab, həsrət, hicran, bir də dərd yükü,Şairin günüdü, şair toxdu …
Şair-publisist Rafiq Odayın şeiri “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub
Post Views: 69 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Azərbaycanın Mədəniyyət və Portalının təsisçisi və direktoru, şair-publisist Rafiq Odayın “Düşər qarmağa” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Şair Qafqaz Əvəzoğlunun şeiri “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub
Post Views: 89 Qubadlı rayonunun ” Bərgüşad” ictimai-siyasi qəzetinin baş redaktoru, “Sözün sehri” qəzetinin təsisçisi, Süleyman Rəhimov adına ədəbi-ictimai birliyinin təsisçisi və sədri, “Müqəddəs qələm” və “Qızıl kitab” media mükafatları laureatı, şair Qafqaz Əvəzoğlunun “Qubadlımın” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub. Həmin şeiri oxumaq üçün linkinə …
Kamran Murquzovun şeiri “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub
Post Views: 71 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi, şair-publisist Kamran Murquzovun “Yoxdu Ehtiyacın Sənin, Ay Allah!” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Kənan Aydınoğlunun şeiri “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub
Post Views: 68 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, şair-publisist Kənan Aydınoğlunun “Qadın ağlamaqçün yaranmayıbdı” adlı şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən “Yarpuz” ədəbiyyat dərgisinin saytında dərc olunub. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Vüqar Əhmədin Hacı Zeynalabdin Tağıyevə həsr etdiyi “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının təqdimatı keçirilib
Post Views: 57 AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor, Turanın Xalq Şairi Vüqar Əhmədin görkəmli şəxsiyyət Hacı Zeynalabdin Tağıyevin 200 illiyi ilə əlaqədar yazdığı “Xeyirxahlıq mücəssəməsi” monoqrafiyasının Mərdəkan Mədəniyyət Evində təqdimat mərasimi keçirilib. Məlumdur ki, cənab Prezident İlham Əliyev ölkəmizdə və UNESKO-da Tağıyevin 200 illik …
Nailə AXUNDOVA.”Günümüzün reallığı”
Post Views: 96 Mənbə: https://vetenim-azerbaycandir.az
Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Mehmet Akif Ərsoy” mövzusunda konfrans keçirilib
Post Views: 67 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Milli istiqlal şairləri Əhməd Cavad və Mehmet Akif Ərsoya həsr edilmiş “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Konfansı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli …
Gülnar SƏMA.Fərid Hüseyn “Təkrarın tənhalığı”nda
Post Views: 90 “Mənim ömrüm bir Füzuli qəzəlinin ardıymış, həyata bəhanəymiş elə-belə” – misraları Fərid Hüseynin “Təkrarın tənhalığı” kitabındandır. Füzulinin qəzəlləri nəinki Azərbaycan, hətta dünya ədəbiyyatının qəzəl zirvəsidir. Deməli, müəllifin söylədiyi “…həyata bəhanəymiş elə-belə” sətirləri sadəcə gözdən pərdə asmaq üçünmüş. Qısacası, bənzətmə çox müdrikcəsinə seçilib. Fərid Hüseyn ömrü Füzuli qəzəlləri kimi bütün ölçü-biçimləri yerində olan …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”“MƏN ELƏ TÜRKÜN RUHUYAM””
Post Views: 66 Qovuşacaq bölünənlər, bölgələr,Nurlanacaq qaranlıqlar, kölgələr,Diriləcək Oğuz xanlar, Bilgələr,Türkə səcdə, Türkə təzim olacaq,Bugün-sabah dünya bizim olacaq. Zəlimxan YAQUB “Ruhlar məndə qərar tutub, mən elə Türkün ruhuyam” deyən Xalq şairi Zəlimxan Yaqub’un yaradıcılığında Türkçü¬lük, Türk dünyası mövzusu mühüm yer tutur. Əslində onun yaradıcılığını Türk dünyasından kənar təsəvvür etmək müm¬kün də deyil. Bunu professor Tofiq …
Yahya AKENGİN.”TÜRK DÜNYASI MARŞI”
Post Views: 115 Türk cumhuriyetlerinin bağımsızlığının 30. yılı dolayısıyla Al atların üstünde yola çıkmış Altay’dan,Terkide yükü yağmur, güneş, rüzgâr ve kalkanOrhun’da akşam etmiş, Seyhun’da ağarmış tanArdında yurt, ufkunda tüter bir yeni vatan Kılıcın kıvılcımı düşer cemredir diye,Yere, havaya, suya, bir de yıldıza, aya Kişner Tanrıdağları, tutar dizgini HazarEvleri çadırdandır, sarayıdır destanlarHer mevsimi kuşatır, töreler, ulu …
İbrahim Sağır.”ŞAİRLER”
Post Views: 67 Hayali gerçeğe merdiven yapar,Sözlerden inciler dizer şairler.Kul olmaz kullara, Bir Hak’ka tapar,Doğrunun izinde gezer şairler. Mana denizinde kulaç atarlar,Ehli dosta özgü sevgi satarlar,Hoşgörü harcıyla saray çatarlar,Mısrayı ustaca bezer şairler. İncelik sırrını bilirler dilin,Sezerler derdini gönül ehlinin,Amansız hasmıdır mana cehlinin,Sevgiden, barıştan yazar şairler. Edebi içerler ar çeşmesinden,Sularlar yüreği yar çeşmesinden,Seherde şakıyan bülbül sesinden,En …
Qafqaz ƏVƏZOĞLU.”SIZILDAŞIRMI ?!”
Post Views: 48 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və …
Qafqaz ƏVƏZOĞLU.”DƏLİ KÖNÜL”
Post Views: 80 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, Qubadlı Rayon İcra Hakimiyyətinin mətbu orqanı “Bərgüşad” ictimai-siyasi qəzetinin Baş redaktoru, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin (gundelik.info) və Azərbaycanın Mədəniyyət və …
Şamaxı şəhəri “Türk dünyasının turizm paytaxtı” seçilib
Post Views: 70 Şamaxı şəhəri 2023-cü il üçün “Türk dünyasının turizm paytaxtı” seçilib. AZƏRTAC xəbər verir ki, bu barədə qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib. Mənbə: https://azertag.az/
Bu gün görkəmli şair Abbas Səhhətin doğum günüdür
Post Views: 61 Abbas Səhhət Azərbaycan ədəbi-ictimai fikri tarixində hər şeydən öncə şair, tərcüməçi, şeir nəzəriyyəçisi və nasir kimi qalıb. Elmə, təhsilə, maarifə çağırış onun yaradıcılığından qırmızı xətt kimi keçir. Azadlığı bəşəriyyətin ən gözəl mənəvi neməti hesab edir, bütün xalqların firavanlığını və xoşbəxtliyini onların azad-hürr yaşamasında görürdü. AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycan uşaq ədəbiyyatının …
Milli Kitabxanada Xurşidbanu Natəvana aid elektron məlumat bazası hazırlanıb
Post Views: 57 Bu il Azərbaycan ədəbiyyatı tarixində diqqətəlayiq yer tutan, Şərq poetik ənənələrinə sədaqətilə seçilən, daim bu ruhda yazıb-yaradan, insana məhəbbət, həqiqətə inam hissi aşılayan, zərif lirizmə malik və incə bədii boyalarla zəngin bir irs qoyub getmiş Xan qızı Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur. Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında …
Şair-publsist Rafiq ODAY.”ÖZÜN BAĞIŞLA”
Post Views: 68 Tanrım, TƏKliyinə xatirCütləri özün bağışla.Günahı bütpərəstə yaz,Bütləri özün bağışla. Bağışla ac-yalavacı,Göstər yolu-yolağacı.Əl ağacı – yol ağacı –Lütləri özün bağışla. Ümid əldi, divan ətək,Kimdi gəzən divanətək?!Aqilləri divana çək,Kütləri özün bağışla!
Şairə-publisist Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 61 Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri, şairə-publsist Adilə Nəzərin “Bir ovuc gün işığı” adlı yeni kitabı işıq üzü görüb. Kitab müəllifin oxucuları ilə sayca 11-ci görüşüdür. İctimaiyyət nümayəndələri, ədəbiyyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi
Rüstəm İbrahimbəyovun xatirəsinə – Xalq yazıçısı Anar yazır
Post Views: 53 Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış il ərzində Rüstəm mənim ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər, narazılıqlar olur. Bütün bu illər ərzində Rüstəmlə aramızda zərrə qədər də anlaşılmazlıq olmadı. Həyatının ən böyük yanlışı qısa bir müddətdə siyasətlə uğraşmasıydı. Mən bunu onun özünə deyirdim və mənimlə …