Əzizinəm Qarabağdan,

Dərilər qora bağdan,

Gedəm Dərələyəzə-

Yol gedə Qarabağdan,

Bağımda üzüm ola,

Deməyə sözüm ola,

İrəvan bizim ola-

Gül gedə Qarabağdan!

Gül dodağı qənd ola,

Yanağıma bənd ola,

Üfüq aynabənd ola-

Tül gedə Qarabağdan,

Gülüm, özgəyə uyma,

Sevməkdən məni doyma,

İlahim, birdə qoyma

El gedə Qarabağdan…