Məşhur videooyun personajı “Super Mario” haqqında animasiya filmi çəkilir.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Yaponiyanın elektronika və videooyun şirkəti “Nintendo” tərəfindən yaradılmış oyun personajı barəsindəki film, 2022-ci ilin dekabrında Şimali Amerikada nümayiş olunduqdan sonra ABŞ-da “Universal Pictures” ilə birlikdə dünya bazarlarına çıxarılacaq.

“Super Mario”nu “Guardians of the Galaxy” filminin baş rol ifaçısı olan məşhur amerikalı aktyor Kris Pratt səsləndirəcək.

Qeyd edək ki, Mario “Göbələk krallığı”nda yaşayır. Onun düşməni əjdaha Bouzerdir. Bouzer şahzadə Piçi qaçırmaq və krallığı tutmaq istəyir. Lakin Mario ona bu imkanı vermir. Mario Bouzeri məğlub edərək, şahzadə Piçi və krallığı xilas edir. Marionun qardaşı da var. Onun adı Luicidir. Nə Mario, nə də Luicinin soyadı yoxdur.

Bu personaj əsasında 200 oyun hazırlanıb.

Mənbə: https://azertag.az/